Heydər Əliyev Muzeyi fondunda və ekspozisiyasında mövcud
eksponatların biblioqrafiyası (nümunələr)
1. "Azərbaycan Prezidenti Heydər Əliyev". Əməkdar rəssam Rəfael Abbasov, kətan, yağlı boya,
2009, ölçüsü 139 x 104,5 sm. HƏM - 3927/R-9.
2. "Ulu öndərin dekorativ portreti". Rəssam Akif Həsənov, 2010. HƏM - 21152/T-24.
3. "Portret janrında işlənmiş xalça". Heydər Əliyevin 75 illiyinə həsr edilib, ölçüsü 247 x 153
sm. HƏM - 3478/T-19, 1996.
4. "Tarix"-xalça. Rəssam Səlahəddin Mahmudov, ölçüsü 221 x 136 sm. 2000, HƏM - 73/T-2.
5. "Yüksəkliyə doğru həyat yolu"-xalça. Rəssam Səlahəddin Mahmudov, ölçüsü 244 x 148 sm.
1999, HƏM - 74/T-1.
6. "Heydər Əliyev - 80 il". Xüsusi hazırlanmış dekorativ məruzə qovluğu, ölçüsü 30,5 x 21,8
sm. HƏM - 292/T-5.
7. Heydər Əliyevin 75 illiyinə buraxılmış "Qızıl qol saatı", ölçüsü e.d.-3,8 sm. HƏM - 289/T-3.
8. Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi illərdə iş otağında istifadə etdiyi
"Yantar" sütunlu saat, ölçüsü hündürlüyü 21 sm. HƏM - 2228/SA-26.
9. "Sönməz günəş". Yağlı boya ilə çəkilmiş portret. Əməkdar rəssam Telman Abdinov, ölçüsü
100 x 70 sm. HƏM - 97/U-2.
10.Ümummilli liderimizin rəngli muncuqlarla işlənmiş portreti. Rəssam Tahirə Cəlilova, ölçüsü
206
73 x 50 sm. HƏM - 97/N-2.
11.Ümummilli liderimizin ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın yağlı boya ilə
işlənmiş portreti. Əməkdar rəssam Telman Abdinov, ölçüsü 70 x 50 sm. HƏM - 306/R-3.
12.Heydər Əliyevə məxsus üst geyimi-palto. HƏM - 430/27.
13. Heydər Əliyevə məxsus papaq (baş geyimi). HƏM - 433/28.
14. Heydər Əliyevə məxsus kostyum. HƏM - 434/SA-29.
15. Heydər Əliyevə məxsus qalstuk. HƏM - 436/SA-31.
16. Ulu öndərimizin Naxçıvanda istifadə etdiyi neft lampası. HƏM - 216/SA-11.
17. Ulu öndərimizin Naxçıvanda istifadə etdiyi telefon aparatı, ölçüsü 19 x 5 sm. HƏM -
215/SA-10.
18. Ulu öndərimizin üzərində gəzdirdiyi miniatür "Qurani-Kərim" ayəsi, ölçüsü 8,5 x 6,3 sm.
HƏM - 50/S-13.
19. Ulu öndərimizə məxsus eynək, ölçüsü 15 sm. HƏM - 3778.
20. Ulu öndərimizin qızıldan hazırlanmış imzası, ölçüsü 3,5 sm. HƏM - 291/T-21.
21. Azərbaycan Respublikası Dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr edilmiş marka,
ölçüsü 9-8 sm. HƏM - 275/117.
22."Ömür yollarında" portret. Əməkdar rəssam Camal İsmayılov. Yağlı boya, ölçüsü 140 x 95
sm. HƏM - 416.
23. Üzərində Dövlət Bayrağı Meydanı təsvir olunmuş xatirə lövhəsi, ölçüsü 10 x 10 sm. HƏM -
3938/M-51.
Cəlil Məmmədquluzadə ev muzeyi
Biblioqrafiya nümunələri
Giriş
Böyük demokrat, yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin xatirəsinin
əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində doğulduğu evdə ev muzeyinin yaradılması
haqqında ümummilli lider Heydər Əliyev 1998-ci ildə sərəncam imzalamışdır. Muzeyin açılışı
1999-cu ilin oktyabr ayında ulu öndərimizin iştirakı ilə olmuşdur. Açılış mərasimində ümummilli
liderimiz geniş nitq söyləmişdir. O demişdir:
"Bilirsiniz mən xoşbəxt günlərimdən birini yaşayıram. Nə üçün? Çünki arzuma çatmışam.
Çünki Mirzə Cəlilin ev-muzeyini yaratmaq istəmişəm, bunu da yaratmışam. Azərbaycanın
möhtərəm adamları ilə bir yerdəyəm və bunu bir yerdə açırıq. Allah Mirzə Cəlilə rəhmət eləsin.
Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır".
Ev muzeyi 2 otaq, foye və fonddan ibarətdir. Açılış mərasimində fond və ekspozisiyalarda
55 eksponat olduğu halda, indi onların sayı 2000-ə dək olmaqla, 2 əsas, 1 köməkçi fonddan
ibarətdir. Muzeydə aşağıda göstərilən kolleksiyalar tərtib edilmişdir.
Çap əsərləri, xatirə əşyaları, sənədlər, fotolar, təsviri sənət əsərləri, əlyazmalar, neqativlər,
numizmatika və s.
Fondlarda və ekspozisiyalarda görkəmli yazıçının həyatı, ədəbi irsi, ictimai-ədəbi fəaliyyəti,
"Molla Nəsrəddin" jurnalına aid materiallar, dramaturgiyası, felyetonları, hekayələri və
yaradıcılığına aid digər materiallar-eksponatlar mühafizə olunaraq nümayiş etdirilir.
Muzeydə mövcud eksponatlar ayrı-ayrı müvafiq fondlarda yerləşdirilmiş, elmi cəhətdən
işlənilmiş, araşdırmalar aparılmış, kataloqlar, şəhadətnamələr yazılmış, pasportlaşdırılmış, ümumi
və elmi kitablarda qeydlər aparılmışdır.
Eksponatlar muzey təlimatına uyğun işlənilmiş, fondlar üzrə ayrılmış, biblioqrafiyalar tərtib
edilmişdir.
Bunlardan nümunələri qeyd etməyi lazım bilirik.
1. Kitab C.Məmmədquluzadə "Naxçıvanlı müasirləri", Bakı, 1967, CMEM-73.
2. Kitab C.Məmmədquluzadə "Ər", "Oyunbazlar", Bakı, 1990, CMEM-107.
3. Kitab İsa Həbibbəyli "C.Məmmədquluzadə", Bakı, 1994, CMEM-110.
4. Jurnal "Molla Nəsrəddin" № 3, 1909, CMEM-357.
5. Jurnal "Molla Nəsrəddin" № 12, 1906, CMEM-352.
207
6. Kitab İsa Həbibbəyli "C.Məmmədquluzadə mühiti və müasirləri", Bakı, 1997, CMEM-378.
7. Kitab Əziz Şərif "Molla Nəsrəddin necə yarandı", Naxçıvan, 2009, CMEM-1420.
8. Kitab M.C.Cəfərov "İnsanlar və talelər", Naxçıvan, 2009, CMEM-1425.
9. Kitab C.Məmmədquluzadə "Seçilmiş hekayələr", 2011, CMEM-1543.
10.Foto. C.Məmmədquluzadənin ev muzeyinin açılışı, Naxçıvan, 31 dekabr, 1998, CMEM-1.
11. Foto. C.Məmmədquluzadənin ev muzeyinin açılışı, Naxçıvan, 1998, CMEM-4.
12. Foto. C.Məmmədquluzadənin doğum haqqında şəhadətnaməsi, CMEM-26.
13. Foto. C.Məmmədquluzadənin Parisdə yaşayan nəvəsi Sudai Səqqətçiyə ilə görüş. Paris 12
dekabr 1998, CMEM-69.
14. Foto. C.Məmmədquluzadənin ev muzeyini ümummilli lider Heydər Əliyev ziyarət edərkən.
Naxçıvan, 13 oktyabr 1999, CMEM-268.
15. Foto. C.Məmmədquluzadə, oğlanları Midhət və Ənvər. CMEM-70.
16.Xatirə əşyası. C.Məmmədquluzadənin qızı Münəvvər xanıma məxsus fortepiano. CMEM-
356.
17.Xatirə əşyası. Dolça-naxışlı misdən. CMEM-240.
18. Xatirə əşyası. Stul-oturacağı həsirdən. CMEM-50.
19. Xatirə əşyası. Güldan-şüşədən, ayaqlı, naxışlı. CMEM-518.
20. C.Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinə qrafik illüstrasiya. Naxçıvan 2000. Xalq
rəssamı H.Əliyev. CMEM-289.
21. C.Məmmədquluzadə "Ölülər" əsərinə qrafik illüstrasiya. Naxçıvan 2000. Xalq rəssamı
H.Əliyev.
22. C.Məmmədquluzadənin portreti. Naxçıvan 2000. Xalq rəssamı H.Əliyev. CMEM-301.
23. Mirzə Ələkbər Sabirin portreti. Naxçıvan 2000. Xalq rəssamı H.Əliyev. CMEM-306.
Hüseyn Cavid ev muzeyi biblioqrafiyadan nümunələr
Giriş
Böyük Hüseyn Cavidin ev muzeyinin Naxçıvanda yaradılması haqqında ulu öndərimiz
Heydər Əliyevin 1981-ci il tarixli imzaladığı qərara əsasən 1984-cü il iyun ayının 9-da Naxçıvan
şəhərində anadan olduğu evdə açılışı olmuşdur.
Hazırda muzeyin fond və ekspozisiyalarında 9000-dən çox eksponat toplanmışdır.
Bütün eksponatlar böyük şair dramaturqun həyatını və fəaliyyətini, yaradıcılığını əks etdirir.
(Fotolar, əsərlərinin ilk nüsxələri, dram-teatr əsərlərinin afişa və proqramları, müxtəlif illərin
sənədləri, xatirə və ev əşyaları, məktublar, təsviri sənəd əsərləri, ailə albomları və fotoları və s.)
xüsusilə Cavidin qızı Turan xanım (Turan Cavid) tərəfindən muzeyə təqdim edilmiş hədiyyə-
eksponatlar daha maraqlı və qiymətlidir.
Muzeyə daxil olan eksponatlar, toplanmış hər bir muzey əşyası muzey təlimatına uyğun baş
və elmi inventar kitablarına qeyd edilmiş, pasportlar, inventar nömrələri yazılır. Fondda çap
əsərləri, xatirə əşyaları, məişət etnoqrafiya, əlyazma, foto və neqativ, təsviri sənəd, sənədlər və
digər bölmələr-fondlar yaradılmışdır. Muzey əməkdaşları daxilolma kitabları əsasında eksponatları
sistemləşdirərək kataloqlaşdırıb, şəhadətnamələr yazır, biblioqrafik məlumatlar hazırlayırlar. Həmin
məlumatlardan bir neçə nümunələri aşkarlayaq:
1. Hüseyn Cavid "İblis", 1924, HCM-2186.
2. Hüseyn Cavid "Səyavuş", 1934, HCM-242.
3. Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədə məxsus "Qurani-Kərim". HCM-7176.
4. Əziz Şərif "Seçilmiş günlərdən", 1977. HCM-625.
5. Rəfail Hüseynov "Əbədi Cavid", 2007. HCM-7383.
6. İsa Həbibbəyli "Romantik lirikanın imkanları", 1984. HCM-3683.
7. Hüseyn Cavidə məxsus cib saatı. HCM-2214.
8. Hüseyn Cavidə məxsus qələm qabı. HCM-103.
9. Hüseyn Cavidə məxsus eynək. HCM-6276.
10.Rəssam M.C.Seyidov "Şairin yuxusu", kətan, yağlı boya. HCM-8013.
11.Xalq rəssamı Oktay Sadıqzadə "Hüseyn Cavid aləmi", kətan, yağlı boya. HCM-215.
208
12. Xalq rəssamı Hüseynqulu Əliyev "Hüseyn Cavid və demonizm", kağız, tuş. HCM-3028.
13.Akif Qazıyev "Hüseyn Cavid", büst-gips. HCM-986.
14.Xalq rəssamı Ömər Eldarov "Hüseyn Cavid" büst-gips. HCM-5506.
15.Akif Əsgərov "Hüseyn Cavid" heykəl, gips. HCM-3667.
16. Hüseyn Cavidin 100 illik yubileyinə buraxılmış zərf. HCM-3760.
17. Hüseyn Cavidin 100 illik yubileyinə buraxılmış döş nişanı. HCM-3771.
18. Hüseyn Cavidin 100 illik yubileyinə aid dəvətnamə və proqram. HCM-3771.
19.Foto. Hüseyn Cavid, Mişginaz Cavid və Ərtoğrol Cavid. 1922. HCM-3664.
20. Foto. Hüseyn Cavid. 1923-cü il, 1926. HCM-3662, 3661.
21. Foto. "Ailə fotosu". 1926. HCM-3663.
22. Foto. Mişginaz Cavid, Hüseyn Cavid. 1912. HCM-3665, 3660.
Cəmşid Naxçıvanski ev muzeyi
Biblioqrafiyadan nümunələr
Giriş
Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərində ev muzeyi 1982-ci ildə ulu
öndərimiz Heydər Əliyevin Cəmşid Naxçıvanskinin 85 illik yubileyi münasibətilə imzaladığı
sərəncama əsasən yaradılmışdır.
Muzeyin yaradılmasında məqsəd Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti, onun keçdiyi
döyüş yolu haqqında materiallar toplamaq, insanları-xalqı məlumatlandırmaq, eyni zamanda
Naxçıvan xanlığı, Kəngərli generalları haqqında məlumat əldə etmək olmuşdur.
300 eksponatla 1987-ci ildə fəaliyyətə başlayan muzeydə 2014-cü ilə olan məlumata əsaslanıb
deyə bilərik ki, 6000-ə yaxın eksponat mövcuddur.
Fond və ekspozisiyalarda eksponatlar xronoloji ardıcıllıqla tərtib edilərək muzeyə gələn
tamaşaçılara təqdim olunur.
Muzeyin salonlarında-ekspozisiyalarda Kəngərlilər nəslinin nümayəndələri I Kalbalı xan, II
Kalbalı xan, İsmayıl xan, Hüseyn xan, III Kalbalı xan, Ehsan xan, Cəmşid xan Naxçıvanskilər
haqqında qiymətli sənədlər, fotolar, şəxsi əşyalar, müxtəlif sənədlər, xatirə əşyaları və başqa
qiymətli və gərəkli materiallardan ibarət ekspozisiyalar, guşələr, sərgilər, stendlər nümayiş olunur.
Muzeyin elmi heyəti muzeyə gələn hər bir şəxsə, hərbçilərə, məktəblilərə, tələbələrə bu
görkəmli nəslin nümayəndələri haqqında məlumatlar, bilgilər verirlər.
Muzeyin tematikasının əsas cəhətlərindən biri adamlarımızda, xüsusilə gənclərimizdə hərbi
vətənpərvərlik keyfiyyətlərinin tərbiyə edilib formalaşdırılması, görkəmli hərb xadiminin həyatı,
keçdiyi şərəfli illəri araşdırmaq, məlumatlar toplayıb adamlara çatdırmaqdır.
Ümummilli liderimiz hələ Naxçıvanda yaşadığı illərdə (1990-cı il 10 avqust) görkəmli
sərkərdənin ev muzeyində olmuş, sərkərdənin heykəli önünə çiçək dəsti qoymuş, muzey işçiləri,
tamaşaçılarla səmimi söhbət etmişdir. O demişdir: "...Cəmşid Naxçıvanski peşəkar hərbçi
olmuşdur. Bütün mənalı həyatını, ömrünü, qüvvə və bacarığını xalqın səadəti naminə sərf
etmişdir. Onun xidmətləri layiqincə qiymətləndirilmişdir. Doğma Naxçıvanda görkəmli
sərkərdənin ev muzeyi yaradılmışdır" (8).
Muzeyin fondlarından və ekspozisiyasından
biblioqrafik nümunələr
1. Foto. Cəmşid Naxçıvanskinin qızı Aliyə Naxçıvanski tərəfindən hədiyyə edilib, 1 ədəd,
40 x 25 sm. 1983. NEM-8.
2. Foto. Cəmşid Naxçıvanskinin ailəsi tərəfindən hədiyyə edilib, 1 ədəd, 1983. NEM-10.
3. Foto. Cəmşid Naxçıvanskinin ailəsi tərəfindən hədiyyə edilib, 6 ədəd, müxtəlif foto-
şəkillər. 1983. NEM-11, 12, 13, 14, 15, 16.
4. Foto. Cəmşid Naxçıvanskinin müxtəlif formatda foto-şəkilləri. NEM-44, 49, 50, 52.
5. Foto. Cəmşid Naxçıvanskinin fotosu. Azərbaycan Dövlət Arxiv İdarəsi tərəfindən daxil
olub. 18 x 12 sm. 1983. NEM-88.
6. Foto. Cəmşid Naxçıvanskinin müxtəlif vəzifələrdə və müxtəlif ölçülərdə foto-şəkilləri.
NEM-94, 436, 460.
209
7. Sənədlər. Cəmşid Naxçıvanskinin attestasiya sənədləri, kağız 3 ədəd, 28 x 30 sm. 1983.
NEM-37, 38, 39.
8. Cəmşid Naxçıvanskinin 1933-cü il istintaq işinin sənədi, 1 ədəd, 2006-cı il. NEM-2790.
9. Cəmşid Naxçıvanskinin güllələnməsi haqqında SSRİ Xalq Daxili İşlər Komissarlığının
xüsusi şöbəsi, 26 avqust 1938-ci il tarixli arayışı (sənədin fotosu), 2 ədəd. NEM-3002.
10. Portret. Cəmşid Naxçıvanskinin anasının portreti, rəsm əsəri, kətan 20 x 90 sm. Xalq
rəssamı Hüseynqulu Əliyev, 1983. NEM-114.
11. "Görkəmli sərkərdə", rəsm əsəri, kətan, yağlı boya, 103 x 70 sm. Rəssam N.Əliyev,
1989. NEM-903.
12. "Sərkərdənin gəncliyi", rəsm əsəri, kətan, yağlı boya, 114 x 77 sm. 1991. NEM-905.
13. Cəmşid Naxçıvanskinin həyat yoldaşı və qızının portretləri. Rəssam Qədirulla Bağırov.
1991-ci . NEM-910, 911.
14.Xatirə əşyaları. Cəmşid Naxçıvanskinin ailə albomu. 2011. NEM-3091.
15. Cəmşid Naxçıvanskinin şəxsi foto aparatı. 1898. ABŞ istehsalı. NEM-849.
16. Cəmşid Naxçıvanskinin popiros qabı. 1987. NEM-623.
17. Cəmşid Naxçıvanskinin şəxsi əşyası-lupa (böyüdücü). NEM-847.
18. Qeyd: Cəmşid Naxçıvanskinin haqqında mətbuatda dərc olunmuş müxtəlif illərə aid
kitablar, jurnallar, qəzetlər... 1983-2010.
Qeyd: Elmi tədqiqat yenidir, indiyədək işlənməmişdir. Gələcəkdə bu qəbildən olan digər
muzeylərimizin fəaliyyəti də tədqiq olunacaqdır.
Müəllif peşəkar muzey işçisi kimi 50 ilə yaxındır ki, mədəniyyət-muzey işi sahəsində
fəaliyyət göstərir. 30 ildən artıq C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyinə
rəhbərlik etmişdir. Muxtar respublikamızda muzeylərin yaranması və fəaliyyətinə elmi-metodik
köməkliklər göstərilmişdir(8).
"Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır" elmi-metodiki kitabın müəllifi
olmaqla (Naxçıvan "Əcəmi" nəşriyyatı, 2003) 5 kitab və kitabçanın, elmi-metodiki, ictimai-siyasi,
ədəbi-bədii jurnallarda, mətbuatda mədəniyyət, muzey işinə aid yazılarla çıxışları olmuşdur(7. s. 9).
ƏDƏBİYYAT
1. Heydər Əliyev. Müstəqillik yolu, Bakı, 1997
2. Həyat yolu, 1923-2003, Naxçıvan, 2008
3. Həyat yolu, 1923-2003, Naxçıvan, 2009
4. Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Elmi Mərkəzi, Bakı, 2007
5. Naxçıvanda görkəmli şəxsiyyətlərin muzeyləri, Mədəni-maarif işi jurnalı, 2008, № 8
6. Naxçıvanda görkəmli şəxsiyyətlərin muzeylərinin fond və ekspozisiya materialları.
7. Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır, Sübhi Kəngərli, Naxçıvan "Əcəmi", 2003
8. İsmayıl Hacıyev, Şükür Məmmədov. Naxçıvan və naxçıvanlılar. Elm, 2001 s 42
9. Naxçıvanda Heydər Əliyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,
Cəmşid Naxçıvanski muzeylərinin fond və ekspozisiya materialları.
ABSTRACT
Subhi Kengerli
Scientific- bibliographic research of museum funds in the independence years
(On the basis of museum materials of the prominent personalities in Nakhchivan)
The museums play an important and efficient role in further improvement of cultural-
scientific level, ideological-political and aesthetic education of personality, every human, and, on
the whole, of all members of the society, as well as, in the formation of their outlook in the years of
independence in our republic.
We come to the conclusion that existence and activity of museums serve our development,
improvement and progress of our people and country.
Modern museums are temples, artistic creation centers and scientific and cultural and
educational institutions which were created and preserved by our people, contain our national-
210
spiritual values, preserve and study them and transfer them to the future generations as public
institutes.
The main aim of the research, as an essential part of the museum work, is to form
bibliography and acquisition work, “personal funds” and to raise other problems, to analyze and
study them, to give necessary recommendations and scientific-methodical aid. For the realization of
these works “Fund innovations”, “Open door days”, “Days of using funds”, “Information-
bibliography hours”, etc. in the museums play a significant role. These events enable the visitors of
the museums to get information and get profit from the “information-bibliography” by using these
services. The article analyzes these matters and provides necessary recommendations.
In the conclusion, it is stated that the discussed topic has not been thoroughly researched and
we think the article can be a useful source for the museum workers and visitors.
We are going to continue our research in this field in future.
РЕЗЮМЕ
Субхи Кенгерли
Научно-библиографическое исследование музейных фондов в период независимости
(на основе материалов музеев видных лиц в Нахчыване)
На современном этапе независимости музеи имеют важную и эффективную роль в
повышении культурно-научного уровня, идейно-политического и эстетического воспитания
личности, каждого человека и в целом общества, в целенаправленном формировании
мировоззрения людей.
Имея в виду все это, приходим к заключению, что существование музеев и их
деятельность служит развитию и прогрессу нашей страны и представителей нашего народа.
Наши современные музеи, как социальные институты, являются храмами,
художественно-творческими
центрами,
научными
и
культурно-просветительскими
предприятиями, где собраны, храняются, изучаются и передаются новым поколениям
национально-нравственные ценности, веками созданные нашим народом.
С привлечением к исследованию указанной темы мы преследуем цель рассмотреть
проблему работы с фондами, библиографической и комплексацией, созданием «личных
фондов» и выявить другие проблемные стороны, анализировать и исследовать, дать
рекомендации, оказать научно-методическую помощь работникам музеев. Для
осуществления этих работ важную роль в музеях играют «Фондовые новости», «Дни
открытых дверей», «Дни использования фондов», «Справочно-библиографические часы» и
другие мероприятия, которые позволяют информировать и облегчить труд в пользовании
услугами музеев пришедших сюда и обратившихся к музею посетителей. Обо всем этом в
работе даны соответствующие рекомендации и откомментированы образцы.
Исследование приводит к заключению, что тема исследования актуальна и до сих пор
еще не разработана, поскольку она имеет научно-методический характер и содержит
соответствуюшие рекомендации, поэтому полезна для работников музея и его посетителей.
В будущем исследование в этой области продолжится автором.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
211
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
VAHİD MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT:781
KAMAL ƏHMƏDOVUN XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ ÜÇÜN VOKAL-
İNSTRUMENTAL ƏSƏRLƏRİNİN ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Keywords: genres, forms, means of expression, national art, music language.
Ключевые слова: жанры, формы, выразительные средства, народное искусство,
музыкальный язык
Naxçıvan musiqi mədəniyyətinin inkişafında tanınmış bəstəkar Kamal Əhmədovun özünə–
məxsus xidmətləri vardır. K.Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk
musiqi təhsilini tar ixtisası üzrə Naxçıvanda almış, daha sonra Bakıda Asəf Zeynallı adına Musiqi
Texnikumunda davam etdirmişdir. Bir müddət Naxçıvanda və Ordubadda işləyir, musiqi
məktəbində xalq çalğı alətləri orkestri yaradaraq, müntəzəm məşqlər keçirir, konsertlər təşkil edir.
Ali təhsil almaq üçün o, yenidən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı
alətləri şöbəsinə daxil olur. Təhsil illərində onda bəstəkarlığa böyük həvəs oyanır. O,
Konservatoriyanın bəstəkarlıq şöbəsinə qəbul olunur, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin
sinfində bəstəkarlıq sənətinin sirlərinə dərindən yiyələnməyə çalışır. Bu dövrdə o, dünya
bəstəkarlarının müasir səpkili əsərlərini öyrənir, bəstəkarlıq yazı texnikasını mənimsəyir.
K.Əhmədovun diplom işi kimi təqdim etdiyi “Cavid” simfonik poeması xüsusilə diqqəti cəlb edir.
Həmin əsər musiqi ictimaiyyətinin diqqətini cəlb edərək, hətta 1988-ci ildə Ukraynada, dirijor
A.F.Qulyanskinin rəhbərliyi altında Krım Dövlət Flarmoniyasının orkestri tərəfindən ifa edilmişdir.
K.Əhmədov təhsilini başa vurduqdan sonra 1985-ci ildə Naxçıvana qayıdır və burada yeni
yaranmış Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru təyin
olunur. 1985-1997-ci illərdə bu kollektivə rəhbərlik edən K.Əhmədov repertuarın zənginləşməsi,
orkestrin ifaçılıq səviyyəsinin yüksəlməsi istiqamətində çox çalışır. Onun idarəsilə orkestr Bakı,
Sumqayıt şəhərlərində dəfələrlə konsertlər verir. K.Əhmədov bir bəstəkar kimi də öz yaradıcılığını
xalq çalğı alətləri orkestri ilə bağlayaraq, bu orkestr üçün müxtəlif janrlı orijinal əsərlər və işləmələr
yaradır. Bu baxımdan onun “Cəngi”, “Süita”, “Naxçıvan eskizləri”, “Rekviyem” kimi əsərləri
diqqətəlayiqdir. Xüsusilə onun 20 yanvar şəhidlərinə həsr olunmuş “Rekviyem” əsəri “Şəhidlər”
simfoniyası adı ilə televiziya və radioda dəfələrlə səsləndirilmişdir.
K.Əhmədov öz yaradıcılığında simfonik, kamera-instrumental və vokal musiqi janrlarına da
xüsusi diqqət yetirir. Onun kamera orkestri üçün Simfoniyası, fortepiano və orkestr üçün konserti
diqqətəlayiq əsərlərdir. Kamera-instrumental əsərlərdən fortepiano üçün “Prelüd və Fuqalar”,
“Variasiyalar”, tar və fortepiano üçün sonata, simli alətlər üçün kvartet qeyd oluna bilər. O, vokal
musiqiyə də öz yaradıcılığında xüsusi yer verir. Onun qarışıq xor üçün “Fuqa” əsəri, müxtəlif
məzmunlu mahnıları bu qəbildəndir.
K.Əhmədov Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Naxçıvan Bəstəkarlar Təşkilatının
məsul katibidir. O, həmçinin Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Bəstəkarlıq”
kafedrasının müdiri kimi pedaqoji və ictimai fəaliyyətlə məşğuldur. Onun əsərləri mütəmadi olaraq,
Bakıda və Naxçıvanda keçirilən Bəstəkarlar İttifaqının qurultay və plenumlarında səsləndirilir.
K.Əhmədovun xalq çalğı alətləri orkestri üçün nəzərdə tutulmuş əsərləri sırasında bir sıra
vokal-instrumental əsərlər də mühüm yer tutur. Bunlardan “Ömrün Heydər Zirvəsi” - solo soprano,
solo tenor, qarışıq xor və xalq çalğı alətləri orkestri üçün, “Vətəndir” - solo tenor və xalq çalğı
alətləri orkestri üçün romans, “Zəfər türküsü” - solo tenor və xalq çalğı alətləri orkestri üçün
yazılmış əsərləri qeyd etməliyik.
Bu əsərlər mövzusuna görə - ümumilikdə vətən mövzusuna həsr olunmuş, eyni zamanda, bu
212
mövzunu geniş planda - tarixi, qəhrəmanı, vətənpərvərlik cəhətlərini açan, böyük şəxsiyyətlər,
qəhrəman oğullar yetirən vətənin möhtəşəm obrazının tərənnümünə həsr edilmiş əsərlər kimi
diqqətəlayiqdir. K.Əhmədovun vətən sevgisi, vətəndaşlıq mövqeyi bu əsərlərdə öz parlaq
təzahürünü tapmışdır.
K.Əhmədovun Zəlimxan Yaqubun sözlərinə yazılmış “Ömrün Heydər zirvəsi” odası
xalqımızın ulu öndəri Heydər Əliyevə həsr olunmuşdur. Qeyd etmək lazımdır ki, müasir dövrdə
Azərbaycan musiqisində ulu öndər Heydər Əliyevi tərənnüm edən, onun adını və əməllərini
əbədiləşdirən əsərlər xüsusi bir mövzu dairəsi kimi formalaşmışdır. Bu əsərlərin tarixi-qəhrəmani
mövzularla bağlılığı onların janr xüsusiyyətlərini də müəyyənləşdirir. Bu baxımdan K.Əhmədovun
oda janrına müraciəti mövzunun əhəmiyyətindən irəli gəlir.
Əsər birhissəlidir, onun kompozisiya quruluşunun vəhdəti və eyni zamanda, obrazın
açılmasına yönəlməsi özünü göstərir. Əsərin kompozisiya quruluşu bir neçə bölmədən ibarət olub,
həm musiqinin xarakteri və emosional təsiri, həm də musiqi dilinin xüsusiyyətləri – lad-tonallıq,
melodik və metroritmik cəhətlərinə görə fərqlənir. Lakin buna baxmayaraq, bunlar əsərin
kompozisiyasının mütənasib qurulmasında və ardıcıl olaraq məzmunun açılmasında mühüm rol
oynayır. Əsərin kompozisiya quruluşunda bölünmə poetik mətnlə bağlı olub, musiqi ilə sözün
vəhdətindən əmələ gəlir. Poetik mətn üç bənddən ibarətdir. Hər bəndin sonuncu misraları təkrar
olunur. Bu da musiqi quruluşunda özünəməxsus şəkildə təcəssüm olunur. Mətndə “Ömrün Heydər
zirvəsi” misrası kompozisiyanı müəyyən bölmələrə ayırmağa və hər bölmədə fikrin bitməsinə şərait
yaradır. Kompozisiyanın bölmələrində musiqi quruluşunun müxtəlifliyi özünü göstərir və hər
bölmənin sonunda təkrarlanan misraların verilməsi nəqəratvari quruluş əmələ gətirir. Bununla
yanaşı, musiqi mətnində variasiyalılıq prinsipinə geniş yer verilməsi, rəngarəng ifadə
vasitələrindən, orkestrləmədən istifadə olunması hər bölmənin oxunmasına yeni cəhətlər
aşılamaqla, obrazın xarakterinin müxtəlif tərəflərinin açılmasına xidmət edir.
Əsər solo tenor və soprano partiyaları, dörd səsli xor və xalq çalğı alətləri orkestri üçün
yazılmışdır və partiturada həm vokal, həm də orkestr partiyalarının özünəməxsus yeri vardır. Vokal
partiyalarla xorun və orkestrin uzlaşdırılması ahəngdarlıq təşkil edir, bir-birini tamamlayır. Bütün
bunlar əsərin əsas obrazının möhtəşəmliyini təsvir etmək üçün bir məqsədə yönəldilmişdir. Burada
vokal (solistlər və xor) və orkestr vəhdətdə, daimi dialoqda, homofon-harmonik fakturada, gah da
polifonik üsullarla qarşılıqlı inkişafda verilərək, partituranın dolğun səslənməsinə xidmət edir.
Əsər kompozisiya quruluşuna görə mürəkkəbdir, belə ki, burada həm bir hissə daxilində
silsiləli formanın əlamətlərini, həm variasiya elementlərini, həm də rondovari xüsusiyyətləri
müşahidə edirik.
“Ömrün Heydər zirvəsi” odası ilk xanələrdən bütün orkestr partiyalarının birgə ifasından
yaranan möhtəşəm səslənməsi ilə diqqəti cəlb edir. Metroritmik quruluşda 6/8 ölçünün 3/4 ölçü
daxilində qruplaşdırılması yüksələn melodik xəttə aramlı, təntənəli səslənmə keyfiyyəti aşılayır.
Ümumiyyətlə, orkestr partiyalarında müəyyən funksional bölünməni qeyd etməliyik. Belə
ki, ayrı-ayrı alətlər qrupunda həm harmonik, həm də polifonik inkişaf xətti verilir. Məsələn, tarlar
və saz, ud kimi simli alətlərin fortepiano ilə uzlaşdırılması harmonik əsası təşkil edir. Eyni
zamanda, müəyyən hallarda, tarlar partiyası səsaltı polifonik inkişafa qoşulur. Kamançaların
partiyası daha fəaldır və həm melodik xəttin imitasiyasına, həm də harmonik fona qoşulur. Melodik
xəttin müşayiəti, imitasiyası nəfəsli alətlərdə daha qabarıqdır. Balabanların partiyası mövzunun
müxtəlif elementlərinə əsasən səsaltı polifonik inkişaf xəttini davam etdirir. Klarnetlərin, fleyta və
hoboyun partiyası isə vokal partiyaların imitasiyasını davam etdirir. Əsərin sonluğu bütün orkestrin
səslənməsində verilir və bu da obrazın möhtəşəmliyini bir daha qabarıq təcəssüm etdirir. Vokal və
instrumental partiyaların məzmununda onların daşıdığı funksiyalar, onların harmonik və polifonik
uzlaşdırılması öz davamını tapır və yekunda vahid bir səslənmə əldə edilir.
Beləliklə, K.Əhmədovun “Ömrün Heydər zirvəsi” odası bir hissə daxilində üç bölmədən
ibarət kompozisiya quruluşuna malikdir. Birinci bölmə ekspozisiya kimi qəbul olunursa, ikinci
bölmə kulminasiya mərhələsini, üçüncü bölmə dinamik repriza və yekunlaşmanı təşkil edir. Bunlar
musiqi materialının inkişaf mərhələlərini əks etdirir. Bölmələr bir mövzunun müxtəlif səpkidə
213
variasiya olunması və polifonik üsullarla işlənilməsinə əsaslanır. Burada mövzunun elementlərə
bölünməsinin intonasiya inkişafına təkan verdiyini qeyd etməliyik.
K.Əhmədovun “Zəfər türküsü” əsəri solo tenor və xalq çalğı alətləri orkestri üçün bəstəkarın
öz sözlərinə yazılmışdır. Əsərin adındakı “türkü” sözü, məlum olduğu kimi, türk şifahi xalq ədəbiy–
yatının və xalq musiqisinin məhsuludur. Türk xalq musiqisində xalq mahnılarını türkü adlandırırlar.
Lakin türk ədəbiyyatında, xüsusilə aşıq şeirində türkü adı ilə yazılmış bir çox nümu–nələr var ki,
bunlar özünəməxsus tarixi-qəhrəmani mövzu dairəsi ilə diqqəti cəlb edir. K.Əhmədovun bu
ənənəyə əsaslanaraq, vətənpərvərlik mövzusunda yazdığı əsəri türkü adlandır–ması əlamətdardır.
Son dövrlərdə bu söz ədəbi-musiqi mühitində çox işlənilir, bu da bir növ türkçülük ideyalarının
geniş yayılmasından irəli gəlib, soykökümüzə qayıdış kimi dəyərləndirilə bilər.
Vətənpərvərlik mahnılarının ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirən K.Əhmədovun
“Zəfər türküsü” əsərində xalqımızın igid oğullarının qəhrəmanlığı, mərdliyi, cəsurluğu tərənnüm
olunur, qələbəyə inamı, zəfər coşğusu səsləndirilir. Mətnin çağırış ruhlu misralarının dəfələrlə
təkrarlanması musiqi quruluşunda da öz əksini tapır. Qeyd etmək lazımdır ki, musiqi kompozisiyası
bir neçə bölmədən ibarət olub, mürəkkəb quruluş əmələ gətirir. Kupletin və nəqəratın yeni mətnlə
təkrarlanması həm eyni səviyyədə, daha sonra isə daha yüksək registr səviyyələrində variantlı
şəkildə həyata keçirilir. Bu da inkişafın yeni dalğası kimi qəbul olunur. Təkrarlar musiqi dilində
rəngarəng ifadə vasitələrilə müşahidə olunmaqla yanaşı, məhz “Zəfər çal” sözlərinin
təkrarlanmaları əsərdə çağırış intonasiyalarını önə çəkməklə, insanlara mübariz ruh, qələbə əzmi
aşılayır. Nəzərdən keçirdiyimiz əsər mahnı janrının hüdudlarından kənara çıxır. Belə ki, bunu
janrına görə mahnı - marşlara aid etmək olar. Əsərin kompozisiyasında solist və orkestr partiyaları
özünəməxsus rola və əhəmiyyətə malikdir və obrazın yaradılmasında eyni dərəcədə iştirak edir.
Əsərin partiturası olduqca koloritlidir. Burada mübarizlik, səmimilik, rəngarənglik dinamik
səslənmə ilə uyğunlaşır. Bu əsərdə xalq çalğı alətləri orkestrinə daxil olan bütün qrupların bədii və
texniki inkanları, tembr xüsusiyyətləri K.Əhmədov tərəfindən məharətlə istifadə olunmuşdur. Əsər
milli məqam sisteminə dayaqlanaraq parlaq melodiyaların yaranması, zəngin tembr dramaturgiyası
baxımından böyük maraq kəsb edir.
Əsərin melodik quruluşu zildə səslənməsi ilə çağırış intonasiyalarına əsaslanması aşıq
havalarını xatırladır. Eyni zamanda, orkestr partiyasında ostinat ritmli zəngin tərkibli akkordların
ostinat ritmdə saxlanılmasını aşıq havalarından gələn xüsusiyyət kimi dəyərləndirə bilərik. Eyni
zamanda, burada qəhrəmani ruhlu, kollektiv xalq rəqsləri - yallılarla bağlı cəhətlər özünü göstərir.
Əsas melodik xətt - bütün alətlər qrupunda ostinat ritmik qruplaşmada səslənir, balabanlar
və bas alətlər harmonik fonu saxlayır. Deklamasiya quruluşlu melodiya çağırış xarakteri daşıyaraq,
dinləyicinin diqqətini mahnının mətninə yönəldir. Melodiyanı daha qabarıq göstərmək üçün müəllif
müşayiətdə şəffaf səs birləşmələrindən ibarət fakturadan istifadə etmişdir.
Kompozisiyanın maraqlı cəhətlərindən biri odur ki, bir bölmədən digərinə keçid yüksək
nöqtədə “hey” nidasının səsləndirilməsilə öz əksini tapır. Kompozisiyanı möhkəmləndirən vacib
hissələrdən biri də “Zəfər çal” sözlərinin nəqərat şəklində təkrarlanmasından ibarətdir. Lakin
müxtəlif mərhələlərdə orkestrləmənin dəyişikliyə uğraması musiqinin xarakterinə təsir edir.
“Vətəndir” əsərini bəstəkar janr xüsusiyyətlərinə görə romans kimi təqdim etsə də, bunu
həcminə, quruluşuna, musiqi dilinin xüsusiyyətlərinə görə vokal-instrumental əsər kimi nəzərdən
keçirmək olar. Əsərdə vokal musiqi janrı olan romansın janr xüsusiyyətləri ilə yanaşı, vokal-
instrumental poema janrının əlamətlərini müşahidə edirik. Burada səs və orkestr partiyası bir-birini
tamamlayaraq, əsərin dramaturji inkişafında mühüm əhəmiyyətə malik olub, vahid bir obrazın
yaradılmasına xidmət edir.
“Vətəndir” bəstəkarın öz sözlərinə yazılmışdır. Təntənəli, möhtəşəm, eyni zamanda, vətən
məhəbbətindən doğan kövrək, təsirli hissləri əks etdirir. Poetik mətndə bu əhval-ruhiyyə özünü
qabarıq göstərir.
Əsər instrumental giriş və kodası olan mürəkkəb üç hissəli formada yazılmışdır. Giriş və
koda eyni musiqi materialına əsaslanaraq, bütün kompozisiyanı çərçivəyə alır.
Əsərdə xalq çalğı alətləri orkestrinin tam tərkibindən istifadə olunmuşdur. Lakin orkestrləmə
şəffafdır. Bəstəkar girişdə partiturada bütün alətlərə yer versə də vokalın müşayiətində tembrlərdən
214
qənaətlə istifadə edir, əsasən vokalı qabarıq göstərmək üçün ostinat akkordlu müşayiət fonu
üstünlük təşkil edir.
Kulminasiya anında, ən yüksək nöqtədə səslərin ostinat ritmlə saxlanılması verilir ki, bu da
ifadə vasitələrinin obraza uyğun seçilməsindən irəli gəlir. Bəstəkar məhz bu vasitə ilə kulminasiya
anını qabarıq nümayiş etdirir. Belə bir üsuldan istifadə aşıq havalarının quruluşundan irəli gəlir.
Bəstəkar aşıq musiqisindən bəhrələnərək, əsərin musiqi dilinə bu kimi üsulları daxil etmişdir. Bu da
onun musiqisinin dərin köklərə malik olduğunu bir daha təsdiq edir. Orkestr partiyasında təcəssüm
olunan yüksəliş prosesi vokal partiya ilə vəhdət təşkil edərək, musiqinin daha parlaq səslənməsinə
səbəb olur. Əsərin ikinci hissəsi birinci hissənin ayrı-ayrı cümlələrinin sərbəst işlənilməsinə
əsaslanır. İkinci hissənin inkişaf xəttində maraqlı bir üsuldan istifadə olunmuşdur. Belə ki, bəstəkar
birinci hissədəki tədrici inkişafa burada yer verməyərək, əvvəlcə orkestrdə, sonra isə vokal
partiyada melodiyanı zirvədən başlayır. Vokal partiyada oktava sıçrayışı effektli səslənir. Bu
epizodda diqqətəlayiq cəhətlərdən biri də orkestrin unison səslənməsi ilə vokalın müşayiətsiz, bir
səsin uzadılması fonunda verilməsi ilə bağlıdır. Bu da orkestrlə vokalın dialoqu təsirini yaradır.
Bununla belə, zərbli alətlərin ritmik fonunun davam etdirilməsi də obrazlı məna yozumunda sanki
ürək döyüntüsünü təcəssüm etdirir.
Əsərdə vokal və orkestr partiyaları vəhdətdə, daimi dialoqda, homofon-harmonik fakturada,
gah da polifonik üsullarla qarşılıqlı inkişafda verilərək, partituranın dolğun səslənməsinə xidmət
edir. Tədricən zənginləşən polifonik faktura musiqinin möhtəşəm səslənməsinə şərait yaradır.
Əsərin parlaq melodizmi, koloristik harmoniyası, xalq musiqisindən irəli gələn metro-ritm
zənginliyi, tembr dramaturgiyası və s. cəhətlər bəstəkarın özünəməxsus orkestr yazısını təcəssüm
etdirir. Beləliklə, K.Əhmədovun xalq çalğı alətləri orkestri, xor və solistlər üçün yazılmış “Ömrün
Heydər zirvəsi” odası, “Zəfər yürüşü” və “Vətəndir” kompozisiyaları vətəni, tarixi şəxsiyyətləri
tərənnüm edir, vətənpərvərliyə çağırış ruhunu açıqlayır. Bu əsərlər monumental vokal-instrumental
ifadə tərzi ilə diqqəti cəlb edir, bu cəhətlər orkestrləmə xüsusiyyətlərində də özünü qabarıq büruzə
verir.
Dostları ilə paylaş: |