1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Siyasətdə kollektiv şüursuzluq (K.Yunq)



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   5   6   7   8   9   10   11   12   ...   36
psixologiya

11. Siyasətdə kollektiv şüursuzluq (K.Yunq) 
Siyasi anlayislar sistemində kollektiv şüursuzluq termini muhum əhəmiyyət kəsb 
edir.Kollektiv şüursuzluq termini XX əsrin əvvəllərində Freydin şagirdi və 
davamçılarından biri olan Karl Yunq tərəfindən elmə gətirilmişdir. 
Kollektiv şüursuzluq geniş götürüldükdə siyasi şüurda real olmayan psixi proseslərin və 
əməliyyatların əlaqəsini göstərir, hansı ki,onlar insanların davranışına təsir göstərir. 
Kollektiv şüursuzluq insanın təkamül inkişafının mirasıdır. Bir çox nəsillərdə təkrar 
olunan yaşantıların əsasında yaranan mirasdır. Bu fərdin şəxsi həyatından tamamilə 
ayrıdır və universaldır. Yunq kollektiv şüursuzluğun universallığını bütün irqlərdə beynin 
strukturunun eyni olması ilə izah edirdi. Bu da öz növbəsində təkamül eyniliyi ilə izah 
olunur. İrqi xatirələr elə-belə miras qalmır, belə ki, insan əvvəlki nəsillərin yaşadığı 
təcrübəyə yiyələnmək imkanı əldə edir. Bu əvvəlki nəslin insan beyninə köçürülmüş irqi 
təcrübəsidir. Kollektiv şüursuzluq şəxsiyyətin bütün strukturunun anadangəlmə irsi 
əsasıdır. Onda eqo, şəxsi şüursuzluq və digər fərdi təcrübə yaranır. İnsanın öz 
təcrübələrinin nəticələrinə arxalanması mahiyyətinə görə həyatına əvvəldən təsir 
göstərərək davranışa rəhbərlik və seçicilik kimi təsir edir. Kollektiv şüursuzluq 3 
səviyyədə özünü göstərir. 1. ümumbəşəri, 2. Irqi 3. Fərdi. 
Tarixi hadisələr,tarixi dəyişmələr Yunqa görə şüursuzluq sferasında baş verən fəallığın 
nəticəsində mürəkkəbləşmiş psixoloji situasiyadır.Yunq qeyd edir ki,real dəyişmələr 
insanın öz daxili aləmindən başlamışdır və bu adam bizlərdən hər hansı birimiz ola 
bilərik.Yunq əmin idi ki.insan onu kimin idarə etməsindən və necə idarə etməsindən 
asılıdır.Bu asılılıq tarixə qədərki dövrdən yaranaraq dövrümüzə qədər gəlib 
catmışdır.Yunqa görə bu missiyanı arxetiplər yerinə yetirir. Şüursuzluq strukturca 
arxitiplərdən –daxili təsəvvür və xəyallardan təşkil olunmuşdur. Arxitiplərə müvafiq 
olaraq bizim reallığa münasibətlərimiz müəyyənləşir. Əvvəlki nəsillərin toplamış olduğu 
kollektiv təcrübəni özündə əks etdirən qəhrəman, başçı və s. arxitipləri 
mövcuddur.Məs.qəhrəmanlarla insan özünü eyniləşdirərək şəxsi natamamlıq hissindən 
qürtulmağa çalışır. Yunqa görə tarixi hadisələr kollektiv şüursuzluğun yenidən ortaya 
çıxmasıdir.Siyasi hadisələrə,iğtişaşlara,tarixi dəyişmələrə kollektiv psixoz kimi baxır və 
siyasi liderin rolunun,onun fərdi qabiliyyətinin təzahürünü kollektiv şüursuzluqdan gələn 
amillərlə bağlayır.Hitler hər bir almanin təhtəlşüurudur. 
Şəxsiyyətin strukturunu müəyyən edən bir neçə arxitip daha mühüm əhəmiyyət kəsb 
edir. Bunlara “persona” sosial mühitin tələbləri ilə fərdi tələbatı uzaqlaşdırmağa çalışan 
zahiri imic, “anima” və “animuş” insanda kişi, qadın başlanğıclarını xarakterizə edən 
anlayış, “kölgə” heyvani instinqləri özündə birləşdirən anlayış. Samost-şəxsiyyətin həm 
şüurlu, həm də şüursuz sahələrini əhatə edir. Onun funksiyası bu 2 sahəni 
birləşdirməkdir.Eqo-şəxsi şüurun mərkəzi elementidir. Eqo bizi psixikanın şüursuz 
hissəsindən imtina etməyin vacibliyinə inandırır. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin