Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

ƏDƏBİYYAT 
 
1.
 
“Molla Nəsrəddin” jurnalı (1906-1931) 
2.
 
Haqverdiyev Ə. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı: Lider nəşriyyat, 2005, 408 s. 
3.
 
Kazımova F. Azərbaycan ədəbiyyatının “Cüvəllağı”sı. Bakı: Mütərcim, 2012, 324 s. 
4.
 
Mərdanov M. Əlli il Azərbaycan səhnəsində. Xatirələrim. Bakı: 1959, 125 s. 
 
ABSTRACT 
Kamal Jamalov 
On the role of mollanasraddinists in strugle for progress of national press 
 
This paper deals with the activities of mollanasraddinists in strugle for progress of  national 
press.  It  is  noted  that  mollanasraddinists  considering  newspaper  as  the  mirror  of  the  world 
intervened  coragely  into  all  pedagogical  problems  of  that  time,  critisized,  ironized,  laughed  but 
thought as well about the ways out of illiteracy bog day  and night. The pedagogical problems that 
mollanasraddinists  paid  more  attention  to  consisted  of  the  followings:  conduct  of  education  in 
mother tongue, establishment of new national  schools, preparation of textbooks  in mother tongue, 
nationalization  of  content  of  education,  application  of  new  educational  methods,  definition  of 
purpose and content of education. These ideas lay as the essence of activities of mollanasraddinists. 
 
 
 
 
 
 
           
РЕЗЮМЕ 
 
Кямал Джамалов 
Взгляды просветителей молланасреддинцев по отношению воспитательной роли 
театров 
В статье привлекаются анализу проводимая борьба просветителей молланасреддинцев 
(Джалиль Мамедгулузаде, Омар Фаик Неманзаде, Абдуррахим Бей Хаквердиев), связанная с 
воспитательной ролью, прогрессом и идейной чистотой искусства. Подчеркивается, что мол-
ланасреддинцы  подвергались  нападениям,    не  только  высмеивая  ложь,  лицемерие  моллы, 
ахундов в сатирических стихотворениях, фельетонах, но и создавая театральные сцены под-
вергались  преследованию,  издевательству,  критике,  унижению,  угрозе,  оскорблению,  и  др. 
Несмотря на все это молланасреддинцы не сбились с пути, до конца остались верными своим 
целям и идеям. 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim  etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, 
professor E.Maqsudov 
 
 
 

118 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
VÜSALƏ İSMAYILOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:37.01 
MƏNƏVİ TƏRBİYƏNİN FƏLSƏFİ  ƏSASLARININ ARAŞDIRILMASI 
 
Key words: Morality, nurturing, philosophy, analysis, ideas 
Ключевые словаНравственность, воспитание, философия, анализ, идея. 
 
 
Yetişən  nəslin  mənəvi  tərbiyəsinin  aktuallaşdırılması,  onun  nəcib  sifətlərə  yiyələnmək 
ruhunda  tərbiyə  edilməsi  günün  vacib  tələbinə  çevrildi.  Mənəvi  insan,  mənəvi  zənginlik, 
mənəviyyatlı  olmaq  səyləri  bütün  dövrlərdə  insanlar  tərəfindən  yüksək  qiymətləndirilmişdir.  Bu 
gün  ölkənin  bütün  vətəndaşları  müstəqillik  yolu  ilə  inamla  irəliləyən,  dərin  sosial  -  iqtisadi 
dəyişikliklər  dövrü  yaşayan,  dünyada  gedən  proqressiv  proseslərə  fəal  şəkildə  qoşulan 
Azərbaycanın gələcəyi və onun gəncləri haqqında düşünmək məcburiyyətindədir. 
Bəs mənəvi tərbiyə nədir? Onun pedaqoji, psixoloji əsasları ilə yanaşı fəlsəfi əsasları nədən 
ibarətdir?  
Araşdırma  və  təhlillərimiz  göstərir  ki,  mənəvi  tərbiyə  anlayışının  ifadə  etdiyi  məna  və 
məzmuna  münasibətdə  pedaqoji  ədəbiyyatda  dəqiqləşdirilməmiş,  ziddiyyətli  görünən,  bəzən  də 
ümumiləşdirilib  tamamlanmamış  fikir  və  mülahizələr  vardır.  Tədqiqatlardakı  belə  bir  uyğunsuzuğu 
pedaqoji  elmlər  doktoru  Ləzifə  Qasımova  da  diqqətə  çəkərək  yazır:  «Azərbaycanda  nəşr  olunmuş 
bəzi pedaqoji ədəbiyyatlarda nədənsə  «mənəviyyatla əxlaq» və  «mənəvi tərbiyə ilə əxlaq tərbiyəsi» 
məfhumları eyniləşdirilir. Əxlaq tərbiyəsi mənəvi tərbiyə kimi, mənəviyyat əxlaqın tərkib hissəsi kimi 
qələmə  verilir.  Hətta  yaxşılıq,  xoşbəxtlik,  milli  mənlik  şüuru,  doğma  yurda,  Vətənə  məhəbbət, 
əməksevərlik, vətənpərvərlik, beynəlmiləlçilik əxlaq kateqoriyaları kimi qiymətləndirilir”  (1, s. 13).
 
Məlumdur  ki,  «mənəvi»,  «mənəviyyat»  ərəb  mənşəli  sözdür  və  hərfi  mənası  mənaya, 
məzmuna  aid  olan,  maddi  olmayan,  fikri,  ruhi  olan  deməkdir.  Nədənsə  bu  anlayışın  mahiyyəti 
barədə məqalə Azərbaycan Sovet Ensiklopediyasına salınmamışdır. Dövrü üçün çox mötəbər nəşr 
sayılan  ensiklopediyada  yalnız  istehsalatla  bağlı  mahiyyətdə  «Mənəvi  aşınma»  və  hüquqi  əsasda 
«Mənəvi  zərər»  anlayışlarının  mahiyyətinə  aid  məqalələr  verilmişdir  (2,  s.  508).  Bu  məfhum 
«Azərbaycan dilinin izahlı lüğətində belə ifadə olunur: «Mənəviyyat - insanın mənəvi keyfiyyətləri, 
normaları,  yüksək  əxlaq,  yüksək  mənəviyyat  -  mənəvi  insanın  daxili,  ruh  aləmi  ilə  bağlı  olan 
mənəviyyatla əlaqədar, batini, qeyri - cismani, qeyri –maddi” (3, s. 94). 
Bilmək  lazımdır  ki,  insanın  mənəvi  dəyərləri  əsrlər  boyu  işlənib  hazırlanmış,  bizim 
dövrümüzə  qədər  gəlib  çatmışdır.  Bu  mənəvi  dəyərlər  insanlığın  həyat  fəaliyyətinin  müxtəlif 
dövrlərində  təzahür  etmiş  dini  təlimlər,  müdriklərin  mənəvi  axtarışları,  xalqın,  etnosun  adət  - 
ənənələri əsasında formalaşmış sosial davranış qaydalarıdır. Bu təsadüfi deyildir ki, insanın düşüncə 
vasitələri və həyat fəaliyyətinin əsasında duran dəyərlər mənəvi nöqteyi - nəzərdən, həyat simvolu 
kimi düşünülmüş, necə deyərlər, nəsli mühafizə işinə xidmət etmişdir.  
Mənəvi  tərbiyə  problemi  fəlsəfənin  də  tədqiq  etdiyi  problem  olduğu  üçün      pedaqoji, 
psixoloji əsasları ilə yanaşı fəlsəfi əsasları da araşdırılmışdır. Bəs mənəvi tərbiyənin fəlsəfi əsasları 
və məzmunu haqqında filosofların fikri nədən ibarətdir? 
Mənəvi  tərbiyə  məsələləri,  şəxsiyyət  problemi  fəlsəfi  fikrin  bütün  tarix  boyu  mütəfək–
kirlərinin  diqqət  mərkəzində  duran  mövzulardandır.  Keçmişdə  filosoflar  belə  hesab  edirdilər  ki, 
insan həyatının norma və dəyərlərini anlamadan insan təbiətini dərk etmək mümkün deyil.  
Zərdüştiliyin  mənəvi  prinsipləri  Humata  (xeyirxah  fikir,  düşüncə),  Huxta  (xeyirxah  söz), 
Hvarşta  (xeyirxah  əməl)  sülhü,  əmin-amanlığı  qorumaq,  əməksevərlik,  qənaətçillik,  xeyirxahlıq, 
ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər 

119 
 
üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir. 
Qədim  yunan  mədəniyyəti  və  fəlsəfəsində  mənəvi  tərbiyə  problemlərini  Demokrit,  Pifaqor, 
Anaksarx,  Pirron,  Sokrat,  Platon,  Aristotel,  Laertli  Diogen,  Evdoks,  Feopomp,  Rodoslu  Evdem, 
Gekatey öz əsərlərində ətraflı göstərmişlər. 
Demokrit əqli inkişaf məsələlərini mənəvi tərbiyə ilə sıx əlaqələndirirdi. O, belə hesab edirdi 
ki,  mənəvi  cəhətdən zəngin  insan həmişə cəsarətli, mərd olmalıdır, öz hisslərinə hakim olmalıdır, 
həmişə yaxşılığa can atmalıdır, vaxtını boş keçirməməlidir, düşüncəsiz, yüngül həyat tərzindən uzaq 
olmalıdır,  öz  arzularına  real  imkanlara  uyğun,  müəyyən  həddə  harmonik  şəkildə  çatmalıdır.  O, 
mənəvi  hərəkətləri  sistematik  olaraq  məşq  etdirməyi  insanın  mənəvi  keyfiyyətlərinin 
təkmilləşməsində mühüm vasitə hesab edirdi (4, s. 135-142).  
Sokrat  antik  dövrün  ən  sirli  filosoflarından  hesab  olunur.  Ksenofont  Sokrat  haqqında 
xatirələrində  onun  tətqiqatlarının  əsasında  nəyin  müqəddəs,  nəyin  günah,  nəyin  yaxşı,  nəyin  pis, 
nəyin  ədalətli,  nəyin  ədalətsiz,  nəyin  kamil,  nəyin  ağılsız,  nəyin  cəsarətli,  nəyin  cəsarətsizlik 
olduğunu göstərirdi. Sokratın fəlsəfəsi əsasən etik problemlərə istiqamətlənmişdir. Əsl fəlsəfənin və 
əsl filosofun fərqləndirici cəhətini bilik və insanlığın vəhdətində görən Sokratın düşüncələrinə görə 
fəlsəfə  təkcə  nəzəri  fəaliyyətlə  deyil,  həmçinin  praktik  hissəni  -  xoş  davranışı  və  müdrik  olmağı 
özündə birləşdirir. Yaxşılıq haqda biliklər insanı yaxşı hərəkətlərə sövq edər və pislikdən qoruyar. 
 
Platon  tərbiyənin  əsas  məsələsi  kimi  nəsillərə  yaxşılıq  prinsiplərini  və  bununla  ruhun  əqli 
hissəsinin  möhkəmləndirilməsini  əsas  göstərirdi. Mənəvi  keyfiyyətlərin,  yəni  fəzilətlərin  fitri 
olduğunu  söyləyən  filosof  hesab  edir  ki,  düzgün  tərbiyə  bunları  nizama  salır,  yanlış  tərbiyə  isə 
insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir (5 s. 39-43; s. 45-46). 
 
Mənəvi  keyfiyyətlərin  anadangəlmə  deyil,  həyatda  qazanılması  fikrini  Aristotel  daha  da  inkişaf 
etdirmişdir. O, mənəvi tərbiyənin üç növünü xüsusilə qeyd edirdi: fiziki, mənəvi, əqli. Aristotel bu 
sırada  ruhun,  mənəviyyatın  inkişafını  elmi  öyrətməkdən  önə  qoyurdu.  Filosof  mənəvi  tərbiyənin 
yüksək  dəyərini  qeyd  edərək  mənəvi  cəhətdən  inkişaf  etmiş  insanı  kamil  insan  hesab  edirdi. 
Məsələn, təbiətdə yuxarıdan aşağı diyirlənən daşı geriyə, yuxarıya qalxmağa öyrətmək qeyri-mümkündür (6, 
s.78). Fəlsəfi ədəbiyyatlarda müdrik alim-filosof Lyusiy Aney Seneka tərbiyənin əsas məsələsi kimi 
insanın mənəvi cəhətdən kamilləşməsini, təkmilləşməsini, tərbiyənin əsas metodu kimi ilahi ideala 
doğru  hərəkəti  əsas  götürürdü.  O  mühüm  vasitə kimi  əyani  şəkildə  həyatdan  və  tarixdən  nümunə 
gətirməyi  xüsusilə  qeyd  edirdi  və  uzun  nəsiyyətlərdənsə  qısaca  misallar  çəkməyi  üstün  bilirdi  (5, 
s.53-54).  Qeyd  edək  ki,  şəxsiyyəti  intensiv  sosial  inkişafa  məcbur  etməyin  humanist  olmaması 
məsələsi müasir fəlsəfi və pedaqoji təlimlərdə birmənalı izah olunmuşdur. Məsələn, freydist və neo-
freydist  yönümlü  fəlsəfi  təlimlərin  nümayəndələri  (Dc.  Dyui,  E.From  və  başqaları)  pedaqoji 
prosesdə şəxsiyyətə hər cür təzyiq göstərməyin əleyhinə çıxış edirlər (7, s. 84-86; 165, s. 61).  
Kvintilian  döyməklə  cəzalandırmağa  qarşı  çıxaraq  bunu  şagirdin  şərəf  və  ləyaqətinə  qarşı 
təhqir hesab edirdi və bunun təhsilə kömək olduğunu deyil, əksinə onların ruhunu, mənəviyyatını 
məhv  etdiyini  göstərirdi.  O  belə  düşünürdü  ki,  müəllim  təhsildə  sadə,  çalışqan,  işində  səbrli,  əsl 
nümunə olmalıdır və şagirdlərinə valideyn hissləri bəsləməlidir (7, s. 55-56).  
K.A.  Berdyayev,  V.A.Belinskiy,  S.N.Bulqakov,  A.N.Qertsen,  L.N.Qumilyov  kimi 
filosofların şəxsiyyətin mənəvi tərbiyə problemini işıqlandıran pedaqoji axtarışları fəlsəfi biliklərlə 
sıx  bağlıdır.  Belinskiy  mənəvi  tərbiyənin  dəyərini  belə  qeyd  edirdi  ki,  bir  çox  tərbiyə  “növü” 
mövcuddur,  ancaq  hər  birindən  üstün  bütöv  cəmiyyətin  mənəviyyatına  təsir  göstərən  mənəvi 
tərbiyədir. XIX  əsr  Azərbaycan maarifçilik  fəlsəfəsinin ilk təmsilçisi təbiət  elmləri,  tarix, məntiq, 
filologiya və s. sahələr üzrə əsərlərin müəllifi, şair və filosof Abbasqulu ağa Bakıxanovdur. Onun 
“Əxlaqın  tərbiyələnməsi”,  “Nəsihətlər  kitabı”,  “İşıqların  yerləşdiyi  yer”,  “Camalın  aynası”  və  s. 
əsərlərində  mənəvi  tərbiyə  ilə  bağlı  fikirləri  öz  əksini  tapmışdır.   Onun  fəlsəfəsinin  əsas  qayəsi 
maariflənmə  yolu  ilə  kamil  şəxsiyyət  yetişdirmək,  ədalətli  cəmiyyət  qurmaq  olmuşdur. 
A.Bakıxanovun  irsində  kamilləşmənin  sufizmdən  gələn  mistik  (tərki-dünyalıq  yolu  ilə  Allaha 
qovuşmaq)  və  dünyada  mədəni-fəlsəfi  inkişafla  bağlı  zəka,  elm  kimi  iki  yolu  göstərilir.  Mahmud 
Şəbüstəri,  Yusif  Qarabaği  və  b.  irsində  də  göstərilən  bu  iki  yol  A.Bakıxanovun  kamilləşmə 
konsepsiyası üçün təməl  idi. O, əsrinin elmi  nailiyyətlərindən çıxış  edərək mənəvi  təkmilləşmədə 
elmə,  elmlə  əməlin  (praktikanın)  bağlılığına  və  mövcudatın  rasional  dərkinə  xüsusi  əhəmiyyət 

120 
 
verirdi.  Abbasqulu  ağa  Bakıxanovun  fikrincə,  hər  bir  kəs  yaşadığı  cəmiyyətin  əxlaq  normalarını 
qəbul  etməlidir.  Özünü  cəmiyyətə  qarşı  qoymaq  faydasız,  cəmiyyətlə  uzlaşmaq  isə  faydalıdır. 
Əxlaq  və  davranış  formaları  insanların  fəaliyyətinin  düşünülmüş  tənzimlənməsi  nəticəsində  əldə 
oluna bilər (8, s. 203).  
Filosoflar  tərəfindən  mənəviyyatla  bağlı  bir  sıra  ideyalar  irəli  sürülmüşdür.  Bu  ideyaların 
qəbul    edilməsi  müasir  təhsil  prosesində  şəxsiyyətin  mənəvi  tərbiyəsinin  problemli  məsələlərinin 
həll  edilməsinə  çoxsaylı  metodların  üzə  çıxarılmasına  kömək  edir.  Mənəvi  baxış  aspektindən  öz 
pedaqoji, fəlsəfi ideyalarını təqdim edən alim-filosofların yaradıçılıqlarının öyrənilməsi böyük elmi 
dəyərə  malik  olmaqla  yenidən  və  yenidən  pedaqoji  stereotipləri  nəzərdə  keçirməyə  vadar  edir  və 
gənclərin tərbiyə prosesinin nəzəri və təcrübi problemlərinə yeni  yanaşmaların yaranmasına səbəb 
olur.  Mənəvi  tərbiyənin  fəlsəfi  əsaslarını  araşdırarkən  belə  nəticəyə  gəlmək  olar  ki,  müəyyən 
pedaqoji  nəzəriyyənin  quruluşunun  əsasında  fəlsəfi  biliklər  durur.  Hər  bir  nəzəri  tədqiqat 
gerçəkliyin  öyrənilməsi  ilə  bağlıdır,  bəzən  də  dərketmənin  konkret  sahəsində  alimlərin  fəlsəfi-
pedaqoji ideyalarının analizi ilə əlaqəlidir. Pedaqogika bu anlamda fəlsəfəyə dərketmə üçün mate–
rial  verir,  onların  vasitəsilə  tərbiyə  predmeti  fəlsəfə  və  pedaqogikanın  mənəvi-mental  dialoqunda 
mühüm obyekt hesab olunur.  
ƏDƏBİYYAT  
1.
 
 Qasımova  L.N.  Məktəblilərin  milli-mənəvi  dəyərlər  əsasında  tərbiyəsi  təcrübəsindən.  Bakı, 
Nurlan, 2004, 220 s 
2.
 
Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VI c, Bakı, Azərbaycan Sovet 
Ensiklopediyasının Baş Redaksiyası,1982, 608 s 
3.
 
Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III c., Bakı, Azərnəşr, 1983, 554 s. 
4.
 
Асмус В. Ф. Античная философия . М. : Высшая школа, 1999, 544 с. 
5.
 
Джуринский А.  Н.  История  зарубежной  педагогики.  Учеб.  пособие  для  вузов.  М.: 
Форум-инфра, 1998, 272 с 
6.
 
Аристотель. Сочинения в 4-x т. Т.4, М.: Мысль, 1984, 450 s. 
7.
 
Дюи Дж. Введение в философию воспитания. М.: Прогресс, 1981, 277s.    
8.
 
Rzayev M.H. Fəlsəfə tarixi. Dərslik. Naxçıvan,  Qeyrət, 2011, 278 s. 
             
ABSTRACT 
Vusala Ismayilova 
The analysis of philosophical bases of moral nurturing 
The article studies the philosophical roots of moral nurturing, philosophical-pedagogical 
ideas of scientists-philosopers, and the impact of these ideas on upbringing of personality in the 
process of education. As a result of the study, it is revealed that on the basis of precise pedagogical 
theory stands understanding of philosophy.
 
 
РЕЗЮМЕ 
Вюсала Исмаилова 
Анализ философских основ нравственного воспитания 
В 
статье 
анализируются 
философские 
основы 
нравственного 
воспита-
ния,   философски-педагогические  идеи  учены-философов, а  также  роль  этих  идей  в 
воспитании личности в процессе образования. В результате анализа выясняется, что в основе 
конкретной педагогической теории стоят знания философии. 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim  etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, 
professor E.Maqsudov 
 
 
 

121 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
TAMİLLA VAHABOVA 
UOT: 37(091) 
XIX ƏSRİN II YARISINDA DEMOKRATİK FİKİRLİ ZİYALILARIMIZ MİLLİ 
ÖZÜNÜDƏRK VƏ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ HAQQINDA 
Açar sözlər: milli özünüdərk, vətənpərvərlik, tərbiyə, IX əsr, pedaqoji fikir 
Key words: national identity, education, patriotism, XIX century, pedagogical thought 
Ключевые  слова:  национальное  самопознание,  воспитание,  патриотизм,  XIX  век, 
педагогическая  мысль  
Milli  intibahımızın  təşəkkül  və  təkamül  dövrü  kimi  səciyyələnən  XIX-XX  yüzilliklərin 
qovşağında yaşayıb fəaliyyət göstərmiş demokratik məfkurəli ziyalı elitasının milli tərbiyəçi – islahedici 
funksiyasına daxil olan vəzifələrdən biri də mənsub olduqları xalqı milli özünüdərk və vətənpərvərlik 
ruhunda  tərbiyə  etmək  idi.  Tərbiyənin  bu  xətti  elə  zəruri  mahiyyət  kəsb  edirdi  ki,  millətin,  vətənin 
gələcək  taleyi  biləvasitə  həmin  tərbiyə  sisteminin  necə  qurulmasından  asılı  idi.  Bu,  elə  bir  tərbiyə 
faktoru  idi  ki,  burada  fərdlərin  xoşbəxtliyi  deyil,  ümumilikdə  millətin  və  vətənin  səadəti  ehtiva 
olunurdu. Problemə bir qədər əhatəli dairədə yanaşsaq, belə bir tərbiyə amili həm xalqın, həm də onu 
təşkil edən fərdlərin xoşbəxtliyini ağuşuna alırdı. Həm uşaqlara, həm də böyüklərə aid idi. Həm vətən 
övladının  mübarizə  əzmini,  həm  də  vətənin  ümumi  səadəti  uğrunda  mücadilə  ideyasını  əhatə  edirdi. 
Xalqın  milli  özünüdərk  və  vətənpərvərlik  ruhunda  tərbiyəsi  də  ümumi  xoşbəxtlik,  ictimai  mübarizə 
məzmunu kəsb  edən  ümummilli məsələ idi.  Bizim tərbiyə nəzəriyyəçilərimiz də ölkə vətəndaşlarının 
tərbiyəsində  milli  xarakter  və  xüsusiyyətləri  nəzərə  alır,  öz  təlqin,  tövsiyə  və  təkliflərini  həmin 
müstəvidə irəli sürürdülər. 
Xalqımızın milli özünüdərk və vətənpərvər ruhda yetişməsi uğrunda əzmkarlıq və fəallıq 
göstərən  şəxsiyyətlərimizdən  biri  M.F.Axundov  olmuşdur.  Onun  fikrincə  vətənpərvərlik  hissi 
səltənət başçısı padşahdan başlamış aşağıya doğru bütün vətən övladlarına sirayət etməlidir. Bu 
işdə səltənət başçısının müstəsna rolu vardır. O, vətəndaşları despotizm və zorakılıq üsulları ilə 
deyil insanpərvərlik, xalqsevərlik, vətənpərvərlik qanunları ilə idarə etməli, idarə etdiyi ölkədə 
hər kəsin qəlbində “patriot”luq hissi yaratmalıdır. Elə etməlidir ki, vətəndaşlar qorxu cəhətdən 
deyil,  ədalət  və  sədaqət  cəhətdən  padşaha  itaət  edib  “padşahın  ismi  ilə  vətəndən  ötrü  can  və 
mallarını müzayiqə etməsinlər” (1, 72). Mirzə Fətəli təkcə ölkə başçılarını deyil, millətin ağıllı 
adamlarını,  ziyalılarını,  tərbiyəçilərini  də  öz  xalqının  millətpərvərlik,  vətənpərvərlik  ruhunda 
tərbiyəsi  yolunda  səfərbərliyə  çağırır,  məsələnin  mahiyyətini  bu  cür  şərh  edirdi:  “Millətin 
ağıllıları  bu  əsrdə  gərək  milli  qüdrət  və  vətənin  biganə  xalqlardan  qorunması  üçün  azadlıq  və 
istiqlaliyyətin  əldən  alınması  və  əsarət  kimi  bir  zillətin  ki,  bu  aləmi-həvadisdə  ola  biləcəyi 
yəqinə  yaxındır,  rədd  edilməsi  tədbirlərində  olsunlar.  Bu  növ  zillətin  rədd  edilməsi  tədbiri, 
fəqət, millətin bütün sinifləri içində elmləri yaymaq və onların zehnində qeyrət, namus, millət-
pərvərlik  və  vətənpərvərlik  toxumunu  əkməklə  mümkündür.  Necə  ki,  hal-hazırda  Avropanın 
qüdrətli millətləri bu sifətin sahibidirlər” (5, 152-153). 
Cəlaləddin  Mirzəyə  15  iyun  1870-ci  il  tarixli  məktubunda  qəlbində  “vətən  sevgisinin  çoxluğu 
üzündən” onun nəfi naminə çox tədbirlərə əl atdığını söyləyən M.F.Axundov onun xalqı içərisində də 
“vətənpərvərlik  və  xalqsevərlik  nəşəsini  başa  düşüb”  onun  qeyrət  və  təəssübü  ilə  yaşayan  tək-tək 
adamların olduğuna sevinir. Bu adamların sayının gələcəkdə artacağına ümid edir. Cahil ərəblərin gəlib 
bizim  müstəqil  dövlətimizi  zavala  uğratdığını,  yer  üzünün  cənnəti  sayılan  vətənimizi  xarabazara 
döndərdiklərini, bizi bu cür “zəlil, başıaşağı edib, kölə və miskin vəziyyətə” saldığını nifrətlə xatırladır. 
Xalqı, vətəni bu vəziyyətdən qurtara biləcək şəxsiyyətlərə ehtiyac olduğunu söyləyir. Həm də vətənin 
“peyğəmbərlik, imamlıq yolu ilə deyil”, yalnız “filosofluq, alimlik yolu ilə” xilasını mümkün sayır (2, 
141-143).  Tarixin  dərslərindən  ibrət  götürüb  heç  olmasa,  həmvətənlərimizi  sonrakı  bəla  və  mü-
sibətlərdən qorumaqdan, xalqı bu işə səfərbər etməkdən ötrü onu lazımi şəkildə tərbiyələndirmək şərtini 

122 
 
irəli sürür (2, 161). İranın sabiq konsulu Əli xana ünvanladığı 22 sentyabr 1872-ci il tarixli məktubunda 
əsas məqsədinin vətənin  xilası üçün çalışmaq olduğunu  söyləyir: “Mənim  məqsədim islam xalqlarını 
sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və 
sərvətinin  artması  üçün,  vətənin  abadlaşdırılması  üçün  və  islamiyyətdən  əvvəl  babalarımızın  malik 
olduğu  şən  və  şöhrətin  bərpa  edilməsi  üçün  ədalətə  rəvac  verməkdir”.  Başqa  bir  məktubunda  isə 
gələcəkdə  vətəninin  yadların  ardınca  gedən  mənhus  vücudlardan  təmizlənəcəyinə,  əsarətdən 
qurtaracağına, gülüstana çevriləcəyinə inamını ifadə edir  (2, 247). 
“Əkinçi”  qəzeti  də  vətəndaşların  qəlbində  vətən  və  millət  sevgisi  yaratmaq  təşəbbüsündə 
Mirzə  Fətəlinin  məsləkinə  şərik  çıxırdı.  H.Zərdabi  qəzetin  11  iyun  1876-cı  il  tarixli  nömrəsində 
millət  təəssübü  çəkən  “qardaşlara”  müraciət  edib  onları  “milləti  işlərimizə  rövnəq  verməyə”,  elm 
təhsil edənlərə, millət yolunda çalışmaq istəyənlərə güc verməyə çağırırdı. Onu da əlavə edirdi ki, 
cəhalət,  maarifsizlik  ucbatından  bizim  vətən  qardaşlarımız  ilə  “ünas  tutmaq”  çətindir.  Göstərilən 
səbəbə  görə  onlar  sizin  dediklərinizi  başa  düşməyəcək,  şəriətə  zidd  hesab  edəcək,  hətta  sizi  kafir 
adlandırıb incidəcək. Ancaq vətən və millətin xoşbəxt istiqbalı naminə siz bu cəfalara dözməlisiniz. 
Nəfsə uyub millətin və vətənin şərəfini öz şəxsi mənfəətinizə satmamalısınız  (3, 183). 
Məhəmmədtağı Əlizadə Şirvani də “Əkinçi” qəzetində (1877, 1 fevral) işıq üzü görən və “Vəkili-
milləti-islamın”  (yəni  M.F.Axundovun)  fikirlərini  müzakirə  məqsədilə  yazılmış  məktubunda  bizim 
milliət  və  vətən  sevgisindən  məhrum  olmağımızın  səbəbini  elmdən  “bisəmər”  qalmağımızda  və 
“ittifaqımızın yoxluğunda” görürdü . 
H.Zərdabi “Zingədanlıq davası və yaxud dirilik mübarizəsi” (“Həyat”, 1906, 4 yanvar), “Dil 
və din” (“Həyat”, 1906, 6 yanvar) məqalələrində milli özünüdərk və mücadilə məsələsinə yenidən 
qayıdırdı.  Müəllif  nəzərə  çatdırırdı  ki,  həyat,  yaşayış,  yüksəliş,  qabiliyyət  uğrunda  millətlər, 
qövmlar  arasında  əzəli  və  əbədi  mübarizə  mövcuddur.  Bu,  cəmiyyət  və  xalqların  bir-biri  ilə 
“zindəganlıq  davası”,  yəni  ölüm-dirim  uğrunda  mübarizəsidir.  Əgər  millət  özünü,  öz  varlığını, 
kimliyini  dərk  etmirsə,  o,  həmin  davadan  məğlub  çıxıb  tədricən  (“mürur  ilə”)  “fovt  olub  gedir”. 
Xalqın  öz milli  varlığını dərki, ətraf dünyadan baş  aça bilməsi  elm, təhsil, ana dilinin  mühafizəsi, 
birlik  və  ittifaqla  ola  bilər.  İttifaq  və  ittihada  nail  olmaqdan  ötrü  toplumu  təşkil  edən  fərdlər  və 
bütövlükdə cəmiyyət öz milli kimliyini anlamalı, etnik mənşəyini bilməli, etnokulturoloji yaddaşına 
və sərvətinə sahib çıxmalıdır. 
Maarifçi ideoloqlarımız arasında milli özünüdərk tərbiyəsi ilə nəzəri şəkildə məşğul olan fəal 
ziyalılarımızdan biri M.Şahtaxtlı olmuşdur. Tarix boyunca ilk dəfə o, “Kaspi” qəzeti (1891, №93) 
vasitəsilə  ictimaiyyətə  təqdim  edilən  “Zaqafqaziya  müsəlmanlarını  necə  adlandırmalı?”  sərlövhəli 
məqaləsində  son  dərəcə  önəmli  mahiyyət  daşıyan  bu  suala  (sərlövhədəki  suala)  cavab  vermişdir. 
Həm də tarixdə ilk dəfə Azərbaycan türklərinin milli mənsubiyyəti, milli kimliyi, milli dilinin adı, 
milli  etiketləri  bir  problem  olaraq  ictimai-mədəni  səhnəyə  çıxarılmış,  müzakirə  və  mübahisə 
obyektinə çevrilmişdir. Əslində bu deyilənlər xalq üçün son dərəcə vacib məsələlərdir. Çünki xalq 
öz milli mənsubiyyətini, millətinin, dilinin dürüst adını, etnos kimliyini anlamadan, bilmədən onda 
lazımınca  milli  hiss,  milli  düşüncə,  milli  qürur,  milli  təəssübkeşlik  və  s.  milli  insani  keyfiyyətlər 
tərbiyə etmək mümkün deyil. 
M.Şahtaxtlı  şərh  edir  ki,  uzun  əsrlərdir,  azərbaycanlılar  “milli  dil  və  din  anlayışlarını  itirib,  öz 
xalqlarını və öz dillərini müsəlman adlandırırlar. Hansı xalqa məxsusdurlar və hansı dildə danışırlar? – 
sualına  Zaqafqaziya  müsəlmanı  başqa  cavab  vermir.  Yalnız  deyir  ki,  o,  müsəlmandır  və  müsəlmanca 
danışır” (237, 28). Ruslar bizə gah “Zaqafqaziya müsəlmanları”, gah da “tatar”, “Qafqaz tatarları” deyir. 
Hətta bizə, xüsusilə Bakı əhalisinə “fars” deyənlər də tapılır. Bu ciddi yanlışlıqdır. Müsəlmançılıq bizim 
dini etiqadımızdır. Etiqadla, xalqın adını qarışıq salmaq olmaz. Beləliklə, Məhəmmədağa xalqın adı və 
dilimizin adı barədə ilk dəfə belə bir tarixi təklif verir: “Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun 
dilini  isə  Azərbaycan  dili  adlandırmaq  çox  yerinə  düşərdi.  Böyük  bir  hissəsi  İrandan  ayrılıb  Rusiyanın 
payına düşmüş Aderbedjan (Azərbaycan) mahalı – indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları 
həm Şərq  yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla  yox, ancaq Azərbaycan 
türkləri adlandırırlar. Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: 
məsələn, azərbaycanlı türk və  yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını 
azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun 

123 
 
olardı”  (7,  29).  M.Şahtaxtlının  1901-ci  ildə  qələmə  aldığı  “Türkiyəni  necə  xilas  etməli?”  adlı 
nisbətən  iri  həcmli  əsərində  də  Türkiyənin  timsalında  milli  həyatın  qaçılmaz  surətdə  yenidən 
qurulmalı,  zamanın  gedişatına  və  tələblərinə  uyğunlaşdırılmalı,  xalqın  düşüncə  və  tərbiyəsinin  də 
buna  müvafiq  aparılmalı  olduğundan  söhbət  açılır.  Müəllif  milli  özünüdərki  xilas  yolunun  zəmini 
hesab edir.  Lakin  bu vacib  elementi Avropa dəyərləri ilə zənginləşdirməyi  qaçılmaz zərurət  sayır. 
Qeyd edir ki, “milli istiqlaliyyətin yükü bizim dövrdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin 
köməyi olmadan daşımaq mümkün deyil” (7, 43). Görkəmli ziyalı belə bir sualın cavabını da verir: 
Türkiyə vətənpərvər və savadlı idarə üsulu ilə avropalaşa bilərmi? Suala “Bəli, özü də asanlıqla” -  
cavabını verir və həm də çıxış yolunun detallarını aydın şəkildə şərh edir. Bunun üçün despotizmin, 
köhnə  idarə  üsulunun,  ruhanilər  hakimiyyətinin  ləğv  edilməli,  vətənpərvər,  milli  qürura,  zəkaya, 
qeyrətə sahib maarifpərvər qüvvələrin hakimiyyət başına gəlməli olduğunu söyləyir. Bildirir ki, türk 
xalqı  “milli  ləyaqət  və vətənpərvərlik  duyğusu  altında” dünyada heç bir xalqa tabe olmur. Sadəcə 
olaraq bu hissi istiqamətləndirəcək, cəmləyəcək, ona rəhbərlik edəcək şəxsiyyətlərə ehtiyac vardır. 
Təəssüf ki, osmanlı imperiyasının indiki hakimiyyəti “vəzifə və vətənpərvərliyin” nə olduğunu başa 
düşmək üçün nə “kifayət qədər şüura, nə də hiss etmək üçün kifayət qədər əxlaqa” malik deyil (7, 
56). M.Şahtaxtlı milli özünüdərk və vətənpərvərliklə bağlı qənaətlərini “Şərqi-rus” qəzetində də ardıcıl 
surətdə  davam  etdirmişdir.  Qəzetin  13  iyun  1904-cü  il  tarixli  sayında  naşir  təkidlə  bildirirdi  ki,  biz 
tərəqqiyə  yalnız  o  zaman  nail  ola  bilərik  ki,  fərd  (cəmiyyət  üzvü)  yalnız  öz  xoşbəxtliyi  barədə  yox, 
ümumiyyətlə,  millətin  xoşbəxtliyi  barədə  düşünsün.  Başqa  sözlə,  millətin  xoşbəxtliyində  öz 
xoşbəxtliyini  görmüş  olsun.  Avropa  millətləri  məhz  belə  bir  düşüncə  sisteminə  söykənir  (7,  112). 
Maraqlıdır ki, M.Şahtaxtlının tərbiyədəki “azərbaycançılıq” ideyası “türkçülük” ideyası ilə uzlaşır. O, 
Azərbaycan  türklərini  –  azərbaycanlıları  sırf  milli  hissdə  tərbiyə  etməyin  zərurətindən  danışdığı  kimi 
ümumtürk qövmlərinin öz milli varlığını dərk etməsindən də söhbət açır, hətta ortaq türk dili yaratmaq 
ideyasını ortalığa atır. “Hər gün bir az” silsilə məqalələrində bu məsələyə xüsusi olaraq toxunur (“Şərqi-
rus”,  1904,  29  avqust).  Türk  mənşəli  xalqlardan  ötrü  ümumi  bir  anlaşma  dili  kimi  oğuz  türkcəsini 
işlətməyi təklif edir və yazır: “Bu türkcəni bir az intizamla işlətsək, az vaxtda gözəl ümumi bir dil olur 
ki, rusca, ingiliscə, ərəbcə kimi insanların (yəni türk dillilərin – T.V.) fikir alveri üçün mükəmməl bir 
alət olur” (7, 198). 
N.Vəzirov  “Yeni  irşad”  qəzetindəki  (1911,  18  sentyabr)  mütəfərriqəsində  vətənə,  millətə 
dönük, öz ana dilinə xor baxan, azərbaycanlı qızları bəyənməyib kənar millətlərin qızları ilə evlənən 
ziyalıları  kəskin  şəkildə  tənqid edir, bununla xalqa ögeyləşdiklərini, onun milli  hissdə tərbiyəsinə 
zərər  vurduqlarını  söyləyirdi.  “Quzğunlar”  felyetonunda  isə  vətəni,  milləti  öz  şəxsi  mənfəətinə 
qurban verənləri “quzğun” adlandırır, təəssüf hissi ilə söyləyirdi: “Yazıq vətənim!... Quzğunlar leş 
didəndə din-iman yaddan çıxır, vətəni para-para etməkdə heç kəsdən qorxmurlar, çünki burada “əl 
əli yuyar, hər ikisi də üzü” məsələsi var...Yazıq vətənim!” (9, 282). Nəcəf bəy bu cür əməllərin gənc 
nəslin də vətənpərvərlik ruhunda tərbiyəsinə mənfi təsir etdiyini nəzərə çatdırırdı. 
Maarifpərvərlərimiz içərisində xalqın vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirən 
qələm  sahiblərimizdən  biri  də  N.Nərimanov  idi.  O,  bu  mühüm  problemə  fərqli  istiqamətlərdən 
yanaşırdı.  Məsələn,  “Həftə  fəryadı”  (“Həyat”,  1906,  23  iyun)  məqaləsində  vətənpərvərlik, 
millətpərvərlik  məsələsində  siyasi  riyakarlığın,  mərkəzi  hökumət  dairələrinin  məkrli  oyunlarının 
mahiyyətini  açıb  xalqa  göstərir,  imperiya  siyasətçilərinin  bu  pərdə  altında  öz  siyasi  məqsədlərini 
həyata  keçirmək  istədiyini  kütləyə  başa  salırdı  (192,  294-295).  Həmin  silsilədən  olan  bir  başqa 
məqaləsində (“Həyat”, 1906, 14 iyul) vətən övladının hürriyyəti, azadlığı, azad yaşayışı məsələsinə 
toxunurdu. Bu “mühüm nöqtəni” millətin tərəqqi və tərbiyəsinin “əsas rüknü” adlandırırdı (6, 309). 
“İrşad”  qəzetində  (1906,  28  iyul)  “Nər”  imzası  ilə  çap  edilmiş  “Cümə  söhbəti”  silsilə 
məqalələrindən birində N.Nərimanov hükumətin ictimai-siyasi həyatda olduğu kimi tədris-təlim 
prosesində də ana dilimizə ögey münasibət bəslədiyinə, camaatın isə bu vacib məsələyə laqeyd 
yanaşdığına  kəskin  reaksiya  verir.  Xalqı  bu  ümummilli  işə  fəal  şəkildə  müdaxiləyə  çağırır. 
Bunu  milli  tərbiyənin  ümdə  komponenti  kimi  dəyərləndirir.  Geniş  oxucu  auditoriyasına 
müraciətlə  deyir:  “Dürüst  diqqət  ediniz:  bir  millət  ki,  başına  dəydiyi  toppuzu  anlamaya,  bir 
millət ki, öz əli ilə özünə quyu qaza, bir millət ki, yaxşı ilə yamana fərq qoymaya, bir millət ki, 
aşkar  bəlanı”  özündən  rəf  etməyə  qadir  olmaya...  bir  millət  ki,  bir-birindən  təfriqə  düşüb  bir-

124 
 
birinin əqlindən, ruhundan, dərdindən xəbər tutmadı... Bu millət barəsində nə demək olar? Hərgah 
millətin hümməti, həmiyyəti, ittifaqı olsaydı, yəqin ki, onu “cilə” qoymazdılar, yəqin ki, onun lisan 
müəllimləri  “ah,  ana  dilində  nə  mənfəət”  sözlərini  fikirlərindən  keçirtsələr  isə  də,  açıq  deyə 
bilməzdilər.  Kara  nə  söyləyirsən,  söylə!  Kora  nə  göstərirsən,  göstər!  Lalın  barəsində  nə  yazırsan, 
yaz! Kimdir cavab verən? (192, 358). Göründüyü kimi, görkəmli ziyalı xalqı “karlığın”, “korluğun” 
daşını  atıb  öz  milli  varlığını  dərk  etməyə,  milli  dəyərlərini  qorumağa,  onu  yaşatmaq  üçün 
mübarizəyə  çağırır.  Göstərir  ki,  bir  millət  ki,  həyatına  dair  məsələlər  həll  olunan  vaxt  “yatar,  lal 
olar”, o millətin “diriliyi” şübhəlidir. Millətin yolgöstərənləri isə əgər həqiqəti millətə başa salmaz, 
ondan gizlədərlərsə, millətə aşkar xəyanət etmiş olarlar (6, 371). 
İstedadlı yazıçı “Nadir şah” (1898) pyesində də vətənpərvərlik ideyasını, ölkə başçısının özünün 
vətənpərvər olub xalqı da bu istiqamətə yönəltmək keyfiyyətini vacib bir şərt kimi irəli sürür. 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin