12. Siyasi lider Liderlər insanlara təsir göstərən, istiqamətləndirən, hərəkətə gətirən və motivasiya edən
insanlar olaraq diqqəti çəkir. Liderlik anlayışı etimoloji mənada araşdırıldığında ‘liderlik etmək’,
‘lider’ və ‘liderlik’ sözləri Anqlo-Sakson mənşəli olub, yol ya da istiqamət mənasını verir.
Liderliyin öyrənilməsinə elmi yanaşmaların ilkin şərtləri 19-cu əsrdə qoyulmuşdur, ancaq yalnız
XX əsrin əvvəllərində liderlik elmi araşdırmaların mövzusuna çevrilmişdir.. Siyasi lider elə bir
şəxsiyyətdir ki, o, sosial hərəkata, bu və ya digər partiyaya, birliyə və s. başçılıq etmək
məsuliyyətini öz üzərinə götürür. Hal-hazırda cəmiyyət siyasi liderdən qurucu və yaradıcı
potensial, fərdilik tələb edir.
Siyasi lider cəmiyyətdə insanların, müəyyən qrupların ,o cümlədən təşki- latların fəaliyyətini
birləşdirir. Siyasi liderin şəxsi nüfuzu ona siyası proseslərdə mühüm rol oynamağa imkan
yaradır. Siyasi lider sadəcə olaraq siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması
funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil.O, hər
şeydən əvvəl hadi- sələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir
olan şəxsiyyətdir. Siyasi liderlərə böyük sosial qrupların maraqlarına cavab verən aydın siyasi
proqramın olması, iti və çevik zəka, güclü iradə, siyasi intizam, - hazırcavablıq, ekstremal
vəziyyətlərdə özünü itirməmək, soyuqqanlıliq, özünə- güvənmə, gələcəyi qurmağa yönəlmiş
zaman hissi, qarşıda qoyilan məqsədlərə nail olmaq üçün təşəbbüs, taktika və strategiyanın
seçilməsində onların siyasi fəaliyyətini müsbət şəkildə korrelyasiya edən ünsiyyət istedadı və
çalışqanlıq, təşkilatçılıq, natiqlik qabiliyyəti, çeviklik kimi keyfiyyətlər xasdır. Siyasi liderin
aşağıdakı funksiyaları var.
-Məqsədi müəyyən edi
r-idarə olunanların fəaliyyətinin planlaşdırılması
-İdarə olunanları məqsədə nail olma vasitəri ilə təmin edir.
-Davranışın koordinasiyası
-İdarə olunan qrupun tamlığını saxlayır