ƏDƏBİYYAT
1.
Axundov M.F. Əsərləri. 3 cilddə. II c., Bakı, Elm, 1988, 388 s.
2.
Axundov M.F. Əsərləri. 3 cilddə. III c., Bakı, Elm, 1988, 388 s.
3.
“Əkinçi” qəzeti (1875-1877). Tam mətni (Ərəb əlifbasından kirill əlifbasına çevirən və nəşrə
hazırlayan: Həsənzadə T.). Təkrarnəşr – Bakı, Azərnəşr, 1979, 464 s.
4.
Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri. 2 cilddə. I c., Bakı: Maarif, 1983, 384 s.
5.
Mehraliyeva Z. C.Məmmədquluzadənin əxlaq tərbiyəsi haqqında fikirləri // Azərbaycan
məktəbi, 1980, №7, s.34-38
6.
Nərimanov N. Seçilmiş əsərləri. Bakı, Elm, 1973, 451 s.
7.
Şahtaxtlı M. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2006, 432 s.
8.
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, Azərnəşr, 1953, 314 s.
9.
Vəzirov N. Seçilmiş əsərləri. Bakı, Maarif, 2002, 292 s.
ABSTRACT
T.Vahabova
The democratically-minded intellectuals II half of the XIX century of national self-
awareness and patriotic education
The article presents the idea of democratically-minded intellectuals in Azerbaijan in the II half of
the XIX century on the national self-knowledge. Also, the object is transformed into threads of their
assumptions about patriotic education. II half of the XIX century is characterized as a period of national
revival in the literature of Azerbaijan people. During this period, opened a new type of school, was
organized by the National Printing House, National Theatre. Is a series of innovations in the social
cultural and educational objectivity. It is obvious that they have created in the style of national self-
awareness and the patriotic education of the people. The intelligentsia of Azerbaijan done prosperous
business, put forward an interesting theoretical propositions in this direction. These issues are set out in
the form of a scientific article. At the same time it should focus its further development.
РЕЗЮМЕ
Т.Вахабова
Демократически мыслящая интеллигенция II половины XIX века о национальном
самопознании и патриотическом воспитании
В статье излагаются мысли демократически мыслящей интеллигенции в Азербайджане во II
половину XIX века о национальном самопознании. Также превращается в объект темы их
предположения о патриотическом воспитании. II половина XIX века характеризуется как период
национального возрождения в литературе Азербайджанского народа. В этом периоде открывались
школы нового типа, была организована национальная типография, национальный театр. Происходя
ряд новшеств в общественно культурной и педагогической объективности. Очевидно, что они
создавали стиль в деле национального самопознания и патриотического воспитания народа.
Интеллигенция Азербайджана проделали благополучные дела, выдвигали интересные теоретические
положения в этом направлении. Эти вопросы на научной форме излагаются в статье. Одновременно
стоит в центре внимания дальнейшее ее развитие.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли гярары
иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
125
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ÇAPAY QULİYEV
Naxçıvan Müəllimlər İnstitutu
e-mail: chapay81@yahoo.com
UOT:37(091)
MİLLİ MƏNLİK ŞÜURUNUN PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARININ
DÜZGÜN
MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİ ŞƏRTLƏNDİRƏN CƏHƏTLƏR
Açar sözlər: mənlik şüuru, milli mənlik şüuru, pedaqoji-psixoloji əsaslar, milli maraqlar.
Keywords:self-consciousness, national consciousness, pedagogical-psychological basis,
national interests.
Ключевые слова: самосознание, национальная самосознание, педагогико-психологи–
ческие основы, национальные интересы.
Azərbaycan Respublikasında həyata keçirilən Təhsil islahatlarına dair direktiv sənədlərdə
yetişən nəslin milli mənəvi cəhətdən saflaşdırılması, onların mənəvi simasının formalaşdırılması ilə
bağlı elmi müddəalar, tövsiyə və məsləhətlər geniş yer alır. Həmin dəyərli elmi ideyalar, səmərəli
tövsiyə və məsləhətlər həm pedaqoqlar, həm də psixoloqlar qarşısında mühüm vəzifələr qoyur. Bu
vəzifələrin həlli zamanı yetişən nəslin milli mənlik şüurunun formalaşdırılması işinin həm pedaqoji
əsaslarının, həm də psixoloji əsaslarının müəyyənləşdirilməsi başlıca şərtlərdən hesab olunur. Bu
baxımdan milli mənlik şüurunun formalaşdırılması işinin pedaqoji və psixoloji əsaslarının
müəyyənləşdirilməsinə diqqəti artırmaq vacibdir. Ona görə də milli mənlik şüurunun həm pedaqoji
əsasları barədə mühakimə yürütməyi, həm də onun psixoloji əsasları ilə bağlı elmi ideyalar irəli
sürməyi məqsədəmüvafiq hesab edirik. Öncə milli mənlik şüurunun pedaqoji əsasları ilə bağlı bəzi
fikirləri təhlilə cəlb edək.
