ƏDƏBİYYAT
1.
Qulamova J.E. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 30 ildə keçdiyi
yaradıcılıq yolu. B.: 2010, 135 s.
ABSTRACT
Vahid Mammadov
“Vocal-instrumental works for orchestra of folk instruments of Kamal Akhmedov”
In the creativity of K.Akhmedov is presented many genres and forms of musical art,
including works for orchestra of folk instruments. In the works of K.Akhmedov clearly felt rich
intonation nature of national art, which has become a leading expressive means of incarnation of the
complex world of human feelings.
РЕЗЮМЕ
Вахид Мамедов
«Вокально-инструментальные произведения для оркестра народных
инструментов Камала Ахмедова»
В творчестве К.Ахмедова представлены многие жанры и формы музыкального
искусства, в т.ч. произведения для оркестра народных инструментов. В сочинениях
К.Ахмедова ясно ощущается богатейшая интонационная природа народно-национального
искусства, ставшего ведущим выразительным средством для воплощения сложного мира
человеческих чувст.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
215
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
XUMAR BAYRAMOVA
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu
UOT:78
ÜZEYİR HACIBƏYLİNİN YARADICILIĞI MULTİKULTURALİZM KONTEKSTİNDƏ
Keywords: multiculturalism, traditions, composer, creativity, opera, Uzeyir
Ключевые слова: мультикультурализм, традиции, композитор, творчество, опера,
Узеир Гаджибейли
Müasir dövrümüzün ən aktual problemlərindən biri olan multikulturalizm ənənələrinin
cəmiyyətimizə dərindən sirayət etməsi Azərbaycan musiqisində də özünü büruzə verir. Azərbaycan
musiqi irsinin - həm şifahi ənənəli musiqinin, həm də bəstəkarlar yaradıcılığının araşdırılması
multikulturalizm və tolerantlığın musiqi təcəssümünün necə çoxcəhətli və rəngarəng olduğunu üzə
çıxarır. Xüsusilə Üzeyir Hacıbəylinin yaradıcılığının bu istiqamətdə öyrənilməsi böyük maraq kəsb edir.
Məlumdur ki, Azərbaycan cəmiyyətində bütün dövrlərdə, bütün ictimai formasiyalar daxilində
insanlar arasında multikulturalizm və tolerantlıq hökm sürüb. Azərbaycan xalqına xas olan bu
xüsusiyyətlər müxtəlif mədəniyyətlərə və dini inanclara mənsub insanlara qarşı həmişə həssas
münasibətlərlə bağlı olmuşdur. Bu xüsusiyyətlər Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin - şairlərin,
musiqiçilərin yaradıcılığında da öz əksini tapıb və xalqın ən gözəl keyfiyyətləri kimi tərənnüm olunub.
Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar və musiqişünas-alim, müasir
Azərbaycan musiqi mədəniyyətinin inkişafına yol açmış, musiqi elminin, musiqi təhsilinin əsasını
qoymuş Üzeyir Hacıbəylinin yaradıcılığında bu problemin həlli yolları diqqəti cəlb edir.
Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm yer tutan operalarında bunun ən gözəl təcəssümünü
görürük. Ü. Hacıbəylinin “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Şah Abbas və
Xurşidbanu”, “Rüstəm və Söhrab”, “Harun və Leyla”, “Koroğlu” operaları multikulturalizm və
tolerantlıq ənənələrini rəngarəng yollarla təcəssüm etdirən yüksək sənət əsərləridir. Operaların libretto
müəllifi Ü. Hacıbəyli özü olmuşdur, yalnız “Koroğlu” operasının libretto müəllifləri
M.S.Ordubadi və H.İsmayılovdur. Ü.Hacıbəylinin operalarının librettosu aşıq dastanlarına (“Şeyx
Sənan”, “Əsli və Kərəm”, “Koroğlu”), nağıllara (“Şah Abbas və Xurşidbanu”, “Harun və Leyla”), eləcə
də klassik şairlərin poemalarına əsaslanır, o cümlədən, “Leyli və Məcnun” - Füzulinin, “Rüstəm və
Söhrab” - Firdovsinin poeziyasından bəhrələnmişsə, digər operaların mövzusu Azərbaycan
nağıllarından və dastanlarından götürülmüşdür. Demək olar ki, bütün operaların əsas aparıcı mövzusu
məhəbbətlə bağlıdır. Bu məhəbbət hekayətlərinin bəzilərinin faciəvi sonluqla, bəzilərinin xoşbəxt
sonluqla bitməsinə, qəhrəmanların fərqli dünyagörüşünə və inanclara, müxtəlif xarakterlərə malik
olmasına baxmayaraq, bu əsərlər Üzeyir Hacıbəylinin təxəyyülün gücü ilə insanlar arasındakı
münasibətlərin multikulturalizm mövqeyindən həllinə yönəldilmişdir. Bəstəkar və librettoçu
Ü.Hacıbəyli üçün süjet xəttinin təfərrüatı ilə açıqlanması deyil, qəhrəmanların daxili aləminin təcəssümü
və yaşadığı dünyanın ab-havasına uyğun tərənnümü ilə bağlıdır. Bu əsərlərin həm məzmununda, həm
musiqisində multikulturalizm təzahürləri özünü aydın büruzə verir.
1908-ci ildə yaranmış ilk Azərbaycan operası və Şərqdə ilk opera olan “Leyli və Məcnun” XVI
əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeması əsasında bəstələnmişdir. “Leyli və Məcnun”
operası qədim ərəb rəvayətini Azərbaycan musiqisində milli ruhda təcəssüm etdirir, yəni bu rəvayət
ərəblərin həyatından, adət-ənənələrindən bəhs etsə də, əsərin qəhrəmanları olan Qeys - Məcnun, Leyli,
onların valideynləri, qəbilələrin adamları, sərkərdə Nofəl və başqaları Azərbaycan muğamları və Üzeyir
bəyin yaratdığı musiqi vasitəsilə tərənnüm olunur və bəlkə də bunun sayəsində biz onları azərbaycanlı
kimi təsəvvür edirik. “Leyli və Məcnun” operasında Ü.Hacıbəyli Azərbaycan muğamlarının ənənəvi
emosional təsir güсünü, qavranılma xüsusiyyətlərini nəzərə alaraq, qəhrəmanların xarakterinin, onların
münasibətlərinin, səhnə vəziyyətinin səciyyələndirilməsində tətbiq etmişdir. Məsələn, I pərdədə Leyli
ilə Məcnunun qarşılıqlı məһəbbətinin sevinc və fərəһi lirik, xoş əһvallı “Mahur-hindi” və “Segaһ”
216
muğamı ilə verilmişdir. Sonrakı pərdələrdə talelərinin faciəviliyini anlayan qəһrəmanların partiyasında
kədər, iztirab ifadə edən “Şur”, “Bayatı-Şiraz” və s. muğamlar səslənir. Oğlunun vəziyyətindən naraһat
olan Məcnunun atası I pərdədə һəyəсanlı, gərgin “Çaһargaһ” muğamını oxuyur. Nofəlin cəngavər
obrazı üçün bəstəkar mətin, marş xarakterli “Heyratı” zərbi-muğamından istifadə etmişdir. Ü.Hacıbəyli
muğamları səһnə һadisələrinə münasib seçməklə onların ifadə vasitələrinin yeni xüsusiyyətlərini üzə
çıxarmışdır (1).
Göründüyü kimi, operada insanların milli mənsubiyyətlərinin qabarıq təsvirinə deyil, onların
xarakterlərinin və münasibətlərinin açılmasına xüsusi diqqət yetirilir. Bu baxımdan musiqinin
böyük rolu vardır. Sərq xalqlarının ümumi ortaq musiqi irsi sayılan muğam Ü.Hacıbəyli üçün
zəngin mənbə olmuş və ərəbləri təsvir edən mövzunun Azərbaycan muğamı vasitəsilə təcəssümü
onu azərbaycanlılara yaxınlaşdırmış və doğmalaşdırmışdır.
Ü.Hacıbəylinin “Rüstəm və Söhrab” operasında da bunu görürük. Bu opera X əsrin fars şairi
Firdovsinin “Şahnamə” əsərinin motivlərinə əsaslanır. Bu muğam operasında da bəstəkar yaratdığı
milli musiqi və istifadə etdiyi muğamlar vasitəsilə qəhrəmanları xarakterizə etmişdir.
Ü.Hacıbəylinin “Şeyx Sənan”, “Əsli və Kərəm” operalarının məzmununda müxtəlif dinlərə
etiqad edən və müxtəlif millətlərə mənsub qəhrəmanların bir-birini səmimi qəlblə sevgisindən və bu
məhəbbətin faciəli sonluğundan danışılır.
“Şeyx Sənan” operasının səhnə taleyi uğursuz olsa da, bu əsər Ü.Hacıbəylinin yaradıcılıq
tərcümeyi-halında ikinci opera kimi və Avropa operalarına yaxınlaşma cəhdini əks etdirən bir əsər kimi
qeyd olunur (1). Lakin əsərin musiqi mətni əlimizdə olmadığına görə, biz yalnız onun məzmunu ilə
bağlı fikir yürüdə bilirik. Operanın məzmununda ərəb əsilli Şeyx Sənanın gürcü qızı Xumara aşiq
olması, onun valideynləri tərəfindən təqibə məruz qalması, müsəlman və xaçpərəstlərin arasındakı dini
ayrılıqdan doğan ziddiyyətlərin önə çəkilməsi, insanların dini ayrıseçkiliyə münasibəti fonunda cərəyan
edir və iki gənc qovuşmağın yolunu ölümdə görür, insanların təqibindən qaçaraq, həlak olurlar.
Ü.Hacıbəylinin bu mövzuya müraciəti onun tolerantlığını, yaradıcılığındakı multikulturalizm
ənənələrini qabarıq nümayiş etdirir. Azərbaycanlı bəstəkar mövzuya öz dünyagörüşü və əqidəsi
baxımından yanaşmış və insanların dinindən, milliyyətindən asılı olmayan əbədi məhəbbəti
tərənnüm etmişdir.
Mövzusuna görə oxşar olan Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası xalq arasında çox
məşhurdur. Operanın süjet xətti iki gəncin - müsəlman Kərəmin və xristian Əslinin məhəbbəti üzərində,
Qara keşişin (Əslinin atasının) onların məhəbbətinə mane olması, onların qovuşa bilməyərək od tutub
yanması üzərində qurulmuşdur. Bu əsər Ü.Hacıbəylinin cəmiyyətdə baş verən fəciəli hadisələrə, dini –
milli zəmində qarşıdurmalara, xalqlar arasındakı nifrət hisslərinə qarşı bir etirazı idi.
Göründüyü kimi bu operada da dini mövzudan, İslam dini ilə xristian dini motivlərindən
istifadə olunmuşdur. “Əsli və Kərəm” dastanının Tədqiqatçıları olan M.Təhmasib və M.Qasımlının
yazdığı kimi, əsərdə dini-milli təəssüb o qədər qüvvətli verilmişdir ki, nə Kərəm, nə də onlara
kömək edənlər ona qarşı durub bu zənciri qıra bilmirlər. Əsərin sonunda Əslini boğan, Kərəmi
yandıran, hər iki gənci məhv edən din xadiminin tikdirdiyi paltar, bu paltarın tilsimli düymələri
olur. Kərəm yanır və onun dilindən “Məndən ibrət alsın aləm” deyilməsi çox təsirli olub, eyni
zamanda, aşığın mövqeyini əks etdirir. “Xalqın türk-müsəlman oğlu ilə xristian qızının evlənməsinə
olan etiraz və narazılığı əsərin belə bir sonluqla bitməsinə gətirib çıxarmışdır” (2, s. 21-22).
Operanın musiqi materialında Ü.Hacıbəyli Azərbaycan muğamlarından, aşıq havalarından,
xalq mahnı və rəqslərindən istifadə etmişdir. Məsələn, məşhur aşıq havası “Kərəmi” bəstəkar
tərəfindən Kərəm obrazını müşayiət edən leytmövzuya çevrilmişdir.
Onu da qeyd etməliyik ki, operanın musiqi məzmununda bəstəkar Əslinin və Qara Keşişin
milliyyətinə diqqəti yönəltmir. Bu baxımdan, Əslinin partiyası Azərbaycan xalq mahnı və rəqsləri
ruhunda musiqi ilə xarakterizə olunur. Əsli ilə Kərəmin duet səhnələri isə Azərbaycan muğamları
və təsnifləri, zərbi muğamlar üzərində qurulmuşdur.
Qara Keşiş obrazını bəstəkar iki sevgilini ayıran qara qüvvə kimi təsvir edərək, musiqidə
onun milli mənsubiyyətini qabartmır. Qara Keşişin musiqi partiyası öz ruhuna görə əsərin dərin
milliliyi ilə fərqlənən musiqisində qarşıdurma əmələ gətirir. Əsərin məzmunundakı ziddiyyət
musiqidə də öz həllini tapır.
217
Eyni zamanda, Qara Keşişin partiyasında Ü.Hacıbəyli Azərbaycan musiqisi üçün yeni olan bir
sıra amillərdən istifadə etmişdir, belə ki, bu partiya baritona tapşırılmışdır ki, Azərbaycan
operasında bu, yeni cəhət idi və mənfi surətlərin xasiyyətnaməsi üçün səciyyəvi sayılırdı. Bu haqda
bəstəkar özü belə yazmışdır ki, “...ilk Аzərbаycаn musiqili drаm əsərlərində аdətən mənfi və yа
kоmik surətlər bаs və bаritоn səsi оlаnlаrа tаpşırılırdı; çünki bu səslərin хаrаktеri nədənsə mənfi,
gülməli görünürdü» (3, 269). Bu bахımdаn, Ü.Hаcıbəyli tərəfindən Qаrа Kеşiş rоlunun bаritоnа
tаpşırılmаsı səbəblərinin müəyyən mənаdа izаhını görə bilərik.
Göründüyü kimi, “Əsli və Kərəm” operası Ü.Hacıbəylinin yaradıcılığında multikulturalizm
ənənələrinin ən bariz nümunələrindən biri kimi diqqətəlayiq cəhətlərə malikdir və milli musiqidə bu
sahədə müəyyən ənənələrin yaranmasına təkan vermişdir.
Ü.Hacıbəylinin sonuncu operası olan “Koroğlu” operasını bəstəkar türkdilli xalqlar arasında
çox məşhur olan, eləcə də Qafqaz xalqları arasında geniş yayılmış “Koroğlu” eposunun
motivlərindən istifadə etmişdir. Bu operada vurğulanan əsas cəhətlərdən biri Azərbaycan xalqının
yenilməz qəhrəmanı Koroğlunun Qafqaz xalqları arasında məşhur olması, onlara köməyini
əsirgəməməsi və xalqı zülmkarlardan - xanlardan, paşalardan xilas etməsi ilə bağlıdır. Operanın III
pərdəsində - Çənlibel səhnəsində Koroğlunun təkcə azərbaycanlılar üçün deyil, digər millətlərin
nümayəndələri üçün də xilaskar timsalında olması, Koroğlunun adını tutub uzaq ellərdən gələn
insanların ruh yüksəkliyi ilə qarşılanması öz əksini tapmışdır. Burada da multikulturalizm ənənələri
özünü göstərir, azərbaycanlıların digər xalqlarla dinc yanaşı yaşamağa çalışması, onlara kömək
göstərməsi tərənnüm olunmuşdur.
Göründüyü kimi, Ü.Hacıbəylinin yaradıcılığı şifahi və klassik ədəbiyyatda öz əksini tapmış
multikulturalizm ənənələrini müxtəlif cəhətlərdən təcəssüm etdirərək, musiqi irsində onların dolğun
ifadəsini önə çəkmişdir. Ü.Hacıbəylinin musiqidə yaratdığı multikulturalizm ənənələri Azərbaycan
bəstəkarları üçün bir örnəyə çevrilmişdir.
ƏDƏBİYYAT
1. Üzeyir Hacıbəyli ensiklopediyası - elektron ensiklopediya. http://uzeyirbook.musigi-dunya.az
2. Təhmasib M., Qasımlı M.. Dastanlar. Azərbaycan dastanları. 5 cilddə. I cild. B.: Lider, 2005, s.4-34
3. Hacıbəyov Ü.Ə. Əsərləri. II cild. (Cildin redaktoru M.İbrahimov; tərtibat, kommentariya və lüğət
Q.Qasımovundur). B.: Azərb.EA nəşri, 1965, 412 s.
ABSTRACT
Khumar Bayramova
“The creativity of Uzeir Hajibeyli in the context of multiculturalism”
The study of the topic “multiculturalism and the composer’s creativity” has a great
importance in musicology. Influence of religious music in the composer's creativity manifested in
almost all genres of musical art as musical stage works, vocal-instrumental, choral, symphonic and
instrumental chamber music. These traditions have a profound implementation of opera creativity
of the founder of Azerbaijani composer school of Uzeyir Hajibeyli.
РЕЗЮМЕ
Хумар Байрамова
«Творчество Узеира Гаджибейли в контексте мультикультурализма»
Изучение проблемы «мультикультурализм и композиторское творчество» имеет
большое значение в музыковедении. Влияние традиций мультикультурализма на
композиторское творчество, проявляется почти во всех жанрах музыкального искусства – в
музыкально-сценических
произведениях,
в
вокально-инструментальной,
хоровой,
симфонической и камерно-инструментальной музыке. Эти традиции имеют глубокое
претворение в оперном творчестве основоположника азербайджанской композиторской
школы Узеиром Гаджибейли.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
218
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
MƏMMƏD ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
E-mail: mamed@mail.ru
UOT:
069:7
MUZEYLƏRİN BƏŞƏR MƏDƏNİYYƏTİNDƏ YERİ VƏ ROLU
Açar sözlər: Muzey, fond, ekspozisiya, eksponat, kolleksiya, sərvət
Key words: Museum, Fund, Exposition, Exhibits, Collection, wealth
Kлючевые слова: Музеум, фонды, экспозиции, зкспанаты, каллекции, богатства
Bəşəriyyətin tərəqqisi prosesində yaranmış maddi və mənəvi sərvətlərin öyrənilməsi əsasında
ayrı-ayrı xalqların tarixi və mədəniyyəti dəqiqləşdirilir. Buna görə də maddi və mənəvi sərvətlərin
qorunması, onların öyrənilməsinin ilkin şərtidir. Belə bir işin öhdəsindən yalnız muzeylər gələ bilər.
Muzeylər bir sıra tarix və mədəniyyət abidələrini qoruyub saxlamaqla yanaşı, onları öyrənir, bərpa edir
və tamaşaçıların diqqətinə çatdırmaqla, onların bu sahədə mənəvi təlabatını ödəyir. Ötən əsrlərin
yadigarlarını eksponatlara çevirərək, təbliğ edir. Buna görə də muzey işinin təşkil olunması kompleks
elmi-kütləvi iş ilə bağlıdır. Muzeyşünaslığın bir elm kimi meydana gəlməsi də məhz bu fəaliyyət
prosesinin nəticəsidir. Məlumdur ki, elmin əhəmiyyəti artdıqca insanların da səviyyəsi artır və elmi
inkişaf gedir. Tarix göstərir ki, elm inkişaf etdiyi bir zamanda dərk edilir. Müzeyşunaslıq bir elmi kimi
XVI əsrdən başlayaraq böyük inkişaf yolu keçmiş, onun nəzəriyyəsi, təşkili, forma və metodları
yaranmışdır. Muzeyşünaslıq elminin yaranması, təcrübəyə tətbiq edilməsi əsas proses kimi,
muzeylərin fəaliyyətini düzgün istiqamətə yönəltməsi əsaslandırmasıdır.
“Muzeyşünaslıq” termini XIX əsrin ikinci yarısında meydana çıxıb. XVI əsrdə bu termin
“muzcoqrafiya”, “muzcologiya” adlanırdı və bütün muzeylər haqqında dərc olunan ədəbiyyatlar da
“muzeyşünaslıq” elm kimi bir neçə istiqamətdə təhlil edilirdi.
Muzeyşünaslığın elmi ictimai əhəmiyyətini nəzərə alaraq və muzeylərin fəaliyyətini
beynəlxalq miqyasda əlaqələndirilməsi məqsədilə YUNESKO nəzdində beynəlxalq muzeylər şurası
yaradılmışdır. Ayrı-ayrı muzeylərin Milli muzey komitələri bu şuraya daxil olmuşdur. Həmin
şuranın 1977-ci ildə Moskva şəhərində keçirilən XI konfransında muzeyşünaslığın fundamental
əsaslarını işləmək və onun universitetlərdə tədris olunması məsələsi irəli sürülmüşdür. Bəzi
ölkələrdə muzey institutları, elmi-tədqiqat mərkəzləri və institutda kafedralar fəaliyyət göstərir.
Beynəlxalq Muzeylər şurasının qərarı ilə 1978-ci ilin may ayının 18-i Beynəlxalq muzeylər
günü kimi hər il qeyd olunur.
Yetişməkdə olan gənc nəslin formalaşmasında, onda bədii estetik, humanist, əxlaqi və
vətənpərvərlik hisslərinin inkişaf etdirilməsində muzeylərin rolu əvəzedilməzdir. Bu baxımdan bir
çox muzeylərdən, xüsusən tarix-diyarşünaslıq və ədəbiyyat muzeyləri təcrübəsindən tədris
proseslərində istifadə edilir.
Cəmiyyətdəki yeniləşmə prosesi muzeyşünaslıq sahəsində də özünü biruzə verməkdədir.
Ölkəmizdə ilk muzeylər XX əsrin əvvəllərində meydana gəlsə də, muzey və onun sələfi olan
kolleksiyaçılıq ənənələrinin kökü çox qədimlərə gedib çıxır.
Eramızdan əvvəlki son əsrlərdə, eləcə də eramızın ilk əsrlərində Atropatena və Qafqaz
Albaniyasının hökmdar saraylarında, məbəd və kilsələrdə qiymətli əşyaların, nadir sənət əsərlərinin,
dünyəvi və dini məzmunlu zəngin kitabların, əlyazmaların qorunub saxlandığı məlumdur. Elmə,
mədəniyyətə, incəsənətə böyük maraq göstərən Azərbaycan hökmdarları: Cavanşir, Məhəmməd Cahan
Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai və bir çox başqaları məscidlər, rəsədxanalar,
karvansaralar, ovdanlar tikdirməklə yanaşı, dar üşşəfa (xəstəxana) mədrəsələr açdırmış, zəngin
kitabxana yaranmış, nadir əşyalar toplamış, öz saraylarında poeziya, musiqi, rəsm məclisləri düzəltmiş,
alimlərə, şairlərə, filosoflara, rəssamlara, sənətkarlara hamilik etmişdilər.
Elxanilər və Eldənizlər dövründə ölkədə mədəniyyət daha da inkişaf etmişdi. XII əsrdə Təbriz
ətrafında inşa edilən Şənbi Qazan (Qazaniyyə), Rəb-i Rəşidi (Rəşidiyyə) şəhərlərində rəsədxana,
mədrəsələr, fəaliyyət göstərirdi. Rəşidiyyədə digər tikililərlə yanaşı, 60 mindən artıq kitab fondu olan iki
219
böyük kitabxana fəaliyyət göstərirdi. Öz dövrünün bu böyük elm mərkəzlərində qiymətli sənət əsərləri,
nadir nüsxələr mühafizə olunurdu.
Böyük dövlət xadimi Uzun Həsən (1423-1478) Təbrizdə Nəsriyyə və Məqsudiyyə
mədrəsələrini (XV əsrin ikinci yarısı) tikdirmişdi ki, burada da qiymətli elm və sənət inciləri
mühafizə olunurdu. Digər görkəmli dövlət xadimi-Ağqoyunlu hökmdarı Sultan Yaqub (ölümü
1490) Təbrizdə zəngin kitabxana və əlyazmalar fondu, həmçinin dünya memarlığının şah
əsərlərindən biri sayılan Həşt Behişt saray kompleksini (1483) inşa etdirmişdi.
Səfəvilər dövründə müasir muzeyçilik fəaliyyətinin prototipi olan kolleksiyaçılıq ənənələri
daha da inkişaf etdi. Həmin dövrdə qiymətli əşyalar əsasən xəzinədə və sarayda, kitabxanalarda
qorunub saxlanılırdı. I Şah İsmayılın, I Təhmasibin zamanında Təbriz və Qəzvin saray kitabxanaları
öz böyük əhəmiyyəti və zənginliyi ilə daha çox şöhrət qazanmışdı. Həmin dövürdə saray
kitabxanasının rəisi böyük Azərbaycan rəssamı Sultan Məhəmməd (1470-ci illərin sonu 1555) idi.
Ümumiyyətlə, kitabxanaların muzey profilinə və zəngin kolleksiya fonduna malik olması
ənənəsi dünyada heç də az yayılmamışdır. Nyu-Yorkdakı Morqan kitabxanası, Sankt Peterburqdakı
M.Y.Saltıkov-Şedrin adına kitabxana zəngin muzey eksponatlarına malik olmaları ilə bütün
dünyada şöhrət qazanmışlar. Təbriz rəssamları tərəfindən İbn Bəhtuşinin “Mənəfi-əl-heyvan
(1297/98)” əsərinə çəkilmiş minatürlar Morqan kitabxanasında, ölməz sənətkarımız Sultan
Məhəmmədin bir çox rəsmləri, eləcə də Azərbaycan incəsənətinin çoxlu sayda nadir inciləri
M.Y.Saltıkov-Şedrin adına Dövlət kitabxanasında mühafizə edilməkdədir. Bu siyahıya qiymətli
sənət incilərinin çoxluğu ilə seçilən Paris Milli kitabxanasını da əlavə etmək olar.
Yeni dövrdə Azərbaycandakı ictimai-siyasi pərakəndəlik bütövlükdə mədəniyyətə, o cümlədən
muzey və kolleksiyaçılıq ənənələrinə ciddi ziyan vurdu. Ara çəkişmələri, feodal müharibələri
nəticəsində bir çox qiymətli maddi mədəniyyət abidələrimiz məhv edildi. XIX əsrin əvvəllərində Rusiya
imperiyasının ölkəmizə hərbi müdaxiləsi nəticəsində Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Talış
xanlıqlarının xəzinələri qarət edilib buradakı qiymətli əşyalar, nadir kitab nüsxələri dağıdıldı.
1826-1828-ci illər Rus-İran müharibəsinin sonunda rus generalları ali dövlət xadimlərinə
yaraşmayan yalan və riyakarlıqla, hədə-qorxu ilə müvəqqəti tutduqları Ərdəbil şəhərindəki Şeyx-Səfi
kompleksinə məxsus zəngin kitabxana və əlyazma fondunu Peterburqa daşıyıb aparmışdılar. Çar üsul-
idarəsi dövründə ölkəmizdə muzeylərin təşkili işi məqsədyönlü şəkildə ləngidilir ərazilərimizdə aşkar
edilən qiymətli arxeoloji abidələr Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilirdi.
Xarakterik haldır ki, tarixən yurdumuzda muzeyçilik və onun sələfi olan kolleksiyaçılıq
ənənələrinin Naxçıvan torpağında qədim kökləri vardır.
Vaxtilə Azərbaycan Atabəylərinin paytaxtı olmuş qədim Naxçıvan şəhərində dövrün elm və
mədəniyyət mərkəzləri-mədrəsələr, kitabxanalar, məktəblər fəaliyyət göstərirdi. Böyük dövlət xadimi
Məhəmməd Cahan Pəhləvan (ölümü 1186) öz sarayında çeşidli kitab və əlyazmalara, nəfis rəsm və
işləmələrə malik olmuş, elm və sənət adamlarına qayğı göstərmiş onlara hamilik etmişdir. Bütün bunlar
Naxçıvan torpağında muzeyçilik ənənələrinin tarixi qaynaqları kimi səciyyələndirilə bilər.
Yeni dövrdə ölkəmizdə muzeyçilik ənənələrinin bərpa edilməsi təşəbbüsləri də qədim
Naxçıvan diyarının adı ilə bağlıdır. Görkəmli yazıçı və publisist C.Məmmədquluzadə XIX əsrin
sonlarında Naxçıvandakı Nehrəm kəndində diyarşünaslıq muzeyi yaratmışdır.
Əlimizdə olan məlumata görə ilk rəsm sərgisi də Azərbaycanda Naxçıvanda rəssam Bəhruz
Kəngərli (1892-1922) tərəfindən 1914-1916-cı illərdə ata evində vəkil Şirəlibəyin mülkündə
düzəldilmişdi. Dünyada elə bir böyük muzey tapmaq olmaz ki, orada müxtəlif çeşiddə Azərbaycan
xalçaları nümayiş etdirilməmiş olsun. Milli xalq yaradıcılığı nümunələrimizə təkcə şərq ölkələrində
deyil, həmçinin Rusiya və Qərbi Avropada maraq böyük olmuşdur. N.Gəncəvinin “Xəmsə”sinə XVI
əsrdə Azərbaycan rəssamları tərəfindən çəkilmiş minatürlər Topqapı (İstanbul), Trir qalereyası
(Vaşiqton), Britaniya muzeyi (London) kimi böyük muzeylərin qiymətli eksponatları cərgəsinə daxildir.
Qeyd edək ki, Moskva və Sankt-Peterburq muzeylərində toplanmış əşyaların sənətkarlıq baxımından
daha qiymətlidirlər. Onlardan Moskvada, silah palatasında saxlanılan, XVI əsrdə Azərbaycanda
hazırlanmış, rəngli bədii kompozisiyaya malik qalxanı, yenə həmin dövrdə Şamaxıdan gətirilmiş,
yüksək sənətkarlıqla işlənmiş zirehli baş geyimini, Sankt-Peterburqda, Dövlət Ermitajında mühafizə
edilən, 1206-cı ildə düzəldilmiş Şirvan lüləyini, müxtəlif xalçaları göstərə bilərik.
Muzeyçiliyimizin inkişafından, onun tarixi xüsusiyyətlərindən bəhs edərkən Tiflisdə yerləşən
Gürcüstan Dövlət muzeyinin adını çəkməmək olmaz. Böyük tarixi keçmişə malik olan bu muzey,
vaxtilə Zaqafqaziyada yeganə dövlət muzeyi olmuşdur. O zaman Tiflis şəhəri Rusiyanın Qafqazdakı
əsas inzibati və mədəni mərkəzi idi. Ona görə də Qafqazda ilk muzey məhz burada yaradılmışdı.
220
Gürcüstan Dövlət muzeyində mənşə etibarilə Azərbaycanla bağlı olan çoxlu sayda eksponat
mövcuddur. Onların içərisində xalçalar, bədii toxuculuq məmulatları: müxtəlif tikmələr, mütəkkələr,
döşəklər, xurcunlar, məfrəşlər eləcə də zərglik və misgərlik nümunələri, arxeoloji materiallar vardır. GDM
resbuplikamızdan kənarda Azərbaycan mənşəli eksponatlarla zəngin olan ən böyük muzeylərdən biridir.
İnqilabdan əvvəl ərazilərimizdə aşkar edilən qiymətli əşyaların çoxu Tiflisdəki muzeyə
göndərilirdi. Buna misal olaraq Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində, 1902-ci ildə aşkar
edilmiş, üzərində yunan dilində yazıları olan daş abidəni göstərmək olar, belə misallar yüzlərlə və
bəlkə də minlərlədi. Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar
Respublikası ərazisi əsrlər boyu Azərbaycanın həm ictimai-siyasi, həm də sənətkarlıq və ticarət
baxımından önəmli və strateji baxımdan əsas bölgələrindən biri olmuş, bu baxımdan da Naxçıvan
sənətkarları tərəfindən hazırlanan əşyalar və tarixi, mədəni məlumatlar dünyanın bir çox ölkələrinə
yayılmış, sonra isə bizim tariximizi, mədəniyyətimizi və mənəviyyatımızı dünya muzeylərində
nümayiş etdirən qiymətli eksponatlara çevrilmişdir. Belə eksponatlara, Rusiyanın bütün
muzeylərində, Pribaltika ölkələrində, Avropa dövlətlərində, ABŞ-ın böyük muzeylərində tez-tez
rast gəlinir.
Dostları ilə paylaş: |