ƏDƏBİYYAT
1.
Talıbov Y., Sadıqov F., Quliyev S. Gənclərin mənəvi tərbiyəsinin problemləri. Bakı,
1998, 132 s.
2.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Dərslik. Bakı, “Qapp-Poliqraf”
Koorporasiyası, 2003, 356 s.
3.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı:
Azərnəşr, 1981, 189s.
4.
Sadıqov F.B. Pedaqogika (ali məktəblər üçün dərslik), Bakı, Adiloğlu, 2012, 666 s.
5.
Petrovskinin redaktəsi ilə. Bakı: Ümumi psixologiya, Maarif nəşriyyatı, 1982.
6.
Nəsrəddin Tusi. Əxlaqi –Nasiri, Bakı, “Lider nəşriyyatı”, 2005, 280s
7.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya (dərslik).Bakı, “Çinar-Çap” nəşriyyatı, 2002,
620 s.
130
РЕЗЮМЕ
Ч.Гулиев
Особенности правильного определения педагогико-психологических основ
национального самосознания
Исторически национальнoecамосознание каждого народа отражалоего национальные
обычая, традиции, искусства и национальную нравственность, другими словами было
оценено как его моральныйоблик. Поэтому формирование национального самосознания
подрастающего поколения считается важным условием воспитания нового поколения.
Целенаправленное,
запланированное
и
организованное
развитие
самосознания
способствуетформированию национального самосознания. При этом, правильное
определениепсихолого-педагогических основсовместной активности«школа-семья», или
наоборот, «семья-школа», «школа-социум» является важным условием. При таком раскладе,
развитие самосознания подрастающего поколения и на этом основе их национального
самосознания может быть формировано соответственно требованиям современности.
ABSTRACT
Ch. Guliyev
Peculiarities of proper determination of pedagogical-psychological basis of national
self-consciousness
Historically, the national self-consciousness of each nation reflects its national customs,
traditions, art and national morality, in other words, it is assessed as its moral character.Therefore,
the formation of national consciousness of the rising generation is considered to be an important
condition for theeducationof new generation.Purposeful, planned and organized development of
self-consciousness contributes to the formation of national self-consciousness.In this case, the
correct definition of psychological and pedagogical basis of joint activity of "school - family", or
vice versa, "family - school", "school - society" is an important condition.In such a condition, the
development of self-consciousness of the rising generation and on this basis, their national self-
consciousness can be formed according to the modern requirements.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
131
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
KİFAYƏT ƏHMƏDOVA
Naxçıvan Müəllimlər İnstitutu
Kifayet_ ehmedova @ mail.ru
UOT:37
GƏNC AİLƏLƏRDƏ PSİXOLOJİ MÜHİTİN FORMALAŞMASINA
TƏSİR EDƏN AMİLLƏR
Açar sözlər: ailə, psixoloji, uşaq, tərbiyə, ana, ünsiyyət, valideyn
Key words: family, psychological, a child, nurture, a mother, communication, a parent
Ключевые слова: семья, психологический, ребёнок, воспитание, мать, общение,
родитель
Məqalədə gənc ailələrdə psixoloji mühitin formalaşmasına təsir edən amillərdən bəhs
olunmuşdur. Qeyd edilir ki, ilk uşağın dünyaya gəlməsilə ailə mühitində əsaslı dəyişikliklər baş
verir. Bu dəyişiklik sosial, iqtisadi və s. sferanı əhatə etməklə yanaşı, həm də psixoloji dəyişikliyə
səbəb olur. İlk psixoloji dəyişiklik analıq hissinin yaranması ilə başlayır. Bir sıra alimlər analıq
hissinin yaranmasının daha əvvəldən başladığını və instinktiv xarakter daşıdığını bildirirlər.
Gənc ailələrlə söhbət, eləcə də müşahidələrə əsasən bu nəticəyə gəlinir ki, müasir dövrün
ailə ilə bağlı yaratdığı özünəməxsus problemlər vardır.
Sonda belə ümumiləşdirmələr aparılır ki, gənc ailələrdə ailədaxili münasibətlər,
kommunikativ ünsiyyət tam mənası ilə formalaşmamış olur. Deməli, gənc ailələrin daha normal
funksiya göstərməsi üçün həm onların özləri, həm də valideynləri ciddi səy göstərməlidirlər.
İlk uşağın dünyaya gəlməsilə ailə mühitində əsaslı dəyişikliklər baş verir. Bu dəyişiklik
sosial, iqtisadi və s. sferanı əhatə etməklə yanaşı, həm də psixoloji dəyişikliyə səbəb olur. İlk
psixoloji dəyişiklik analıq hissinin yaranması ilə başlayır. Bir sıra alimlər analıq hissinin
yaranmasının daha əvvəldən başladığını və instinktiv xarakter daşıdığını bildirirlər. “İlk analıq hissi
qızlarda erkən yaşlardan, hələ gəlinciklərlə oynadığı vaxtdan başayır ” (124, s.334) . Hesab edirik
ki, çox görkəmli alimlərin irəli sürdüyü bu fikirlərlə tam mənası ilə, bütövlükdə razılaşmamaq olar.
Çünki körpə qız uşağının gəlinciklə oynaması ilə analıq hissini eyniləşdirmək mümkün deyil. Körpə
qız gəlinciklə oynayarkən anasını təqlid edirsə, özünün ana olması tamamilə başqa bir hissdir.
Təbiətin qadınlara bəxş etdiyi ana olmaq imkanı eyni zamanda onlara uşağını
öyrətmək və tərbiyə etmək vəzifəsini də verib. Bu vəzifəni başqa adamların yerinə yetirməsi
mümkün deyil. Yəni ana və uşaq arasındakı münasibəti başqa adamla yaratmaq mümkün deyil.
Ananın uşağa öyrətdiyi ilk şey ünsiyyətdir. Məhz ünsiyyət prosesində uşaq tədricən özünü və
ətrafdakıları dərk edir və beləliklə, onun fərdiyyəti yaranır.
Gənc anaların uşaqla, onun psixi inkişafı və tərbiyəsi ilə bağlı buraxdıqları başlıca iki səhv
olur. Birinci səhv şərti olaraq “intellektual” adlandırdığımız analarla bağlıdır. Onlar sərt qrafik
əsasında uşaqla ünsiyyətdə və münasibətdə olur. Yəni, dəqiq qrafik əsasında, müəyyən saatlarda
uşağı yedizdirir. Əgər uşaq ağlasa belə, qrafikini pozmur, hətta uşağı qucağına götürmür.
Belə uşaqlar böyüdükdən, hətta özləri valideyn olduqdan sonra emosiyasız, laqeyd olurlar. Hətta
öz uşaqlarına qarşı da belə olurlar. Öz uşaqlıqlarından nümunə çəkirlər. “Bizə qarşı da belə olublar. Nə
olub ki, hər şey normaldır” . “Bu gün teatra getməliyik. Uşağa heç nə olmaz. Biz də onun yaşında tək
qalırdıq” və s.
İkinci səhv uşaqlıqda özləri kifayət qədər diqqət və qayğı görməyən, ailənin tək uşağı olan
analarla bağlıdır. Belə analar üçün övladları həyatda hər şeydir. Onlar uşaqlarını bir dəqiqə olsun
belə gözdən qoymurlar. Uşağın hər bir hissi onun üçün qorxu hissi yaradır. “Oy, sən nə edirsən?
132
Tez ol darağı yerinə qoy, gözünə batar. Fincana toxunma, çay tökülüb səni yandırar. Sən istəyirsən
xəstələnəsən, anan da ölsün” və s.
Göstərdiyimiz həm birinci, həm də ikinci səhv uşağın inkişafına son dərəcə neqativ təsir
göstərir. Uşağın uşaqlığını əlindən almaq olmaz. Ona görə də hədsiz qəyyumluq etmək psixoloji
baxımdan düzgün deyil.
Gənc ailələrlə söhbət, eləcə də müşahidələrimizə əsasən söyləyə bilərik ki, müasir dövrün
ailə ilə bağlı yaratdığı özünəməxsus problemlər vardır.
Uşağın dünyaya gəlməsi ilə ailədə digər bir əsaslı dəyişiklik də baş verir. Ər-arvad rollarına
ata, ana rolları da əlavə olunur. Bu vəziyyət bütün müsbət cəhətləri ilə yanaşı, müəyyən diskomforta
da səbəb olur. Özünü koqnitiv, şəxsi və sosial sferada da göstərir. Bu hal gənc ailələrdə, həm də ilk
uşağın doğulmasıyla özünü daha kəskin formada göstərir. Bu deyilənlər əlbəttə, bütün ailələrə aid
ola bilməz.
Gənc ailələrdə qarşılıqlı münasibətlərdə özünü göstərən aspektlərdən biri də ər-arvad arasındakı
anlaşılmazlıqlar, ziddiyyətlərlə bağlıdır. Bunu psixoloji ədəbiyyatda “ailə həyəcanı” da adlandırırlar.
Ailə həyəcanı ər və ya arvadın hər ikisi və ya onlardan biri ilə də bağlı ola bilər. Narahatlığın səbəbi
şübhə, tərəddüd, evə gec gəlmə və s. ola bilər. Bu kimi hisslər adətən ailədaxili münasibətlərə təsir
göstərir.
Digər bir səbəb isə tərəflərdən birinin özünü köməksiz hiss etməsi, hadisələrin məcrasını
dəyişdirə bilməməsi ola bilər. Onlar adətən öz hisslərini belə biruzə verirlər: “Hiss edirəm ki, nə etsəm,
necə etsəm də sonda bəyənilməyəcək” , “Özümü ailədə tənha hiss edirəm” , “Nəyisə yaxşı etmək
istəyirəm, məlum olur ki, pis alınıb” və s.
Vaxtının çoxunu ailənin qayğısını çəkməyə həsr edən, lakin qiymətləndirilməyən qadın
adətən hər şeydən küsmüş kimi görünür: “Hərdən mənə elə gəlir ki, bu evdə mənim varlığım və ya
yoxluğum heç kimi maraqlandırmır” . Belə köməksiz vəziyyətin bir sıra səbəbləri olur:
1.
Ər və ya arvad daim psixoloji təzyiq altında olur. Buna nümunə kimi daim sərxoşluq edən,
arvadını fiziki və psixoloji cəhətdən gərgin vəziyyətdə saxlayan kişilərin ailəsini göstərmək olar.
2.
Ailə üzvləri ilə uyğunlaşa bilməmək. Məsələn, gəlinin qaynanadan xoşu gəlmir,
lakin bunu gizlətmək məcburiyyətindədir. Çünki hesab edir ki, bunu açıq bildirmək ailədə
vəziyyətin daha da gərginləşməsinə səbəb olar.
3.
Şəxsiyyətdaxili konfliktin yaranması. Bu, daha çox ailədə qadının üzərinə bir neçə bir-
birilə ziddiyyət təşkil edən vəzifənin qoyulması zamanı baş verir. Nəticədə şəxsiyyətlərarası
konflikt yaranır. Məsələn, qadın ərini qınayır ki, ailənin heç bir işində ona kömək etmir. Eyni
zamanda onun etdiyi heç bir işi bəyənmir, tənqid edir.
Müşahidələr göstərir ki, ailə üzvləri qarşılarına hansısa məqsədi qoyub, ona çatmaq üçün cidd-
cəhd göstərdikdə və istənilən nəticə alınmadıqda onlar frustrasiya, psixi gərginlik yaşayırlar. Psixoloji
ədəbiyyatda bu vəziyyət “Tantal kompleksi” adlandırılır. Tantal Qədim Yunan mifoloji qəhrəmanıdır.
O, allahlar tərəfindən cəzalandırılır. O, suyun ortasındadır. Hər dəfə əyilib su içmək istədikdə su yox
olur.
Deyilənlərə sübut kimi aşağıdakı nümunəni veririk. Akif, 30 yaşı var. Beş ildir ailə qurub.
Dörd yaşında Telman adlı oğlu var. Arvadının 26 yaşı var. Ali təhsillidir. Ailə qurandan 1 ay sonra
arvadı bildirir ki, ərini sevmir. İnstitutda oxuyanda istədiyi oğlan olub. Amma oğlan başqası ilə
evlənib. Elə bu səbəbdən də istəmədiyi oğlana ərə gedib. Ailədə ərin vəziyyəti “Tantal
kompleksi”nə uyğundur. Akif deyir ki, arvadından bir neçə dəfə ayrılmaq istəyib. Hər dəfə arvadı
bildirib ki, onu sevməyə başlayıb və doğrudan da bir müddət mehribançılıq olub. Akif də hesab
edib ki, hər şey yoluna qoyulur. Yenidən tədricən yenə münasibətlər korlanıb. Belə vəziyyət Akifi
özündən çıxarır. Ümid və ümidsizlik daxili konflikt yaradır. Fikrən gedən belə daxili mübarizə
tədricən Akifin xarakterini dəyişdirir. Artıq psixi gərginlik onun münasibətlər sisteminə də təsir
edir. Oğlunun anasız qalmaması üçün bütün əzablara dözür. Bəzən də əsəbləri tab gətirmir.
Təbii ki, istənilən gənc ailədə problemlər olur. Lakin onların xarakteri fərqli ola bilər. Ailə
həyatının ilk beş ili istənilən halda adaptasiya dövrüdür. Çünki gənc ailədə ər və arvad hər biri fərqli
ailələrdə, fərqli mühitdə böyüyüb, tərbiyə alıb. Bir çox hallarda belə fərqli tərbiyə ziddiyyətə səbəb
olur. Müəyyən vaxtdan sonra tərəflər bir-birlərinin xarakterini öyrənir və ona uyğunlaşır.
133
Adaptasiya oluna bilmədikdə tədricən konflikt dərinləşir və onlar ayrılırlar. Adaptasiya, eləcə də
ailə mühitinin formalaşması tərəflərin psixoloji hazırlığı və mədəni səviyyəsindən də asılıdır.
Problem yarandıqda belə ailələrdə tərəflər başqa variant, başqa çıxış yolu axtarırlar.
Məryəmin nümunəsində fikrimizi əsaslandıraq. Məryəm 3 ildir ailə qurub. 2 yaşında qızları
var. Əri ilə münasibətlərində tez-tez gərginlik yaşanır. Məryəm bunlarla bağlı belə deyir: “Əvvəllər
ərimlə mübahisə edir, onun hər bir hərəkətinə reaksiya verirdim. Dava-dalaş salır, evdən
gedəcəyimi bildirirdim. İndi daha ağıllanmışam. Xasiyyətini öyrənmişəm. Əsəbi olanda ona heç nə
demirəm. Sakitləşəndən sonra fikirlərimi ona çatdırıram” .
Gənc ailələrdə ailədaxili psixoloji mühitin formalaşmasında kommunikativ ünsiyyət
mühüm ol oynayır. Kommunikativ ünsiyyət tələbatı özünün bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb
edir. Bura əks tərəfin müstəqilliyinə hörmət, simpatiya, antipatiya və s. aiddir.
İnformasiya qıtlığı da ailədaxili münasibətlərə təsir göstərir. İlk növbədə ona görə ki, hər kəs
hadisəyə öz bildiyi kimi şərh verir. Bu isə psixoloji maneəyə səbəb olur. Bu psixoloji situasiyanı
öyrənmək üçün 58 nəfər qadınla sorğu keçirdik. Anketdə qoyulmuş sual belə idi: “Təsəvvür edin ki,
Siz ağır bir sumka götürürsünüz. Əriniz də yanınızla əliboş gedir, lakin sizə kömək etmək ağlına
gəlmir. Belədə Siz nə edərdiniz? “
Anket sorğusuna cavab verənlər anketdə göstərilən cavablardan birini seçə bilərdilər:
1)
Deyərdim ki, kömək etsin;
2)
Heç nə deməzdim, lakin narazı qalardım;
3)
Eyham vurardım ki, kömək etsin;
4)
Çalışardım elə bir üsul tapım ki, özü başa düşsün;
5)
Heç nə etməzdim.
Sorğu aparılan qadınlardan 26%-i “Deyərdim ki, kömək etsin” , 36%-i “Heç nə deməzdim,
lakin narazı qalardım” , 11%-i “Eyham vurardım ki, kömək etsin” , 9%-i “Çalışardım elə bir üsul
tapım ki, özü başa düşsün” , 16%-i “Heç nə etməzdim” – cavabını vermişlər.
Verilən cavablar ailədə kommunikativ ünsiyyətlə bağlı müəyyən fikir formalaşdırır.
Cavablardan da göründüyü kimi, bəzi ailələrdə kommunikativ ünsiyyət problemi var. 36% qadın
fiziki gərginliyə dözməyi daha üstün tutur, nəinki ərinə müraciət etməyi. Bu, eyni zamanda göstərir
ki, bu ailədə ən azı birtərəfli qaydada ünsiyyətdən qaçmaq var. Təbii ki, belə diskomfort vəziyyət
ailədaxili münasibətlərə də təsir göstərir. 16% “Heç nə deməzdim” bildirənlərdə isə vəziyyət daha
da dramatikdir. Bu cavabı verənlərlə sonrakı söhbətlər göstərdi ki, burada motivlər fərqlidir. Belə
ki, bu cavabı verən 10 nəfər qadından 4-ü buna vərdiş etdiyini və artıq bu vəziyyəti norma hesab
etdiyini bildirdi. 3 nəfər ərinin onsuz da kömək etməyəcəyini, 3 nəfər isə ərinə deməkdənsə, yükü
daşımağı daha rahat bildiyini söyləmişdir. İstənilən halda 52% qadının bu və ya digər səbəbdən əri
ilə kommunikativ ünsiyyətdən qaçmasını normal hal hesab etmək olmaz. Təbii ki, burada subyektiv
amillər də rol oynayır. Yəni qadının xarakteri, ərinə münasibəti və s.
Ailədaxili konfliktlərin təhlili göstərir ki, belə vəziyyətdə kommunikativ ünsiyyətin qıtlığı
başlıca rol oynayır. Aynanın vəziyyətində ünsiyyət tələbatı əri ilə bağlıdır. Əvvəlcə, əri ev işlərində
ona kömək edirdi. Eyni zamanda Aynanın əziyyətini qiymətləndirirdi. Daha sonra ev işlərindəki
yorğunluq, uşağa qulluq etmək və dəyərləndirilməmək Aynanı əsəbləşdirir, özündən çıxarır. Lakin
problem ondadır ki, Ayna bunları özü çəkir, gözləyir, lakin ərinə izah etmir. Halbuki, o, bunları izah
edə bilərdi.
Ailə həyatında ailə quranadək tərəflərin ailə ilə bağlı təsəvvürləri, təxəyyüllərində
yaratdıqları ilə reallıqda yaşadıqları ailə həyatı arasında bir bağlılıq var. Başqa sözlə, təxəyyüldə
yaradılanlarla reallıqda olanlar arasında uyğunsuzluq olduqda ziddiyyət, konflikt baş verir. O da
məlumdur ki, təxəyyüldə yaradılanlar çox güclü təsirə malik olur və uzun müddət hafizədən
silinmir. Biz reallıqda olan ailə vəziyyəti və təxəyyüldəkilərin arasında olan asılılığı öyrənmək
məqsədilə 90 nəfər qadınla sorğu keçirdik. Onların ailə həyatı 5 ilə qədərki dövrü əhatə edir. Anket
sorğusu belə idi: “Sizin ailə həyatı quranadək təxəyyülünüzdə canlandırdığınız ailə ilə, indiki real
ailə həyatınız arasında fərq varmı? “
Sorğuya cəlb olunan qadınlardan 25 nəfəri ali təhsillidir, həm də işləyirlər. 17 nəfər ali
təhsilli qadın işləmir, 20 nəfəri orta məktəbi qurtarıb işləyir, 28 nəfəri orta məktəbi bitirib işləmir.
134
Sorğu nəticəsində məlum oldu ki, sorğu keçirilən qadınların 58%-nin təxəyyüllərində yaratdığı ailə
həyatı ilə real ailə həyatı arasında xeyli fərq var. Onlar daha ideal həyat fikirləşirmişlər. 23% qadın
təxəyyüldəki ilə reallıq arasında əsasən oxşarlıq olduğunu bildirirdilər. 19% isə real ailə həyatından
çox razı olduqlarını bildirdilər.
Ailə həyatından daha çox narazılıq edənlər ali təhsilli olub işləməyənlərdir. Onların 29%-i
daha yaxşı həyat arzuladıqlarını, lakin reallıqda ona nail ola bilmədiklərini bildirdilər. 23%-i əsasən
uyğun gəldiyini bildirdi. 21%-i ailə həyatından tam razı qaldığını qeyd edirdi. 35%-i nisbətən narazı
olduqlarını göstərirdi.
Ali təhsilli və işləyən qadınların 38%-i ailə həyatından razı olduğunu, 36%-i əsasən razı
olduğunu, 16%-i tamamilə narazı olduğunu bildirmişdir. 28%-i tam razı olduğunu, 20% nisbətən
narazı olduğunu bildirmişdir.
Orta təhsilli işləyənlərin 36%-i ailə həyatından razı olduğunu, 22%-i əsasən razı olduğunu,
15%-i narazı olduğunu, 27%-i nisbətən narazı olduğunu bildirmişdir. Orta təhsilli işləməyənlərin
32%-i həyatından tam razı olduğunu, 36%-i əsasən razı olduğunu, 12%-i narazı olduğunu, 26%-i
nisbətən narazı olduğunu bildirmişdir.
Razılıq və narazılıq edənlərin motivləri də fərqlidir. Bəziləri hesab edirlər ki, onlar daha
yaxşı yaşamağa layiqdirlər, digərləri iqtisadi çətinlikdən narazılıq edir, başqaları isə müstəqil
yaşamaq, sərbəst olmaq istədiklərini, lakin qaynana, qaynata ilə birlikdə yaşadıqlarından narazılıq
edirdilər. Razılıq edənlərin də motivləri fərqli idi.
Ailə həyatı quranadək təxəyyülündə yaratdığı ailə obrazı ilə reallıqdakı ailələri arasındakı
fərq və ya uyğunluq
Cədvəl 2.2
№
Sorğuya cəlb olunanlar
Razı olanlar Nisbətən
razı olanlar
Narazı
olanlar
Nisbətən
narazı olanlar
1 Ali təhsilli, işləyənlər
28
36
16
20
2 Ali təhsilli, işləməyənlər
21
29
19
31
3 Orta təhsilli işləyənlər
36
22
15
27
4 Orta təhsilli işləməyənlər
32
30
12
26
5 Cəmi:
29,0
29,0
16,0
26,0
Cədvəldən də göründüyü kimi, gənc ailələrdə istər-istəməz müəyyən problemlər yaşanır. Onun
da çoxsaylı səbəbləri var. Daha çox özünü biruzə verənlər psixoloji, iqtisadi və sosial səbəblərdir.
Psixoloji səbəblərin özünü də müxtəlif qruplara ayırmaq olar. Bunlardan ilkin olanı psixoloji
adaptasiyadır. İstər oxşar, istərsə də fərqli mühitdə böyüdüklərindən birgə yaşayış zamanı müəyyən
fərqlər meydana çıxır. Müəyyən dövr ərzində onlar bir-birlərində olan mənfi və müsbət xüsusiyyətləri
öyrənir, onun bəzilərini islah etdirir, bəzilərində güzəştə gedir, bəzilərini qəbul edirlər. Eləcə də hər bir
tərəf özünün üzərində də korreksiya işi aparır. Bunlar alınmadıqda konflikt başlayır. Digər bir
psixolojiproblem təxəyyüldə yaradılanla reallıq arasında olandır. Adətən təxəyyüldə yaradılan daha
cəlbedici olur. Ümumən təxəyyüldə yaradılanla reallıq arasında uyğunluq nisbəti çox az hallarda
mümkün olur. Başqa bir psixoloji səbəb müxtəlif vasitələrdən istifadə etməklə ailədə liderlik
problemidir.
Nəhayət başqa və daha ciddi səbəblərdən biri də dünyagörüşü və mədəni səviyyə ilə
bağlıdır. Mədəni səviyyəsi yüksək olan şəxs həm nəyi və necə güzəştə getməyi bacarır, həm də
məqamı, zamanı düzgün dəyərləndirir.
Göründüyü kimi ali təhsilli, orta təhsilli, işləyən və işləməyən gənc ailəli qadınların 29%-i ailə
həyatından tam razıdır. Lakin diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, ali təhsillilərin 25%-i ailə
həyatından tam razı olduqları halda, orta təhsillilərin 34%-i ailə həyatından tam razıdır. İşləməyən ali
təhsillilərlə, işləyən ali təhsillilər arasında da ailəsindən tam razı olmaq sahəsində müəyyən fərqlər
vardır. Bu rəqəm işləyənlərdə 28%, işləməyənlərdə 21%-dir. Bu, bir də ondan irəli gəlir ki, onların bir
qisminə ərləri işləməyə icazə vermir. Ona görə də ailəsindən nisbətən narazı qalanların içərisində ali
təhsilli işləməyənlərin faiz nisbəti daha yüksəkdir. Onlarda bu rəqəm 31% təşkil edir. Narazı qalanların
da faiz nisbəti digərləri ilə müqayisədə daha yüksəkdir.
135
Ailəsindən tam və ya nisbətən narazı olanlar işləyən ali təhsillilərdə 36% , işləməyənlərdə
50% , orta təhsilli işləyənlərdə 42% , işləməyənlərdə 38%-dir. Nisbətən narazı və tam narazı
olanların faizi (36%) digərləri ilə müqayisədə daha azdır. Görünür, bu da mədəni səviyyə və s. ilə
bağlıdır.
Cədvəldən göründüyü kimi, tam və nisbətən narazıların faizi də kifayət qədər yüksəkdir və
narahatlıq doğurmaya bilməz. Bunun da səbəbləri çoxdur. Onların bir qismini yuxarıda qeyd etdik.
Digərlərinə isə qaynana problemi, maddi çətinlik, xarakterdəki ziddiyyət və s. daxildir.
Təbii ki, bu problemlərin bir qismi gənc ailələr üçün xarakterikdir. Tədricən onlar öz həllini
tapır. Yerdə qalanlar isə müxtəlif, həm də mənfi planda həll olunur. Onlardan biri, gəlin-qaynana
münasibətlərini araşdırmağa çalışaq. Bu münasibətlərdə daha çox özünü göstərən ünsiyyət
problemidir.
Ailədə ünsiyyət qıtlığı tərəflərin bir-birlərini anlamamasına səbəb olur. Nəticədə ya açıq,
yaxud da qapalı konflikt baş verir. Nəticədə qarşılıqlı münasibətlərdə gərginlik, konflikt yaranır. Bu
isə qarşılıqlı anlamanı çətinləşdirir.
Gənc ailələrdə ailədaxili münasibətlərin qurulması kifayət qədər çoxsahəli və mürəkkəbdir.
Burada informasiya qıtlığının təsiri ilə yanaşı, elə o səviyyədə informasiyanın təqdim olunması da
mühüm rol oynayır. Məsələn, “Mən özümü səninlə çox rahat hiss edirəm” deyilişi ilə “Sənsiz mən
özümü çox pis hiss edirəm” arasında xeyli məna və mənanın qavranılması fərqi var. Birinci halda,
qarşılıqlı hörmət ifadə olunursa, ikincidə birtərəfli psixoloji asılılıq ifadə edilir.
Ünsiyyət prosesində tərəflərin bir-birlərinin şəxsi keyfiyyətlərini, xarakterini bilmələri və
nəzərə almaları vacibdir. Ailə üzvlərinin fərdi xüsusiyyətlərinin öyrənilməsi, ən azı iki səbəbdən
zəruridir. Birincisi, söhbət etdiyin kəsin intellektual səviyyəsi nəzərə alınmalıdır. Bunu etmək o
qədər də asan məsələ deyil. Xüsusilə uşaqlarla ünsiyyət zamanı. Elə insanlar var ki, uşaqlarla
ünsiyyət qura bilmir, ya çox qəliz danışır ki, uşaq heç nə başa düşmür, yaxud da uşağın dili ilə
danışır. Belədə uşağın ünsiyyət marağı itir. İkincisi, informasiya verdiyin şəxsin reaksiyasının necə
ola biləcəyini irəlicədən nəzərə almalısan. Ailədə isə bir çox hallarda məsələnin bu cəhətinə fikir
vermirlər.
Gənc ailələrdə baş verən anlaşılmazlıqlar, bir çox hallarda konfliktlər xüsusi bir məqsəddən
yox, sadəcə əks tərəfin vəziyyətini başa düşməməkdən yaranır.
Ər və arvadın bir-birlərinə empatiyasının olmaması və ya zəif olması ailədaxili müna-
sibətlərdə anlaşılmazlığa səbəb olur. Nəticədə tərəflərdən biri və yaxud hər ikisi ünsiyyətdən qaçır.
Eləcə də ola bilsin ki, bir-birlərinə güzəştə getməsinlər, aqressiv davranışa üstünlük versinlər.
Deyilənləri belə ümumiləşdirmək olar ki, gənc ailələrdə ailədaxili münasibətlər,
kommunikativ ünsiyyət tam mənası ilə formalaşmamış olur. Ailədə uşağın dünyaya gəlməsilə ailə
mühitində ciddi dəyişiklik baş verir. Bir çox hallarda bu vəziyyət ər-arvad münasibətlərini
gərginləşdirir. Kişiyə elə gəlir ki, arvadı ona qayğını azaldıb, arvada elə gəlir ki, kişinin ona diqqəti
azalıb. Deməli, tərəflərin hər ikisi özünə diqqətin artırılmasını istəyir. Digər halda isə uşağın
doğulmasıyla ailə mühitində qarşılıqlı istək və bağlılıq da artır.
Konfliktli ailələrdə baş verən gərginlik daha çox uşaqlara təsir edir. Onların psixi və fiziki
inkişafında problemlər yaranır. Deməli, gənc ailələrin daha normal funksiya göstərməsi üçün həm
onların özləri, həm də valideynləri ciddi səy göstərməlidirlər.
Dostları ilə paylaş: |