ƏDƏBİYYAT
1.
Losevin bu diskursunun izahı üçün bax: Mehdi Niyazi. Sənətin arxeologiyası, sənətin
arxitektonikası. B.: Qanun, 2007, 342 s.,s.208-209;
2.
Курпатов А.В. 5 великаих тайн мужчины и женщины. М.: ЗАО «ОЛМА Медиа групп,
2007, 256 с., с.26).
3.
Əliyeva Yeganə. Mədəni sahənin diplomatiyası. B.: Nəşriyyat yoxdur, 2013, 296 s., s.17
4.
Исаев Б. А. Социология. Краткий курс. Спб: Питер, 2007, 224 с., с.42.
5.
Bax: Benedict Ruth. The Chrysanthemum and the Sword: Patterns of Japanese Culture.
Boston. 1989; Misheva Vessela. Shame and Guilt. Sociology as a Politic System. Uppsala
University. Department of Sociology. 2000, p.112-114.
6.
Мехти Ниязи. Средневековая мусульманская культура: эстетика проявленного и и
философия сокрытого. Б.: Ганун, 1996, 191 с., с. 131-132
7.
Кулиев Г.Г. Архетипичные азери: лики менталитета. Б.: Ени несил, 2002, 246
с., с.164-169
8.
Фуко Мишель. Слова и вещи. Архиология гуманитарных наук. М.: Прогресс, 1977, 488
с., с.61-76
9.
Фрэзер Джемс Джорж. Фольклор в Ветхом Завете. М.: Изд.-во Политической
177
литературы, 1985, 511 с., с.174-179.(30/24)
10.
Mehdi Niyazi. 110 nəsnə. Hərəsindən bir az. B.: Qanun, 2014, 448 s., c.31-34.
11.
Леви-Стросс Клод. Структура и форма. Размышления об одной работе Владимира
Проппа // Семиотика. М.: Радуга, 1983, с.400., с.400-428,;
12.
К.Г.Юнг. Душа и миф: шесть архетипов. Психология образа трикстера.
http://www.upelsinka.com/Russian/classic_yung_2.htm
13.
Hantinqtonun İslam münaqişələri ilə bağlı gətirdiyi statistika belədir: müsəlman dövlətlərində
konfliktlərin 53.5%-də zor, savaş tətbiq edilib. Hadbukt Britaniyada bu,11.5%, ABŞ-da 17.9%,
Sovetlərdə 28.8% olub (Samuel P. Hantington. The Clash of Civilization and the Remarking of
World Order. Simon and Schuster p. 258)
14.
Попов Владимир. Меч Иисуса http://www.mirvboge.ru/2011/03/mech-iisusa/.
15.
Rahid Ulusel söyləyəndə ki, dünya layihələrlə yox, ritmlə idrə olunur, əslində, harmoniyanın ritm
variantındə təqdim edir (bax: Ulusel Rahid. Mədəniyyət və texnosivilizasiya. B.: Azərbaycan Milli
Ensiklopediyası, 2003, 188 s., s.19)
ABSTRACT
Haleddin Sofiev
Correlation of taxonomic and typological
methods in culturology
Taxonomy and typological culturology highly reflect significant operation of the idea. This
principal kind of identification operation in cognition is taxonomy. Biology, geography, linguistics
and sociology highly prefer taxonomy in their methods. In the researching sphere taxonomy joins
events of this sphere on a certain significant basis. Epistemological paradigms such as
“identification” and “differentiation” can be joined and called the “identification-differentiation”
paradigms.
РЕЗЮМЕ
Халеддина Софиев
Соотношение таксономического и типологического
методов в культурологи
Таксономия и типологическая культурология на высочайшем уровне отражают
значительное действие мысли. В познании этим значительным видом идентификационного
действия является таксономия. Биология, география, языкознание и социология
предпочитают таксономию по своему методе. В изучаемой сфере таксономия на
определенной значительной основе объединяет события этой сферы. Воссоединив
эпистолярные парадигмы «идентификация» и «дифференциация» их можно назвать
парадигмой «идентификация-дифференциация» .
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent V.Rzayev
178
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
NİSƏ ƏLYAROVA
Naxçıvan Dövlət Universiteti
UOT:377
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ MUSİQİ VİKTORİNALARI
Açar sözlər: Orta məktəbdə musiqi fənni, musiqi tərbiyəsi, musiqi viktorinaları, viktorinaların
forma və növləri, musiqi viktorinalarının idrakı və tərbiyə əhəmiyyəti
Key words: music subject at secondary school, music upbringing, music quizes, forms and
types of quizes, perceptive and educational importanse of music quizes
Ключевые слова: предмет музыки в средней школe, музыкальное поведение,
музыкальные викторины, формы и виды викторин, моральные иумственние значение
музыкальных викторин
Musiqi tərbiyəsi məktəblilərin estetik tərbiyəsinin inkişafında əhəmiyyətli yer tutur. Bu tərbiyə
istiqaməti şagirdlərin fərdi qabiliyyətlərinin aşkar edilməsi, onların musiqi üzrə istedadının, maraq və
meyllərinin üzə çıxarılması onların yaradıcı təfəkkürün inkişafı, təxəyyülünün, yaddaşının, qavrayış və
hisslərinin zənginləşməsinə əsaslı təsir göstərir. Tədqiqatlar sübut edir ki, uşaqlara hələ kiçik yaşlardan
klassik musiqi (instrumental) əsərlərini dinləmək və öyrənmək işi müntəzəm və davamlı aparılarsa
onlarda musiqini sevmək, bu sahədə müəyyən tərbiyəvi keyfiyyətlər formalaşdırmaq mümkündür.
Musiqi uşaqların zövqünü və hisslərini tərbiyə etmək işində çox güclü təsir vasitəsidir.
Yetişən nəslin musiqi tərbiyəsinin ardıcıllığı və sistemliliyi onlarda belə demək mümkünsə,
Mosart və Bethoveni, Qara Qarayevlə Fikrət Əmirovu fərqləndirmək bacarıqlarının formalaşmasına
imkan yaradır.
Uşaqlarda musiqi savadını inkişaf etdirmək üçün müxtəlif yol və vasitələr, forma və priyomlardan
istifadə olunur. Musiqi məşğələlərində uşaqların musiqi təhsilini yaxşılaşdırmaq üçün viktorina forması
əlverişli, ideal formalardan biridir. Lakin təəssüflə qeyd edək ki, məktəb təcrübəsində bu unikal
formadan lazımi səviyyədə istifadə edilmir. Musiqi viktorinaları yalnız musiqiyə məhəbbət hissi
aşılamaqla qalmır, həmçinin uşaqların real biliklərə yiyələnməsi işinə də müəyyən kömək göstərir.
Musiqi viktorinalarının aşağıda göstərdiyimiz növlərini müəyyənləşdirmək olar:
- “Şəkildə göstərilən bəstəkarı tap”;
- “Mahnını tap”;
- “Hansı mahnının mətnidir”;
- “Musiqi ifaçısını tap”;
- “Musiqinin bəstəçisini tap”;
- “İfaçını tap”;
- “Melodiyanı tap”;
- “Düzgün cavabı tap”; (musiqi, yaxud bəstəkar haqqında) və s.
Bundan başqa “musiqini bilənlər üçün müsabiqə”, “musiqi kolleydoskop” kimi formalardan
da istifadə olunması faydalıdır. Təcrübə göstərir ki, uşaqların meyl və maraqlarına görə təşkil
olunan viktorinalara şagirdlər xüsusi həvəs göstərirlər.
Viktorinanın “Bəstəkarı tap”, yaxud “ Düzgün cavabı tap” forması şagirdlərin musiqi biliklərinin
formalaşmasında xüsusi yer tutur. Musiqi viktorinasının bu formasının təşkili o vaxt müvəffəqiyyət
qazanar ki, bu prosesə qədər uşaqlar minimal səviyyədə olsa da klassik musiqi və bəstəkarlar haqqında
məlumatlı olsun. Viktorinaların “Bəstəkarı tap” forması xüsusi hazırlıq tələb edir. Burada uşaq növbə
ilə müxtəlif bəstəkarların əsərlərindən parçaları dinləyir və bu musiqi parçalarının hansı bəstəkarın
əsərindən olduğunu müəyyənləşdirməyə çalışırlar. Musiqi əsərlərindən hissələri dinləmə üç, yaxud beş
dəqiqə olmalıdır ki, bu parçalar uşağın beynində tam şəkildə əks olunsun. Uşaq səsləndirilmiş musiqi
parçasının kim tərəfindən yazıldığını dəqiq şəkildə ifadə etməlidir.
Musiqi viktorinası uşağın məşhur musiqi xadimləri və müğənnilərin həyatı və yaradıcılığı
179
haqqında məlumatlı olmasına imkan yaradır. Qeyd edək ki, uşaqların musiqi savadının hərtərəfli
olmasına diqqət yetirmək lazımdır. Uşaqların müxtəlif üslub və istiqamətlər üzrə musiqi savadının
olması çox vacibdir, ona görə ki, gəncliyin bir qisminin klassik musiqidən uzaq düşməsi, yüngül
musiqiyə üstünlük verməsi onların estetik zövqünün korlanması, mütərəqqi milli və bəşəri dəyərlər-
dən uzaq düşməsinə səbəb olan amillərdir.
Ümumtəhsil məktəbində musiqi viktorinalarının keçirilməsi musiqi fənninin ayrılmaz tərkib
hissəsidir. Bu işdə uğur qazanmaq, tədris prosesində yaxşı nəticələr əldə etməyin bir vasitəsi hesab oluna
bilər. Bu prosesdə sual-cavab prinsipi, xüsusilə cavabların doğruluğu və ifadəliliyi öyrənilən problemin
uzun müddət yadda qalmasına imkan yaradır. Təqdim olunan sualların konkret və aydın olması başlıca
tələb olmalıdır. Burada çox mərtəbəli suallardan istifadə etmək olmaz. Sualların səslənməsində
variantlardan istifadə etmək olar ki, bu da cavabın doğru-düzgün alınması məqsədlərinə xidmət edir.
Musiqi viktorinaları məzmunca müxtəlif müsabiqə tapşırıqları yerinə yetirir. Onun iştirakçıları
bütün növ musiqi fəaliyyətində iştirak edir ki, bu da onların musiqi üzrə təhsil fəaliyyəti prosesində
aldığı biliklərin sistemli olmasına və zənginləşməsinə kömək edir, özünün erudisiyasını, fəhm və
zəkasını üzə çıxarır. Diqqət edilsə görərik ki, musiqi viktorinalarında oyun elementi var. Bu oyunda –
viktorinada yarış başlıca əlamət kimi özünü göstərir. Bu cəhət müəllim – pedaqoqun nəzərindən
qaçmamalı, əksinə yarışın tərbiyəvi xüsusiyyətlərinin düzgün məcraya yönəldilməsi üçün bütün
qüvvələrini səfərbər etməyə çalışmalıdır.
Ümumtəhsil məktəbində şagirdlərin idraki-musiqili viktorinalarına xüsusi əhəmiyyət verilməlidir.
Öz doğma kəndini, bölgəsini, nəhayət vətəndaşı olduğu ölkəni sevmək, həqiqi vətənpərvər olmaq, milli
mədəniyyətə qovuşmaq, dünya mədəniyyətinin inciləri ilə tanış ola bilmək viktorinaların əsas
vəzifələrindən sayılır. Musiqi viktorinalarında əyləncəlik də vacib tələblərdən biridir. Bu cəhət tədbirin
daha canlı keçməsinə imkan yaradır, düşünmək imkanlarını daha yaxşı, optimal vəziyyətə gətirir.
Musiqi viktorinalarını məktəbdə, musiqi gecələrində, bayramlarda, yubley günlərində təşkil
etmək mümkündür. Musiqi viktorinaları çevik və sürətli tədbir formalarından biri kimi hər hansı bir
vaxt və şəraitdə aparıla bilər. Musiqi viktorinaları cədvəl formasında təqdim edilə bilər. Cədvəlin
sol hissəsində seçilmiş sualların komplekti-sağ tərəfdə isə cavabların ifadə olunma növü
yerləşdirilir. Qeyd edək ki, viktorinada sual komplektlərinin ifadə olunması müxtəlifdir: məsələn,
sözlə ifadə, şəkillə ifadə, musiqi alətləri ilə ifadə etmək və s.
Musiqi viktorinaları çox vaxt komandalar şəklində təşkil olunur ki, bu komandalar üzrə
əvvəlcədən müəyyən hazırlıq işləri (komandanın adını düşünmək, kapitan seçmək, tədbirin devizini
müəyyənləşdimək və s.) görülür. Adətən, tədbirin aparıcısı müəllimlərdən təyin olunur. Bəzi hallarda-
kiçik yaşlı məktəblilərlə aparılan viktorinalarda musiqi qabiliyyəti və bacarığı ilə seçilən yuxarı sinif
şagirdləri də təyin olunur. Çox geniş və mürəkkəb proqrama malik viktorinalarda isə münsiflər heyəti
təşkil olunur. Mükafatların təqdim olunması nəzərdə tutulmuş tədbirdə juri (mükafatı təyin edən ekspert
heyəti) yaradılır. Juri viktorinaya yekun vurub, qaliblərə diplom və mükafatlar təqdim edir. Pedaqoji
ədəbiyyatda məktəblilər üçün suallara cavab viktorinalarının bir neçə növündən bəhs olunur. Bunları
aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
- kiçik və orta yaşlı məktəblilərə verilən suallara cavab tapmaq məqsədilə təşkil olunan
viktorinalar;
- idraki əsasa, düşüncəyə və deməli öyrənməyə əsaslanan viktorinalar. Bu növ viktorinalar
kiçik və orta yaşlı məktəblilərlə musiqi fənni üzrə aparılan məşğələlər zamanı və sinifdənxaric
tədbirlər prosesində təşkil olunur;
- musiqi alətləri haqqında viktorinalar. Bu növ viktorinalar şagirdlərin musiqi alətlərinə aid
bilik və təsəvvürlərinin genişlənməsi və zənginləşməsində istifadə edilir.
Viktorinaların bu növündə suallar aydın, mənalı olmalı, düşüncəyə əsaslanmaqla musiqi
fənni üzrə sistemli biliklərin daha da dərinləşdirilməsinə xidmət etməlidir. Bu cür suallar
komplektinə aşağıdakıları daxil etmək olar:
- Musiqi incəsənətinin emblemi hansı musiqi alətidir? Cavab: lira
- Hansı musiqi alətinin adı fransız dilinə tərcümədə “Şahənə” mənasını verir? Cavab:Royal
- Hansı musiqi aləti iki terminlə- “möhkəm” və “səssiz” ifadə olunur? Cavab: Fortepiano
- Hansı musiqi aləti özündə fortepiano və qarmonu birləşdirir? Cavab: Akkardion
180
- Hansı kilsə musiqi aləti dilli alətlərin ən böyüyü adlanır? Cavab: Orqan
- Hansı musiqi aləti italyanca “külək, meh” kimi adlanır? Cavab: Fleyta
- Hansı yunan sözü “həmahəng, həmavaz” kimi tərcümə edilir? Cavab: Harmoniya
- Qobustan qayaüstü təsvirlərində qədim əcdadlarımız hansı rəqsi ifa edirlər? Cavab: Yallı
- Hansı tarzən qədim musiqi alətimiz olan tarı ilk dəfə olaraq diz üstündə yox, sinə üstündə
çalmışdır? Cavab: Mirzə Sadıqcan
- İlk Azərbaycan uşaq baletinin müəllifi kimdir? Cavab: Əşrəf Abbasov, “Qaraca qız” baleti.
- Azərbaycanda musiqiyə dair nəşr olunmuş ilk kitabın müəllifi kimdir? Cavab: Mir Möhsün
Nəvvab, “Vüzuh-ül-Əqram” və s.
Bir cəhəti də qeyd edək ki, sinifdən-sinfə keçdikcə musiqi viktorinalarını məzmunca daha
keyfiyyətli və nisbətən dərinləşdirilmiş, əgər belə demək mümkünsə, çətinləşdirilmiş şəkildə təşkil
etmək vacibdir. Ümumən, viktorinaların təşkili və keçirilməsi uşaqların yaş və bilik səviyyəsinə
uyğun aparılmalıdır. Belə bir pedaqoji tələbin nəzərə alınması tədbirin səmərəli və faydalı olmasına,
bu sahədə yeni-yeni uğurların əldə edilməsinə imkan yaradır.
Müşahidə və təhlillərimiz göstərir ki, ümumtəhsil məktəbində musiqi viktorinaların ardıcıl və
sistemli şəkildə aparılması uşaqların qavrayışı, duyğu və hissləri, intellektual səviyyəsinin
inkişafına olduqca müsbət təsir göstərir. Bu həm də yüksək tərbiyəvi əhəmiyyətə malikdir. Ona
görə də məktəblilərin musiqi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi qayğısına qalmaq,
bu sahədə əldə edilmiş qabaqcıl təcrübənin öyrənilib ümumiləşdirilməsinə, ondan istifadə
imkanlarının müəyyənləşdirilməsinə diqqət yetirmək xüsusi vaciblik qazanır.
Məktəbliləri musiqi fəaliyyətinə hazırlamaq, onların xüsusilə ifaçılığını təkmilləşdirmək, bu
istiqamətdə fəallığına nail ola bilmək indiki halda xüsusi əhəmiyyətə malikdir. Çünki məktəblinin
musiqi savadına yiyələnməsi, onun mənalı və ifadəli emosiyaya malik olması, müəyyən səviyyədə
harmoniyanı qavraya bilməsi, birgəlik tələb edən bədii musiqili tədbirlərdə qarşılıqlı şəkildə
iştirakı, bu zaman kollektivlə ünsiyyət və münasibətlərdə olması şagird şəxsiyyətinin formalaşması
komponenti kimi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar müxtəlif formalardan, növ və vasitələrdən
istifadə etməyi tələb edir ki,bu işdə sinif şəraitində və sinifdənxaric işlərdə musiqi viktorinalarından
istifadə şagirdlərdə musiqi mədəniyyətinin formalaşmasına təsir səviyyəsi ilə seçilir.
Məsələn, “Düzgün cavabı tap” forması aşağıdakı qaydada təşkil oluna bilər.
Tövsiyə olunan suallar üzrə üç cavab təklif edilir. Lakin bu cavablardan ikisi doğru deyil.
Düzgün cavabı tapmağa təşəbbüs edin.
1. Hansı bəstəkar Azərbaycan milli operasının yaradıcısıdır?
Ü.Hacıbəyov, M.Maqamoyev, A.Zeynallı
2. Bu bəstəkarlardan hansı həm də dünya şöhrətli dirijor olmuşdur?
Ü.Hacıbəyov, A.Məlikov, Niyazi
3. İlk Azərbaycan baleti hansı bəstəkar tərəfindən yazılmışdır?
F.Əmirov (“Min bir gecə”), Ə.Bədəlbəyli (“Qız qalası”). Q.Qarayev
(“İldırımlı yollarla”)
4. “Füzuli” kantatası hansı bəstəkarındır?
V.Adıgözəlov, S.Rüstəmov, C.Cahangirov
5. “Azad” operası hansı bəstəkara məxsusdur?
C.Cahangirov, C.Ələsgərov, C.Hacıyev
6. “Ölkəm” poemasının bəstəkarı və şerin müəllifini tapın?
A.Zeynallı – Cəfər Cabbarlı, F.Əmirov- Cəfər Cabbarlı, T.Quliyev – Rəsul Rza
7. Aşağıda göstərilən hansı musiqi əsərləri Tofiq Quliyevindir?
1. Sənə də qalmaz, Ağacda leylək, Badamlı
2. “Sürəyya”, Alagöz, Kəndimiz
3. Mən səni araram, Bahar gəlir, Azərbaycan elləri
8. “Min bir gecə” baleti hansı bəstəkarındır?
Süleyman Ələsgərov, Arif Məlikov, Fikrət Əmirov
9. Arif Məlikovun dünyanın 50-dən artıq teatrında tamaşaya qoyulmuş baleti
hansıdır?
“Nəsimi”, “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi”
10. Azərbaycan muğamları əsasında yazılmış simfonik əsərlərin sırasını
göstərin
181
1. Segah, Cahargah, Rahab, Zabul simfonik muğamları
2. Şur, Bayatı – Şiraz, Kürd ovşarı, Rast
3. Şur, segah, Rahab, Bayatı-Şiraz
11. Təntənəli dövlət mahnısı necə adlanır.
1. Oda 2. Himn, 3.Kantata
12. Rus bəstəkarlıq məktəbinin nümayəndələrinin sırasını göstərən bəndi
seçin:
1. İ. Qilinka, P.İ.Çaykovski, D.Şostokoviç
2. İ. Qlinka, S.S.Prokofyev, D.Rossini
3. D.Rossini, N.A. Rimski – Korsakov, D. Şostokoviç
13. Alman bəstəkarlarının sırasını müəyyənləşdirin.
1. A.Vivaldi, C.Verdi, N.Paqanini
2. L.Bethoven, İ.Brams, R.Şuman
3. H.L.Berlioz, J.Bize, Ş.F.Quno
14. Opera sənətinin yaranma tarixi
1. XII-XIII əsrlər, 2. XVII-XVIII əsrlər, 3. XIX əsr
15. İlk Azərbaycan operası və yaranma tarixi
1. Ü.Hacıbəyov (“Koroğlu”) 1937-ci il
2. Ü.Hacıbəyov “Leyli və Məcnun”, 1908
3.R.M. Qliyer, “Şahsənəm”, 1936
Göründüyü kimi, musiqi viktorinaları məktəbdə musiqi tərbiyəsi prosesində çox kütləvi tədbir
formasıdır. Şagirdlər tərəfindən sevilən, unikal kompoziya xüsusiyyətlərinə, yüksək idrakı və
tərbiyəvi funksiyaya malik viktorinalardan tədris prosesində müntəzəm, ardıcıl və sistemli şəkildə
istifadə etmək pedaqoq-müəllimlərin əsas vəzifələrindən olmalıdır.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün musiqi fənni üzrə təhsil proqramı
(kurikulumu). (I-IX siniflər), Bakı, 2013
2. Апраксина О.А. Методика музыкального воспитание в школе, Москва, Просвещение, 1993
3. Радынова О.П.Слушаем музыке, Москва, Просвещение, 1990
ABSTRACT
Nisa Alyarova
Music quizes at secondary schools
The article deals with organizing and holding methods of music quizes in teaching process of
music subject at secondary school. Here the contents, perceptive and educational importance, forms
and types ot music quizes are cleared, widely usage of this type of measure at school practice is
recommended. It is stated that, studying of practice on music quizes, searching pedagogical bases of
this branch would influence positively to the teaching-upbringing process at secondary school,
would turn to significant means in the formationof child personality
РЕЗЮМЕ
Ниса Алиярова
Музыкальные викторины в средных школах
В стате говорится о методике организации и проведения музыкальных викторин а процессе
обучения предмета музыки в общеобразовательных школах.
Здесь показывается содержание, восприятие и воспитательное значение, вид и форма
музыкальных викторин, рекумендуется широко использовать в школькой практике этим видем
мероприятия. Также говорится о том, что учение по практике музыкальных викторин, изучение
основы педагогики этого отрасля, оказывает положительное влияние на течение процесса
обучения-воспитания в общеобразовательных школах, может стать значимым сретствам в
формиравании личности детей.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent V.Rzayev
182
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
SƏNƏTŞÜNASLIQ
ƏLƏKBƏR QASIMOV
AMEA Naxçıvan Bölməsi
e-mail: elekberqasimov@mail.ru
UOT:
785.
AZƏRBAYCANIN İNCƏSƏNƏT NÖVLƏRİNDƏ
KOROĞLU OBRAZI
Açar sözlər: xalq qəhrəmanı, teatr, sənətkar, rəsm, heykəl, nəğmə
Key words: hero of people, theatre, artisan, painting, monument, song
Ключевые слова: народный герой, театр, мастер, рисунок, памятник, песня
Məqalədə XX əsrin 30-cu illərindən üzübəri “Koroğlu” dastanından qaynaqlanaraq folklor
mütəxəssisləri, bəstəkarlar, rəssamlar, teatr və kino xadimlərinin yaratdıqları əsərlərdən söhbət
açılır. Burada həmçinin müğənnilərin, aşıqların, el sənətkarlarının bu xalq qəhrəmanına həsr
etdikləri nəğmələr, dekorativ-tətbiqi sənət nümunələri, aşıq havaları yada salınır, Azərbaycanda
Koroğluya ilk dəfə 1988-ci ildə, Naxçıvanda heykəl ucaldılması vurğulanır.
Beləcə, Koroğlu mövzusu bu gün də Azərbaycanın sənət dünyasında bir Günəş kimi daim
parlamaqdadır.
Türk dünyasının qəhrəmanlıq simvollarından biri olan Koroğlu ilk olaraq Azərbaycan
folklorunda “Koroğlu” dastanı ilə tanıdılmışdır. Azərbaycanda yaranan “Koroğlu” dastanının 17
qolu vardır. Lakin bir neçə il əvvəl Gürcüstanda bu dastanın Azərbaycan dilində “28 qoldan ibarət
daha mükəmməl variantı tapılmışdır.” (2, s. 519).
XX əsrin 30-cu illərindən başlayaraq “Koroğlu” dastanı və Koroğlu şəxsiyyəti
Azərbaycanda elm adamları – folklor mütəxəssislərilə bərabər, bəstəkarların, rəssamların, teatr və
kino xadimlərinin da diqqətini çəkmişdir. Onlar da bu mövzuda yeni sənət əsərləri yaradaraq xalq
qəhrəmanı Koroğlunu yalnız Azərbaycanda deyil, bütün Sovet İttifaqında məşhur etmişlər.
Azərbaycanın dahi bəstəkarı, milli operamızın banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir
Hacıbəyov bu dastandan ruhlanaraq və ondan bəhrələnərək 1937-ci ildə “Koroğlu” operasını
yaratdı. Bəstəkarın şah əsəri sayılan bu operanın ilk tamaşası həmin il aprelin 30-da Azərbaycan
Dövlət Opera və Balet Teatrının səhnəsində oldu.
Bu məşhur operanın ilk quruluşçu rejissoru İsmayıl Hidayətzadə, ilk quruluşçu rəssamı
Rüstəm Mustafayev, ilk dirijoru Əşrəf Həsənov olmuşdur. Köroğlunu səhnədə ilk dəfə canlandıran,
sonralar Azərbaycanın, həm də SSRİ-nin Xalq artisti adını almıış Bülbül, 20 ildən artıq bu
möhtəşəm rolu ilə tamaşaçılarını sevindirmişdir.
30 apreldə - premyerada Nigarı Gülarə İskəndərova, Həsən xanı M. Bağırov, Ehsan paşanı
E. Zülalov, Həmzə bəyi K. Huseynov oynamışlar. İlk tamaşa günü bu opera büyük coşqu və
rəğbətlə qarşılanmış, dəfələrlə alqışlanmışdır.
1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti ongünlüyü”ndə “Koroğlu” operası
da tamaşaçılara təqdim olunmuşdur. Bolşoy Teatrda göstərilən bu tamaşa böyük müvəffəqiyyət
qazanaraq yüksək dəyərləndirilmiş, “ongünlük” iştirakçılarından ali dövlət mükafatları ilə təltif
olunanlar arasında Üzeyir Hacıbəyov, Bülbül və İsmayıl Hidayətzadə də olmuşdur.
1943-cü ildə “Koroğlu” Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində rus dilində
tamaşaya qoyulmuş, 1959-cu ildə isə opera Azərbaycan dilində yeni quruluşda hazırlanmışdır. Bu
yeni quruluşun rejissoru Mehdi Məmmədov, dirijoru Niyazi idi.
Məhz
1959-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətini davam etdirən
gənc aktyor-müğənni Lütfiyar İmanov Niyazinin tövsiyəsi, Bülbülün xeyir-duası ilə “Koroğlu”nun
183
yeni quruluşunda ilk dəfə olaraq baş rolda səhnəyə çıxdı (5).
L.İmanov sonrakı rollarının tacı olan Koroğlu obrazını 30 ildən artıq bir müddətdə,
yorulmadan, böyük şövqlə və ustalıqla ifa etmişdir. Yeni quruluşun hər üç əsas yaradıcısı – Mehdi
Məmmədov, Niyazi və Lütfiyar İmanov sonralar SSRİ Xalq artisti kimi yüksək ada layiq
görüldülər.
ADOB Teatrı 1967-ci və 1975-ci illərdə yeni quruluşlarda “Koroğlu”ya müraciət etmişdir.
1975-ci ildə əsaslı bərpa olunan tamaşanın quruluşçu rejissoru Firudin Səfərov, quruluşçu rəssamı
Tahir Salahov, dirijoru Rauf Abdullayev idi. Baş rolu Lütfiyar İmanov, Nigarı Fidan Qasımova
(sonralar SSRİ xalq artisti), Həmzəni Firudin Mehdiyev ifa etmişlər. Bu yeni tamaşa Leninqradda
(Sankt-Peterburqda), Kiyevdə, Tbilisidə, Təbrizdə nümayiş etdirildi və Azərbaycan sənətkarları hər
yerdə böyük sevgi və alqışlarla qarşılandı.
“Koroğlu” operasının 1952-ci və 1970-ci illərdə klaviatüralı və partituralı kitabları nəşr
olunmuş, 1976-cı ildə isə Moskvanın “Melodiya” Firması tərəfindən Azərbaycan dilində val dəsti
buraxılmışdır.
1990-cı illərdə İstanbul Dövlət Opera və Balet Teatrında, İzmirde, 9 Eylül (Sentyabr)
Universitetinin Konservatoriyasında fəaliyyət göstərmiş professor Lütfiyar İmanov 1997-ci ildə
həmişəlik Bakıya döndükdən sonra – 75 yaşında, son dəfə Koroğlu kimi ADOB Teatrının səhnəsinə
çıxdı və ənənəvi alqışlarını yenidən qazandı.
2000-ci ildən üzübəri Azərbaycan Dövlət Opera və Balet Teatrında üç gənc – Samir Cəfərov
(indi xalq artisti), Ülvi Qılınc və Ramil Qasımov Koroğlu rolunda səhnəyə çıxmış, hərəsi
özünəməxsus ifa tərzilə tamaşaçı alqışı qazanmışlar. Bu gün də “Koroğlu” Azərbaycan səhnəsində
yaşamaqdadır.
2012-ci ildə Naxçıvanda Dövlət Universiteti Dövlət Filarmoniyası ilə birgə “Koroğlu”
operasının ayrı-ayrı pərdələrindən hissələr hazırlayıb Dövlət Musiqili Dram Teatrının səhnəsində
göstərdilər. İfaçıları universitetdən musiqiçiləri filarmoniyadan olan bu tamaşada baş rolları indi
Azərbaycan Respublikasının Əməkdar artistləri olan Mübariz Əsgərov (Koroğlu) və Gülyanaq
Fərzəliyeva (Nigar), əsas rolları Əli Davudi (Həsən xan) və Naxçıvan MR Əməkdar artisti Elçin
Nağıyev (Həmzə) ifa etmişlər. Bu tamaşanın quruluşçu rejissoru AR Xalq artisti Kamran Quluyev,
quruluşçu rəssamı Naxçıvan MR Əməkdar rəssamı Səyyad Bayramov, musiqi rəhbəri AR Əməkdar
artisti Elman Əliyev, dirijoru AR Xalq artisti Çingiz Axundov olmuşdur. Akademik İsa
Həbibbəylinin bu tamaşa haqqında “Azərbaycan” qəzetində dərc olunmuş geniş resenziyasından
bəzi sətirləri xatırlamaq yerinə düşər: “Demək olar ki, teatrlarda oynanılan əsərlərin mütləq
əksəriyyətinin "səhnə variantı" mövcuddur. "Koroğlu" operasının Naxçıvan tamaşasının dramaturji
mətnindəki qeyd edilən "əməliyyatlar" da o qədər yaradıcılıqla və bacarıqla, həssaslıqla edilmişdir
ki, librettonun tam mətni ilə tanış olmayanlar bunu hiss edə bilməzlər. Bütün bunlara ixtisarlar
deyil, "Koroğlu" operasının "Naxçıvan tamaşasının "səhnə variantı"nın hazırlanması kimi baxmaq
daha doğru olardı. Bizə görə, Naxçıvan Teatrında oynanılan "Koroğlu" operasını "kompozisiya"
kimi təqdim etmək yalnız Üzeyir Hacıbəyovun böyük sənətinə məsuliyyətli bir münasibətdən irəli
gəlir. Əslində isə Naxçıvan səhnəsinin "Koroğlu" operasından alınan təəssürat tamdır. Operanın
bütün əsas inkişaf mərhələləri səhnədə öz əksini tapmışdır.” (1).
“Koroğlu” dastanı Azərbaycan kino xadimlərinin də diqqətini cəlb etmişdir. 1960-cı ildə
“Azərbaycanfilm” Kinostudiyasında milli kino tarixində ilk genişekranlı film sayılan eyniadlı film
çəkilmişdir (4, s, 53)
Filmin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Hüseyn Seyidzadədir. Koroğlunu
Əfrasiyab Məmmədov, Nigarı Leyla Bədirbəyli, Həsən xanı Ağadadaş Qurbanov, vəziri İsmayıl
Dağıstanlı, dayəni Mərziyə Davudova, Alı kişini və aşıq Cünunü Əli Qurbanov, Alagözü Tamilla
Ağamirova, keçəl Həmzəni Möhsün Sənani, Dəli Həsəni Atamoğlan Rzayev, Kosa Səfəri
Məmmədsadıq Nuruyev, Ərab Reyhanı Salman Dadaşov, Bolu bəyi Məlik Dadaşov, Dəmircioğlunu
Muxtar Maniyev, Gürcüoğlunu Givi Toxadze çox müvəffəqiyyətlə yaratmışlar.
Məşhur bəstəkarımız, Azərbaycan SSR Xalq artisti Cahangir Cahangirov bu filmə gözəl
musiqi və mahnılar yazmışdı ki, onları da xalq artistləri Şövkət Ələkbərova, Lütfiyar İmanov,
Əlibaba Məmmədov səsləndirmişlər.
184
Məhz bu film bir sıra sənətkarların – geyim rəssamı Bədurə Əfqanlının, operator Şərif
Şərifovun, aktyor Ələddin Abbasovun (səfir) kinoda debütü oldu.
“Koroğlu” filminin ilk nümayişi 1965-ci ildə Finlandiyada olmuş, yalnız bundan sonra Sovet
İttifaqının dörd bir yanında, həmçinin bir sıra xarici ölkələrdə nümayişə buraxılmışdır. 1962-ci ilin
dekabrında SSRİ-də ən mərkəzi mətbuat orqanı, birinci qəzet sayılan “Pravda” bu filmlə bağlı
yazmışdı “Koroğlu” filmi ikinci həftədir ki, Tehranın ən iri kinoteatrlarının ağzınacan dolu
zallarında nümayiş etdirilir. Bu film Azərbaycan xalq eposunun kino həvəskarları arasında təbliğ
olunmasına və populyarlaşmasına kömək edir.” (6).
2003-cü ildə isə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Koroğlu” adlı ikinci bir film
çəkilmişdir. Bu, əslində dastan əsasında musiqili televiziya filmidir.
Ssenari müəllifi Aydın Qurbanoğlu, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu
rəssamı Nabat Səmədova, bəstəkarı Sərdar Fərəc olan filmdə Koroğlunu Zöhrab Məmmədli, Nigarı
Zülfiyyə Aşıqlı, Aşıq Cünunu Salam İsmayıl canlandırmışlar.
1950-ci illərdən bu yana Koroğlu mövzusunda bir sıra Azərbaycan rəssamının portret,
qrafika, yağlı və sulu boya, döymə, ağac üzərində oyma kimi təsviri sənət janrlarında əsərləri
yarandı.
Dünyaşöhrətli rəssamlarımızdan Tahir Salahov Koroğlunun çox gözəl portretini yaratmış
(2, s. 519), Mikayıl Abdullayev isə ADOB Teatrında “Koroğlu”nun 1967-ci il quruluşunun rəssamı
olmuşdur (3, s. 18). Digər rəssamlarımızın da xalq qəhrəmanına həsr etdikləri portretlər keçmiş
Sovetlər İttifaqının məşhur muzey və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir.
Azərbaycanın digər məşhur teatr və kino rəssamları da səhnədə və filmlərdə bu mövzu ilə
bağlı çox baxımlı dekorasiya, geyim, qrim eskizləri işləmişlər. Onlar eyni zamanda o dövrün
silahlarının, butafor əşyalarının da tam eynisi olması çox çalışmışlar.
Ölkəmizdə xalça sənətində, dekorativ-tətbiqi sənət sahəsində də xalq sənətçilərinin
Koroğluya aid çox sayda çeşidli işləri olmuşdur. Bu əl işləri sərgilənərkən həmişə yüksək
dəyərləndirilmişlər.
Azərbaycanın müstəqilliyi ərəfəsində və sonrakı illərdə Koroğlu mövzusuna müraciət daha
aktual xarakter almışdır. 1988-ci ildən başlanan xalq hərəkatı sənət adamlarını da bu mövzuda
əsərlər yaratmağa ruhlandırmışdır.
Yenə də rəssamlar, bəstəkarlar, xalq sənətçiləri, heykəltəraşlar Koroğludan yan keçməmiş,
yeni-yeni əsərlər yaratmışlar. 1990-cı illərin ortalarına qədər Bakıda, başqa bölgələrdə Koroğlu
rəsmləri, nəğmələri xalqı birliyə, təcavüzkar düşmənə qarşı döyüşə səsləmişdir.
1988-ci ilin iyun ayında Azərbaycanda ilk olaraq məhz Naxçıvan şəhərində böyük təntənə
ilə Koroğluya möhtəşəm bir heykəl ucaldıldı. Müəllifi Azərbaycan Respublikasının Xalq rəssamı
Hüseynqulu Əliyev olan bu heykəl – Qırat üzərində, kürəyindən saz asılmış. misri qılıncını irəliyə
doğru qaldırmış xalq qəhrəmanı Koroğlu çox əzəmətli görünür.
2013-cü ildə isə Bakıda Koroğluya daha uca bir heykəl qoyuldu. Onun açılış mərasimində
ölkə Prezidenti İlham Əliyev iştirak etdi. Bu abidənin müəllifisə Azərbaycan Respublikasının Xalq
rəssamı Tokay Məmmədovdur.
“Azərbaycan aşıqları “Koroğlu”nun poetik mətni əsasında “Koroğlu cəngisi”, “Piyada
Koroğlu”, “Atlı Koroğlu”, “Bozuğu Koroğlu”, “Qaytarma Koroğlu”, “Misri Koroğlu”... (2, 520)
kimi yaratdıqları havaları istər xalq şənliklərində, istər bayram tədbirlərində, istərsə də döyüş
bölgələrində, hərbi hissələrdə əsgərlər, zabitlər qarşısında söyləyib oxuyurlar.
Dünyaşöhrətli müğənni Lütfiyar İmanov 1990-cı illərdə, Türkiyədə işlədiyi zamanlarda
özünün bəstələdiyi “Bu dağlar Koroğludan oxuyur hələ” mahnısını hər bir konsertində ifa etmişdir.
Bakıya döndükdən sonra buraxılan yeni disk-albomunda da yer alan bu mahnı bir neçə dünya
ölkəsinə də yayılmışdır.
Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Opera və Balet Teatrının solisti Baba
Mahmudoğlu bir zamanlar – 1980-ci illərin sonunda özünün yaratdığı “Dastan” folklor ansamblında
“Döşəmə Koroğlu”, “Giziroğlu Mustafa bəy” və sair bu kimi nəğmələri böyük şövqlə oxumuşdur.
Beləcə, Koroğlu mövzusu bu gün də Azərbaycanın sənət dünyasında bir Günəş kimi daim
parlamaqdadır.
|