1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Barberin prezidentlər tipologiyası



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
psixologiya

20. Barberin prezidentlər tipologiyası 
Tarixi və bioqrafik materiallar əsasında Barber amerika prezidentlərinin şəxsiyyətlərinin psixoloji 
strukturunu nəzərdən keçirmişdir. Onun izahatında göstərilir ki, prezident şəxsiyyəti üç əsas 
elementdən ibarətdir: fərdi liderlik tərzi (siyasi rolların icra edilməsinə adəti vərdiş), dünyaya 
baxış (ilkin siyasi relevant inamlar, insan təbiəti və əsas mənəvi konfliktlərin sosial səbəbləri – 
prezidentin dünyaya hansı prizmadan baxması) və xarakter (həyati orientasiya). Lakin bununla 
yanaşı prezident şəxsiyyətinə siyasi situasiyanın minimum iki aspekti təsir edir: hakim 
münasibətlərin xarakteri (hakimiyyət sistemi) və “gözləmə iqlimi” (prezidentə müraciət edən 
vətəndaşların əsas ehtiyac və tələbatları). Birincisi, insanlar hər şeyin yaxşı olacağına və 
prezidentin hər şeyin qayğısına qalacağına inanmağa ehtiyac duyurlar. İkincisi, insanlara proqres 
və dinamikanı duymaq lazımdır. Üçüncüsü, onlar üçün prezident legitimliyi zəruridir. C.Barber iki 
əsas funksional ölçünü fərqləndirir: aktivlik-passivlik və pozitivlik- neqativlik. Bu parametrlərin 
uyğunluğuna əsasən 4 tip prezident xarakterini verir. Bu dörd tip üzərində müfəssəl şəkildə 
duraq: 
Aktiv-pozitiv tip yalnız yüksək aktivliklə deyil, həm də yüksək özünüqiymətləndirməni və 
həmçinin ətraf gerçəkliklə münasibətdə uğuru, əks etdirən şəxsi həzz ilə fərqlənir. Belə 
prezident özünü müəyyən məqsədlərə çatmaqdan ötrü zəruri hesab edilən daimi inkişafda 
görür. Bu tip prezident aşkar rasionalistdir və məhz bu səbəbdən çox zaman siyasətdə irrasional 
amillərin rolunu qiymətləndirə bilmir. 
Aktiv-neqativ tip intensiv cəhdlə və bu cəhdə görə əldə edilən aşağı emosional mükafatlandırma 
arasındakı ziddiyyətlə xarakterizə olunur. Belə təəssürat yaranır ki, bu cür şəxs həyəcanlılıqdan 
qaçır və onu ağır işlə əvəz etməyə, sıxışdırmağa çalışır. O ambisiyalı və hakimiyyətə meylli 
görünür. O əhatə olunan gerçəkliyə qarşı aqressivdir və öz aqressiv hislərini boğmaq onun üçün 
çətindir. 


Passiv-pozitiv tip itaətkar və xaricə yönəlmiş xarakterə malikdir. Bu prezident barışığa və 
kooperasiyaya mükafat qismində məhəbbət axtarışı ilə məşğuldur. Aşağı özünüqiymətləndirmə 
və zahiri optimizm arasındakı ziddiyyət kifayət qədər aşkar görünür. Belə xarakter həyata 
keçirilən siyasətin kəskinliyini yumşaltmağa kömək edir və ətrafdakıların dəstəyindən asılılıq çox 
zaman onun özünün siyasətdəki ümidsizliyinə səbəb olur. 
Passiv-neqativ tip nə effektiv fəaliyyət nə də ondan xüsusi həzz alma ilə fərqlənmir. Borc və 
məsuliyyət hissi onun aşağı özünüqiymətləndirməsini kompensasiya edir və onun siyasətdə 
olmasına təkan verir. Bu tip, müxtəlif qeyri- siyasi rollara yaxşı adaptasiya oluna bilər.Lakin bu 
tip prezidentlərdə effektiv siyasi lider olmaq üçün nə məharət nə də təcrübə yoxdur. Onlara 
adətən konflikt və qeyri- müəyyənlikdən qaçmaq, uzaqlaşmaq xasdır. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin