ABSTRACT
Shirmammad Qulubayli
The category of possessiveness in modern Azerbaijani
as a functional-semantic field
This article deals with the category of possessiveness in modern Azerbaijani as a functional-
semantic field. Here the notion of possessiveness is not looked only as a morphological category,
i.e. not only the morphological, but the other means of expression of the notion of possessiveness
are dealt with in a nutshell. Reviewing the linguistic literature on the notion of possessiveness in
Azerbaijani and other Turkic languages the author arrives at a conclusion that analysis of
possessiveness as a morphological category covers neither the plan of content, nor the plan of
expression of this linguistic notion.
The author shows that application of the theory of field enables to generalize both the main
variants of meaning of this microstructure and different means of its expression (morphological,
syntactical, morphological-syntactical).
РЕЗЮМЕ
Ширмаммад Гулубайли
Категория принадлежности в современном Азербайджанском
языке как функционально-семантическое поле
Статья посвящена анализу категории принадлежности в современном Азербайджанском
языке как функционально-семантическое поле. Здесь понятие принадлежности не
рассматривается только как морфологическая категория, т. е. не только морфологический, но и
другие способы выражания этого понятия становятся объектом исследования в какой-то
степени. Рассматривая лингвистическую литературу в современном азербайджанском языке и
других тюркских языках автор приходит к выводу, что анализ принадлежности как
морфологическая категория не дает возможность охватывать плана содержания и выражения
этого лингвистического понятия.
Автор показывает, что исследоварие принадлежности на основе теории поля дает
возможность обобщать как основные инвариантные значения, так и разноуровневые средства
выражения (морфологическое, синтаксическое, морфологическо-синтаксическое) этой
микроструктуры.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
66
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
İSRAFİL BABAYEV
Naxçıvan Universiteti
israfil_muallim@hotmail.com
UOT:81
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ ZƏRFİN TƏDQİQİNƏ DAİR
Açar sözlər: zərf, zərflərin təsnifatı, sintaktik, semantik və morfoloji yol, hərəkətin əlaməti,
zərfləşmə
Key words: adverb, semantic-morphological way, quantity adverbs, the quality of action,
conversion, adverbialisation
Ключевые слова: наречие, семантико-морфологический способ, количественные
наречия, признак действия, конверсия, адвербилизация
Azərbaycan dilində zərf yaranış etibarı ilə digər nitq hissələrindən çox-çox sonralar meydana
çıxmış və müasir dilimizin leksik sistemində mühüm yer tutur. Başqa nitq hissələrindən yaranan
zərflər bu gün bəzi nitq hissələri ilə qarışıq salınır. Bunun əsas səbəbi Azərbaycan dilində zərfin
sintaktik baxımdan müəyyənləşdirilməsidir. Belə ki, zərflər təkcə sözün cümlə daxilində daşıdığı
sintaktik vəzifəsinə görə deyil, həm də semantikasına və semantik-morfoloji xüsusiyyətlərinə görə
müəyyənləşir. Bu xüsusiyyətlərin hər biri zərfin başqa nitq hissələri ilə müqayisə oluna bilməsi
üçün əsas meyarlardır.
Sintaktik prinsipə görə, feldən əvvəl gələn bütün sifətlər cümlədə işlənmə yerindən asılı
olaraq həm də zərfdir. Deməli, sintaktik prinsip əslində zərf ilə zərflik arasında mövcud olan
qrammatik sərhədi aradan qaldırır.
Zərfin öyrənilməsində tətbiq edilən semantik prinsipə görə isə cümlədə işlənmə yerindən asılı
olmayaraq iş və hərəkətin keyfiyyətini, əlamətini, zamanını, yerini ifadə edən bütün sadə sözlər
zərfdir.
Məsələn; ertə, indi, irəli, birgə, yuxarı və s. Bu prinsipin tərəfdarları zərfə aid etdikləri
bütün kök sözləri eyni zamanda isim kimi qəbul edirlər. Deməli, semantik prinsip də dilimizdə
zərfin əsas mahiyyətini açmağa imkan vermir.
Son zamanlar Türk dillərində zərfi semantik, semantik-morfoloji prinsip əsasında tədqiq
etməyə meyl artmışdır. Bu prinsipə görə, sözün cümlədə işlənmə yeri deyil, lüğəti mənası, əmələ
gəlmə yolları ön plana çəkilir. Bu yeni prinsip zərfin başqa müstəqil nitq hissələri arasında yerini
müəyyənləşdirməyə daha çox imkan verir. (5,s.387).
Azərbaycan dilində zərfi tədqiq edən və araşdıran dilçi alimlərdən Ə. C. Şükürov,
M.Qiyasbəyli, Y. Seyidov, M. Hüseynzadə, S. Abdullayeva, S. Cəfərov və başqaları zərfi
Azərbaycan dilində müstəqil nitq hissələrindən biri kimi vermişlər. Bu tədqiqatçılara görə zərfin
müstəqil bir nitq hissəsi kimi formalaşması başqa nitq hissələrinin inkişafı ilə sıx surətdə bağlıdır.
Zərflər dilin inkişafı prosesində müntəzəm olaraq yeni sözlər, söz birləşmələri və idiomatik
ifadələrin hesabına artır, inkişaf edir. Başqa nitq hissələrinə mənsub olan sözlər, söz birləşmələri öz
leksik-qrammatik mənalarını qismən yaxud tamamilə itirərək zərfə çevrilirlər.
Ə.C.Şükürova görə zərfləri başqa nitq hissələrindən fərqləndirən xüsusiyyətlərdən biri onun
hallara görə dəyişməməsidir. Deməli, şəxsə və kəmiyyətə görə dəyişmə və uzlaşma hadisələri də bu
qrammatik kateqoriya üçün yaddır. Bu kimi xüsusiyyətlərinə görə zərf köməkçi nitq hissələrinə
daha çox uyğun gəlir, lakin özünəməxsus lüğəti mənaya və sözdüzəldici şəkilçi formalarına malik
olduğuna görə həmin nitq hisssələrindən fərqlənir.(5,səh.387)
Ümumi dilçilikdə zərfin əsas əlamətlərindən biri onun qrammatik cəhətdən dəyişməzliyi
hesab olunur. Zərf olan sözlər əgər qrammatik dəyişikliyə məruz qalırsa, məsələn hallanırsa, bu o
67
deməkdir ki, həmin sözlərin bir qismi zərf deyil.
Dilçi alim akademik Y. Seyidova görə “Zərflər hərəkətin əlamətini bildirən sözlər olmaqla,
dilin inkişafının nisbətən sonrakı dövrünə aiddir. İnsanlar əşya, əşyanın əlaməti, hərəkəti haqqında
anlayışları dərk etdikdən çox sonra hərəkətin əlamətini dərk etməyə başlamışlar. Bu halda, dildə
əvvəldən yaranaraq, başqa nitq hissələrinin tərkibinə daxil olan sözlərdən hərəkətin əlamətini
bildirmək məqsədi ilə də istifadə edilmişdir. Bu prosesdə həmin sözlər bəzən qrammatik cəhətdən
yeni forma almış, bəziləri heç bir forma dəyişikliyinə uğramadan, yeni rolda çıxış etmişdir.
Nəticədə, həmin sözlərin bir qismi zərfləşmiş, bir qismi isə əslindən ayrılmadan həm də nitqdə
zərfin rolunu oynamışdır. (9,səh.370)
İngilis dilində zərflərin yaranması, mənaca növləri ayrı-ayrı dilçilər tərəfindən tədqiq edilmiş
və dərindən araşdırılmışdır. Baskervill ve Sevell “İngilis dilinin qrammatikası” kitabında zərfləri
fellərlə işlənən sözlər adlandırırlar. Bu sözlər fellərlə işlənərək onları müxtəlif cəhətdən izah edirlər.
Cümlə daxilində əvvəlcə hərəkət fellə ifadə edilir sonra isə zərf bu fellərə qoşularaq onun zamanını,
yerini, və tərzini və s. müəyyən edir. Zərflər təkcə felləri müəyyən etmir, həm də onların çoxu
sifətləri və digər zərfləri də müəyyənləşdirir.(16,səh.18)
John Eastvood “Oxford Practice Grammar” kitabında yazır ki, zərflər –ly suffiksi ilə düzələn
sözlərdir, sözün kökü fel ya da vəziyyətdən asılı olaraq sifət ola bilər.(14,səh.24)
Jahsar Kabashi “English Grammar Morphology” kitabında yazır ki, zərflər dəyişməyən nitq
hissələridir, bu sözlər felləri, sifətləri və başqa zərfləri yaxud söz birləşmələrini müəyyən
edir.(13,səh.20)
Zərfin mənaca növləri:
Akademik Y.Seyidov “Azərbaycan dilinin qrammatikası” kitabında yazır ki, Azərbaycan
dilçiliyində nitqdə hərəkətin əlamətini bildirən hər bir söz, hətta həmin mövqedə işlənən iki, bəzən
üç sözlü ifadə zərf hesab edildiyindən zərfin lüğət tərkibi süni olaraq çoxalmışdır. Bu mənzərəni
təsəvvür emək üçün “Azərbaycan dilinin qrammatikası” (Azərb. EA nəşri, 1951) kitabına göz
gəzdirmək kifayətdir. Həmin kitabda zərflərin mənaca doqquz növü göstərilmişdir; tərzi-hərəkət
zərfləri, kəmiyyət zərfləri, zaman zərfləri, yer zərfləri, inkar bildirən zərflər, təsdiq bildirən zərflər,
münasibət bildirən zərflər, şübhə bildirən zərflər, hüdud bildirən zərflər. (7,səh.207-213)
Bundan təxminən on il sonra akademiyanın buraxdığı digər qrammatika kitabında zərflərin
mənaca dörd növü verilmişdir: tərzi- hərəkət, kəmiyyət, zaman, yer zərfləri. (1,səh.231-244) Bu
bölgü indiyə kimi davam etdirilir. “Elm” nəşriyyatının buraxdığı “Müasir Azəbaycan dili”
(1980.s.11) kitabında bu dörd növdən başqa “səbəb zərfi” adı ilə beşinci növ verilmiş və buna
(kursivlə, dəhşətdən, qorxudan, sevincdən, aclıqdan) kimi misallar göstərilmişdir. (5.səh.408)
Maraqlıdır akademik Yusif Seyidov öz əsərlərində yazır. “Azərbaycan dilində kəmiyyət zərfi
yoxdur və yox dərəcəsindədir. (9, səh.375) Ancaq bundan əvvəl nəşr edilmiş bir neçə kitabda, o
cümlədən 1971-ci ildə nəşr edilmiş “Грамматика Азербайджанского языка” kitabında aşağıdakı
sözlər kəmiyyət zərfləri kimi verilir.
Məsələn; az, çox, xeyli, doyunca, ölüncə, həddən artıq, tamam, azca, az-çox, bir-iki dəfə,
lazımınca, bir qədər, kifayət qədər, bir az, azdan-çoxdan, az- maz, birə-beş, birə-yüz və s.(11,
səh.142-149)
Dilçi alimlərin tədqiqatlarında zərf həm də əlamətin əlamətini bildirən nitq hissəsi kimi verilir.
Dilçi alim M.Hüseynzadə 1983-cü ildə nəşr edilmiş “Müasir Azərbaycan dili” kitabında zərfin
tərifini belə verir. “İş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, eləcə də əlamətin
əlamətini bildirən sözlərə zərf deyilir.” (3, səh. 229-249) Həmin kitabda çox, az, xeyli, tamamilə,
bütünlüklə, dəfələrlə, təkrarən, nisbətən, təxminən, təqribən, təxmini, təqribi, az-az, çox-çox, bir-bir,
üç-üç, beş-beş, bir dəfə, yüz dəfə, dörd dəfə, neçə dəfə, üç dəfə, və s. kimi sözlər kəmiyyət zərfləri
kimi verilir.
Azərbaycan Elmlər Akademiyasının nəşri olan “Müasir Azərbaycan dili” (II cild) kitabında
kəmiyyət zərfləri aşağıdakı kimi verilir. Məsələn; azca, çoxca, olduqca, qədərincə, lazımınca,
dedikcə və s. Akademik Y.Seyidov yuxarıda adları çəkilmiş kitablarda verilmiş zərfləri nəinki
kəmiyyət zərfi, ümumən zərf hesab etmir. (9, s.376).
Başqa dillərdə olduğu kimi ingilis dilində də olan sözlər böyük məna qruplarına, nitq
68
hissələrinə bölünürlər. İngilis dilində nitq hissələrinin əsas təsnifatı səkkiz hissədən ibarətdir.
İsimlər, əvəzliklər, fellər, sifətlər, saylar, zərflər, sözönülər və nidalar. Bu sabit təsnifat deyildir və
dəyişə bilər. Sözlərin dəqiq və aydın təsnifatı sözlərin forma və işlənmə yerinə görədir. Forma
dedikdə bir nitq hissəsinə daxil olan sözlərin morfoloji xüsusiyyətləri, işlənmə yeri dedikdə
sintaktik funksiyası nəzərdə tutulur.
John Eastvood “Oxford Practice Grammar” kitabında yazır. “İngilis dilində zərflər mənasına
görə dörd qrupa bölünür. Zaman zərfləri, yer zərfləri, tərz və tezlik zərfləri, və cümlə zərfləri.”
(14,səh.71)
Baskervell və Sevell isə ”An English Grammar” kitabında zərfləri təhlil edərkən onları iki
qrupa bölürlər. 1) Sözlərin mənasına görə, 2) Cümlədə işlənmə yerinə görə. Sözlərin mənasına görə
onlar zərfləri zaman, yer, tərz, dərəcə, kəmiyyət və assertion növlərə bölürlər. Cümlədə işlənmə
yerinə görə isə sadə və bağlayıcı (conjunctive) zərflərə bölürlər. (16, səh.87)
Digər iki ingilis dilçisi Randolph Quirk və Sidney Greenbavn “A Students Grammar of
English Language” kitabında ingilis dilində olan zərfləri iki xüsusiyyətinə görə fərqləndirirlər,
morfoloji və sintaktik. Onlar morfloji xüsusiyyətinə görə zərfləri iki sinfə bölürlər: qapalı sinif və
açıq sinif. Qapalı sinfə sadə və mürəkkəb zərfləri, açıq sinfə isə düzəltmə zərfləri aid edərək zərfləri
quruluşuna görə təsnif edirlər. (15, səh.13)
Ümumiyyətlə götürsək ingilis dilində zərflər morfoloji və semantik cəhətdən, başqa sözlə
desək mənasına və cümlədə işlənmə yerinə görə təsnif olunurlar. İngilis dilində zərflərin təsnifatı
(sub classification) fərqli ola bilər.Azərbaycan və ingilis dillləində zərflərin yaranması dilçi alim
S.Cəfərovun fikrincə zərf kateqoriyasını əhatə edən sözlərin istər quruluş, istərsə də məna etibarı ilə
digər nitq hissəsinə oxşaması və ya onlarda olan ümumi məna bağlılığı göstərir ki, morfoloji yolla
zərflərin əmələ gəlməsi prosesi yeni bir dil hadisəsi olub, formalaşma dövrünü keçirir. Zərflərin
sözdüzəltmə prosesindəki vəziyyəti, düzəltmə zərflərin kəmiyyət etibarı ilə azlığı, zərf düzəldən
şəkilçilərin qeyri-məhsuldarlığı və məhdudluğu da bununla izah edilir.
Başqa türk dillərinə nisbətən müasir Azərbaycan dilində morfoloji yolla zərf düzəltmə prosesi,
demək olar ki, daha çox inkişaf etmişdir. Ona görə də dilimizdə zərf düzəldən şəkilçilərin müxəlif
növlərinə rast gəlirik. Hər şeydən əvvəl, zərflərin adlardan və fellərdən düzəldiyi müşahidə edilir.
(8, səh.126-127)
Dilçi alimlər zərfləri tədqiq edərkən zərflərin bir hissəsinin başqa nitq hissələrindən konversiya
yolu ilə, ya adverbiallaşma vasitəsilə yaranmasını və onların zərflik funksiyasında işlənməsi ilə
əlaqələndirirlər. Ə.Şükürov zəngin dil faktları ilə göstərir ki, qədim Azərbaycan dilində -da; -də;
yerlik hal şəkilçisi ilə əvəzliklərin, -dan; -dən; çıxışlıq hal şəkilçisi ilə isimlərin, işarə və sual
əvəzliklərinin, -ın; -in; qədim instrumental hal şəkilçisi ilə isimlərin adverbiallaşması müşahidə
olunur. Tədqiqatçı alim qeyd edir ki, -a; -ə; -u; -ü; şəkilçili feli bağlamaların adverbiallaşması yolu
ilə zərf əmələ gəlmə prosesi adverbial sözlərin yaranmasının ən qədim üsullarından biridir. Bu
şəkilçi ilə düzələn sözlər müasir dildə təkcə qoşalaşmış şəkildə işlənir. (10, səh.5)
M. Hüseynzadə zərfləri başqa nitq hissələrindən fərqləndirmək üçün onların funksional
əlamətini başlıca əlamət hesab edir və cümlədəki yerinin müəyyənləşdirilməsinin vacib olduğunu
göstərir. M. Hüseynzadə öz fikrini belə əsaslandırır ki, bütün nitq hissələrində olduğu kimi, zərfin
də başqa nitq hissələri ilə oxşar cəhətləri vardır. Tərzi-hərəkət zərflərinin bir qismi şəkilcə sifətlərə,
kəmiyyət zərflərinin bir qismi saylara oxşayır. Bunları bir-birindən ayırmaq üçün cümlədəki yerini,
daşıdığı vəzifəni, əşya və ya hərəkətə, hadisəyə aid olmasını nəzərə almaq lazımdır. Məsələn;
Çoxdan çox pay, azdan az pay ifadəsində çoxdan çox, azdan az sözləri qeyri-müəyyən say, çoxdan
öz vaxtını tərk etmişdir cümləsində çoxdan sözü heç bir əşyanın kəmiyyətini bildirmir, cümlənin
zaman zərfidir. (4, səh.257)
Dilçi alim C.Ə.Cəfərov dildə zərflərin əmələ gəlməsi yollarını araşdırarkən göstərir ki, başqa
nitq hissələrinə məxsus olan sözlər zərflərə çevrildikdə aid olduqları nitq hissəsinə aid bəzi
əlamətlərini məhdudlaşdırır, onun müqabilində zərfi xüsusiyyət kəsb edir. C.Ə.Cəfərov zərflərin
əmələ gəlməsini üç qrupa bölür.
1.
Sözlərin şəkilçisiz zərfləşməsi; Buraya gecə, gündüz və s. kimi isimlər; əksər sadə sifətlər;
az, çox və s.kimi saylar; belə, elə əvəzliklərini göstərmək olar.
69
2.
Sözlərin müəyyən şəkilçilər, şəkilçiləşmiş qoşma və ədatla işlənərkən zərfləşməsi;
Bunlara yayda, qışda, səhərdən, könüldən, məhəbbətlə, həyəcanla, səslə, məncə, bizcə isim və
əvəzlikləri; bərkdən, ucadan, gizlincə, elmi (danışmaq), duzsuz, aylıq çıxmaq və s sifətləri; üçlükdə,
birdən (həll etmək) və s. sayları misal göstərmək olar. Müəllif göstərir ki, bu sözlərdən sürətlə,
həyəcanla, birdən, sevincək və s. sözlər tam zərfləşə bilmişlər.
3.
Söz birləşmələrinin zərfə çevrilməsi. Müəllif bunları üç qrupa ayırır.
a) Sabit söz birləşmələrinə yaxınlaşan vahidlərin zərfləşməsi. Məsələn; sinə dolusu,
gözüyumulu, arabir, axşamçağı və s.
b) Sərbəst söz birləşməsinə yaxınlaşan vahidlərin zərfləşməsi. Məsələn; bu gün, o zaman,
gələn il, bu ay, beş ay və s.
c) təkrarlı birləşmələrin zərfləşməsi. Gülə-gülə, dəstə-dəstə, addım-addım və s. (2. Səh. 57-
59)
4. İngilis dilində zərfin yaranma prosesi.
İngilis dilində zərflər isim, sifət və başqa nitq hissələrinə suffikslər və prifikslər artırmaqla
ya da aqqlütinativ yolla düzəlir.
a) İngilis dilində zərflər isimlərin köklərinə suffikslər və prifikslər artırmaqla yaranır.
Zərflərin yaranmasında iştirak edən əsas prifikslər bunlardır.-a; -as; -in; və s. Bu prefikslər sifətlərin
önünə artırılaraq düzəltmə zərf əmələ gətirirlər. Andrev Carstairs McCarthy-yə görə sifətlərə ən çox
artırılan və ən məhsuldar suffiks –ly; suffiksidir. Məsələn; quickly, slowly; (11,səh48)
İsimlərin və başqa nitq hissələrinin kökünə artırılaraq zərf düzəldən digər şəkilçilər də var.
Məsələn: –wise (clockwise); -ward(s) (homewards, seawards, afterwards); -way(s); (sideways,
crossways, likeways); –fold; (tenfold) və s.
-ward(s); -way(s); suffiksləri sözlərə -s şəkilçisiz qoşulduqda onları sifətlərdən fərqləndirmək
çətin olur. –ly; suffiksi ilə düzələn bəzi düzəltmə zərflər bəzən sifətlərlə eyni mənaya malik
olurlar. Məsələn; cheep, cheaply; rough, roughly; və s. Onların bəziləri isə tamamilə fərqli mənalara
sahib olurlar. Məsələn: It’s a hot day. Joe hotly denied the accusation.
b) Bir çox tərz bildirən zərflər –ly suffiksi olmadan konversiya yolu ilə sifətlərdən əmələ
gəlir. Onların sifət yaxud zərf olduğunu sintaktik funksiyasına görə müəyyən etmək mümkün olur.
Məsələn: hard, far, near, straight, east və s.
c) İngilis dilində başqa nitq hissələri ilə birləşərək düzələn zərflərə də rast gəlinir. Sifətlərlə
eyni formaya malik olan zərflərdən başqa, elə zərflər vardır ki, onlar sözönülərlə fellərin
birləşməsindən yaranır və bu birləşmələr ”Phrasal verbs” feli birləşmələr adlanır. Məsələn: put up
with (tolerate), bring about (cause) və s. Bəzi sözönülər vardır ki, onlar eyni zamanda sadə zərflər
kimi işlədilə bilər. Məsələn: through, back, over, across və s.
Məqalədə bu nəticəyə gəlirik ki, Azərbaycan dilində olduğu kimi, ingilis dilində də zərf isim,
sifət, say, əvəzlik və fellərə nisbətən gec yaranmış bir nitq hissəsi olduğu üçün özündən əvvəl
mövcud olan nitq hissələri hesabına, əsasən morfoloji yolla və başqa nitq hissələrindən konversiya
yolu ilə, adverbiallaşma vasitəsilə yaranmış və yaranmaqdadır.
ƏDƏBİYYAT
1. Azərbaycan dilinin qrammatikası. I hissə. Azərbaycan EA nəşri. Bakı: 1960.
2. Cəfərov C.Ə. Zərf və müvəqqəti zərfləşən sözlərin tədrisinə dair. Lenin adına APİ-nin “Elmi
Əsərləri” №5. 1976
3. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı: 1983
4. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: 1973
5. Müasir Azərbaycan dili (II cild). Morfologiya. “Elm” nəşriyyatı, Bakı: 1980
6. Müasir Azərbaycan dili. (XI cild). “Elm” nəşriyyatı. 1980
7. Müasir Azərbaycan dilinin qrammatikası. Azərbaycan EA nəşri. 1951.
8. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Azərbaycan Universitei nəşriyyatı. Bakı: 1960
9. Seyidov Y. Əsərləri on beş cilddə. IX cild. Bakı: 2010
10. Шукюров А. Дж. Наречие в Азербайджанском языке. Автореферат кандидатской
диссертации. Баку: 1966
70
11. Грамматика Азербайджанского Языка. Издателства “Елм”. 1971
12. Carstairs M. A. (2002:48). An Introduction to English Morphology: Wordsand their
structure. Edinburgh University Press
13. Kabashi, J. (2000). English “Grammar: Morphology. Prishtina: The University of Prishtina.
14. Eastwood, J. (1999). Oxford Practice Grammar. Oxford University Press.
15. Quirk, R. and Greenbawm, S. (1990). A Student’s Grammar of the English Language,
Longman.
16. Baskervill, W. M. & Sewell, J. W. (1896). An English Grammar. Longman. Gmbh Hamburg
ABSTRACT
Israfil Babayev
About the investigation of adverb in Azerbaijani and English
In this article it is dealt with the formation of adverbs later than the other parts of speech in
Azerbaijani and English and the place of adverbs in the lexical system of Azerbaijani and English
languages is clarified. The importance of syntactical, semantical, and semantic-morphological
principles are taken into consideration. The linguist-scientists who investigated adverb in
Azerbaijani such as A. J. Shukurov, M. Qiyasbeyly, Y. Seyidov, M. Husseynzadeh, S. Abdullayeva,
J. Jafarov and others are mentioned and some samples from their works are presented. The
grammar books written by some English scientists Baskerwell and Sewell, John Eastwood,
Randolph Quirk and Sidney Grenbawn and others are investigated. The books under the title of
“Modern Azerbaijani Language” prepared by the Academy of Sciences of Azerbaijan in different
years are investigated and the semantical types of adverbs are learned.
In comparison of English the formation of adverbs by morphological ways in Azerbaijani
language is emphasised. Besides this, it is not excepted the formation of adverbs from other parts of
speech by conversion and adverbialisation. The author comes to the conclusion that the adverbs
have been formed later than the other parts of speech and are being formed on the account of other
parts of speech by conversion and adverbilisation.
Dostları ilə paylaş: |