1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 XIX əsrdə siyasi psixologiyanın inkişafı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   2   3   4   5   6   7   8   9   ...   36
psixologiya

6. XIX əsrdə siyasi psixologiyanın inkişafı 
Ümumiyyətlə, siyasi psixologiyanın Platondan başlamış bizim günlərə qədərki tarixi geniş 
işlənməmişdir. Aristotel, Hobbs, Makiavelli və s. yeni elmin yaranmasında mühüm 
xidmətlər göstərmişlər. Bu alimlər müxtəlif nəzəri çərçivədə fəaliyyət göstərmişlər. 
Ancaq XIX əsrin II yarısından başlayaraq siyasi psixologiya ilə bağlı konsepsiyalar 
yaranmağa başladı. Böyük Fransa inqilabı dövründən başlayaraq böyük insan kütləsinin 
siyasi hərəkata qoşulduğu bir zamanda siyasi psixologiya ümumfikirlərin bir aspekti 
olaraq qala bilməzdi və tədqiqatçıların diqqət obyektinə çevirildi. Böyük Fransa inqilabı 
və onun ardınca baş verən hadisələr iki böyük siyasi-psixoloji problemə diqqəti 
cəmləşdirdi: kütlə psixologiyası və siyasi rejimin psixologiyası. Bir çox tədqiqatçılar öz 
işlərində kütlə psixologiyası mövzusuna müraciət etmişlər. Lakin psixoloji nöqteyi-
nəzərdən “kütlə” fenomeni XIX əsrin sonunda öyrənilməyə başlandı. Bu tədqiqatlar üç 
tədqiqatçının adı ilə bağlıdır. Tard, Q.Lebon və Sigel. Lebon kütlədə şəxsiyyətin gücünün 
itirilməsi təhlükəsini qeyd edirdi. Barışmazlar, radikallar, monarxistlər, sosialistlər, bir 
sözlə müxtəlif fəaliyyət göstərən doktrinalar son nəticədə bir məqsədə dövlətin 
şəxsiyyəti udmasına xidmət edir. Lebon belə hesab edirdi ki, fərdlər kütlədə birləşərək 
bir orqanizm yaradır. Kütləni təşkil edən insanların hissləri, düşüncələri eyni istiqamətə 
yönəlir və ruhlanmış kütlə yaradır. O belə hesab edir ki, bu daha çox “kollektiv fəaliyyət” 
tələb edən siyasətdə əmələ gəlir. 
Tard kütlədə cuşa gəlmiş (heyvani), həddən artıq səbirsiz, özünün qüdrətini hiss edən 
xüsusiyyətlər olduğunu qeyd edirdi. O siyasətdə rast gəlinən 2 növ kütləni ayırırdı: I 
diqqətli və gözləyən, II hərəkət edən və müəyyən tələblər qoyan kütlə 
7. XX əsrdə siyasi psixologiyanın inkişafı (Freyd, Lassuel) 
XIX əsrin sonu XX əsrin siyasi tədqiqatlarından kütlənin davranışının neqativ tərəfləri 
daha çox işlənmişdir. XX əsrin əvvəllərində pasientlərin psixikası ilə məşğul olan 
psixoanaliz siyasi psixologiyanın inkişafında əhəmiyyətli təsir göstərdi. d kütlə 
fenomenini sosial, xüsusilə siyasi həyatda, primitiv ruhi fəaliyyətin reqresiya halı kimi 
nəzərdən keçirmişdir, hansı ki, bu zaman insanda gözlənilmədən qədim insanlara xas 
olan psixoloji hallar baş qaldırır və insan kütlədə sanki hipnoz altındadır.Məhz hipnoz 
altında onun psixikasının dərinliklərindən ilkin idi üzə çıxartmaq mümkündür. 
Freydə görə bütün kütlə tiplərini birləşdirən əsas xüsusiyyət kimi “kollektiv libido” çıxış 
edir. Nümunə kimi Freyd kütlənin iki tipini: yüksək təşkil olunmuş kütləni-ordu və kilsəni 
nəzərdən keçirmişdi. 
Bunların hər birində “libido” faktoru özünü aydın büruzə verir. Xristosa məhəbbət, hərbi 
başçıya məhəbbət (ordu variantı). Freyd yazırdı: Əgər rəhbər ilə əlaqə qırılarsa onda 
kütlənin digər fərdlərlə də əlaqəsi qırılacaq və kütlə dağılacaq. Kütlənin başçısı onun 
atasıdır. Kütlə avtoritet axtarır.


Freydə görə onun təsvir etdiyi psixi amil həm insanın cismani həyatı həm də sosial həyat 
üçün müəyyən rol oynayır. Freyd iddia edir ki,cəmiyyət,etnik birliklərin tarixi, 
mədəniyyət instinkt arzuların təcəssümündən başqa bir şey deyil.Tarixi proses 
qeyrişüuridən izah edilməlidir. 
Freydin davamçılarından olan amerikan alimi Lassuel siyasi psixologiya elminə böyük 
töhfə verdi. Amerika siyasətçilərinin şəxsiyyətini analiz etmək üçün o, material kimi 
onların tibbi vərəqlərindən istifadə etdi. Lassuel hər şeydən əvvəl siyasi liderlərin 
davranışının gizli motivlərini axtarırdı və onları uşaqlıq dövrünün konfliktlərində tapdı. 
Bu konfliktlər gələcək siyasətçilərin qəlbində zədələr yaradır. Hakimiyyət həmin 
zədələrin sağalması üçün, kompensasiya etmək üçün bir vasitədir. Bu istiqamətdə 
Lassuelin “Psixopatologiya və siyasət” əsəri çap olunmuşdur. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin