Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   29   30   31   32   33   34   35   36   37

 
ЛИТЕРАТУРА 
1.
 
Колпинский Ю.Д., Ротенберг Е.И. Всеобщая история искусств. Москва, Искусство, том III, 
1962  
2.
 
Всеволожская  С.Н,  Григорьева  И.С.,  Фомичева  Т.Д.  Итальянская  живопись  XIII
‒XVIII 
веков в собрании Эрмитажа. Ленинград, Сов. Художник, 1964 
3.
 
Популярная Художественная Энциклопедия. Москва, Сов. Энциклопедия, 1986  
4.
 
Lynton N. Renaissance architecture. London, 1962  
5.
 
Лазарев В.Н. Старые итальянские мастера. Москва, 1972  
6.
 
Ротенберг Е. Искусство Италии. Москва, 1974 
7.
 
Azərbaycan Sovet Ensiklopediyası. II cild, Bakı, 1978 
 
XÜLASƏ 
Ləman Məmmədova  
İtaliya incəsənəti tarixində Filippo Brunelleskinin rolu  
 
Məqalədə  İtaliya  intibahının  ən  görkəmli  mühəndis  və  memarlarından  biri  Filippo 
Brunelleskinin  yaradıcılığından  bəhs  olunur.  O,  Florensiya  kilsəsinin  günbəzinin  mühəndisi,  müəllifi 
kimi  tanınmış,  həmçinin  onun  nailiyyətləri  sırasına  digər  memarlıq,  heykəltəraşlıq,  riyaziyyat, 
mühəndislik əsərləri və hətta gəmilərin proyektləşdirilməsidə daxildir.  
            F.Brunelleski  intibah  dövrü  memarlığının  banilərindən  və  perspektiv  nəzəriyyəsinin  elmi 
yaradıcılarından  biri  olmuşdur.  Brunelleskinin  yaradıcılığında  humanizm  və  poetiklik,  mütənasiblik, 
ahəngdarlıq və novatorluq əsas yer tutmuşdur.  
 
ABSTRACT 
Leman Mammadova 
Role of Filippo Brunelleschi in the artistic culture of Italy 
The article says about the creation of famous Filippo Brunelleschi.  
Filippo Brunelleschi was one of the foremost architects and engineers of the Italian Renaissace. 
He  is  perhaps  most  famous  for  his  discovery  of  perspective  and  for  engineering  the  dome  of  the 
Florence  Cathedral,  but  his  accomplishaments  also  include  other  architectural  works,  sculpture, 
mathematics,  engineering  and  even  ship  design.  His  principal  surviving  works  are  to  be  found  in 
Florence, Italy.   
 
      НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли гярары 
иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, 
dosent İ.Məhərrəmova 
 

227 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
MEMARLIQ 
QADİR ƏLİYEV 
Naxçıvan Dövlət Universiteti 
UOT.726 
ƏLİNCƏ QALASINDA DAŞ ÜZƏRİNDƏ  OLAN BİR  HƏNDƏSİ ORNAMENTİN 
HARMONİK QURULUŞU VƏ YARANMA TARİXİ HAQQINDA 
 
Açar sözlərOrnament, harmoniya, şüa qəfəsi, kompozisiya, qrafiki analiz 
     
Keywords: Ornament, Harmony, Composition, Graphical Analyze, Radiant Cage 
Ключевые словаОрнамент, гармония, композиция, графический анализ,  
сияющийклетка 
 
İstər böyük səlcuq sultanları, istərsə də Azərbaycan Atabəyləri hər şeydən əvvəl sərkərdə və 
hərbiçilər  olduqları  üçün  xalqın  əmin-amanlığını  saxlamaq  və  karvan  yollarının  təhlükəsizliyini 
təmin  etmək  məqsədi  ilə  müdafiə  qurğularının  tikintisinə  böyük  önəm  verirdilər.  Azərbaycan 
müdafiə  tikililəri  yüzlərlə  möhkəm  qala  kimi  istər  Azərbaycanın,  istərsə  də  ən  Yaxın  Şərq 
regionunun müxtəlif hakim sülalələrinin təhlükəsizliyini təmin etsə də tarixdə Eldənizlərin iqamət 
və  xəzinə  yeri  kimi  tanınmş  Əlincə  qalası  müdafiəsi    mühüm  yer  tutur.  Şəmsəddin  Eldənizin 
hakimiyyəti  dövründən  başlayaraq  Atabəylər  dövlətinin  baş  xəzinəsi  Əlincə  qalasında  saxlanmış, 
qaladakı saray və yardımçı binaların çoxunu Eldəniz hakimləri ucaltmışlar. 
 Əlincə  qalasında  memarlıq  nümunələrinin  bitkin  bir  örnəyi  bu  günə  kimi  qalmadığından 
dağıntılar halında olan memarlıq formalarının quruluşlarını açmaq, inşa tarixi haqqında dəqiq fikir 
söyləmək  imkansızdır.  Bu  baxımdan  tikinti  qalıqları  içərisində  daş  üzərində  olan  bir  həndəsi 
ornamentin (şəkil 2) harmonik quruluşu açılması xüsusi əhəmiyyət kəsb edir. 
Əlincə qalasında daş üzərində olan həndəsi ornamentin yaranma tarixini müəyyən etmək üçün 
Eldəgizlər dövründə inşa tarixi bəlli olan memarlıq nümunələri ilə tutuşdurmaq məqsədəuyğundur. 
Biz  Eldənizlər  dövlətinin  böyük  memarı  Əcəmi  Naxçıvaninin  ucaltdığı  Möminə  Xatun  türbəsi 
üzərində olan naxış nümunəsinin (şəkil 4 ) harmonik qurluşları ilə Əlincə qalasındakı daş üzərində 
olan  naxışın  hamonik  quruluşunun  müqaisəli  təhlilini  tədqiq  etməklə  bir  nəticəyə  gələ  bilərik. 
Əvvəlcə tədqiq olunan memarlıq formalarının tarixi haqqında qısa məlumat verək. 
           
 
Şəkil1. Əlincə Qalası. Ümumi görünüşü   

228 
 
       
 
Şəkil 2. Əlincə qalası. Daş üzərində  naxış fraqmenti                              
 
 
      
       
 
   Şəkil 3. Möminə Xatun türbəsi.                      Şəkil 4. Türbə üzərində olan naxış fraqmenti 
 
1.  Əlincə  qalası.  Əlincə  qalası  Naxçıvan  MR  Culfa  rayonunda  Əlincəçayın  sağ  sahilində 
eyniadlı  dağın  zirvəsində  yerləşir.  Qalanın  tikilmə  tarixi  haqqında  müxtəlif  fikirlər  mövcuddur. 
Tarixi  qaynaqlara  əsaslanan  bəzi  tədqiqatçılar  qalanın  tikilmə  tarixini  2  min  il  əvvəlki  dövrə, 
digərləri isə Sasanilər dövrünə aid edirlər (III-VII əsrlər). “Kitabi-Dədə Qorqud” dastanında Əlincə 
qalası  möhkəm  istehkamlı  qala  kimi  təsvir  olunur.  Qala  divarları  Əlincə  dağının  ətəklərindən 
başlayaraq pillələr şəklində yuxarı doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir.  
Qalanın memarlıq qurğularının inşaat  materialı ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş 
kərpiclərdən ibarətdir. Qalanın şimal tərəfində olan yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb 
yamacında isə səkkiz divarın xarabalıqları müasir dövrə kimi qalmışdır. Qalanın möhkəm divarları və 
sıldırım  qayalar  onu  sarsılmaz  müdafiyə  istehkamına  çevirmişdir.  Kiçik  şəhərciyi  xatırladan  yuxarı 
hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşlar 
diqqəti cəlb edir. Qala rəislərinin və iri feodalların yaşamış olduqları bu sahə “şah taxtı” adlanır. Qalada 
aparılmış arxeoloji qazıntılar nəticəsində bir sıra maddi mədəniyyət qalıqları - saxsı qab fraqmentləri, 
sikkələr, inşaat materialları və s. əldə edilmişdir. Onların üzərində müxtəlif həndəsi və nəbati naxışlara, 
heyvan, o cümlədən quş, ceyran, maral, ilan, balıq və s. təsvirlərə təsadüf edilir. Azərbaycan atabəyləri- 
Eldənizlərin  hakimiyyəti  dövründə  Əlincə  qalasının  əhəmiyyəti  daha  da  artmış,  möhkəm  hərbi 
istehkamı olan bu qala Eldəniz hökmdarlarının sığınacaq yerinə çevrilmişdir. 
2.  Möminə  Xatun  türbəsi.  Azərbaycan  milli  memarlığının  möhtəşəm  abidəsi  olan  Möminə 
Xatun  türbəsi  Orta  əsr  müsəlman  intibahının  memarlıq  formaları  şəklində  təzahür  edən  incilərindən 
biridir. 1186-cı ildə Böyük Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən Naxçıvan şəhərində inşa 
edilmişdir. Əlbəttə bu kiçik məqalədə türbənin ümumi memarlıq quruluşunu tədqiq etmək imkansızdır. 

229 
 
Biz  yalnız  onun  xarici  səthlərini  bəzəyən  bir  həndəsi  ornamentin  quruluşunu  tədqiq  edib  onu  Əlincə 
qalasında olan naxış nümunəsinin harmonik quruluşu ilə müqayisə edəcəyik.  
Həm Əlincə qalasında, həm də Möminə Xatun türbəsindəki həndəsi ornamenti diqqətlə nəzərdən 
keçirdikdə onların həndəsi quruluşunun eyni olduğunu, hər ikisinin eyni növ mütənasiblik sistemindən- 
kvadrat və bu mənbədən yaranan mütənasiblik sistemindən  yarandığını görürük (şəkil 5). 
                
 
Şəkil 5. Kvadrat və                       Şəkil 6. Hər iki naxışın qrafiki analizi üçün 
bu mənbədən mütənasiblik                         şüa qəfəsinin qurulması 
sisteminin yaranması. 
 
 
                              Şəkil 7. Əlincə qalası.  Daş üzərində həndəsi ornamentin  qrafiki analizi                                
 
                         Şəkil 8. Möminə Xatun türbəsi. Həndəsi ornamentin qrafiki analizi      
 

230 
 
Şəkil 5-də kvadrat və bu mənbədən mütənasiblik sisteminin yaranması, şəkil 6-da isə hər iki 
naxışın qrafiki analizi üçün eyni olan şüa qəfəsinin qurulması göstərilib. Şəkil 7-də Əlincə qalasında 
daş üzərində həndəsi ornamentin qrafik analizi, şəkil 8-də Möminə Xatun türbəsində olan naxışın 
nümunəsinin  qrafiki  analizləri  göstərilib.  Hər  iki  abidədə  həndəsi  ornamentlərin  qrafiki  analizləri 
göstərir ki, onlar üçün qurulan şüa qəfəsləri və beləliklə  ornamentlərin quruluşları eynidir. Bu fakt 
onu  göstərir  ki,  Əlinsə  qalasında  bir  memarlıq  abidəsinin  elementi  olan  daş  üzərində  həndəsi 
ornamentin  yaranması  Möminə  Xatun  türbəsinin  yarandığı  dövrə  -  XII  əsrin  dördüncü  rübbünə,  
Eldənizlərin hakimiyyəti dövrünə düşür.  Həmin dövrdə Naxçıvan Atabəylərinin baş memarı Əcəmi 
Naxçıvani  olduğu  üçün  Əlincə  qalasında  yaranan  memarlıq  formalarının  təşəkkülündə  Əcəminin 
ucaltdığı  abidələrin  də  olması  fikrini  söyləmək  olar.  Bu  fakt  Əlincə  qalasında  memarlıq 
formalarının inkişafının XII əsrdə mühüm mərhələ təşkil etməsi haqqında yuxarıda göstərilən faktın 
düzgün olması fikrini bir daha təsdiq edir.   
 
ƏDƏBİYYAT 
 
1. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991, 256 s. 
2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, 519s. 
4.  Булатов  М.  С.  Геометрические  гармонизация  в  архитектуре  Средней  Азии  IX-XV  вв.  
Mосква, 1988. 354 c. 
5. Qadir Əliyev. Memar Əcəmi Naxçıvani yaradılıcığında ahəngdarlıq.Bakı, 2007, 158 s 
6.  Kadir  Aliyev.  Başlanğıcların  başlanğıcı:  Nahçivan-Marağa  mimarlık  biçimlerinin  mahiyeti. 
İstanbul, 2015, 482 s. 
7. El –Said, Ayşe Parman, Qeometrik koncepts in İslamik Art. London, 1976 153 s. 
 
ABSTRACT 
Gadir Aliyev 
There  are  hundreds  of  castles  among  the  defense  buildings  in  Azerbaijan.  Alinca  castle  has 
special  place  among  these  fortresses.  It  is  very  difficult  to  determine  the  exact  date  of  its 
construction because of the complete architectural patterns have not reached us. On this context, it 
is  crucial to  analyze harmonic structure of one of the ornaments on the stone among the residues. 
Thus, the structure of one ornament  from the  residual  of  Alinca  castle is  examined in  this  article. 
The important scientific result is emerged about the construction date of the researched pattern after 
comparing of it with one of the ornaments on the tomb of MumineXatun.  
 
 
РЕЗЮМЕ 
Кадир Алиев 
В  Азербайджане  среди  защитных  сооружений  есть  сотни  мощных  крепостей.  Среди 
этих сооружений  крепость Алынджа занимает  особое место.   В связи с тем, что  сегодня в 
крепости  не  осталось  целых  архитектурных  элементов  сказать  что-то  оточных  датах 
постройки  сооружения  невозможно.  Таким  образом  геометрический  орнамент  на  камне  
внутри останков постройки имеющий гармоничную форму играет особое значение. В статье 
изучается  форма  геометрического  орнамента  на  камне  находящемся  внутри  крепости 
Алынджа, которые будет сравниваться с геометрическими орнаментом узором на Мавзолее 
Момине-Хатун.  В следствии сравнения будут сделаны научно важные выводы связанные  с 
датой орнамента.  
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 

231 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
GÜLNARƏ QƏNBƏROVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:726 
İSLAM TARİXİNDƏ TƏRBİYYƏ VƏ TƏHSİL OCAQLARI-MƏDRƏSƏLƏR 
 
Açar sözlərİslam tarixi, Mədrəsə, Səcuklu dövrü, Osmanlı dövrü, məscid 
Key Words: Islamic history, Madrasah, Seljuk period, Ottoman period, mosque 
Ключевые слова: Исламская история, Медресе, Cельджуков период, Османский 
период, Мечеть
 
 
           İslam  tarixində  tərbiyyə  və  təhsil  ocaqlarının  ümumi  adı  olan  mədrəsə,  lüğətdə  bir  mətni 
anlamaq,  oxumaq,  bir  mətni  öyrənmək  və  əzbərləmək  mənasını  verən  (dirâse  kökündən)  məkan 
adıdır.  (1,  s.323).  Mədrəsənin  fərqli  istiqamətləri  ilə  bir  çox  tərifi  vardır.  Bu  təriflərdən  bəziləri 
aşağıdakılardır:
 
Mədrəsə  sözü,  “İslam  ölkələrində,  ənənəvi  üsullarla  icra  edilən  təhsil  ocağı”  mənasında 
istifadə  edilmişdir.  Mədrəsələr  ümumiyyətlə,  Subyan  məktəbi  məzunlarının  tərbiyə  edildiyi  təhsil 
müəssisəsidir (2, s. 3). Mədrəsə; Ərəbcə dərs oxunacaq yeri ilə birlikdə tələbənin içində oturub dərs 
oxuduğu bina mənasına da gəlir (3, s. 436). 
XI  əsrin  ikinci  yarısından  etibarən  Anadoluya  yerləşən  Türk  Cəmiyyətlərinin,  əvvəllər  bu 
torpaqlar  üzərində  məskun  olan  digər  xalqlarla  uzlaşabilmə,  eyni  zaman-  da  öz  insanını  da  öyrədib 
məhsuldar bir hala çevirərək güclü bir dövlət  olmağın yollarını axtarmaq məcburiyyəti var idi. Şübhəsiz 
ki,  bunu  təmin  etmənin  ən  kəsə  yolu  isə  təhsil  müəssisələrindən  keçirdi.  Bu  düşüncələrlə  xoşbəxt  və 
müvəffəqiyyətli  bir  gələcəyə  istiqamətli  səylər  içində  olan  öndər  şəxsiyyətlərin,  başlanğıcda 
məskunlaşma  yerləri  ətrafındakı  yüksək  və  kimsəsiz  yerlərdə  qurduqları  təkkə  və  zaviyələrlə  bu 
istiqamətdəki  fəaliyyətlərinə  başlayan  əcdadımızın,  ardınca  Anadoluda  inşa  etdirdiyini  bildiyimiz  ən 
köhnə  mədrəsə,  təməlindəki  bir  kitabədə  H.589/M.1193  tarixli  Kayseridəki  bir  mədrəsədir.  Bununla 
birlikdə,  Anadoluda  ilk  inşa  edilən  mədrəsənin  bu  mədrəsə  olduğunu  söyləyə  bilmərik.  Nizamiyyə 
mədrəsələrinin  davamı  şəklində  daha  əvvəllər  Anadolunun  şərq  və  cənub-şərq  istiqamətindəki 
əhəmiyyətli şəhərlərdə birdən çox mədrəsənin olduğu bildirilmişdir (4, s. 679). 
İlk Osmanlı mədrəsəsi xüsusundakı ümumi qənaət, H.731-732/M. 1330-1331 ilində İznikdə 
inşa edilən və müəllimliyə Davud-i Kayserinin gətirilmiş olduğu mədrəsədir. Tevarih-i Ali-i Osman 
və  Şekəiku'n-Numəniye  kimi  tarixi  mənbələrdə  Orxan  Bəyin  İznikdə  inşa  etdirmiş  olduğu 
mədrəsənin  Osmanlı  dövlətində    inşa  edilən  ilk mədrəsə  olduğunun  qeyd  edilməsinə  baxmayaraq, 
(5,  s.  27),  Arif  Bəyi  bu  mövzuda  fərqli  bir  görüşə  sövq  edən  xüsusun  İzmitə  fəthi  mövzusunda 
qaynaqlarda  yer  alan  fərqli  tarixlər  olduğu  deyilə  bilər.  İznikdəki  mədrəsədən  başqa,  Osmanlılar, 
digər şəhərlərdə də mədrəsələr inşa etmişlər. Belə ki, Orxan Qazi Bursanın fəthinin ardınca, sürətlə 
abadlıq fəaliyyətlərinə başlamış, bu vaxt qurduğu bir çox sosial-mədəni müəssisələrə iki mədrəsəni 
də  əlavə  edərək  şəhərin  elm  və  mədəniyyət  həyatına  canlılıq  qazandırmış.  Mədrəsələrin  ilkini 
Hisarda, digərini isə Orhan Məscidinin yanında inşa etdirmişdir (5, s.15). 
İznik,  Bursa və Ədirnədən başqa digər Osmanlı şəhərlərində də mədrəsələr inşa edilmişdi. 
Bunlardan  Tiryəkdə  Umur  bəy  mədrəsəsi,  Alaşehirdə  Yıldırım  mədrəsəsi,  Amasiyada  I.Bəyazid, 
Çelebi Mehmed və II. Murad mədrəsəsi, Yörgüç Paşa Mədrəsəsi, Balıkəsirdə Yıldırım mədrəsəsi, 
Bergamada  II.  Murad  zamanında  inşa  edilmiş  Natiq  Paşa  və  Umur  bəy  mədrəsələri,  Boluda 
Yıldırım mədrəsəsi, Çorumda II. Murad mədrəsəsi, Dimetokada Oruc Paşa mədrəsəsi, Filibede II. 
Murad  dövründə  Rumeli  Bəylərbəyi  olan  Qula  Şahin  Paşa  tərəfindən  inşa  etdirilən  mədrəsə  ilə 
ayrıca Gelibolu, İstip, Kütahya, Malkara, Merzifon, Milas, Mudurnu, Sapanca, Tire, Tokat, Skopye,  

232 
 
Yenişehir  (Bursa)  və  Yenişehr-i  Fenar  (Larissa)  dakı  mədrəsələr  sayıla  bilər.  (6,  s.  12,  s. 
410-413; 7, s.22-23). 
İslam tarixində ilk inşa edilən mədrəsələrdən bəziləri bunlardır: 
1. 349-960-ci il tarixdə Əbul-Vəlid Həsən b. Məhəmməd Əməvilərin Nişaburda inşa etdirdiyi 
mədrəsə; 
2. 354-965-ci ildən əvvəl İbn Hibban Teyminin Nişaburda inşa etdirdiyi mədrəsə;  
3. 402-1011-ci ildən əvvəl Nişaburda inşa edilən Əs-Saidinin mədrəsəsi; 
4. 405-1014-ci ildən əvvəl Nişaburda  inşa edilən Əbu Osman Sabuni mədrəsəsi;  
5.  405-1015-ci ildən əvvəl Nişaburda  inşa edilən İbn Furek mədrəsəsi;  
6.  450-1058-ci ildən əvvəl Buşihte inşa edilən İbn Gadıret Əsədi mədrəsəsi (8,s.31). 
 
Gül  də  yuxarıdakı  altı  mədrəsənin  içində  yerləşdiyi    on  dörd  mədrəsəni  qeyd  etmişdir. 
Mədrəsələr sırasıyla belədir:  
 1.349-960-ci  illər  Əbul-Vəlid  Həsən  b.  Məhəmməd  əl-Ümevinin  Nişaburda  inşa  etdirdiyi 
mədrəsə; 
 2. Nişaburda Şafi Fəqihi əs-Saig ən-Neysaburi (ö. 349-960) üçün inşa etdirilən özəl məktəb: 
Bu, fiqh, kəlam, hədis, təfsir, Quran və digər İslami elmlərin oxudulduğu ilk müstəqil mədrəsədədir  
(9, s.10).  
3. Nişaburda 353-965-ci illərdən əvvəl İbn Hibban ət-Teymînin inşa etdirdiyi mədrəsə;  
4.Əbu Xatim əl-Bustnin (ö. 353-965) özəl mədrəsəsi;  
5. Əbu Əli əl-Hüseyni (ö. 392-1002) nin hədis məktəbi. Bu mektəbin 1000 şagirdi var idi.  
6.402-1011-ci ildən əvvəl Nişaburda inşa edilən əs-Saidiyye mədrəsəsi. 
 7.405-1014-ci illərdən əvvəl Nişaburda inşa edilən Əbu Osman əs-Sabuni mədrəsəsi
8.405-1015-ci ildən əvvəl Nişaburda inşa edilən İbn Furek mədrəsəsi; 
9.  Nişaburda  Beyhakiyye  mədrəsəsi:  Şafi  Fəqihi  Əbu  Bəkr  əl-Beyhəqi  441-1050-ci  illərdə 
inşa etdirdiyi mədrəsə;  
10.  Qəznəli  Mahmud  (389-421,  999-1030)  un  Gaznede,  qardaşı  Nasir  Sebüktekin  (ö.  424-
1033) Nişaburda 437-1046-cı illərdə inşa etdirdiyi mədrəsə; 
11. Toğrul Bəyin (428-55, 1037-63) Nişaburda 437-1046-ci illərdə inşa  etdirdiyi mədrəsə;  
12. Buşihdə 450-1058-ci ildən əvvəl inşa edilən İbn Gadiret əl-Əsədi mədrəsəsi;  
13. Tabəran və Bağdadda açılan mədrəsələr: Bunlarda  daha çox  fiqh (İslam Hüququ) tədris 
edilirdi.  
14.Nişapurda Əbu Əli əl-Hüseyni və Əbul-Noyabr əl-Qureyşi (ö.464-1072) tərəfindən açılan 
təhsil müəssisələridir (9, s.10-11). 
Həqiqətən,  bir  elm  ocağı  olaraq  mədrəsələrin  geniş  mənada  dövlət  əli  ilə  qurulub 
təşkilatlanması  və  vəqif  yoluyla  təhsilin  pulsuz  olması  Səlcuqluların  xidmətidir  (10,  s.48). 
Səlcuqlular  tərəfindən  Bağdadda  fəaliyyətə  başlayan  Nizamiyyə  mədrəsələrində  (459-1065)  bu 
mədrəsələrin  bir  bənzəri  olan  Mərv,  Herat,  İsfahan,  Bəlx,  Bəsrə,  Mosul,  Amuli,  Təberistan  kimi 
şəhərlərdə  də    inşa  edilən  mədrəsələrlə  davam  etdirilmişdir  (11,s.150).  İlk  olaraq  IX-  X  əsrlərdə 
Buxara,  Nişapur,  Xorasan  kimi  İslam  dünyasının  Şərq  bölgələrində  ortaya  çıxan  mədrəsələrin, 
buradan  Bağdad,  Suriya,  Misir,  Tunis  və  Endülüs  kimi  digər  İslam  ölkələrinə    yayıldığı  görünür. 
Anadoluda  isə  mədrəsələr  ilk  dəfə  XI-XII  əsrlərdə  Səlcuqlular  və  Bəylikler  dövründə,  Suriya  və 
Bağdad mədrəsəsi nümunə götürülərək müxtəlif yerlərdə inşa edilmişdir (12,s.24). Bu məlumatlar, 
mədrəsənin hər İslam ölkəsində fərqli şərtlər altında meydana gəldiyini, ilk mədrəsələrin Türküstan 
və Xorasanda qurulduqdan sonra digər İslam ölkələrinə də yayıldığını göstərir (13, s.11-12) 
Mədrəsə  Anadoludan  kənarda  ortaya  çıxmış  bir  təhsil  müəssisədir.  Bunlar,  başlanğıcdan  etibarən 
özünəməxsus bir plan şemasına sahib olan strukturlardır. Anadoluda, türklər tərəfindən inşa edilmiş 
ilk mədrəsə nümunələri XII əsrin ortalarına aiddir. Bu tarixdən, Osmanlıların son dövrlərinə qədər 
Anadolunun ən kiçik məskunlaşma vahidlərində belə mədrəsələr inşa edilmiş və bunların fəaliyyəti 
bir vəqf vasitəsi  ilə qaydaya salınmışdır.  Anadoluda, istər   Osmanlıdan qabaqkı  dövrdə, istərsə də 
Osmanlı  dövründə  inşa  edilmiş  bu  mədrəsələrdən  çox  azı  günümüzə  olduğu  kimi  gəlib    çata 
bilmişdir (14,s.1). 
Mədrəsələr  İslam  aləmində  tərbiyyə  və  təhsil  ocağıdır.  Mədrəsə,  Osmanlı  dövlətinin  yüksək 

233 
 
təhsil ocaqlarıdır.  İnternat məktəblər şəklində təşkilatlanmış olan bu mədrəsələrdə müəyyən bir tədris 
planı və proqramı içində nizamlı dərs verilirdi. Mədrəsələrin dərshanə, imaret, kitabxana və yataqxana 
işçiləri  var  idi.  Müsəlman  cəmiyyətlərində  təhsil  məkanı  olaraq,  mədrəsə  strukturlarının  işləməsinə 
əvvəl  bir  ibadət  yeri  olan  məscidlərdən  istifadə  edilmişdir.  Məscidlərdə  təhsil  fəaliyyətləri  müəllimin 
tələbələri ətrafına yığaraq dərs öyrətməyi ilə davam etdirilmişdir. Məscidlərdə davam etdirilən bu təhsil 
sisteminə  “halqa”  adı  verilmişdir  və  hədislər  bu  sistemin  Hz.  Məhəmməd  dövründən  gəldiyini  izah 
etməkdədir.  Təhsil  üçün  istifadə  edilmiş  olan  məscid  məkanlarının  əsl  funksiyalarının  ibadət  olması 
səbəbiylə, kiçik uşaqların bu məkanları təmiz saxlaya biməyəcəkləri düşünülmüşdür. Bu səbəblə, tədris-
təhsil  xüsusilə  bu  funksiyaya  əsaslanaraq  inşa  edilmiş  olan  müstəqil  strukturlarda  aparılması  zərurəti 
ortaya  çıxarmışdır.  Təlim  və  təhsil  funksiyaları  üçün  xüsusi  olaraq  inşa  edilmiş  olan  bu  strukturlara 
“kuttab” və ya “məktəb”, ali strukturlarına isə “mədrəsə”, “darul-hədis”, “darul-Qurara”, “Daru-t Tibb” 
kimi adlar verilmişdir (15, s.3) 
 
 
 
Şəkil 1. Qoşa minarəli mədrəsə. Ön fasad və planı. Səlcuklular dövrü  (R.H.Ünal) 
 
Bir  növ  sıbyan  məktəbi  demək  olan  küttablar,  İslamiyyətin  yaranmasından  əvvəl  də  vardı. 
Ərəblərdə  çox  az  adam  yazı  yazmağı  bilirdi.  Necə  ki,  İslamiyyətin  şərqində  Qureyşdən  oxumaq- 
yazmaq bilənlərin sayının on yeddi rəqəmində qalmağı bunu göstərməkdədir. İlk zamanlarda Quran və 
dini məlumatlar uşaqlara, Əli b. Əbu Talib və Abdullah b. Abbasın etdikləri kimi halqalara qatılmaları 
surətiylə verilmişdir. Bunlar da yazıdan çox əzbər üsulu ilə edilmişdir. İslamiyyət ilə oxumaq-yazmaq 
təbliğ  edilmiş  və  qeyri-müsəlmanlardan  istifadə  edilmişdir.  Quranı  öyrənmiş  olan  uşaqlar,  qismən 
qrammatika, riyaziyyat, şeir öyrənmək surətiylə ibtidai dərsləri sona çatırdı (16, s. 12). 
Mədrəsələrin  təsisində  əvvəl  təhsil  halqaları  mədrəsələrin  yanında  üləma  evləri,  kitabxana 
və s. yerlərdə də qurulurdu. Yenə mədrəsə kimi təhsil verən müəsisələr  arasında hanga, təkkə və 
xəstəxanalar də sayıla bilər. 

234 
 
Tikinti etibarilə mədrəsələr, elm təhsil verənlərin  yaşamaq üçün otaqları içində olan binalar 
olub ümumiyyətlə karvansaralar kimi, ortada bir həyət olmaqla ətrafında otaqları içinə yerləşdirilir. 
Daim  məscidlərin  ətrafında  olur.  Tələbə  burada  oturar,  yatar  və  dərslərini  məsciddə  dinləyər. 
Mədrəsələrin  həyətlər  ortasında  bəzən  bir  şadırvan  (fəvvarə),  otaqların  qarşısında  da  çox  vaxt  bir 
revak  (çardaq)  vardır.  Bəzi  məscidlərə  bitişik  olan  mədrəsələr  də  görülür.  Bunlar  daha  çox  bir 
mərtəbəlidir. Otaqların içinə bir qapı aralığı ilə girilir və hər birində bir ocaq var (17, s. 276). 
Əvvəllər  məscidlərdən  eyni  zamanda  mədrəsə  olaraq  da  istifadə  etdikləri  halda, 
mədrəsələrin  müstəqil  bir  təhsil  müəssisəsi  olaraq  ortaya  çıxmasıyla  mədrəsə  memar-  lığı 
yaranmışdır  (18,  s.  25).  Başlıca  iki  mədrəsə  memarlığı  üslubundan  bəhs  edilə  bilər.  Birincisi, 
bütünlüklə daxilində olanlar, ikincisi isə müstəqil olaraq inşa edilənlər. Hər iki qrupda iştirak edən 
mədrəsələrin təməl quruluş işçiləri isə dərshanə (sinif), tələbə hücrələri və məscid olmaqla birlikdə 
vəqfin  maddi  qaynaqlarına  görə  həyət,  eyvan,  kitabxana,  türbə,  imarət,  hovuz,  fəvvarə,  naxiş  və 
nərdivanlar da mədrəsə quruluş işçilərini meydana gətirməkdədir (19, s. 476). Şagirdləri gecələri öz 
hücrələrində  yatar, yeməklərini xeyriyyə hesebına yeyər, dərslərini də yaxındakı məsciddən və ya 
mədrəsə  dərshanəsində  alardılar.  Hücrələrdə  tələbə  əşyalarını  qoyacağı  basdırma  şkaflar  da  vardı 
(20, s. 12-13). 
Mədrəsələrdə  tədris  edilən  dərslər  üç  qrupda  aparılırdı.  Cüzi  hissə  ki,  bunlar  riyaziyyat, 
həndəsə, astranomiya və hikmət dərsləri, ikinci qrup dərslər Ulum-i əliyə deyilirdi ki, bunlar kəlam, 
məani, gözəl  xitabdan  ibarət bəlağət, məntiq və Ərəb qramatikası və üçüncü qrup dərslər də təfsir, 
hədis və şəriət hüququndan ibarətdir (21, s. 176). XVI əsrin birinci yarısında Qanunı tələbəi Ulum'a 
görə  hər  bir  tələbə  bir  müdderisin  qarşısında  bir  dərsi  tamamladıqdan  sonra  müəllimindən,  hər 
kitabin  nə  qədərini  oxuduğunu  göstərən  bir  sənəd  almalı  və  bir  üst  addıma  keçdiyində,  yeni 
müderris bu sənədi araşdırmadan onu dərsinə qəbul etməməlidir (20, s. 16). 
  1.
    2. 
 
Şəkil1.Ərzurum Yakutiye Mədrəsəsi (C.Texiner 1840) 
Şəkil2. Ərzurum Yakutiyə Mədrəsəsi Tac Qapı Və Minare. 
 
3.
 
Şəkil3.Ərzurum Yakutiyə mədrəsəsinin planı .Kənardan Türbə (Yurddaş, 2008) 
Osmanlıdan  qabaq  Anadolu  mədrəsələrində  tətbiq  olunan  təhsil  və  tətil  günlərinin 
Osmanlılar zamanında da eynilə davam etdirildiyi qəbul edilməkdədir. Həftənin üç günü (çərşənbə 
axşamı, cümə axşamı və cümə) ilə bayram günləri tətil edilir, digər günlər isə təhsilə davam edilirdi 

235 
 
(18, s.17). Baltacı Osmanlı mədrəsələrində XV əsrdə dörd dərs, XVI əsrdə isə beş dərs oxudulduğu; 
dərslər arasında müderris və tələbələr ehtiyaclarını qarşılamaları üçün bir ara verildiyini, (20, s.17) 
müdrik  isə,  Osmanlı  mədrəsələrində  gündəlik  dərs  ədədinin  dəyişdiyini;  gündə  bir  və  ya  iki  dərs 
keçənlərlə bərabər, on dərs keçənlərin də olduğu bildirilir (18, s.17). Mədrəsələrdə sinif  bölgüsü, 
oxunan  kitab  və  dərslərə  görə  qurulmuşdur.  Fatih  dövrünə  aid  qanunı,  tələbəi,  ulum  adı  verilən 
təlimatnaməyə  görə  müderrisi  dərəcələrinə  görə  oxudulacaq  dərslərlə  əlaqədar  bu  şərtlər 
yaradılmışdır (20, s.17). 
 
Şəkil 4.Ərzurum Kurşunlu Mədrəsəsi (Yurddaş, 2008) 
 
Şəkil5.Ərzurum Kurşunlu Məscidi və Mədrəsəsinin planı (R.H.Ünal) 
Ən alt səviyyədə olub, gündəlik iyirmi ilə iyirmi beş axça məvacib alan müder- risi şem-i 
metal, şərh-i tavəIi, mutavvel, haşim-i təcrid dərs verəcək, bir üst addımda gündəlik otuz-otuz beş 
axça  məvacib  alan  müderrisi;  miftəhi  dərs  verəcək  bir  üst  addımda  qırx  axça  məvacib  alan 
müderrisi telvihi dərs verəcək, üst səviyyədə tapılıb əlli axça məvacib alan müderrisi; şerh-i adüd, 
hidayə, keşşəp, Qazı Beydavi və öz seçdikləri kitabları oxudurdular (22,s.463-467). 
 Mədrəsə  sözü  ilk  dəfə  IX  əsrdə  istifadə  edilməyə  başlanmış,  bir  təşkilat  olub,  türklərin 
islamiyyəti qəbulundan sonra ortaya çıxmışdır (18,s.25). Mədrəsə dərs verilən bina və ya ali məktəb 
olaraq qəbul edilə bilər. 
Mədrəsələrdə  din  dərsləri  ilə  bərabər  riyaziyyat,  tibb,  islam  hüququ  kimi  dərslər 
keçirilmişdir.  Bununla  bərabər,  dərslərin  tətbiqi  üçün  şəfaxanalar  və  rəsədxana  kimi  müxtəlif 
qurumları da bura aiddir. Anadoluda türk sənətinin ilk dövrlərində  mədrəsələr açıq və qapalı salon 
olmaq üzrə başlıca iki şəkildə inkişaf etmişdir (23,s.11). 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin