Anlamanın və ya işıqlanmanın cığırı Budda tərəfindən “səkkiz
dolaşan cığır” adlanmışdır.
Bura inam, inandırılma, öyrənmə, hərəkət, yaşamaq, niyyət,
düşünmək, seyr etmək daxil idi. Buddanın səkkiz dolaşan cığırı
səkkiz praktikadan və tapşırıqdan ibarət olmaqla Çakra boğazının
16 ləçəyindən canlanan səkkizi üçün mövcud idi. Budda öləndə
öz məqsədinə nail olmuşdu. Reinkarnasiya barədə ona heç bir
tələb olunmayacaqdı.
Pifaqor. Böyük Aleksandr.
Brahminlər.
Pifaqor isə inkişaf edən yunan adası olan Samosda b.e.ə. 575-ci
ildə anadan olmuşdu, bu vaxt Afina Akropolunun yüksəkliyinə
ilk mərmər lövhələr döşənmişdi. Pifaqor öz ömründə yarımallah
kimi sayılırdı. O, böyük təbib idi, bəzən böyük şair bildiyi
Homerdən xüsusi şer parçalarını əzbər söyləyirdi, necə ki,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
75
xristian mistiklər “Zəburlar” dan və İoannın “İncil”indən bəndlər
söyləyirdilər. O, xəstələri sağaltmaq üçün musiqidən istifadə
edirdi. Erkən Yunan filosofu Etnpodoke deyirdi ki, Pifaqor
xəstəni sağalda və qocanı cavanlaşdıra bilirdi. Budda kimi o, öz
son inkarnasiyasını xatırlaya bilərdi. Və hətta deyirlər ki, o, bütün
dünyanın tarixini başlanğıcından söyləyə bilərdi. Onun
müdrikliyi Sirli məktəblərdə illər boyu tədqiqat aparmasına və
müqəddəs saymağa dəfələrlə özünü həsr etməsi idi. O, 22 il
ərzində Misir müqəddəs sayma keşişlərinin sirlərini öyrənmişdi.
Pifaqor 532-ci ildə Samosun diktator hökmdarının çirkin
əməllərini hiss etməyə başladı və sürgünə yollanmağa məcbur
edildi. O, İtaliyanın cənubundakı Krotonada yaratdığı bir neçə
kiçik icmalarından birincisini təşkil etdi. İcmaya üzv olmağa
namizədlər bir neçə il məşq edirdi, bura qəribə xüsusiyyətli
pəhriz də daxil idi. Bu pəhrizdə istiotdan, küncütdən, xiyar
toxumundan, yabanı baldan, çiçəklərdən və dəniz soğanının
dərisindən istifadə olunurdu, onların bütöv şirəsi çıxardılırdı. Bu
gimnastikanın ən yüksək fazası olmaqla, üç insan bədənini-
maddi, bitki və heyvan bədənlərini harmoniyaya gətirmək yolu
idi və namizədlərdən tələb olunurdu ki, illər ərzində axıra qədər
dinməz qalsınlar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
76
Pifaqor öz şagirdlərinə ruhi dünyanı yaxşı görmək biliyi verməyə
qadir idi, bunu onlara izah edirdi. Bunlardan əlavə ilk müzakirə
olunan təlim matematika, həndəsə, astronomiya və musiqi kimi
meydana çıxdı. Öz dövründə Pifaqora demişdilər ki, yalnız insan
oğlu Yer kürəsinin musiqisini eşitməyə qadirdir, o müxtəlif
notların tərəzisi kimidir, onların hər birini isə məkanda hərəkət
edən yeddi planet düzəldir.
Bir dəfə Pifaqor şəhərdə gəzəndə o, metalın zindana döyüldüyünü
eşitdi. O, gördü ki, müxtəlif ölçülü çəkiclər müxtəlif səslər əmələ
gətirir. Evə qayıdanda o, otağının yanında ağac lövhə qurdu və
ona artan çəkidə ağırlıqlar asdı. Sınaq və səhv etmə prosesi
vasitəsilə o, müəyyən etdi ki, insan qulağında səslənən gözəl
musiqi notları müxtəlif ağırlıqlardan asılıdır. Sonra o, hesabladı
ki, onların biri riyazi dəqiqlik qaydasında digərinə mütənasibdir.
Pifaqorun həmin hesablamalarından bu gün bizim başa
düşdüyümüz və həzz aldığımız musiqi oktavaları çıxarılırdı.
Sirli məktəblərin təlimi şəhərləri tikməyə, elmin və
texnologiyanın inkişafına, zahiri Dünyanın quruluşuna və
nizamlanmasına kömək etməli olan rasional tərəflə əlaqədədir.
Plutarx demişdi ki, kim yüksək həqiqətləri bilirsə, belə nəticəyə
gəlir ki, cəmiyyətin “ciddi” vəzifələrini ciddi qaydada qəbul
www.kitabxana.net
– Milli Virtual Kitabxana
77
etmək çətindir. O, Heraklitdən “Əbədilik oynayan uşaqdır”
sitatını gətirmişdi.
Pifaqorun şagirdləri cəmiyyətdən ayrı yaşamağa öyrədilirdi,
musiqi ekstazı ilə intellektual analizlər arasındakı alternativi
seçirdilər. Pifaqor ilk adam idi ki, özünü müdrikliyi sevən
adlandırırdı, bu da yunanca “filosof” (hərfi mənada bu söz
“müdrikliyi sevən” deməkdir) adlanırdı. Onu təqlid edən Sokrat
və Platon kimi o, müasir universitet professorlarından daha çox
maqlara yaxın idi. Onun şagirdləri ondan qorxu hissi keçirirdilər.
İnanırdılar ki, əgər, istəsə onları yatırtmaq gücünə malikdir və
onların oyaq şüurunu uzaq məsafədən də döndərə bilir. Pifaqoru
özünün daxili siklindən xaric edilənlərdən çıxan ölümcül qəzəb
cəzb edirdi, buna görə o, Siron adlı adamı öz Sirli məktəbinə
qəbul etməkdən imtina etdi, səbəbi isə onun düşünülməmiş
davranışı, özünü təkəbbürlü aparması idi. Siron kütləni Pifaqora
qarşı qaldırdı. Adamlar Pifaqorun öz ardıcılları ilə görüşdüyü
binanı, onun içərisinə girib yandırdılar. İçəridə olanların hamısı
öldü.
Pifaqor erasında dünyanın iki müxtəlif tərəfində digər filosoflar-
Yunanıstanda Heraklit və Çində Lao-Tszını qısa müddətdə tarixin
səthinə çıxdılar. Onlar rasionallığı, həyatın irrasional ölçüsünü
www.kitabxana.net
– Milli Virtual Kitabxana
78
müəyyən etməyə çalışırdılar. Heraklit demişdi: Biz eyni axına iki
dəfə girə bilmərik.
Belə bir əhvalat vardır ki, Konfutsi Lao Tszını görməyə yollandı
və ondan özünün həsr edilməsini xahiş etdi. Lao-Tszı isə
qüruruna görə gənc Konfutsini məzəmmət etdi. Onu geri
qaytardı, ehtiramsız davranışı ilə həddən çıxan ambisiyasının
qarışığına görə onu ələ saldı. Bu yəqin ki, dəqiq olmayan
əhvalatdır, lakin vacib bir həqiqət kimi onu göstərir ki,
Konfutsiçilik və Daosizm Çində ekzoterik təlimləri təşkil edir.
Konfutsi ənənəvi sirr olmayan Çin müdrikliyini toplamağa uzun
illər sərf etmişdi və bu kolleksiyalar sonralar Çin liderləri
tərəfindən hökumət üçün rəhbərlik təlimatına çevrilmişdi.
Konfutsinin sözləri yüksək dərəcədə müdrik idi. Min illik səyahət
bir addımdan başlayır. Tapşırığın qiyməti mükafatdan da artıqdır.
Əgər sən öz məqsədinə çata bilmirsənsə, məqsədlərini qaydaya
qoy. Belə qaydada onun fikirləri davam edir.
Afinada biz azadlıq istedadını, fərdi fikiri görürüksə, Spartada
fərdi iradənin inkişafını, qəhrəmana sitayişin, güclü adamlar
nöqteyi-nəzərindən rəqabət həddini və məğrurluğu görürük.
Bütün yunan Sirli məktəblərindən ən məşhuru Afinadan bir neçə
mil arasındakı Elios kəndində yerləşirdi. Romanın, özü də həsr
olunmuş olan dövlət xadimi Tsitseron deyəcəkdi ki, Eliosian
www.kitabxana.net
– Milli Virtual Kitabxana
79
Sirləri və ondan çıxanlar Afinanın sivilizasiyalı dünyaya verdiyi
ən böyük fayda idi. Elios “Elauno” sözündən əmələ gəlmişdi,
“mən gəlirəm” mənasını verirdi, bu isə o demək idi ki, “Mən
yaranmışam” . Biz Pifaqordan da bilirik ki, Süd Yolu da nəhəng
çay və ruhların kütləsi kimi nəzərdə tutulur.
Dinin neqativ olması, hətta dünya tarixinə destruktiv təsir
göstərməsi barədə deyilən sözlər bayağı səslənir. Dini
müharibələr, İnkvizisiya, elmi fikirin boğulması və məhdud
patriarxal münasibətlər dəfələrlə dilə gətirilir. Bunu xatırlamaq
yerinə düşər ki, bəşər mədəniyyətinin bəzən ən böyük şərəfli
şəxsiyyətləri məhz Sirli məktəblərdən öz mənbəyini götürmüşdür,
bunlar isə qədim dünyadakı mütəşəkkil dinin mərkəzi hissəsi idi.
Təkcə heykəltəraşlıq və drama deyil, həmçinin fəlsəfə,
matematika və astronomiya siyasi və tibbi ideyalar kimi bu dini
institutlardan yüksəlmişdi. Hər şeydən əlavə, Sirli məktəblər
şüurun təkamülünə təsir göstərmişdi.
Yevripid öz pyesində yazırdı ki, “Burada yalnız bir şey vardır ki,
o, bütün həyat sınaqlarından çıxa bilər – bu gizli şüurdur”.
Biz qədim yunan pyesinə baxanda katarsis (Aristotel tərəfindən
faciə barədə təlim termini kimi tətbiq edilmişdir: tamaşaçının hala
acımaq prosesində keçirdiyi ruhi cəhətdən boşalmasıdır)
vasitəsilə təmizlənirik. Yunan dramaturqlar öz auditoriyalarına
www.kitabxana.net
– Milli Virtual Kitabxana
80
elə təcrübə verirdilər ki, bu bəzi cəhətcə özünü həsr etmə
təcrübəsinə bənzəyirdi və onun işləmək qaydası insan təbiətini
anlamağa əsaslanırdı, bu isə mahiyyətcə müqəddəs sayma idi.
Sokrat öləndən sonra onun şagirdi Platon yunan fəlsəfəsində
aparıcı şəxsə çevrildi. Onun “Dialoqları” idealizm adlanan
fəlsəfənin ən böyük ifadəsi oldu. Gizli tarixdə isə hər kəs dünyanı
idealistik qaydada öyrənir. Heç kəs soruşmur ki, obyektlərə
nisbətən reallıq formalarından ideyalar yüksəkdirmi?
Hər kəs düşünmədən, instinktiv olaraq buna inanır. Platonun
şagirdi Aristotel isə bu gün aparıcı rol oynayan materializmə
aparan tərəfə fəlsəfi bir sıçrayış etdi.
B.e.ə beşinci əsrdə Afina və Sparta arasında ağalıq etmək naminə
müharibə getdi. Dördüncü əsr onların hər ikisinə II Filippin
hökmranlıq etdiyi Makedoniya qalib gəldi. Plutarx qeyd edir ki,
Filippini oğlu Aleksandr b.e.ə. 356-cı ildə, lunatik Herostrat
tərəfindən Efesdəki Artemida məbədi yandırılan gün anadan
olmuşdu. Sirli məktəbin ruhu Aleksandr doğulanda ona daxil
olmuşdu. Aleksandr bütün həyatını öz daxilindəki bu ilahi
elementi öyrənməyə, tanımağa həsr edəcəkdi.
Filipp həmin dövrün ən böyük zəkası olan adamı öz oğluna
müəllim tutdu, bu Platonun ən böyük şagirdi Aristotel idi.
Aleksandr və bu yaşlı adam bir-birlərində xoş ruhu gördülər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
81
Aristotel
maddi
dünyanın
məlumatlarını
toplayıb,
təsnifləşdirmişdi. O, fiziki qanunlarla abstraksiya (Əşyaların bəzi
xassələrindən və onlar arasındakı münasibətdən fikrən
uzaqlaşma) metodu qaydasında işləyirdi. Buna görə də təbiətin
ölçüsünün gizli qüvvələrini təsvir etdikdə, bütünlükdə yeni və
müasir yalanları icad etməyə qadir idi. Aleksandr dünyanın o
vaxta qədər görmədiyi ən iri imperiyanı yaratmışdı. Bu o vaxt
Aristotel fəlsəfəsi üçün bir vasitəyə çevrilmişdi.
Oğlunun iyirmi yaşı olanda Filipp qətlə yetirildi. Lakin tezliklə
Aleksandr özünü dahi hökmdar və məğlubedilməz hərbi
sərkərdəyə çevirdi. B.e.ə. 334-cü ildə o, ordusunu Asiyaya apardı,
İss döyüşündə persiyalıları məğlub etdi, baxmayaraq ki,
axırıncıların döyüşçülərinin sayı onun birə nisbətində
makedoniyalılarınkından çox idi. Sonra o, Suriya və Finikiyadan
keçməklə Cənubu tutdu, sonra isə Misir işğal edildi. Burada o,
Aleksandriya şəhərinin əsasını qoydu. Hər yerdə o, yunan
modelində şəhər-dövlətlər yaradırdı, yunan siyasəti ilə birlikdə
yunan fəlsəfəsini də yayırdı. Bu Aleksandrın yenicə inkişaf etmiş
şüuru xilas etmək missiyasının bir hissəsi idi.
B.e.ə. 331-ci ildə Aleksandr persiyalıları yenidən məğlub etdi,
onların qədim paytaxtı Persepolisi dağıtdı, sonra isə Əfqanıstana
və axırda Hindistana atıldı. Burada o, Brahmin filosofları və
www.kitabxana.net
– Milli Virtual Kitabxana
82
Rişilərin törəmələri ilə fikir mübadiləsi apardı. Müqəddəsləri,
Brahmin həsr edilmə mərasimlərini müşahidə etməyə gəldikdə,
Aleksandrın öz keşişləri bu mərasimlərin özlərininki ilə necə
oxşar olduğuna məəttəl qalmışdılar.
Belə bir əhvalat vardır ki, Aleksandr yunan filosofunu göndərdi
ki, Brahmin müəllimini onun yanına çağırsın, ona böyük ənamlar
vəd etdi və əgər imtina etsə, boynunu vuracağı ilə onu hədələdi.
Filosof çox yol getdikdən sonra Brahmini meşənin dərinliyində
tapdı və ondan özünün gözlədiyindən də sərt cavab aldı:
“Brahminlər heç vaxt nə ölümdən qorxmurlar, nə də qızıla sahib
olmağı arzu etmirlər. Biz meşə yarpaqlarının üstündə dərin yuxu
ilə dinc şəkildə yatırıq. Əgər biz hansısa maddi mülkiyyətə sahib
olsaydıq, bu bizim yuxumuzu yalnız narahat edərdi. Biz yerin
səthi ilə münaqişəsiz olaraq sərbəst hərəkət edirik və bizim bütün
ehtiyaclarımız, uşağını döşlə əmizdirən ana tərəfindən ödənilir.”
Bu cavab Aleksandr üçün kürəyindən vurulan zərbə xarakteri
daşıyırdı. Öz həyatının sonuna yaxına qədər elə görünürdü ki, heç
kəs onun yolunu kəsə bilməz. Tarixdə yalnız az halda baş verən
kimi, fərdi olan şey bütün dünyanı onun iradəsinə təslim etməyə
qadir olan kimi görünürdü. Aleksandrın bütün həyatı onun ilahi
gücünün mənbələrini anlamağın axtarışı kimi görünürdü.
Müxtəlif vaxtlarda Perseyin və Herkulesini müxtəlif ənənələrə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
83
müvafiq olaraq onun əcdadları olduğu iddia edilmişdi. Aristotel
Aleksandra Homerin “İliadası”nın bir nüsxəsini vermişdi. O, bu
əsəri əzbər öyrənmişdi və özünü bəzən Axillesə bənzəyən
yarımallah kimi görürdü.
B.e.ə.322-ci ildə isə o, ekspedisiya ilə Siua səhra vahəsindəki
Amon məbədinə getdi. Bu, Misirdəki Memfisdən beş yüz mil
aralı idi. Bu səfərində o, az qala ölmüşdü, baxmayaraq ki, bu
“mistik ölüm” barədə xatırlanma ola bilərdi. Bircə şey dəqiq
məlumdur ki, orada o keşişlər tərəfindən “etiraf edildi” və həsr
olunmanı keçdi. Keşişlər ona deməli idilər ki, Aleksandr Amon-
Zevsin oğludur. Güman edilirdi ki, onun sonralar da geyindiyi
mərasim buynuzları bunun əlamətidir. Onun işğal etdiyi bəzi
ölkələrdə o, buynuzlu adam kimi yada salınır. Quranda o, Zül-
Qərneyin kimi meydana çıxır, bu “İkibuynuzlu adam” demək idi.
Lakin gizli tarixə görə bu buynuzlar ovçu buynuzları idi. Belə
görünür ki, Aleksandr və Aristotel yenidən doğulduqda, ikinci
dəfə birləşəcəklər.
Yalnız bir dəfə, otuz üç yaşında, Aleksandr Babil astroloqlarının
şəhər qapılarından girməmək barədə ona etdikləri xəbərdarlığa
məhəl qoymamasından iki həftə sonra qızdırma xəstəliyindən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
84
öldü. Tezliklə aydın oldu ki, Aleksandrın imperiyası yalnız onun
fərdi maqnetizminə görə öz birliyini saxlaya bilirdi.
Apuleyin “Qızıl eşşəyi” Roma dövrünün böyük həsr olunma
əsərlərindən biri idi. “Kuridon və Psixeya” əsəri də həmçinin
ezoterik və tarixi cəhətə görə əhəmiyyətə malik idi. Psixeya
gözəl, günahsız gənc qız idi. Kuridon ona vurulmuşdu və xəbərlər
göndərirdi ki, gecə onun yanına, təpə üstündəki sarayına gəlsin.
O, allahla məhəbbət yaşamalı idi. Lakin burada bircə şərt ondan
ibarət idi ki, onların məhəbbətinin baş tutacağı yer tam qaranlıq
olmalı idi. Psixeya onu da qəbul etməlidir ki, məhz allahın
sevgisindən həzz alır. Qızın böyük bacısı isə paxıl idi. O, kiçik
bacısına acı bir şəkildə deyirdi ki, onun sevdiyi heç də gözəl
oğlan – allah deyildir, bir eybəcər, nəhəng ilandır. Bir gecə
Psixeya artıq müqavimət göstərə bilmədi və şirin məhəbbət
anlarından sonra Kuridon yuxuda olanda, qız yağ lampasını onun
üzünə tutdu. Gözəl, gənc allahı kəşf etdiyindən, çox sevindi, lakin
yanan yağın bir damcısı oğlanın üstünə düşdü və onu oyatdı.
Psixeya əbədi olaraq onun yanından qeybə çəkildi. Bu əhvalatda
ikinci məna ondan ibarətdir ki, allah həqiqətən də eybəcər ilan
idi.
Tsitseron Roma imperiyasında islahat üçün böyük qüvvələrdən
biri idi. O, Eliosda öz həsr olunmasına həyatını formalaşdıran
www.kitabxana.net
– Milli Virtual Kitabxana
85
böyük təcrübə kimi baxırdı. O, deyirdi ki, bu mərasim onu
öyrətmişdir ki, “Şən yaşa və ümid edən kimi öl”.
Kolizeydəki qan hamamları təkcə müqəddəslik istisna olmaqla,
fərdi insan həyatına heç bir qiymət vermirdi. Stoik filosof olan
imperator Mark Avreli həyat fəlsəfəsi şəklində təklif edəcəkdi:
“Heç vaxt imkan vermə ki, gələcək səni narahat etsin, gələcəyi
görməli olsan, bu gün gerçəkliyə qarşı silahlandığın ağlının eyni
silahları ilə onu qarşılamalı olacaqsan”. Bu sözlər üzüntü ilə dolu
idi.
İoanın “İncil”ində deyilir: “Başlanğıcda söz var idi və Söz
Allahla idi və Söz Allah idi... Hər şey onun tərəfindən
düzəldilirdi... Və işıq qaranlığı işıqlandırırdı və qaranlıq onu dərk
etmirdi... O, dünyada idi və dünya onun tərəfindən düzəldilmişdi
və dünya onu tanımırdı”. “İncil”in yaranmasını İisus Xristin
missiyası ilə birlikdə sözlə müqayisə edir, bu inkarnasiya edilmiş
söz idi. İoann bununla ikinci yaranma növü kimi ikinci missiyanı
təqdim edir. Buradakı həlledici cəhət odur ki, İisus Xrist daxili
həyatı yaratmışdır. O, məhəbbətin yeni növünü irəli sürdü.
Mərhəmətli məhəbbət başqasının dərdinə yanmaq vergisinə
əsaslanır. Xristdən əvvəl isə məhəbbət tayfa və ya ailə məhəbbəti
idi. Heç bir fərd qan bağlılığından yuxarı qalxıb, sevmək üçün
sərbəst qaydada kimisə seçə bilməyə qadir deyildi. Markın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
86
“İncil”ində (3.32) İisus öz anasının özü üçün əhəmiyyətini inkar
edir. Matfeyin “İncil”ində isə (10.37-8) o deyir: “Kim ki, atasının
və anasını məndən artıq sevir, o mənə layiq deyildir”.
Ezoterik təlim düz yolla bütün sevgiyə aid olanlardan da
yuxarıda durur. Bu təlim deyir ki, sən kosmosdan olan
mərhəmətli qüvvələrlə əməkdaşlıq edirsən, güc səndən elə yolla
axır ki, sən onu anlayana çevrilə bilərsən. Bu proses möcüzə
yaradan və ya ilahi sehrlilik adlanır.
İisus Xrist təsdiq edirdi ki, “Ancaq mən sənə deyirəm ki, kim
qadına şəhvətlə baxırsa, öz ürəyində artıq onunla zinakarlıq etmiş
olur”. Bu vaxta qədər heç kəsin demədiyini o dedi və bu mənanı
verirdi ki, bizim dərin düşüncələrimiz fiziki obyektlər kimi
realdır.
Bizim “özəl” düşündüyümüz şey kosmos tarixinə birbaşa təsir
göstərir. “Ürəyində təmiz olanlar xoşbəxtdirlər, buna görə də
onlar Allahı görəcəklər”.
Filippin “İncil”ində İisus Xristin Mariya Maqdalina ilə
münasibətinə dair intriqa xarakterli bir işarə vardır: “İisus onu
bütün şagirdlərindən artıq sevirdi və onu tez-tez öpürdü”. Bu,
Bibliyanın “Şərqilər Şərqisi” kitabındakı şeiri yada salır: “Qoy o,
məni ağzının öpüşləri ilə öpsün” və ya “Məhəbbət ölümdən
güclüdür”.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
87
Mariya Maqdalina adətən tövbə edən kimi təsvir edilir. Fra
Bartolomeonun tablosunda qız İisus Xristin ayaqlarını yumağa
apardığı bitki yağı bardağı ilə təsvir olunur. Bardaq daşın üzərinə
qoyulmuşdur və daşın üstündə bu sözlər yazılmışdır: “Mən
könlüm sevdiyi adamı tapdım”.
Xristianlıq və Şamanizm
Konstantin Roma imperiyasının yavaş-yavaş gedən tənəzzülünü
dayandırmaq üçün yeni qüdrətli dinə-xristian dininə ümid edirdi.
Lakin Roma yenidən canavarların və tülkülərin istirahət yerinə
çevrildi. Konstantinin qohumu Yulian 361-ci ildə hakimiyyətə
gələndə, o, dini dözümsüzlük dalğasını dəyişdirdi. Dar, doğmatik
xristianlığa qarşı məşhur polemik əsərlər yazdı, axı məhz belə
xristianlıq yüksəlmişdi. Buna görə də sonralar xristian yazıçıları
onu “Dönük” deyə adlandırmağa başladılar. Bu o demək idi ki, o,
inamı kənara tullamışdır.
Yulian Persiya ilə müharibə aparanda Persiyada yerləşən
Manixey Sirrli məktəbinin gizli biliyini anlamağı arzu edirdi. O,
Günəş allahın missiyasının təhlükədə olduğunu kifayət dərəcədə
qiymətləndirməyi bacarırdı və bu Manixeyizmin daxili sirrlərinin
Günəş allahla Əhrimən və ya İblis materializminin ruhu arasında
www.kitabxana.net
– Milli Virtual Kitabxana
88
gedən müharibəyə aid olduğunu bilirdi. Lakin o, öz missiyasına
nail olmamışdan əvvəl Konstantinin ardıcılları tərəfindən
öldürüldü. Yeni imperator isə “dinsizin” mülkiyyətini müsadirə
etdi və onun məbədlərini tutdu. İsidanın heykəlləri yenidən
Mariyaya həsr olundu. Romadakı Panteon bütün allahlar üçün
məbəd olsa da, imperator Teodesi tərəfindən monoteizm
məbədinə çevrildi.
Çində imperiyanın tədricən genişlənməsi Asiyada və Avropa
daxilində domino effekti yaratdı. Uzaq Şərqdə olanların təzyiqi
altında qotlar, vestqotlar və vandallar Avropanın bir sıra
hissələrinə müdaxilə etdilər, hətta yenidən geri çəkilməzdən əvvəl
Roma kimi uzaq ərazilərə gəlib çatdılar. Köçəri monqol tayfaları
Hun lideri Attilanın başçılığı altında V əsrin ikinci rübündə
birləşdirir. Onlar əvvəllər qotların və vandalların müdaxilə
etdikləri ərazilərdə at oynatdılar və imperiya Mərkəzi Asiya
düzənliklərindən Şimali Qaliyaya qədər uzandı. Avropalıların
“Allahın bəlası” hesab etdikləri Attila barbarlığına görə dillərə
düşdü, yunan tarixçisi Priskus Attilanın düşərgəsinə səfər edib,
bir şahid kimi orada olanları təsvir etdi. O, gördü ki, Attila,
döşəməsi yonulmuş taxtadan olan sadə evdə yaşayır və bu ev
taxta hasarla çəpərlənmişdir. Yun palazlar xalça rolunu oynayırdı
və hərfi mənada “kiçik ata” adlanan Attila öz qonaqlarını sadə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
89
kətan paltarda qarşılayırdı. O, ağac fincandan qədərində içki içir
Dostları ilə paylaş: |