ƏDƏBİYYAT
1.
Bünyadov T. Əsrlərdən gələn səslər. Bakı, 1975
2.
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1981
3.
Səfərov Y. Naxçıvan aşıq ədəbi mühiti.
Naxçıvan, 2009
4.
Zöhrabov R. Muğam. Bakı, 1991
5.
Sarıvəlli O. Qüdrətli şair, ustad sənətkar. Bakı, 1971
6.
Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, 1972
7.
Məmmədov T. Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti. Bakı, 2002
ABSTRACT
Gunay Mammadova
Azerbaijan ashuq art
In the article is reported about an ancient and archaic art of the ashuq, creation of the ashuq
word and the origin of the word. It is noted that ashuq creativity is contane the biggest and richest
branch of Azerbaijan folk music.
At the same time in the article is reflected ashuqs and ashuq schools which acting some
century ago.
РЕЗЮМЕ
Гюнай Мамедова
Азербайджанское ашугское исскуство
В статье говорится о древних, архаических корнях Азербайджанского ашугского
творчества о значении и источнике слова «ашуг». Отмечается и то, что ашугское искусство
является самым широким и богатым наследием в азербайджанской музыке.
Также, в статье есть интересные обсуждения о древних известных ашугах, ашугских
школах и о научно-иследовательских работах об ашугском творчестве.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
200
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
SƏYYARƏ SADIXOVA
Seyyare.sadiqova@mail.ru
UOT:75
MÜXTƏLİF İNCƏSƏNƏT CƏRƏYANLARININ HÜSEYN ƏLİYEV YARADICILIĞINDA
TƏCƏSSÜMÜ
Açar sözlər: ekspressionizm, karikatura, naturalizm, impressionizm, abstraksionizm
Key words: expressionism, caricature, naturalism, impressionism, abstractionism
Ключевые слова: экспрессионизм, карикатура, натурализм, импрессионизм,
абстраксионизм
Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığında müxtəlif janrlar, işlədiyi texnikalar,
qrafika ayrı- arılıqda kifayət qədər araşdırılmışdır. Onun akvarel monotipiyalar, mənzərə janrında
çəkdiyi əsərlər öz fövqətəbiiliyi ilə nəzəri cəlb edir. Lakin bu onun yaradıcılığının ilk dəfə baxarkən
qiymətləndirilən görünən üzüdür. Onun əsərlərinin hansı texnika ilə işlənməsini, hansı janrı əhatə etməsi
rəssamlıqdan kiçik bir anlayışı olan bir adam tərəfindən də düzgün olaraq təsnif oluna bilər. Bu onun
yaradıcılığını daha kiçik, dar çərçivədə araşdırmaq təəssüratı oyada bilər. Ən başlıca məsələ odur ki,
onun yaradıcılığı savadsız, amma istedadlı həvəskar rəssam nəzəri ilə məhdud çərçivədə deyil, daha
böyük miqyasda hərtərəfli təhlil bacarığına malik olan sənətşünas gözü ilə rəssamlıq cərəyanları
nöqteyi nəzərindən savadlı təhlil olunsun. İstər rəssamın işlədiyi monotipiyalarında, istər
karikaturalarında, istərsə də mənzərələrində müxtəlif cərəyanların təzahürlərini tapmaq mümkündür.
Məs; Onun Göygölü vəsf edən mənzərələrində realizm, monotipiyalarında abstraksionizm,
karikaturalarında kritisizm və ekspressionizm portretlərində isə realizm və sentimentalizm cərəyanları
öz əksini tapır.
Dahi rəssam müxtəlif zəhmət adamlarının, sıravi vətəndaşların yaşadıqları real mühiti
tablolarında təsvir etməklə realizm cərəyanının onun əsərlərində yaşadığını sübut etmişdir.
Leninqradda oxuyarkən əhatəsində olan rəssamlar və müəllimlərinin də çoxunun realizm
cərəyanının nümayəndələri olması onun yardıcılığına da istər istəməz öz təsirini göstərmişdir.
Aleksandr Brodski, Boris İanqson, Semion Abuqov, Mixayl Bernşteyn, Arxip Kuinci və başqaları
Hüseyn Əliyev yaradıcılığına əhəmiyyətli töhvələr vermişlər.
Xalq rəssamının karikaturalarında simvolizm cərəyanının elementləri duyulur. O bu cərəyana
aid hələ Leninqradda təhsil almazdan əvvəl karikaturalar çəkməyə başlamışdı. Onun çəkdiyi siyasi
xarakterli karikaturalar xüsusilə simvolizm nümunələri sayılır. 1931-ci ildə Boynuna ilan dolanmış
adam və başı üzərindəki top karikaturası əsl simvolik əsərdir. Bu Yaponiyanın Mancuriayanı işğal
etməsi ilə bağlı karikaturadır. Burada ilan aclıq və səfalətin, adam yazıq və günahsız insanların, top
isə müharibənin rəmzidir.
Hüseyn Əliyev karikaturalarında modernist ideyalar da özəksini tapmışdır. Amma bu
modernizm cərəyanının onun yaradıcılığında mövcudluğu demək deyil. Çünki modernizm
cərəyanının özünün meyarları vardır. Ədalət Əliyev 2009-cu ildə nəşr olunmuş “Azərbaycanın
Xalq Rəssamı Hüseyn Əliyev” adlı kitabında Hüseyn Əliyevin modernist və yenilikçi ideyalarını
üzə çıxarmışdır. “ 1929-cu ildə Azərbaycanın ictimai-mədəni həyatında mühüm hadisə baş verdi:
ərəb hürufatlı əski əlifba latın qrafikalı yeni əlifba ilə əvəzləndi. Hüseyn Əliyev bu tarixi hadisəyə
münasibətini “Molla Nəsrəddin”də dərc olunmuş “Əski əlifbanın dəfni”satirik rəsmində
özünəməxsus ustalıqla ifadə etmişdir. Köhnə əlifbanı ictimai geriliyin, savadsızlığın rəmzi kimi
səciyyələndirən rəssam Molla Nəsrəddinin əlindəki belin üzərində latın qrafikalı hərflərin təsviri ilə
yeni əlifbanın mütərəqqi xarakterini göstərir” (1, 12).
201
Əskiəlifbanındəfni
Xalq rəssamı təbiətin əsrarəngiz gözəlliyini əks etdirməklə pozivitizm cərəyanının
mövcudluğunu mənzərə əsərlərində hiss etdirmişdir. Bundan başqa, rəssamın Maralgöl əsərində
expressionzmin də təsiri duyulur. O, çılğın insan xarakterini sanki Maralgöl ətrafındakı məkana
yansıtmağa çalışmışdır. Ekspressionizm təkcə onun mənzərələrində deyil, həmçinin
karikaturalarında da əks olunmuşdur. Ekspressionizm latın sözü olub ifadəlilik deməkdir. Hələ
Qobustan qayalarındakı rəsmlərdən bizə yadigar kimi gəlib çıxan ekpressionizm o vaxtdan
Azərbaycanda mövcud idi. Ekspressionizm XIX əsrin sonunda dəbdə olan və buna görə də, bədii
yaradıcılığın aparıcı prinsiplərini və meyllərini müəyyən edən naturalizmin və impressionizmin
antipodu kimi meydana gəlmiş və formalaşmışdır (4,14).
Hüseyn Əliyevin karikaturaları ilk baxışdan yumor və acı kinayə ilə qarşılansa da orada bir
sıra cərəyanları görmək olar. Ekspressionizm istənilən janrda işlənmiş əsərlərdə tapıldığına görə o
sərhəd tanımır və karikaturalarda belə özünü göstərə bilər. Ekspressionizm keçən əsrin sonlarında
ən həssas mütəfəkkirlər, sənətkarlar tərəfindən duyulan və yüzilliyimizin sonuna qədər inqilablarda,
müharibələrdə gerçəkləşən siyasi-ictimai zəlzələlərin incəsənətdə ən əyani, ən kəskin, ən pessimist
ifadəsidir. Ekspressionist sənətkar dünyanı başına alan şər quvvələrə qəti etirazını bildirir, lakin
onlara qarşı mübarizənin çəmini tapa bilmədiyinə görə ümidsizliyə qapılırdı. Lakin hərdən bu
ümidsizliyi karikaturalardakı acı kinayə ilə soyutmaq mümkün olur. Belə bir əsərlərdən biri də
Hüseyn Əliyevin çəkdiyi “Kişi evlənir” karikaturasıdır. O 1929-cu ildə çap etdirdiyi bu
karikaturasında tamahkar Bülbüləli kişinin, Şağanlı varlı dul qadını ələ keçirmək cəhdi təsvir
olunur. Burada kişinin yırtıcı xisləti ifşa olunur (2).
Kişi evlənir, 1929
202
Van Qoq deyirdi ki, karikatura həmişə ekspressionist ideyalarla zəngin olub. Bu onunla izah
olunur ki, ekspressionist karikaturada müəllif həmişə çəkdiyi personajın xüsusiyyətlərini təhrif edir
və özünəməxsus şəkildə onun əsl keyfiyyətini üzə çıxarır (3,382).
Hüseyn Əliyevin mənzərələrində naturalizm cərəyanının da mövcudluğu danılmazdır.
Naturalizmdə əsər ən incə detalı ilə çəkilir. Hüseyn Əliyevin Göygöl sanatoriyası əsəri buna bariz
nümunədir. Buradakı sanatoriya binası, onun arxasındakı heykəl və heykəlin o tərəfində olan
ağacların arxasındakı göl və hətta onun sahili naturalizmə ən gözəl misaldır.
ƏDƏBİYYAT
1. Əliyev Ə.H., Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyev, 2009. 63 s.
2. Molla Nəsrəddin jurnalı, 1929-cu il №9
3. Jeoff Martz, Kim Magloire, Theodore Silver, Cracking the Act, Princeton Review Publishing
L.L.C, New York, 2005, ISBN-0-375-76455-0
4. Sürrealizm, Dadaizm. İntuitivizmhttp://marketing.ucoz.org/muh2
ABSTRACT
Sayyara Sadikhova
In the article differentart movements are dealt with in Hussein Aliyev’s creative work.
Abstractionism in his landscapes and monotypes, as well as, expressionism and symbolism are
reflected in his caricatures. There are Posivitism and sentimentalism in his landscapes while
abstractionism prevails in People’s Artist’s monotypes. Among his landscapes,it is possible to find
paintings which he dedicated to Goygol.Besides ignorance and illiteracy are criticized in his
caricatures and modernist ideas are agitated. It is possible to come across modernist ideas in
painter’s caricatures. But it doesn’t mean that he worked in this movement. That is why this
movement has its criteria. In the article people’s artist’s different genres and techniques are
mentioned. Article consists of key words, introduction, main idea, conclusion, the list of references.
Besides, it is possible to see two abstracts in English and Russian languages.
РЕЗЮМЕ
Сейаре Садыховой
В стате идет реч о различных направлениях искусства в творчестве Гусейна Алиева.
Абстрактционизм в его пейзажах и монотипиях о так же, в его карикатурах отражается
експрессионизм и символизм.Позивитизм и сентиментализмявляются в его пейзажах,когда
абстраксионизм превилиривает в монотипиях народного художника.Среди его пейзажей,
можно наити рисунки, которые он посвещал Гейгелем..Кроме того, неведение и
неграмотность критикуются в его карикатурах. Можно встретить современные идеи в
карикатурах художника. Но это не значит, что он работал в этом направлении. Потому что,
это направление имеет свои критерии. Нужно отметить что, портреты, которые народный
художник нарисовал считаются примерами реализма. В статье затрагивиются разные жанры
и техники народного художника.Статьясоответствует всем требованиям и состоит из
ключевых слов,введения, обсуждения, заключения, списка литературы. Кроме того, можно
видеть резюме на английском и русском языках.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
203
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
SÜBHİ KƏNGƏRLİ
Naxçıvan Dövlət Universiteti
UOT:069
MÜSTƏQİLLİK İLLƏRİNDƏ MUZEYLƏRİN FONDLARININ ELMİ-BİBLİOQRAFİK
TƏDQİQİ. (NAXÇIVANDA GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİN MUZEYLƏRİ
MATERİALLARI ƏSASINDA)
Açar sözlər: Ekspozisiya, unikal, şit, planşet, maket, interyer, qalereya
Key words: exposition, fund, exhibit, gallery, unique, design, standboards
Ключевые слова: экспозиция, фонд, экспонат, галерея, макет, уникальный, щит
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan
diyarının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında demişdir:
"Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş torpaqdır. Naxçıvan həmişə böyük şəxsiyyətlərlə
fərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər, şairlər, memarlar, dövlət xadimləri olmuşlar.
Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur"(7. s 42).
Ümummilli liderimizin bu hikmətinə istinadən qeyd etməyi lazım bilirik ki, qədim mədəniyyət
və elm diyarı, böyük dövlətçilik ənənələri olan Naxçıvan böyük mütəfəkkir şəxsiyyətlər, mədəniyyət,
ədəbiyyat, elm xadimləri, görkəmli hərbçilər, dünya şöhrətli şəxsiyyətlər yetişdirmişdir. Naxçıvan
torpağı Azərbaycana, dünyaya xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti Heydər Əliyevi
bəxş etmişdir.
Respublikamızın prezidenti İlham Əliyevin dediklərindən: "Ulu öndər Heydər Əliyev öz
doğma vətəni Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirdilər ki,
dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə
yaşayır. Onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır"(7. s 42)
Qeyd etmək lazımdır ki, muzeylər sosial bir institut olmaq etibarı ilə insanların həyat
tərzinin və mədəniyyətinin bələdçisi, xalq dühasının yaratdığı ən qiymətli xəzinə, mənəvi və estetik
zənginləşmənin mərkəzi kimi fəaliyyət göstərən elmi və bədii müəssisələr, maddi, mədəni və
mənəvi dəyərlərin toplandığı, mühafizə və tədqiq edilərək öyrənildiyi və gələcək nəsillərə
çatdırıldığı məbədlər, yüksək səviyyəli mədəni-maarif ocaqlarıdırlar.
Muzeylər profillərinə görə, məzmun və formalarına görə müxtəlifdirlər. Məsələn, tarix,
ədəbiyyat, mədəniyyət, incəsənət, etnoqrafiya, təbiyyat, musiqi, ölkəşünaslıq-diyarşünaslıq, tibbi-
səhiyyə, texniki, xatirə, ev-mənzil, elm, təhsil və başqaları. Bütün bu qeyd olunanlar və digər
muzeylər öz funksiyalarına görə təkcə keçmişin tarixini, maddi və mədəni abidələrini deyil,
həmçinin müasir dövr, onun nümunələrini, toplantılarını, muzey kolleksiyalarını, yaratdıqlarını
toplayıb, hifz edib öyrənirlər. Çünki muzeydə qorunub saxlanılan, gərəkli və qiymətli sayılan hər
bir muzey əşyası, toplantı-eksponat, dünənimizi bu günümüzə, bu günümüzü də gələcək nəsillərə
etibar edən, pay verən çox mötəbər mənbələrdir.
Müasir şəraitdə, müstəqilliyimizi yaşadığımız dövrdə hər bir muzey şəxsiyyətin, fərdin,
bütövlükdə cəmiyyətin, xalqın ümumi dünyagörüşünün, elmi və mədəni səviyyəsinin, təhsil və
tərbiyəsinin, mənəvi-estetik tərbiyənin yüksəldilməsi, artırılması işində mühüm və səmərəli,
çoxsahəli fəaliyyət göstərirlər və buna əsasən nail olurlar. Buradan belə məqsədə çatmaq qarşıya
qoyulur ki, muzeylərin fəaliyyəti müstəqil ölkəmizin daha da inkişaf və tərəqqisinə xidmət
etməlidir.
Respublikamızın prezidenti İlham Əliyevin muzeylərimizin dünya mədəniyyətinin
sivilizasiyasının yüksək səviyyəsinə çatdırılması üçün imzaladığı bir sıra sərəncamlar muzeylərimizdə
aparılan, təşkil edilən işlərin səmərəliliyinin daha da yüksəldilməsinə yönəldilmişdir.
204
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində (1969-2003 illər) yeni
muzeylərin yaradılması, onların maddi bazasının möhkəmləndirilməsi haqqında imzaladığı çox
dəyərli qərarlar, tövsiyələr Naxçıvan Muxtar Respublikasında da muzey işinin yenidən qurulması,
zəngin eksponatlarla komplektləşdirilməsi, zənginləşməsi məsələsinə əsaslı təsir göstərmişdir.
Ümummilli liderimiz görkəmli şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi məqsədilə xatirə,
ev muzeylərinin, xatirə komplekslərinin və ansambllarının yaradılmasını əhəmiyyətli bir məsələ
kimi qarşıya məqsəd qoymuşdur.
Hazırda Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev muzeyi, C.Məmmədquluzadə,
H.Cavid, C.Naxçıvanski, B.Kəngərli, M.S.Ordubadi, Y.Məmmədəliyev, M.Araz, M.T.Sidqi,
Şahtaxtinskilər muzeyi, Xan sarayı, Dövlət Tarix-Memarlıq Muzeyi və bu qəbildən digər muzeylər
mövcuddur. Müstəqillik illərində bu iş daha da təkmilləşdirilir, fəaliyyət dairələri genişləndirilir.
"Müstəqillik illərində muzeylərin fondlarının elmi-biblioqrafik tədqiqi" (Naxçıvanda
görkəmli şəxsiyyətlərin muzeyləri) mövzusunun tədqiqata götürülməsində əsas məqsəd həmin
muzeylərin fəaliyyəti, xüsusilə fond və ekspozisiyalarda iş, fondların komplektləşdirilməsi,
fondlarda ayrı-ayrı görkəmli şəxsiyyətlərə yaradılmış "Şəxsi fondlar", biblioqrafiya işi muzeyə
gələnləri tanış etməkdir. Çünki müasir şəraitdə hər adamın fondda mövcud materiallarla,
eksponatlarla bilavasitə tanış olması vacib məsələlərdəndir. Bu məqsədlə hər bir eksponat
pasportlaşdırılır, kataloqlaşdırılır, şəhadətnamələr yazılır, inventarlaşdırılaraq muzeyə gələn hər bir
tamaşaçıya ətraflı məlumat verilir. Muzeylərdə təşkil edilən "Açıq qapı günləri", "Fondlardan
istifadə günləri", "Fond yenilikləri" məlumat biblioqrafik tövsiyələr də əhəmiyyətli rol oynayır.
Mövzu ilə əlaqədar olaraq müəllif elmi-tədqiqatda Naxçıvan şəhərində mövcud ümummilli
liderimiz "Heydər Əliyev Muzeyi", C.Məmmədquluzadə, H.Cavid, C.Naxçıvanski ev muzeylərinin
bu sahədə gördüyü işlərlə yaxından tanış olmaq, öyrənmək məqsədilə muzeylərdə olmuş, fondlarla
yaxından tanış olmuş, muzey əməkdaşları ilə işgüzar söhbətlər edilmişdir.
Bütün bu işlər, xüsusilə fondlarda görülən digər işlər imkan verir ki, fondda və
ekspozisiyalarda mövcud eksponatlarla muzeyə gələnlər ətraflı məlumata sahib olmaqla fondların -
əsas eksponatların biblioqrafiyasından istifadə etsinlər.
Onu da qeyd etməyi lazım bilirik ki, son illərdə ali və orta ixtisas, orta məktəb təhsilli tələbə
və şagirdləri, elmi, mədəni-maarif müəssisələri, eləcə də müxtəlif qrup əhali arasında aparılan
söhbətlərdən, müsahibələrdən məlum olur ki, muzeylərə, tarixi-mədəniyyət abidələrinə, sərgi
salonlarına maraq əhəmiyyətli dərəcədə artmış, muzeylərdə, digər mədəniyyət müəssisələrində
insanlara göstərilən mədəni xidmət işinin səviyyəsi də yüksəlmişdir. Naxçıvan Dövlət
Universitetində "Muzeyşünaslıq" ixtisaslı kadrların hazırlanması da bu tədbirlərin əhəmiyyətinə bir
daha kömək göstərir.
Mövzu ilə əlaqədar belə qənaətə gəlmək olar ki, muzey fondlarının elmi-biblioqrafik təhlili
və tədqiqini aşağıdakı qaydada tərtib edib başa çatdırmaq olar.
Heydər Əliyev muzeyi
Biblioqrafikadan nümunələr
Giriş
Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli 21-01/S nömrəli sərəncamına əsasən
Naxçıvan şəhərində yaradılmış, 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.
Sərəncamda göstərilir:
-"Bu gün iftixarla fəxr edirik ki, qədim tarixə malik Naxçıvan özünün yetişdirdiyi böyük
mütəfəkkir və şəxsiyyətləri ilə tanınır. Məhz belə şəxsiyyətlərdən biri də dünya siyasətçiləri
sırasında öz dəsti-xətti, öz yeri, hörməti və sözü olan Azərbaycan xalqının lideri möhtərəm Heydər
Əliyevdir".
Bu muzey ümummilli liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk
muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan
muzeylərdən fərqli cəhəti ondan ibarətdir ki, ulu öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu
muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaq olmaqla, həm də
205
dahi şəxsiyyətin haqqında çox zəngin və nadir materiallar-eksponatların kifayət qədər olmasıdır.
Ekspozisiya ilə tanış olduqca dediklərimizin şahidi oluruq.
Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri, stendləri və digər görüntüləri ulu
öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir.
Ümummilli liderimizin həyat yolundan bəhs edən bu zəngin və çox dəyərli materiallar
əsasında yaradılan muzey naxçıvanlıların, muxtar respublikamıza gələn qonaqların, yüksək
səviyyəli tədbirlərin iştirakçılarının ziyarət etməsi, ekspozisiyalarla tanış olması mütəmadi xarakter
daşıyır. Məktəblilər və tələbələr, mədəniyyət və elm adamları, hərbi hissə qulluqçuları, ziyalılar,
gənclər və veteranlar muzeyə gələrək ekspozisiyalarla tanış olur və dahi rəhbərimiz haqqında
zəngin və hərtərəfli məlumatlar əldə edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun muzeyin
yaradılması, ədəbi-bədii elmi cəhətdən tərtibatı, zəngin eksponatlarla komplektləşdirilməsində
xüsusi qayğı və diqqəti bizim hamımızın ürəyindən olmaqla əsl vətənpərvərlik nümunəsi kimi
əzəmətlə səslənir.
Muzeyin qarşısında ucalan ümummilli liderimizin əzəmətli heykəlini hər gün yüzlərlə adam,
şəhərimizin qonaqları ziyarət edir, muzeyin ekspozisiyası ilə tanış olurlar.
Nəticə olaraq deməyi lazım bilirik ki, müstəqil respublikamızın qurucusu və memarı,
xalqımızın böyük azərbaycanlısı Heydər Əliyevin həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyətindən
bəhs edən muzeyin yaradılması və fəaliyyəti muxtar respublikamızın həyatında, onun gələcək
inkişafında çox mühüm yolgöstəricidir.
Ümummilli liderimizin 85 illik yubileyinə həsr edilmiş "Həyat yolu 1923-2003" kitabında
oxuyuruq: "...Qüdrətli siyasi və dövlət xadimi olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə
çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli lider adlandırılmışdır".
Ümummilli liderimizin, zəmanəmizin böyük azərbaycanlısının dediklərindən: "Hər bir insan
üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm
ki, mən azərbaycanlıyam".
"Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqilliyi tarixi hadisədir, Azərbaycan
xalqının tarixi nailiyyətdir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim
borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim
borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan
dövləti çatdırmaqdan ibarətdir".
"Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və
onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır"(7. s 9).
Dostları ilə paylaş: |