Problemin aktuallığı. Ali təhsil müəssisəsində müstəqil işlərin təşkili özünəməxsus
əhəmiyyətə malikdir. Lakin müstəqil işlərin yerinə yetirilməsinə rəhbərlik həyata keçirilməlidir. bu
proses də müəllim tərəfindən idarə olunmalıdır. Problemin aktuallığını nəzərə alaraq, məqalə müəllifi
bu problemə müraciət etmişdir.
Problemin yeniliyi. İnstitut və universitetlərdə yerinə yetirilən müstəqil işlərin təşkili zamanı
tələbə auditoriyasının idarə olunması istiqamətində müəllimin rəhbərliyinə dair xüsusi tədqiqat
əsəri yoxdur. Bu problemə müraciət edilməsi ilk təşəbbüs kimi dəyərləndirilə bilər.
Problemin praktik əhəmiyyəti. Müəllimlər məqalədə öz ifadəsini tapmış məsələlərdən
istifadə edəcəklər.
163
ƏDƏBİYYAT
1. Ali məktəblərin bakalavr pilləsinin buraxılış işlərinin hazırlanması qaydalarının təsdiqi barədə
Azərbaycan Respublikasında Təhsil nazirinin 13 mart 1997-ci il tarixli, 152 №-li əmri.
http://www.edu.gov.az/upload/file/bakalavr-ali-mekteblerin-buraxilish-
qaydalar%5B1%5D.pdf
2. Ali məktəblərin bakalavr pilləsinin buraxılış işlərinin hazırlanması qaydaları.
http://www.edu.gov.az/upload/file/bakalavr-ali-mekteblerin-buraxilish-
qaydalar%5B1%5D.pdf
3. “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında
Əsasnamə”. http://edu.gov.az/az/page/112/627
4. “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında
Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri 20 aprel 1998-ci
il tarixli, 202 №-li əmri. http://edu.gov.az/az/page/112/627
5. Hüseynzadə R.L. Magistr dissertasiyası (metodik vəsait). Bakı, Nurlar, 2009, 104 s.
ABSTRACT
S. Mammadov
Management students' independent work
The article is devoted to the problem of management of independent work of students. It is
an organization of independent work of students in higher educational institutions. The analysis and
study of methodological and technological aspects of management of students’ independent work.
Sanctifies the issues related to the preparation and defense of the final work on the bachelor's
degree of higher institutions and master's theses in the master's degree. In carrying out independent
work in the spotlight is the role of the teacher. The article purposeful organization of independent
work is regarded as an effective means of managing the student audience.
Students’ independent work under the control of the teacher is teaching software
development target of readiness for professional self-education and didactic means of the
educational process. Organization of independent work under the guidance of a teacher is one of the
most significant trends in the educational process, developing independent creative activity.
РЕЗЮМЕ
С. Мамедов
Управление самостоятельными работами студентов
Статья посвящена проблеме управления самостоятельной работой студентов. Речь
идет об организации самостоятельных работ студентов в высших учебных заведениях.
Проводится анализ и обоснование методологических и технологических аспектов
управления самостоятельной работой студентов. Освящаются вопросы, связанные с
подготовкой и защитой выпускных работ на степень бакалавра высшего заведения и
магистерских диссертаций на степень магистра. При выполнении самостоятельных работ в
центре внимания стоит роль педагога. В статье целенаправленная организация
самостоятельных работ рассматривается как эффективное средство управления студенческой
аудитории.
Cамостоятельная работа студентов под управлением преподавателя является
педагогическим обеспечением развития целевой готовности к профессиональному
самообразованию и дидактическое средство образовательного процесса. Организация
самостоятельной работы под руководством преподавателя является одним из значительных
направлений в учебном процессе, развивающим самостоятельную творческую деятельность.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent V.Rzayev
164
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
SAHİLƏ ABBASOVA
Naxçıvan Dövlət Universiteti
UOT:373
İBTİDAİ SİNİFLƏRİN ANA DİLİ TƏLİMİNDƏ FOLKLOR NÜMUNƏLƏRİ İLƏ BAĞLI
İŞİN TƏŞKİLİ METODİKASI
Açar sözlər: kiçik folklor, folklor, ibtidai sinif, janr, poetika, ana dili
Keywords: Small folklore, folklore, primary school, genre, poetics, native language
Ключевые слова: Малые жанры фольклора, фольклора, начальных классов, поэтика,
родного языка,
Təhsilin bünövrəsi sayılan ibtidai sinifdə insanın gələcək xarakterinin, yaradıcılıq
meyllərinin əsası qoyulur. Bu işdə isə oxunan ilk kitabların, bədii əsərlərin əhəmiyyəti xüsusi ilə
böyükdür.
Çox zaman ibtidai məktəbdə oxunan bədii kitabların əhəmiyyətindən danışarkən ana dilinin
mənimsənilməsi və estetik tərbiyəsi ön plana çəkilir. Bədii ədəbiyyatın imkanları məhdud dairədə
təsvir olunur. Halbuki, yaxşı bədii əsər uşağın həm estetik tərbiyəsinə, həm də onun intellektinə
təsir edir. Deməli, biz uşağa yaxşı bədii əsər versək onun həm estetik, həm də intellektual
tərbiyəsinə güclü təsir edə bilərik. Bunun nəticəsində isə güclü varlıq kimi doğulmuş uşağı kamil
bir insana çevirə bilərik. Bu isə ibtidai fəlsəfənin əsas atributlarından biridir.
Bu vəzifələri yerinə yetirmək üçün uşaq oxusuna cəlb olunan əsərlərdən çox şey asılıdır.
Tədqiqatçıların şərti olaraq "kiçik folklor" adlandırdıqları şifahi xalq ədəbiyyatı
nümunələrinin yaranma tarixini kimsə bilmir. Lakin hər bir tədqiqatçı onların yaranmasından
danışanda min illikləri ölçü vahidi kimi götürür.Yaşı min illərlə ölçülən janrların bu qədər uzun
yaşamasının sirri şübhəsiz ki, onların mahiyyətindəki obrazların mükəmməlliyində, xalq həyatına
bağlılığındadır. Bu mükəmməllik folklordakı xalq dilinə məxsus obrazlı söz və ifadələrin zənginliyi
ilə bağlıdır. Həmin obrazlı söz və ifadələrin mahiyyətini şagirdə başa salmaq mümkün olsa, onda
məktəbli ümumən ədəbiyyatın cövhərini dərk edə bilər. Hər bağçada və evdə ikən layla, oxşama,
bayatı, atalar sözləri və məsələlərlə tanış olan uşağa həmin nümunələrin mahiyyətini başa salmaq
ibtidai sinif müəlliminin öhdəsinə düşür. Müəllim necə etməlidir ki, uşaq həmin folklor
nümunəsinin poetikasını dərk etsin, ədəbiyyatşünaslıq elementləri ilə tanış olsun? Bu sualın
cavabını tapmaq hazırkı şəraitdə xüsusilə vacibdir.
Folklor nümunələrinin mümkün qədər daha effektli tədrisi üçün həm ənənəvi, həm də
müasir təlim texnologiyalarının təcrübəsindən istifadə etmək zəruridir.
Folklor elə bir sahədir ki, onun janrları haqqında mülahizə yürüdərkən başdansovdu
danışmağa, boğazdan - yuxarı mülahizələr yürütməyə çəkinmək lazımdır. Atalar sözü və məsəllər
çox zaman bir yerdə yazılsa da, hər bir müəllim, metodist və tədqiqatçı bilməlidir ki, onların ikisi
eyni janr deyil. Onların məqsədinə gəldikdə isə atalar sözləri uşağa danışmaqdan daha çox
düşünmək qabiliyyətini öyrədir. Şagird daha dərin məzmunlu bir cümlənin ifadə etdiyi məna
üzərinə düşünür və həyatda çox mətləblərin açarını tapmış olur.
Dünya uşaq ədəbiyyatının korifeylərindən biri, görkəmli italyan yazıçısı Janni Rodari
"Roma fantaziyaları" kitabının rus nəşrinə yazdığı ön sözdə göstərir ki, "....... düşünmək çox
əhəmiyyətli işdir, hətta elə ola bilər ki, ən əhəmiyyətli sayılan başqa şeylərin hamısından vacibdir.
Məncə, hər bir adam gündə heç olmasa yarım saat düşünməlidir!".
C.Rodari hələ ibtidai sinifdə dərs deyərkən şagirdlərin düşünmək qabiliyyətini inkişaf
etdirmək üçün maraqlı priyomlardan istifadə edirdi. Həmin priyomları öyrənib bizim məktəblərə də
tətbiq etmək olar. Amma əvvəlcədən deyim ki, bu işi yalnız xüsusi istedadı olan müəllimlər edə
bilər. Belə adamlar isə məktəbimizdə yəqin ki, o qədər də çox deyil.
165
C.Rodari çox zaman dərsə başlamazdan əvvəl yazı lövhəsində bir söz yazardı və həmin
sözün ətrafında uşaqları düşündürər və onların iştirakı ilə bir hekayə yazardı. Bu vərdiş sonralar
Rodarini daha da həvəsləndirdi və həmin priyomdan istifadə edərək italyan radiosunda uşaqlara
müraciətlə bir əhvalat danışır. Bu əhvalatın necə inkişaf edəcəyi barədə onların fikirlərini öyrənir,
onun əsasında povestlərini yazırdı. Bu barədə o, "Fantaziyanın qrammatikası" kitabında ətraflı bəhs
etmişdir.
C.Rodarinin dərslərindən bir nümunəni diqqətinizə çatdırıram. Müəllim sinfə girir və
lövhəyə məsələn, "daş" sözünü yazır. Rodarinin fikrincə, bu tipli dərslərdə əsas məsələ uşağa nece
müraciət etməkdir. O, həmin sözü yazdıqdan sonra uşaqlardan soruşur:
- Görəsən, daş nə edirdi? Bu sualın özündə obrazlı cümləyə istiqamət var. Müəllim uşaqlara
daşın canlı olmasını xatırladır. Onlara işarə vurur ki, siz daşa aid cansız əşya kimi baxmayın, canlı
bir varlıq kimi baxın.
Uşaqların hərəsi bir söz deyir: daş yola düşmüşdü, daş susurdu, daş düşünürdü. Aha, obrazlı
söz tapıldı: daş düşünürdü. Müəllim lövhəyə yazır və ikinci sualını verir:
- Görəsən, daş nə düşünürdü?
Uşaqların yaradıcılıq fantaziyasını hərəkətə gətirən bu suala da çoxlu cavablar alınır.
Uşaqlardan biri deyir:
- Daş düşünürdü ki, görəsən burada niyə boş bekar dayanıb?
Olduqca uğurlu bir cümlə də tapılır. Müəllim həmin cümləni də əvvəlkinin ardına yazır.
Müəllim üçüncü sualını verir:
- Bu cür düşünən daş nə etdi?
Əlbəttə, bu sualın cavabı asandır. Xeyli cavablar içərisində ən uğurlu seçilir:
- Daş gedib sökülmüş bir divara hörüldü. Beləliklə, cəmi üç cümlədən ibarət gözəl bir
hekayə yazıldı. Bu hekayə şagirdlərin iştirakı ilə yazıldığına görə onlarda yaradıcı fantaziya üçün
bünövrə rolunu oynayır.
Bu nümunə nağılların tədrisi prosesində də istifadə oluna bilər.
İlk ibtidai məktəb dərslərimizdə folklora demək olar ki, yer verilmirdi. Bunun başlıca
səbəbi aydın idi. Çar Rusiyası Azərbaycan uşaqlarının öz milli keyfiyyətlərini dərk etməsinə imkan
yaratmırdı. Bu onun siyasi maraqlarına uyğun idi. XIX əsrin sonu XX əsrin əvvələrində yetişən
milli ziyalılarımız isə başa düşürdü ki, xalq ədəbiyyatından kənar düşən şagird əsl vətəndaş kimi
böyüyə bilməz. Bu sahədə F.Köçərlinin "Balalara hədiyyə" kitabı xüsusilə maraqlı bir fakt kimi
meydana çıxdı.
Bundan sonrakı illərdə folklor materiallarının ibtidai sinif dərsliklərinə daxil edilməsi
yüksələn bir xəttlə gedir.
Azərbaycanda ibtidai siniflər üçün dərsliklərin, xüsusilə proqramların yaranması, pedaqoji
elmlər doktoru professor Yəhya Kərimovun adı ilə sıx bağlıdır. 60-cı illərdən başlayaraq ibtidai
sinif proqramlarında xalq ədəbiyyatı nümunələrinə geniş yer verilməsi sahəsində Yəhya Kərimovun
rolu böyükdür.
Kiçik folklorla uşaq beşikdə ikən tanış olur. Anaların ilk beşik başında oxuduğu nəğmələr
körpənin eşitdiyi ilk poeziya nümunələridir. Deməli, uşaq məktəbə ayaq açmamış kiçik folklorun
sehrli poetikası, zəngin dili onu öz ağuşuna alır. Uşaq kortəbii bir instinklə xalqın söz dünyasını
sevir, ona dərin bir rəğbət bəsləyir.
Məktəbə hazırlıq illərində uşaq folklorunu tapmaca, oyun sözləri, düzgü, cırnatma,
təkərləmə, kiçik nağıl, rəvayət və sair janrlardan müxtəlif nümunələri öyrənmiş olur. Bu tanışlıq bir
sıra hallarda uşağın passiv eşitməsi şəraitində olduğuna görə folklor poetikasını öyrənmək vəzifəsi
valideynin üzərinə düşür.
Məktəb valideynin gördüyü işi sadəcə davam etdirmir. Müəllim ailənin verdiyi bilikləri elmi
şəklə salır, uşağa xalq poetikasının sirrlərini öyrətmək vəzifəsini öhdəsinə götürür.
İbtidai siniflərin ana dili dərsliklərində də xeyli folklor nümunəsi verilmişdir. Müxtəlif
vaxtlarda bu nümunələrin sayı artıb-azalsa da ümumi miqdarı qorunub saxlanır. Bu da dərslik
müəlliflərinin folklora böyük əhəmiyyət verdiklərinə gözəl nümunədir. İbtidai məktəbdə kiçik
folklorun çox böyük bir şəbəkəsi vardır. Müxtəlif janrlarda yaranan bu əsərlər vasitəsi ilə xalq
166
ədəbiyyatının aparıcı ideyası, süjet və kompozisiya, dil-üslub, forma və məzmun kimi
xüsusiyyətlərini öyrənmək mümkündür.
Bildiyimiz kimi uşaqların ən çox sevdikləri və oxuduqları bədii ədəbiyyat növlərindən biri
də nağıllardır.
Nağıllara bu gün biz uydurma, əfsanə kimi baxırıq. Nağıllardakı zülmət, əfsun, divlər,
əjdahalar, pəri qızları, əcinnələr-bütün bu mövhumu aləm nağılın real varlıqla, həyatla əlaqəsi
olmadığını göstərir. Sehrli nağıllarda ifritə qarılardan, 40 başlı əjdahalardan, "abi-həyatdan",
zülmətdən, cəhənnəm dərəcəsindən, insanın heyvan, quş və daşa çevrilməsindən və s. əcaib-qəraib
hadisə də var.
Bu nağıllar əksərən dialoq şəklində olur. "Tülkü", "Qarı və Pişik", "Nazikbənazik-
Tazikbətazik", "Şəngülüm, Şüngülüm, Məngülüm" bu tipli nağıllardandır.
Dərslikdə şifahi xalq ədəbiyyatının başqa növləri ilə yanaşı, çoxlu tapmacalar da verilmişdir.
Axı, tapmacalar uşaqları düşündürən, zehni fəaliyyətə şövq edən ən maraqlı ədəbi növdür.
Dərslikdə tapmacaların cavabı ənənəvi qaydada deyil, qarışıq verilmişdir.
Bu gün tapmacaların, demək olar ki, hamısı keçmişdəki əhəmiyyətini itirmiş, onlara yeni
məzmun və keyfiyyət verilmişdir. İndi tapmacalardan ancaq zehnin inkişafına kömək edən, uşaqları
maraqlandıran, onları düşündürməyə, axtarmağa sövq edən, onlarda təxəyyülün inkişafına vasitə
olan bir amil kimi istifadə edilməlidir.Yaxşı müəllim üçün tapmacalar çox maraqlı mövzudur.
K.D.Uşinski qeyd edir ki, ibtidai məktəbdə uşaqların mühakimə və zehinlərini inkişaf
etdirmək üçün tapmacaların xüsusi əhəmiyyəti vardır. O yazırdı: "Mən tapmacalara əşyanın bədii
təsvir lövhəsi kimi baxıram".
Bir quşum var, o hanı?
Gəzər cümlə cahanı
Götürrəm öldürməyə,
Nə əti var, nə qanı
(fikir).
Bu tapmacada doğrudan da fikrin bədii təsviri verilmişdir. Onu gözlə görmək mümkün
deyildir. Onunla ən qısa bir müddətdə, göz açıb yumuncaya qədər bütün dünyanı, hətta bütün
kainatı gəzmək olar.
Uşaqları həvəsləndirən, onları həyatla, təbiətlə tanış edən bu cür tapmacaları məktəb inkişaf
etdirməli və onlardan istifadə etməlidir.Tapmacalar uşaqların zehinlərini inkişaf etdirmək üçün ən
yaxşı ədəbi oyunlardan biridir.
İbtidai siniflərdə ən çox tədris olunan lirik folklorlardır. Bu növün janrları və hər janrın da
öz xüsusiyyətlərini müəllim dərindən öyrənməli, ondan təlim və tərbiyə işində məharətlə istifadə
etməyi bacarmalıdır.
Lirik folklor birinci növbədə hiss və duyğularının bolluğu ilə səciyyələnir. Lakin müəllim
hər bir nəğmənin süjet və kompozisiya elementlərinə, ifadə vasitələrinə diqqət yetirməlidir.
Lirik folklorda süjet çox zəif olduğuna görə onun kompozisiyası da nəzərə çarpmır. Lakin
müəllim bu əlamətləri özü üçün aydınlaşdırmalıdır.
Ənənəvi lirik nəğmənin sadə və geniş yayılan kompozisiya formalarından biri monoloq
formasıdır. Layla ən çox poeziyanın lirik növünə uyğun gəlib, lirik qəhrəmanın fikir və hisslərini
birbaşa ifadə edir.
Laylay beşiyim laylay
Evim-eşiyim laylay
Sən get şirin yuxuya
Çəkim keşiyin laylay.
İbtidai siniflərdə "Mövsüm nəğmələrindən" xeyli istifadə olunmuşdur. Bu nəğmələr günəşə
xitabən deyilir.
Gün çıx, gün çıx
Kəhər atı min çıx
Oğlun qayadan uçdu
Qızın təndirə düşdü
167
Keçəl qızı evdə qoy
Saçlı qızı götür çıx.
Kiçik folklor janrlarına daxil olan atalar sözləri və məsəllərin də poetikası maraqlıdır.Atalar
sözü ilə məsəllər quruluş etibarilə və məzmun etibarı ilə bir-birlərinə çox bənzəyirlər.Bu bənzəyiş o
dərəcədədir ki, hətta ilk baxışda bunların arasında heç bir fərq olmadığı zənn edilir.
Xalq təsərrüfatının müxtəlif sahələri ilə bağlı əməyi, zəhməti, peşəni, sənəti, elmi, ağılı
təqdir və təbliğ; insana xas olan nəcib sifətləri tərbiyə edən; tənbəllik, bekarçılıq, yalançılıq,
ikiüzlülük, paxıllıq və s. bu kimi eybəcər sifətləri pisləyən, əxlaq-tərbiyə, ailə-məişət məsəlləri ilə
bağlı; vətən, el, xalq, hüquq, din və s. məsələlərə toxunan atalar sözü və məsəllər vardır.
ƏDƏBİYYAT
1. Allahverdiyev M.A. Qaravəllilər, tapmacalar. Bakı, Gənclik, 1970
2. Atalar sözü və məsəllər. Bakı, Gənclik, 1982
3. Azərbaycan folkloru antologiyası. I kitab, Bakı, 1968
4. Azərbaycan folkloru antologiyası. II kitab, Bakı, 1969
5. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar. IV kitab, Bakı, 1973
6. Azərbaycan folklorşünaslığı məsələləri. Bakı, 1983
7. Ələkbərli Q., Zeynalov Y., Qafarlı Ə., Ələkbərov M., İbtidai məktəbdə Azərbaycan dilinin
tədrisi metodikası. Bakı, Maarif, 1970
ABSTRACT
Sahile Abbasova
The more our litrary critics investigated our folklore, the more they didn't touch its poetics.
It apears as main duty of a teacher to study typical aspects of each genre.
We understood the necessity to dictate litrary elements as composition language, and style in
folklore.
РЕЗЮМЕ
Сахиле Аббасова
Обучение и методику работы связанные много с образцами фольклора в изучение
родного языка в начальных классах
Не смотря на то, что литератураведы много ислодовали наш фольклор, можно сказать
что не коснулись на его поэтику. Изучение спечциальных сторон каждого жанра одно из
основных объязанностей учителя.
Сознование сюжета композицию язык и стиль фольклора является необходимым
элементом литератураведов.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent V.Rzayev
168
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
MÜSLÜM NƏZƏROV
Azərbaycan Dövlət Pedaqoji Universiteti
NİZAMİ QULİYEV
Naxçıvan Dövlət Universiteti
UOT:378
QLOBALLAŞMA: TƏHDİDLƏRİ VƏ AÇDIĞI İMKANLAR
Açar sözlər: qloballaşma, təhsil, Boloniya prosesi, səriştəlilik, risk
Key words: globalization, education, Bologna process, competence, risk
Ключевые слова: глобализация,образование, Болонский процесс, компетенции, риск
Tarixi mənada qloballaşma prosesləri yeni hadisə deyil. Belə ki, beynəlxalq ticarət XX əsrin
əvvəllərində bu gün ilə müqayisə oluna biləcək səviyyədə idi. Birinci dünya müharibəsi ilə dünya
ticarətində proteksionizm fazası başladı ki, bu da ikinci dünya müharibəsindən sonra dünyanın Şərq və
Qərbə bölünməsi ilə nəticələndi. Buna baxmayaraq, 1980-cı illərin ortalarından etibarən iqtsadi
transaksiyalardan başlayıb informasiya və mədəni sahələrdə mübadilə proseslərinədək beynəlxalq
transaksiyaların intensivliyi və miqyası kəskin şəkildə artdı. Bu mərhələnin yeniliyi ondan ibarət idi ki,
dəmir pərdə götürüldükdən və Asiya ölkələrinin tədricən dünya bazarına inteqrasiyasından sonra 1980-
ci illərin sonundan etibarən əmək məhsuldarlığı, sosial standartları, həyat səviyyəsi yüksək olan inkişaf
etmiş dövlətlər bir-biri ilə ciddi rəqabətə girdilər. Eyni zamanda 80-ci illərin sonundan etibarən dünya
yeni kommunikasiya və informasiya texnologiyaları sayəsində misilsiz dərəcədə bütövləşdi.
Bu məqalədə biz qloballaşmanın gətirdiyi həm təhdidləri, həm də şansları araşdırmağa cəhd
göstərəcəyik. Bu zaman təhdidlərin əsasən ölkələrin təhsil və tərbiyə sistemləri ilə əlaqəli olduğunu
vurğulamaq gərəkdir. Axı ali məktəblər qloballaşan reallığın bir hissəsidir. Qlobal mexanizmlərdən
kənarda dayanmaq istəyən iqtisadiyyatın qloballaşmış mühitdə yeri olmadığı kimi, ali məktəblərin
də belə bir mühitdə yeri yoxdur.
Qeyd etmək lazımdır ki, təhdidlər fərdi səviyyədə (ayrı-ayrı aktorlar səviyyəsində) müxtəlif
dərəcədə əks olunur. Bu risklərdən daha çox sığortalanmayan müəyyən ictimai qruplar, məsələn,
təhsil səviyyəsi aşağı olan insanlardır. Bu gün təhsil işçi qüvvəsi bazarının açarıdır. Yaxşı təhsil
uğurlu məsuliyyətli ömür və sosial iştirak üçün təməl, işsizlik riskindən ən yaxşı müdafiədir.
Hesablamalara görə, təhsili olmayan insanların işsiz qalmaq riski peşə diplomu olan insanlardan
demək olar ki, 3 dəfə çoxdur. Buna görə də məqalədə məqsəd qloballaşma proseslərinin təklif
etdiyi şanslardan çoxlarının istifadə edə biləcəyini əsaslandırmaqdır.
Bu gün “qloballaşma” anlayışının dəqiq tərifi yoxdur. Biz hesab edirik ki, təhsil sistemi
kontekstində beynəlxalq əmək prosesləri ilə bağlı olan sosial fenomen kimi qloballaşmanı
mübadilə proseslərini asanlaşdırmaq üçün dövlətlər üstü təşkilatları hədəf götürən qloballaşmadan
fərqləndirmək lazımdır.
Fərdin qloballaşma proseslərini anlaması və bu proseslərdə fəal iştirak etməsi üçün onun
aşağıdakı üç amilə ehtiyacının olduğu qeyd etmək olar: qeyri-stabilliyin stabil dərki, predmet və
strateji biliklər, texniki və koqnitiv səriştəlilik.
Qeyri-stabilliyin stabil dərki. dəyişikliklərə qarşı həssaslığı, çevikliyi, habelə kor-reksiyaya
hazır olmanı ifadə edir.
Predmet və strateji biliklər: daha çox biliyin olması daha çox səriştəli olmaq deməkdir. Bu,
təkcə qərar qəbuletmə situasiyalarında deyil, başqa səbəbdən də faydalıdır: insanın özünü səriştəli
hiss etməsi onun qeyri-müəyyənliyə münasibətini şərtləndirir. Öz biliklərinə arxalanmaqla insan
özünü səriştəli bilir, deməli, ikimənalı situasiyalara da az düşür və realistik qərarlar qəbul etmək
iqtidarında da olur.
Aşağıdakı bilik kateqoriyalarını qeyd etmək lazımdır:
Dostları ilə paylaş: |