ABSTRACT
M.Ahmadova
“The role of Mammad Araz poetry in eduction of teenagers in the spirit of the love for
motherland”
The actuality of the topic is “The role of Mammad Araz poetry in eduction of teenagers in
the spirit of the love for motherland”. It is noted that in Mammad Araz activity each citizen should
strictly fight for protecting his motherland, freedom of nation, integrity of the lands like the apple
of the eye. The aim of the poet was to bring up patriot, brave man defending his nation, having the
confidence for fighting against enemies, being always ready for protecting his lands from strangers
and ready for sacrificying his life for the homeland.
It is obvious from the articl, the poet indoctrinates the younger generation educational and
spritual qualities like affection to nation, homecountry, lands and these poems lead them to the
spritual purisim and richness.It is noted that these poems are of great importance in the education of
heroism and patriotismof the younger generation even during the ongoing wars in our lands today.
РЕЗЮМЕ
М.Ахмедова
«Роли стихотворений Мамеда Араза в воспитании подрастающего поколения
в духе любви к родине»
Актуальность темы составляет вопрос о «Роли стихотворений Мамеда Араза в
воспитании подрастающего поколения в духе любви к родине». Обосновывается мысль, что
каждый гражданин в духе поэтики Мамеда Араза должен строго вести борьбу за свободу
родины и народа, беречь его территориальную целостность как зеницу ока. Утверждается,
что цель поэта заключалась в воспитании настоящего патриотического гражданина, который
достойно защитил бы родину, выступал бы в борьбу против врага, с честью берег бы родные
земли от иноземных захватчиков, был бы готовым всякий час умереть за родину.
На основе патриотической поэтики Мамеда Араза автор статьи утверждает, что поэт
прививает подрастающему поколению такие морально-нравственные качества, как
привязанность граждан к своему народу, своей родине, к родной земле, что его стихи
призывает молодых к моральной чистоте, нравственному богатству. Заключается, что
сегодня, когда независимый Азербайджан находится в военном положении, поэтическая сила
и мощь патриотической поэзии Мамеда Араза имеют важную роль и огромное значение в
героическом и патриотическом воспитании молодого поколения.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
32
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
GÜNAY BABAYEVA
Naxçıvan Dövlət Universiteti
UOT:82;398
NAXÇIVAN FOLKLORUNUN DİL-ÜSLUB XÜSUSİYYƏTLƏRİ
(bayatılar əsasında)
Açar sözlər: bayatı, folklor,
üslub xüsusiyyətləri
Key words: bayati, folklore, style features
Ключевые слова: фольклор,
баяты,
стилевые особенности
Folklor örnəkləri dilimizin tarix və özəlliyini əks etdirmək baxımından böyük əhəmiyyətə
malikdir. Bundan başqa, həmin nümunələrdə köhnəlmiş söz və dialektlər də müəyyən qədər yer tutur ki,
bu da dilimizin müxtəlif mərhələlərdə öyrənilməsinə imkan verir. Azərbaycanın ayrı-ayrı bölgələrinə
xas olan ağız ədəbiyyatı örnəkləri vardır. Bu anlamda, Naxçıvan folkloru da öz zənginliyi, janr
müxtəlifliyi və dil-üslub xüsusiyyətləri ilə seçilən maraqlı qaynaqlardandır. “Azərbaycanın qədim
Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf
dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq
nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini
özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir” (3, 4).
Naxçıvan folkloru ümumxalq dilinin zənginliyini, dadını-duzunu, şirinliyini özündə yaşadan
böyük bir mənəvi sərvətdir. Bu baxımdan, bayatılar diqqəti çəkən janrlardan biridir.
Görünür hürü dağı,
Duman, gəl, bürü dağı.
Ölü dağı çəkilər,
Çəkilməz diri dağı (2, 312).
Bu bayatıda bədii ifadə vasitəsi kimi antonim sözlərin özünəməxsus üslub keyfiyyəti
dərinliyi ilə fərqlənir. Burada təzadın realaşmasında iki vasitə özünü göstərir:
1.
Anlam baxımından bir-birinə zidd olan sözlər (ölü-diri).
2.
Eyni felin həm təsdiq, həm də inkar formada işlənməsi (çəkilər-çəkilməz).
Hər iki vasitənin bir araya gəlməsi təzadın qatılaşmasına və beləliklə də, bədiiliyin
güclənməsinə səbəb olur, tərənnüm yolu ilə hiss və həyəcanın təsiri də çoxalır.
Naxçıvan folklorunda elə bayatılar vardır ki, onlar sanki ipə-sapa düzülmüş, misra-misra
qoşulan atalar sözləridir. Belə ki, həmin bayatılarda aforistik fikirlər çox güclüdür və bunlar həmin
bayatıların atalar sözləri məzənnəsində olmasını əsaslandırır:
Bahar qədrin gül deyər,
Eşq atəşin dil deyər,
Ömrün, günün mənasın
Ay dolanar, il deyər (2, 316).
Mən aşiq, gördüyünə,
At oxu gördüyünə.
Namərddə sirr əylənməz,
Mərd deməz gördüyü nə (2, 319).
Naxçıvan bayatılarında xalqımızın tarixi hadisələri ilə bağlı bir sıra faktlar da öz əksini
tapmışdır. Məsələn:
Mən aşıx, gəlmədilər,
Dözüm yox, gəlmədilər.
Vətən, səni bölənnər
Yerli yox, gəlmədilər (2, 318).
Bu bayatıda Azərbaycanın İran və Rusiya tərəfindən bölünməsindəki mühüm bir fakt – bu
33
bölgüyə imza atanların yadelli olmasına diqqət çəkilmişdir.
Azərbaycan ədəbi dilinin leksikası zəngin olduğu kimi, onun folklor leksikası da sözlərin və mənaların
bolluğu ilə xarakterikdir. Dilin leksik qatı dəyişməyə meyilliliyin güclü olması ilə səciyyəvidir və bu, həm
yazılı ədəbi dildə, həm də folklor dilində özünü göstərir. Ümumxalq dilində dialekt sözlərin və
arxaizmlərin də müəyyən qədər yeri vardır. Məlumdur ki, fonetika və qrammatikadan fərqli olaraq, dilin
leksikası zamanın təsirinə məruz qala bilir. Ümumxalq dilinin leksikası işləndiyi və yarandığı dövrlə
uyğunlaşır. Belə ki, ümumxalq dilinin leksikasında zamanın xüsusiyyətlərini əks etdirən vahidlər çoxdur.
Naxçıvan folklorunun dilində elə sözlər vardır ki, onlar dilimizin müxtəlif zamanlardakı
vəziyyətini öyrənmək baxımından çox maraqlı və aktualdır. Bu baxımdan, folklor örnəklərinin
dilindəki arxaizmlər işlənmə məqamları, üslub imkanları ilə diqqəti cəlb edir. Axıcı və təsirli dili
ilə seçilən bayatılarda da köhnəlmiş sözlərin yeri və rolu vardır. Bayatıların dilində köhnəlmiş
sözlər aşağıdakı qruplara ayrılır:
1.
Çağdaş dilimizdən çıxmış, yəni tamamilə arxaikləşən leksik vahidlər.
2.
Çağdaş ədəbi dilimizdə aktivliyini itirən, lakin dialektlərdə yaşamını davam etdirən
köhnəlmiş sözlər.
3.
Tamamilə köhnəlməyən, lakin arxaikləşməyə meyilli sözlər.
Naxçıvan bayatılarının dilində bir zaman məişətdə bol-bol işlənən əşyaların adının işlənmə
passivliyi ilə qarşılaşmaq olar. Həmin əşyaların təzələnməsi (yeniləri ilə əvəz olunması) onların
köhnə adının istifadədən qalmasına səbəb olur ki, bu da arxaikləşməni sürətləndirir.
Boynuna salıb silsilə,
Şeh düşüb qızılgülə.
Çağır, faytonçu gəlsin,
Gedirəm yarımgilə (2, 324).
Bu yaxa mənim yaxam,
Silsiləm yoxdu taxam.
Mənim nə vaxtım idi,
Ah çəkib yola baxam? (2, 332).
Bu bayatıda iki arxaizm işlənmişdir. Bunlardan biri qızıldan düzəldilmiş bəzək əşyası
(silsilə), digəri isə insan anlayışı ifadə edən “faytonçu” sözüdür. Onların köhnəlmə dərəcəsi
təxminən eynidir. Belə ki, el arasında onları tanıyanların sayı, yəqin ki, bərabər olar. Silsilənin nə
olduğunu yaşlı qadınlar bildiyi kimi, “fayton” və “faytonçu” sözləri də işlənmə fəallığını eyni
dərəcədə itirmişdir.
Mən aşıq, aran yerdə,
Çöl yerdə, viran yerdə.
Fələk köçüm qaytarıb
Mənzilə varan yerdə (2, 329).
Bayatıların dilində “varmaq” feli maraqlı leksik-qrammatik vahidlərdən biri kimi diqqəti
çəkir. Tarixi qrammatikamız üçün xarakterik olan bu söz zaman-zaman dilimizdə aktiv mövqedə
olmuş, XX yüzilliyin ortalarında fəallığını itirərək arxaikləşməyə doğru getmişdir. Bu leksem
hazırda türk dilində fəallığını qorusa da, çağdaş Azərbaycan dili üçün səciyyəvi deyil. O, bizim
dilimizdə “fərqinə varmaq” ifadəsinin tərkibində qalsa da, işlənmə tezliyinə malik deyil. Naxçıvan
folklorunun dilində belə leksik-qrammatik vahidlərlə tez-tez qarşılaşmaq mümkündür.
Heyranam boz börkünə,
Qonubdu toz börkünə.
Yarım, bədnəzər çoxdur,
Dəyməsin göz börkünə (2, 330).
Bayatının dilində “börk” papaq anlamında işlənmişdir. Əslində, bu söz indi də Naxçıvanın bəzi
yerlərində dialekt kimi işlənsə də, “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə qeydə alınmamışdır.
Lüğətdə bu söz tamamilə başqa anlamda olan dialekt kimi öz əksini tapmışdır. “Börk” Xanlar
dialekti kimi “araba təkərində dəndənənin keçdiyi qövsşəkilli ağac” mənasındadır (1, 64).
Bayatıların dilində öyüd-nəsihət xarakterli fikirlərə də rast gəlmək olur:
Çaylar olub dişləmə,
34
Çayın pulun xərşləmə.
Evə qonaq gələndə
Ərzi-giley başlama (2, 335).
Lalə alıb tez gətir,
Arşın apar, bez gətir.
Nə qonşuya söz apar,
Nə qonşudan söz gətir (2, 347).
Vulqarizmlər (kobud sözlər və söyüşlər) ədəbi dil fakt olmasa da, şifahi ədəbi dilimizdə
onlara rast gəlmək mümkündür. Bu da bədii dilin mühafizəkar olmamasından irəli gəlir. Belə ki,
digər üslublardan fərqli olaraq, bədii üslubda bəzən ədəbi dilə daxil olmayan sözlər də işlədilir. Bu
baxımdan, aşağıdakı bayatı səciyyəvidir:
Dəniz susuz olarmı?
Dibi qumsuz olarmı?
İt oğlu, köpək oğlu,
Qız da toysuz olarmı? (2, 337).
Bayatıların dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətinin –ca
2
şəkilçisinin zərflə
işlənməsi məqamları da maraqlıdır:
Əzizim, iydə şirin,
Yeməyə iydə şirin.
Gəl yaxınca oturaq,
Danışaq bir də şirin (2, 343).
Bu fakt dərəcə əlamətinin əsas nitq hissələrindən yalnız sifətə aid olmadığını göstərən faktlardan
biridir. Bu əlamətin işlənmə dairəsi genişləndiyindən onun kateqoriya kimi dəyərləndirilməsinə ehtiyac
vardır.Beləliklə, Naxçıvan folklorunda bayatıların dil-üslub keyfiyyətləri zəngin və maraqlı olmaqla
araşdırılmağa layiqdir.
ƏDƏBİYYAT
1.
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, Şərq-Qərb, 2007
2.
Naxçıvan folkloru. Naxçıvan, Əcəmi, 2010
3.
“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı / Naxçıvan folkloru. Naxçıvan, Əcəmi, 2010,
s. 4-7
ABSTRACT
Gunay Babayeva
Language style of Nakhchivan folklore (according to bayaties
)
In the article it is dealt with the features of language style of Nakhchivan folklore. From this
point, the language of bayati is forefront. The qualities of the language style of bayaties are
involved in the theoretical analysis and are shown different features. It is paying attention to the old
words of genre of bayati language and is shown the example of them. In addition , methods are
described for generating antonymous. The theoretical ideas put forward in the article based on
language facts.
РЕЗЮМЕ
Гюнай Бабаева
Языковые-стилистические особенности нахчыванского фольклора (на основе баяты)
В статье рассматриваются языковые-стилистические особенности нахчыванского
фольклора, на передний план выдвигается язык баяты. Автор статьи привлекает к научному
анализу языковые-стилистические качества баяты, выявляет их отличительные особенности.
Особое внимание уделено устаревшим словам на языке жанра баяты, приведены конкретные
примеры. Исследователь также рассматривает средства и способы, создающие антономию,
языковыми факторами обосновывает выдвинутые научно-теоретические критерии.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
35
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
NADİR İSMAYILOV
Naxçıvan Dövlət Universiteti
UOT 82: 316. 3
ƏHMƏD CƏMİL VƏ UŞAQ ƏDƏBİYYATI
Açar sözlər: Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, Əhməd Cəmil
Key words: Azerbaijan literature, children’s literature, Ahmed Jamil
Ключевые слова: Азербайджанская литература, детская литература, Ахмед Джамил
Əhməd Cəmil (1913-1977) XX əsr Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri
olan tanınmış şairlərdəndir. Onun ideya-bədii mükəmməlliyə malik əsərləri ədəbiyyatımızın
zəngin–ləşməsində özünəməxsus rol oynamışdır. Əhməd Cəmilin yaradıcılıq fəaliyyətinin mühüm
bir qolunu da uşaq ədəbiyyatı nümunələri təşkil edir. Onun uşaqlar üçün yazdığı şeirlər mövzuca
müxtəlif olduğu kimi, sənətkarlıq axtarışlarının dolğunluğu ilə də diqqəti çəkir.
Əhməd Cəmilin uşaqlar üçün yazdığı ən məşhur şeirlərdən biri “Can nənə, bir nağıl de!”
adlanır (1, s.62-63). Akademik Bəkir Nəbiyev bu şeir barədə yazmışdır: “Can nənə, bir nağıl de!”
şeiri Böyük Vətən müharibəsinin başlamasından bir qədər əvvəl yazılsa da, müharibə dövrünün
əhvali-ruhiyyəsi və hadisələri ilə qəribə şəkildə səsləşirdi. Atası orduya getmiş balaca bir oğlanla
onun nənəsi arasında soyuq qış gecəsində gedən adi bir dialoq onların hər ikisinin daxili aləminə
baş vurmaq, hansı hisslər və arzularla yaşadıqlarını görmək üçün geniş imkan verir. Bu şeirdə
Ə.Cəmil uşaq psixologiyasına son dərəcə həssas yanaşmağı, kiçik yaşlıları dərindən müşahidə
etməyi bacaran bir sənətkardır” (6, s.74).
1940-cı ildə qələmə alınmış bu dolğun əsər atası ordu sıralarında olan balaca uşaqla nənəsi
arasında mükalimə üzərində qurulmuşdur. Şeirdə müəllif həm nənənin, həm də nəvənin qəlb
aləmini çox təsirli və təbii detallar vasitəsi ilə canlandırmışdır. Üstəlik burada uşağın atası, yəni
nənənin ordu sıralarında olan oğlu haqqında da söhbət gedir. ”Süjetli şeirin nadir nümunəsi olan
“Can nənə, bir nağıl de!” şeirində Ə.Cəmil üç surət yaratmışdır: Nənə, Nəvə, cəbhədə döyüşən
Ata” (4, s.224).
Əsərin əvvəlində təsvir olunur ki, soyuq qış axşamıdır, şaxta qılınc kimi kəsir. Belə bir
vaxtda nənə öz nəvəsini yatırtmaq üçün nağıllar desə də uşaq bununla kifayətlənmir, yenə də nağıl
istəyir:
-Ay nənə, bir nağıl de!
-Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
-Can nənə, de birini də.
-Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan ,
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir.
-Qar yağırmı?
-Elə yağır…sazaq qılınc tək kəsir…
Körpə yeni düşüncələrə baş vurur, atasının divardan asılmış şəklini görərək nənəsindən
soruşur ki, görəsən, indi atam haradadır, belə şaxta onu üşütmür ki? Nənəsi isə bu zavallı uşağı
ovutmaq, rahatlamaq üçün müvafiq cavablar verir.Bütün bunlar şair tərəfindən böyük həssaslıqla
canlandırılmışdır:
-Ömrüm günüm, körpə quzum, qurban olum adına,
36
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: “…Hələ xoşdur bu tərəfdə havalar.”
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar…
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Qayğıkeş nənənin təsəllisi uşağın yeni düşüncələrinə rəvac verir:
-Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə…
Bunun ardınca nənə uşağın qəlbini sakitləşdirmək üçün atasının gələcəyi günü təsvir edir.
Şirin xəyallara dalan uşaq, axır ki, yuxuya gedir. Beləliklə, yazıçı Mehdi Hüseynin qeyd etdiyi
kimi: “Burada lirika da vardır, xəfif bir kədər də, bahar ətri verən bir sevinc də” (3, s.316).
Aşağıdakı misralar da məhz nəvənin ovqatında sevinc notlarının qabarıqlaşmasının təzahürüdür:
Körpə güldü…həsrət qonan gözlərindən uçdu qəm,
Öpdü onun xəyalını indi gözəl bir aləm…
Bu şeirdə balaca uşağın psixologiyasının mükəmməl təqdimi ilə yanaşı, qayğışeş nənənin
qəlb aləmi də məharətlə təqdim olunmuşdur. “Şair nənə və nəvənin daxili düşüncə və arzularını,
hiss və xəyallarını sadə, səmimi, təbii, eyni zamanda, hüzn və sevinc qarışıq romatik boyalarla
təsvir etmişdir” (5, s. 219). Ədəbiyyatşünaslıqda vurğulandığı kimi, bu şeir “mövzu, ideya və
sənətkarlığına görə müharibə dövrü və ondan sonra müharibə problematikasına həsr edilmiş ən
yaxşı əsərlərdən biri hesab olunur” (2, s.344).
Əhməd Cəmilin 1941-ci ildə yazdığı irihəcmli “Şaxta baba” şeiri (1, s.72-76) müharibə
dövrünün həyəcanlı psixologiyası ilə uşaqların yeni il şənliyini vəhdətdə təcəssüm etdirən maraqlı
bədii nümunədir. Şeirin adından sonra “uşaqlara yeni il hədiyyəsi” qeydi verilib. Əsərdə yığcam
süjet elementləri də vardır. Şeirin əvvəlində qarlı-boranlı yeni il axşamı təsvir olunur.Kənddə hamı
evlərə çəkilib. Evlərin birində Tapdıq dədə nağıl danışır, Başqa bir evdə isə uşaqlar toplaşıb
şənlənirlər. Ayaz adlı bir oğlanın oxuduğu mahnı müharibə dövrünün ovqatını ədəbi müstəviyə
gətirir:
Külək, sən qılınc ol, əs,
Qar sən də yolları kəs;
Meşələr uğuldasın,
Düşsün dağa, daşa səs!
Şaxta, sən də divan tut!
Donsun faşist adlı qurd.
Bunun ardınca isə əsas mətləbə diqqət yönəldilir, Şaxta babanın gəlişi təsvir olunur. Həmin
hissə on illərdən bəridir ki, uşaqların dilinin əzbəridir. Ayazın nəğməsi bitincə qapını külək açır.
Evə soyuq hava, qar, boran dolur. Bəlli olur ki, gələn Şaxta babadır. Müəllif dəqiq detallar vasitəsi
ilə Şaxta babanın zahiri portretini məharətlə canlandırmışdır:
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq,
Girdi evə bir qoca,
Boyu çinardan uca.
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu,
Uşaqlar görcək bunu,
Alıb dövrəyə həmən,
Tutdular ətəyindən.
Uşaqların sualına cavab olaraq Şaxta baba buraya gələnədək keçdiyi yollardan, üzləşdiyi
çətinliklərdən söz açır:
Fikrə getdi bir qədər.
Dedi: -Əziz körpələr!
Qarlı dağlar aşaraq,
37
Çox ellər dolaşaraq,
Dağlarda qurdum dəyə,
Gəldim sizi görməyə…
Şeirin sonrakı bölümlərində Şaxta babanın uşaqlara xurcunundan yeni il hədiyyəsi
paylaması, sonra isə onlarla vidalaşaraq getməsi təsvir olunur. Ümumiyyətlə, “Şaxta baba” şeiri
ideya-bədii mükəmməlliyi ilə təsirli sənət əsəridir.
Əhməd Cəmilin 1968-ci ildə uşaqlar üçün yazdığı “Təzə il” şeiri də dəyərli bədii nümunədir
(1, s.251-252).Əsərin əvvəlində “bağça uşaqlarına” qeydi vardır. Uşaq ədəbiyyatımızın populyar
örnəklərindən olan bu şeirdə balacaların yeni il arzuları özünün dolğun, həm də sadə, təbii ifadəsini
tapmışdır. Şeirdəki kolorit, məişət lövhələri ilə bağlı düşüncələr də diqqəti çəkir:
Təzə il! Gəzə-gəzə!
Gəl bizim eli bəzə!
Yağış gətir,qar gətir,
Günəşli bahar gətir.
Taxılçı taxıl əksin,
Suçu düzə su çəksin.
Bağ salsın qoca bağban,
Bar qonsun budaqlara…
Haraylasın gənc çoban
Sürünü otlaqlara…
Şairin uşaqlar üçün qələmə aldığı şeirlərin bir qismi də bilavasitə vətənpərvərlik
mövzusundadır. Belə nümunələrdə şair böyüməkdə olan nəsilləri vətənə məhəbbət ruhunda tərbiyə
etməyi bir məqsəd olaraq önə çəkmişdir. Bu baxımdan 1940-cı ildə yazdığı “Vətən” şeirinə nəzər
salmaq yerinə düşər (1, s.55). Şeirdə bir tərəfdən doğma yurdun təbii gözəllikləri tərənnüm
olunmuş, digər tərəfdən də vətənə bəslənilən böyük məhəbbət özünün bədii təqdimini tapmışdır:
Ey Vətən, ana Vətən,
Heyranam, sənə,Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var,
Dağların baş-başadır,
Düzlərin tamaşadır…
Nə gözəldir qucağın,
Doğma odun, ocağın!..
Sən dünyanın gözüsən!
Taleyimin özüsən!
Sevirəm bayrağını,
Öpürəm torpağını!
1945-ci ildə qələmə aldığı “Bizim düşərgə” şeirində isə (1, s.108-110) Əhməd Cəmil yay
tətili günlərində dağ döşündəki düşərgədə istirahət edən balaca məktəblilərin həyatından maraqlı
lövhələr yaratmışdır. Əsərdə iki cəhət ön planda dayanır. Müəllif bir tərəfdən doğma vətən
təbiətinin əsrarəngiz gözəlliklərini,bu yerlərin ulu keçmişini misralara düzümləyir, bu yolla
məktəblilərə müvafiq bilgi vermək məqsədi daşıyır. Digər tərəfdən də hər şeyi öyrənməyə, bilik
dairəsini zənginləşdirməyə can atan çalışqan balaların fəallığını diqqət mərkəzinə çəkir:
Çiçək, böcək, mamır, daş-
Harda nə tapır hərə.
Adıyla, nişanıyla
Tez qeyd edir dəftərə.
Kimini düşündürür
Dağların dərin qatı.
Kimi kənddə toplayır
Nağıl, qoşma, bayatı…
Gəzirik,öyrənirik
38
Hər gün bu yerləri biz.
Sevimlidir, gözəldir,
Səfalıdır ölkəmiz!
Bütünlükdə bu şeir uşaqlarda doğma yurda məhəbbət hissləri aşılayan dəyərli bədii
nümunədir.
O zaman Azərbaycanda uşaqlar üçün nəşr olunan “Göyərçin” jurnalı kiçikyaşlı məktəblilər
tərəfindən böyük sevinclə qarşılanırdı. Balaca oxucular onun səhifələrində maraqlı bədii
nümunələrlə, diqqətəlayiq yazılarla tanış olurdular. 1957-ci ildə bu jurnalın nəşrə başlamasını
alqışlayan Əhməd Cəmil onun ilk sayının çapdan çıxması münasibəti ilə “Göyərçin” adlı şeir
yazmış (1, s.173-174), balaca oxucuların sevinc hisslərini bədii şəkildə ümumiləşdirmişdir:
Göyərçinim, ağ quşum,
Gəl qoşa uçaq, quşum!
Bakının göylərindən,
Xəzərin üzərindən,
Gəl, uçaq uzaqlara,
Qoşulaq uşaqlara…
Hər zəmidən bir sünbül,
Hər bağçadan qızılgül
Toplayıb qucaq-qucaq,
Gəl, uçaq,uçaq,uçaq!..
Əhməd Cəmil sonralar da bu mövzuya müraciət etmiş, “Göyərçin” jurnalının nəşrə
başlamasının iyirmi illiyi ilə əlaqədar eyniadlı şeir yazmışdır (1,s.328). Həmin şeirdə də uşaqların
bu jurnala sevgisi özünün müvafiq bədii təcəssümünü tapmışdır:
“Göyərçin”, ay “Göyərçin”!
Sözü təzə “Göyərçin”!
Uç gəl hər ay, “Göyərçin”!
Uç, günəşli nağıllar
Gətir bizə, “Göyərçin”!
Əhməd Cəmilin uşaqlar üçün yazdığı əsərlər sırasında 1977-ci ildə qələmə aldığı “Nigar” adlı
iki şeiri də özünəməxsus yer tutur (1, s.303-304). Birinci şeir nəvəsini dərin məhəbbətlə sevən. onun
hər nazı ilə oynayan babanın dilindən verilmişdir:
Nigar mənim nəvəmdir,
Mən onun babasıyam.
Nigara don almışam,
Papış da alasıyam.
Nigar təzə oturur,
O, yaxşı bardaş qurur.
Əlindən yapışanda
Ayaq üstə də durur…
İkinci şeir isə nənənin dilindən verilməklə bir el adətinin bədii təcəssümünü də özündə əks
etdirir. Bəllidir ki, qədimdən bəri uşaq yenicə diş çıxaranda hədik qoyarlar. Ə.Cəmil də bu şeirdə
diş çıxaran balaca Nigar üçün hədik qoyulmasını təbii boyalarla təsvir etmişdir:
Nənə deyir: - Bu Nigar
Gündə bir təzə oyun,
Gündə bir iş çıxarır.
Yox, deyirəm, nənə, yox!
Buğda tök, hədik bişir,
Balamız diş çıxarır.
Əlbəttə, Əhməd Cəmilin uşaq ədəbiyyatı sahəsindəki əsərləri bunlarla məhdudlaşmır və daha
geniş tədqiqat tələb edir. Biz burada bir sıra səciyyəvi nümunələrə toxunmaqla kifayətlənirik.
Bütövlükdə istedadlı şair Əhməd Cəmil Azərbaycan uşaq ədəbiyyatı tarixində özünəməxsus mövqe
39
tutur. Onun uşaqlar üçün yazdığı şeirlər mövzu əlvanlığı, ideya aydınlığı, bədii kamilliyi ilə
səciyyələnir və bu gün də əhəmiyyətini itirməmişdir.
Dostları ilə paylaş: |