1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Rus alimlərinin tipologiyası



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
psixologiya

21. Rus alimlərinin tipologiyası 
Koblyanskaya və Labkovskaya liderlik stilini müəyyənləşdirərkən klinik-psixoloji və psixiatrik 
terminlədən istifadə etmişlər.Siyasi xadimin üslubunun 5 parametrini müəyyən 
etmişlər.1.Temperament və xarakter 2.Koqnitiv proseslər 3.İdarəetməyə yanaşma 4.Liderliyin 
şəxsi modeli 5.Seçicilərlə ünsiyyət Müəyyən edilmişdir ki,bu parametrlərin hər biri xarakterik 
təzahürlərin cəmidir.Bunların əsasında 5 belə üslub fərqləndirilmişdir.
Paranoidal üslub.Belə liderin şəxsi profilində şühbəlik,başqalarına inamsızlıq,gizli hədı və 
motivlərə yüksək həssaslıq xarakterikdir.Koqnitiv səviyyədə şəxsi fikirlərinə uyğun gəlməyən 
fikirlərin rədd edilməsi,şəxsi yönəliş və əqidısini təsdiq etməyən informasiyadan qaçmaq 
xarakterikdirSiyasi təfəkkürü “biz” və ya “onlar”prinsipinə görə qurulmuşdur.Digər siyasətçilərlə 
ünsiyyətdə mahir manipulyatordular.Belə üslubda tez-tez digər siyasətçiləri əzmək və alçatmaq 
meyli ilə xarakterizə olunur. 
Nümayişkar üslub.Şəxsi profilinin obrazlı işarəsi “artist”dir. Nümayişkarlığa 
meyllidir.Başqalarının diqqətini daima ehtiraslı arzularla cəlb edir.Özünüqiymətləndirmə onun 
başqaları tərəfindən nə qədər sevilməyindən və qəbul edilməyindən asılıdır.Təlqin etmə 
qabiliyyəti onun idarə etmə fəaliyyətinə təsir göstərir.Onun tərəfinə təriflər,tənqidlər onu çox 
həssas edə bilər.Artistin koqnitiv xüsusiyyələri onun konstruktiv qanun yaradıcılığı fəaliyyətinə 
uyğun gəlmir.Belə tipin nümayəndələri fikirlərini və diqqətlərini faktlara və detallara 
yönəldirlər.Konkret problemin üzərinə yönəlmək çox çətindir.Başqa siyasətçilərlə unsiyyətdə 
özlərini “alverci”kimi aparırlar.
Kompulisiv stil.Şəxsi profili qarşıya qoyulmuş məsələlərdən asılı olmayaraq hər şeyi ən yaxşı və 
vaxtında etməyə yönəlib.Buradan da davranışin çatışmamazlığı özünü büruzə verir.Çox çətinliklə 
özlərinə istirahət verir,dəqiq və xırdaçıdır.Onlar planla işləyir və fəaliyyətlərini planla 
qururlar.İşgüzar siyasətçi və dövlət xadimi ola bilərlər.Buraxılmış səhv və ya qarşıya qoyulmuş 
məsələnin səhv həlli onları depresiyaya salır və qorxu hissi yaradır. 
Depressiv üslub.Bu tip siyasətçilər adətən uğursuzluqdan sığortalanmaq və kömək əldə etmək 
üşün başqa siyasətçilərə qoşulurlar.Ən dəqiq adı “həmkar”dır.Ayrı-ayrı liderləri 
ideallaşdırırlar.Onların fikirləri pessimistdir 
.Şizoid üslub.Onlarda özünü kənara çəkmə,konkret hadisələrdə iştirakdan qaçma,özünü azad 
hiss etmə xarakterikdir.Belə liderlərin başqa siyasətçilərə qoşulmaq istəkləri belə yoxdur.Onlar 
kənardan müşahidəçidirlər.Şəxsi profili üçün ən yaxşı təyin “tənha”insandır. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin