özünü t
əsdiq etməyə cəhd, hədsiz özünə qayğı, digər insanların hiss və arzularına az
diqq
ət yetirmək, fanatizm xarakterikdir.
N.Puxovskinin fikrincə, terroristin psixopatologiyasına adətən epileptoid psixopatiyası aiddir.
Epileptoid psixopat adətən özü də əzab çəkir, başqalarını da əzab çəkməyə məcbur edir.
“Epileptoid (antisosial, qıcıqlı) psixopatiyası – nisbətən nadir olan patoloji xarakter formasıdır”.
Epileptoid psixopatizasiyası fenomeni, kriminal hərəkətlərdə, tamahkarlıqda, qəddarlıqda,
motivsiz cinayətlərdə aşkarlanır.
Anomiya.
Elmi dildə desək, terrorist “məhdud”, anomik şəxsiyyətdir. “Anomiya” anlayışı
fərdlərin mövcud olduqları sosial-siyasi sistemin norma və mənəvi dəyərlərinə münasibətini
təzahür etdirir.
“Anomiya” termini E.Dyurkqeym tərəfindən irəli sürülmüşdür. O anomiyanı sənaye cəmiyyətinin
daimi və normal halı kimi nəzərdən keçirmişdir.
Əksər terroristlər – anomik insanlardır, lakin onlar bundan o qədər də əzab çəkmirlər (mənəvi
problemlər bəzi terroristlərdə mövcuddur). Adi,
tipik müasir terrorist, nə vaxtsa müxtəlif
səbəblərdən, normativ məqsədləri (“uğur” dəyərləri) və onlara nail olmaq üçün normativ
vasitələri olan, lakin
nə məqsədə, nə də ki, vasitəyə nail olmağı təmin etməyən cəmiyyətdə
yaşamışdır (bunun dərkolunan və ya dərkolunmayan səviyyədə olması mühüm deyil).
Dostları ilə paylaş: