prosesinin özü əsasdır. Əslində, hətta müvafiq motivləşmələr olduqda belə, onların gələcəkdə
həyata keçirəcəkləri bu və ya digər ideya xüsusi əhəmiyyət daşımır. Onlar üçün terror dünyanı
dəyişmək vasitəsi və məqsədidir.
Dördüncü, insanlar üzərində hakim olmaq motividir. Bu ən qədim, dərin motivlərdən biridir.
Bizim əcdadlarımızın dövründə zorakılıq birinin şəxsi hakimiyyətinin digəri üzərində təsdiq
edilməsi kimi qəbul edilirdi. Bu “silinmiş” formada terrorist psixikasının dərinliklərində də
qalmaqdadır. Onun üzəri örtülsə də, onunla yanaşı digər motivlər olsa da, bu motiv bu və ya
digər dərəcədə hər zaman mövcud olur. Lakin heç də hər bir terrorist bu motivin mövcudluğunu
təsdiqləmir. Bununla bərabər, zorakılıq yolu ilə insanlar üzərində hakimiyyət əldə etməklə
terrorist özünü və öz şəxsiyyətini təsdiq edir. Qorxu yaratmaqla o bu hakimiyyətini gücləndirir.
Beşinci, terrorun fəaliyyət sferası kimi maraqlı və cəlbedici olması motividir. Müəyyən qisim
terroristlər üçün, xüsusən də, təminatlı (onları merkantil motivlər narahat etmir) və kifayət
qədər təhsilli olan terroristlər üçün terror sadəcə olaraq yeni, qeyri-adi məşğuliyyət sferasıdır.
Onları terrorla əlaqədar risk, planların işlənib hazırlanması, terror aktına hazırlıq üçün lazım olan
bütün mümkün detallar, onun həyata keçmə nüansları məşğul edir. Nəticəvi olaraq, belə
insanlar terroru öz güclərini göstərəcək sfera qismində seçirlər.
Altıncı, müxtəlif variantda olan emosional bağlılqlı “yoldaşılıq” motivləridir. Bura qohumlarına,
yoldaşlarına, valideynlərinə, həməqidələrinə vurulan ziyana görə qisas almaq motivindən
terrorda dost, qohum və həməqidələrinin olduğu üçün ənənəvi iştirak etmək motivlərinə qədər
aid olan geniş sfera aiddir. Bu motivlər qrupu emosional amillərə əsaslanır və adətən heç bir
rasionallığa malik deyillər. Terrorla məşğul olan belə motivli insanlar bunu niyə və nə üçün
etdikləri haqqında qətiyyən düşünmürlər. Onları emosiyalar hərəkət etdirir.
Yeddinci, özünüreallaşdırma motividir. Bu paradoksal motivdir.
Dostları ilə paylaş: