4. Qədim dövrlərdə siyasi-psixoloji ideyaların inkişafı Bir sıra elmlər sistemində olduğu kimi siyasi-psixoloji fikrin inkişafı qədim mədəniyyətin təşəkkül
etdiyi dövrlərinə gedib çıxır. Artıq çoxdan müəyyən edilmişdir ki ki, siyasi hadisələr, hərəkətlər,
münasibətlər əhəmiyyətli dərəcədə insanların psixoloji vəziyyətindən asılıdır. Ona görə də siyasi
psixologiya bir tərəfdən siyasi elmlərin , digər tərəfdən isə psixoloji elmlərin qovşağında
yaranmışdır. Deməli siyasi psixologiyanın bir elm kimi təşəkkülü adı sadalanan elmlərin
yaranması ilə bağlıdır.
Siyasi psixologiya haqqında ilkin elmi müddəalar qədim Ellin mədəniyyətində - Qədim
Yunanıstanda meydana gəlmişdir. Qeyd olunmalıdır ki, qədim Yunanıstan bütün elmlərin
beşiyidir. Hələ qədimdən burada praktika elmdən vacib hesab olunurdu. Qədim Yunanıstanda
siyasətçiləri natiqlər əvəz edirdi.
Qədim Yunan filosofu Demosfen siyasi-psixoloji baxımdan iki tip kütləni fərqləndirmişdi.
Onlardan birincisinə emosiyalarını tez büruzə verən kütləni aid edirdi. Məlumdur ki, bu tip
kütləyə təsir zamanı asanlıqla təlqin effekti yaranır. Demosfen bu tip kütləyə şərqi misal gətirir,
onların diktatora görə öz azadlıqlarından keçməsini göstərirdi. Onun fikrincə onlar harizmatik
rəhbərin, diktatorun qarşısında sitayiş etməyə vərdiş etmişlər. Digər kütlə isə ağılla hərəkət
edən kütlədir. Demosfenə görə birinciyə nisbətən siyasətçilər belə kütlə ilə münasibətlərini
prinsipiallıq üzərində qurmalıdır.
Qədim Yunanıstanın siyasi praktikasında insanın psixoloji təbiəti haqqında iki başlıca ənənəvi
baxış mövcud olmuşdur. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Siyasi prosesin iştirakçılarının imkanlarının bərabərliyini nəzərdə tutan demokratik baxışlar;
2. Müəyyən tip insanlar və onların siyasi proseslərdə rollarına üstünlük verən aristokratik
baxışlar.
Siyasi fikirlərinə görə böyük şöhrət qazanmış Platona görə hakimiyyətin ideal forması filosofun
hakimiyyətdə olmasıdır. Qədim Yunanıstanda nəzəri siyasi psixologiya haqqında yetərli
məlumatlar olsa da antik filosofların, mütəfəkkirlərin təhlilləri və fikirləri müasir baxışlardan
uzaqdır.
Platondan sonra onun tələbəsi Aristotel hakimiyyət və idarəetmə problemini təhlil edən
mütəfəkkirlərdən biri olmuşdur. O, hakimiyyəti devirməyə istiqamətlənən nizamsız və qiyamçı
kütlənin təbiətini öyrənməyə çalışmış, müxtəlif elmlərin, o cümlədən psixologiyanın inkişafına
böyük töhfələr vermişdir. Onun “Ruh haqqında” traktı müasir psixologiyanın təməli hesab
olunur.
Qədim Yunanıstanla paralel olaraq Qədim Romada da siyasi psixoloji görüşlər inkişaf etmişdir.
Siseron siyasətə psixoloji təsiretmə praktikasının inkişafında böyük rol oynamışdır. O, natiqlik
sənətinə aid yazdığı traktatlarında siyasətin psixoloji mexanizmləri öyrənməyi daha çox
məsləhət görürdü. Siserona görə natiqin nitqi dinləyicilərin əhval-ruhiyyəsini dəyişməyə, onları
özünə cəlb etməyə yönəlməlidir. O, hesab edir ki,natiqin nitqi bir siyasətdir və ehtiraslı, coşqun
və emosinal olmalıdır