Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   2   3   4   5   6   7   8   9   ...   37

                                     Ersen Ersoy variantında: 
 
   
 
 
Ay toğıcak aləmə şölə  verür
   
 
 
Karanuda şəmü, həm çırağum bənüm.  
   
 
   
 
 
Verr başunı, vermə sirrin kimsəyə , 
   
 
 
Şöylə təlim etdi ustadum bənüm.  
 Bu  iki  variantın  fərqli  beytləri  arasında  da    duyum  və  deyim  tərzi,  dil-üslub  xüsusiyyətləri 
tamamilə eynidir.  Bəlkə də, bu fərqli beytlər vaxtı ilə  qəzəlin tərkib hissəsi olub. Maraqlıdır ki. 
həmin beytlər arasında məntiqi bağlılıq da nəzərə çarpır. Məsələn, B.Flemminq nüsxəsindəki 5-ci 
beytdə aşiq sirrini rəqibə faş etdiyinə görə gözəldən gileylənir. E.Ersoy variantındakı 6-cı beytdə isə 
aşiq  sanki  bunun  davamı  kimi  ustadının  nəsihətini  xatırladır:  lazım  gəlsə,  başını  da  ver,  yəni 
canından da keç, amma kimsəyə sirrini vermə. 
Variantların    məqtə  (son)  beytləri  də,  demək  olar  ki,  fərqlidir.Amma  onların  hər  ikisində 
Həsənoğlu eşqdəki sədaqətindən söz açır. Digər beytlər əsasən eyni olsa da, bəzi kiçik fərqlər nəzərə 


 
çarpmaqdadır.  Bəlkə  də,  bu,  katib  xətasıdır.  Yaxud  da  dildən-dilə  keçib  yayılan  qəzəlin  uğradığı 
dəyişiklikdir.  Xatırladaq  ki,  orta  çağlarda  qəzəllər    həm  də  əzbərlənir,  şifahi  şəkildə  yayılır,  musiqi 
məclislərində    də  oxunur,  bütün  bunların  gedişatı  boyunca  bəzən  dəyişikliklərə  də  məruz  qalırdı. 
Ehtimal etmək olar ki, Həsənoğlu qəzəlini Parisdə aşkarlanmış cüngdə yazıya alan şəxs belə dəyişikliyə 
uğramış varianta əsaslanmışdır... 
 
ƏDƏBİYYAT 
1. Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, 3-cü cild. Bakı, Elm, 2009 
2. Azərbaycan ədəbiyyatının tarixi poetikası, II kitab. Bakı, Elm, 2006 
3.  Barbara  Flemming.    Sultan  Gavri  Divanında  Bilinmeyen  Şiirler.  /  I.  Turk  Dili  Bilimsel 
Kurultayına Sunulan Bildiriler (27-29 eylul 1972), Ankara: Türk Dil Kurumu Yayınları,1975, 
s.331-341   
4.  Ersen  Ersoy.  XIV-XVI.  yüzyıllar  arasında  yazılmış  bazi  şiirleri  ihtiva  eden  bir  mecmua    ve 
İbn-i Ömerin şiirleri/ Turkish Studies - International Periodical For The Languages, Literature 
and History of Turkish or Turkic Volume 8/1 Winter 2013, p.249-266, ANKARA TURKEY). 
turkishstudies.net/DergiPdfDetay.aspx?ID=4375  
5. Əbdüləzəl Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi,  birinci hissə, Bakı: Maarif, 1979 
6. Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Ozan, 2008  
7.  Fərhad    Zeynalov.  Həsənoğlunun  azərbaycanca  yeni  şeiri.  “Ədəbiyyat  və  incəsənət”  qəzeti, 
Bakı, 25 noyabr 1972, №48 (1706) 
8. Hüseyn Həşimli. İzzəddin Həsənoğlunun ədəbi irsi. Bakı, Elm və təhsil, 2016,136 s. 
9.  Kemal  Yavuz,  Mustafa  Canpolat,  İsmet  Şanlı.    XIV-XV  yüzyıllar  türk  edebiyatı,  2.  Baskı. 
Eskişehir: 
Anadolu 
Universitesi 
web-ofset 
tesisleri, 
2013; 
https: 
//dilve 
edebiyat.files.wordpress.com/.../xiv-xv-yc3bczyillar-tc3bcrkedebiyati.pdf  
10. Nizami Xudiyev. XIII-XIV əsrlər Azərbaycan ədəbi dili. Bakı, ADPU mətbəəsi, 1992 
11.  Orhan  Yavuz.  Kansu  Gavrî’nin  Türkçe  Dîvânı  (metin-inceleme-tıpkı  basım).  Selçuk 
Üniversitesi Türkiyat Araştırmaları Yayını: 2. Konya: Selçuk Universitesi Basım Evi, 2002  
12. Tofiq Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi, birinci hissə.Bakı, Elm, 2012  
13. Yaqub Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı, Elm və təhsil, 2014                            
ABSTRACT 
                                                                            Huseyn  Hashimli  
About works of  Izzeddin Hasanoglu 
Izzeddin Hasanoglu (XIII c.) takes an important place in the history of  Azerbaijan literature. 
His poetry is rich with deer humanistic sences and qualities.  
The article has been dedicated to the  a ghazal of  Izzeddin Hasanoglu.  There are have been 
telis opinions about his poetic style and on the examples of verse are exposed main features of his 
poetry.There  have  been  analysed  charakteristic  works,  written  under  the  influence  of  Hasanoglu, 
their idealogial-literary features have been clarified. 
РЕЗЮМЕ
 
Гусейн  Гашимли 
Об одной газели Иззеддина Гасаноглы 
 Иззеддин  Гасаноглы  (XIII  в.)  занимается  значительное  место  в  истории  азербай-
джанской  литературы.  Его  поэзия  пронизана  гуманизмом,  глубокими  чувствами.  В  статье 
анализириуется одна газель  Иззеддина Гасаноглы, выявляются его идейно-художественные 
особенности. Здесь высказываются мнения о поэтическом стиле поэта, а также выявляются 
главные особенности его поэзии на стихотворных примерах.  
В  статье  также  анализириуются  характерные  поэтические  произведения,  написанные 
под влиянием этой газели Иззеддина Гасаноглы, выявляются их основные особенности.  
 
        НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
 
 

10 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
                                                                             
         
NƏZAKƏT  İSMAYILOVA 
                                                                                Naxçıvan Dövlət Universiteti                                                                                        
                                                    Email:nezaket.ismayılova@yahoo.com 
UOT: 82-053.2 
TOFİQ MÜTƏLLİBOVUN UŞAQ ƏSƏRLƏRİNİN 
 İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ  
 
Açar sözlər:  şeir, yaradıcılıq, uşaq, ədəbiyyat, pyes 
 
Keywordspoetry, art, kids, literature, plays 
 
Ключевые словапоэзия, искусство, дети, литература, пьесы 
  Bu  elmi  məqalədə  T.Mütəllibovun    uşaqlarla  bağlı  yazılmış  əsərləri  araşdırılaraq  təhlil 
olunmuşdur.  Şeirlə  yaradıcılığa  başlayan  T.Mütəllibovun    poeziyası  zəngin  olduğu  qədər  də  yadda 
qalandır.  Uşaqların  sevə-sevə  oxuduğu  və  çox  sevdiyi  şairlərdəndir.  O,  həm  poeziya  həm  də 
dramaturgiya  sahəsində  qələmini  sınamış,  uğurlu  nəticələr  əldə  etmişdir.  O  dünya  xalqları 
ədəbiyyatından etdiyi bədii tərcümələr ilə də diqqəti cəlb edir.  
 
T.Mütəllibovun  yaradıcılığı  bir sıra bəstəkarların  da marağına səbəb olduğundan şeirlərinə 
onlarla mahnılar bəstələnmişdir. Onun ürəyə yatan şeirlərinin başlıca mövzusu təbiət aləmidir. 
 
T.Mütəllibovun  həm  şeir,  həm  poema,  həm  də  dramaturgiya  yaradıcılığı  Azərbaycan  uşaq 
ədəbiyyatının inkişafında özünəməxsus yerlərdən birini tutur. 
 
Tofiq  Mütəllim  oğlu  Mütəllibov  Azərbaycan  uşaq  ədəbiyyatının  zəngiləşməsində, 
formalaşmasında inkişaf istiqamətində dəyərli töhfələrini  vermişdir. O, həm şeir, həm poema, həm 
də dramaturji yaradıcılığı ilə Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yerlərdən birini tutur. 
 
1929-cu  ildə  Naxçıvan  şəhərində  anadan  olmuş,  ilk  təhsilinidə    orada  almışdır.    Hələ  orta 
məktəbdə oxuyarkən şeir yazmaq vurğunu olmuş səkkizinci sinifdə oxuyarkən yazdığı “Zəfər” adlı 
ilk şeiri respublika müsabiqəsində ikinci yerə layiq görülmüş və mükafatlandırılmışdır. Həm də bu 
şeir “Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. 
 
1958-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil 
olmuş  və  oranı  müvəffəqiyyətlə  bitirmişdir.  Bu  illərdə  onun  “Bəxtəvər  uşaqlar”  (1953),  “Bağçada 
yolka” (1957), tələbəlik illərində isə “İşıq” (1959), “Görüş ” (1960), adlı şeir kitabları çap olunmuşdur.  
  Universiteti  bitirdikdən sonra ilk əmək fəaliyyətinə jurnalist  kimi  başlayan şair demək olar 
ki, ədəbi yaradıcılığını fasiləsiz davam etdirmişdir.  
  O  “Pioner”  jurnalında  məsul  katib,  Azərbaycan  Radio  və  Televiziya  verilişləri  komitəsində 
müxtəlif vəzifələrdə çalışmışdır. “Azərbaycan gəncləri” qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət 
şöbəsinin  müdiri  vəzifəsində  işləmişdir.  Onun  150-dən  artıq  şeirinə  mahnı  bəstələnmişdir.  Hələ  də 
uşaqların həvəslə sevə-sevə oxuduqları “Cücələrim” şeirinə bəstəkar Q.Hüseynlinin  musiqi bəstələdiyi 
mahnı dünya dillərinə tərcümə olunmuşdur. 
Uşaq  ədəbiyyatı  uşaq  şüuruna  nitqlər  yolu  ilə  deyil,  “uşaq  qəlbini  təbiətə  və  insana  məftun 
etmək yolu ilə getməlidir” (4, səh.39). 
Böyük sənətkarın irəli sürdüyü bu məqsədə çatmaqla (“uşaq qəlbini təbiətə” “məftun etmək “) 
vokativ sözlərin müstəsna əhəmiyyəti vardır. 
İsimlərin  müvəqqəti  vokativ  (xitab  vəzifəsində)  fellərin    isə  əmr  formasında  işlədilməsi  uşaq 
dünyasına məxsus emosionallıq ilə əlaqədardır. Sanki uşaq dilində və eləcə də uşaq şeirində sözlər daha 
artıq emotiv funksiya kəsb edir. Bu baxımdan Tofiq Mütəllibovun məşhur “Cücələrim” şeiri maraqlıdır. 
Beləki,  vokativ  sözlərin  çox  mühüm  bir  qismi  digər  canlılara,  hətta  nitqləndirilmiş  əşyalara  müraciət 
üçün formalaşmış olur və bunlar uşaq şeirində qüvvətli bədii ifadə vasitələrindən biri kimi çıxış edir. 
“Cücələrim  ”  sözü  müvəqqəti  vokativləşmiş  sözlərdəndir.  Burada  cip-cip  vahidi  isə  yalnız  vokativ 
funksiyaya  malik  vahiddir,  deməli,  sabit  vokativ  sözdür.  Beləliklə,  sabit  və  müvəqqəti  vokativ 
vahidlərin yanaşı gəlib, eyni obyektə aid edilməsi xitab-müraciətin emosionallığını şiddətləndirmiş olur: 
Cip-cip cücələrim 
Cip-cip, cib-cib cücələrim 
Gözləyirəm, tez gəliniz 

11 
 
Göy çəməndə dincəliniz, 
Ay qəşəng cücələrim 
 
Tofiq  Mütəllibov  uşaqların  sevə-sevə  oxuduğu    və  çox  sevdiyi    şairlərdəndir.  Çünki  onun 
yaratdığı  yadda  qalanı  nəğmələr  həm  də  xalq  arasında  şöhrətlənmişdir.  Onun  “Kəkliklər  oxuyanda” 
(1965),  “Gözəllikdən  doymur  ürək”  “Danışan  qayalar”    (1973),  1975),  “Mənim  əzizlərim”  (1979), 
“Vüqarın nəğmələri” (1987), “Durnaların qanadında” (1992) və sair şeir kitabları çap olunmuş uşaqların 
böyük sevgisini qazanmışdır. 
 
Tofiq  Mütəllibov  dramaturgiya  sahəsində  də  qələmini  sınamışdır.  Onun  uşaqlar  üçün  yazdığı 
“Meşə nağılı”, “Danışan  qayalar”  adlı pyesləri Abdulla Şaiq  adına Azərbaycan Dövlət  Kukla teatrında 
“Cücələrim”  adlı  alleqorik  pyesi  isə  Azərbaycan  Dövlət  Gənc  Tamaşaçılar    teatrında  tamaşaya 
qoyulmuşdur. 
 
Tofiq Mütəllibov dünya xalqları ədəbiyyatından etdiyi bədii tərcümələri ilə də diqqəti cəlb 
edir  (5).  Türkmən  şairi  Berdinəzər  Xudaynəzərovdan,  özbək  şairəsi  Zülfiyədən  rus  şairi  Mixail 
Dudindən, Pyotr Kolsovdan, gürcü şairi Xuta Berulovadan və sair sənətkarlardan Azərbaycan dilinə 
etdiyi əsərlər öz poetikliyi  və orjinallığı ilə seçilir. 
 
Tofiq Mütəllibovun yaradıcılığı zəngin olduğu kimi şeirlərində yadda qalan, axıcı, səlis, rəvan 
və  ürəyə  yatan  Azərbaycanın  tanınmış  bəstəkarlarından  Fikrət  Əmirov  “Odlar    ölkəsi  ”  şeirinə,  Arif  
Məlikov    “Gözəlliklər  məskəni”  şeirinə,  Ş.Axundova  “Gözlərinə  toxundu”  şeirlərinə,  N.Məmmədov 
“Analar”    şeirinə,  Ə.Tağıyev  “Mənim  əzizlərim”,  T.Bakıxanov  “Abşeron  bağlarında”,  “Yaylaqların 
mahnısı” və sair mahnılarına musiqi bəstələmişlər. Demək olar ki, hələ də  bu günə kimi onun şeirlərinə 
yazılmış mahnılar tanınmış  müğənillərin repertuarlarında  yaşamaqdadır.    
        Tofiq  Mütəllibov  ilk  yaradıcılığa  şeirlə  gəlmiş,  sonrakı  əsərləri  də    uğurlu  olmuşdur.  Onun 
uşaqlar üçün yazdığı şeirlər öz emosionallığı  və siqləti ilə seçilir. Hamı üçün maraq doğuran şən və 
qaynar  həyat,  əyləncə  və  oyunları,  arzu  və  istəkləri  və  nəhayət,    uşaq  psixologiyasının  orjinal 
təsvirinə rast gəlirik. Onun şeirlərində  sözçülükdən  quru sxematik didaktikadan  uzaq olan ayrı-
ayrı poetik nümunələrdə kövrək uşaq düşüncələrinin  hissələrinin və fəaliyyətinin üzvü  vəhdətini 
görürük. Məsələn “İsti yuva” şeirində ana  ilə bala arasında sual və cavab şəklində verilmiş  parçaya 
baxaq.  
                                               -Ata quşlar üşümür  
                                               Bu şaxtalı havada? 
                                              -Ay qızım gizləniblər 
                                               Onlar isti yuvada.  
Uşaqlarda maraq doğuran suallara böyüklər tərəfindən düzgün izah verilməlidir.  Bu uşağın 
gələcək həyatında inkişaf və formalaşmasında öz təsirini   göstərir. Suala  düzgün cavab alan uşaq 
başlayır düşünməyə...  
Daha sual vermədi 
Atasına sayalı 
Öz isti evlərinə 
Qanadlandı xəyalı 
 
Şairin  epik  şeirlərində  yaratdığı  uşaq  obrazları  müxtəlif  xarakter  və  psixologiyaya,  həyatı 
dərk  etmə  imkanlarına  görə  bir-birlərindən  fərqlənir.  “Az  olsun  yaxşı  olsun  ”,  “Bahar  gəlibdir”, 
“Çiçək  dostları  ”,  “Məstan”,  “Hacıleylək”,  “Çıxart  dilini”  və  s.  şair  əsərlərində    bunları  görmək 
mümkün  olur.  Bu  şeirlərdə  uşaqların  maraq    dünyası  müşahidə  olunur,  onları  sadələşdirib  uşaq 
ruhuna uyğun qələmə alır (2, səh. 42). Təsvir olunan təbiət  hadisələri:  İldırımlı, şimşəkli anlarda, 
günəşli sakit günlərdə uşaq təxəyyülünə məxsus cizgilərlə verilir. 
 
Tofiq Mütəllibovun poeziyası mövzu rəngarəngliyi baxımından daha çox diqqəti cəlb edir. Onun 
ürəyəyatan uşaq şeirlərini başlıca mövzu təbiət aləmidir. Kiçik yaşlı uşaqları təbiət sirlərindən  xəbərdarlıq 
etmək,  onların  dünyagörüşünü  genişləndirmək,  hazırcavab  öyrətmək  T.Mütəllibov  şeirlərində  bu  sahə 
məharətlə  göstərmişdir.  Bunlardan  “Nə  gözəlsən”,  “Sönməyəcək  tonqal”,  “Qalacaq  bu  cığırlar,”  “Qızıl 
payız”,  “Ana  torpaq”,  “Ömrümüzün zirvəsi”,  “Bu torpağın  məhəbbəti”,  “Nağıllı təbiət”,  “Gözəldir”  və 
sair  şeirlə  ana  təbiətin  rəngarəng  möcüzələri,  bitkilər  və  heyvanlar  aləmi  sənətkar  qələmi  ilə  tərənnüm 
olunmuş, sənətkarlıqla seçilmiş, məcazlar lirik obrazlılığın daha da zövqləndirilir.  “Nə gözəlsən ” 
Meşə, vüqarlı meşə, 
Sinəsi qarlı meşə. 
Öyünürsən barınla, 
Uca ağaclarınla, 

12 
 
İldırımlar çaxsa da, 
Coşğun sellər axsa da 
Dəli külək əssə də, 
Qılınc kimi kəssə də, 
Ağacların əyilməz- 
Şah vüqarın əyilməz. 
Palıdlar qəhrəman tək... 
Neylər, ildırım şimşək. 
Uşaq  poeziyasında  müqayisənin  əsasını  əşya,  hadisə,  hərəkət  əlamət  və  keyfiyyətin 
qarşılaşdırılması  nəticəsində  yaranan  assosiativ  təsəvvür  təşkil  edir.  Bu  predmetin  səciyyəvi 
xüsusiyyətinin  digər  bir  predmet  üzərinə  köçürülməsi  nəticəsində  həmin  predmet  üçün  bu  yeni 
xüsusiyyət  qeyri-adi  mahiyyət  kəsb  edir  ki,  bunun  sayəsində  oxucunun  təsəvvüründə  assosiasiya 
nəticəsində bir konkretlik və deməli, bədii obraz yaradılmış olur.  
Vətən anatək 
Bəsləyir bizi 
Daha xoş günə 
Səsləyir bizi 
Bu  şeir  parçasında  “Vətən”  məfhumunu  uşaqlar  üçün  ən  sevimli,  ən  nəcib  və  ən  pak 
duyğuların  ifadəsi  olan  ən  çox  konkret  mahiyyətdə  olan  “ana”  soru  ilə  müqayisə  edilmişdir. 
Nəticədə  vətən  haqqında  yaranan  təsəvvür  konkret  səciyyə  kəsb  etmiş,  həmin  sözün  mənası 
haqqında uşaqlarda təsəvvürün genişlənməsi və əyaniləşməsi mümkün olmuşdur.  
Müqayisənin  uşaq  şeirində  əhəmiyyəti  qarşılaşdırılan  əşya  və  hadisələr  haqqında  təsəvvür 
yaratmaq ilə bitmir, eyni zamanda müqayisə prosesində əşya və hadisələrin əsas əlamətləri də əks 
olunur.  Göstərilən  şeir  parçasında  ana  və  vətən  məfhumlarında  olan  emosional  xüsusiyyətlər 
əyaniləşdirilmiş və dəqiqləşdirilmişdir.   
Tofiq Mütəllibovun yaradıcılıq sahəsi geniş və çox şaxəlidir (3, s. 330). Onun müxtəlif illərdə çap 
etdiyi “Bəxtəvər uşaqlar”, “Bağçada yolka”, “İşıq”, “Ləpələrin nəğməsi”, “Kəkliklər oxuyanda”, kitab–
larındakı şeirləri kiçik yaşlı oxucular arasında geniş yayılmışdır. “Anam işdən gələndə” şeirlərində yazır:  
Bəzəmişəm otağı,- 
Hər yan gözəl, tər-təmiz. 
Stol üstə salınır 
Yaraşıqlı süfrəmiz. 
Güldanların içinə 
Çiçək düzüm rəngarəng. 
Anam işdən gələcək 
Anam işdən gələcək! 
Anam yorulmuş indi, 
İşləyibdir səhərdən. 
Qoy dincini alsın o, 
Böyük qızam axı  mən. 
Hazır görcək süfrəni 
Sevinəcək güləcək, 
Anam işdən gələcək 
Anam işdən gələcək 
 
Tofiq  Mütəllibovun  vətən  mövzulu  şeirləridə  çoxdur.  Vətənimizin  ucsuz-bucaqsız  torpaqları, 
onun zəngin təbiəti və bol sərvəti həm lirik şeirlərində, həm də nəğmələrində vəsf olunur. Onun qələmə 
aldığı  “Ömrümüzün  zirvəsi”,  “Gəlsin  vətənimə”,  “Qobustan”,  “Gəncənin  çinarı”,  “Bakımıza    nəğmə 
qoş”, “Göygöl”, “Bura vətəndir” və s. poetik gücə malik olan şeirlərimizdə  doğma vətənin əzəmətini 
qələmə alan şair ümumiləşdirmə  yolu ilə mövzunu ustaliqla təsvir etmiş, oxucunun həyat eşqini, ana 
torpağa məhəbbətini yüksəltmişdir (6, səh. 46). 
 
“Bura  vətəndir!”  şeirində  şair  elə  incə  məcazi  təsvirlərdən  istifadə  edir  ki,  gözlərimiz  
qarşısında sanki bir tablo canlanır.  
                                               Qumu, çınqılı, 
                                               Daşı qızıldan. 
                                               Göllərin üzük 
                                              Qaşı qızıldan. 

13 
 
                                              Zümrüd baharı 
                                              Qışı qızıldan  
                                              Elə bil torpaq  
                                              Günəşə təndir 
                                              Bura Vətəndir. 
 
T.Mütəllibov  uşaq  şeirlərinin  mövzusunu  həyatımızın  müxtəlif  sahələrindən  almışdır. 
Göründüyü  kimi,  bu  şeirdə  uşaqların  vacib  arzuları,  ictimai  faydalı  işlərə  həvəsi,  ölkəmizə 
bəslədikləri məhəbbəti onun təbii sərvəti yaşıllıq və gözəlliklərini qorumaq eşqi ifadə olunmuşdur.  
 
“Kəpəz  necə  də  gözəldir”,  “Qızıl  torpaq  kimi”  şeirləri  öz  bədii  dəyəri  silqəti  ilə  seçilir. 
Aydındır  ki,  uşaqlarda  saf  nəcib  duyğular  oyatmaqda  ətraf  mühit  haqqında  onların  biliklərini 
zənginləşdirmək  təbiət  gözəlliklərini  öyrətmək  fikirləri  əhəmiyyətli  və  misilsizdir.  Təbiətin 
yaratdığı can verdiyi güllər çiçəklər kiçik yaşlı uşaqlara tanışdır, onlarda bu aləmə maraq oyatmağa 
çalışmışdır.  
 
Şairin  “Qızılgülün  nağılı”  şeiri  müasir  mövzuda  qələmə  alınsada  burada  folklor  motivləri 
açıq  şəkildə  özünü  biruzə  verir.  Gözəl  ətrə  malik  olan  qızılgülün  poetik  təsviri  şairin  qələmində 
daha təravətli və ətri ilə təsvir olunur.  
 
“Qızılgülün nağılı” şeirindən bu parçaya diqqət edək.  
Güllər dəstəbə-dəstə, 
Güllər ləçəkbələçək... 
Sanki dilə gəlirlər: 
-Görəsən kim dərəcək? 
Elə bil düşüb Vüqar 
Qızılgül dənizinə 
Zümrüd kollar toxumu 
Əllərinə, dizinə. 
Ətirlənib bu yerin 
Dağı, daşı, meşəsi... 
Elə bil təbiətin 
Sınıb ətir şüşəsi 
Bu şeirdə təbiətin ecazkar gözəlliyi sonsuz məhəbbətlə tərənnüm olunur.  
 
Şairin  yaradıcılığında  uşaqların  sirli  dünyasının  poetik  təsviri  daha  geniş  yer  tutur.  Bu 
şeirlərdə  yenicə dünya gerçəkliyini dərk etmək istəyində olan, bəzən isə bu gerçəkliyi özü bildiyi 
kimi  başa  düşən  və  bu  haqda  fikir  söyləyən  qəhrəmanlara  rast  gəlirik.  Bunlardan  “Anam  işdən 
gələcək”,  “Çinarə  qorxmur  daha”,  “Gülşən  şəkərsən”  müxtəlif  xarakterə  və  anlam  səviyyəsinə 
malik  olan  uşaqların  həyatından  bəhs  olunur.  “Anamın  sözləri”  şeirində  və  bir  uşağın    başqa  bir 
yerdən çiçəklər yığılıb anasına verməsi və  bu işin yanlış olduğu uşağa başa salınır (7, səh. 89).   
 
Bu şeirdə əsasən uşağın tutduğu mövcud ədəb qaydalarına əməl etməməsi, ananın haqlı iradı 
uşağı düşünməyə bir də belə səhvə yol verməyə səsləyir.  
 
Tofiq  Mütəllibov  kiçik  yaşlılar  üçün  bir  sıra  maraqlı  poemalar  yazmışdır.  “Ceyhun”, 
“Arzusu dağdan uca”, “Yaxşılığa yamanlıq”, “Tez yudu əl-üzünü”, “Sədrəddin” poemalarında şair 
müxtəlif uşaq obrazları yaratmışdır. 
 
Milli qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhuna həsr etdiyi  eyni   Ceyhun adlı 
poemada anasını vaxtsız itirmiş uşağın anasız keçirdiyi günləri, duyğu və hisslərini poetik misralara 
təsvir etmişdir.  Salatının qəhrəmanlıq səlnaməsi övlad üçün fəxr duyulacaq bir hissdir.  Ceyhunun 
gələcək həyatını nikbin notla tamamlayır.   
 
Şairin  “Sədrəddin”  adlı  poeması  fədakar  bir  məktəblinin  göstərdiyi  qəhrəmanlığa  həsr 
edilmişdir. Daşqın zamanı suda boğulan uşağı xilas edən Sədrəddin obrazı şairin qələminin qüdrəti 
ilə  daha  canlı    nəzərə  çarpır.  Öz  həyatını  təhlükədə  qoyan  bir  bəşər  övladını  çaşmış,  burulqanlı 
qəzəbli  çayın  pəncəsindən  xilas  etməyə  çalışan  Sədrəddin  göstərdiyi  şücaət  balaca  oxucuları 
düşündürür, onu əzəmətli, qəhrəmanlığı  həyat ideallarına sədaqəti üçün dərin iftixar hissi keçirirlər. 
 
“Yaxşılığa  yamanlıq”  poeması  hind  nağılı  əsasında  qələmə  almışdır.  Bu  əsərdə  əsasən 
yaxşılıqla  yamanlıq  qarşılaşdırılaraq  müdafiə  edilir.  Hətta  belə  bir  mövzuya  “Kəlilə  və  Dimnə 
”əsərində də rast gəlirik.  
 
“Kəlilə  və  Dimnə”  əsərində    ovçu  və    ilandır,  “Yaxşılığa  yamanlıq”  əsərində  isə  qoca  ilə 
pələng  göstərilir. Ovçuların əlindən canını qurtarıb  qocaya dil tökərək  un kisəsinə girib  gizlənən 
pələng  qorxu  qurtardıqdan  sonra  kisədən  çıxıb  yırtıcılıq  xüsusiyyətindəki  xislətinə  sadiq  qalır. 

14 
 
Qocanı  bu  çətinlikdən  bir  tülkü  azad  edir.  bu  da  kiçik  yaşlı  uşaqların  yaxşılıq  və  pislik  kimi 
xüsusiyyəti təhlil etmək və düzgün nəticə çıxarmaq fikrinə gətirir. 
          Tofiq  Mütəllibovun  “Arzusu  dağdan  uca”  poemasında  əsasən  üç  uşaq  haqqında  danışılır 
onların  xarakterik  xüsusiyyətləri göstərilir.  Zirvəyə qalxmaq üçünündə arzusudur. Lakin  biri daha 
inamlıdır. O İlqardır. Səhər və Xankişidə cəhd etsələrdə qorxaqlıqları, inamsızlıqları onları yüksəyə 
qalxmaq  arzularına  qalib  gəlir.  Lakin  İlqar  onları  arxada  qoyaraq  yüksək  zirvəni  fəth  edir.  Bu  da 
kiçik yaşlı uşaqlarda  özünə inam artırır qorxmaz və şücaətli olmağa səsləyir.  
 
“Tez  yudu  əl-üzünü”  poemasında  Tofiq  Mütəllibov  tənbəl  və  pinti  uşaqlardan    bəhs  edir. 
Qorxmaz    sudan  qorxur  deyə  əl-üzünü  yumur.  Bu  uşağın  pintiliyini  göstərməklə  müəllif  əsasən 
məsələni  daha  qabarıq  şəkildə  yəni  təmizliyin  insan  üçün  necə  önəmli  olduğunu  söyləyir.  Tofiq 
Mütəllibovun həm şeir, həm poema həm də dramaturji yaradıcılığı Azərbaycan uşaq ədəbiyyatının 
inkişafında özünəməxsus  yerlərdən birini tutur. Poetik və obrazlıq baxımından  yüksəkdə dayanan 
şairin yaradıcılıq ustalığı sənətkarlıq məharəti onun əsərlərinin uzun ömürlülüyünə zəmanət verir. 
 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin