НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
76
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78) QALİBƏ HACIYEVA Naxçıvan Dövlət Universiteti galibehaciyeva@mynet.com UOT:81 EYNƏLİ BƏY SULTANOVUN ƏSƏRLƏRİNİN DİLİNDƏ DİALEKTİZİMLƏR
Açar sözlər:Eynəli bəy Sultanov, dialektizim, türk dilləri Key words:Aynaly bey Sultanov dialectyzm all-Turkish languages Ключевые слова:Eйнали бек Султанов, диалектизм, общетюркских языков
Dil tarixinin öyrənilməsində klassik ədəbi əsərlər çox böyük əhəmiyyətə malikdir. Müasir
Azərbaycan ədəbi dilində hər hansı bir leksik vahidin və ya qrammatik formanın köhnəldiyini və
ya fəaliyyətdən qaldığını müəyyənləşdirmək üçün müxtəlif dövrlərdə yazılmış ədəbi əsərlərin dilinə
xüsusi həssaslıqla yanaşmaq lazımdır. Həmin əsərlər yazıldığı dövrün ədəbi səviyyəsini
müəyyənləşdirməklə yanaşı, həm də yazıldığı dövrün canlı danışıq dili haqqında ən mükəmməl
bilgi verən qaynaqlardır. Belə mükəmməl qaynaqlardan biri XIX-XX əsr Azərbaycan ədəbi dilinin
inkişaf səviyyəsini müəyyənləşdirməkdə bizə yardım edən, Azərbaycan mədəniyyəti tarixində
silinməz iz qoymuş Eynəli bəy Sultanovun əsərlərini xüsusi qeyd etmək lazımdır. E.Sultanovun
əsərlərinin dilinin tarixi əhəmiyyəti ilk növbədə bu əsərlərin öz dövrünün canlı danışıq dili üzərində
köklənməsidir.
XIX – XX əsr Azərbaycan klassik ədəbiyyatında yer alan əsərlərin dili demək olar ki,
bütünlükdə xalq danışıq dilinə əsaslanır. Belə ki, o dövr satirik əsərlərin dilində olduğu kimi,
hekayə və povestlərin də dilində ümumxalq danışıq dilinin güclü təsiri aydın görünür. XIX əsr
Azərbaycan ədəbi dili bədii üslubuna xas olan cəhətlərdən biri də bədii üslubun əvvəlki dövrlərdə
formalaşmış bəzi leksik və qrammatik xüsusiyyətlərinin yeni dövrdə də öz işləkliyini müəyyən
mənada saxlamasıdır. XIX əsrin sonu XX əsrin əvvələrində yazılmış əsərlərin dilində ümumxalq
dilinin təsirini əks etdirən sadə danışıq tərzi ilə yanaşı, bu əsərlərdə dilin ən qədim tarixi ənənələrini
yaşadan spesfik xüsusiyyətlər də dilin təkamül prosesini daha aydın göstərir.
Bu dövr canlı danışıq dili üzərində köklənən istər aşıq yaradıcılığı, istərsə də ayrı-ayrı şair və
yazıçıların əsərlərinin dilində olduğu kimi, E.Sultanovun əsərlərinin dili də dialekt söz və ifadələrlə
çox zəngindir. E.Sultanovun yaradıcılığında canlı danışıq məişət dili ədəbi dil hüququ qazanır.
Ədibin dilində forma və məzmununa, mənşəyinə, eyni zamanda müəyyən üslubi çalarlarına görə
müxtəlif dialektizimlərin mövcudluğu müasir Azərbaycan, eləcə də ümumtürk dilinin ən qədim əski
milli özəlliklərini mühafizə edir ki, bu da çağdaş Azərbaycan türkcəsinin daha dərin tarixi qatlarının
öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. E.Sultanovun dilində mövcud dialektizimlərin bir
çoxu bu gün də heç bir deformasiyaya uğramadan Azərbaycan, eləcə də türk dillərində dialektal
vahid kimi daşlaşıb qalaraq ümumtürk dilinin öyrənilməyən tarixi qatlarının açılmasında müstəsna
rol oynayır.
Bu gün Naxçıvan qrupu dialekt və şivələrində mövcud vəhalonki, müftəxor, pirani, dağdağa (narahatlıq), peydərpey, tərtələsik, tüğyan, ərşə dayanmaq, növcavan, yepyekə, iraq, məlul- müşgül, qoparağını salmaq, gözaltı, əyal, çapovulçu, cəza-fəza, bəbə, satıb-savıb, filik-filik dolanmaq, namxuda, qada-bala, çarhovuz, hində (indi), şil, yorğun-arğın, davar, tərtələsik, başaçıq, ayaqyalın, çılım-çılpaq, daxma, cavanəzən, palaz, qaravul, aynabənd, cavanmərd, xırda- xuruş, pencər, qara-qura, fərmayiş, dilsiz-ağızsız, dübarə, qovğa, qalmaqal, mısmırığını sallamaq, dağarcıq, yaşınmaq, yurist, avara-sərgərdan, biryolluq, təng, bir qədəm, cümlə (bütün), dərbədər, kin-küdurət, gözü qıpıq, dağarcıq, fikir-zikir, üzbəsurat, ikicannı, incəvara, batil, pirani, bilmərrə, bərbad, sum, qeyzli, şapalq, dəsgah, dəsdərxan, şaqqama, aşna-dost, avand, qadası, şaqqama və başqa bu kimi dialektal leksik vahidlərin eynilə E.Sultanovun əsərlərinin
dilində işlənməsi faktı fikrimizi təsdiq edir. Bu kimi söz və ifadələrlə E.Sultanovun əsərlərinin
işığında Azərbaycan dil tarixinin ən dərin qatlarına enmək mümkündür.
77
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin lüğət tərkibində aktiv mövqedə
olan sözlərlə yanaşı, müasir dilimizdə ədəbi səviyyədə fəaliyyətdən qalmış arxaikləşmə prosesi keçirən
bir çox sözlər hal-hazırda dialekt və şivələrdə fəallığını qoruyur. Hazırda Naxçıvan qrupu dialekt və
şivələrində öz işlək durumu ilə diqqəti cəlb edən və müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş bu
tip sözlər E.Sultanovun əsərlərinin dilinin əsas bazasını təşkil edir. Elə buna görə də E.Sultanovun
əsərlərinin dilinin dialektal qatı leksik və qrammatik cəhətdən bir neçə istiqamətdə tədqiqata cəlb oluna
bilər:
I. Leksik xüsusiyyətlərinə görə: Frazeoloji birləşmələr: İstər semantikasına, istər forma zənginliyinə, istərsə də daşıdığı üslubi
çalarlara görə həm ədəbi, həm də dialekt və şivələrin lüğət tərkibində seçilən söz qruplarından biri
də lüğət tərkibinin əsas hissəsini təşkil edən frazeoloji vahidlərdir. Müasir dilimizin leksik qatının
müəyyən bir hissəsini təşkil edən frazeoloji vahidlər müasir Azərbaycan ədəbi dilində sadəcə
məcazi anlam ifadə etməklə kifayətlənmir, bu vahidlər həm də xalqımızın dilinin tarixi üslub
zənginliyini və semantik spesfikasını öyrənmək baxımından orijinallığı ilə diqqəti cəlb edir. Dilin
tarixi inkişafında frazeoloji vahidlərin rolunu çox düzgün müəyyənləşdirən Q.Mahmudova yazır:
“Frazeoloji vahidlərə tarixi yanaşma, onları etimoloji cəhətdən araşdırma təkcə frazeoloji vahidlərin
mənsub olduğu xalqın tarixini deyil, həm də o xalqın dilinin tarixini öyrənməyə imkan yaradır. Bu
da frazeoloji vahidlərin fərdi xarakterini göstərir”(1, s. 55). Türk dillərinin tarixi üslubi
funksiyasının müəyyənləşməsində frazeoloji vahidlərin tədqiqinə xüsusi əhəmiyyət verən
A.A.Koklyanova yazır: “Türkologiyanın qarşısında duran ən mühüm problem frazeoloji vahidlərin
həm ümumi cəhətlərini, həm də ayrı-ayrı türk dillərində spesfik xüsusiyyətlərini öyrənməkdir” (2, s.
104).
Dialektoloji tədqiqatlardan və klassik ədəbi əsərlərin dilindən aydın olur ki, frazeoloji
vahidlər uzun tarixi inkişaf yolu keçərək sonradan müstəqil mənalı sözlərə çevrilmişdir. Müasir
dövrdə Naxçıvan dialekt qatının müəyyən hissəsini təşkil edən frazeoloji vahidlər bu gün sadəcə
Azərbaycan türkcəsində deyil, bütün türk xalqlarının dilində öz tarixi ciddiyyətini qoruyur. Çağdaş
türk dillərinin qədim abidələr üzrə tarixi dialektal qatını nəzərdən keçirdikdə burada yer alan
frazeologizimlərdə həm qədim, həm də son dövrlərin linqvistik xüsusiyyətləri çox aydın görünür.
Müasir Naxçıvan qrupu dialekt və şivələrində aktivliyini qoruyan saman altından su yeritmək, evini yıxmaq, gözü qıpıq, başı yerə batmaq, yerə girsin, dişi bağırsağını kəsmək, ürək – dirək vermək, hirsini yemək, boğma basmaq, ucun alıb ucuzluğa getmək, başına daş düşmək, qanısoyuq kimi frazeoloji vahidlərin E.Sultanovun əsərlərinin dilində yerli yerində işlənməsi onun canlı
danışıq dilinə əsaslandığını təsdiq edir:Bu hərif Nikolay zamanı küçə vəkili idi, saman altından su yeridən idi, canına can basıb, hökümət məmurlarına gizlin böhtan ərizələri yazdırdı və özünə iş tapşıran tərəfeynin hər ikisini aldadıb, xalqın evini yıxırdı (3, s.51).Mirzə Mustafa nə qədər binamus olsa da, yenə az qaldı ki, yerə girsin (3, s. 65).Onu görəndə dişim bağırsağımı kəsir (3, s.
65).Öz-özünə ürək – dirək vermək üçün ahəstə və lətif səslə başladı oxumağa. Püstəxanım hirsini yeyə bilməyib, Sənəmin üzünə iki boğma basıb dedi (3, s. 131).Püstəxanım ucun alıb, ucuzluğa getdi, olmayan sözləri Sənəmə dedi (3, s. 130). Forma və məzmunca söz qrupları: Müasir Azərbaycan xalq danışıq dilində omonim, antonim və
sinonim kimi daşlaşıb qalmış mürəkkəb sözlər E.Sultanovun da əsərlərinin dilində üslubi çalarlarını
mühafizə edərək yerli – yerində işlənmişdir: artıq-əskik, olar-olmaz, alış-veriş, alıb-satmaq, ənlik- kirişan, görüm-baxım, ağıllı-kamallı, yaxşı-yaman, dinməz-söyləməz, olar-olmaz, ağca-tərcə, yerli- yataqlı, fəqir-füqəra, cəza-fəza, doğru-yalan.İyirmi yaşı olar-olmaz, ağca-tərcə, yerli-yataqlı bir cavanəzən idi (
3, s. 60). Ev arvadlarının bəzəyi ibarətdir ocağın külündən, nəinki ənlik-kirşandan(3,
s.133). Amma yenə də oğlanlarının öz analarına görüm-baxımları olur (3, s.133). Əli bəyin arvadı Sənəm yaxşı arvadların birsi idi: ağıllı-kamallı, dünyagörmüş, yaxşı-yamanı seçən, çox təcrübəli (3, s.
133). Sənəm dinməz-söyləməz durmuşdu (3, s. 132). Çoxları da zənginləri soyub fəqir-füqəraya yardım
edirdi (3, s. 91). Tarixi informasiya yükü daşıyan leksik vahidlər. Azərbaycan dilinin tarixi leksik qatında yer alan qədim etnoqrafik mədəniyyətimizlə bağlı söz
və ifadələrin E.Sultanovun əsərlərinin dilində aktivliyi Azərbaycan xalqının sosial-məişət həyatı
haqqında ən dəqiq tarixi informasiya verir. lapçın-ayaqqabı növü, çul, dolaq, marfac, arxalıq, çuxa, börk, gərdanbağı, əmmamə, ab, hasa;Gəlin oldum qul oldum, Ayaqlara çul oldum (3, s.
131). Bu hində çöldən gələn iki nəfər seyid başlarında əmmamə, çiyinlərində aba, əllərində hasa, ayaqlarında uzunboğaz lapçın qapıda hazır oldular (3, s.12). Böyük marfacdan təzə qılıncı,
78
çuxasını alıb oğlunun çiyninə saldı (3, s.18). Böyük marfacdan təzə qılıncı çuxasını alıb oğlunun çiyninə saldı, mıxdan da qara Buxara papağını endirib tozunu sildi və oğlunun başına qoydu (3, s.
16).
Mənşəyinə görə əsərlərin dilindəki dialektal vahidlər: Dilimizin lüğət tərkibində müəyyən faiz
təşkil edən müxtəlif dillərdən alınmalar dilin ədəbi və dialektal qatında yer aldığı kimi, müxtəlif
dövrlərdə yazılmış ədəbi əsərlərin dilində də müşahidə olunur. Müəyyən tarixi mərhələlərdə dillərarası
inteqrasiyanın səviyyəsini müəyyənləşdirmək baxımından həmin dövrdə yazılmış ədəbi əsərlərin
müstəsna rolu vardır. Hər dövrdə olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan dilinin
tarixi inkişafında ayrıca mərhələ təşkil edir. Bu dövrdə rus, Avropa, eləcə də ərəb və fars dillərinin güclü
təzyiqinə məruz qalan Azərbaycan-türk dili öz gücü sayəsində tarixi sabitliyini qorusa da, bəzən bu
dillərin təsirindən yan keçə bilməmişdir. Bunu həmin dövrdə yazılmış ədəbi əsərlər və mətbuatın dili
daha aydın göstərir. Baxmayaraq ki, saf dil uğrunda mübarizə məsələsi XX əsrin bir çox mətbu
orqanları kimi, “Füyuzat” və “Molla Nəsrəddin”in ideya istiqamətini müəyyənləşdirən ən başlıca
amillərdən biri idi, lakin bu təsir o dövrdə yazılmış ədəbi əsərlərin dilindən də yan keçməmişdir.
E.Sultanovun əsərlərinin dilinin dialektal qatını müxtəlif dillərdən keçən alınmalara görə mənşə
baxımından iki əsəs qrupda təsnif etmək olar:
1. Türk mənşəli: Müasir Azərbaycan dilinin istər ədəbi, istərsə də dialekt qatının əsas hissəsini
qədim Azərbaycan sözləri ilə yanaşı, ümumtürk mənşəli sözlər təşkil etməkdədir. Bunu E.Sultanovun
əsərlərinin dilində işlənən bu gün dilimizin dialekt qatında yer alan leksik vahidlər təsdiq edir.
Azərbaycan dil tarixinin ən möhtəşəm abidəsi “Kitabi Dədə Qorqud”un dilində mövcud qan yaş tökmək, başına dolanmaq, yey, qovğa və başqa bu kimi söz və ifadələrin E.Sultanovun əsərlərinin
dilində əsəs mövqedə dayanması təsadüfi deyil.Heç bilirsiniz nə qovğa çıxartdı(3, s. 110).Getməli
qonağın getməyi yeydir (3, s.17).
Çağdaş Azərbaycan və Türkiyə türkcəsində istər ədəbi, istərsə də dialekt və şivələrində ortaq
şəkildə mövcud olan aynabənd, əsnaf, dışarı, caddə, çılım-çılpaq, miniklər, börk kimi leksik
vahidlərin E.Sultanovun dilində işlənməsi faktı dövrün leksik mühiti, həm də poetik ifadə tərzi ilə
bağlı məsələdir. Kürdlərin tüğyanı ərşə dayandı, az qaldı ki, böyük caddə bağlansın, gedib gələnin tərəddüdü kəsilsin. Börkümü yan qoymuşam
İçinə biyan qoymuşam
Mənə baxan qızların
Qəlbinə qan qoymuşam (3, s. 81).
2. Alınmalar: Tarixi dialektoloji tədqiqatlardan aydın olur ki, Naxçıvan qrupu dialekt və
şivələrinin lüğət tərkibi əsasən öz milli köklərinə dayanan oğuz-qıpçaq sözlərindən ibarət olsa da,
tarixi inkişaf prosesində müxtəlif xalqlarla mədəni iqtisadi əlaqələr nəticəsində dilimizin dialektal
lüğət tərkibi bəzi məqamlarda yad dillərin təsirindən, alınmalardan kənarda qala bilməmişdir.
Bunun nəticəsində Azərbaycan dilinin dialektal qatına yad dillərdən keçmiş sözlər o dövrdə
yazılmış ədəbi əsərlərin dilində də müəyyən qədər iz buraxmışdır ki, bu tarixi izlər E.Sultanovun
əsərlərinin dilindən də yan keçməmişdir. E.Sultanovun əsərlərinin dilində həm qonşu, həm də qonşu
olmayan xalqların, qohum və qohum olmayan dillərin sözləri vardır. XIX əsrin sonu XX əsrin
əvvəllərində dillərarası inteqrasiyanın səviyyəsini müəyyənləşdirmək baxımından E.Sultanovun
əsərlərinin dilinin tədqiqi olduqca maraqlıdır.
a) rus mənşəli və Avropa mənşəli sözlər: Dilimizin leksikasında rus və avropa mənşəli
alınma sözlərin dilimizə köçmə tarixi əsasən XIX əsrin birinci yarısı ilə əlaqədardır (5, s. 131). Bu
tarixi proseslə əlaqədar olaraq müasir Azərbaycan dilinin dialekt qatının müəyyən bir qismini rus
dilindən keçən alınmalar təşkil edir ki, bu kimi alınmalar E.Sultanovun əsərlərinin də dilində
müşahidə olunur: kondrabatçı, spekuliyasiya, podratçı, paraxod, yurist, kepka, rus matışkaları; Spekulyasiyanın çərxi kimini qaldırıb, kimini də endirib, hər kəsin də əli bu çərxdən qurtarırdı, uçurumun lap dibinə düşürdü (3, s. 31). Mirzə Mustafanın zahiri sifəti başqalarından seçilmirdi, üzü qırxıq, böğları gödək kəsilmiş, başında fəhlə kepkası, əynində tolstovka xəxləti və i..a... (3,
s.53).
b) ərəb və fars mənşəli sözlər:peşkəş, dübarə, bərşikəst, bədəsil, xoşsahir, bədbatil, bədnəzər, xudavəndi-aləm, səngsar-daşqalaq və s. Amma beş dəqiqə keçməmiş, arvad dübarə yuxudan oyanıb, başladı saçlarını yolmaya (3, s. 21). Bir gündə onları bərşikəst edib atalarını yandırar (3, s. 35). Xalq məhkəməsinin katibi çolaq Mirzə Mustafa xoşzahir, bədbatil bir adam idi (3, s.51).
79
Qrammatik xüsusiyyətlərinə görə: Leksik və qrammatik morfemika, həmçinin morfoloji
kateqoriyalar baxımından çox zəngin olan Azərbaycan dialektlərinin tədqiqində klassik ədəbi
əsərlərin dili ilə müqayisəsində dilimizin tarixi inkişaf mərhələləri əsas amillərdən biri kimi diqqətə
alınmalıdır. Aparılan bu tip müqayisədən aydın olur ki, türk dillərinin qədim tarixi morfoloji
xüsusiyyətləri və sintaktik konstruksiyası müasir Azərbaycan dilinin ədəbi və dialektal qatında
olduğu kimi, klassik ədəbi əsərlərin də dilində əsaslı şəkildə mühafizə olunmaqdadır.
Azərbaycan dilinin tarixi inkişafı ilə əlaqədar zaman-zaman öz əvvəlki funksiyasından əlavə
polisemiyaya doğru istiqamət alaraq dilimizdə daşlaşıb qalmış, müəyyən üslubi çalarlar ifadə edən
sintaktik konstruktiv birləşmələr dilimizin dialektal qatının xüsusi bir hissəsini təşkil edir. Çox
maraqlıdır ki, dilimizin dialekt qatında aktiv müşahidə olunan bu tip konstruktiv ifadələr bir çox
ədəbi əsərlərin dilndə də müəyyən üslubi-ekspressiv funksiya daşıyır və fikrin ifadəliliyinə və
məntiqi gücünə yeni bir çalar əlavə edir. Müasir Azərbaycan dialekt və şivələrində aktiv mövqedə
dayanan bu tip ifadə və birləşmələr E.Sultanovun əsərlərinin dilinin əsas bazasını təşkil edir:
anadan əmdiyini burnundan gətirmək, qadası ürəyinə, dəryada qərq olmaq, vayına oturmaq, üzünün əti tökülsün, mısmırığını sallamaq, kıhnə bazara təzə nırx qoymaq, qələt dartmaq, xətti- xalına, gül camalına tamaşa etmək, dişi bağırsağını kəsmək, gur-gur guruldamaq, mav-mav mavıldamaq, yerə girmək , ucun alıb ucuzluğa getmək ürək-dirək vermək və s. E.Sultanovun əsərlərinin dilinin qrammatik xüsusiyyətlərinin dialektoloji tədqiqi Azərbaycan,
elcə də ümumtürkoloji dilçilik üçün maraqlı dil faktlarını ortaya çıxarır. Tədqiqatlar göstərir ki, ədəbi
dildə, eyni zamnada dialekt və şivələrdə olduğu kimi, klassik ədəbi əsərlərin dilində də Azərbaycan-türk
dilinin qədim tarixi morfoloji xüsusiyyətləri və sintaktik konstruksiyası əsaslı şəkildə mühafizə
olunmaqdadır. Azərbaycan dilinin dialektal qatında yer alan qrammatik sistemində mövcud vahidlər də
müxtəlifliyi ilə diqqəti cəlb edir. E.Sultanovun əsərlərinin dilinin dialektal qatında müasir Azərbaycan
dilinin tarixi qrammatik xüsusiyyətlərinin də öyrənilməsində müstəsna əhəmiyyətə malik müxtəlif nitq
hissələrinə aid sözlər, sintaktik konstruktiv birləşmələr, ara sözlər də yerli yerində işlənir. Azərbaycan
ədəbi dilində işlənməyən, lakin Naxçıvan qrupu dialekt və şivələrində aktivliyi ilə diqqəti cəlb edən, bir
çox ad, hərəkət əlamət və keyfiyyət bildirən sözlər E.Sultanovun əsərlərinin dilində də eyni ilə
aktivliyini qoruyur.
Əsas nitq hissələri. İsim:nırx, bəbə, çul, çuxa, börk, davar, daxma, aynabənd, palaz, əyal, söz-sov, cəza-fəza, mısmırıq, kin-küdurət, şapalaq, cında, kağaz-kuğaz, dəsgah, tədarük, qovğa, qalmaqal dəstərxan, çapovulçu, qonum-qonşu, dağdağa, dərdinə-oduna, fikir-zikir, fəqir-füqəra, təkyə, pərgar, qəzavü- qədər, ələyəz, hovur, havar, yaranal, migidançı və s. Havara gələn kəndlilər seyidlərin yanına gəlib, bir parça onların üzünə tüpürdü (3, s.23). Nırx dediyin deyir (4, s.145). Xeyr, deməyəsən, elə hər adamdan ötrü durub bir dəsgah düzəldəcəyəm (3, s.61). Seyidlər quldur deyillər, çapovulçu deyillər (3, s.20).
Odur ki, aralarında həmişə qovğa və qalmaqal olardı (3, s.53). Mirzə Mustafanın mısmırığı sallandı (3,
s.57). Bu cür şəhvət dağarcığı kişilərə ayqır və ya xəstə desəydilər, daha doğru olardı (3, s.54). Sifət: avand, çirməli, kəmcürət, iraq, beztuman, ikicanlı, qanısoyuq, qıpqırmızı, pirani, şil, avara-sərgərdan, harın, yorğa, kor-peşman, qupquru, gözü qıpıq, mərdimazar, şorgöz, ağca-tərcə, yerli-yataqlı, yepyekə, uzunboğaz, qonaqsevən, məlul-müşkül, səffak-qaniçən;Qubernator bir səffak yaranal idi (3, s. 93). və s.Şirin uşaq deyil, bəbə deyil, maşallah, yepyekə igiddir (3, s.12). Fel:duruxmaq, güvənmək, girhagir, donquldanmaq, ərz etmək, soraqlaşmaq, qırılmaq-ölmək, laşey-var yoxdan çıxmaq, mısmırığını sallamaq, yaşınmaq, düvagü–dua etmək, süpürləmək, xoflanmaq, qələt dartmaq, və s. Nurulla kişi bir az duruxan kimi oldu (3, s.15). Mustafa nə qələt dartsa, gizlin dartar (3, s.55). Bəy, həmişə ömrünə düvagü varam(3, s. 72).Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq, Artar bizə yüz mərtəbə odlarına yanmaq (s. 64). Bu sözləri deyib, Mirzə Mustafa qonağı süpürlədi (s. 65).Amma birdən-birə yuxudan ayılan kimi oldu, ətrafına baxdı və özünü tək otaqda görüb xoflandı (3, s. 131). Zərf: hərdənbir, yorğun-arğın, girhagirdə, çılım-çılpaq, olar-olmaz, tərtələsik, qənşər, dinməz-söyləməz, can-dildən, bilmərrə, əkəc-əkəc, hində-indi, filik-filik, peydərpey-dayanmadan, xahənxahi, üzbəsurat. İndiki halını bilmərrə unutmuşdu (3, s. 131). Amma heç dinib danışmırdı sum olmuşdu (3, s. 111). Bu hində həyətdə oho-oho səsi gəldi, məlum oldu ki, Şirməmməd çöldən qayıdıb (3, s. 12). Gülsüm xala bu sözləri deyə-deyə oğlunun başına pərvanə kimi filik-filik dolanırdı (3, s. 12). Mirzə Mustafa ilə üzbəsurat oturdu (3, s.57). Cəmilə xanım xahənxahi çadrasını başına örtüb evdən çıxdı (3, s.62).
80
Köməkçi nitq hissələri: Ədəbi dildə sözlər və cümlələr arasında müxtəlif əlaqə və
münasibətləri təmin edən, müxtəlif emosional-ekspressiv və hissi münasibətləri ifadə edən köməkçi
nitq hissələri dialekt və şivələrdə də özünəməxsus xüsusiyyətlərini qoruyub saxlayır. Azərbaycan
ədəbi dilində mövcud bir çox köməkçi nitq hissələrinin dialekt və şivələrdə bəzən fərqli formaları
müşahidə olunur ki, bu qrammatik ünsürlər ədəbi dildəki mövcud köməkçi nitq hissələrinin
funksiyasını yerinə yetirmiş olsa da, formaca tam fərqli olur. Azərbaycan dilinin dialekt qatında
daşlaşıb qalmış bu qrammatik formaların klassik ədəbi əsərlərin dilində müşahidə olunması, müasir
Azərbaycan dilinin tədqiqatlardan kənarda qalmış çox qədim laylarının qrammatik
xüsusiyyətlərinin açılmasında böyük əhəmiyyətə malik olmaqla, Azərbaycan dilinin daha qədim
tarixi qrammatik xüsusiyyətlərə malik bir dil olduğunu təsdiq edir.
Görünür, belə qrammatik ünsürlərin E.Sultanovun əsərlərinin dilində işlənməsi də
Azərbaycan dilinin tarixi qrammatik xüsusiyyətləri ilə bağlıdır: vəhalonki, incəvara, inşallah, uf, pah, maşallah, buy, aman allah, bay, di, qoy, vurdu, xülaseyi-kəlam və s.O günlərdə, vurdu, Gülnazın bir qızı oldu (s. 30). Buy, bu nəsözdür deyirsən, a qadasın aldığım… (3, s.19). Vaholanki çöldən hər gün erkən gələrdi (3, s.11). Bay, oğlum Məmməd, sənsən?(3, s.49).Bu hiyləgər hərif incəvara köhnə adamları aldada bilirdi, cavan nəslimiz isə ondan nifrət edirdi (3, s.53). Di qulaq as, günü sabahdan arvadın Cəmilə xanımı göndər onun yanına, qoy qonaq çağırsın, guya ki, yadsan çıxarmaq istəyir (3, s.58).
Araşdırmalardan göründüyü kimi, E.Sultanovun xalq danışıq dilindən qaynaqlanması bütün
yaradıcılığı boyu izlənir. Ədibin əsərlərinin dilinin əsasını təşkil edən dialektal vahidlər sübut edir
ki, onun dili xalq ifadə vasitələrinə əsaslanaraq XIX-XX əsrin ədəbi dil normaları ilə əlaqədardır.
Bütün bu dil faktları bir daha göstərir ki, E.Sultanovun yaradıcılığı Azərbaycan-türk dilinin həm
çağdaş, həm də tarixi müstəvidə tədqiqi üçün çox dəyərli ədəbi əsərlərdəndir.