Milli mənlik şüurunun formalaşdırılması elmi pedaqogikada mənəvi tərbiyənin ilkin tərkib
hissəsi hesab olunur. “Gənclərin mənəvi tərbiyə problemləri” kitabında (müəllifləri Y.Talıbov,
F.Sdiqov və S.Quliyevadır) oxuyuruq: “Mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri milli
mənlik şüurunun formalaşdırılmasıdır. XX əsrin son illərində aşkarlıq və demokratiyanın təsirilə
ayrı-ayrı xalqlar kimi Azərbaycan xalqı da öz kökünə, tarixinin açılmamış səhifələrinə müraciət
edərək, xalqın tarixi kökləri, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini
öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar
etməyə çalışır. Milli rəmzlərə, adətlərə, ənənələrə yeni həyat verilir, dini etiqadlar, müqəddəs
bayramlar xalqın özünə qaytarılır. Bu qayıdışda yeni ruh, yeni təfəkkür, yeni mənəviyyat öz əksini
tapır [1, s.10].
Tarixən milli-mənlik şüuru daşıyan hər bir xalqın milli adətləri, ənənələri, milli mədəniyyəti,
incəsənəti, milli əxlaqı onun mənəvi siması kimi, başqa sözlə desək mənəviyyatı kimi
dəyərləndirilmişdir. Azərbaycan xalqının mənəviyyat bütövlüyünə millətin adı, etnopsixoloji
xüsusiyyətləri, milli dili, milli əqidəsi, ləyaqəti, etik normaları, milli ənənələri və sair bu kimi
mənəvi sifətləri daxildir.
Mənəviyyat bütövlüyünə nail olmaq üçün öncə milli mənlik şüurunu formalaşdırmaq
gərəkdir. Yetişən nəslin nümayəndələrinin xüsusilə, yeniyetmə və gənclərin mənəvi simasının
saflaşdırılması üçün onların milli mənlik şüurunun formalaşdırılması zəruri hesab olunur. Birincisi
ona görə ki, milli mənliyin yetişdirilməsindən ötrü yetişən nəslin nümayəndələrinə məqsədyönlü,
planlı və mütəşəkkil olaraq təsir etməklə bu işə önəm verilməlidir. Ikincisi şəxsiyyətin milli mənliyi
onun mənlik şüurunun formalaşdırılması prosesi ilə mümkündür. Üçüncüsü şəxsiyyətin
formalaşdırılması milli mənlik şüurunun tənzimlənməsi sayəsində həyata keçrilir.
126
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu
sahədəki son sərəncamlarından biri olan və artıq tətbiqi reallaşdırılan “Azərbaycan Respublikasında
Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda (2015) əsas istiqamətlərdən biri ölkəmizdə şəxsiyyət–
yönümlü təhsilin məzmununun yaradılmasına yönəldilmişdir. Bu o deməkdir ki, Azərbaycanda
şəxsiyyətyönümlü təlim-tərbiyə işlərinin düzgün qurulması, modernləşdirilməsi üçün özünüdərkin,
özünüqiymətin, özünütəsdiqin pedaqoji-psixoloji əsaslarının günün ən aktual tələbləri səviyyəsində
müəyyənləşdirmək daha məqsədəuyğun olardı. Bütün bunlar isə milli mənlik şüurunun
formalaşdırılması mərhələsindən keçir.
Azərbaycan xalqının həyatı, xarakteri, tərbiyə sistemi, milli adət-ənənələri, rəngarəng folklor
nümunələri ilə dərindən tanış olan hər kəs təsdiq edə bilər ki, bu xalqın milli-mənlik şüuru, idealı
özündə yüzlərlə ülvi, pak, nəcib keyfiyyətləri birləşdirir [2, s.70]. Hansı ki, bu keyfiyyətləri
valideynlər ailədə, müəllimlər və tərbiyəçilər isə təlim-tərbiyə müəssisələrində yetişən nəslin
nümayəndələrinə aşılamalıdırlar. Bu, o deməkdir ki, hər hansı bir pedaqoji prosesdə tərbiyə
olunanlara ilkin olaraq milli şüurun ilkin əxlaqi elementlərini aşılamağa çalışarkən bu işi
məqsədyönlü olaraq başlamaq, planlı və mütəşəkkil olaraq həyata keçirmək lazımdır.
Bunun üçün ümumtəhsil məktəblərinin imkanları daha böyükdür. Ümumtəhsil
məktəblərində təlim prosesində, sinifdən, dərsdən və məktəbdənkənar tədbirlərin hər birində belə
imkanlardan səmərəli istifadə etmək daha məqsədəmüvafiqdir.
Unutmaq olmaz ki, mənəvi yüksəliş ümumtəhsil məktəblərində təhsil alan gənc nəslin
həyatında çox mühüm sosial mərhələdir. Ilkin mənəvi təsəvvür və anlayışlar, əxlaqi-etik
kateqoriyalar, milli şüur, milli ləyaqət, milli psixologiya, mənlik, vətəndaşlıq dəyanəti, dözümlülük,
ailəyə qayğı, məhəbbət, şərəf, qeyrət, namus və s. kimi kateqoriyalar məhz həmin məktəblərdə
formalaşır. Məktəblilər ailə səadəti, xeyir, şər haqqında, mütərəqqi və mürtəce qüvvələr haqqında,
ədalət, ədalətsizlik, sülh, əmin-əmanlıq, müharibə, dağıntı, ekoloji çətinliklər, hüquq qanunları,
iqtisadi biliklər, qənaət, sadəlik, təvəzökarlıq, düzlük və doğruçuluq və s. haqqında təsəvvür və
anlayışlara məhz həmin məktəblərdə yiyələnirlər. Məktəblilərin mənəvi əqidəsi, dünyagörüşü,
etiqadları, ailə həyatına baxışları, mənəvi tərbiyə, ailə həyatı ilə bağlı olan məsələlər ilk gənclik
çağında təşəkkül tapır [3, s.3].
Məhz ona görə də pedaqoji prosesdə uşaqların əxlaqının saflaşdırılmasına ümumpedaqoji
prinsiplər, üsullar baxımından düzgün yanaşmaq zəruridir. Uşaqların əxlaqının düzgün
saflaşdırılması onların nümunəvi davranış normalarının üzə çıxarılmasına səbəb olur. Əxlaq
normalarının, əxlaq kateqoriyalarının düzgün müəyyənləşdirilməsi mənəviyyat bütövlüyü yaradırsa,
deməli milli-mənlik şüurununda bünövrəsi düzgün qoyulur.
Əxlaqda, mənəviyyatda insanların bir-birinə münasibəti və davranış normaları öz ifadəsini
tapır. Mənəviyyatın tərkib hissələrinə davranış qaydaları, prinsiplər, kateqoriyalar və ideallar
daxildir.
Davranış qaydaları insanın ailədə, cəmiyyətdə, kollektivdə bir-birinə münasibətini
müəyyənləşdirir. Davranış qaydaları tənzim edildiyi münasibətlərin xarakterindən asılı olaraq
müəyyən qruplara bölünür.
Prinsiplər deyəndə bəs nə nəzərdə tutulur? Prinsip hər bir norma qrupunun özünə məxsus
olan ilk vəziyyətini və əsas köklərini əks etdirir. Siniflər mənafeyini əks etdirən əlamətlər
prinsiplərdə daha çox güclü olur və ən çox nəzəriyyələr sistemini əks etdirir.
Əxlaq kateqoriyaları ümumi şəkildə insanlar arasında, insanla cəmiyyət arasında mənəvi
əlaqələri əks etdirir. Yaxşılıq, ədalət, borc, şərəf, ləyaqət, vicdan, xoşbəxtlik və s. əxlaq
kateqoriyaları olub müəyyən əlaqələri ifadə edir. Əxlaq kateqoriyaları bütün dövlətlərin və bütün
xalqların əxlaqına xas olmuşdur. Həmin kateqoriyalar bütün cəmiyyətlərdə mövcud olmuş və
mövcuddur. Lakin onlar müxtəlif əxlaq sistemlərinə mənsub olduğundan müxtəlif tələbləri ifadə
etmiş, zaman keçdikcə öz mahiyyət və məzmununu dəyişmişdir.
Əxlaqi ideallar isə insanların daha çox can atdığı, gözəl saydığı davranış nümunələrini əks
etdirir. Mənəvi ideallarda insanların arzuları ifadə olunur. Məhz ona görə də milli-mənlik şüurunun
formalaşdırılması işində ailə, məktəb və ictimayyətin albir fəaliyyətinə üstünlük vermək lazım gəlir.
Vaxtilə K.D.Uşiniski deyirdi ki, əgər məktəb oxuyursa, deməli bütün xalq oxuyur. Bu o deməkdir
127
ki, əgər ümumtəhsil məktəblərində milli-mənlik şüurunun formalaşdırılmasına pedaqoji-psixoloji
cəhətdən düzgün yanaşılarsa deməli, sosial mühitdə kütləvi olaraq insanların milli-mənlik şüurunun
formalaşması üçün zəmin yaranmış olar. Çünki insanlar əxlaqi-mənəvi normaları təkcə yaratmır,
onları həm də qoruyurlar.
Beləliklə, insanlar müəyyən normalar, prinsiplər və ideallar əsasında hərəkət edir, bir-biri ilə
münasibətlərdə olurlar. Deməli, cəmiyyətdə yaşayan, fəaliyyət göstərən insanlar bir-birinin davranış
normalarına necə əməl etdiklərinə nəzarət edir, bir-birinin hərəkətlərini tənzimləyir və
qiymətləndirirlər. Insanlar davranış norma, prinsip və kateqoriyalarına müvafiq olan hərəkətləri
əxlaqi, olmayanları isə əxlaqsız hesab edirlər. Məhz qiymət vermək, nəzarət etmək əxlaqa real məna
verir və onun həyatiliyini təmin edir. Qiymət əxlaqı insanın davranışına, hərəkətinə, ictimai
nəzarətin mühüm vasitəsinə çevirir. Əxlaqla hüquq normalarının fərqli cəhətləri də məhz burada
özünü göstərir. Əxlaq normalarını xalq yaradırsa, hüquq normalarını ayrı-ayrı adamlar tərtib edir.
Hüquq normaları pozulduqda adamlara cəza verilirsə, əxlaq normaları pozulanda adamlar
məzəmmət edilir, onların hərəkətləri pislənir. Pisləmələrin çoxalması əxlaqi-mənəvi normaların
şüurlu olaraq kütləvi surətdə qəbul edilməməsinin göstəricisidir. Deməli, hələ ailə, məktəb və
ictimaiyyətin əlbir fəaliyyəti üçün dinamik inkişaf mexanizminin küləviləşdirilməsinə ehtiyac var.
Bunun üçün həm ailələrdə, həm təlim-tərbiyə müəssisələrində milli ləyqət hissini qüvvətləndirmək,
kollektivçilik, humanizm kimi əxlaqi normaları inkişaf etdirmək kimi pedaqoji işləri
genişləndirmək lazımdır.
Milli ləyaqət, kollektivçilik, humanizm və digər əxlaqi kateqoriyalar şəxsiyyətin mənəvi
təfəkkürünün aksiomaları kimi fəaliyyət göstərir. Müasir dövrdə əxlaqi sərvətlər insanların
davranışının qəbul edilib-edilməməsi ilə deyil, onların nə dərəcədə davranışında özünə möhkəm yer
tutması, nə qədər real, həqiqi olması və şəxsiyyətlərarası münasibətlərdə davamlılığı ilə ölçülür.
Konkret və zəruri normativ göstəriciləri – sosial həyatı idarə etməyə istiqamətləndirməyi, həyata
keçirməyi təmin edir.
Bu baxımdan milli əxlaqi sərvətləri özündə ehtiva edən milli mənlik şüurunun yetişən nəslin
nümayəndələrinin davranışında özünə möhkəm yer tutmasına çalışmaq lazımdır. Başqa sözlə desək
yetişən nəslin nümayəndələri olan yeniyetmə və gənclərin milli mənlik şüurunun
formalaşdırılmasına təsir edən tərbiyəvi işlərin kompleks imkanlarından və psixoloji təsirin elmi
əsaslarından məqsədyönlü, planlı və mütəşəkkil olaraq itifadə etmək lazımdır. Məhz belə olduqda
onların milli ləyaqət hissləri qüvvətlənir, torpağı yad nəzərlərdən qorumağa yönələn milli qeyrəti
güclənir və onlar Vətənin ərazi bütövlüyünü qorumağa xidmət edən əqidə saflığı nümayiş etdirirlər.
Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu köklərdən qidalanır, yeni
nəsilləri azadlığa, müstəqilliyə çağırır. Hər bir şagirddə milli mənlik şüuru belə bir zəmin üzərində
təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın
böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdirikliyindən, zəngin təfəkkür tərzindən asılıdır.
Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən
kənarda baş vermir. Milli mənəvi mühitin təşəkkülü, sosial mühit məktəbləri gənclərin
cəmiyyətdəki sosial vəziyyətinə, ilk öncə onların hiss və duyğularına, ictimai həyatın hadisə və
faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Şagirdlər mənsub
olduğu millətə aid əlamətlərə (milli bayrağa, gerbə, himnə, dini etiqada və s.) fəal münasibət
bəsləyir, qimət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər [4,s.11].
Deməli, pedaqoji prosesdə məqsədyönlü tərbiyə işi psixoloji təsirlərin gücü ilə vəhdətdə
götürüldükdə şagirdlərin ailəyə, valideynlərinə, dostlarına, yoldaşlarına, bütövlükdə xalqına və
Vətəninə olan ləyaqət, dəyanət, şərəf, qeyrət, məhəbbət hissləri güclənir. Onlar özlərini qeyrətlilik
mücəssəməsi kimi nümayiş etdirməyə ciddi maraq göstərirlər. Özü də bu maraq ötəri maraq olmur.
Belə maraqlar yeniyetmə və gənclərin idrak tələbatları kimi təzahür edir. Yeri gəlmişkən demək
lazımdır ki, “...maraqlar insanın idrak tələbatlarının emosional təzahürləridir. Onların təmin
olunması və biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, əhəmiyyət kəsb edən faktlara yaxşı
bələd olmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Maraqlar subyektiv olaraq –
insanın özü üçün – idrak prosesinin kəsb etdiyi müsbət emosional tonda, əhəmiyyət kəsb etmiş
obyektlə dərindən tanış olmaq, onun haqqında daha çox bilmək, onu başa düşmək arzusunda
128
təzahür edir” [5,s.116].
Bu zaman göstərilən pedaqoji-psixoloji təsirlərin gücündən yaranan məqsəd birliyi
yeniyetmə və gənclərdə özünü biruzə verir. Məqsəd birliyi deyəndə yuxarıda qeyd olunan mənəvi
keyfiyyətlərə uyğun olan vahid məqsəd birliyi nəzərdə tutulur. Belə yeniyetmələr, gənclər hamı
kimi insanları xüsusilə Vətənini, Vətən torpaqlarının toxunulmazlığı uğrunda mübarizəyə
başlamağın zəruri olduğunu şüurlu olaraq dərk edirlər. Onlar şüurlu olaraq Vətən torpaqlarını
qorumağı qarşılarına məqsəd qoyurlar.
Məqsəd əlamətinə görə vasitəsiz və vasitəli maraqların olmasını aşkar edir. Vasitəsiz
maraqlar əhəmiyyətli obyektin emosional cazibədarlığı ilə yaranır. (Adam deyir ki, “bunu bilmək,
görmək, anlamaq mənim üçün maraqlıdır”). Obyektin real əhəmiyyəti ilə onun şəxsiyyəti üçün
əhəmiyyəti uyğun gəldikdə, vasitəli maraqlar meydana çıxır (belə hallarda adam deyir ki, “bu
mənim üçün maraqlıdır, çünki mənim mənafeyimə uyğundur”). Əmək və tədris fəaliyyətində heç də
hər şey vasitəsiz emosional cazibəyə malik deyildir. Buna görə də əmək prosesinin şüurlu təşkilində
aparıcı rol oynayan vasitəli maraqların formalaşması çox vacibdir [5, s.117].
Vasitəli maraqlar düzgün formalaşdırıldıqda onların əqidə saflığının yaranmasını təmin
etməsi meydana çıxır. Vasitəli maraqlar davranışda özünə möhkəm yer tutarsa şəxsiyyətlərarası
münasibətlərdə daha davamlı olar. Belə olan təqdirdə davranış fəaliyyətinin motivləşməsi özünü
daha bariz göstərir. Unutmaq olamz ki, vasitəli maraqlar həm də - şəxsiyyətin fəaliyyətinin
motivləşməsinin mühüm, lakin yeganə olmayan cəhətidir. Davranışın mühüm motivi əqidələrdir.
Əqidələr – şəxsiyyətin onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq olaraq
hərəkət etməyə təhrik edən dərk olunmuş tələbatlar sistemidir. Əqidə formasında meydana çıxan
tələbatların məzmunu ətraf aləm, təbiət və cəmiyyət haqqında biliklərdən, onların müəyyən şəkildə
başa düşülməsindən ibarətdir. Bu biliklər qaydaya salınmış və daxilən təşkil edilmiş baxışlar
sistemini (fəlsəfi, estetik, etik, təbii-elmi və başqaları) təşkil etdikdə, onlar insanın dünyagörüşü
kimi nəzərdən keçrilə bilər [5,s.119]. Şübhəsiz bu biliklərin verilməsi məqsədyönlü olaraq
müəyyənləşdirilmiş pedaqoji-psixoloji əsaslar üzərində qurularsa, deməli, mənlik şüurunun
formalaşmasını təmin edən davranış motivlərinin təzahürü daha dinamik şəkildə olacaqdır. Bu o
deməkdir ki, yeniyetmə və gənclərin əxlaqi sərvətlərə yiyələnmələri onların milli mənlik şüurunu
formalaşdırdığı təqdirdə onlar xalq, millət, dövlət, Vətən və Vətənin ərazi bütövlüyü uğrunda
mübarizəyə cəhd göstərmələri onların mənəvi təfəkkürünün aksiomalarına çevrilmiş olur. Yeri
gəlmişkən demək lazımdır ki, “cəhdlər – müvafiq situasiyada bilavasitə təmsil olunmayan, lakin
şəxsiyyətin xüsusi təşkil edilmiş fəaliyyətinin nəticəsi kimi yaradıla bilən həyat və inkişaf şəraitinə
tələbatın ifadə edildiyi davranış motivləridir” [5,s.121].
Əslində yetişən nəslin əxlaqi sərvətlərə yiyələnmələri üçün göstərdikləri cəhdləri, eləcə də
mənəvi tələbatların motivləri bir neçə formada təzahür edir. Yəni əxlaqın saflaşdırılmasına yönələn
motivlərin dinamikası mənəvi maraqların artmasına, həvəsin genişlənməsinə, məqsədlərin
hüdudlarının yüksəlməsinə, iddia səviyyələrinin şiddətlənməsinə səbəb olur. Pedaqoji-psixoloji
layihələr əsasında əxlaqları saflaşdırılan yeniyetmə və gənclərin fəaliyyət motivlərinin zəngin
tələbatlar birliyi əsasında çoxsaylı dinamik inkişaf yolu keçməsi təbii hal sayılır.
Motivlər bir-birindən onlarda təzahür edən tələbatların növünə, onların kəsb etdiyi formalara,
genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı fəaliyyətin konkret məzmununa (əmək fəaliyyəti,
tədris motivləri və i.a.) görə fərqlənir. Fəaliyyətin mürəkkəb növləri bir qayda olaraq bir motivə deyil,
eyni vaxtda bir neçə təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, bunlar da insanın
hərəkət və əməllərinin şaxələnmiş motivləşmə sistemini təşkil edir [5, s.116].
Bütün bunların çox qədim elmi-tarixi köklərinin olması milli mənliyin pedaqoji-psixoloji
əsaslarının dərin köklərə malik olmasını bir daha sübut edir. Hələ XIII əsrdə Nəsrəddin Tusi əxlaqın
saflaşmasının pedaqoji-psixoloji əsaslara söykənən fəzilətlərini sadalayarkən onların “Hikmət”
(zəka, dərk surəti, zehn aydınlığı, öyrənmə asanlığı, ağıl gözəlliyi, hafizə, hazırcavablıq), “Şücaət”
(nəfsin ağayanalığı, qoçaqlıq, alicənablıq, mətanət, elm, təmkinlilik, hünərlilik, dözümlülük,
təvazökarlıq, qeyrətlilik, riqqət) , “İffət” (həyalılıq, həlimlik, səmimiyyət, dinclik, pəhriz, səbirlilik,
qənaətcillik, vüqarlılıq, ehtiyatlılıq, nizam, hüriyyət, səxavətlilik), “Ədalət” (sədaqətlilik, ülfət, vəfa,
sədaqət, şəfəqqət, rəhmdillik, mükafat, ortaqlığın hüsnü, hökmün hüsnü, hörmət, təslim, təvəkkül,
129
idrət) cisimlərindən əmələ gəlməsini formalaşaraq milli-mənlik şüurunun yaranmasını iddia edir.
Tusiyə görə belə mənlik şüuru insanların maraqlarının müxtəlifliyinə görə müxtəlif təzahür
formalarına görə müxtəlif cür genişlənmə imkanlarına malik olur [6,s.90].
Müasir psixologiya elminə görə maraqlar özlərinin genişliyinə görə fərqlənir. Bəzi
adamlarda onlar bir sahədə mərkəzləşə, başqalarında isə sabit əhəmiyyətə malik olan bir çox
obyektlər arasında bölünə bilər. Maraqların səpələnməsi (dağınıqlığı) çox vaxt şəxsiyyətin mənfi
xüsusiyyəti kimi medana çıxır, lakin maraqların genişliyini nöqsan kimi şərh etmək səhv olardı.
Müşahidələrin göstərdiyi kimi, şəxsiyyətin ahəngdar inkişafı maraqların məhdudluğunu deyil,
genişliyini tələb edir [5,s.116].
Maraqların genişliyi isə insanın məqsədləri və iddia səviyyəsi ilə tənzimlənir. Əxlaqi
sərvətlərə yiyələnən yeniyetmələr və gənclər qazandıqları milli ləyaqəti, milli qüruru, milli iftixarı,
milli qeyrəti və ən ümdəsi xalqa və Vətənə sədaqətli ali məqsədləri fonunda öz iddia səviyyələrinə
uyğun şəkildə tənzimləməyə cəhd göstərirlər. Mənlik şüuruna, onun milli-mənəvi dəyərlərinə
yiyələnənlər daim öz ali məqsədi və iddia səviyyələri uğrunda mübarizəyə cəhd göstərir.
Müasir psixologiya sübut edir ki, şəxsiyyətin məqsədləri və onun iddia səviyyələri müxtəlif
olur. Məzmun cəhətdən nəzərdən keçirilən dərk edilmiş motivlər şəxsiyyətin məqsədlərini üzə
çıxardır. Müəyyən bir tələbatı təmin edə bilən obyekt insanın şüurunda məqsəd kimi yeni insan
olaraq meydana çıxır. Tələbat obyektini məqsəd kimi dərk edən insan özünün şəxsi məqsədlərini
mənsub olduğu kollektivin, cəmiyyətin məqsədləri ilə əlaqələndirir, öz məqsədlərinin məzmununa
zəruri düzəlişlər, eləcə də əlavə düzəlişlər edir [5, s.117].
Buradan belə bir qənaət hasil olur ki, insan psixikasının ən ali səviyyəsi və forması olan
ictimai şüur əmək və istehsal fəaliyyəti, ünsiyyət fəaliyyəti və eləcə də ictimai-iqtisadi-siyasi-tarixi
həyat şəraiti ilə bağlı olan münasibətlərin məcmusu rolunda çıxış edərək milli “mən”in
formalaşmasını təmin edir.
Milli mənlik şüurunun pedaqoji-psixoloji əsaslarının düzgün müəyyənləşdirilməsi çox
vacibdir.
Ona görə ki, yetişən nəslin milli mənlik şüurunun formalaşdırılması yeni insan tərbiyəsinin
mühüm şərti hesab olunur. Mənlik şüurunun isə məqsədyönlü, planlı və mütəşəkkil olaraq inkişafını
şərtləndirən cəhətlər milli mənlik şüurunun formalaşmasına təkan vermiş olur. Bu şərtlə ki, ailədə
məktəbin və ya əksinə, məktəb ilə ailənin, məktəblə sosial mühitin və bunların hər üçünün əlbir
fəaliyyətinin pedaqoji-psixoloji əsasları düzgün müəyyənləşdirilsin. Məhz belə olan təqdirdə yetişən
nəslin mənlik şüurunun inkişafı və bu zəmində onların milli mənlik şüurunun inkişafı müasir
dövrün bütün tələblərinə rəğmən təmin edilmiş olar.
Dostları ilə paylaş: |