ƏDƏBİYYAT
1. Abbasov A.N. Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi: Ped. elm. dok.
... dis. Bakı, 1995, 305 s.
2. Abbasov A.N. Milli əxlaq və ailə etikası. Bakı, Mütərcim, 2008, 226 s.
3. Ailənin intim dünyası. Bakı: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyası, 1990, 144 s.
4. Əliyeva L.A. Tələbələrin ailə həyatına hazırlanmasının psixoloji xüsusiyyətləri. Bakı,
Mütərcim, 2004, 30 s.
5. Гозман Л.Ю. , Шлягина Е.И. Психологические проблемы семьи \\ Вопросы психологии,
1985, № 2, с. 186-190
136
ABSTRACT
K. Ahmadova
Factors affecting the development of the psychological environment
for young families
The article deals with factors affecting the development of the psychological environment
for young families. It is considered that, with the birth of the first child in a family environment
remarkable changes occur. Besides social, economical and other spheres, this change can also cause
psychological change. The first psychological change begins with the sense of motherhood. Some
scientists denote that the sense of mother hood begins from very early period and it carries
instinctive character.
According to observation and conversation with young families it is possible to say that
modern time has specific problems relevant to families.
It is concluded that, family relations and communication in young families aren’t fully
developed. So Both newly-wed families and their parents must try to get along in a better way.
РЕЗЮМЕ
К.Ахмедова
Факторы, влияющие на формирование психологической среды
в молодых семьях
В статье рассматриваются факторы, влияющие на формирование психологической
среды в молодых семьях, о глобальных изменениях в семье с появлением ребёнка. Эти
изменения, наряду с социальными, экономическими и другими переменами в различных
сферах способствуют изменениям в психологической
сфере.
Некоторые ученые считают, что появление материнского чувства начинается еще до
становления матерью, и это носит инстинктивный характер.
Беседа с молодыми семьями, а также, наблюдения, дают основание сделать вывод, что
семья имеет присуще себе проблемы, созданные современным временем.
В заключении автор приходит к выводу, что в межсемейных отномениях
коммуникативное общение в полной форме еще не сформировался. Значит для нормального
функционирования семьи, млодые семьи и их родители должны прикладывать большие
усилия.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
137
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
AFƏT KAMALOVA
AMEA Fəlsəfə və Hüquq İnstitutu
UOT: 37
AİLƏNİN ÇOXFUNKSİONALLIĞININ PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: ailə, şəxsiyyət, ailə münasibətləri, ünsiyyət, cins-rol diferensiasiyası, ailə funksiyaları
Key words: family, family relationships, communication, gender role differentiation, family
functions.
Ключевые слова: семья, семейные отношения, общение, полоролевая дифференциация,
семейные функции.
Ailənin funksional strukturunun təhlilinə keçməzdən əvvəl, bəzi məqamlara aydınlıq
gətirməyi məqsədəuyğun hesab edirik. Əvvəla, məlumdur ki, sosial psixoloji yanaşma
mövqeyindən ailə kiçik qrupdur və o digər kiçik qruplardan fərqli cəhətlərə malikdir.
(Y.Alyoşina, L.Y.Qozman və b.). Belə ki, bu, verilmiş normalar əsasında yaranan qrupdur. Hər
kəsə bəllidir ki, hər bir mədəniyyətdə ailənin necə olması, hansı yaşda və onun necə qurulması,
ər-arvad, uşaqlar, valideynlər arasında hansı münasibətlərin olması, ailədə vəzifələrin necə
bölünməsi və s. ilə bağlı ciddi təsəvvürlər mövcuddur. Həmçinin də ailə qapalı qrup dur. Bəzi
müəlliflərin qeyd etdiyi kimi, bu qrupa yeni üzvlərin daxil olması və ondan çıxması son dərəcə
məhdud və ciddi şəkildə reqlamentləşdirilir. Uşağın dünyaya gəlməsi ailənin genişlənməsinin
təbii yoludur və bu ailə üzvləri arasında qarşılıqlı münasibətlərin yenidən qurulmasına gətirib
çıxarmaqla həm uşaq, həm də bütövlükdə ailə üçün ciddi sınaqdır (V.Q.Myaqer, T.M.Mişina).
Elmi ədəbiyyatda ailənin xüsusi çoxfunksiyalılığı da onun digər kiçik qruplardan fərqi kimi
göstərilir. Bununla əlaqədar prof. Ə.Əlizadə yazır: “Özünün müvafiq funksiyaları ilə ailə kiçik
qrupların digər növlərindən köklü surətdə fərqlənir” (1, s.111). Kiçik qrup kimi ailənin
çoxfunksiyalılığının xüsusiyyəti ondan ibarətdir ki, həmin funksiyalardan heç biri əsas, aparıcı
hesab oluna bilməz. Bundan başqa ailə həyatının çoxsaylı aspektləri heç də həmişə biri digərini
tamamlamır, hətta onlar çox vaxt bir-birinə zidd olur. Çoxfunksiyalılıq ailə rollarının çoxluğuna və
əksər hallarda konfliktli xarakter kəsb etməsinə gətirib çıxarır (N.N.Obozov, A.J.Obozova).
İlk növbədə bir sistem olmaq etibarı ilə ailənin alt strukturlarını ayırırlar. Bu, ailə sisteminin
daxilində müəyyən funksiyaları yerinə yetirən və həm özlərini, həm də bütövlükdə ailə sistemini
mühafizə etmək məqsədi daşıyan bir ittifaqdır.
Hər bir ailə sistemi birgə mövcud olan bir neçə alt sistemə və ya struktura malik olur: ər-
arvad, valideynlər-uşaqlar, qardaş-bacılar və s. Alt strukturlar bu və ya digər nəslə mənsubluğa,
cinsə, maraq və funksiyalara görə əmələ gələ bilər. Ailənin hər bir üzvü eyni vaxtda bir neçə alt
struktura daxil ola bilər. Hər bir alt sistemdə (strukturda) o, müxtəlif rolları ifadə edəcək və müxtəlif
qarşılıqlı təsirdə olacaqdır. Deməli, ailə alt sistemləri (strukturları) ailə rollarının məcmusudur.
Lakin ailə funksiyalarını kim və necə yerinə yetirir, bunu ailədə mövcud olan qaydalar müəyyən
edir. Bir cəhəti də nəzərə almaq lazımdır ki, ailə rolları da müəyyən strukturaya malikdir. Belə ki,
ailə rollarının strukturu ailə üzvlərinə biri digəri ilə münasibətə daxil olarkən bunu nə vaxt, hansı
ardıcıllıqla etməli olması ilə bağlı göstəriş verir. Normal ailələrdə ailə rollarının strukturu tam,
dinamik və alternativlidir. Ailə üzvlərinin tələbatları ödənilmədiyi təqdirdə mövcud struktur
çərçivəsində onlar ailə rollarının yerinə yetirilməsinin alternativ variantlarının axtarılmasına
təşəbbüs göstərirlər. Bir cəhəti də nəzərə almaq lazımdır ki, ailənin rol strukturu ailə funksiyalarının
icra edilməsini və onun bütün üzvlərinin tələbatlarının ödənilməsini təmin edir. Ona görə də ailənin
rol strukturu üzərində bir qədər ətraflı dayanmağı məqsədəuyğun hesab edirik.
Rol dedikdə, müəyyən sosial statusa və şəxsiyyətlərarası münasibətlərdə müəyyən mövqeyə
malik insandan gözlənilən “təqdir olunan davranış modeli” başa düşülür.
Q.M.Andreyeva konkret olaraq ailə kimi qruplarda status və mövqe ilə rol arasındakı
qarşılıqlı münasibəti aşağıdakı kimi aydınlaşdırır. O, göstərir ki, “ailənin hər bir üzvü üçün ailədə
müxtəlif status xarakteristikası vardır: ananın, atanın, böyük qızın, kiçik oğulun və s. mövqeyi
(statusu) vardır. Əgər hər bir mövqe üçün qrup tərəfindən “tapşırılmış” funksiyalar dəstini təsvir
138
etsək, onda ananın, atanın, böyük qızın, kiçik oğulun və s. rol xarakteristikalarını alarıq” (2, s.188).
Ailənin rol strukturunun tədqiqinə yönəlmiş araşdırmalardan belə bir qənaət hasil olur ki, ailənin
effektli fəaliyyəti üçün onun rol strukturu aşağıdakı tələblərə cavab verməlidir: 1) ailə sistemini
əmələ gətirən rollar məcmusunun həm ailənin hər bir ayrıca üzvünün, həm də bütövlükdə ailənin
yerinə yetirdiyi rollara münasibətdə ziddiyyətsiz olması; 2) rolların icrası bütün ailə üzvlərinin
tələbatlarını ödəməlidir; 3) qəbul edilmiş rol şəxsiyyətin imkanlarına uyğun gəlməli “rol
yüklənməsi” hadisəsi olmamalıdır.
Heç şübhəsiz ki, bu tələblərdən hər hansı birinin qismən və ya tamamilə ödənilməməsi və ya
onlara əhəmiyyət verilməməsi ailədaxili münasibətlərdə müxtəlif tipli gərginliklər, narazılıqlar
yaradacaq ki, bunlar da sonda ailənin dağılmasına gətirib çıxaracaqdır. Bir çox tədqiqatçıların (Bouen,
Adler, Dreykurs, Toumen və b.) fikrincə, tərəfdaşlar arasında qarşılıqlı təsir üsulları onların ailədə
doğulması ardıcıllığı ilə bağlı ola bilər. Əgər uşaqların doğulma sırasının diktə etdiyi şəxsi xüsusiyyətlər
nəzərə alınarsa, onda ərlə-arvadın problemləri çox vaxt müxtəlif mövqelərdə fəaliyyət problemləri ilə
şərtlənmiş ola bilər. Bu faktı təsdiq etmək üçün elmi ədəbiyyatda belə bir nümunə də göstərirlər. Kiçik
qardaşı olan böyük qızla, böyük bacıya malik kiçik qardaşla ailə qurarlarsa, özlərini tam rahat hiss edə
bilərlər. Çünki onlar qarşılıqlı olaraq bir-birini tamamlayır. Böyük qız kiçik qardaşın qayğısına necə
qalmağı bilir, kiçik qardaş isə böyük bacının qayğısını qəbul etməyə tam hazır olur. Çox ehtimal ki, bu
ailə: qadın-hiperfunksional, kişi-hipofunksional tipi üzrə qurulucaqdır. Əks cinsdən olan böyük bacı və
qardaşa malik olan kiçik uşaqlar arasında qurulacaq ailə isə böyük ehtimalla iki hipofunksionalın ittifaqı
kimi görünəcəkdir.
Ailədə həyəcanın az olduğu dövrlərdə bu nikah tam stabil görünə bilər. Stress situasiyalarında isə
müəyyən qərar qəbul etməklə bağlı ərlə-arvadı fəaliyyətsizlik gözləyir. Kiçik qardaş adət edibdir ki, böyük
bacı ona qayğı göstərsin və deməli öz arvadından təşəbbüskarlıq gözləyir. Qadın isə böyük qardaşa malik
bacı olduğu üçün o da adət edibdir ki, böyük qardaş onun qayğısına qalsın və deməli, ərindən gözləyir ki,
bütün problemləri həll etsin. Nəticədə isə hər ikisi öz tərəfdaşından təşəbbüs gözləyərək ümidlə biri
digərinə baxır.
İki əks cinsdən olan kiçik bacı və qardaşa malik böyük uşaqlar arasında olan nikah isə başqa
qəbildən olan çətinliklər gözləyir. Bunlar kiçiklərə qayğı göstərən, başqaları üçün məsuliyyət
daşıyan iki hiperfunksionallardır. Nəticədə bunlardan hər birinin yaranmış situasiyadan çıxmaqla
bağlı öz nöqteyi-nəzəri ola bilir. Bu isə hakimiyyət uğrunda mübarizəyə gətirib çıxara bilər (3,
s.249).
Heç şübhəsiz ki, burada birinci halda tələbatların tamamlanması mexanizm fəaliyyət göstərir.
Yəni birinin qayğı göstərməyə, digərinin isə qayğı göstərilməyə tələbatı olduğu üçün hər iki tərəf
bundan məmnun qalır. İkinci halda isə bu belə deyil.
Ailəni funksional baxımdan tədqiq edən tədqiqatçılar (Y.E.Alyoşina, R.R.Kalinina və b.)
ailədə ər-arvad rollarının bölüşdürülməsi və onların reallaşdırılmasına çoxsaylı ailə proseslərinin
determinantı kimi baxırlar. Hətta Y.E.Alyeşina ailədə rolların paylanması və onlara ər və arvadın
münasibətini hesaba alan kompleks göstərici kimi cins-rol diferensiasiyası anlayışını təklif edir.
Onun fikrincə cins-rol diferensiasiyası üç formada olur: ənənəvi, qeyri-ənənəvi və bərabərhüquqlu.
Bəzi tədqiqatçılar (K.Kirkpatrik) həmin formaların nisbətən geniş planda təsvirini verir və
bərabərhüquqlu formanı, əməkdaşlıq forması kimi nəzərdən keçirilir.
Ənənəvi rollara K.Kirkpatrik aşağıdakıları aid edir: qadın üçün bu – uşaqların doğulması və
tərbiyəsi, ailəyə xidmət, öz maraqlarını kişiyə tabe etmək, asılılıq, dözümlülük və s., kişi üçün – öz
uşaqlarının anasına sədaqət, ailənin müdafiəsi və iqtisadi təhlükəsizliyi, ailə hakimiyyətini saxlama
və nəzarət, əsas qərarlar qəbul etmək və s. Əməkdaşlıq rollarında isə qadın və kişi eyni funksiyalara
malik olur. Qeyri-ənənəvi rollar az yayılmış forma hesab olunur və burada qadın və kişi rollarını
dəyişir.
Göründüyü kimi funksional struktur aspektində ailənin təhlili bir tərəfdən ailədə rolların
sosial baxımdan bölüşdürülməsi, digər tərəfdən isə onun kiçik qrup kimi nəzərdən keçirilməsini
tələb edir. Təsadüfi deyildir ki, ailənin funksiyaları dedikdə məhz onun mahiyyətini, sosial
statusunu və sosial rollarını ifadə edən fəaliyyət istiqamətləri nəzərdə tutulur.
Heç şübhəsiz ki, ailənin sosial mahiyyəti və təzahürü onun funksiyalarında öz əksini tapır. Bu
cəhəti nəzərə alaraq bəzi müəlliflər ictimai hadisə kimi ailənin icra etdiyi funksiyaların iki qrupunu
ayırırlar: sosial və psixoloji funksiyalar (R.R.Kalinina və b.).
Sosial funksiyalar dedikdə, ailənin üzərinə cəmiyyət tərəfindən qoyulmuş funksiyalar başa
düşülür. Yəni bir sosial institut olaraq ailə cəmiyyətə nə üçün lazımdır, başqa sözlə, cəmiyyət
139
ailədən nə gözləyir. İkinci halda, yəni psixoloji funksiyalar dedikdə isə ailə üzvlərinin onları necə
başa düşməsi nəzərdə tutulur. Daha doğrusu, burada söhbət ondan gedir ki, insanlar nə üçün ailə
qururlar, onların ailədən gözləmələri nədir, onların qarşılıqlı münasibətləri hansı fərdi-psixoloji
tələbatların ödənilməsinə yönəlmişdir. Hər iki qrupdan olan funksiyaları ayrı-ayrılıqda təhlil
etməzdən əvvəl iki mühüm məqama diqqət yetirək. Əvvəla, ailə funksiyaları şəxsiyyətlərarası
münasibətlər vasitəsi ilə həyata keçirildiyindən bəzi tədqiqatçılar onları funksiya kimi deyil,
müxtəlif növlü ailə münasibətləri kimi nəzərdən keçirirlər.
İkincisi isə müxtəlif müəlliflər tərəfindən ailənin çox vaxt biri digərindən fərqli təsnifat
sxemləri irəli sürülür ki, bu da həmin funksiyalarla bağlı ümumiləşdirmə aparmağı xeyli
çətinləşdirir.
Lakin bütün hallarda, heç şübhəsiz ki, ailənin funksiyalarının başa düşülməsi onun
vəzifələrinin dərk edilməsində və ailə ittifaqında tərəflərin nə qədər müvəffəqiyyətli həyata nail ola
biləcəklərinin qiymətləndirilməsində çox mühümdür. Bu həmçinin də həmin funksiyalar təhrif
olunduqda və ya ödənilmədikdə bizi ailə konfliktlərinin səbəblərinin başa düşülməsinə gətirib
çıxarır. Həm də ailənin gender aspektində təzahür edən mühüm fərqli məqamları da ailə
funksiyalarında daha çox özünü büruzə verir. Başqa bir mühüm cəhət isə ondan ibarətdir ki, ailədə
meydana gələn bir çox konfliktlər də məhz ailə funksiyalarından qaynaqlanır, yəni ailə
funksiyalarının düzgün yerinə yetirilməməsi ailə üzvlərinin müəyyən tələbatlarının lazımi
səviyyədə ödənilməməsinə və bu isə, fikir ayrılıqlarına, konfliktlərə gətirib çıxarır.
Respublikamızda müasir ailələrdə müşahidə olunan meyllər də ailə funksiyalarının başa düşülməsi
və onun həyata keçirilməsində əks olunur.
Yeri gəlmişkən qeyd edək ki, respublikamızda ailə münasibətlərinin görkəmli tədqiqatçıları
Ə.Əlizadə və A.A.Abbasov ailədə ərlə arvad arasındakı konfliktlərin səbəb və motivlərini araşdırarkən
məhz ailə funksiyalarının yerinə yetirilməsi məsələsinə diqqət yetirmişlər və bunu əsas götürərək ailə
konfliktlərinin motivlərini müəyyən etmişlər (1, s. 144). Yəni ailədaxili münasibətlərin ailənin
funksional strukturu baxımdan təhlili mühüm əhəmiyyət kəsb edir.
Ailənin sosial funksiyaları, yuxarıda qeyd etdiyimiz kimi cəmiyyətin ailədən gözləntiləri ilə
bağlıdır və buna görə də həmin funksiyalar qrupuna ailənin reproduktiv və tərbiyə funksiyalarını aid
edirlər. Cəmiyyətin bioloji cəhətdən kəsilməzliyinin mühafizə edilməsini təmin edən bir funksiya
olmaqla, o, cəmiyyətdə hər bir üzvün öz əvəzinə malik olmasını təmin edir. Əsasən uşaqların
dünyaya gəlməsini özündə ehtiva edən bu funksiya, əlavə olaraq böyüklərin üzərinə uşaqların
düzgün və sağlam böyüməsi ilə bağlı nikah və ailənin strukturunu tənzimləyən qaydalara riayət
olunması vəzifəsini qoyur. Bu, həm uşaqların, həm də cəmiyyətin inkişafı üçün zəruridir. Bu
mənada valideynlərin həyat planları ( neçə uşaq istəmələri, ailə şəraiti, iş və s.) diqqəti cəlb edir.
Son illərdə dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də azuşaqlı ailələrin sayı artır.
Azərbaycan ailəsində uşağın önəmli yer tutduğunu nəzərə alsaq, bunun etnik xüsusiyyətlərə,
normalara uyğun gəlmədiyi aydın olur. Bu diqqətdən kənarda qala bilməz. Çünki Azərbaycan
ailəsində uşaqlar ailənin effektiv mərkəzidir. Prof. Ə.Əlizadənin tədqiqatlarında bu məsələ
prioritet istiqamətlərdəndir. O, qeyd edir ki, Azərbaycan ailəsi uşağa bağlıdır. Uşaq hər bir ata -
ana qəlbinin kövrək hisslərini ifadə edir. Təkuşaqlı ailələrdə isə uşağın ünsiyyət tələbatı az
təmin olunur, çox vaxt təmin olunmur. Belə ki, ailədə bacı və qardaşın olmaması uşaq üçün
psixoloji amilə çevrilir. Heç şübhəsiz ki, burada başqa məqamlar da vardır. Yuxarıda qeyd
etdiyimiz kimi, ailədə qardaş və bacıların olması onların gələcəkdə hiperfunksionallığı üçün də
mühümdür.
Əgər ailənin reproduktiv funksiyası cəmiyyətin bioloji kəsilməzliyini təmin edirsə, onun tərbiyə
funksiyası mədəni kəsilməzliyini mühafizə edir, qoruyur. Bu funksiya, mədəniyyətin bir nəsildən
digərinə keçirilməsində əsas rol oynamaqla, müvafiq cəmiyyətin üzvü olan uşaqların rəftar və
davranışını təmin edir. Daha uşaqların ilkin sosiallaşma prosesini həyata keçirən bu funksiya xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, ailədə uşaqların dünyagörüşü ilə bağlı yönümlərin əsaslarına alışmasında,
əxlaq normalarını dərk etməsi və mənimsəməsində, ilk davranış nümunələri və vərdişləri qazanmasında
bu funksiyanın yerinə yetirilməsinin oynadığı rolu heç nə ilə əvəz etmək mümkün deyil. Bəzi
tədqiqatçılar (V.N.Drujinin) hesab edirlər ki, yalnız uşaqların sosiallaşması ailənin spesifik
funksiyasıdır, başqa funksiyalar isə zaman-zaman dəyişir.
Ailənin sosial funksiyaları ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı olmasa da, psixoloji
funksiyaların müəyyən edilməsi ilə əlaqədar rəylərdə xeyli müxtəliflik vardır. Bununla əlaqədar
olaraq rus psixoloqu R.R.Kalinina haqlı olaraq qeyd edir ki, psixoloji funksiyaları təsvir edərkən hər
140
kəs özü bildiyi kimi çıxış edir. Hətta, çox vaxt psixoloji funksiyaları spesifik funksiyalar sinfi kimi
ayırmırlar. Azərbaycan psixologiyasında da ailənin funksiyaları sosial və psixoloji funksiyalar kimi
nəzərdən keçirilmir və onlar sadəcə ailənin funksiyaları kimi araşdırılır.
Əlbəttə, bu o qədər də önəmli məsələ deyil, çünki ailənin bütün funksiyaları biri digəri ilə
qarşılıqlı əlaqədədir və onlar birlikdə ailənin bir sistem kimi fəaliyyət göstərməsi üçün mühüm
əhəmiyyətə malikdir. Lakin ailəyə psixoloji yardım göstərmək məqsədi ilə hansısa yol və vasitələrdən
istifadə etməyin mümkünlüyünü dəqiqləşdirərkən qeyd olunan funksiyaların ayrılması mühüm
əhəmiyyət kəsb edir. Məhz bu cəhəti nəzərə alaraq biz də bir qrup funksiyaları ailənin psixoloji
funksiyaları adı altında ayrıca nəzərdən keçirməyi məqsədəuyğun hesab edirik.
Cəmiyyətin ailədən sosial gözləntiləri ilə bağlı olan sosial funksiyalardan fərqli olaraq, ailənin
psixoloji funksiyaları daha çox insanlar nə üçün ailə qururlar, onların qarşılıqlı münasibətləri hansı
fərdi psixoloji tələbatlarının ödənilməsinə yönəldilmişdir və s. kimi suallarla şərtlənmiş olur. Bir
çox hallarda bu sualların cavabları ilə bağlı ailə quran tərəflərdə mövcud gözləntilər üst-üstə
düşmədiyindən ailədə psixoloji uyuşmazlıq yaranır ki, bu da ailədaxili münasibətlərdə gərginliyə
səbəb olmaqla çox vaxt nikahın pozulmasına gətirib çıxarır.
Ailənin psixoloji funksiyalarını nəzərdən keçirərkən biz R.R.Kalininanın mövqeyindən
çıxış edirik. O, ailənin funksiyaları ilə bağlı müxtəlif yanaşmaları təhlil edərək belə qənaətə
gəlir ki, bütün bu funksiyalar aşağıdakı funksiyalarda birləşdirilə bilər: kooperasiya, intimlik,
rekreasiya, özünüaktullaşdırma funksiyaları. Kooperasiya funksiyasını adətən, ailə üzvlərinin
əməkdaşlığı və biri digərinə qarşılıqlı köməyi kimi nəzərdən keçirirlər. Yəni ailənin həyatında
hər bir üzvünün rast gəldiyi problemlərin həll edilməsində, gördüyü işlərdə biri digəri ilə
əməkdaşlıq etməsi və qarşılıqlı kömək göstərməsini təmin edən bu funksiya ailənin həyatında
çox mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, bu funksiyanın həyata keçirilməsi üçün ailə
üzvlərinin biri digərinin problemləri, gör–düyü işlər haqqında xəbərdar olmasını eləcə də biri
digərinə iqtisadi cəhətdən yardım göstərməsini tələb edir.
Psixoloji funksiyalar sinfinə aid edilən intimlik funksiyası isə ailə üzvlərinin qarşılıqlı
sevgiyə, emosional yaxınlığa və bağlılığa, qarşılıqlı anlaşmaya tələbatlarının ödənilməsi vasitəsi
olmaqla, ailədə psixoloji iqlimin yaradılmasında önəmli rola malikdir. Heç şübhəsiz ki, insan iş
yerində, başqa insanlarla münasibətdə ola bilər ki, xoşagəlməyən insanlarla ünsiyyətdə narahatlıq
hiss etsin, gərginlik yaşasın. Ailədə isə o, sevimli, psixoloji cəhətdən ona yaxın olan, ona məhrəm
olan, onu nəzakətlə dinləyən insanlarla ünsiyyətdə olur. Bu isə onun başqaları üçün əhəmiyyətli,
lazımlı olmaq hissinə tələbatını ödəməklə, onda özünəinamı artırır, yaşamaq ruhunu yüksəldir və
onu aktiv həyata sövq edir.
Rekreasiya və ya bərpaedici funksiya da ailənin psixoloji funksiyaları qrupuna aiddir. Bu bir
növ ailənin kənardan gələn gərginlikləri mümkün qədər azaltmaqla, mümkün qədər biri digərinə
mənəvi və psixoloji dəstək verməklə bağlı funksiyasıdır. Daha doğrusu, ana-ata və uşaqların
ünsiyyəti üçün mənəvi-psixoloji şəraitin yaradılması, asudə vaxtın səmərəli təşkili və s. məsələlər
məhz ailənin bərpaedici funksiyasına daxildir. İlk baxışda elə görünür ki, bu funksiya kooperasiya
funksiyasına yaxındır. Əslində isə kooperasiya funksiyasında ailə üzvlərinin biri digərinə köməyi
işgüzar xarakter daşıyır. Bərpaedici funksiyada isə bu kömək psixoloji, psixoterapevtik xarakterə
malikdir. Bu funksiya vasitəsi ilə ailənin əsas tələbatlarından biri psixoloji təhlükəsizliyə,
müdafiəyə olan tələbatı ödənilir. Həqiqətən də ailə insan üçün sağlamlaşdırıcı psixoterapevtik
mühitdir. Bu mühitdə ailədaxili ünsiyyət böyük önəm kəsb edir. İnsan həyatının mühüm hissəsi
ailədə-həyat yoldaşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düzgün qurulması
ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir.
Ailənin hər bir üzvü öz şəxsi potensialını təzahür və inkişaf etdirməsi imkanına malik ol–malı–dır.
Ailənin hər bir üzvünə belə bir imkanın verilməsi ailənin özünüaktuallaşdırma funksiyası vasitəsi ilə təmin
olunur. Yəni insan ailədə bir şəxsiyyət kimi inkişaf edir və formalaşır. Bəzi tədqiqatçılar
(O.M.Zdravomıslova) özünüaktuallaşdırma tələbatını ali psixi tələbat kimi dəyərləndirirlər.
O.M.Zdravomıslovanın fikrincə, bu ali psixi tələbat yalnız ərlə-arvadın eqaliator (bərabərhüquqlu)
ittifaqında ödənilə bilər.
Göründüyü kimi qeyd olunan funksiyalar bütövlükdə ailənin, eləcə də onun hər bir üzvünün
mühüm tələbatlarının ödənilməsinə istiqamətlənmişdir. Əlbəttə, həmin tələbatlar ayrı-ayrılıqda
ailədən kənarda da ödənilə bilər. Lakin bu təlabatlar kompleks şəkildə və sistematik olaraq yalnız
ailədaxilində ödənilməklə, ailənin hər bir üzvünün həyatdan məmnunluq, həyatsevərlik hissinin
yüksəlməsinə səbəb ola bilər. Digər sosial qarşılıqlı münasibətlərdən fərqli olaraq, ailə daha dərin
141
münasibətlərə və əlaqələrə malikdir. Həm də nəzərə almaq lazımdır ki, bu funksiyalardan hansısa
birinin prioritet təşkil etdiyini söyləmək olmaz. Əksinə, bütün funksiyaların tam şəkildə həyata
keçirilməsi ailədə əlverişli iqlim və emosional məmnunluq yaradır.
Bəzi tədqiqatçılar (V.J.Zasepin, O.A.Karabanova) ailənin daha mühüm bir funksiyasını da qeyd
edirlər. O.A.Karabanova bu xüsusda yazır: «Ailənin ən mühüm funksiyası felitsiativ funksiyadır –
insanın xoşbəxtliyə tələbatını ödəmək funksiyası (felitsiativ-latın sözü felikitas-xoşbəxtlik deməkdir).
Ailə şəxsiyyətin dünyaya münasibətinin affektiv tonunu müəyyən edən emosional məmnunluğun
mühüm amilidir. Məhəbbət və nikah çox mühüm şəkildə şəxsiyyətin xoşbəxtlik və həyatdan
məmnunluq yaşantılarını müəyyən edir. Nikahda olma tənha insanların xoşbəxtliyidir» (4, s.9 -10).
Yəni, felitsiativ funksiya ailənin hər bir üzvünün xoşbəxtliyi üçün şəraitin yaradılması
anlamında ifadə olunur. Hətta V.J.Zasepinanın fikrincə, bu funksiya hansısa dərəcədə bütün digər
funksiyaları birləşdirir. Lakin, bununla belə müstəqil və əhəmiyyətli funksiyadır.
Hesab edirik ki, bu funksiya olmaqdan daha çox yeni qurulan hər bir ailənin yaşam
məqsədidir, xoşbəxt ailə qurmaq məqsədidir. Xoşbəxtlik isə o qədər də konkret məna kəsb etmir.
Qeyd etmişdik ki, ailənin funksiyaları şəxsiyyətlərarası münasibətlər vasitəsi ilə həyata
keçirilir və bu səbəbdən həmin funksiyaları müxtəlif növlü ailə münasibətləri kimi də nəzərdən
keçirmək olar. Heç şübhəsiz ki, münasibətlərdə baş verən gərginlik, bu və ya digər dərəcədə ailə
funksiyalarına da öz təsirini göstərəcəkdir. Yəni ailənin disfunksionallığına gətirib çıxaracaqdır.
Dostları ilə paylaş: |