“Maneə”. Müxtəlif “qayğılar” seriyasıdır. Zaman qazanmaq və kəşfiyyat aparmaq məqsədi ilə,
danışıq aparan şəxslər tərəfindən danışıqlara maneə olmaq üçün tətbiq edilir.
“Yubatma”. Bu ilk öncə rəqibin opponentin fikrini
dinləməyə cəhd etməsində, daha sonra isə
əldə edilən informasiyadan asılı olaraq öz mövqeyini təşkil etməsində təzahür edir. Bu
vasitədən, daha çox danışıq aparan şəxslərin təklifini dinləyib, sonra öz şərtlərini irəli sürən
terroristlər istifadə edirlər.
“Razılıq təzahürü ”. Rəqibin, terroristin artıq irəli sürülmüş fikrinə razılıq və ya narazılıq təzahür
etdirmək.
Danışıqların müəyyən mərhələlərində istifadə edilən vasitələr.
“Tələblərin mübaliğə edilməsi”. Öz tələblərinə asanlıqla silinə bilən punktlar aid etmək, onlar
silindiyi zaman bunun güzəşt olduğu təəssüratı yaratmaq.
Bu vasitə həm terroristlər, həm də
onlarla danışıqlar aparan şəxslər tərəfindən istifadə edilir.
“Şəxsi tələblərində yalan vurğular təşkil etmək”. İkinci dərəcəli məsələləri, başlıca olan kimi
tərtib etmək. Bu “alver” üçün edilir: ikinci
dərəcəli məsələ tədricən, digər başlıca olan məsələnin
zəruri həllini tapmaq üçün aradan qaldırılır. Bu terroristlər tərəfindən hakimiyyətin
dezinformasiyası üçün təqdim edilən sevimli vasitədir.
“Yalan görüntü”. Həm terroristlər, həm də danışıqlar aparan şəxslər tərəfindən bərabər
səviyyədə istifadə olunan vasitədir.
“Açıq-aydın qəbuledilməyəcək təkliflərə giriş”. Danışıqların gedişində rəqibi yenidən
günahlandırmaq üçün ondan rədd cavabı almağa istiqamətlənmə. Danışıq aparan şəxslər güc
variantına başlamaq üçün bu vasitədən səbəb kimi istifadə edirlər.
Dostları ilə paylaş: