bəzən öz əsərində ezoterik mövzulardan istifadə edirdi.
O, bəstəkar Riçard Vaqnerin mistik cəhətlərini öyrənmək üçün
yaradılmış “Valqalla” adlanan qrupun bani-üzvü idi. Həsr
olunmuş rəssam olan Pikasso dünyanı yenidən düzəldə bilərdi,
allah da yeni doğulmanı məhsuldar edə bilərdi.
Lakin bunları, gözəlliyin şərti qanunları şəraitində edə bilməzdi.
O, kənara atılmışdı, səpələnmişləri, eybəcərlikləri yeni gözəl
qaydada yenidən birləşdirəcəkdi.
1906-cı ildə Mahatma Qandı otuz altı yaşında öz arvadı ilə intim
yaxınlıqdan imtina etdi. Onun ruhi intizamına hər gün əl
cəhrəsində parça toxumaq işi də daxil idi. Əgər o, müxtəlif
ölçülərdə öz bədəninə ağalıq edə bildirdisə, özünün ruh gücü
adlandırdığına yüksələ bilirdi. O, inanırdı ki, kosmos həqiqət
tərəfindən, həqiqət qanunları tərəfindən ifadə olunur və bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
134
qanunlara müvafiq olaraq hərəkət etdikdə fərdi olan
Satyaqrahanı, həqiqət və məhəbbət gücünü qəbul edəcəkdir.
Sənin əleyhdarın hücum etdikdə, hirs və sənə həmlə edənə nifrət
barədə bütün fikirlərdən azad olmağa çalışmalısan. Qandi
düşünürdü ki, bu fəlsəfəyə boyun əysən “sən krallardan, xalqdan,
ulduzlardan, pələnglərdən, hətta ölümdən qorxmaqdan azad
olacaqsan”.
Hindistan pambığı Britaniyaya ixrac edilirdi ki, oradakı Lankaşir
toxuculuq fabriklərində emal edilsin, sonradan həmin parça
satılmaq üçün geri Hindistana qaytarılsın ki, bundan Britaniya
fayda götürsün, Hindistan isə ziyan çəksin. Cəhrənin arxasında
oturan Qandi deyirdi: “Bu mənim müəyyən inamımdır ki,
çəkdiyim hər bir sapla mən Hindistanın taleyini toxuyuram”.
Gizli cəmiyyətlərə xas olan tipik başayaq düşüncəsində Qandi
Hindistanı işğal etdiyinə görə, britaniyalıları deyil, hindliləri
məzəmmət edirdi. Bu nöqteyi –nəzərdən ki, üç yüz milyon
hindistanlı buna dözməsə, 100 min britaniyalı Hindistana nəzarət
edə bilməzdi.
Qandinin ruh gücü elə idi ki, o, silahlı əsgərlərlə görüşəndə, onlar
öz silahlarından da aşağı görünürdülər. Hindlilər və müsəlmanlar
onun yanında bir-birlərini bağışlayırdılar. Qandinin dustaq
edilməsi və aclıq keçirməsi Britaniya hökumətinin əxlaqi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
135
iradəsinə güclü zərbə vurdu və 1947-ci ildə Hindistanın
müstəqilliyinə aparıb çıxardı. Dünyanın heç vaxt görmədiyi ən
böyük imperiya dağıldı.
Bu tarixdə Böyük Aleksandr və Napoleon kimi liderlərin həyatı
ilə müqayisədə, Qandi öz hissəsində onların hər birindən
böyükdür. O, inanırdı ki, ruh gücü ən böyük hərbi qüvvədən də
imtina edə bilir, çünki hərəkətin arxasındakı niyyət hərəkətin
özünə daha böyük və daha geniş yayılan effektlər göstərə bilər.
Müqəddəs Fransisk kimi Qandi də bütün dünyanı sevirdi.
Günəş allah göstəriş verirdi ki, özünü tanı. Ezoterik fəlsəfə bizim
ürəyimizdə sıralanan ruhi iyerarxiyaları yenidən kəşf etməyə
çağırırdı və bizim içərimizdə sıralanan ilahi qabiliyyətlərin kəşfi
ilə yaxından əlaqədə idi. Bu Platon, Müqəddəs Pavel, Leonardo,
Şekspir və Nyuton kimi fərqli dahilərin qoruyub saxladığı və
qidalandırdığı sirr deyil. Platon deyirdi ki, bütün fəlsəfə
maraqdan başlayır. Belə bir qədim ənənə vardır ki, iki min il
bundan əvvəl Xrist inkarnasiya etmişdi, beləliklə bizim
dövrümüzdə də İblis inkarnasiya edəcəkdir.
Konkistadorların yerli dini məhv etmək cəhdlərindən salamat
qalan az sayda Mayya mətnləri indiki dövrümüzün, uzun tarixi
siklin sonu kimi nişanələndiyini qeyd edir. Mayyaların 21 dekabr
2012-ci ildə sonun baş verəcəyi barədə əvvəlcədən verdikləri
www.kitabxana.net
– Milli Virtual Kitabxana
136
xəbər geniş qəbul olunmuşdur. Yüksək dərəcədə intriqa xarakterli
olan bu Mayya peyğəmbərliyi İudaizm-Xristian peyğəmbərliyi
ənənəsi ilə və son vaxtlarda bəzi çox nüfuzlu xristian
mistiklərinin öncə görməsi ilə üst-üstə düşür. Bu mistiklərin
proqnozları belə bir köməklik göstərdi ki, 1980-cı ildən 2016-cı
ilə qədər olan aşağıdakı dar pəncərədən indi ətrafa baxıla bilsin.
Onlar həmçinin mayyaların nəyi qabaqcadan görməyə cəhd
etdiklərini daha aydın seçməkdə bizə kömək edə bilər.
Dünyanın sonu, “apokalipsis” barədə öncədən xəbər vermələr az
deyildir. Hətta Birləşmiş Ştatların bəzi alimləri və elmi idarələri
də belə qorxulu proqnozlarla çıxış edirlər. Qədim mayyaların
gələcəyi xəbər verməsinə gəldikdə, onlara görə 21 dekabr 2012-ci
ildə bizim sivilizasiyanın sonu baş verəcəkdir. Qədim traktata
uyğun olaraq həmin gün bizim Günəş sistemimizdə nəsə qeyri-
adi bir hadisə – “planetlərin paradı” baş verəcəkdir. Yer, Yupiter,
Mars və Saturn bir xəttə düzüləcəkdir, Günəş isə mərkəzdə
olacaqdır. Yerin Günəşə qeyri-adi yaxınlığından zəncirvari
reaksiya baş verəcəkdir: atmosferə gur enerji axınları gələcəkdir
ki, bunlara yerin səthi dözə bilməyəcəkdir. Qədim şumerlər də 21
dekabr 2012-ci ildə dünyanın sonunun baş verəcəyini bildiriblər.
Onların mülahizəsinə görə Yerin yanından keçən Nibiru planeti
maqnit qütblərinin dəyişilməsinə səbəb olacaq və bizim planetin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
137
orbitini tam dəyişəcəkdir. Planetin cazibə qüvvəsi Yerdən nəhəng
su kütləsini qaldıracaq və endirəcəkdir. Bu bütün canlıları məhv
edəcəkdir. Maraqlı cəhət orasındadır ki, NASA (ABŞ-ın
Aeronavtika və kosmosun təriqəti üzrə Milli idarəsi) 1982-ci ildə
Nibiru planetinin mövcudluğunun mümkünlüyünü etiraf etmişdi.
Müxtəlif mədəniyyətlərin ümumi həqiqi ezoterik ənənəsi belə bir
inam irəli sürür ki, biz heç də dünyanın sonunun hansısa bir
yaxınlığında yaşamırıq. Ezoterik ənənələrin bəzilərinin inamı
belədir ki, dünya tarixi bizim yerdən gördüyümüz kimi ulduzların
və planetlərin dövrə vurmasının təsirinə məruz qalır. Mayyaların
öncə görməsi daha çox ona bənzəyir ki, ulduzların və planetlərin
bir sikldə tədricən formalaşması başa çatacaq, digəri
başlanacaqdır. Bu eranın sonu radikal dəyişikliklərlə və böyük
tərpətmələrlə əlamətlənəcəkdir. Sonra isə ulduzlar və planetlər
arxadan gələn dünya tarixində yeni nümunələr və yeni eralar
əmələ gətirəcəkdir.
Kitabın yaratdığı təəssüratın epiloqu
Conatan Blekin kitabını oxuyub qurtardıqdan və səthi də olsa
təhlilə məruz qoyduqdan sonra dünyanın sirli cəhətləri barədə çox
qarışıq, mürəkkəb fikirlər meydana gəlir. Axı gizli cəmiyyətlər
www.kitabxana.net
– Milli Virtual Kitabxana
138
barədə biz onlara tənqidi cəhətdən həsr olunmuş, az qala ifşa
xarakteri daşıyan əsərlərdən müəyyən məlumatlar almışdıq.
Müəllifin iyirmi illik zəhmətinin bəhrəsi olan “Dünyanın gizli
tarixi” kitabında isə Kainatın yaranmasının yeni versiyasını,
Kabala, frimasonlar, astrologiya, əlkimyaçılar barədə tam başqa
ideyaları əhatə edən düşüncələrlə tanış oluruq. Yaxşı cəhət
orasındadır ki, müəllif heç də bu cərəyanlara xüsusi məhəbbət
hiss etdiyini göstərmir, ona görə də əsərdə şit tərif və sitayiş
münasibətindən yaranan mədh nişanələrinə də rast gəlinmir.
Materialist fəlsəfə, onun barışmaz kahinləri daim materiyanın
birinciliyi barədə kristallaşdırdıqları fikri əsaslandırmaq üçün
şüur, ideyalar dünyasının hər cür təzahürlərinə qarşı aqressiv
mübarizəni nümayiş etdirirlər. Şüurun, ideyaların hakim
kəsildiyi, aparıcılıq etdiyi aləm onlara görə maddi dünyanın
kölgəsində qaldığından, buna elə bir əhəmiyyət də vermirlər,
kiçik xatırlanma cəhdinə qarşı isə az qala səlib yürüşü elan edilir.
İdeyanın boynunu vurmaq mümkün olmadığından, ona qarşı
çıxanlar öz cəbbəxanalarında olan maddi vasitələrdən istifadə
etmək imkanından məhrum olurlar, ona görə də əks cəbhəni
anafemaya məhkum etmək yolunu tuturlar. Çox hallarda elmi
kəşflər də şüurun mühüm rolunun inkar edilməsinə xidmətə cəlb
edilir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
139
Qədim insanlardan bizə ötürülən ağıllı məsləhətlər belə
unutqanlıq tiraniyasına tabe edilərək, həyatın izah və tətbiq
edilməsi dövrəsindən uzaqlaşdırılır. Axı qədim müdriklər öz
müşahidələri və düşüncələri ilə müxtəlif elmlərin təşəkkül
tapmasına əvəzsiz köməklik göstərmişdilər. Onlar hansısa hakim
ideyanın əsarətində olmadıqlarından, təbiəti, göy cisimlərini,
həyatda baş verən qəribə hadisələri seyr etməklə, müəyyən
nəticələrə gələrək, onları sistemləşdirməyi bacarmışdılar. Qədim
şumerlərin bəşəriyyət üçün böyük ixtiralarından biri Səma Ayı
təqvimi idi, onlar əkinçilik üçün lazım olan vaxtın düzgün
müəyyən olunmasında Ayın dövr etməsindən istifadə edirdilər.
Ay on iki dəfə bu dövrəni başa vurub keçdikdə il qurtarırdı.
Beləliklə şumerlərin təqvimi Göy cisimlərinin hərəkətini böyük
dəqiqliklə müşahidə etmək hesabına meydana gəldi, sonralar bu
kəşf nəinki öz qiymətini itirmədi, əksinə müasir yəhudi və islam
təqvimlərində də istifadə edilməsini davam etdirir. İl 12 aya
bölündüyü kimi, şumerlərdə gün də hər biri 12 saatdan ibarət olan
iki hissəyə bölünürdü.
Köhnə Babilistanda da riyaziyyat Şumer bünövrəsinə əsaslanırdı.
Onlar öz arifmetikalarını 12-yə vurmaq əsasında qururdular, o
vaxtlar hələ “sıfır” ədədi icad edilməmişdi. Sonralar ingilislər pul
www.kitabxana.net
– Milli Virtual Kitabxana
140
vahidlərində 12 rəqəmindən istifadə etmişdilər. 12 penni bir
şillinqə bərabər idi.
Qədim misirlilər də həyat və fəaliyyətlərinin Göy cisimlərinin
hərəkətindən və mövqeyindən asılı olduğu qənaətinə gəlmişdilər.
Sirius ulduzu Nilin daşacağından xəbər verirdi. Bu isə çay
ətrafındakı vadilərə, torpaqlara əslində həyat bəxş edirdi. Əhali
hər il bu qaydada münbitliyi artmış torpaqdan bol taxıl məhsulu
götürürdü. Ona görə də Yuli Sezar vaxtında da Misir Roma üçün
taxıl anbarı hesab olunurdu. Nil, təkcə torpağa bərəkət gətirmirdi,
əhalini bol qida ilə, ərzaqla təmin edirdi. Ona görə də tarixin atası
Herodot Misiri “Nilin hədiyyəsi” adlandırmışdı.
Bürclərin insanların taleyində, xarakterində oynadığı rolu qədim
çinlilərdən, yaponlardan əxz edilmiş biliklərə yiyələndikdən
sonra, onların necə böyük əhəmiyyətə malik olduğu qənaətinə
gəldik. On iki bürc altında doğulan uşaqların müxtəlif talelərə
qismət olması, elə bil ki, ulduz topasının müəyyən etdiyi kodlarda
əvvəlcədən nişanələnmişdir və heç bir şey onu əsaslı qaydada
dəyişdirə bilmir. Yaponlar hər 60 ildən bir təkrar olunan “Odlu
at” ilində doğulan uşaqlarının gələcəkdə bədbəxt olmamaları
üçün hətta onların anadan olma illərini dəyişdirməklə, bu taleyi
azacıq da olsa korrektə etməyə cəhd göstərirlər. Onlar bürcün
insan həyatı üçün belə sərt hakimiyyətinə az qala itaət qaydasında
www.kitabxana.net
– Milli Virtual Kitabxana
141
yanaşırlar. Əgər ulduzlar, planetlər insan həyatına belə müdaxilə
etmək qabiliyyətinə malikdirlərsə, onda görən astrologiyaya niyə
belə mənfi münasibət qalmaqda davam edir.
Məgər XXl əsrdə də Yer həyatı hadisələrini göy cisimlərinin
tutduğu mövqeyə görə qabaqcadan xəbər verilməsi qaydası tətbiq
edilmirmi?
Əgər astrologiya qədim Xaldeyada yaranmışdısa və orta əsrlərdə
geniş yayılmışdısa, hökmən o təkzib edilməlidirmi? Axı elmlərin
çoxunun vətəni qədim Şərq ölkələri olmuşdur və bu bilik xəzinəsi
indi də öz dəyərini itirməməlidir.
Kitabdan görünür ki, dahi şəxsiyyətlərin əksəriyyəti bu və ya
digər dərəcədə fövqəltəbii qüvvələrin təsirinə məruz qalmış,
onların bələdçilikləri ilə tarixi bəzəyən, naxışlandıran hadisələrin
müəllifləri olmuş, əslində tarixi yaradanlara çevrilmişlər. Onların
dahiliyi həm də vergi xarakteri daşıyırdı və hələ gənc yaşlarından
onlarda olan fövqəladə qabiliyyətlər və istedad üzə çıxmağa
başlamışdı. Böyük Aleksandrın şücaəti çox erkən özünü büruzə
vermişdi. Ram olmayan Butsifalı çapıb qayıdanda, atası ll Filipp
Aleksandra demişdi: “Oğul, özünə başqa çarlıq axtar,
Makedoniya sənin üçün çox kiçikdir”. Bu belə də oldu,
Aleksandr tarixin ona qədər görmədiyi nəhəng bir imperiya
yaratdı, ilk dəfə Avropa ilə Asiyanın vəhdətini bərqərar etməyə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
142
uğurlu bir cəhd göstərdi. Bu o dövr üçün dünya inqilabına
bərabər bir hadisə idi.
Qalliyadan qayıdan Yuli Sezar b.e.ə. 49-cu ilin ilk günlərində
Rubikonu keçməklə qadağanı pozaraq öz ordusu ilə Roma
ərazisinə daxil olanda, yəqin ki, onu təkcə öz iradəsi və ağılı idarə
etmirdi. Bu hərəkəti ilə o, ölkəsini vətəndaş müharibəsinə cəlb
etməklə yanaşı, həm də özünün gələcək faciəli qətli üçün bünövrə
daşını qoymuş oldu. Napoleon özü fövqəltəbii qüvvələrin təsiri
altında olduğunu etiraf etmişdi. Corc Vaşinqton əsl frimason kimi
təkcə onun qaydalarına deyil, həm də göy cismlərinin diktəsinə
boyun əyməkdən qaçmırdı.
İudaizm təlimi olan Kabala hər şeyin əsasını rəqəmlərdə və
yəhudi əlifbasının hərflərində axtarmağı təlqin etməklə, həm də
sehrli hadisələri və ibadətləri izah etməyə qadir idi. Kabalanı
mistisizmlə əlaqələndirmək, heç də onu bütünlüklə inkar etmək
dərəcəsinə çatmamalıdır, çünki bu ona sidq ürəklə inananların
hisslərinə toxunmamış qalmayacaqdır. Tədqiqatlar görkəmli
rəssamların əsərlərində təsvir olunanların kodlaşdırılmış mesaj
olmasını göstərir. Xristian kilsəsində həyəcanla qarşılanan yazıçı
Den Braunun “Da Vinçi kodu” adlı əsəri məşhur intibah rəssamı
Leonarda Da Vinçinin Milan monastrında çəkdiyi “Son şam
yeməyi” freskasında İisus Xristi əhatə edən apostollardan birinin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
143
Mariya Maqdalina olduğunu israr edir və uzağa gedərək bildirir
ki, Mariya İisusun arvadı olmuşdu. Den Branunun bu əsəri üçün
axırıncı simvolun mənbəyi rolunu çox güman ki, Conatan Blekin
haqqında danışdığımız kitabı oynamışdır.
Digər rəssamlar da öz əsərlərində simvollardan, kodlardan
istifadə etmişdilər. Vinsent van Qoqun məşhur “Günəbaxanlar”
seriyasına daxil olan tablolarda rəssam günəşin enerjisinin təsirini
bütünlüklə sarı, çəhrayı rənglərdə əks etdirən və az qala alovlanıb
yanan bu çiçəklərdə öz sakit olmayan ruhunu ifadə etməklə,
özünün
kodlaşdırmış
portretini
yaratmışdır.
Yaxud,
impressionizmin görkəmli nümayəndəsi Eduard Manenin
“İmperator Maksimilianın güllələnməsi” əsərində Meksika
imperatoru edam edildikdə, onun güllələyən yerli əsgərlər
arasında rəssam Maksimilianı bu bəlaya düçar etmiş Fransa
imperatoru lll Napoleonun da şərti obrazını yaratmışdır.
Mistik vəhylərdən tutmuş ezoterik kodlara qədər olanların hamısı
bütövlükdə gizli cəmiyyətlərə inanc üzərində qurulan dünyanın
tarixi olmaqla, əslində bəşər mövcudluğunun radikal şəkildə
yenidən izah olunmasıdır və dünyaya əvvəllər bizdən gizlədilən
baxışdır. Blekin kitabında ifadə olunanlar dünyanın qəribə və
sirrli olduğunu göstərir və həm də bildirir ki, bəşəriyyət kosmik
müəmmanın ürəyindədir. Böyük alimlərin, nadir dühaların
www.kitabxana.net
– Milli Virtual Kitabxana
144
əksəriyyəti məxfiliklərə, sehrli olanlara, kodlara sönməyən maraq
göstərmiş, bir çox kəşflər də belə maraq hesabına mümkün
olmuşdur. Ancaq sirlərə bələd olanlar heç də daim rəğbət ağuşları
ilə qarşılanmırdılar, əksinə çox vaxt bünövrəsini dözümsüzlükdən
götürən qəddarlıqla üzləşirdilər. Konernikin heliosentrik
kosmologiyasını inkişaf etdirərək kainatın nəhayətsiz və saysız-
hesabsız dünyalardan ibarət olduğunu irəli sürdüyünə görə
Cordano Bruno inkvizisiya tərəfindən 1600-cü ildə tonqalda
yandırılmışdı. Qalileo Qaliley isə dünyanın geosentrik sistemi
(dünyanın Ptolomey sistemi) ideyasının əleyhinə çıxaraq,
dünyanın heliosentrik (Yerin və digər planetlərin Günəş ətrafında
fırlanması) sistemini müdafiə etdiyinə görə mühakimə edilmişdi.
İnkvizisiya o vaxt elmi kəşflərə görə alimləri təqib edirdi, indi
onu fərqli baxışları nümayiş etdirənlərə qarşı, başqa ad altında
yaşadığımız dövrün səhnəsinə gətirmək heç də böyük ağıldan
xəbər vermir.
Blekin kitabı bir daha xatırladır ki, idrak məsələsində nəyəsə
inhisar qoymaq, düşüncəni tabu girovuna çevirmək əslində
dünyanın geniş surətdə dərk edilməsi imkanlarını azaldır, xırda
prizma tətbiq etməklə, kainatın seyr və dərk etmə üfüqlərini xeyli
daraltmış olur.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
145
Tarix göstərir ki, Misir sivilizasiyasının iki min beş yüz yaşı
olanda yunanlar sadəcə yenicə öz sivilizasiyalarını yaradırdılar.
Platon Misir kahininin qədim yunan yeddi müdrikindən biri
sayılan Solona dediyi sözləri qələmə almışdı: “Siz yunanlar nə
qədim dünya barədə heç bir biliyə, və nə də heç bir biliyin
qədimliyinə malik olmadığınıza görə həmişə uşaq olaraq
qalacaqsınız”.
Müasir insan da qədim dünyanın biliklərinə arxa çevirməklə,
əslində misirlilərin tənqid etdikləri qədim yunanlara bənzəmiş
olur. Axı vaxtilə təkzib olunanların çoxu sonradan öz təsdiqini
tapdı. Ona görə də dünyanın gizli cəhətlərinə aid olan biliklərə də
hörmətlə yanaşmağı bacarmalıyıq.
Kitabda xırda da olsa müəyyən səhvlərə və qüsurlara yol
verilmişdir. Həcərin Misir faraonunun qızı olması da Bibliyaya
uyğun gəlmir, orada onun yalnız misirli qul qız olduğu göstərilir,
axı faraonun qızını Abrahamın arvadı Sara öz oğlu doğulduqdan
sonra onun oğlu İsmayellə birlikdə qova bilməzdi. Məhəmməd
peyğəmbərin Misirə səfər etdiyi qeyd olunur, bu isə tarixi
həqiqətə uyğun gəlmir. Böyük Karl heç də Müqəddəs Roma
imperiyasının imperatoru olmamışdı, o Qərbin imperatoru idi,
kitabda adı çəkilən imperiya isə onun ölümündən əsr yarım sonra
meydana gəlmişdi. Qriqori Rasputinin 1914-cü ildə öldürülməsi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
146
də səhvdir, o, 1916-cı ildə knyaz Feliks Yusupov tərəfindən qətlə
yetirilmişdir. Müəllif isə tarixi səhv salmaqla, həmçinin Avstriya
ershersoqu, imperiya taxt-tacının varisi olan Frants Ferdinandın
Sarayevoda öldürülməsi ilə birlikdə Birinci dünya müharibəsinin
başlanmasında Rasputinin də qətlinin bəhanə rolu oynaması kimi
yanlışlığa yol verir. Bütün bunlar kitabın qiymətini və ona olan
marağın dərəcəsini azaltmaq gücündə deyildir.
Son
http://www.525.az/view.php?lang=az&menu=7&id=38065
Dostları ilə paylaş: |