Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

ƏDƏBİYYAT  
 
1.
 
M.J. Manafova, N.T. Əfəndiyeva, S.A.Şahhüseynova. Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali 
məktəblər üçün dərslik. Bakı, Sabah nəşriyyatı, 2010 
2.
 
Ə. Bədəlbəyli. “İzahlı monoqrafik musiqi lüğəti”, Bakı, 1978 
3.
 
Aida Hüseynova. Musiqi səmimiyyət məbədi. “Ayna Mətbu Evi”, Bakı, 2001, s 94  
4.
 
А.В. Луначарский. «О социологическом методе в теории и истории музыки», кн. 2, 
Москва, 1925   
5.
 
М. Зильберквит. «Мир музыки», изд-во «Детская литература», Москва, 1988, стр. 335  
6.
 
A.Ə.Əsgərov. Musiqi tarixi. Dərs vəsaiti. “Elm və təhsil”, Bakı, 2013, 179 s             

192 
 
ABSTRACT 
Sevda Huseynova 
In the formation and development of the musical culture of Azerbaijan the 
 work of Asaph Zeynally  
 
The article refers to the artistic style and esthetic direction in European culture of XVII-XIX 
centuries - сlassicism. At the heart of classicism on ideas of rationalism that found vivid expression 
in the philosophy of Descartes. Art work from the standpoint of classical, to be built on the basis of 
strict canons, thereby revealing the harmony and consistency of the universe. Interest Classicism is 
only  the  eternal,  unchanging  -  in  every  phenomenon  it  seeks  to  recognize  only  the  essential, 
typological  features,  casting  occasional  individual  features.  The  aesthetics  of  classicism  attaches 
great  importance  to  the  social  and  educational  function  of  art.  Classicism  establishes  a  strict 
hierarchy  of  genres,  which  are  divided  into  high  (ode,  tragedy,  epic),  and  low  (comedy,  satire, 
fable). Every genre has  a strictly defined characteristics, mixing them is not allowed. As a certain 
direction  was  formed  in  France  in  the  XVII  century.  French  classicism  claimed  identity  of  the 
person  as  the  supreme  value  of  life,  freeing  him  from  the  religious  and  ecclesiastical  influence. 
Classicism largely relied on the ancient art of taking his aesthetic ideal sample, the "golden age".   
            
 
 
РЕЗЮМЕ 
Севда Гусейнова  
Суть классицизма в европейской музыкальной культуре 
 представители венской школы   
 
В  статье  говорится  о  художественном  стиле  и  эстетическом  направлении  в 
европейской  культуре  XVII—XIX  вв.  –  классицизме.  В  основе  классицизма  лежат  идеи 
рационализма,  нашедшие  яркое  выражение  в  философии  Декарта.  Художественное 
произведение, с точки зрения классицизма, должно строиться на основании строгих канонов, 
тем  самым  обнаруживая  стройность  и  логичность  самого  мироздания.  Интерес  для 
классицизма  представляет  только  вечное,  неизменное  —  в  каждом  явлении  он  стремится 
распознать  только  существенные,  типологические  черты,  отбрасывая  случайные 
индивидуальные признаки. Эстетика классицизма придаёт огромное значение общественно-
воспитательной  функции  искусства.  Классицизм  устанавливает  строгую  иерархию  жанров, 
которые  делятся  на  высокие  (ода,  трагедия,  эпопея)  и  низкие  (комедия,  сатира,  басня). 
Каждый  жанр  имеет  строго  определённые  признаки,  смешивание  которых  не  допускается. 
Как  определенное  направление  сформировался  во  Франции  в  XVII  веке.  Французский 
классицизм  утверждал  личность  человека,  как  высшую  ценность  бытия,  освобождая  его  от 
религиозно-церковного  влияния.  Во  многом  классицизм  опирался  на  античное  искусство 
беря его за идеальный эстетический образец, «золотой век».  
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 
 
 
 

193 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                                                                              MUSTAFA MƏMMƏDOV 
                                                                              Naxçıvan Dövlət Universiteti 
UOT:78 
RİTMİN TAPILMASI VƏ 
MÜXTƏLİF ZƏRB ALƏTLƏRİNİN MEYDANA GƏLMƏSİ 
 
Açar sözlər: Ritmin tapılması və müxtəlif alətlərin meydana gəlməsi, Ayaq döymə: Qaval daş, 
Dəf, Qaval, Nağara, Membranlı zərb aləti: İdiofonlu zərb aləti,İdomenbranlı zərb aləti 
Keywords:  Finding  the  rhythm  and  the  emergence  of  different  instruments,  Stomping: 
Membrane  Drum,  tambourine  stone,  Daf,  Tambourine,  a  percussive:  Idiofonlu  percussive, 
Idomenbranlı percussive 
Ключевые слова:Ритмин поиск и появление различных инструментов, не Топай: Гавал 
даш,  Бубен,  Гавал,  Нагара,  Мембранные  ударных  инструментов:  Идиофонлу  ударных 
инструментов, Идоменбранлы ударных инструментов 
 
Azərbaycanda zərb  çalğı  alətlərinin kökləri çox-çox qədimlərə,  ibtidai  yaşayış dövrlərinə  gedib 
çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Belə vasitələrdən biri ayaqdöymə 
zərb  üsulu  idi  ki,  bu  zaman  qazılmış  quyunun  üzərinə  quru  ağac  döşəyər,  üstünü  müxtəlif  heyvan 
dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki, 
belə yaranmışdır. İndi də zorxana oyunlarından birinin adı "Ayaqdöymə" adlanır. (1) 
Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində 
on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə -yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya 
parçası da vardır. Bu qayanı daş parçası ilə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. (2) 
Belə  güman  edilir  ki,  həmin  qaya  parçası  ulu  əcdadlarımız  tərəfindən  zərb  aləti  kimi  istifadə 
olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə 
xas  olan  keyfiyyətlərini  saxlamaqdadır.  Zərb  çalğı  alətlərinin  müxtəlif  növləri  Azərbaycan  ərazisində 
tarixən  çox  geniş  yayılmış  və  xalqımızın  mədəni  həyatında  özünəməxsus  rol  oynamışdır. 
Alətşünaslığımızın səciyyəvi xüsusiyyətlərindən biri də onun zərb çalğı alətləri ilə zənginliyidir.Hazırda 
musiqi  sənətimizin  inkişafında  başlıca  rol  oynayan  bir  çox  zərb  alətlərindən  geniş  istifadə  edilir.  Bu 
alətlər, əsasən, 3 növə ayrılır: 
1.  Membranlı.  Qrupa  təbil,  kos,  qoşa  nağara,  nağara,  dümbək  və  bu  növ  digər  zərb  alətləri 
daxildir. 
2.  İdiofonlu.  Buraya  kasa  və  saxsı  qablar,  müxtəlif  növlü  laqqutular,  şaxşaxlar,  zınqırovlar, 
qumrovlar və s. aid edilə bilər. 
3. İdiomembranlı. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir. 
 Zəngin  və  müxtəlif  növlü  zərb  çalğı  alətlərindən  bir  çoxu:  təbilbas,  dənbal,  məzhər,  təbil, 
qumrov,  zil,  dühul,  zəng,  zınqırov,  kaman, sinc, davul, naqus, xalxal və  başqaları  musiqi 
mədəniyyətimizin inkişafı tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır. 
Orta  əsrlərdə  Azərbaycanda  simli-mizrablı  alətlər  geniş  yayılmışdır.  “Kitabi-Dədə-Qorqud” 
dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları 
çəkilmişdir (3). 
Zərb alətləri və onların orkestrdə yeri tarixən bütün musiqi alətlərindən əvvəl meydana gələn zərb 
alətlərinin  melodik  yoxsulluğu  onların  musiqi  sənətində  özünə  layiqli  yer  tutmasına  mane  ola 
bilməmişdir.  Hər  şeydən  əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  zərb  alətləri  musiqi  sənətinin,  musiqi 
alətlərində yaranmasında mühüm rol oynamışdır. Zərb alətlərinin meydana gəlməsi insanın cəmiyyətdə 
ilk şüurlu addımları ilə, onun kollektiv əmək təşəbbüsləri ilə çox bağlı olmuşdur. (4) 
Praktik  təcrübə  sayəsində  ibtidai  axtarışlardan  sonra  primitiv  əmək  alətləri  ilə  yanaşı,  ilk 

194 
 
musiqi  alətlərini ixtira etməyə başladılar. Bir çox sınaqlardan sonra nağara və təbil  kimi  nisbətən 
mükəmməl musiqi alətləri meydana çıxdı. 
Zərb  alətlərinin  səsi  qeyri-adi  olaraq  əmək  və  mərasim  tədbirlərində  hərəkətdə  olan,  yaxud 
rəqs edən adamın bədənini vəcdə gətirir, onun hərəkətlərinə dinamiklik verir, təbiətdə mübarizədə 
səylərini səfərbər etməkdə insana böyük kömək göstərirdi. Sonradan zərb alətləri hərbi  yürüşlərin 
müşayiətçisinə çevrildi.(5) 
Qədim  sivilizasiya  mərkəzi  olan  Misir,  Fələstin,  Yunanıstan  və  Romada  zərb  alətlərindən 
rəqsləri və oyun havalarını müşayiət etmək məqsədilə istifadə edirlər.  
Qobustanda “Qavalçalan” daşın tapılması göstərir ki, Azərbaycanda da zərb alətlərinin yaranması 
çox  qədim  dövrlərə  gedib  çıxır.  Orta  əsrlərdə  Azərbaycanda  bir  çox  zərb  aləti  mövcud  olmuşdur. 
Bunlardan qaval, dəf, nağara, qoşa nağara, dümbək, təbil əsrlərin sınağından çıxaraq bizim gün–lərimi–
zədək mühafizə olunmuşdur. Öz təsnifatına görə zərb alətləri iki qrupa  bölünür: müəyyən səs tembrinə 
malik  zərb  alətlərinə  və  qeyri-müəyyən  səs  tembrinə  malik  zərb  alətlərinə  ayrılırlar.  Birincilər  qanu–
nauyğun olaraq musiqi parçasının harmonik və melodik əsasına daxildirlər (məsələn, dəf, qaval): ikinci 
qrupa daxil olan zərb alətləri isə  (nağara, qoşa nağara, dümbək, təbil) ritmik və bəzəyici rol oynayırlar.  
Hazırda Azərbaycan zərb alətləri, X.Ç.A orkestrlərində özünə möhkəm yer tutmuşdur. Qoşa 
nağara  və  dümbək  isə  aşıq  ansanbllarında  geniş  istifadə  edilir.  Təbilə  bir  sıra  rayonlardan  (Şəki, 
Naxçıvan və s.) el şənliklərində təsadüf olunur. Qoşa nağaradan bəzi hallarda dəflə birgə orkestrdə 
istifadə olunur. Zərb alətləri orkestrdə iki məqsədə xidmət edir:  
1. Hərəkətin dəqiqliyi və sürəti üçün lazımi ritm yaratmağa 
2. Musiqi parçasına bəzək verməyə. 
Zərb  alətlərindən  çox  ehtiyatla,  zövqlə,  yaradıcı  şəkildə  və  müəyyən  ölçü  daxilində  istifadə 
olunmalıdır. Buna görə ifaçı çalışmalıdır ki, zərb alətləri dinləyicini yormasın. 
ƏDƏBİYYAT 
1.
 
Bünyadov T.Ə. “Əsrlərdən gələn səslər”. Bakı, Azər nəşr.1993, s 244-253 
2.
 
Araslı Həmid. “Kitabi Dədə Qorqut dastanları. Bakı, Gənclik nəşriyyatı, 1978 
3.
 
Cəmşidov Şamil. “Kitabi Dədə-qorqudu vərəqləyərkən”. Bakı, 1969 
4.
 
Nizami Gəncəvi əsərləri 2-ci cild. Şərq-qərb nəşriyyatı. Bakı 2013, s 763 
5.
 
Mədəni həyat jurnalı.Bakı, “Xatun plus” nəşriyyatı, s 84-85, 2013 
ABSTRACT 
Mustafa Mamedov 
The  article  represent  main  facts  snch  as  the  process  of  discovery,development  and  improve 
ment of the percussion instruments.the creation date of percussion instruments are insvestigated all 
over  the  World  esoecially  in  Azerbaijan  in  this  article.This  article  manes  report  about  kinds, 
structures  and  form  of  the  percussion  instruments.It  the  same  time  it  is  about  the  history  of  the 
musical instruments and their representation in the also about the historical territory of Azerbaijan 
and the things that the men of primitive communal system use as musical instruments. 
      РЕЗЮМЕ 
Мустафа Мамедов 
Статья  отражает  в  себе  важные  вопросы  изобретения,  процесс  развития  ударных 
инструментов.Здесь  исследуются  корни  зарождения  ударных  музыкальных  инструментов, 
время  их  зарождения  во  всем  мире,  в  частности  в  Азербайджане.  В  статье  сообщается  о 
видах, формах строения ударных музыкальных инструментов. Рассказывается о значении и 
месте  этих  музыкальных  инструментов  в  истории,  о  том  что  они  являются  памятником 
материально- культурного наследия, иногда об их изображениях.Здесь так же рассказывается 
о  том,что  ударные  музыкальные  инструменты  были  найдены  на  исторической  територии 
Азербайджана и использовались людьми первобытно общинного строя. 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 

195 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                                                     GÜNAY MƏMMƏDOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:7808 
AZƏRBAYCAN AŞIQ SƏNƏTİ 
 
Açar sözlər: Aşıq yaradıcılığı, varsaq, ozan, saz, aşıq məktəbləri, aşıq havaları 
Key words: Ashug art, varsaq, ozan, saz, ashug schools, ashug songs 
Ключевые слова: Ашугское творчество, варсаг, озан, саз, ашугские школы, ашугские напевы 
 
Azərbaycan  aşıq  sənəti  qədim,  arxaik  köklərə  malik  sənət  növüdür.  Tədqiqatçılar  aşıq 
sənətinin  bünövrəsini  ibtidai  icma  quruluşunun  inkişaf  etmiş  mərhələsində  araşdırılmasının  lazım 
olduğunu yazırlar. 
Aşıq  sənətinin  təxminən  4  min  il  bundan  əvvəl  meydana  gəldiyini  söyləyən  professor 
T.Bünyadov bu sənətin ilk öncə köçəri maldar tayfalar şəklində yaşayan türkdilli qəbilələr arasında 
yarandığını qeyd edir (1, s. 42-43). 
Azərbaycan xalq musiqisini 3 təbəqəyə ayıran musiqişünas R.Zöhrabov belə bir bölgü aparır: 
I-Xalq (mahnı və rəqs janrları)  
II-Xalq-professional (aşıq musiqi yaradıcılığı) 
III-Sırf şifahi professional musiqi janrları (muğam dəstgahları, kiçik formalı muğamlar, zərbi 
muğamlar). 
R.Zöhrabov qeyd edir ki, aşıq yaradıcılığı xalq musiqisi ilə şifahi professional musiqi janrları 
arasında qovşaq təşkil edən bir musiqi formasıdır. O,  həm xalq, həm də professional  yaradıcılığı 
özündə təcəssüm etdirir. Aşıq sənəti musiqi üslubu və quruluş cəhətdən folklora yaxındır. Deməli, 
aşıq yaradıcılığı xalq-professional musiqi janrıdır. 
Azərbaycan  xalq  musiqisinin  ən  böyük  və  zəngin  qolunu  aşıq  yaradıcılığı  təşkil  edir.  Aşıq 
sənətinin  yaradıcıları  olan  aşıqlar  xalq  sənətkarlarıdır.  Professor  P.Əfəndiyev  aşıqları  “xalqın  ən 
sevimli nəğməkarı” adlandırmışdır. Dahi bəstəkar Ü.Hacıbəyli isə bu barədə  yazırdı: “Aşıq sənəti 
xalqa,  kütlələrə  daha  yaxındır,  xalqın  həyəcan  və  arzularını,  xalq  musiqisinin  başqa  növlərinə 
nisbətən daha parlaq əks etdirir. Aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır. 
Aşıq sənəti  xalqın öz yaradıcılığıdır”. 
Üzeyir bəy həmçinin aşıqları “əfsanəvi şəxslər və elin döyünən ürəyi” adlandırırdı. 
Bu fikri davam etdirən və onu bir qədər də dərinləşdirən görkəmli xanəndə Bülbül yazır ki, 
“Azərbaycan  oxuma  üslubunun  əsl  ustaları  və  yaradıcıları,  aşıqlar  olmuşlar.  Onlar  xalq 
yaradıcılığının  təbliğatçıları  və  ifadəçiləridirlər...  Aşıqlar  Azərbaycan  xalqının  ən  qədim  ifaçıları 
olub, onun ideaları və arzuları ilə yaşamışlar”. 
Görkəmli  şair  O.Sarıvəlli  eyni  zamanda  aşıq  sənətinin  mahir  bilicisi  və  tədqiqatçısı  olaraq 
belə  yazır:  “Şeirləri  havalar  üstə,  havaları  şeirlərə  görə  yaradan  sənətkarlar,  yaradıcı  aşıqlar,  şərti 
olaraq desək, eyni zamanda el bəstəkarları olmuşlar”. 
Xalq kütlələri içində yaşamış aşıqlar daima öz yaradıcılığında xalqın həyat və mübarizəsini əks 
etdirmişdir.  Əsrlərdir  ki,  Azərbaycan  kəndlərində  heç  bir  toy,  qonaqlıq,  ziyafət  aşıqsız  keçməmişdir. 
Doğrudur,  müəyyən  zaman  kəsiyində  bu  sənət  və  bu  sənətin  nümayəndələri  nisbətən  arxa  planda 
qalsalar da, artıq bu gün də bir çox toy-büsatlarda, şənliklərdə aşıqları tez-tez görmək mümkündür. 
Orijinal və təkrarolunmaz olan aşıq sənəti xalqın əsrlər boyu əldə etdiyi yaradıcılıq ənənələri 
üzərində yaranıb  formalaşmışdır. Bu haqda S.Pirsultanlı qeyd edir: “Aşıq yaradıcılığı Azərbaycan 
xalqının ictimai və bədii estetik fikir tarixində mədəniyyətin inkişafında əhəmiyyətli rol oynamışdır. 
Aşıq  təkcə  öz  yaratdığı  saz-söz  və  dastan  sərvətinin  sahibi  kimi  məhdudlaşmamış,  eyni  zamanda 
yüzillər boyu Azərbaycan folklorunun əsas hissəsinin daşıyıcısı, yaşadıcısı və yayıcısı kimi şərəfli 
bir vəzifəni də yerinə yetirmişdir”. 
T.Bünyadov  isə  xalqın  istək  və  arzularının  tərcümanı  olan  aşığın  el  arasında  “Xalq  aşığı”, 
“Haqq aşığı”, “Ustad” kimi qiymətləndirildiyini, ona dərin hörmət bəsləndiyini açıqlayır (S.99). (1) 

196 
 
Aşıqlar  xalq  arasında  yalnız  el  sənətkarı  kimi  deyil,  həmçinin  humanist,  müdrik  ustad,  dar 
gündə insanların dərdinə yanan, onlara yol göstərən ağsaqqallar kimi də məşhur olmuşlar. 
Tarixin  müxtəlif  mərhələlərində    bu  sənətin  nümayəndələri  varsaq,  dədə,  yanşaq,  ağsaqqal, 
ozan, aşıq və s. kimi adlarla tanınmışdır. 
“Aşıq” sözünün yaranması, mənşəyi haqqında maraqlı, dəyərli fikirlər söylənmiş və bu sahədə 
bir sıra tədqiqat əsərləri ərsəyə gəlmişdir. 
“Varsaq” sözünün yer, qəbilə, şeir forması və melodiya adı olması haqqında fikirlər mövcud 
olmuş, yanşaq sözünün də müəyyən müddət aşıq mənasında işləndiyi söylənmişdir. 
Dədə  aşıqlar  həm  şair,  bəstəkar,  dastançı,  həm  də  bu  sənətin  mahir  biliciləri  və  ifaçıları 
olmuşlar.  “Kitabi-  Dədə  Qorqud”  dastanından    aşıqların  xalq  həyatındakı  yeri  və  rolu  haqqında 
məlumat ala bilirik. Elə bu dastanda Dədə Qorqud öz dövrünün ustad ozanı olmaqla yanaşı, müdrik 
bilici,  çətin  işləri  yoluna  qoyan  el  ağsaqqalı  olmuşdur.  Məhz  bundan  sonra  öz  müdrikliyi,  ağlı, 
ağsaqqallığı  ilə  fərqlənən  el  sənətkarlarına  “dədə”  deyildiyi  məlumdur  (P.Əfəndiyev,  Azərbaycan 
şifahi xalq ədəbiyyatı, Bakı, 1981). (2)  
Tədqiqatçılar “ozan” sözünün isə təxminən VIII-X əsrlərdə işləndiyini söyləyirlər. 
Nisbətən  sonralar  yaranan  “aşıq”  sözü  isə  “ozan”ı  nə  zaman  əvəz  etdiyi  tam  dəqiq  məlum 
deyil. Lakin alimlər güman edirlər ki, müəyyən müddət bu iki söz qoşa işlənmiş,  uzun, mürəkkəb 
tarixi, ictimai prosesin nəticəsində “aşıq” sözü artıq “ozan”ı əvəz etmiş, XIII-XIV əsrlərdən isə bu 
söz öz təsdiqini tapmışdır. 
Filoloqlar şifahi xalq ədəbiyyatının leksik materialları əsasında “aşıq” terminini bir sənətkar adı 
kimi  XIV-XV  əsrlərdən  ortaya  çıxdığını  qeyd  edirlər.  Bizə  məlum  olduğuna  görə,  adının  qabağına 
“aşıq” titulu gələn ilk xalq sənətkarı, Aşıq Abbas Tufarqanlıdır ki, o da XVII əsrin əvvəllərində yaşayıb-
yaratmışdır. XVI əsr aşığı Qurbani isə titulsuz məşhurdur. (Qobustan, 2003, №3) 
Bir çox tədqiqatçılar “aşıq” sözünü ərəb, bəziləri isə türk mənşəli olduğunu qeyd edirlər. Ərəb 
mənşəyinə  bağlayanlar    bu  sözün    “eşq”,  “aşıq”  mənasında  olduğunu,  həqiqətən  də  aşıqların  eşq 
divanəsi,  məhəbbət  vurğunu  olduğunu  sübut  edirlər.  Bir  sıra  alimlər  isə  bu  sözün  kökünü  türk 
dilində  axtararaq  “aşıq”  sözünü  “işıq”  sözü  ilə  uyğunlaşdırmış,  onların  məna  oxşarlığını,  aşığın 
işıqlı,  nurlu  adam  olduğunu,  bu  işığın  ona  Tanrı  tərəfindən  verildiyini  söyləmişlər.  Bu  barədə 
İ.Sadıq özünün “Aşıq sözünün kökü haqqında” (Qobustan, 2004, №1) adlı məqaləsində belə yazır: 
“Aşıq  sözünün  köklərini  ərəb  dilində  axtarmaq  cəhdləri,  hər  şeydən  öncə  aşıq  sənətinin  tarixini 
saxtalaşdırmaqdır. Guya Azərbaycanda aşıq sənəti ərəb işğalından sonra yaranmışdır. Halbuki, aşıq 
sənətinin, saz sənətinin, Dədə Qorqud dövründə  tam kamilləşdiyini püxtələşdiyini görürük...”.  
Folklorşünas, alim, professor M.H.Təhmasib isə bu məsələyə belə yanaşır: “Aşıq” titul- ad – 
sözü,  şübhəsiz  ki,  ərəbin  eşq  sözü  ilə  bağlıdır.  Lakin  ancaq  bağlıdır.  Bizcə,  aşıq  ad-  titulu  bəzən 
düşünüldüyü  kimi  heç  də  ancaq  və  ancaq  ərəbin  eşq  sözünün  faili  olan  aşiqin  bizim  dil 
qanunlarımıza uyğunlaşmış forması deyil (Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər) 
Bakı, 1972, s.41). M.H.Təhmasib də belə bir nəticəyə gəlir ki, “aşığ”ın kökü qədim türk sözü olan 
“aş”dır. Bu sözün “aşılamaq” forması həm də nəğmə mənasında işlənmişdir. 
Aşıq  sənəti  geniş,  əhatəli  yaradıcılıq  sahəsidir.  Əsasən  yaddaşlarda  yaşayan  bu  sənət  növü 
sinkretikdir. Sinkretizm- müxtəlif yaradıcılıq növlərinin bir sənətdə birləşməsi, cəmləşməsidir. Aşıq 
sənəti də bir neçə ədəbi və musiqi janrlarını əhatə edir. Bu mənada onun geniş əhatəliliyi, nüfuzu, 
aşıq sənətinin milli mədəniyyətin inkişafında rolunu çox böyükdür.  
Bu  sənət  növü  özündə  şairlik,  bəstəkarlıq,  xanəndəlik,  ifaçılıq,  rəqs,  aktyorluq  və  s.  kimi 
xüsusiyyətləri  özündə  birləşdirir.  Milli-mədəni  prosesin  formalaşmasında  bir  çox  janrları  özündə 
ehtiva etmiş və bununla da ümummədəni inkişafın tərəqqisinə geniş imkanlar açmış bu sənət şərəfli 
olduğu qədər çətin, mürəkkəb və son dərəcə ustalıq, həssaslıq, mahirlik tələb edən sənətdir. 
Professor P.Əfəndiyev özünün “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı dərsliyində qeyd edir 
ki, aşıqları əsasən iki qrupa bölürlər: yaradıcı – yəni ustad aşıqlar, peşəkar- ifaçı aşıqlar. 
Ustad aşıq dastan qoşur, şeir yazır, musiqi bəstələyir, sazda çalır, oynayır, oxuyur. Göründüyü 
kimi bu qrupa daxil olanlar kamil sənətkarlardır. 
Peşəkar-  ifaçı  aşıqlar  isə  yaradıcılıq  qabiliyyəti  baxımından  zəifdirlər.  Belə  aşıqlar  ustad 
aşıqların yaratdığı şeir və dastanları əzbərləyir, onları ifa edirlər. Onlar məlahətli səslə oxuyur, saz 
çalır, yaradılan şeir və dastanları təbliğ edir, yaşadırlar. 
Başqa mənbələrdə isə (T.Məmmədov “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti”, 
Bakı,  2002;  T.Bünyadov  “Əsrlərdən  gələn  səslər”,  Bakı,  1975)  biz  bu  qruplaşmanın  üçə 
bölündüyünə dair məlumatlar alırıq: ustad aşıqlar, ifaçı aşıqlar, şair aşıqlar.  

197 
 
Aşıq  sənətində  mühüm  məsələlərdən  biri  aşıqların  öz  şagirdini  yetişdirməsi  olmuşdur.  Axı, 
aşıqların yaratdığı sənət nümunələri də çap olunmamış, əsrdən-əsrə şifahi şəkildə ötürülmüşdür. Elə 
bu  baxımdan  hər  bir  ustad  aşıq  şagird  yetişdirmiş,  öz  ədəbi  irsini,  təcrübəsini  bu  yolla  gələcək 
nəsillərə çatdırmışdır. 
Şagirdlərin  təlim-tərbiyəsində  “ümumbəşərilik”  və  “şəxsiyyət”  anlayışları  çox  mühüm  yer 
tutur.  Təlim-tərbiyədə  ümumbəşərilik  prinsipi  saz-söz  sənətinin,  ümumiyyətlə,  ictimai  tərbiyəvi 
vəzifələri  ilə bağlıdır. Mərhum Aşıq Əkbər (Cəfərov 1933-1990) həmişə deyərmiş  ki,  “yaxşı  aşıq 
yetişdirmək  istəyirsənsə,  gərək  əvvəlcə  yaxşı  insan  tərbiyələndirəsən.  ”  Şifahi  hazırlıq  ənənəsinin 
məğzini dərk etmək üçün ilk növbədə onun məqsəd və xüsusiyyətləri müəyyən edilməlidir. “Şifahi 
ənənəli təlim” anlayışı üç tərkib hissədən ibarətdir: “Şifahi” - bilik, təcrübə və vərdişlərin ustadan 
şagirdə  canlı  şəkildə  ötürülmə  (verilmə)  üsulu;  “ənənəvi”  -  təcrübənin  varisliyinin,  təlim  üsulu, 
qaydası və tərzinin dəyişməzliyi; “təlim” sözünün özü isə onun peşəkarlıq və tamdəyərlilik, keçilən 
fənnin  –  aşıq  sənətinin  peşəkarlığını,  ustadla  şagirdin  birgə  fəaliyyət  dərəcələrini  aşkarlayır. 
(T.Məmmədov, “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti”, Bakı, 2002, səh. 22)     
Bu sənətin əsas xüsusiyyətlərindən biri də improvizədir. İmprovizə zamanı aşıqlar ifa edə-edə 
bədahətən yaradır, yarada-yarada ifa edir. 
Aşıq yaradıcılığına məxsus nümunələr qeyd etdiyimiz kimi yazıya alınmamış, şifahi şəkildə 
yaşadığı  üçün  zaman  ötdükcə  müəyyən  dəyişikliyə  uğramış,  bəziləri  isə  itib-batmışdır.  Bu  sənət 
nümunələrinin  toplanılıb  yazıya  alınması  əsasən  XX  əsrin  əvvəllərindən  başlamışdır.  Doğrudur, 
XIX əsrin əvvəllərində də  Tiflisdə, Moskvada və Peterburqda nəşr edilən rus mətbuatı səhifələrində 
bir sıra aşıqların qoşmalarına rast gəlsək də, yuxarıda da dediyimiz kimi bu sahəyə  yüksək maraq 
XX əsrdən oyanmışdır. 
“Koroğlu” və “El  aşıqları”  (V.Xüluflu), “Azərbaycan  aşıqları”,  “ Aşıqlar” (H.Əlizadə) adlı 
kitablar  və  s.  məhz  XX  əsrin  tədqiqatlarına  aiddir.  Ədəbiyyatşünas  S.Mümtazın  aşıq  şeirinin 
toplanılmasında  əvəzsiz  xidmətləri  olmuş,  H.Araslı,  M.H.Təhmasib,  Ə.Axundov,  M.Seyidov, 
A.Nəbiyev,  Q.Namazov,  M.Həkimov  və  adlarını  çəkmədiyimiz  bir  sıra  alimlər  aşıq  poeziyasını 
dərindən tədqiq etmiş və çox qiymətli materiallar ortaya çıxarmışlar. 
Aşıq yaradıcılığının musiqi tərəfdən problemlərinə dair Ü.Hacıbəyli, A.O.Kərimli, K.Dadaşzadə, 
T.Məmmədov,  R.İmrani,  F.Xalıqzadə,  N.Bağırov,  İ.Köçərli,  Ə.Eldarova  və  s.  kimi  görkəmli 
musiqişünaslarımız  əhəmiyyətli  tədqiqat  əsərləri  ərsəyə  gətirmiş,  bu  sənətin  musiqi  qolu,  forma  və 
janrları  haqqında  geniş  məlumatlar  verərək  onun  milli  musiqi  mədəniyyətinin  yaranışından  bəri 
oynadığı  çox  mühüm  rolu,  əvəzsiz  xidməti  öz  tədqiqatlarında  işıqlandırmışlar.  Eyni  zamanda  rus 
musiqişünasları V.Belyayev və V.Vinoqradov və başqaları Azərbaycan aşıq sənəti ilə maraqlanmış, öz 
əsərlərində dəyərli müddəalar irəli sürmüşlər.  
Aşıq  yaradıcılığının  janrları  haqqında  Ə.Eldarova  yazır  ki,  “Çoxcəhətli  xalq  yaradıcılığının 
qüvvətli qollarından biri olan aşıq musiqili  - ədəbi janrı əsrlər boyu  yeniləşmək, zənginləşmək və 
billurlaşmaqla yanaşı, bir sıra əsaslı dəyişikliklərə də uğramışdır. Bununla birgə zəmanəmizə qədər 
gəlib çatan rəngarəng janrların bir sıra sabit keyfiyyətlərə malik olduğunu əyani şəkildə görürük...” 
Saz-aşığın  əsas  çalğı  alətidir.  Tarixin  müxtəlif  çağlarında  aşıqları  balaban  çalanlar  da 
müşayiət etmişlər. Lakin məlahətli, gözəl səsə malik olan aşıqlar isə balabana ehtiyac duymamışlar. 
Məsələn, tədqiqatçılar yazır ki, Cilli Aşıq Müseyib həmişə balabansız çalıb-oxuyarmış. Hətta Aşıq 
Müseyibin qarşısına çıxa bilən olmamış və elə buna görə də o, tək oxuyurmuş. 
Azərbaycan  aşıq  sənəti  tarixində  bu  gün  də  adı  yaddaşlara  həkk  olunan  aşıqlar  mövcud 
olunmuşdur:  Aşıq  Ələsgər,  Molla  Cümə,  Ağ  Aşıq  (Kosacanlı),  Aşıq  Abbas  Tufarqanlı,  Xəstə 
Qasım, Qurbani, Aşıq Abbas Dəhri, Aşıq Süleyman,  Sarı Aşıq,  Aşıq Valeh və başqaları.  
Peşəkar saz-söz sənətində təxəllüs əksər hallarda ustadın dünyaya  göz açdığı  yerlə bağlıdır: 
Abbas  Tufarqanlı,  Şəmkirli  Aşıq  Hüseyn,  Göyçəli  Aşıq  Ələsgər,  Bozaqanlı  Aşıq  Hüseyn  və  i.a. 
Zahiri  görünüşün  (Sarı  Aşıq,  Sarı  Zülfüqar,  Çopur  Ələsgər  və  s.),  əmək  fəaliyyətinin  (Dəmirçi 
Hüseyn,  Dəmirçi  Abbas,  Xəyyam  Mirzə  və  s.),  mənəvi  keyfiyyətlərin  poetik  ifadəsinin  (Xəstə 
Qasım, Bimaz İsgəndər, Aşıq Hüseyn Mərdanə, Həsən Pərvanə və s.) də təxəllüs götürmədə böyük 
yeri var (T.Məmmədov “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti”, Bakı, 2002, səh. 20).    
Azərbaycan  aşıqlarının  keçmiş  əsrlərdəki  nümayəndələri  əsasən  xalq  yaradıcılığı 
nümunələrini ifa edən şəxsiyyətlər olmaqla  yanaşı, şifahi xalq şeiri üslubunda yazan sənətkarların 
yaradıcılığını da geniş təbliğ edirdilər. Öz əsərlərini xalq ruhunda yazan Qurbani, Tufarqanlı Abbas 
və  Xəstə  Qasım  kimi  yaradıcı  sənətkarların  müəyyən  hissəsi  saz  çalmaq,  məclis  keçirmək 

198 
 
peşəsindən kənar olsalar da onların  yaradıcılığı aşıq şeirinin bütün xüsusiyyətlərinə uyğun olduğu 
üçün “ustad”, “dədə”, “aşıq” kimi adlarla şöhrətlənmişlər. 
Azərbaycan milli aşıq yaradıcılığı ifaçılıq nöqteyi nəzərindən müxtəlif regionlara bölünür və 
hər regional qrup özünün orijinallığı ilə fərqlənir. 
Coğrafi  baxımdan  geniş  yayılan  aşıq  sənəti  Şimali  və  Cənubi  Azərbaycan,  Dağıstan, 
Gürcüstanın Qarayazı, Borçalı rayonları, Göyçə, Dərələyəz, Şərqi Anadolu, İraqın Kərkük vilayəti 
və  s.  ölkələrdə  təsdiqini  tapıb.  Hələ  qədim  zamanlarda  adlarını  sadaladığımız  bölgələrin 
özünəməxsus  aşıq  məktəbləri  olmuşdur:  Borçalı-Qarayazı,  Gəncə-Gədəbəy,  Kəlbəcər,  Göyçə, 
Dərələyəz, İrəvan, Çıldır, Şirvan, Dərbənd aşıq mühiti və s. 
Folklorşünas-alim  A.Nəbiyev  özünün  “Azərbaycan  aşıq  məktəbləri”  adlı  elmi-nəzəri  tədqiqat 
əsərində Azərbaycanda mövcud olan müxtəlif bölgə aşıq məktəbləri, onların səciyyəvi xüsusiyyətlərini 
və fərqlərini araşdırmış, Anadolu, Şirvan, Zaqatala, Təbriz, Göyçay, Qarabağ aşıq məktəbləri, onların 
mühiti, yaradıcılıq üslub və metodları haqqında mühüm nəticələr əldə etmişdir. Alim belə bir qənaətə 
gəlmişdir  ki,  təşəkkül  tapmış  bölgə  aşıq  məktəblərindəki  aşıq  sənəti  bədii  təsir  gücü  ilə  daim  xalq 
yaradıcılığı mənbəsi olmaqla yanaşı insanın həyatı kimi sonsuz problemlərlə də qarşılaşır, eyni zamanda 
bu sənət xalq yaradıcılığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir 
göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir.   
Müxtəlif  tədqiqat  əsərlərinə  əsaslanaraq  aşıq  məktəblərinin  havacat  və  onun  ifa  üslubunda, 
istər  yerli  danışıq,  istərsə  də  saz  çalğısı,  oxunma  texnikası,  səs  yüksəkliyi  və  səslənmə 
xüsusiyyətlərində, tək və ansambl (birgə) heyətdə çıxışlarına görə bir-birindən fərqlənməsi  barədə 
professor  T.Məmmədov  belə  yazır:  “...  Borçalı,  Çıldır  və  Urmiya  aşıqları  ancaq  təklikdə  çıxışa 
üstünlük verdikləri halda, Tovuz, Gəncə-Şəmkir, Qarabağ sənətkarları həm təklikdə, həm cüt, həm 
də  balabançı  ilə  məclis  keçirirlər.  Şirvan  və  Təbriz  aşıqlarının  havacatı  və  ifa  tərzi  ilə  Göycə  və 
başqa Qərb aşıq məktəbləri arasında köklü oxşarsızlıqlar var” (s 23). 
Bu  aşıq  məktəbləri  içərisində  Borçalı  aşıq  mühitinin  özünəməxsusluğu  həmişə  Azərbaycan 
aşıqları tərəfindən yüksək qiymətləndirilmişdir. Virtuoz və bədii təsvir vasitələri ilə dolu güclü saz 
ifaçılığına malik olan Borçalı aşıqları balabanın müşayiətindən istifadə etmirdilər. 
Göyçə  aşıq  mühiti  də  maraq  doğuran  regional  qruplardandır.  Bu  aşıq  mühitinin  yetirdiyi 
sənətkarlardan Aşıq Alının, Aşıq Ələsgərin və onlarla ustad aşığın adını çəkmək olar.  
Aşıq  məktəblərinin  müxtəlifliyi  və  özünəməxsusluğu  əsasən  ifaçılıq  maneraları  ilə  bağlıdır. 
Eyni bir aşıq havasının başqa-başqa şəkildə ifa olunmasına baxmayaraq, bu məktəbləri sıx şəkildə 
birləşdirən  xüsusiyyətlər  var.  Bu  aşıq  məktəblərdə  saz  havası  demək  olar  ki,  eyni  adı  daşıyır. 
Bununla  yanaşı,  aşıq  havacatları  müxtəlif  olduğu  kimi,  Azərbaycanın  müxtəlif  bölgələrində  eyni 
aşıq  havası  dəyişik  adlarla  ifa  olunur.  Məsələn:  “Qaraçı”  havası  Şirvanda  “Qobustan”  adı  ilə, 
“Hüseyni” isə “Şirvan müxəmməsi” kimi və s.  
Digər  aşıq  məktəblərdən  fərqlənən  Şirvan  aşıq  mühitinin  öz  spesifik  xüsusiyyətləri 
mövcuddur.  Tədqiqatçılar  yazırlar  ki,  aşıqların  ifa  üslubu  daha  çox  Azərbaycan  muğam  sənətinə 
yaxındır. Onların ifa etdikləri “Şirvan şikəstəsi”, “Döymə Kərəmi” və s. havalar zərbi-muğamlarla 
bağlıdır. Məsələn: “Şirvan şikəstəsi” bu gün də zərbi muğam kimi oxunur. Şirvan  aşıqlarının daha 
bir spesifik cəhəti də onların ifa etdiyi havaları balaban, nağara, dəf ilə müşayiət olunur. 
Şirvan  aşıqlarının  yaratdıqları  bir  çox  havalar  bu  gün  Azərbaycan  xalq  mahnısı  kimi  şöhrət 
qazanmışdır: “Səhər-səhər bağa girdim”, “ Nazlana- nazlana” və s. 
Əlbəttə,  yuxarıda  adlarını  sadaladığımız  aşıq  məktəblərinin  hər  birinin  özünəməxsus,  
xüsusiyyətləri, öz yetirmələri və əhəmiyyətli fəaliyyəti vardır. 
 
Aşıq yaradıcılığında mövcud olan saz havaları özünün mövzu dairəsinə görə də rəngarəngdir. Bu 
havaların melodiyaları sevinc, kədər, igidlik, mətinlik, mərdlik, qəhrəmanlıq və s. duyğularını aşılayır. 
Folklor tədqiqatçıları saz havalarının sayının 72, bəzən də 100-ə qədər olmasını qeyd edirlər. 
Aşıq  şeiri  janrları  çeşidli  olduğu  üçün,  həmçinin  aşıq  qoşmaları  da  məzmunca  rəngarənglik 
kəsb  etdiyi  üçün  mahnının  mətninə  uyğun  saz  havası  adlandırılır.  İgidlik,  cəngavərlik,  mərdlik 
mövzusunda bütün “Koroğlu  havaları”nı (Tədqiqatçılar “Koroğlu” havalarının 50-dən çox olmasını 
yazırlar) göstərə bilərik. 
Havaların  bir  çoxunun  adı  Azərbaycan  sözləri  ilə  (“Sarıtel”,  “İncə  güllü”,  “Paşa  köçdü”, 
“Gəraylı”  və  s.),  bəziləri  ifa  olunduğu  bölgənin  adı  ilə  (“Göyçə  gülü”,  “Naxçıvanı”,  “Köhnə 
Naxçıvanı”, “Şərili” “Ağır şərili” və s.), bəziləri onu ifa edən tayfa və qəbilələrin adları ilə (“Afşari”, 
Şahsevəni”), bir qismi isə havanın ən mahir ifaçısının adı ilə (məsələn, “Göyçə gözəlləməsi” havası 

199 
 
onun mahir ifaçısı Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəfin adı ilə “Nəcəfi” kimi məşhurdur. Həmçinin  
“Mirzəcanı”, “Köhnə Aşıq Hüseyni və s.) bağlı olmuşdur. 
Aşıq  havalarının  musiqili-poetik  formullarını  araşdıran  professor  F.Xalıqzadə  aşıq 
oxumalarının  ritminə  görə  bəhrli  (müəyyən  ölçülü)  və  bəhrsiz  (sərbəst  ölçülü)  janr  qruplarına 
bölündüyünü  yazır.  Musiqişünas  həmçinin  qeyd  edir  ki,  şeir  bəndinin  bitkinliyi,  misraların 
bərabərliyi, həmçinin onların daxili quruluşunun ahəngdarlığı aşıq mahnılarında əks olunaraq güclü 
ifadə vasitəsinə çevrilir.  Heca vəzninin əsas prinsiplərini musiqi  intonasiyasının strukturunu təyin 
edir.  Bunun  nəticəsində  yaranan  spesifik  musiqi  ritmi  öz  ifadəsini  melodik  hərəkətdə  tematik 
inkişafda  və  ümumi  formanın  təşəkkülündə  tapır.  “Musiqili-poetik  formulların  ən  səciyyəvi 
xüsusiyyətlərindən  birinin  də  heca  qruplarının  xanələrə  sığmasıdır”  –  deyən  F.Xalıqzadə  xanənin 
ölçü və quruluşunun onu təşkil edən özəyin tipindən asılı olduğunu yazır.  
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi aşıq sənəti şifahi ənənələrə əsaslanır və nəsildən-
nəslə, dildən-dilə ötürülür. Öz bədii estetik dəyəri, eləcə də dünya şifahi xalq yaradıcılığı  inciləri 
sırasına daxil olması ilə fərqlənən bu sənət növü indi də mövcuddur, belə ki, xalq içərisində daha da 
inkişaf  edir,  sevilir,  çiçəklənir  və  Azərbaycan  xalqının  musiqi  təfəkkürü  fəlsəfi  mədəniyyətinin 
xüsusi hissəsini  təşkil edir. 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin