Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   2   3   4   5   6   7   8   9   ...   37

 
ABSTRACT 
M.Ahmadova 
“The role of Mammad Araz poetry in eduction of teenagers in the spirit of the love for 
motherland” 
 
The actuality of  the topic is “The role of Mammad Araz poetry in eduction of teenagers in 
the spirit of the love for motherland”. It is noted that in Mammad Araz activity each citizen should 
strictly fight for protecting his  motherland, freedom of nation, integrity of the lands like the apple 
of the eye. The aim of the poet was to bring up patriot, brave man defending his nation, having the 
confidence for fighting against enemies, being always ready for protecting his lands from strangers 
and ready for sacrificying his life for the homeland. 
 
It  is  obvious from  the articl,  the poet  indoctrinates the  younger  generation educational  and 
spritual  qualities  like  affection  to  nation,  homecountry,  lands  and  these  poems  lead  them  to  the 
spritual purisim and richness.It is noted that these poems are of great importance in the education of 
heroism and patriotismof the younger generation even during the ongoing wars in our lands today. 
 
 
РЕЗЮМЕ 
М.Ахмедова 
«Роли стихотворений Мамеда Араза в воспитании подрастающего поколения 
в духе любви к родине» 
 
 
Актуальность  темы  составляет  вопрос  о  «Роли  стихотворений  Мамеда  Араза  в 
воспитании подрастающего поколения в духе любви к родине». Обосновывается мысль, что 
каждый  гражданин  в  духе  поэтики  Мамеда  Араза  должен  строго  вести  борьбу  за  свободу 
родины  и  народа,  беречь  его  территориальную  целостность  как  зеницу  ока.  Утверждается, 
что цель поэта заключалась в воспитании настоящего патриотического гражданина, который 
достойно защитил бы родину, выступал бы в борьбу против врага, с честью берег бы родные 
земли от иноземных захватчиков, был бы готовым всякий час умереть за родину.  
 
На основе патриотической поэтики Мамеда Араза автор статьи утверждает, что поэт 
прививает  подрастающему  поколению  такие  морально-нравственные  качества,  как 
привязанность  граждан  к  своему  народу,  своей  родине,  к  родной  земле,  что  его  стихи 
призывает  молодых  к  моральной  чистоте,  нравственному  богатству.  Заключается,  что 
сегодня, когда независимый Азербайджан находится в военном положении, поэтическая сила 
и  мощь  патриотической  поэзии  Мамеда  Араза  имеют  важную  роль  и  огромное  значение  в 
героическом и патриотическом воспитании молодого поколения.        
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Filologiya  üzrə  elmlər  doktoru, 
professor  H.Həşimli 
 
 
 
 

32 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
 
 
 
 
 
 
 
 
GÜNAY BABAYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:82;398 
NAXÇIVAN FOLKLORUNUN DİL-ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
(bayatılar əsasında) 
Açar sözlər: bayatı, folklor, 
üslub xüsusiyyətləri 
Key words: bayati, folklore, style features 
Ключевые слова: фольклор,
 баяты,
 стилевые особенности
 
 
Folklor  örnəkləri  dilimizin  tarix  və  özəlliyini  əks  etdirmək  baxımından  böyük  əhəmiyyətə 
malikdir. Bundan başqa, həmin nümunələrdə köhnəlmiş söz və dialektlər də müəyyən qədər yer tutur ki, 
bu  da  dilimizin  müxtəlif  mərhələlərdə  öyrənilməsinə  imkan  verir.  Azərbaycanın  ayrı-ayrı  bölgələrinə 
xas  olan  ağız  ədəbiyyatı  örnəkləri  vardır.  Bu  anlamda,  Naxçıvan  folkloru  da  öz  zənginliyi,  janr 
müxtəlifliyi  və  dil-üslub  xüsusiyyətləri  ilə  seçilən  maraqlı  qaynaqlardandır.  “Azərbaycanın  qədim 
Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf 
dövrünü  əhatə  edir.  Qədim  sivilizasiyaya  və  müasir  mədəni  inkişafa  layiqli  töhfə  olan  bu  yaradıcılıq 
nümunələri  xalqımıza  xas  milli  xüsusiyyətləri  və  xarakteri,  adət-ənənələri,  həyat  və  məişət  tərzini 
özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir” (3, 4). 
 
Naxçıvan folkloru ümumxalq dilinin zənginliyini, dadını-duzunu, şirinliyini özündə yaşadan 
böyük bir mənəvi sərvətdir. Bu baxımdan, bayatılar diqqəti çəkən janrlardan biridir. 
 
 
 
 
 
Görünür hürü dağı,  
Duman, gəl, bürü dağı. 
Ölü dağı çəkilər, 
Çəkilməz diri dağı (2, 312). 
 
Bu  bayatıda  bədii  ifadə  vasitəsi  kimi  antonim  sözlərin  özünəməxsus  üslub  keyfiyyəti 
dərinliyi ilə fərqlənir. Burada təzadın realaşmasında iki vasitə özünü göstərir: 
1.
 
Anlam baxımından bir-birinə zidd olan sözlər (ölü-diri). 
2.
 
Eyni felin həm təsdiq, həm də inkar formada işlənməsi (çəkilər-çəkilməz). 
Hər  iki  vasitənin  bir  araya  gəlməsi  təzadın  qatılaşmasına  və  beləliklə  də,  bədiiliyin 
güclənməsinə səbəb olur, tərənnüm yolu ilə hiss və həyəcanın təsiri də çoxalır.  
Naxçıvan  folklorunda  elə  bayatılar  vardır  ki,  onlar  sanki  ipə-sapa  düzülmüş,  misra-misra 
qoşulan atalar sözləridir. Belə ki, həmin bayatılarda aforistik fikirlər çox güclüdür və bunlar həmin 
bayatıların atalar sözləri məzənnəsində olmasını əsaslandırır: 
  
 
 
 
Bahar qədrin gül deyər, 
  
 
 
 
Eşq atəşin dil deyər, 
  
 
 
 
Ömrün, günün mənasın 
  
 
 
 
Ay dolanar, il deyər (2, 316). 
  
 
 
 
Mən aşiq, gördüyünə, 
  
 
 
 
At oxu gördüyünə. 
  
 
 
 
Namərddə sirr əylənməz, 
  
 
 
 
Mərd deməz gördüyü nə (2, 319). 
Naxçıvan  bayatılarında  xalqımızın  tarixi  hadisələri  ilə  bağlı  bir  sıra  faktlar  da  öz  əksini 
tapmışdır. Məsələn: 
  
 
 
 
Mən aşıx, gəlmədilər, 
  
 
 
 
Dözüm yox, gəlmədilər. 
  
 
 
 
Vətən, səni bölənnər 
  
 
 
 
Yerli yox, gəlmədilər (2, 318). 
Bu  bayatıda  Azərbaycanın  İran  və  Rusiya  tərəfindən  bölünməsindəki  mühüm  bir  fakt  –  bu 

33 
 
bölgüyə imza atanların yadelli olmasına diqqət çəkilmişdir. 
Azərbaycan ədəbi dilinin leksikası zəngin olduğu kimi, onun folklor leksikası da sözlərin və mənaların 
bolluğu ilə xarakterikdir. Dilin leksik qatı dəyişməyə meyilliliyin güclü olması ilə səciyyəvidir və bu, həm 
yazılı  ədəbi  dildə,  həm  də  folklor  dilində  özünü  göstərir.  Ümumxalq  dilində  dialekt  sözlərin  və 
arxaizmlərin də müəyyən qədər yeri vardır. Məlumdur ki, fonetika və qrammatikadan fərqli olaraq, dilin 
leksikası  zamanın  təsirinə  məruz  qala  bilir.  Ümumxalq  dilinin  leksikası  işləndiyi  və  yarandığı  dövrlə 
uyğunlaşır. Belə ki, ümumxalq dilinin leksikasında zamanın xüsusiyyətlərini əks etdirən vahidlər  çoxdur.  
Naxçıvan  folklorunun  dilində  elə  sözlər  vardır  ki,  onlar  dilimizin  müxtəlif  zamanlardakı 
vəziyyətini  öyrənmək  baxımından  çox  maraqlı  və  aktualdır.  Bu  baxımdan,  folklor  örnəklərinin 
dilindəki arxaizmlər işlənmə məqamları, üslub imkanları ilə diqqəti cəlb edir.  Axıcı və təsirli dili 
ilə  seçilən  bayatılarda  da  köhnəlmiş  sözlərin  yeri  və  rolu  vardır.  Bayatıların  dilində  köhnəlmiş 
sözlər aşağıdakı qruplara ayrılır: 
1.
 
Çağdaş dilimizdən çıxmış, yəni tamamilə arxaikləşən leksik vahidlər. 
2.
 
Çağdaş  ədəbi  dilimizdə  aktivliyini  itirən,  lakin    dialektlərdə  yaşamını  davam  etdirən 
köhnəlmiş sözlər. 
3.
 
Tamamilə köhnəlməyən, lakin arxaikləşməyə meyilli sözlər. 
Naxçıvan bayatılarının dilində bir zaman məişətdə bol-bol işlənən əşyaların adının işlənmə 
passivliyi  ilə  qarşılaşmaq  olar.  Həmin  əşyaların  təzələnməsi  (yeniləri  ilə  əvəz  olunması)  onların 
köhnə adının istifadədən qalmasına səbəb olur ki, bu da arxaikləşməni sürətləndirir.  
 
 
 
Boynuna salıb silsilə, 
 
 
 
Şeh düşüb qızılgülə. 
 
 
 
Çağır,  faytonçu gəlsin, 
 
 
 
Gedirəm yarımgilə (2, 324). 
 
 
 
Bu yaxa mənim yaxam, 
 
 
 
Silsiləm yoxdu taxam. 
 
 
 
Mənim nə vaxtım idi, 
 
 
 
Ah çəkib yola baxam? (2, 332). 
Bu  bayatıda  iki  arxaizm  işlənmişdir.  Bunlardan  biri  qızıldan  düzəldilmiş  bəzək  əşyası 
(silsilə),  digəri  isə  insan  anlayışı  ifadə  edən  “faytonçu”  sözüdür.  Onların  köhnəlmə  dərəcəsi 
təxminən eynidir. Belə ki, el arasında onları tanıyanların sayı,  yəqin ki, bərabər olar. Silsilənin  nə 
olduğunu  yaşlı  qadınlar  bildiyi  kimi,  “fayton”  və  “faytonçu”  sözləri  də  işlənmə  fəallığını  eyni 
dərəcədə itirmişdir. 
 
 
 
Mən aşıq, aran yerdə, 
 
 
 
Çöl yerdə, viran yerdə. 
 
 
 
Fələk köçüm qaytarıb 
 
 
 
Mənzilə varan yerdə (2, 329). 
Bayatıların  dilində  “varmaq”  feli  maraqlı  leksik-qrammatik  vahidlərdən  biri  kimi  diqqəti 
çəkir.  Tarixi  qrammatikamız  üçün  xarakterik  olan  bu  söz  zaman-zaman  dilimizdə  aktiv  mövqedə 
olmuş,  XX  yüzilliyin  ortalarında  fəallığını  itirərək  arxaikləşməyə  doğru  getmişdir.  Bu  leksem 
hazırda  türk  dilində  fəallığını  qorusa  da,  çağdaş  Azərbaycan  dili  üçün  səciyyəvi  deyil.  O,  bizim 
dilimizdə “fərqinə varmaq” ifadəsinin tərkibində qalsa da, işlənmə tezliyinə malik deyil. Naxçıvan 
folklorunun dilində belə leksik-qrammatik vahidlərlə tez-tez qarşılaşmaq mümkündür.  
 
 
 
Heyranam boz börkünə, 
Qonubdu toz börkünə. 
Yarım, bədnəzər çoxdur, 
Dəyməsin göz börkünə (2, 330). 
        Bayatının dilində “börk” papaq anlamında işlənmişdir. Əslində, bu söz indi də Naxçıvanın bəzi 
yerlərində dialekt kimi işlənsə də, “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə qeydə alınmamışdır. 
Lüğətdə  bu  söz  tamamilə  başqa  anlamda  olan  dialekt  kimi  öz  əksini  tapmışdır.  “Börk”  Xanlar 
dialekti kimi “araba təkərində dəndənənin keçdiyi qövsşəkilli ağac” mənasındadır (1, 64). 
Bayatıların dilində öyüd-nəsihət xarakterli fikirlərə də rast gəlmək olur: 
 
 
 
Çaylar olub dişləmə,  

34 
 
Çayın pulun xərşləmə. 
Evə qonaq gələndə  
Ərzi-giley başlama (2, 335). 
Lalə alıb tez gətir, 
Arşın apar, bez gətir. 
Nə qonşuya söz apar, 
Nə qonşudan söz gətir (2, 347). 
 
Vulqarizmlər  (kobud  sözlər  və  söyüşlər)  ədəbi  dil  fakt  olmasa  da,  şifahi  ədəbi  dilimizdə 
onlara  rast  gəlmək  mümkündür.  Bu  da  bədii  dilin  mühafizəkar  olmamasından  irəli  gəlir.  Belə  ki, 
digər üslublardan fərqli olaraq, bədii üslubda bəzən ədəbi dilə daxil olmayan sözlər də işlədilir. Bu 
baxımdan, aşağıdakı bayatı səciyyəvidir: 
 
 
 
 
Dəniz susuz olarmı? 
 
 
 
 
Dibi qumsuz olarmı? 
 
 
 
 
İt oğlu, köpək oğlu
 
 
 
 
Qız da toysuz olarmı? (2, 337). 
 
Bayatıların dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətinin –ca
2
 şəkilçisinin zərflə 
işlənməsi məqamları da maraqlıdır: 
 
 
 
 
Əzizim, iydə şirin, 
 
 
 
 
Yeməyə iydə şirin. 
 
 
 
 
Gəl yaxınca oturaq, 
 
 
 
 
Danışaq bir də şirin (2, 343). 
Bu fakt dərəcə əlamətinin əsas nitq hissələrindən yalnız sifətə aid olmadığını göstərən faktlardan 
biridir.  Bu  əlamətin  işlənmə  dairəsi  genişləndiyindən  onun kateqoriya kimi  dəyərləndirilməsinə  ehtiyac 
vardır.Beləliklə, Naxçıvan folklorunda bayatıların dil-üslub keyfiyyətləri zəngin və maraqlı olmaqla 
araşdırılmağa layiqdir. 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, Şərq-Qərb, 2007 
2.
 
Naxçıvan folkloru. Naxçıvan, Əcəmi, 2010 
3.
 
“Naxçıvan  Muxtar  Respublikasında  Xalq  yaradıcılığı  günlərinin  keçirilməsi  haqqında”  Naxçıvan 
Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı / Naxçıvan folkloru. Naxçıvan, Əcəmi, 2010, 
s. 4-7
   
ABSTRACT 
Gunay Babayeva 
      Language style of Nakhchivan folklore (according to bayaties
 ) 
In the article it is dealt with the features of language style of Nakhchivan folklore. From this 
point,  the  language  of  bayati  is  forefront.  The  qualities  of  the  language  style  of  bayaties  are 
involved in the theoretical analysis and  are shown different features. It is paying attention to the old 
words  of  genre  of  bayati  language  and  is  shown  the  example  of  them.  In  addition  ,  methods  are 
described  for  generating  antonymous.  The  theoretical  ideas  put  forward  in  the  article  based  on 
language facts. 
РЕЗЮМЕ 
Гюнай Бабаева 
Языковые-стилистические особенности нахчыванского фольклора (на основе баяты) 
 
В  статье  рассматриваются  языковые-стилистические  особенности  нахчыванского 
фольклора, на передний план выдвигается язык баяты. Автор статьи привлекает к научному 
анализу языковые-стилистические качества баяты, выявляет их отличительные особенности. 
Особое внимание уделено устаревшим словам на языке жанра баяты, приведены конкретные 
примеры.  Исследователь  также  рассматривает  средства  и  способы,  создающие  антономию, 
языковыми факторами обосновывает выдвинутые научно-теоретические критерии. 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Filologiya  üzrə  elmlər  doktoru, 
professor  H.Həşimli 

35 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                             NADİR  İSMAYILOV     
                                                                         Naxçıvan  Dövlət  Universiteti 
UOT  82: 316. 3 
ƏHMƏD CƏMİL VƏ  UŞAQ  ƏDƏBİYYATI 
 
Açar sözlərAzərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, Əhməd Cəmil 
   
Key wordsAzerbaijan literature,  children’s  literature,  Ahmed Jamil 
  
Ключевые словаАзербайджанская литература, детская литература, Ахмед Джамил    
 
Əhməd Cəmil (1913-1977) XX əsr Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri 
olan  tanınmış  şairlərdəndir.  Onun  ideya-bədii  mükəmməlliyə  malik  əsərləri  ədəbiyyatımızın 
zəngin–ləşməsində özünəməxsus rol oynamışdır. Əhməd Cəmilin yaradıcılıq fəaliyyətinin mühüm 
bir qolunu  da uşaq  ədəbiyyatı nümunələri təşkil  edir. Onun uşaqlar üçün  yazdığı  şeirlər mövzuca 
müxtəlif olduğu kimi, sənətkarlıq axtarışlarının dolğunluğu ilə də diqqəti çəkir.  
Əhməd  Cəmilin  uşaqlar  üçün  yazdığı  ən  məşhur  şeirlərdən  biri  “Can  nənə,  bir  nağıl  de!” 
adlanır (1, s.62-63). Akademik Bəkir Nəbiyev bu şeir barədə yazmışdır: “Can nənə, bir nağıl de!” 
şeiri  Böyük  Vətən  müharibəsinin  başlamasından  bir  qədər  əvvəl  yazılsa  da,  müharibə  dövrünün 
əhvali-ruhiyyəsi və hadisələri  ilə qəribə  şəkildə səsləşirdi. Atası orduya getmiş balaca bir oğlanla 
onun nənəsi  arasında soyuq qış  gecəsində  gedən adi  bir dialoq onların  hər ikisinin  daxili  aləminə 
baş  vurmaq,  hansı  hisslər  və  arzularla  yaşadıqlarını  görmək  üçün  geniş  imkan  verir.  Bu  şeirdə  
Ə.Cəmil  uşaq  psixologiyasına  son  dərəcə  həssas  yanaşmağı,  kiçik  yaşlıları    dərindən  müşahidə 
etməyi bacaran bir sənətkardır” (6, s.74).  
1940-cı ildə qələmə alınmış bu dolğun əsər atası ordu sıralarında olan balaca uşaqla nənəsi 
arasında  mükalimə  üzərində  qurulmuşdur.  Şeirdə  müəllif    həm  nənənin,  həm  də  nəvənin  qəlb 
aləmini  çox  təsirli  və  təbii  detallar  vasitəsi  ilə  canlandırmışdır.  Üstəlik  burada  uşağın  atası,  yəni 
nənənin  ordu  sıralarında  olan  oğlu  haqqında  da  söhbət  gedir.  ”Süjetli  şeirin  nadir  nümunəsi  olan 
“Can  nənə,  bir  nağıl  de!”  şeirində    Ə.Cəmil  üç  surət  yaratmışdır:  Nənə,  Nəvə,  cəbhədə  döyüşən 
Ata” (4, s.224). 
Əsərin  əvvəlində  təsvir  olunur  ki,  soyuq  qış  axşamıdır,  şaxta  qılınc  kimi  kəsir.  Belə  bir 
vaxtda nənə öz nəvəsini yatırtmaq üçün nağıllar desə də uşaq bununla kifayətlənmir, yenə də nağıl 
istəyir: 
-Ay nənə, bir nağıl de!  
-Ömrüm-günüm, yat daha,  
Hamısını  indi desəm, nağıl qalmaz sabaha.  
-Can nənə, de birini də.  
-Ağrın alım, sözə bax.  
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?  
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan , 
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.  
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir.  
-Qar yağırmı?  
-Elə yağır…sazaq qılınc tək kəsir…  
Körpə  yeni  düşüncələrə  baş  vurur,  atasının  divardan  asılmış  şəklini  görərək  nənəsindən 
soruşur  ki,  görəsən,  indi  atam  haradadır,  belə  şaxta  onu  üşütmür  ki?  Nənəsi  isə  bu  zavallı  uşağı 
ovutmaq,  rahatlamaq  üçün  müvafiq  cavablar  verir.Bütün  bunlar  şair  tərəfindən  böyük  həssaslıqla 
canlandırılmışdır: 
-Ömrüm günüm, körpə quzum, qurban olum adına,  

36 
 
Niyə köks ötürürsən o düşəndə yadına?  
Atan yazır: “…Hələ xoşdur bu tərəfdə havalar.”  
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar…  
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,  
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…  
 Qayğıkeş nənənin təsəllisi uşağın yeni düşüncələrinə rəvac verir: 
 -Onda, nənə, ay nənə! 
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə… 
Bunun  ardınca  nənə  uşağın  qəlbini  sakitləşdirmək  üçün  atasının  gələcəyi  günü  təsvir  edir. 
Şirin  xəyallara  dalan  uşaq,  axır  ki,  yuxuya  gedir.  Beləliklə,  yazıçı  Mehdi  Hüseynin  qeyd  etdiyi 
kimi:  “Burada  lirika  da  vardır,    xəfif  bir  kədər  də,  bahar  ətri  verən  bir  sevinc  də”  (3,  s.316). 
Aşağıdakı misralar da məhz nəvənin ovqatında sevinc notlarının qabarıqlaşmasının təzahürüdür: 
Körpə güldü…həsrət qonan gözlərindən uçdu qəm, 
Öpdü onun xəyalını indi gözəl bir aləm… 
 Bu  şeirdə  balaca  uşağın  psixologiyasının  mükəmməl  təqdimi  ilə  yanaşı,  qayğışeş  nənənin  
qəlb  aləmi  də  məharətlə  təqdim  olunmuşdur.  “Şair  nənə  və  nəvənin  daxili  düşüncə  və  arzularını, 
hiss  və  xəyallarını  sadə,  səmimi,  təbii,  eyni  zamanda,  hüzn  və  sevinc  qarışıq  romatik  boyalarla 
təsvir  etmişdir”  (5,  s.  219).  Ədəbiyyatşünaslıqda  vurğulandığı  kimi,  bu  şeir    “mövzu,  ideya  və 
sənətkarlığına  görə  müharibə  dövrü  və  ondan  sonra  müharibə  problematikasına  həsr    edilmiş  ən 
yaxşı əsərlərdən biri hesab olunur” (2, s.344). 
 Əhməd  Cəmilin  1941-ci  ildə  yazdığı  irihəcmli  “Şaxta  baba”  şeiri  (1,  s.72-76)  müharibə 
dövrünün həyəcanlı  psixologiyası ilə uşaqların yeni il şənliyini vəhdətdə təcəssüm etdirən maraqlı 
bədii  nümunədir.  Şeirin  adından  sonra  “uşaqlara  yeni  il  hədiyyəsi”  qeydi  verilib.  Əsərdə  yığcam 
süjet elementləri də vardır. Şeirin əvvəlində qarlı-boranlı yeni il axşamı təsvir olunur.Kənddə hamı 
evlərə  çəkilib.  Evlərin  birində  Tapdıq  dədə  nağıl  danışır,  Başqa  bir  evdə  isə  uşaqlar  toplaşıb 
şənlənirlər.  Ayaz  adlı  bir  oğlanın  oxuduğu  mahnı  müharibə  dövrünün  ovqatını  ədəbi  müstəviyə 
gətirir:  
Külək, sən qılınc ol, əs,  
Qar sən də yolları kəs;  
Meşələr uğuldasın,  
Düşsün dağa, daşa səs!  
Şaxta, sən də divan tut!  
Donsun faşist adlı qurd.   
Bunun ardınca isə əsas mətləbə diqqət yönəldilir, Şaxta babanın gəlişi təsvir olunur. Həmin 
hissə  on  illərdən  bəridir  ki,  uşaqların  dilinin  əzbəridir.  Ayazın  nəğməsi  bitincə  qapını  külək  açır. 
Evə soyuq hava, qar, boran dolur. Bəlli olur  ki, gələn Şaxta babadır. Müəllif dəqiq detallar vasitəsi 
ilə Şaxta babanın zahiri portretini məharətlə canlandırmışdır: 
 Saç-saqqalı tamam ağ,  
Başında qardan papaq,  
Girdi evə bir qoca,  
Boyu çinardan uca.  
Yapıncısı buz kimi,  
Parlayır ulduz kimi  
Qotazlı qar xurcunu,  
Uşaqlar görcək bunu,  
Alıb dövrəyə həmən,  
Tutdular ətəyindən. 
 Uşaqların  sualına  cavab  olaraq  Şaxta  baba  buraya  gələnədək  keçdiyi  yollardan,  üzləşdiyi 
çətinliklərdən  söz açır:  
Fikrə getdi bir qədər.  
Dedi: -Əziz körpələr!  
Qarlı dağlar aşaraq,  

37 
 
Çox ellər dolaşaraq,  
Dağlarda qurdum dəyə,  
Gəldim sizi görməyə…  
 Şeirin  sonrakı  bölümlərində  Şaxta  babanın  uşaqlara  xurcunundan  yeni  il  hədiyyəsi 
paylaması,  sonra  isə  onlarla  vidalaşaraq  getməsi  təsvir  olunur.  Ümumiyyətlə,  “Şaxta  baba”  şeiri 
ideya-bədii mükəmməlliyi ilə təsirli sənət əsəridir. 
 Əhməd Cəmilin 1968-ci ildə uşaqlar üçün yazdığı “Təzə il” şeiri də dəyərli bədii nümunədir 
(1,  s.251-252).Əsərin  əvvəlində  “bağça  uşaqlarına”  qeydi  vardır.  Uşaq  ədəbiyyatımızın  populyar 
örnəklərindən olan bu şeirdə balacaların yeni il arzuları özünün dolğun, həm də sadə, təbii ifadəsini 
tapmışdır. Şeirdəki kolorit, məişət lövhələri ilə bağlı düşüncələr də diqqəti çəkir: 
Təzə il! Gəzə-gəzə!  
Gəl bizim eli bəzə!  
Yağış gətir,qar gətir,  
Günəşli bahar gətir.  
Taxılçı taxıl əksin,  
Suçu düzə su çəksin.  
Bağ salsın qoca bağban,  
Bar qonsun budaqlara…  
Haraylasın gənc çoban  
Sürünü otlaqlara…  
 Şairin  uşaqlar  üçün  qələmə  aldığı  şeirlərin  bir  qismi  də  bilavasitə  vətənpərvərlik 
mövzusundadır. Belə nümunələrdə şair böyüməkdə olan nəsilləri vətənə məhəbbət ruhunda tərbiyə 
etməyi  bir məqsəd olaraq önə  çəkmişdir.  Bu baxımdan 1940-cı  ildə  yazdığı  “Vətən” şeirinə  nəzər 
salmaq  yerinə  düşər  (1,  s.55).  Şeirdə  bir  tərəfdən  doğma  yurdun  təbii  gözəllikləri  tərənnüm 
olunmuş, digər tərəfdən də vətənə bəslənilən böyük məhəbbət özünün bədii təqdimini tapmışdır: 
Ey Vətən, ana Vətən,  
Heyranam, sənə,Vətən!  
Dupduru göllərin var,  
Yamyaşıl çöllərin var,  
Dağların baş-başadır,  
Düzlərin tamaşadır…  
Nə gözəldir qucağın,  
Doğma odun, ocağın!.. 
Sən dünyanın gözüsən!  
Taleyimin özüsən!  
Sevirəm bayrağını,  
Öpürəm torpağını!  
1945-ci  ildə  qələmə  aldığı  “Bizim  düşərgə”  şeirində  isə  (1,  s.108-110)  Əhməd  Cəmil  yay 
tətili  günlərində  dağ  döşündəki  düşərgədə  istirahət  edən  balaca  məktəblilərin  həyatından  maraqlı 
lövhələr  yaratmışdır.  Əsərdə  iki  cəhət  ön  planda  dayanır.  Müəllif  bir  tərəfdən  doğma  vətən 
təbiətinin  əsrarəngiz  gözəlliklərini,bu  yerlərin  ulu  keçmişini  misralara  düzümləyir,  bu  yolla 
məktəblilərə  müvafiq  bilgi  vermək  məqsədi  daşıyır.  Digər  tərəfdən  də  hər  şeyi  öyrənməyə,  bilik 
dairəsini zənginləşdirməyə can atan çalışqan  balaların fəallığını diqqət mərkəzinə çəkir: 
Çiçək, böcək, mamır, daş- 
Harda nə tapır hərə. 
Adıyla, nişanıyla 
Tez qeyd edir dəftərə. 
Kimini düşündürür 
Dağların dərin qatı. 
Kimi kənddə toplayır 
Nağıl, qoşma, bayatı… 
Gəzirik,öyrənirik 

38 
 
Hər gün bu yerləri biz. 
Sevimlidir, gözəldir, 
Səfalıdır ölkəmiz! 
 Bütünlükdə  bu  şeir  uşaqlarda  doğma  yurda  məhəbbət  hissləri  aşılayan  dəyərli  bədii 
nümunədir. 
O  zaman  Azərbaycanda  uşaqlar  üçün  nəşr  olunan  “Göyərçin”  jurnalı  kiçikyaşlı  məktəblilər 
tərəfindən  böyük  sevinclə  qarşılanırdı.  Balaca  oxucular  onun  səhifələrində  maraqlı  bədii 
nümunələrlə,  diqqətəlayiq  yazılarla  tanış  olurdular.  1957-ci  ildə    bu  jurnalın  nəşrə  başlamasını 
alqışlayan  Əhməd  Cəmil  onun  ilk  sayının  çapdan  çıxması  münasibəti  ilə  “Göyərçin”  adlı  şeir 
yazmış (1, s.173-174), balaca oxucuların sevinc hisslərini bədii şəkildə ümumiləşdirmişdir: 
Göyərçinim, ağ quşum,  
Gəl qoşa uçaq, quşum!  
Bakının göylərindən,  
Xəzərin üzərindən,  
Gəl, uçaq uzaqlara,  
Qoşulaq uşaqlara…  
Hər zəmidən bir sünbül,  
Hər bağçadan qızılgül  
Toplayıb qucaq-qucaq,  
Gəl, uçaq,uçaq,uçaq!..  
 Əhməd  Cəmil  sonralar  da  bu  mövzuya  müraciət  etmiş,  “Göyərçin”  jurnalının  nəşrə 
başlamasının iyirmi illiyi ilə əlaqədar eyniadlı şeir yazmışdır (1,s.328). Həmin şeirdə də uşaqların 
bu jurnala sevgisi özünün müvafiq bədii təcəssümünü tapmışdır: 
“Göyərçin”, ay “Göyərçin”! 
Sözü təzə “Göyərçin”!  
Uç gəl hər ay, “Göyərçin”!  
Uç, günəşli nağıllar 
Gətir bizə, “Göyərçin”!  
Əhməd Cəmilin uşaqlar üçün yazdığı əsərlər sırasında 1977-ci ildə qələmə aldığı “Nigar” adlı 
iki şeiri də özünəməxsus yer tutur (1, s.303-304). Birinci şeir nəvəsini dərin məhəbbətlə sevən. onun 
hər nazı ilə oynayan babanın dilindən verilmişdir: 
Nigar mənim nəvəmdir,  
Mən onun babasıyam.  
Nigara don almışam, 
Papış da alasıyam.  
Nigar təzə oturur,  
O, yaxşı bardaş qurur.  
Əlindən yapışanda  
Ayaq üstə də durur… 
 İkinci  şeir  isə  nənənin  dilindən  verilməklə  bir  el  adətinin  bədii  təcəssümünü  də  özündə  əks 
etdirir.  Bəllidir  ki,  qədimdən  bəri  uşaq  yenicə  diş  çıxaranda  hədik  qoyarlar.  Ə.Cəmil  də  bu  şeirdə 
diş çıxaran balaca Nigar üçün hədik qoyulmasını təbii boyalarla təsvir etmişdir:  
Nənə deyir: - Bu Nigar  
Gündə bir təzə oyun,  
Gündə bir iş çıxarır.  
Yox, deyirəm, nənə, yox!  
Buğda tök, hədik bişir,  
Balamız diş çıxarır.  
Əlbəttə, Əhməd Cəmilin uşaq ədəbiyyatı sahəsindəki əsərləri bunlarla məhdudlaşmır və daha 
geniş  tədqiqat  tələb  edir.  Biz  burada  bir  sıra  səciyyəvi  nümunələrə  toxunmaqla  kifayətlənirik. 
Bütövlükdə istedadlı şair Əhməd Cəmil Azərbaycan uşaq ədəbiyyatı tarixində özünəməxsus mövqe 

39 
 
tutur.  Onun  uşaqlar  üçün  yazdığı  şeirlər    mövzu  əlvanlığı,  ideya  aydınlığı,  bədii  kamilliyi  ilə 
səciyyələnir və bu gün də əhəmiyyətini itirməmişdir. 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin