РЕЗЮМЕ
Исрафил Бабаев
О расследовании наречием на Азербайджанском и английском языках
В этой статье рассматривается формирование наречий позже, чем в других частях речи
на азербайджанском и английском языках и место наречий в лексической системе
азербайджанском и английском языках уточняеться. Важность синтаксических,
семантических и семантико-морфологические принципы принимаются во внимание.
Лингвист-ученые, исследовавшие наречия на азербайджанском языке, такие как А. И.
Шукуров, М. Гiяsbeйlи, Ю. Сеидов, М. Гусейнзaдe, С. Абдуллаева, J. Джафаров и другие
упоминаются и некоторые образцы из их работ представлены. Грамматические книги,
написанные некоторыми английскими учеными Baskervell и Сьюэлл, Джон Иствуд, Randolph
Quirk и Сидни Grenbaun и другие исследуются. Книги под названием «Современный
азербайджанский язык», подготовленный Академии Наук Азербайджана в разные годы
исследуются и семантические типы наречий изучены. В сравнении английского языка
образование наречий морфологическими способами на азербайджанском языке
подчеркивается. Кроме того, формирования наречий из другими частями речи по путьями
конверсия и адвербиализацией не исключаеться. Автор приходит к выводу, что наречия
были сформированы позднее других части речи и на счет других частей речи формируются
по путъем конверсией и адвербилизацией.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
71
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ARİFƏ ZEYNALOVA
Naxçıvan Dövlət Universiteti
UOT:81
VURĞUNUN TƏDRİSİ PROSESİNDƏ QARŞIYA ÇIXAN BƏZİ MƏSƏLƏLƏR
Açar sözlər: vurğu, fonetika, leksikologiya, morfologiya, nitq hissələri, dilin struktur
Key words: stress, phonetics, lexicology, morphology, speech parts, the structure of the language
Ключевые слова: ударение, фонетика, лексикология, морфология, части регги, структура
языка.
Vurğu dilçilik elminin maraqlı və mübahisəli, bir qədər də mürəkkəb hesab olunan
mövzularındandır. Qrammatika kitablarında vurğu ilə bağlı mövzuların tədrisi, adətən, dilçiliyin
fonetika bölməsində öyrənilir. Lakin konkret dil faktları göstərir ki, vurğu dilin ümumi
xüsusiyyətləri ilə bağlı olduğundan onun yalnız bir dilçilik sahəsi ilə əlaqədar öyrənilməsi kifayət
deyil. Konkret əlamətlərə malik olan dil faktı olaraq vurğunun tədrisi zəruri və aktualdır. Lakin
vurğunun tədrisində yalnız indiyə qədərki nəzəri məlumatlarla kifayətlənmək olmaz. Vurğu nəzəri
baxımdan əhəmiyyətli olduğu kimi, praktik cəhətdən də maraqlıdır.
Dilçilik ədəbiyyatlarında vurğu əsasən, nəzəri baxımdan və daha çox fonetik məsələ kimi
işıqiandırılmışdır. Lakin araşdırılmalar göstərir ki, vurğunu yalnız dilçiliyin fonetika bölməsi ilə
məhdudlaşdırmaq düzgün deyil və bu, tədrisin keyfiyyətinə əsaslı dərəcədə təsir göstərir.
Vurğunun tədrisində onun əsas roluna xüsusi diqqət edilməlidir. “Sözdə hecanın, cümlədə sözün
qüvvətlənməsi, tələffüz zamanı səs tonunun alçalıb yüksəldilməsi, səsin və ya sözün uzanma
prosesi, işlənmə baxımdan fərqləndirmə və s. vurğudan asılıdır” (5, 186).
Vurğunun tədrisi prosesində təlimin keyfiyyətini təmin etmək və mürəkkəb problemlərin aradan
qaldırılması üçün bir sıra məsələlərə diqqətlə yanaşmaq zəruridir. Bunlar özünü aşağıdakı formada
göstərir:
1.Vurğu haqqında formalaşan fikirlərin ümumiləşdirilməsi
2.Vurğunun rolu
3.Vurğunun yeri
4.Vurğunun növləri
Azərbaycan, o cümlədən, türk dillərində vurğu haqqında bir sıra dilçi alimlər bir-birindən
maraqlı fikirlər irəli sürmüşlər ki, ali məktəblərdə vurğunun tədrisi prosesində onlardan istifadə
etmək faydalıdır. Vurğunun səciyyəsinin hansı baxımdan (fonetik,leksik və ya qrammatik)
formalaşması məsələlərinə, həmin fikirlərin əsas motivinə, onların bir-biri ilə müqayisəsinə
müəyyən qədər yer vermək lazımdır. Məsələn, Azərbaycanda, o cümlədən, türk dillərində vurğunun
təbiəti haqqında fikirlərin əksəriyyəti eyni olsa da, hansı vurğu növünün əsas hesab edilməsi
mübahisəlidir.
Vurğunun növləri aşağıdakı prinsiplərə görə müəyyənləşir:
a) səs (hərf) tərkibinə görə oxşar vahidlərin mənaca bir-birindən fərqləndirilməsi prinsipi.
b) cümlənin hər hansı bir üzvünü məntiqi baxımdan nəzərə çatdırmaq prinsipi.
c) ifadə və cümlələrdəki emosional incəlikləri bildirmək prinsipi.
Fonetik baxımdan sözlərin formalaşmasında vurğunun əhəmiyyətli rolu tədris zamanı
nəzərdən yayınmamalıdır. Vurğu semantik baxımdan da özünəməxsus mahiyyətə malikdir. Belə ki,
bəzi sözlərin mənaca seçilməsində vurğu müəyyən rol oynayır.
Vurğu ilə bağlı məlumatların fonetika bəhsində verilməsi və fonetika ilə məhdudlaşdırılması,
fikrimizcə, düzgün, daha doğrusu dəqiq deyil. Ona görə ki, vurğu dilin bütün strukturu ilə bağlıdır.
O həm fonetik (tələffüzə, sözün səs baximdan formalaşmasına görə), həm semantik (eyni səs
quruluşuna malik olan sözlərin məna fərqinə görə), həm qrammatik (morfoloji yolla yaranan
72
sözlərdə leksik şəkilçinin, yəni şəkilçi-morfemin üzərinə düşməsi ilə əlaqədar olaraq) xarakterə
malik olduğundan dilçiliyin bütün sahələri ilə əlaqələndirilməlidir. Belə ki, heca mövzusu dilçiliyin
fonetika bəhsində öyrənildiyindən, və ya orfoepik qaydalar, sözlərin tələffüzü fonetik norma ilə
bağlı olduğundan sözlərin heca yaratmaq əlamətinə malik olması vurğunun fonetik əlaməti ilə
bağlıdır. Bu mənada, vurğu dilçiliyin fonetika bəhsi ilə sıx əlaqəli mövzusudur.
Vurğu dilçiliyin leksikologiya bölməsi ilə də əlaqəlidir. Belə ki, sözlər olmadan onlardakı
vurğudan danışmaq mümkün deyil. Leksikologiya isə sözləri öyrənən dilçilik sahəsidir. Bu cəhət
vurğunu dilçiliyin həmin bölməsi ilə bağlayır. Ona görə də leksik materialların tədrisini vurğu ilə
əlaqəli aparmaq lazımdır. Xüsusilə də, “sözlərin leksik məna qruplarını öyrədərkən vurğuya
müraciət etmək lazımdır” (1,86). Bu baxımdan, omonimlər mövzusunun tədrisi səciyyəvidir. Çünki,
vurğu omonimlərdə əsas məsələdir. Məlumdur ki, omonimləri sözlərin digər leksik məna
qruplarından fərqləndirən əlamətlərdən biri onlarda vurğunun eyni yerə düşməsidir. Ona görə də
“gəlin”, “oyun”, “alın” və s.bu kimi sözlərdə vurğunun yeri dəyişdikdə fərqli məqamlarla
rastlaşırıq, yəni belə sözlərdə vurğu sözün sonuna düşdükdə onlar kök sözlər kimi işlənir, əvvələ
düşdükdə isə sözün tərkib hissələri, yəni kök morfemlə şəkilçi morfem üzə çıxır.Belə sözlər
omonim sözlər yox,vurğusu dəyişərək mənası dəyişən sözlərdir.
Şəkilçi morfem isə qrammatik səciyyə daşıyaraq feilin əmr şəklinin ikinci şəxs cəmindəki
morfoloji əlamətinin göstəricisi kimi işlənir. Yəni vurğu birinci hecada olduqda həmin sözlərin
omonim hesab edilməsi mümkün deyil. Bu, omonimlərdə vurğunun sabitliyi ilə bağlıdır.
Beləliklə, omonimləri vurğu ilə bağlı şəkildə öyrətdikdə uğurlu nəticələr alınır, və ya
vurğunun tədrisində omonimlərə müraciət edilməsi zəruridir.
Söz yaradıcılığının (derivatologiyanın) tədrisində vurğuya ehtiyac daha artıq hiss olunur. Məlumdur
ki, söz yaradıcılığının aşağıdakı yolları var:
1. Leksik yol
2. Morfoloji yol
3. Sintaktik yol
Hər üç yolla düzələn sözlərdə vurğunun ayrı-ayrı təbiəti özünü göstərir. Belə ki, leksik yolla
yaranan sözlərdə vurğu, əsasən, son hecaya düşür. Əgər söz kök şəklində işlənirsə vurğunun yeri
dəyişmir, söz kökünün son hecasında qalır. Lakin həmin sözlər səkilçi qəbul edib dəyişdikdə
(məsələn,hallandıqda,mənsubiyyətə görə morfoloji əlamətlə işləndikdə, cəmləndikdə, onlara zaman
şəkilçiləri qoşulduqda və s.) vurğu şəkilçinin üzərinə düşür. Tədris zamanı bu məsələyə diqqət
etmək lazımdır. Ona görə ki, (Azərbaycan dilində vurğu sözün son hecasının üzərinə düşür) fikri
tələbələri ilk baxışda çaşdıra bilər. Bəzən son heca dedikdə söz kökünün sonu başa düşülür. Lakin
vurğu haqqındakı “son heca”anlayışı şərti xarakter daşıyır və həmişə özünü doğrultmur. Çünki,
bəzən son heca vurğulu olmaya da bilər, yəni vurğu qəbul etməyən şəkilçidən ibarət ola bilər. Bu
mənada vurğunun yeri məsələsi xüsusi diqqətlə və faktlar əsasında öyrədilməlidir.
Vurğunun tədrisi təkcə fonetik və derivatoloji mövzularla məhdudlaşmır. Qrammatikanın
hər iki bölməsində (morfoloji və sintaksis) ondan istifadə edilməlidir. Qrammmatik anlayışlarda
vurğu fərqli şəkildə işlənir. Belə ki, morfologiya nitq hissələri və onların dəyişməsindən bəhs etdiyi
üçün vurğu nitq hissələri çərçivəsində öyrədilir. Lakin nitq hissələri özəlliklərinə görə
fərqləndiyindən onlardakı vurğu da həm təbiətcə, həm də məqamca seçilir. “ Vurğu bu və ya digər
dilin ümumi xüsusiyyətləri, daxili qanunauyğunluqları ilə bağlı olur” (2, 275).
İsmin tədrisində bilik və məlumatlar vurğu ilə əlaqəli şəkildə verilməlidir. Məsələn, ismin
hal kateqoriyası tədris edilərkən bildirilməlidir ki, həmin kateqoriyanın morfoloji əlamətləri
vurğunu özünə çəkir. Bu zaman konkret nümunələrdən istifadə etmək yerinə düşür. Yəni hər hansi
bir isim, və ya isimlər hallanmalı, onların vurğusu göstərilməlidir.
Məsələn:
A.
Müəllim
kitab rayon ömür
Yiy. Müəllimin´ kitabın´ rayonun´ ömrün´
Yön. Müəllimə´ kitaba´ rayona´ ömrə´
Təs. Müəllimi´´ kitabı´ rauonu´ ömrü´
73
Yer. Müəllimdə´ kitabda´ rayonda´ ömürdə´
Ç. Müəllimdən´ kitabdan´ rayondan´ ömürdən´
Beləliklə, vurğunun hal şəkilçiləri ilə əlaqəli tədrisi müsbət nəticələr verir.
Mənsubiyyət kateqoriyasının tədrisi də vurğunun öyrədilməsində geniş imkanlara malikdir.
Belə ki, mənsubiyyət şəkilçiləri vurğulu olduğundan hər hansı bir ismi və ya isimləri mənsubiyyətə
görə dəyişdikdə həmin şəkilçiləri öyrədərkən üzərinə vurğu işarəsi qoymaq lazımdır.
Tək
I şəxs paltarım´ qələmim´ yolum´ üzüyüm´
II şəxs paltarın´ qələmin´ yolun´ üzüyün´
III şəxs paltarı´ qələmi´ yolu´ üzüyü ´
Cəm
I şəxs paltarımız´ qələmimiz´ yolumuz´ üzüyümüz´
II şəxs paltarınız´ qələminiz´ yolunuz´ üzüyünüz´
III şəxs paltarı´ qələmi´ yolu´ üzüyü´
Məlumdur ki, saitlə bitən isimlərdə I və II şəxslərin təkində morfoloji əlamət olaraq yalnız
bir samitdən istifadə edilir. Məsələn: anam, anan. Belə olduqda, vurğu bütövlükdə (şəkilçi ilə
birlikdə) sözün son hecasının üzərinə düşür; anam´, anan´. Yeni əlamət, yəni mənsubiyyət şəkilçisi
vurğunun yerinə təsir edə bilmir.
Mənsubiyyət şəkilçiləri ilə bağlı daha bir izahata ehtiyacı olan məqam mövcuddur. Belə ki,
samitlə bitən isimlərdə I və II şəxsin cəmində mənsubiyyət şəkilçilərinin tərkibində iki sait var, yəni
onlar ikihecalıdır; ınız
4
. Bu cür məqamlarda vurğu şəkilçinin son hecasının üzərinə düşəcəkdir.
Vurğu ilə bağlı belə məsələlərin mahiyyətini tədris zamanı faktik materiallarla tələbələrə öyrətmək
lazımdır.
Vurğunun tədrisində problemli məsələlərdən biri –ma
2
şəkilçisinin vurğu qəbul edib-
etməməsidir. Bu şəkilçi fikir dolaşıqlığına səbəb olan morfemlərdəndir. Çünki o, vurğu qəbul edib-
etməmək baxımından ikili xarakter daşıyır; leksik şəkilçi kimi işləndikdə vurğu qəbul edir,
qrammatik şəkilçi kimi işləndikdə isə vurğu qəbul etmir. Məsələn, süzmə´, gəlmə´, qovurma´
sözlərində- ma
2
şəkilçisi leksik şəkilçi olduğundan vurğuludur, süz´mə, gə´lmə, qovu´rma
sözlərində isə inkar şəkilçisi – qrammatik şəkilçi olduğundan vurğu qəbul etmir.
Lakin qrammatik şəkilçi kimi işləndikdə də - ma
2
şəkilçisinin vurğu baxımından müxtəlif
məqamları var.
- ma
2
inkar şəkilçisi bir məqamdan başqa, bütün hallarda vurğusuz işlənir. Onun vurğulu
məqamı feilin qeyri-qəti gələcək zamanı ilə bağlıdır. Məlumdur ki, feilin zaman şəkilçiləri
vurğuludur. Onların inkarında isə - ma
2
inkarlıq əlaməti vurğunu özündən sonraya buraxmır.
Məsələn;
Gəlir´əm – gə´lmirəm Gəlir´sən – gə´lmirsən
gəldim´ - gə´lmədim gəldin´ - gə´lmədin
gəlmiş´əm – gə´lməmişəm gəlmis´ən – gə´lməmisən
gələcə´yəm – gə´lməyəcəyəm gələcə´ksən – gə´lməyəcəksən
Gəlir´ - gə´lmir
gəldi´- gə´lmədi
gəlmiş´dir - gə´lməmişdir
gələcə´kdir – gə´lməyəcəkdir
Lakin qeyri-qəti gələcək zamanda – ma
2
şəkilçisi ilə bağlı fərqli bir məqamı özünü göstərir.
Yəni, qeyri-qəti gələcək zamanda yeganə haldır ki, inkarlıq əlaməti vurğunu özündən sonraya
buraxır.
Məsələn;
Gələ´rəm – gəlmə´rəm gələ´rik – gəlmə´rik
Gələ´rsən – gəlmə´zsən gələ´rsiniz – gəlmə´zsiniz
74
Gələ´r – gəlmə´z gələ´rlər – gəlmə´zlər.
Vurğunun öyrədilməsində bu məqamın faktik materiallarla tədrisi çox önəmlidir, çünki
dilçilik ədəbiyyatlarının çoxunda – ma
2
inkar şəkilçisinin, ümumiyyətlə vurğu qəbul etməməsi
haqqında fikirlər formalaşmışdır. Doğrudur, həmin morfoloji əlamətin vurğunu özündən sonraya
buraxması qeyri-qəti gələcək zamanın inkarında yeganə faktdır. Lakin nəzərə alsaq ki, “dildə bir
fakt da keçərlidir, hətta adi bir işarənin də əhəmiyyəti vardır” (3,275), onda həmin fakta önəm
verməmək dəqiqliyə xələl gətirər. Beləliklə, bütün hallarda vurğuya təsir edən – ma
2
şəkilçisi qeyri-
qəti gələcək zamanda saitini itirərək təkcə -m şəklində işlənsə də, vurğuya təsir edə bilmir. Belə
ikili vəziyyəti – lar
2
cəm şəkilçisində də müşahidə etmək mümkündür. Belə ki, həmin şəkilçi adlara
qoşulduqda vurğu qəbul edir: adamla´r, yaxşıla´r, yüzlə´r, bizlə´r, aşağıla´r və s. Lakin hərəkət
bildirən sözlərə (fellərə) qoşulan – lar
2
şəkilçisi vurğu qəbul etmir.
Vurğu ilə bağlı maraqlı məqamlardan biri də sifətin dərəcələri ilə bağlıdır. Bu baxımdan,
azaltma və çoxaltma dərəcələri səciyyəvidir. Morfoloji yolla yaranan azaltma dərəcəsində vurğu
şəkilçisinin üzərində olur: uzunsov´ ,qırmızımtıl´´.
Azaltma dərəcəsi sintaktik yolla düzəldikdə vurğu iki yerdə - həm azaltma əlamətində, həm
də sifətin özündə - hər iki halda son hecada olur. Məsələn: açıq´ - sarı´. Tədris zamanı bu
incəliklərin nəzərə alınması müsbət nəticələr verir.
Sifətin dərəcə əlamətlərində iki fərqli məqam özünü göstərir. Bunlardan biri azaltma
dərəcəsini sintaktik baxımdan formalaşdıran əlamətlərdən birinin- “təhər” sözünün sifətlərdən sonra
işlənməsidir. Məsələn ; yaşıl təhər. Belə məqamlarda vurğu ikinci sözün son hecasında daha güclü
olur: göy təhər´.
Fərqli məqamlardan biri “ağ” sifətinin fonetik yolla çoxaltma dərəcəsinin formalaşmasın–
dadır. Bu, sifətin çoxaltma dərəcəsinin spesifikası ilə fərqlənən məqamdır. Fikrimizcə, “ağappaq”
sifətinin komponentləri belədir; ağ+apağ. “Ağappaq” həmin sifətin fonetik dəyişməyə məruz qalmış
formasıdır. Həmin söz dilimizdə yeganə faktdır ki, “ağ” sifəti dərəcə morfeminin həm əvvəlində,
həm də sonunda işlənir. Buna baxmayaraq, vurğu ilk komponentin –“ağ” sifətinin üzərindədir.
Halbuki, digər məqamlarda fonetik yolla yaranan çoxaltma dərəcəsində vurğu çoxaltma dərəcəsini
ifadə edən morfemin üzərinə düşür.
Sifətlə bağlı dilimizdəki maraqlı faktlardan biri də “bapbalaca” sifətidir. Burada maraqlı
cəhət budur ki, həmin sifət ikiqat çoxalmaya məruz qalıb. Yəni həmin sifətin dərəcə baxımından
formalaşmasında həm fonetik (“p” samiti), həm də morfoloji (- ca
2
şəkilçisi) üsuldan istifadə edilib
ki, hər iki yolun əlaməti vurğuludur, lakin birinci əlamətdə (ilk hecada) vurğu daha güclüdür. Tədris
zamanı bunların təhlili vurğunun öyrənilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Tədris zamanı nəzərə almaq lazımdır ki, çoxaltma dərəcəsində vurğunun yeni məqamları üzə
çıxır. Məlumdur ki, sifətin çoxaltma dərəcəsi üç yolla əmələ gəlir:
1.
Fonetik yol
2.
Morfoloji yol
3.
Sintaktik yol
Fonetik yolla yaranan çoxalma dərəcəsi bəzi samitlərin iştirakı ilə düzəlir. Bu baxımdan ,
dilçilik ədəbiyyatlarında m,p,r samitləri qeyd edilir. Lakin prof. S.Həsənova bu baxımdan “s”
samitinin də dərəcə yaratmaq rolunu elmi cəhətdən əsaslandırmışdır (5,76).
Hazırda fonetik yolla çoxaltma dərəcəsində Azərbaycan əlifbasındakı dörd samitdən (m,p,r,s)
istifadə olunur: m, p, r, s.
Məsələn; gömgöy, qıpqırmızı, tərtəmiz, dosdoğru.
Bəzi dilçilik ədəbiyyatlarında fonetik yol səhv olaraq morfoloji yolun bir növü kimi
götürülmüşdür. Lakin məlumdur ki, “morfoloji yol şəkilçilərlə formalaşan yoldur” (4,112). Sözü
gedən hərflər heca daxilində işlənsə də, onlara şəkilçi demək olmaz, yəni dilimizin şəkilçiləri
içərisində onlar heç bir qeydiyyatdan keçməyib və konkret olaraq şəkilçi mənasında işlənmir.
Fonetik yol hərflərlə formalaşır və dilçiliyin hərfləri öyrənən bölməsi fonetika olduğundan həmin
üsulun adı mahiyyətcə də yerinə düşür. Onu morfologiya ilə əlaqələndirmək olmur.
Sifətin fonetik baxımdan formalaşan çoxaltma dərəcəsində vurğu həmişə birinci hecaya düşür.
Məsələn; ya´myaşıl ,qı´pqırmızı , tə´rtəmiz
75
Vurğunun bu məqamına tələbələrin diqqətini mərkəzləşdirmək yerinə düşər. Çünki, dilimizə
məxsus sözlərdə heca vurğusunun, əsasən, son, Avropa məşəli sözlərdə isə, əsasən, ilk hecaya
düşməsi haqqındakı fikirlər tələbələri çaşdıra bilər.
Morfoloji yolla düzələn çoxaltma dərəcəsində -ca
2
şəkilçisindən istifadə olunur. Həmin
şəkilçidən bəhs edərkən onun vurğu qəbul etməsini nəzərə çatdırmaq lazımdır.
Sintaktik yolla düzələn çoxaltma dərərcəsində ən ,lap, tünd, düm,
Daha, olduqca sözləri işlənir. Belə olduqda həmin əlamətlərin vurğusu onlardan sonra gələn
sifətlərə nisbətən daha güclü olur.
Vurğunun tədrisi ilə bağlı saylardan da nümunə kimi istifadə etmək mümkündür. Daha
doğrusu, sayın öyrədilməsini vurğu ilə bağlı təşkil etmək faydalıdır. Saylarda vurğu əsasən, son
hecada olur ki, bu da onların milliliyi ilə bağlıdır. Lakin bu, bütün saylara aid deyil. Dilimizdə az da
olsa,qeyri-milli saylar da var ki, onlarda vurğu son hecada olmur. Məsələn, qeyri-müəyyən miqdar
sayı kimi işlənən (və həm də zərf mövqeyində çıxış edən) “ xeyli” sözündə vurğu ilk hecaya düşür.
Düzəltmə saylarda vurğu leksik şəkilçinin (- ıncı
4
) ikinci hecasında olur. Kəsr saylarında isə
birinci sözün son hecası nisbətən vurğulu olur, ikinci söz isə qüvvətli vurğu ilə deyilir. Məsələn,
beşdə´ iki´, üçdə´ iki´ və s.
Beləliklə, vurğunun tədris prosesində əsas roluna diqqət yetirilməsi və araşdırılması göstərir
ki, vurğunu yalnız dilçiliyin fonetika bölməsi ilə məhdudlaşdırmaq düzgün deyil və bu, tədrisin
keyfiyyətinə əsaslı dərəcədə təsir göstərir. Belə ki, əgər vurğu fonetikadan başqa, leksikologiya və
qrammatika ilə bağlı şəkildə tədris edilsə, onun mahiyyəti daha da dərindən anlaşılar ki, bu da
mövzunun öyrədilməsinə və mənimsənilməsinə xeyli dərəcədə kömək edər. Elə bu cəhətlərinə görə
də məqalədə yuxarıda qeyd olunanlar nəzərə alınmış, vurğunun dilin əsas sahələri ilə, xüsusi ilə də
morfoloji və sintaktik faktlarla bağlılığı əsaslandırılmışdır. Vurğu nəticəsində məna və fikri aydın
başa düşmək mümkündür. Ona görə də vurğunun tədrisinə xüsusi diqqət və məsuliyyət tələb edən
elmi pedaqoji proseslərdən biri kimi yanaşmaq lazımdır.
ƏDƏBİYYAT
1. Ağayeva F.M. Azərbaycan dilinin intonasiyası, Bakı , APİ-nin nəşri,1982
2. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, Maarif,1984
3. Bəşirova A. Azərbaycan dilində vurğu, Bakı , Bakı Universiteti Nəşriyyatı ,1993
4. Müasir Azərbaycan dili , Bakı ,Elm, 1981
5. Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat. Bakı, Azərbaycan Dövlət Pedaqoji
Universiteti, 2005
ABSTRACT
A.Zeynalova
İn the article a special attention was paid to teaching stress, its lexical, phonetic,
morphological features and to the importance of stress were analyzed as well.
Along with this the article deals with the relation of the stress with whole the structure of the
language.
РЕЗЮМЕ
А.Зейналова
В статъе особое внимание уделяется значению ударению в процессе обучения а так
же говорится о значению ударения в формировании слов с фонетической, лексической и
морфологической точки зрения. Кроме этого в этой статъе повествуется о связи ударения со
всей структурой языка.
Dostları ilə paylaş: |