ƏDƏBİYYAT
1.
http://www.manevihayat.com/forum/konu/hz-mevlananın-dostlukla-ilgili-sözleri
2.
Mövlana Cəlaləddin Rumi. Eşq pərvanəsi (İkinci nəşr). Bakı, Nurlar, 2009, 264 s.
3.
Mevlana Mesnevi- Tərcümə Tahiru l- Mevlevi 1190-1192 beyt. səh-56
4.
Azadə Rüstəmova. Mənəvi dünənimiz bu günün işığında. Bakı, Elm, 2011, 596 s.
РЕЗЮМЕ
Хафаят Алиева
Вопросы дружественных и товарищеских отношений в творчестве
Джелаладдина Руми
Мысли Джелал-ад-дина Руми о дружественных и товарищеских отнашениях стали
предметами исследованых статьи. В этих мыслях подчеркивается, что для людей с высокыми
идеалами место друга особое. Человек является социальным явлением. Между людьми,
которые стараются во имя Родины, счастья народа, должны восторжествовать товарищеские
и дружеские отношения. Исследованием установлено, что по мнению Руми, эти отношения
между людьми должны быть сфомированы и развиты с детства и юношества путем
внушения.
ABSTRACT
Khafayat Aliyeva
The article studies Jalaluddin Rumi’s ideas about friendship and companionship
It is hotid that the place of a friend is quite different for people having high ideals. Human is
a social being. There should be friendship and unity relations among the people who try for the sake
of the happiness of their people. The research makes it clear that Jalaluddin Rumi thought that to
develop the friendship companionship relations in children, teenagers since their childhood is very
necessary ond tried to develop its necessily to young generation with his wise ideas.
The problems of the friendship-companionship relations in Jalaluddin Rumi’s creative activity.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
150
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
EMİLYA HƏSƏNOVA
Gəncə Dövlət Universiteti
E-mail: emilya-hesenova@bk.ru
UOT: 373
“ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNIN I-IX SİNİFLƏRI ÜÇÜN TƏSVİRİ
İNCƏSƏNƏT FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI”NDA (“KURİKULUMU”nda)”
İNCƏSƏNƏTƏ DAİR SÖHBƏTLƏRƏ AYRILAN YER
Açar sözlər: təsviri incəsənət, təsviri incəsənət fənni üzrə kurikulum, dərs-söhbətlər,
inteqrasiya, fəndaxili əlaqə, fənlərarası əlaqə
Keywords: fine arts, the curriculum for the subject of the fine arts, lesson-conversation,
integration, intra communication, interdisciplinary communication
Ключевые
слова: изобразительное искусство, куррикулум по предмете
изобразительного искусства, урок-беседа, интеграция, внутрипредметная связь,
межпредметная связь
V-VII sinif şagirdlərinin incəsənətə dair zəruri məlumatlara yiyələnmələrində dərs-söhbətlər
özünəməsxus rol oynayır. Dərs-söhbətlər təsviri incəsənət təliminin səmərəlilik şərti kimi nəzərdən
keçirilir. Ümumtəhsil məktəbləri müəllimləri bu cəhətə həssaslıqla yanaşmalı, tədrisin
optimallaşdırılmasına və təkmilləşdirilməsinə çalışmalıdırlar. Bu fikir baxımdan məktəblilərin
yaradıcı fəallığının, idrak fəaliyyətinin, müstəqilliyinin, sərbəst fikir yürütmə qabiliyyətinin,
təşəbbüskarlığının artırılması vacib məsələdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu hələ 2013-cü
ildə “Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət
fənni üzrə təhsil proqramı (kurikulumu)” hazırlamış və Təhsil Nazirliyi tərəfindən onun təsdiqinə
nail olmuşdur.
Biz haqqında danışılan problem baxımından həmin “...Təhsil proqramı (kurikulumu)”nda V-
VII siniflər üçün təsviri incəsənət fənni üzrə təhsil proqramını (kurikulumunu) nəzərdən keçirdik.
“Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət
fənni üzrə təhsil proqramı (kurikulumu)”nda təsviri incəsənət fənni üzrə təhsil proqramı
(kurikulumu) və onun xarakterik cəhətləridən söz açılarkən deyilir: “Təsviri incəsənət fənni üzrə
təhsil proqramı (kurikulumu) bu fənnin təlimi qarşısında qoyulan məqsəd və vəzifələri
müəyyənləşdirən, müvafiq təlim standartlarının reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən
konseptual sənəddir. Sənəd müasir dövrün tələblərini, şagirdlərin təlim imkanlarını, maraqlarını və
meyillərini nəzərə alaraq, fənnin tədrisinin məzmununu, təlim strategiyasını müəyyən edir. Sənəddə
fənn üzrə ümumi təlim nəticələri, təlimin məzmunu (məzmun standartları), şaquli və üfüqi
inteqrasiya, müəllim və şagird fəaliyyətlərinə aid texnologiyalar, şagird nailiyyətlərinin
qiymətləndirilməsi məsələləri əhatə edilir” (1).
Kurikulumda başlıca diqqət nəticəyəyönümlülüyə istiqamətlənmişdir. Başqa sözlə, yalnız
biliklərə yiyələnmək deyil, əsas etibarilə zəruri bacarıq və vərdişlərə sahib olmaq nəzərdə tutulur.
V-VII siniflərdə keçilən incəsənətə dair dərs-söhbətlər gerçəklik və ətraf aləmin təbii
mənzərəsi haqqında məktəblilərdə aydın təsəvvür yaradır. “...Təhsil proqramı (kurikulumu)”nda
qeyd olunduğu kimi, "Təsviri fəaliyyət şagirdləri məkan və forma ölçülərini hiss etməyə, obrazlı və
məntiqi düşünməyə, bu düşüncələri vizual obrazlarda əks etdirməyə istiqamətləndirir” (1).
İncəsənətə dair dərs-söhbətlər V-VII siniflərdə təhsil alanların bir tərəfdən estetik zövünü,
estetik düşüncə və təfəkkürünü, digər tərəfdən hadisələri bədii təsvir vasitələri ilə ifadə etmək
bacarıqlarını inkişaf etdirir, son nəticədə onlarda estetik və bədii mədəniyyət formalaşdırır.
“Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət
151
fənni üzrə təhsil proqramı (kurikulumu)”nda ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə
təlim nəticələri aşağıdakı kimi öz ifadəsini tapmışdır: “1.Cəmiyyət və təsviri incəsənət
Şagird:
-Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini şərh edir.
-Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında
məlumatları şərh və təqdim edir. Təsviri sənət növlərini, onları təşkil edən əsas janrları ayırır,
xarakterik xüsusiyyətlərini izah edir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
- Həyati görüntüləri real, abstrakt tərzdə təsvir edir.
-Bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
3. Estetik reaksiya
Şagird:
-Bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə, müxtəlif səpkili estetik emosional hisslərə
görə müqayisə və izah edir.
- Təsviri sənətin növ və janrlarını xarakterik xüsusiyyətlərinə görə ayırır, estetik təsirini izah
edir.
1.4. Fəaliyyət xətləri
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların vasitəsilə
verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə
nümayiş etdirilir” (1).
V-VII siniflərdə incəsənətə dair dərs-söhbətlər haqqında danışılan məsələlərin reallaşmasına
kömək edir və etməldidir. Heç təsadüfi deyildir ki, təsviri incəsənət fənninin məzmun standartlarına
aydınlıq gətirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik diqqət mərkəzində dayanmışdır:
“-təsviretmə tətbiqetmə məlumat mənbələrindən istifadə;
- əlaqələndirmə müqayisə və təhliletmə sistemləşdirmə və təsnifetmə, proqnozlaşdırma
problemin həlli təqdimetmə dəyərləndirmə” (1).
V-VII siniflərdə dərs ilinin sonunda şagirdlər incəsənət fənni üzrə hansı billik, bacarıq və
vərdişlərə yiyələnməlidirlər? Bu məsələ ilə maraqlandıq. “...İncəsənət fənni üzrə təhsil proqramı
(kurikulumu)”nda həmin suala cavab tapdıq. Öyrəndik ki:
“V sinfin sonunda şagird:
-Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir.
-Təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik
xüsusiyyətlərinə görə şərh edir. Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri
(Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin,
Sandro Botiçelli, Donatello, Paolo Uccello) və onların əsərləri haqqında məlumatları şərh edir.
Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin növlərində (qrafika,
rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir edir.
-Sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
-Təsviri sənət növlərini ayırır, milli-üslubi cəhətini nümunələr əsasında estetik emosional
hisslərə görə izah edir” ( 1).
Bəs VI sinifdə necə? Yenə “...İncəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”na müraciət
etdik. Məlum oldu ki:
“-VI sinfin sonunda şagird: təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu izah edir.
-təsviri və dekorativ sənətin növ və janrlarını (natürmort, mənzərə, portret) bədii
xüsusiyyətlərinə görə şərh edir. Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri
(Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da
Vinçi, Mikelancelo, Rafael Santi, Albrext Dürer, Memar Sinan) və onların əsərləri haqqında
məlumatları şərh edir. Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin
janrlarında (natürmort, mənzərə, portret) real və abstrakt tərzdə təsvir edir.
-məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
-təsviri sənətin janrlarını ayırır, milli-üslubi cəhətini estetik-emosional hisslərə görə izah
152
edir” (1, ).
VII siniflə bağlı əldə etdiyimiz məlumatlar bunlardır:
VII sinfin sonunda şagird:
-təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir.
-təsviri və dekorativ sənətin növ və janrlarını (məişət və əsatir) xüsusiyyətlərinə görə şərh edir.
-Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri (Müzəffər Əli, Kamil
Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, İlya Repin, Rembrandt, Velaskes, Karavacco) və onların
əsərləri haqqında məlumatları şərh edir. Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri
incəsənətin müxtəlif növündə (dizayn, milli geyimlər, bədii hörmə) real və abstrakt tərzdə təsvir edir.
Müxtəlif texniki avadanlıqlar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir. Təsviri sənətin
növ və janrlarında milli-üslubi cəhətləri estetik-emosional hisslərə görə fərqləndirir” (1).
“Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət
fənni üzrə təhsil proqramı (kurikulumu)”nda ümumi təhsilin pillələri və həmin pillələrdə tədris edilən
fənlər arasında əlaqələrin yaradılması ilə bağlı təsviri incəsənət fənninin təlimində fənlərdaxili və
fənlərarası inteqrasiyadan faydalanmaq faydalı və səmərəli vəzifə olaraq diqqət mərkəzinə gətirilmişdir.
“Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda göstərildiyi kimi, inteqrasiya -
müəyyən təhsil sistemində məktəblilərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını
formalaşdırmaq, onları inkişafa və özünüinkişafa yönəltmək üçün təlimin məzmun komponentləri
arasında struktur əlaqələrə nail olmaq və sistemləşdirməkdən ibarətdir.
İnteqrasiya nəticəsində təsviri incəsənət fənninin məzmunu tədricən yeni məlumatlarla
zənginləşir, mövzulararası əlaqələr sayəsində maraqlı olur.
Bu sahədə başlıca xüsusiyyəti odur ki, məktəbli oğlan və qızlar başlanğıc problemi diqqətdə
saxlamaqla onunla sıx əlaqədar olan bilik və bacarıqları xeyli zənginləşdirirlər.
“Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda oxuyuruq: “Fəndaxili və
fənlərarası inteqrasiya prinsipinə istinad olunması təsviri incəsənət fənni üzrə şagirdlərin
dünyagörüşünü genişləndirir, bu sahədə əldə etdkləri zəruri bilik və bacarıqların müxtəlif sahələrdə
tətbiqi yollarını asanlaşdırır, şagirdlərdə təsəvvürü, təxəyyülü, təfəkkürü inkişaf etdirərək həyati
bilik və bacarıqların əldə olunmasına və təkmilləşdirilməsinə şərait yaradır” (1).
Bu, bir həqiqətdir ki, təsviri incəsənət kurikulumu bilik və bacarıqların yarı-ayrı fənlərin
köməyilə təşkil edilən konsepsiyasına istinad edir. Həmin yanaşma nəzərdə tutur ki, məktəblilər
fənlər üzrə keçdikləri mövzular vasitəsilə müxtəlif sahələr üzrə müəyyənləşdirilmiş məzmunu
bilməli və tətbiqinə nai olmalıdırlar.
V-VII siniflərdə dərs-söhbətlərin təşkili zamanı incəsənətə dair şagirdlərə məlumatların
verilməsi zamanı fənlərarası və fəndazili əlaqələrə müraciət olunması, bir tərəfdən şagirdlərin
marağına, onların zəruri məlumatlara yiyələnmələrinə şərait yaradır, onların fəallığını, biliklərə
yiyələnmə həvəsini və tələbatını artırır, digər tərəfdən, incəsənət təliminin səmərəliliyini yüksəldir.
Fənn müəllimi nəzəri və metodik hazırlığa malik olmalı, pedaqoji ustalıq nümayiş
etdirməlidir. Bu sahədə müəllim-şagird münasibətlərinin düzgün qurulması da az əhəmiyyət
daşımır. Yüksək nəzəri hazırlığa malik olmaq hələ müəllim üçün kifayət etmir, o, metodik səriştəyə
də yiyələnməlidir. Bundan başqa, şagirdlərlə ünsiyyəti qura bilmirsə, onların yaş və anlaq
səviyyələrini nəzərə almırsa, həm də müəllim-şagird ünsiyyəti lazımi səviyyədə deyilsə, dərsin
məqsədinə çatmaq çətin olur.
Problemin aktuallığı. “Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX
sinifləri üçün təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda incəsənətə dair
söhbətlərin aparılması imkanları araşdırılır.
Problemin elmi yeniliyi. “Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda
incəsənətə dair söhbətlərə ayrılan yer diqqət mərkəzinə gətirilir.
Problemin praktik əhəmiyyəti. Məqalədən təsviri incəsətət fənni üzrə məşğələləri aparan
müəllimlər faydalanacaqlar.
153
ƏDƏBİYYAT
1.“Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət
fənni üzrə təhsil proqramı (kurikulumu)”. Bakı, ARTPİ, 2013.
РЕЗЮМЕ
Э. Гасанова
Беседы об искусстве в программе (куррикулме) по предмете
изобразительного искусства для 1-9 классов общеобоазовательных школ
В статье предпринята попытка дать современное понимание педагогики
изобразительного искусства на основе сравнения различных направлений и концепций
художественного образования средствами изобразительного искусства.
Изобразительное искусство в 5-7 классах призвано обеспечить формирование
художественно-образного мышления, развитие творческих способностей, обучение основам
изобразительной грамотности, привитие практических навыков работы в различных видах
изобразительной деятельности, приобщение к наследию отечественного и мирового
искусства и другие.
ABSTRACT
E. Hasanova
Talk about the art program (kurrikulme) on the subject of the fine
arts for grades 1-9 comprehensive
schools
The article based on an attempt to give a modern understanding of the pedagogy of fine art
on a comparison of various directions and concepts of art education by means of art.
Fine arts in grades 5-7 is intended to ensure the formation of artistic and creative thinking,
creativity, learning the basics of graphic literacy impart practical skills in different kinds of graphic
activity, introduction to the heritage of national and world art, and others.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
154
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
METODİKA
MƏMMƏD KAZIMOV
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
E-mail memmedkazim@mail.ru
UOT:37.01
KREDİTLİ TƏLİMDƏ QİYMƏTLƏNDİRMƏ ÜSULLARI
Açar sözlər: kreditli təlim, yeni texnologiyalar, kompleks yanaşma, keyfiyyət,
qiymətləndirmə üsulları, qiymətləndirmə standartları,mənimsənilmə səviyyəsi
Key words: credit system of education, technologies, complex approach, quality, assessment
methods, assessment standards, acquisition leve
Ключевые слова: кредитного обучения, новыетехнология, комплексный подход,
качество, методы оценивания, стандарты оценивании, уровень восприятия
Respublikanın orta ixtisas təhsili müəssisələrində tədrisin təşkilinə, təlimin keyfiyyətinin
yüksəldilməsinə və mütəxəssis hazırlığının səviyyəsinin inkişafına istiqamət verən və təhsili dövrün
tələbləri səviyyəsinə uyğunlaşdırılmasına imkan yaradan amillərdən biri də kreditli təlimdir. Kreditli
təlim prosesi zamanı tələbələrə aşılanan biliklərin əsasını müəllimlərin pedaqoji ustalığı, onların
apardıqları izahat işlərinin çoxsahəliliyi, tələbələrə verdikləri göstərişlər və təlim prosesi zamanı tətbiq
etdikləri pedaqoji səriştəlilik təşkil edir.Kreditli təlim prosesi orta ixtisas təhsili sistemində müəllimin
audutoriyada apardığı mühazirə, şagirdlərlə yaratdığı canlı əlaqə, elmi biliklərin tələbələrə ötürülməsi və
onların fəaliyyətinin qiymətləndirilməsi zəngin informasiya prosesidir (1,4 ). Ənənəvi təlim prosesindən
fərqli olaraq kreditli təlimdə mühazirə və tapşırıqlar üçün seçilən mövzular müasir tələb və məzmuna
uyğun olan məntiqə əsaslanır , tənqidi və yaradıcı təfəkkürün formalaşdırılmasına və nəzəri biliklərin
müstəqil sərbəst mənimsənilməsinə yönəldilir müasir qiymətləndirilmə üsullarından istifadə edilir. Belə
olan halda tələbələrdə elmi-tədqiqat üzrə yaradıcılıq vərdişləri formalaşır, mənimsəmə səviyyəsi
yüksəlir və kreditli təlim nəticəsində qazandığı biliyin qiymətləndirilməsi müasir üsul və vasitələrlə
həyata keçiriulir. Kredit sisteminin tələblərindən istifadə etməklə dərs aparan müəllimdən yaradıcılıq və
səriştəlilik texnikası, auditoriyada bələdçilik və istiqamətləndiricilik xüsusiyyətləri yaradan, qarşıya
qoyulan məsələni təhlil edib nəticə çıxarmaq qabiliyyəti formalaşdırmağı bacaran bir öyrədici olmaq,
qiymətləndirmə prosesində şəffaflığın təminatçısı kimi fəaliyyət göstərmək tələb olunur (3,4,).
Kolleclərdə müəllim hazırlığı ixtisası üztə təhsil alan tələbələr ümumtəhsil məktəblərində
dərs apararkən kurikulum tələblərinə uyğun qiymətləndirmə meyarlarını və üsullarını dərindən
bilməlidirlər ki, onlar dərs prosesində bu meyarları və üsulları tədrisdə istifadə etməyi bacarsınlar.
Kurikulumun qoyduğu tələblərinə görə bu qiymətləndirmələr Diaqnostik, Formativ və Summativ
olmaqla üç əsas qrupq bölünür. Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul və vasitələrə
nəzər salaq: Yəni müllim hər hansı qiymətləndirmə üsuludan istifadə etmək istəyirsə onda seçdiyi
qiymətləndirmə üsuluna uyğun olan vasitənin tətbiq olunması daha yüksək effekt verər (2,6).
Qiymətləndirmə üsulunun bölməsinə uyğun olan maddə vasitələrə uyğun gəlməlidir. Daha doğrusu
bir üsul özünə uyğun gələn vasitə ilə əlaqəlidir. Bunu müqayisəli şəkildə aşağıdakı kimi verək.
Üsullar:
Vasitələr:
Müşahidə
(müəllim
şagirdin
təlim
fəaliyyətini
müşahidə
əsasında
qiymətləndirir)
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən
gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli)
Müsahibə (şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (müəllimin diaqnoz
qoymaq istədiyi vərəq)
Sorğu
Sorğu vərəqi
Tapşırıq vermə
Çalışmalar
Valideyn və müəllimlərlə söhbət
Söhbət və müəllimin sorğu vərəqi
Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsini aşağıdakı cədvəldə verək.
Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi
155
Ənənəvi qiymətləndirmə
Müasir qiymətləndirmə
Qiymətləndirmə şagirdə qiymət yazmaq kimi
qəbul olunurdu, şagird yalnız qiymət almaq
xatirinə oxuyurdu
Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəl–
dilməsinə yönəldilir və onu idarə edən vacib amil
kimi meydana çıxarır
Cari qiymətləndirmə formalizmə yol verilirdi.
Qiymətləndirilmə müəllimin subyektiv rəyinə
əsaslanırdı.
Cari
qiymətləndirilmənin
aradan qaldırılması
məzmun
standartlarının bütövlükdə mənim-
sənilməsini və qiymətləndirmənin obyektivliyini
təmin edir
Tədris prosesinin yalnız müəyyən bir
hissəsində tətbiq edilirdi
Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir
Əsasən bilik səviyyəsi qiymətləndirilirdi.
Şagirdin
nailiyyəti
(qazanılan
dəyərlər)
qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir
Qiymətləndirmə standartları mövcud deyildi.
Məzmun
standartlarının
mənimsənilməsi
səviyyəsini
ölçmək
üçün
qiymətləndirmə
standartları müəyyənləşdirilmişdir
Anlayışlar (açar söz) Ənənəvi qiymətləndirmə
Müasir qiymətləndirmə
Məqsədlər
Bilik,
bacarıq,
vərdiş.
Biliklərin inkişafına yönəlmiş.
Reallıqda
əsasən
bilik
səviyyəsi qiymət–ləndirilirdi
Bilik,
bacarıq,
vərdiş,
dəyərlər.
Şəxsiyyətin inkişafına yönəlmiş. Şagirdin
nailiyyəti
(qazanılan
dəyərlər)
qiymətləndirilir, inkişafı sistemli şəkildə
izlənilir.
Rol və vəzifələr
Qiymətləndirmə
şagirdə
qiymət yazmaq kimi qəbul
olunurdu, şagird yalnız qiymət
almaq
xatirinə
oxuyurdu.
Tədris
pro–sesinin
yalnız
müəyyən bir his–səsində tətbiq
edilirdi
Qiymətləndirmə
təhsilin
keyfiyyətinin
yüksəldilməsinə yönəldilir və onu idarə
edən vacib amil kimi meydana çıxır.
Tədris prosesinin bütün mərhələlərində
tətbiq edilir.
Növlər
Cari və yekun qiymətləndirmə
Diaqnostik, formativ (holistik, analitik),
summativ qiymətləndirmə
Xüsusiyyətlər
Daha
formal,
qeyri-dəqiq,
müəllimin subyektiv rəyinə
əsaslanırdı, sistemsiz
Standart əsasında qurulur. Daha obyektiv,
dəqiq, adekvat, sistemli
Meyarlar,
göstəricilər
Mövzulara əsaslanan
Qiymətləndirmə standartlarına əsaslanan
Üsul və vasitələr
Məhdud və qeyri-çevik (şifahi
cavab, yoxlama işləri, testlər)
Daha müxtəlif və çevik (müsahibə, söhbət,
müşahidə,
rubriklər,
tapşırıqlar,
valideynlərlə və digər fənn müəllimləri ilə
əməkdaşlıq, şagirdlərin şifahi cavabları,
şagirdlərin yazı işlərinin təhlili, test
tapşırıqlarının nəticələri)
Formativ qiymətləndirmədə tövsiyə olunan üsul və vasitələr.
Dostları ilə paylaş: |