NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
FARİZ ƏHMƏDOV
Naxçıvan Dövlət Universiteti
Fariz6254111@gmail.com
UOT:82
CƏLALƏDDİN RUMİ YARADICILIĞINDA ŞƏMS TƏBRİZİ NÜMUNƏSİ
Açar sözlər: Mövlana, Şəms, kitab, elm, dost, eşq, könül
Key words: Mevlana, Shams, book, science, friend, love, heart
Ключевые слов: Мовлане, Шaмс, книга, наука, друг, любовъ, душа
Mövlananın həyatında Təbrizli Şəmsəddinin ayrıca bir yeri olmuşdur. Mövlananın ən yaxın
dostu, müəllimi, onun kamilləşməsində böyük rolu olan elm və irfan əhli, qısacası Mövlananı
Mövlana edən Təbrizli Şəmsəddin idi. Kim idi bu Təbrizli Şəmsəddin?
Tarixi mənbələrə görə azəri türklərindən Məlikdadoğlu Əlinin oğlu idi. Adı Məhəmməd olan
bu gənc 1183-cü ildə Xorasanda dünyaya göz açıb. O, Şiəliyin İsmailiyyə məzhəbindən idi.
Cəfərilik məzhəbində təhsil almış bir müddət sonra isə ailəsi ilə birlikdə Təbrizə köçmüşdü.
“Qurani Kərim”in “Şəms” surəsinə aşiq olduğu üçün öz ləqəbini “Şəms” adlandırmışdır. Bəziləri
onu “Şəmsi parəndə”, bəziləri isə “Kamili Təbriz” adlandırmışlar. Uşaq yaşlarından dəyişik halları,
üstün yaradılışı ilə diqqəti çəkməkdə idi Təbrizli Şəmsəddin. Balaca yaşlarında ikən atası ilə
birlikdə çay kənarında oturaraq ətrafı seyr etdikləri zaman bir toyuğun altındakı yumurtalardan
çıxan ördək balaları çaya girərək üzüb qarşı tərəfə keçdikləri halda, toyuğun torpaqda çırpındığını
görən Şəms atasına belə deyir:
-Ora bax ata! Eyni səninlə mənim halıma bənzəyir. Toyuq torpaqda çırpınıb durduğu halda,
balaları çoxdan çaya girərək qarşı tərəfə keçdi.
Bir çox mənbələrdə Şəmsin ayrı-ayrı dərvişlərin müridi olduğu qeyd edilir. Lakin Şəms
özünün “Məqalət” adlı əsərində deyir:
-Mənim Təbrizdə Əbubəkr adlı bir şeyxim var idi, səbət hörərdi. Ondan bir çox şey öyrəndim,
fəqət məndə bir şey var idi ki, onu şeyxim görmürdü. Onsuz da onu heç kəs görə bilməzdi ki, onu
Mövlana gördü.
Şəms deyirdi: ” hər şey insana fədadır, insan isə özünə. Qəlblərə girmək, könül sahiblərinə yar
olmaq lazımdır. Bütün Peyğəmbərlərin qayəsi könüldür. İnsan özünü bildimi hər şeyi bildi
deməkdir”.
Şəmsəddin Təbrizi Konyaya ilk olaraq 29 noyabr 1244-cü il (26 cəmayidəl-axir 642) tarixində
gəlmiş və burda tanımışdı iki dost bir-birini. Mövlananın oğlu Sultan Vələdin diliylə görüşmənin
təsiri və Şəmsin ilk sözləri bu şəkildədir:
“Qəflətən Şəms gəlib çatdı,
Nurun işığında kölgədə yox olub getdi.
Eşq dünyasının ardından dəfsiz, sazsız eşq səsi gəldi,
Məşuqlar hallarını söylədi ona
Beləcə də sirri ucalardan ucalara vardı,
Dedi ki - sən batinə əsir olmuşsan
Amma bunu bil ki, mən batinində batiniyəm”
Şəms 16 aya yaxın Konya şəhərində Mövlananın qonağı oldu. Mövlana deyirdi:
-ölkənin zahidiydim, minbərə sahibdim, kürsüm vardı, indisə sənə qarşı əllərini çırpan bir aşiq
halına gətirdin məni.
Bir gün Mövlana hovuz kənarında oturub Sənai, Fəridəddin Əttar, Mütənəbbinin kitablarını
oxuyurdu. Bu zaman Şəms gəldi, Mövlananın yanında əyləşdi və soruşdu:
-Bu kitablar nədən bəhs edir, Mövlana?
Mövlana cavab verdi:
-Bir çox elmlərdən bəhs edir ki, bunu sən bilmərsən.
Şəms:
20
-Düzdü, bilmərəm, ancaq bildiyim tək bir şey var ki, onu da bu kitablar bilməz. Kitabları
Mövlananın əlindən alan Şəms ani göz qırpımında onları hovuza atdı. Hovuz tamamilə mürəkkəbə
qərq oldu.
Mövlana hövlang başını tutaraq dedi:
-Nə etdin, Şəms. Bunlar tək nüsxə əlyazmalar idi. Sən onları məhv etdin.
Şəms:
-Sən bu kitablara əsir düşmüş, həyatı səhifələrdə axtaran biri olmusan. Kitablar sadəcə işığa
yaxınlaşdırır, işığın özü deyil. Şəms danışdıqca Mövlana hovuzda üzən kitablara baxıb ağlayırdı.
Sözünü bitirdikdən sonra Şəms hovuza girərək az öncə suya atdığı kitabları tək-tək yığıb Mövlanaya
qaytardı. Mövlana olanlara inana bilmirdi. Çünki kitablar rəfdən götürülmüş kimi quru və tozlu idi.
Mövlana:
-Bu nece bir elmdir, Şəms?
Şəms:
-Bu qəlb elmidir. Sən onu bilmərsən. O, kitab oxumaqla öyrənilmir. Bir xəttatın üç növ yazısı
olur:birincisini özü oxuyar, başqaları oxuya bilməz; İkincisini özü oxuya bilməz, başqaları oxuyar;
üçüncüsünü nə o nə də başqaları oxuya bilər. Mən o üçüncü növ yazıyam, məni oxumağa tələsmə.
Kitablar qəlbə enmədikcə qumsaldakı yazılardır. Eşq kitab oxumaqla öyrənilməz.
Şəms deyirdi:
-Mənəvi elm üç yolla əldə edilir. Zikredən dil, şükredən qəlb və səbredən üz.
Bir gün Şəms Mövlanadan soruşdu:
-Səndən bir rica etsəm, yerinə yetirərsən?
Mövlana:
-Buyur
Şəms:
-Məni əyləndirəcək bir qadın gətirə bilərsən?
Mövlana cavab vermədən otaqdan çıxdı və az müddət keçdikdən sonra həyat yoldaşı Kira
xatunu dostu Şəms üçün gətirdi.
Şəms:
-Bu ola bilməz, bu mənim bacımdır. Niyə tanımadığın birini deyil, öz xanımını gətirdin?
Mövlana:
-Sən şəhvətdən və qadından uzaqsan. Bunu bildiyim üçün məni sınadığını düşündüm və öz
xanımımı sənə gətirdim. Bil ki, ey dost, nəyim varsa sənə fədadır.
Şəms:
-Bəs onda səndən şərab istəsəydim Yəhudinin dükanına gedib özün alardın, ya adam
göndərərdin?
Mövlana:
-Özüm gedər şərabı alıb gətirərdim.
Şəms can dostu Mövlananı bağrına basaraq anlından öpdü və dedi: axtardığım həqiqətəndə
sənsən yanılmamışam.
Təbiətin gözəl fəsillərindən biri olan bahar fəsli idi. Mövlana ilə Şəms bağçada gəzintiyə
çıxmışdılar. Fəlsəfəçilərdən bir qrupu Mövlananı ziyarətə gəlmiş, bir neçə suallarının olduqlarını
bildirmişdilər. Mövlana onlara Şəmsi göstərərək, suallarınızı mənim suallarımı cavablayana verin.
Onlar Şəmsə üç suallarının olduğunu bildirdilər. Şəms isə onlara suallarını vermələrini rica etdi.
1. Allah var deyirsiniz, amma görsənmir, göstərin ki, inanaq.
2. Şeytanın oddan yarandığını deyirsiniz, sonra da şeytan Cəhənnəm odunda yanacaq deyirsiz.
3. Axirətdə hər kəs haqqını alacaq, etdiklərinin cəzasını çəkəcək deyirsiz, buraxın insanlar
necə istəyirsə, elə də yaşasın.
Fəlsəfəçinin sualı bitincə Şəmsə baxaraq suallarına cavab verməsini gözlədi. Şəms sağa-sola
baxaraq yerdən bərk bir torpaq parçası götürdü və sual verən fəlsəfəçinin başına çırpdı.Sual
verməyə gələn fəlsəfəçilər gördüklərindən hiddətlənərək xəsarət alan dostlarını da götürərək dərhal
Konya Qazisinin yanına şikayətə getdilər.
Mövlana yaşananan bu hadisədən heç nə anlamır və bir azdan olacaqları düşünürdü. Baş verən
hadisədən az zaman keçdikdən sonra Qazi adam göndərərək Mövlana və Şəmsi mühakimə etmək
üçün hüzuruna çağırdı. Qazinin yanına çatanda başı sarıqlı filosof baş verən hadisəni Qaziyə olduğu
kimi danışmağa başladı. Qazi filosofa qulaq asdıqdan sonra Şəmsdən bu işin açıqlamasını istədi:
Şəms cavab verdi:
21
-Möhtərəm Qazi, onun mənə birinci suali oldu ki, Allahı göstər inanım. Mən də torpaqla onun
başına vurdum. İndi sizin yanınıza gələrək başının ağrıdığını söyləyir. Başındakı ağrını mənə
göstərsin, inanım.
Fəlsəfəçi:
-Necə göstərim başımın içindəki ağrını?
Şəms:
-Demək Allah da vardır, fəqət görünməz.
Şəms danışmağa başladı:
-Fəlsəfəçinin ikinci sualı mənə belə oldu ki, oddan yaranmış şeytana Qiyamətdə necə odla
əzab ediləcək? Heç oddan yaranmış bir varlığa odla əzab etmək olarmı?
-Mən bu adamı torpaqla vurdum necə oldu ki, torpaq onun canını ağrıtdı? Halbuki öz bədəni
də torpaqdan yaranıb. Sözünə davam edən Şəms bildirdi ki, fəlsəfəçinin üçüncü sualı belə idi:
- Axirətdə hər kəs haqqını alacaq, etdiklərinin cəzasını çəkəcək, buraxın insanların canı necə
istəyir elə yaşasın. Bu sualın qarşılığında ürəyimdən istədiyi kimi yaşamaq, hərəkət etmək gəldi və
fəlsəfəçini vurdum.
Şəms Qazıya dönərək soruşdu:
-Bu adam indi nəyə görə haqqını axtarır?
-Fəlsəfəçi bu cavabların ağırlığı qarşısında Qazıdan və Şəmsdən üzr istəyib İslama təslim
olaraq dedi:
-Bunca il bir çox din adamına bu sualı verdim, heç biri doğru-düzgün cavab verə bilmədi. Ey
Şəms, sən din adamısan bizə İslamı öyrət.
Mövlana, Şəms haqqında belə deyirdi:
Mən səndə özümü axtardım,
Mən, məndə səni itirdim.
Niyə daha çoxunu axtarım,
Artıq mən səninlə eyniyəm.
Konya xalqı tərəfindən çox sevilən Mövlananın birdən birə mədrəsəyə gəlməməsini,
müridlərini tərk etməsini heç kəs qəbul edə bilmirdi. Mövlanaya qarşı duyduqları aşırı sevgi, onları
qısqanclığa vadar etmişdi. Hətda Konya şəhərində belə bir dedi-qodu da yayılmaqda idi:
-Şəms deyilən bu dərviş gəldi, Mövlanamızı bizdən alıb başqa bir aləmə götürü. Sehrbazdır,
cadugərdir. Xalqı “Azan”-dan, tələbəni mədrəsədən məhrum etdi.
Dedi-qoduların artdığı bir vaxtda 10 mart 1246 (21şəvval 643)-cü ildə Şəms 16 ay Mövlana
ilə birgə yaşadıqdan sonra necə səssiz gəlmişdisə, elə də səssiz getdi Konyadan. Onun Konyaya
gəlişini heç kəs görmədiyi kimi, gedişini də heç kəs görmədi.
Şəmsin getməsi Mövlananı can evindən yaralamışdı. Otağına qapanmış heç kəslə hüznünü
bölüşmürdü. Durmadan qəzəllər yazır və harada bir toplum görsə, xitabən deyirdi:
-Ey müsəlmanlar! Şəmsi gördünüzmü? Ondan bir nişanə verənə, ondan bir söz, bir xəbər
gətirənə qarşılıq olaraq canımı verəcəm, deyirdi.
Mövlana Şəmsin gedişiylə durmadan gecə-gündüz yazırdı:
Eşq gəldi, damarımda qan kəsildi,
Məni özümdən alıb, sevgiylə doldurdu.
Bədənimin bütün üzvlərini sevgiylə qapadı.
Məndən qalan bir ad, ondan başqası daima “O”
Mövlananın kədərlənməsi əvvəlcə Şəmsə qarşı çıxanları pərişan etmiş, bir-bir gəlib
Mövlanadan üzr istəmişlər. Mövlanada heç bir küskünlük olmadan onları bağışlamışdı.
Təbrizli Şəmsəddinin harda olduğu heç kəsə bəlli deyildi. Bəziləri onun Təbrizdə olduğunu
deyirdi. Mövlana bu xəbərə çox sevinmiş və bu misraları yazmışdı:
Bizə Təbrizdən bir xəbər versən,
Şəms, qalx, bu yana gəl, qalx, gəl, deyərəm.
Qalx, gəl, deyərəm səni doğub, böyüdən torpağa.
Mövlana Şəmsi axtarmaq üçün bir neçə dəfə Şama getmiş və bu axtarışın heç bir nəticəsi
olmadığını dərk etmişdi. Mövlana Şamda Şəmsi görməmiş amma mənən onun varlığını qəlbində
görmüş, tapmışdır. Mövlana bir rübaisində Şəms üçün belə deyirdi:
Olduğun yerlərə gələ bilmirəm qorxumdan,
Qısqanarlar sənə aşiqlik edənlər birdən.
Gecə-gündüz könlüm içində sənsən,
22
Səni görmək istədikcə baxıram könlümə mən.
Bir neçə ay sonra Şəmsdən xəbər gəldi. Təbrizli Şəms Şamda idi. Mövlana durmadan ilk
məktubunu yazdı Şəmsə:
Ey könlümün nuru gəl!
Ey diləyim, ey məqsədim gəl.
Ey sevən, ey sevilən gəl.
Bilirsən ki yaşamımız sənin əlində.
Sıxıntı etmədən nolar, gəl,
İnad etmədən gəl.
Gəl ey Bülbüllərə sahib Süleyman,
Gəl, ey əl-aman.
Lütf eylə bizə gəl,
Ey cəfalar göstərən,
Ey sevən, sevilən dost,
Kərəm eylə gəl. Ayrılığın bitirdi bizi,
Sözündə dur lütf sahibi,
Comərd əllərin budur adəti,
Qüsuru ört, yaxşılıq et, gəl!
Ərəblər “təal” deyər, Farslar “biya”
Gəl deməkdir bunlar, durmadan gəl.
Gələrsən, Murada çatar, açar güllərim,
Gəlməzsən, pərişan olar, məhv olaram.
Gəl, ey candan, könüldən gəl dediyim,
Gəl artıq, durma, gəl!
Ey Təbrizli Şəms gəl, tez gəl,
Nolar, Dur! Xeyr demə,
Sənə Bəli, xeyir demək yaraşmaz,
Gəlmək yaraşar.
Məktublarına heç bir cavab ala bilməyən Mövlana ikinci, üçüncü məktubunu ard arda yazdı
Şəmsə. Uzun keçən bir aradan sonra Şəmsdən cavab gəldi. Şəms Şamda idi. Mövlananın cavabsız
məktublarına artıq cavab vermişdi.
Mövlana Şəmsin məktubunu alar-almaz oğlu Sultan Vələdi yanına çağıraraq durma, Şama get,
şeyximizi al, gətir, deyə təlimatlandıraraq Şəmsə dördüncü məktubunu yazmışdı:
“Siz burdan ayrıldıqdan sonra, mumun baldan ayrılması kimi, mən də ləzzətdən uzaq qaldım.
Bütün gecə mum kimi məhəbbətinizlə yanıram. Baldan şirin söhbətinizdən məhrumam. Camalınızın
ayrılığı ilə cismimiz viran, canımız isə bayquş kimi viranələrdə. Artıq üzünüzü biz tərəfə tutun ki,
sevincimiz olsun.
1247-ci ilin mayında baharın ən gözəl günlərindən biri idi. Hər kəs şənlənir və sevinirdi. Əsil
sevinc Mövlananın evində idi. Şəms gəlirdi. Hərkəs yalnız bir söz deyirdi:
-O gəlir, O. Gəldi dostlar, günəşim, ayım gəldi.
O gümüş bədənlim, qızıl üzlüm,
Gözüm, qulağım, canım gəldi.
Başım sərxoş, içim bir xoş bugün.
Sabahadək öldüyüm,
Bir dəstə gül kimi yoluna tökdüyüm,
Sərvi boylum gəldi.
Dərd dindi, acılar unuduldu bir-bir.
Bu adam, bu gülə bənzəyən,
Nə bilim şəkərə, bala bənzəyən
Canım gəldi.
Ey Təbrizli Şəms! Ey gözümdəki nur,
Məni məndən aldılar bugün,
Qurulsun toy-düyün, qızıl üzlüm,
Gümüş bədənlim, dilim, dilbərim gəldi.
23
İki dəniz yenə qovuşurdu bir-birinə. Hafizlər “Quran” oxuyur, müridlər “Səma” edir, ney,
qudum səsləri hər tərəfə yayılmışdı. İki böyük insan, iki tanrı vəlisi, biri digərinin əlini öpərək
görüşürdülər. Bir müddət sonra isə susaraq “hal” dili ilə danışdılar. Mövlana ilə Şəms- bu iki dost,
hansı can, hansı canan, birbirlərini tamamlayan bu iki tanrı aşiqi Konyaya yenidən Mövlananın
mənzilinə daxil oldular.
Mövlana bu səfər Şəmsi davamlı olaraq itirmək istəmir, çarələr düşünürdü. Mövlananın
yanında Kimya adında böyüyüb tərbiyə almış mələk simalı bir övladlığı var idi. Hələ uşaq
yaşlarından onu öz övladlarından ayrı tutmayıb, öz qızı kimi sevmişdi. Onu Şəmslə evləndirərək
Şəmsin də ev-eşik sahibi olmasını, beləliklə, Konyada daimi qalmasını düşünmüşdü. Şəms çox yaşlı
idi Kimya isə çox gənc, amma bu Kimya kimi tərbiyə almış qız üçün səbəb deyildi.
Məsələni əvvəlcə yoldaşı Kərra xatuna açdı, sonra da onun vasitəsi ilə Kimyanın rızasını aldı.
Əsas məsələ Şəmsi belə bir evliliyə razı etmək idi. Şəms Mövlananın dediyi heç bir sözə yox demir,
nə diləyi vardısa yerinə yetirirdi.
Qış mövsümündə Mövlananın qaldığı mədrsədə bir otaq düzəldildi. Göstərişsiz bir nigah
mərasimindən sonra yeni evlilər bu otağa köçdü.
Əmir Bədrəddin Gövhərdaşın Mövlana üçün özəl olaraq inşa etdiyi mədrəsə, Şəmsin ora
yerləşməsi ilə zaman-zaman ora gələn ziyarətçilər artıq içəri alınmaz olmuşdu. Bir neçə aylıq
evlilikdən sonra Kimya xatun zamansız gələn xəstəliyə tutularaq vəfat etdi.
Şəms artıq Mövlananı haqq vüsalının çeşməsindən daddırmış və bu yolda Mövlana üçün bir
körpü olmuşdur. Mövlana artıq körpüdən çoxdan keçmiş, vasitə işini tamamlamışdı.
1247-ci ilin avqust aylarında Şəms, sonunda Mövlananın eşqinə fəda olmuş, uğrunda gətirdiyi
başını sahibinə təslim etmişdi. Bir çox mənbələrdə də Şəmsin anidən getdiyini deyənlər var.
Mövlananın kiçik oğlu Əlaəddin bir qrup şəxslə Şəmsi öldürdüyü rəvayəti, qaynaqlarda daima
tərəddüdlə qeyd edilərkən, Sultan Vələdin əsərində olan-bitəni qələmə alarkən hər hansı bir
öldürmə hadisəsindən heç söz açmamışdır. Xalqın Mövlananı Şəmsə qısqanmalarını Sultan Vələd
Şəmsin dilindən belə qələmə almışdı:
“Bu səfər elə getmək istəyirəm ki, heç kimsə məndən bir nişanə belə tapmasın. Axtarmaqda
hər kəs aciz qalacaqdır. Kimsə məndən bir nişanə belə tapa bilməyəcəkdir. Beləcə bir çox illər
keçəcək yenə kimsə izimin tozunu belə görməyəcək”.
Mövlana Təbrizli Şəmsin ardından onu tapmaq üçün iki dəfə Şama getdi. İlk gediş və
dönüşdən bir neçə il sonra təkrar Şama getdi və bir ildən çox orada qaldı.
Mövlana hər gün Şəmsin yolunu gözləyir, daima müjdəçiyə həsrət çəkirdi. Bəzən Mövlanaya:
“Şəmsi filan yerdə gördüm” kimi yalan xəbərlər gətirirdilər. Bu zaman Mövlana üzərində nə varsa
hamısını həmin adama hədiyyə edirdi. Bu xəbər yalandı dedikləri zaman heç incimədən deyirdi:
-Mən Şəmsdən yalan xəbər gətirənə üzərimdə nəyim varsa verdim, xəbər doğru olsaydı,
canımı verərdim.
Mövlananın bir məsnəvisində Şəmsin ölümündən xəbərdar olduğu lakin inanmaq istəmədiyi
göstərilir. Həmçinin Mövlana divanında da “Təbrizi Şəmsəddin gerçək şeyximizdir, biz onun
ayaqlarının tozuyuq”, deyə yazmışdır. Şəmsdən sonra Mövlananın yalnız bu üç sözü dediyi bilinir:
“xamdım”, “pişdim”, “yandım”.
Mövlana Şamda olduğu zaman, Şeyx Muhyiddini-Ərəbi, Sadəddin Həməvi, Şeyx Osmani
Rumi, Ehvadüddini-Kirmani, Sədrəddin-Konəvi kimi dövrün məşhur alim və şeyxləri ilə
görüşmüşdü. Konyada isə Konyalı Sadrəddin, Şirazlı Qütbəddin, Fəxrəddin İraqi, Şeyx Nəcməddin
Razi, Urmiyalı Qazi Siracəddin, Hindli Safiyəddin kimi hörmətli alim və şeyxlərlə görüşmüşdü.
Şəmsin yoxluğundan sonra Mövlana Səlahəddin, Çələbi Hüsaməddin, Şeyx Sədrəddin
Konyəvi, Əmir Süleyman Pərvanə ilə dostluq etmiş, hər birinin simasında Şəmsi axtarmış, onun
yoxluğuyla yanıb tutuşaraq çoxlu sayda qəzəllər və məsnəvilər yazmışdı.
Şəmsdən sonra Mövlana özünə dost olaraq konyalı zərgər şeyx Səlahəddini seçdi. Mövlananın
bütün coşğunluğu demək olar ki onunla yatışdı. Mövlana şeyx Səlahəddinlə on il dostluq etdi və oğlu
Sultan Vələdi şeyxin qızı Fatma xatunla evləndirdi. Şeyx Səlahəddin 1258-ci 29 dekabr (1 məhərrəm
657) günü vəfat etdi.
Mövlana şeyx Səlahəddinin vəfatından sonra son on ilini “məsnəvi”nin də yazılmasına səbəb
olan Çələbi Hüsaməddinlə həmsöhbət olurdu. Mövlana bu iki möhtərəm zatla keçirdiyi illər ərzində
çoxlu sayda mənsur və mənzum əsərlər yazdı.
1273-cü il 17 dekabr (5 cəmayidəl-axir 672) günü xəstələnərək yatağa düşdü. Dövrün ən
tanınmış həkimləri olan naxçıvanlı dostları, Əkmələddin Naxçıvani və Qəzənfər Naxçıvani
24
Mövlananı müalicə etmələrinə baxmayaraq, O, əbədi olaraq həyata gözlərini qapadı.
Mövlananın ən böyük əsəri “fihi ma-fih” (içindəki içindədir) dir. O, 21 divandan ibarət olan
“Divani-Kəbir” yaratmışdır. Qəzəllərindən ibarət divanı “Divani-Şəmsəddin Təbrizi” adlandırmış–
dır. Bu da onun dostuna olan sonsuz hörmətindən irəli gəlir.
Qeyd edək ki, Mövlana Cəlaləddin Ruminin azərbaycanlı dostarı da çox idi. Onlardan Təbib
Əkmələddin Naxçıvani və Qəzənfər Naxçıvaninin adı tarixi mənbələrdə qeyd edilib.
ƏDƏBİYYAT
1.
Çingiz Qacar. Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri. Bakı, 1997
2.
Rəsul Mirhəşimli. Allah dostları. Bakı, Qanun, 2005
3.
Yağmur Sinan. Tennure ve Ateş, Esra Yayınları, 2005
4.
Yağmur Sinan. Aşkın Gözyaşları, Tebrizli Şems, 2010
5.
Yaşar Nuri Öztürk. Mevlana Celaleddin Rumi ve İnsan, İstanbul, 2000
6.
Əhmədov F.Ə. Nə olursan ol yenə gəl. Bakı, Elm və təhsil, 2016,108 s.
ABSTRACT
Fariz Ahmadov
The article deals with the great masters of word, philosophers, scholars, sufis and very
genius persons Mevlana Jalaladdin Rumi and Shamsaddin Tabrizi who lived in XIII century. İt is
almost diffucult to find a master of word who does not know Shams and Rumi in the works of
Eastern and Western thinkers, as well as in the entire history of philosophical thinking. Because all
their thoughts aspecially serve to humanity. Tries on more closely knowing and benefiting Movlana
Jalaladdin Rumi and Shams Tabrizi increased also in Azerbaijan as all over the world last years.
The number of books and articles, lead affairs in this direction in our country increased
continuously. Nowadays, it is clearly understandable, Movlana and Shams`s being the justice mate
as the owners of hearsay, invincible personality against life and death, time and place, while living
and after their death.
РЕЗЮМЕ
Фариз Ахмедов
В этой статъе о Мовлане Джалаледдине Руми великом мастере слова и философе,
ученом суфиссе жившим в ХIII веке и о Шамсаддине Табризи. Можно сказатъ, что на запади
и востоке нет таких мастеров слова, мыслителей, которые бы не знали Джалаледдине Руми и
Шамсаддине Табризи, так как их высказывание не посредственно служит человечеству. За
последние годы в Азербайджане как и во всем мире увеличилисъ попытки узнатъ поближе и
наслаждатъся творчеством Мовлане Джалаледдин Руми и Шамсаддин Табризи. В нашей
стране работы в этом направлении с каждым годом растут как и растет количество статей и
книг, напечатанных о них. Друзъя истины Мовланы и Шемси явлющиеся владелъцами
экономии к жизни и смерти, ко времени и пространству, являющиеся непобежденными
личностями, и при жизни и после смерти, сегодня более хорошо понимаются.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
25
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
Dostları ilə paylaş: |