Açıq salonlu mədrəsələr-Açıq salonlu mədrəsələr Anadolu Səlcuqlu mədrəsələrinin inşa
quruluş növlərindən biri olaraq görülür. Xarici səthində hər hansı bir nizamı olmayan, içi
dördbucaqlı bir həyət ətrafında eyvanlarla zənginləşdirilmişdir. İçə dönük mədrəsə tipidir.
Anadoluda inşa edilən mədrəsələrin çoxunun açıq salonlu olaraq inşa edilməsinin səbəbi, həm
iqlimi əlaqəli həm də mədrəsə böyüklüyünün qübbə kimi bəzi ünsürlərlə məhdudlaşdırılmasındadır.
Osmanlı dövrünə qədər keçən zaman ərzində inşa edilən mədrəsələrin çoxu açıq salonludur
(24,s.34).
Bağlı Salonlu Mədrəsələr- Bağlı salonlu mədrəsələrdə həyətin qübbə və ya tonozla
örtülməsiylə həyət ölçüləriylə məhtudlaşdırılmaqdadır. Bağlı salonlu mədrəsə, Danışməntli, (alim,
bilgili) tip, əvvəlki Səlcuqlu və sonrakı Səlcuqlu tipi olaraq üç alt qrupda ələ alına bilər. Anadoluda
12 ədəd bağlı salonlu mədrəsə var. Anadolu Səlcuqlu bağlı avlulu (qübbəli) mədrəsələrində öndə
236
monumental qapı, qapı girişindən sonra yanlarında şagird otaqları, eyvanlar, orta qisimdə isə üstü
yüksək bir qübbə ilə örtülü bağlı qisim var (24, s.44).
Nəticə. Ərəbcə “dərs” sözcüyündən törəyən “Mədrəsə” İslam sənətində geniş yayılmış bir
quruluş növüdür. Mədrəsələrdəki dörd məshəbin qəbul edildiyi görülür. Başlanğıcda tamamilə dini
təhsilin verildiyi mədrəsələrdə daha sonra fənn elmləri, xüsusən astronomik dəsrlər olaraq verildiyi
məlumdur. Girişin qarşısında olan böyük eyvanın müdərris otağı olduğu digər eyvanlar arasında isə
şagird hücrələrinə yer verildiyi görülər. Osmanlı dövrünə qədər külliyən bir işçisi olaraq işləyən
mədrəsələr Osmanlı dövrünün kalassik mərhələsi ilə birlikdə külliyyən planlaşdırılmada iştirak
etməyə başlayır.
ƏDƏBİYYAT
1. Bozkurt N. Medrese- İslam Ansiklobedisi, C.28,TDV Yayın ve Matbacılık, Ankara, 2003
2. Demiral Y. Erken Dönem Osmanlı Medreseleri (1300-1500), Ankara,1999
3. Pakalin M.Z. Osmanlı Tarih Deyimleri ve Terimleri Sözlüğü, C.Z.MEB Basımevi İstanbul,
1983.
4. Gündoğdu H. Geçmişten Günümüze Erzurum ve Çevresindeki Tarihi Kalıntılar-“Şehr-i
Mübarek Erzurum”. Ankara, 1989
5. Kuran A. Anadolu Medreseleri , C: I, TIK Yayınları, Ankara,1969
6. Halaçıoğlu Y. Osmanlılarda İlim, Din ve Sosyal Messeseleri;Doğuştan Günümüze Büyük
İslam Tarihi, C.12 TIK Yayınları, Konya, 1994
7. Ulusoy A. Kuruluşundan 17.Yüzyıla Kadar Osmanlı Medreselerinde Eğitim Öğretim
Faaliyetleri (yayınlanmış yüksek lisans tezi) Selçuklu Üniversitesi Sosyal Bilimler Enstitüsü
İlköğretim Ana Bilim Dalı Sosyal Bilgiler, Eğitim Bilim dalı. 2007
8. Atay H. Osmanlılarda Yüksek Din Eğitimi (Medres Programları, İcazetnâmeler, Islahat
Hareketleri ), Dergâh Yayınları, İstanbul, 1983
9. Gül A. Osmanlı Medreselerinde Eğitim Öğretim ve Bunlar Arasında Dâru’l Hadisleri Yeri,
TTK, Ankara, 1997
10. Kazıcı Z. Osmanlı da Eğitim Öğretim Bilge Yayınları İstanbul, 2004. Kazıcı Z. Ana
Hatlarıyla İslam Eğitim Tarihi,M.Ü.İlahiyat Fakültesi Vakfı Yayınları, İstanbul, 1995
11. Ünal R.H. Çifte Minareli Medrese (I.Baskı).Ankara: Kültür Bakanlığı,1989. Ünal R.H. Çifte
Minareli Medrese ve Yakutıye Medresesi’nin Tanıtılması, Çeşitli Konular, Atatürk
Üniversitesi Kuruluşunun XX. Yılı Armağanı, Ankara, 1978
12. Sarşkaya Y. Medreseler ve Moderneşme, İstanbul, 1997
13. Ünal R. H. Les Monuments İslâmiques Anciens de la Ville d’Erzurum et de sa Region,
Paris, 1968
14. Ünal R. H. Erzurum İli Dahilindeki İslami Devir Anıtları Üzerine Bir İnceleme , Atatürk
Üniversitesi Edebiyat Fakültesi Araştırma Dergisi S. 6, Erzurum, 1974
15. Ünal R. H. Osmanlı Öncesi Anadolu Türk Mimarisinde Taçkapılar, İzmir: Ege Üniversitesi
Yayınlar, 1982
16. Özkan H. XI-XIII. Yüzyılda Anadolu Türk Mimarisinin Oluşumunda Doğu Anado- lu’nun
Rolü Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü Sanat Tarihi Anabilim Dalı Doktura
Tezi, Erzurum, 2000
17. Hızlı M. Osmanlı Klasik Döneminde Bursa Medreseleri, İz Yayınları, İstanbul, 1998.
Hızlı M. Kuruluşundan Osmanlılara Kadar Medreseler, 1987
18. Baltacı C. Fatih Sultan Mehmed Devri İlim Hayatı ve Sahn-ı Semən Medreseleri, İstanbul
Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı Yayınları, İstanbul, 1995. Baltacı C.
XV-XVI Asırlarda Osmanlı Medreseleri, Teşkilat Tarih, İstanbul, 1976
19. Akgündüz H. Klasik Dönem Osmanlı Medrese Sistemi (Amaç,Yapı, İşleyiş) Ulusal
Yayınları, İstanbul, 1997
20. Asani E. Makedonya’daki Medreseler ve İsa Bey Medresesi (Yayınlanmış Yüksek Lisans
Tezi). Uludağ Ünivaesitesi, Sosyal Bilimler Enstitüsü, İslam Tarihi ve Sanatları Anabilim
dalı, 2010.
237
21. Kazıcı Z.Osmanlı da Eğitim Öğretim Bilge Yayınları İstanbul, 2004
22. Yatkaya M. Tanzimat’tan Evvel ve Sonra Medreseler. İstsnbul, 1940
23. Sözen M. Anadolu Medreseleri. İstanbul, 1970
24. Aslanapa O. Orta Çağın En Eski Yatılı İlim ve Kültür Messeseleri. Ankara, Türk Kültürü,
s.12, 1963
25. Səfərli, F. Naxçıvanda İctimai, Siyasi və İdeologiya Mərkəzləri. Bakı, 2003
26. Gündoğdu H., Ali Bayhan A., Arslan M. Sanat tarihi açısından Erzurum. Erzurum, 2010
ABSTRACT
Gulnara Kanbarova
Upbringing and educational hearths in Islamic history – medresas
The word medresa has been used in the meaning of “education hearth ruled with the
traditional methods in Islamic countries”. Generally, medresas are the educational establishment the
Subyan school graduates brought up. Being the science hearth the mesresas’ forming and
organizing by the help of state and being the education free with the help of foundation are the labor
of Saljuks. Being analogues of Nizamiyye medresas (459-1065) begun working in Baghdat by
Saljuks we can also denote the medresas built in the cities of Marv, Herat, Isfahan, Balkh, Basra,
Mosul, Amuli, Tarebistan. First of all in the IV-X centuries the medresas occured in Eastern
territories of Islamic territoies as Bukhara, Nishapur, Khorasan are confered to be spresd to the
other Islamic countries as Baghdat, Syria, Egypt, Tunis and Endulus. But in Anatolia medresas have
been built in different places in XII century for the first time in Saljuks and Beyliks period being
taken as a sample from Syria and Baghdat medresa. The first medresa samples built by turks in
Anatolia belong to the middle period of the XII century. Building medresas had more widely spread
in Ottomans period. Although medresas were the highest educational hearths of Ottomans state a
few part of these can remained to our time.
РЕЗЮМЕ
Гюльнара Ганбаров
Медресе-очаги воспитания и овразования в Исламской истории
Слово медресе в исламских странах использовалось как учебное заведение,
испольняющее традиционные методы. Вообще, медресе-это учебное заведение которое
воспитывало выпускников Субьянской школы. Будучи очагом науки, медресе, в широком
смысле, построены и организованы со стороны государства и были бесплатными, благодаря
Сельджукам. Начавшая свою деятельность в Багдаде со стророны Сельджуков Низамие
медресе (459-1065), имела подобные медресе, построенные в городах: Марва, Герат,
Исфахан, Балх, Басра, Мосул, Амули, Таберистан. Начало выхода медресе в Исламском мире
на Востоке в Бухаре, в Нишапуре, в Хорасане приходится к IV-X векам. Отсюда медресе
распространились в другие исламские страны как Багдад (Ирак), Сирия, Египет, Тунис и
Эндулус. В Анадолу медресе в первый раз построены во времена Сельджуков и Княжеств и
примером для таких медресе брались Сирийские и Багдадские, которые строились в разных
местах. В Анадолу первые медресе, построенное турками, относится к XII веку. Еще более
распространилось строение медресе во времена Османов. Если даже медресе были высшими
учебными заведениями Османского государства, их малая часть дошла до наших дней.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
238
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ÇELİK ÇİNGİZ
Naxçıvan Dövlət Universiteti
UOT: 726
ƏRZURUMUN QOŞA MİNARƏLİ MƏDRƏSƏSİ
Açar sözlər: Səlcuqlular dövrü, Qoşa minarə, Mədrəsə, Eyvanlı həyət, Daş və kaşı bəzəklər
Key words: Seljuk period, Twin minarets, madrasa, Porch yard, Ornaments of stone and tiles
Ключевые слова: Период сельджуков, Близнецы минареты, Медресе, Крыльцо двор,
Украшения из камня и плитки
1071-ci ildə Malazgirt Zəfəri ilə Anadolunun qapılarını açan və bu tarixdən sonra qurulan
Anadolu Səlcuqluları, yeni bir türk və İslam mədəniyyətinin təməllərini atmağa, Anadolunu
yenidən abadlaşdırmağa başladılar. Başda paytaxt Konya olmaq üzrə Anadolu şəhərləri məscid,
mədrəsə, türbə, köşk, karvansaray, xana, hamam kimi memarlıq əsərləri ilə bəzədildi. Çoxu Orta
Asiyadan gələn geniş bir təcrübə və yetkinliyə malik qabiliyyətli türk memarları və sənətkarları,
yerli memarlıq sənətindən də faydalanaraq Anadoluda daş və kaşı sənətində yenı bır cığır açdılar.
Mədrəsələrin memarlıq xüsusiyyətlərini qısaca olaraq belə yekunlaşdıra bilərik: Ərzurum
şəhər mərkəzində günümüzə qədər çatan 6 mədrəsə quruluşu var. Bu mədrəsələrdən biri
Səlcuqlular-Qoşa Minarə, ikisi Elxanilər-Əhmədiyyə və Yakutiyə mədrəsəsi, üçü Osmanlı dövrünə-
Kurşunlu, Pərvizoğlu və Şehlər mədrəsələridir. Ərzurumdakı Səlcuqlu və Elxanilər dövrü
mədrəsələri müstəqil monumental görünüşlü mədrəsələr olaraq inşa edilərkən, Osmanlı dövrü
mədrəsələri daha kiçik ölçülərdə olub, bir toplumun hissəsi kimi qurulmuşdur.
Səlcuqlu və Elxanilər dövrü mədrəsələrində Qoşa Minarəli mədrəsə, açıq salonlu, Yakutiyə
və Əhmədiyyə mədrəsəsi isə bağlı salon olaraq Anadoluda Səlcuqlu mədrəsə ənənəsində inşa
edilmişdir. Qoşa Minarəli mədrəsə ölçüləri baxımından Anadolunun ən böyük açıq salonlu
mədrəsəsidir. Mədrəsə dörd eyvanlı, iki mərtəbəli və çardaqlı mədrəsə qrupundandır. Yakutiyə
mədrəsəsi üç eyvanlı, bir mərtəbəli, ancaq girişin üzərindəki ikinci mərtəbə ilə fərqli bir sxemdədir.
Əhmədiyyə mədrəsəsi iki eyvanlı bağlı salonlu və bir mərtəbəli mədrəsələr qrupundadır.
Şəkil 1.Ərzurum Qoşa minarəli mədrəsə (ön fasadı)
Ərzurumda Səlcuqlu və Elxanilər dövrü mədrəsələrində Qoşa Minarəli mədrəsə və Yakutiyə
mədrəsəsi ön fasadları, fasadın ortasına yerləşdirilən monumental giriş qapısı və qoşa minarələri ilə
Anadolu mədrəsələrinin ən gözəl nümunələrini meydana qoymaqdadır. Giriş baştağlarda yer alan
həndəsi, bitki mənşəli və füqurlu bəzəklər dövrün ən inkişaf etmiş nümunələrini təqdim edir. Hər iki
239
mədrəsə fasadlarında diqqət çəkən rumi, palmet və lotuslardan ibarət bitki mənşəli motivlərlə Orta
Asiya və Səlcuqlu ənənəsini bütünləşdirən həyat ağacı, hər iki yanındakı qoruyucu heyvanlar və
cütbaşlı qartal fiquru, monumental fasadları önə çəkən ən əhəmiyyətli kompozisiyalar arasındadır.
Şirli kərpic və kaşı istifadə edilən minarələr ön cəbhə tənzimləməsində son dərəcə diqqət çəkicidir.
Anadoludakı bənzəri mədrəsə nümunələrinə Sivasda da rast gəlinməkdədir.
Mədrəsə Ərzurum Ulu Caminin şərqində Təbriz keçid məntəqəsindən və xiyabanın cənub
hissəsində yerləşir. Şəhərin ortasında yerləşən mədrəsənin digər adı “Hatuniyə”-dir.
Mədrəsənin qərbində və eyni zamanda paralelində Ulu Cami, şərqində Osmanlıların son
dövr əsərlərindən olan Narmanlı məscid, şimalında qala və şəhər divarları təqribən 400-500 m
irəlidə üç kümbəzlə əhatə olunur (1, s. 338).
Qoşa Minarəli mədrəsə bu tarixi çərçivənin ən əhəmiyyətli ünsürünü təşkil etməkdədir.
Səlcuqlu abidələri içində başda gələn bu mədrəsə, həm memarlıq baxımından, həm də orta dövr türk
elm müəssisələrinin böyüklərindən olması etibarilə, əhəmiyyət daşımaqdadır (2, s. 116).
Uzun zaman mədrəsə 1253-ci ilə qədər Ələddin Keykubadın Huandi Hatuna aid olmuşdur.
Buna görə də mədrəsənin bir digər adı Hatuniyə mədrəsəsidir. Ancaq bunu sübut edəcək bir dəlilə
rast gəlinməmişdir. Qoşa minarəli mədrəsənin bu günə qədər inşa tarixi qurucusunun və ya
memarını ifadə edən hər hansı bir kitabəsi olmadığı üçün konkret bilgi yoxdur (3, s.209).
Günümüzə qədər aparılan araşdırmalarda mədrəsənin tikintisinin XIII əsrin ortalarından XIV
əsrin əvvəllərinə qədər təxminən 50-60 illik zamanı əhatə edildiyi bildirilir. Memarlıq və bəzəmə
baxımından baxdıqda, tamamlanamadığı aydın olan bu quruluşun mədrəsə olaraq istifadə edilib-
edilmədiyi də tam olaraq bilinməməkdədir (4, s.110).
Şəkil 2. Ərzurum Qoşa minarəli mədrəsə (eyvanlı həyəti)
Qoşa minarəli mədrəsənin cənubunda inşa edilən türbənin tarixi də mədrəsə kimi
müzakirələrə səbəb olmuşdur. Bəzi tədqiqatçılar mədrəsənin cənub eyvan və yan divarlarına
baxaraq, arxadakı türbə qismiylə bu sahənin də əvvəl var olduğunu, Səlcuqlular dövrünə aid edilən
bu quruluşun sonradan mədrəsəyə qatıldığını irəli sürmüşlər (2, s.240).
Bu mövzuda ən yaxşı fərziyyə H. Karamağaralınındır. Karamağaralı qübbə üslub
xüsusiyyətlərin nəzərə alaraq künbəzlə mədrəsəni eyni tarixlərə gətirməklə, ehtimalla bir Səlcuqlu
dövrü quruluşundan artıq qalan bu günki cənub eyvanının bir ucuna mədrəsənin, digər ucuna da
qübbənin əlavəsi nəticəsinə çatmaqdadır. Memarlıq tərzi, bəzəmələri, kaşı və giriş portalında olan
cüt başlı qartal fiquru isə Elxanilər dövrünün əsəri olduğunu göstərir (6, s.14).
Ərzurum Qoşa minarəli mədrəsəsinin memarlıq xüsusiyyətləri. Qoşa minarəli mədrəsə iki
mərtəbəli, açıq salonlu və dörd eyvan sxeminə uyğun olaraq inşa edilməklə, öz memarlıq forma və
quruluşu ilə Anadoludakı ən monumental nümunəsini meydana gətirmişdir (5, s.58).
Anadoluda Osmanlıdan qabaqkı dövrdə inşa edilmiş mədrəsələrin ən böyüklərindən biri
olan Ərzurum Qoşa minarəli mədrəsə olduqca diqqətli cəl edən sənətkarlığa malikdir. Mədrəsə,
dörd eyvanlı, ətrafı çardaqlarla çevrili, açıq həyət, iki mərtəbəli bir plana sahibdir (6, s.52).
Təxminən, 35x48m ölçülərində, düzbucaqlı bir sahə üzərinə oturdulan mədrəsənin,
30,50x12,20 m ölçülərində həyəti vardır. Mədrəsənin xarici divarları da düzgün bir dördbucaqlı
formasında olmasına baxmayaraq, divarların düzgün oturdulması üçün cənuba doğru qismən
240
genişləndirilmişdir. Burada bina oxunun tam qiblə istiqamətinə tutulma arzusu görülməkdədir.
Mədrəsənin şimal-şərq küncündə və cənub-şərq küncündə olan hücrələr arasında buna görə, dərinlik
ölçülərində fərqlilik meydana gəlmişdir (7, s.46).
Mədrəsənin şimal cəbhəsi, quruluşun ən təsiredici sənətkarlığı üzərində toplamasıyla, diqqət
çəkməkdədir. Bəzəkli giriş portalı abidəyə bənzər görünüşüylə bütün ön tərəfin üçdə birini əhatə
edir (8, s.116).
Fasad ortasında olan giriş portalı, iki yanda yüksələn minarələrin kürsüləri ilə inteqrasiya
olunmuş vəziyyətdədir. Giriş portalı iki minarə otağı bu səbəblə fasadda dördkünc bir çıxıntı
meydana gətirmişdir.
Mədrəsənin giriş portalı müxtəlif formalı bəzəklərlə örtülmüş olub, burada on dörd naxış
sırasına yer verilmişdir (9, s.84-85). Mühasirə kəməri, gövdəsi palmetlərlə bəzəkli, iki mərtəbəli
başlıqlara sahib olub, künc sütunları üzərinə dayanır. Mozaikalı karvansaranın tam altında, kitabə
qurşağı olduğu sanılan boş bir yeləni, daxili həndəsi naxışlı yarımsilindirin üzərinə dolanır. Əsas
yarımsilindirin yan üzləri üzərində görülən mehrabları (namaz qılmaq üçün divardakı oyuq) daxili
də həndəsi naxışlı yarımsilindirlərdən qurulub. Mehrab boşluğunun yelenleri irəli doğru gələrək
uclarında künc sütun başlıqlarının üstündə, iti kəmərli, içi boş buraxılmış kiçik bir çərçivə diqqəti
çəkməkdədir. Buradakı şivlər və başlıqlar bitki mənşəli formalarla, daxili səthi və çərçivə kəməri
isə həndəsi nümunələrlə bəzədilmişdir.
Rəsim 1. Ərzurum Qoşa minarəli mədrəsə. Şimal və cənub fasadının bərpa eskizləri.
Rəsim 2. Ərzurum Qoşa minarəli mədrəsənin planı (Ünal, 1989)
Kürsü ön divarının üst tərəfindəki silmə xəttinə qədər düzgün kəsmə daşlarla örtülmüşdür.
Kursunün bu xətdə yuxarıda qalan seqmentləri kərpic ilə inşa edilmiş, fasad və yan üzlərinə bəzəmə
lövhələr yerləşdirilmişdir. Bu panolardakı bəzək kərpic və çini mozaykalarla verilmişdir. Kərpic
minarələrin gövdələri yivlidir (10, s.41).
241
XIII əsrdə çəkilmiş oymada minarələrin üst hissəsinin yıxılmış olduğu görülməkdədir. Qalan
bir neçə mukarnas yuvasına söykənərək kəmər altlarının mukarnaslı olduğu aydın olur. Kəmərlərin
altında gövdənin üst tərəfindəki bəzəmə qalıqları, burada kaşı ilə bəzənmiş bir bəzəmə qurşağının
varlığını göstərir. Ancaq kaşıların hamısı tökülmüş vəziyyətdədir. Minarələrdən Şərqindəki gövdəsi
üzərində bir-birinə sarılmış yiv, digərində isə paxlava motivləri işlənmişdir. Bəzəmələr, kərpiclər
arasına yerləşdirilmiş firuzə rəngli kaşılarla işlədilmişdir.
Şəkil 3.Ərzurum Qoşa minarəli mədrəsənin giriş baştağı, daş və kaşı bəzəkləri
Tac qapının üzərinə işlənən ikisi də yan üzlərdə olan cəmi dörd panonun dördündə də ortaq
ünsür, həyat ağacı motivləri işlənmişdir. Düzbucaqlı formalı çərçivələr içərisində işlənmiş bu
panolarda fasadda olan ikisində üstdə cüt başlı bir qartal və iki əjdəha fiquru ilə diqqəti
çəkməkdədir. Şərqdəki minarə gövdəsi üzərində sarılmış yivlər, cənubda isə paxlava şəkilli bəzək
görülməkdədir. Bu bəzək, şirsiz kərpiclər arasına yerləşdirilməklə, firuzə rəngli kərpiclərlə
hörülmüşdür (11, s.98).
Mədrəsənin şimalında olan giriş portalının cəbhə künclərinə doğru getdikcə, fərqli memarlıq
ünsürləri gözə çarpır. Fasad künclərinin təxminən 2 m daxili qisiminə yerləşdirilən payandalar
bəzəməsi, sadə bir görünüşdədir. Ön sahə künclərinin iki ucuna yaxın seqmentdə yarım dairə
profilli bir payanda (dəstək qülləsi) diqqət çəkər. Mədrəsə cəbhəsindəki simmetriya qayğısı, digər
memarlıq ünsürlərdə də görülməkdədir. Fasadda qərb tərəfdə olan məscid pəncərəsi ilə şərq
istiqamətdə olan məscid pəncərəsi ilə çeşmənin yerləşdirilməsi simmetriyası əsas alınmışdır.
Fasadda sıx bəzəmələrlə, hərəkətli bir görünüşlə sərgilənən, hərəkətli və son dərəcə sadə edilmiş
fəsad yan tərəfləri ilə uyğunlaşdırılmağa çalışılmışdır (7, s. 48).
Şəkil 4.Ərzurum Qoşa minarəli mədrəsənin stalaktit giriş baştağı (Aydın, 2008)
Qoşa minarəli mədrəsə üç mərtəbəli bir nizama sahib olub, üstü açıq bir həyət ətrafında
otaqlar sıralanmışdır. Mədrəsənin qərb qanadında ölçülərlə eyni olan hücrə var. Bunun da təxminən
242
2,75x4,25 ölçülərindəki hücrələri üstü beşik tağla örtülü olub, qapı ərazisinə açılan bir kiçik
pəncərəli hücrələr yer almaqdadır. Mədrəsənin şərq divarında isə cənub şimal istiqamətində xaricə
doğru bir genişləmə diqqəti çəkir. Şərq divarının iki yanlarında hücrələrin uzunluqlarının arasında
fərq meydana gəlmişdir. Şimali cənub istiqamətində xaricə doğru bir genişləmə görülür. Şərq
divarında isə səkkiz hücrə vardır. Qərb divarında hücrələr kimi bu hücrələr də qapı başında kiçik
pəncərələrdə işıqlandırılır. Mədrəsənin cənub şərq küncündə iştirak edən hücrələrin ölçüləri
digərlərindən daha geniş (4,60) olub, bu hücrələrin tağları iki qat yüksəkliyindədir. Bu hücrələrin
işıqlandırılması üst qat çardağa açılan bir pəncərə vasitəsilə təmin edilir (6, s.11).
Yer qatındakı hücrələrin hər biri fərqli olmaq üzrə, mukarnaslarla, silmələr və həndəsi
formalı yelənlə elə, gülbəzəklərlə bəzənmişdir. Həyətdə olan şərq və qərb eyvanları, iki qitədə
hakim şəkildə yüksəldilmiş olub, şərq eyvanı ulduz formalı tağ, qərb eyvanı çarpaz tağla
örtülmüşdür. Bu eyvanların başlanğıc kəmərləri bir basdırma sütun üzərinə oturdulmuşdur.
Başlanğıc kəmərlərinin həyətə baxan üzləri də dörd ədəd bəzəkli yelənlə örtülmüşdür.
Şəkil 5. Ərzurum Qoşa minarəli mədrəsə, Şərq eyvanındakı ulduz təsviri (Aydın,2008)
Şimali ön sahədə olan daxili eyvan da memarlıq quruluş etibarı ilə yan eyvanlara bənzəyir,
ayrıca sadə bir görünüşə malikdir. Cənubdakı eyvandan fərqli olaraq qalan yan divarları iki çardaq
pilləsi formasındadır. Ana eyvan önündəki pillələrdə beş-beş bəzək yeləni vardır. Bunlardan bir
qismi kəmərin daxilini izləməkdə, bir qisimi də kəmərin ətrafında çərçivə meydana gətirməkdədir.
Üst qatın planı da, zəmin qatın təkrarı kimidir. Hücrələr ayrı nərdivanlardan çıxılan dörd bloka
ayrılmışdır. Hər blok müstəqil bir bütünlük içindədir. Bu qat fasadları ayaqda tutan sütunlar, aşağı
qatın çardaq sütunlarının üstündə dayanır. Rəvan tağlar çox sadə görünüşlüdür (6, s.12).
Şəkil 6.Ərzurum Qoşa minarəli mədrəsə künbəzinin həndəsi hörgülü bəzəməsi (Aydın, 2008,)
Cənubi eyvanın dib divarına bitişik olan künbəz; gövdəsinin xarici səthi hər biri digərindən
kaval simlərlə ayrılmış on iki küncdən meydana gəlmişdir. Künc arasında qalan lövhələr alt
qisimlərində olan böyük pəncərələr, içdən və xaricdən əhatə edilmişdir. Bu sağır kəmərlərin
ayaqları bir basdırma sütuna oturdulmuşdur (6, s.13). Şişuclu künbəzi on iki yarımsilindirə
243
bölünməklə, kafel rəngli qəmbər daşı ilə örtülüdür. Künbəz gövdədən sonra stalaktit və həndəsi
formalı yelənlər üzərinə oturdulub.
Mədrəsə həyətində künbəzə giriş, günümüzə çatmayan ancaq köhnə izlər görülən bir qapının
düzbucaqlı, çərçivəli boşluğundan məlum olur. Künbəz məscid qatına çıxılan nərdivanla həyətə
açılır. Künbəz içində və alt seqmentdə olan bütün pəncərə və oyuqlar, iti kəmərlər ilə əhatə edilmiş
bir mukarnaslı kavsaraya malikdir. Bu kavsara mühasirə kmərləri künc sütunları üzərinə oturur (7,
s.52). Künbəz gövdəsi içdə də on iki bucaqlı olub yarım kürə şəkilli bir künbəz ilə örtülüdür.
Onikikünc iç səthin hər bir üzü üzərində, çevrilməli olaraq bir oyuq və ya bir pəncərə var. Pəncərə
və oyuqlar arasındakı sahələr bəzəkli yelənlər ilə örtülüb. Nərdivan sahəsinin altında şam yandiran
yer verilib. Künbəz mumyalığı yarı yüksəkliyinə qədər torpağa basdırılmışdır. Şam yandıran yerin
giriş hollu iti kəmərli bir tağla örtülü olub, xaça bənzəyən bir planı vardır. Orta qismi monastırlarda
işlənən tağ formaları ilə örtülüdür. Bu tağların hər kənarında, iti kəmərli tağlarla örtülü dərin bir
oyuğa yer verilmişdir (7, s.13).
Ərzurum Çiftə Minarəli mədrəsənin bəzəmə xüsusiyyətləri. Çiftə Minarəli mədrəsənin bəzəyi,
tac qapı, eyvanlar, otaq girişləri və türbə üzərində cəmlənmişdir. Bəzəklər əsas xüsusiyyətinə görə
dəyişiklik və simmetriyalarda əhəmiyyətli bir rol oynamışdır. Fasaddakı bəzəmə ünsürlərinin
dağılmasında və bəzəkli qisimlərin seçimində simmetriyaya möhkəm bağlanmışdır. Bəzəmədəki
dəyişiklik arzusu, hücrə qapılarının nizamında bütün açıqlığıyla görülür (7, s.16-19).
Mədrəsənin bəzəkləri dörd əhəmiyyətli xarakteri olan həndəsi, bitki mənşəli motivlər, yazı
və fiqurlu bəzəmə ilə qarşımıza çıxmaqdadır. Həndəsi bəzəmələr daha çox salondakı sütunların
gövdələrində, eyvanların fasadlarında, tələbə otaqlarının qapı bəzənməsində işlənmişdir. Bitki
mənşəli bəzəklər isə tac qapıda, həyət sütunlarını bir-birinə bağlayan kəmər və künbəzin iç üzündə
qarşımıza çıxır (12, s.7).
Mədrəsənin qərb eyvanının cənub sütünları başlığı üzərində yerə paralel olaraq işlənmiş
kiçik ölçülərdə bir insan maskası vardır.
Yazı: Çiftə minarəli mədrəsənin minarə qaydalarına ulduz formasında kufi yazılar eyvan,
pəncərə və oyuqlar ətraflarında isə Səlcuqlu nəcx (ərəb yazısı) ilə yazılmış yazı növlərinə yer
verilmişdir. Mədrəsə içərisindəki kitabələr isə ayə və hədis mətnləridir (7, s.5).
1.
2.
Şəkil 7. 1.Ərzurum Qoşa minarəli mədrəsənin otaq qapısı (Yurddaş, 2008)
2.Ərzurum Qoşa minarəli mədrəsənin nəbati naxışlı bəzəkləri (Yurddaş, 2008)
244
Şəkil 8. Ərzurum Qoşa minarəli mədrəsənin Cənub eyvanının bəzəkləri (Aydın, 2008)
Şəkil 9. Ərzurum Qoşa minarəli mədrəsənin divar bəzəkləri (Aydın,2008)
Mədrəsənin tikintisində işlədilən materiallar. Material və texniki hücrələrin daxili divarları
xaric, bütün quruluş kəsmə daşlardan tikilmişdir. Minarələr isə kərpiclə inşa edilmişdir. Firuzə
rəngli kaşılarla bəzənmişdir. Cənub eyvanının yan divarlarının inşaatında istifadə edilmiş olan
daşlar, quruluşun digər tərəflərindən fərqlidir. Kərpic minarələr də kaşı mozaika texnikası ilə
işlənmişdir. Yivli minarə gövdələrində kərpicdən işıq-kölgədən plastik, çox yaxşı şəkildə istifadə
edilmişdir. Mədrəsənin qalın tutulan divarları içərisində bağlamadan istifadə edilmişdir. Kəsmə daş
vəsaitin kobud sənəti yerdə ikən yonulmaqdadır. Motiv və kompozisiya divara bərkidilmədən yerdə
qurulub daha sonra divara yerləşdirildikdən sonra daşların alışdırılması və incə işi görülmüşdür (13,
s.110). Otaqların daxili divarlarından əlavə bütün quruluş kəsmə daşlarla hörülmüşdür. Mədrəsənin
qalın tutulan divarları içərisində bağlamalardan istifadə edilmişdir. Qübbənin konusvari damı
qəhvəyi qırmızı görünüşlü qənbər daşı olaraq bilinən daş lövhələrlə örtülmüşdür (7, s.14).
Dostları ilə paylaş: |