Telman Orucov “Dünyanın gizli tarixinin



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix12.02.2017
ölçüsü0,91 Mb.
#8341
1   2   3   4   5   6   7   8   9   10
və ağac boşqabdan yemək yeyirdi.  
Deyirdilər  ki,  Attila  Xristian  şəhəri  Korinfi  işğal  edəndə,  o 
küçənin  hər  küncündə  fahişə  qadınları  görüb  qəzəblənmişdi. 
Həmin  qadınlara  ya  adamlarından  birinə  ərə  getməyi,  və  ya 
sürgünə yollanmağı seçmək imkanını vermişdi. 
Romanlar  digər  düşmənlərinə  nisbətən  Attiladan  daha  çox 
qorxurdu.  O,  öz  adamlarına  Roma  ərazisində  yaşamağa  və  ya 
Roma mallarını almağa icazə vermirdi. 
O,  Roma  ərazilərinə  müdaxilə  edəndə,  romanlaşmanı  dəyişdi, 
Roma  tikililərini  dağıtdı  və  həmçinin  Romadan  təzminat  pulu 
kimi  minlərlə  funt  qızıl  götürdü.  452-ci  ildə  o,  nəhayət  Romanı 
sıxışdırmağa  başlayanda  imperator,  yepiskop  Leonu  onunla 
görüşməyə  göndərdi.  Gələcək  Papa  Leo  Attila  ilə  sövdələşmə 
danışığı apardı, bu şərtlərə görə imperatorun qızı Honoriya onun 
arvadı  olmalı  idi  və  minlərlə  funt  qızılı  da  cehiz  kimi  özü  ilə 
götürəcəkdi.  Bu  səbəbdən  də  Atilla  Roma  imperiyası  üzərində 
ağalığa və dünyanı idarə etməyə nail olduğuna inandı. 
Attila və onun xalqı şamanizmi tətbiq edirdilər. Döyüşlərdə Attila 
özü ordusuna başçılıq edirdi, ona bunu şaman keşişləri məsləhət 
görürdülər.  Hun  ordusu  döyüşə  ulamaqla  atılırdı,  silahlarını 
cingildədirdi, buynuzlarla və zənglərlə səs salırdı. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 90 
 
Bunların hamısından məqsəd ölülər batalyonunu, öz əcdadlarının 
kabuslarını  çağırmaq  idi  ki,  onlar  da  əsgərlərlə  birlikdə 
döyüşsünlər.  Onlar  həmçinin  şaman  qaydasında  ət  yeyən 
heyvanların,  canavarların  və  ayıların  ruhlarını  haraylayırdılar  ki, 
özlərinə daxil olmaqla, döyüşənlərə fövqəltəbii qüvvə versinlər. 
“Şaman” sözü tunqus-monqol isimi olub  “bilən adam” mənasını 
verir.  Şamanlar  barbar  müdaxilələri  dövründən  indiyədək 
müxtəlif  texnikalardan  istifadə  edirlər,  bəziləri  bunu  “ekştazın 
arxaik  texnikaları”  adlandırır.  Onlar  trans  vəziyyətinə  düşməklə 
işləyirlər  Ritmik  qaval  vurmaqla  və  rəqs  etməklə  öz  sehrli 
əməllərini  həyata  keçirirlər.  Bir  çox  tablolar  şamanistik 
mədəniyyətləri,  onların  translarının  məlumatları  kimi  təsvir 
edirlər. 
Müasir ezoterik təlimə görə bütün şamanizm, istər bu köhnə Hun 
və ya Monqol Ordalarınınkı olsun, istər bu gün Cənubi Afrikada 
tətbiq edilən sanqoma olsun, bunlar vaxtilə mövcud olmuş gözəl 
ilkin  görünməni  təmsil  edir.  Şərti  tarixdə  (insanda,  heyvanda, 
bitkilərdə,  cisimlərdə  müstəqil  başlanğıc-  ruhların  olması 
barədəki fantastik təsəvvürlər sistemi) dinlər əvvəlki səhnələrində 
animizm  və  totemizm  (müəyyən  tayfa  qrupunun  hansısa  bir 
totemlə fövqəltəbii əlaqəyə və qan yaxınlığına olan inam. Totem 
ilahi deyil, nəslin başlanğıcı kimi qəbul olunur) kimi tanınırdı. Bu 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 91 
 
bütün  qədim  sivilizasiyaların  dolaşıq  kosmologiyalarına  doğru 
inkişaf  etdi.  Gizli  tarixdə  bəşəriyyətin  ilk  qarşılaşdığı  görünmə 
dolaşıq,  təhrif  edilmiş  və  gözəl  idi,  yalnız  sonralar  animizmə, 
totemizmə və şamanizmə doğru pozuldu. 
Attilanın  tayfa  xalqı  şamanizmi  tətbiq  edirdi,  onlara  bu  ruh 
dünyalarına  girmək  imkanı  verirdi.  Çox  sayda  kilsə  xadimləri 
buna  qısqanclıq  edə  bilərdilər,  lakin  bu  atavistik  (yaşlı 
orqanizmlərdə 
onların 
keçmiş 
əcdadlarına 
xas 
olan 
xüsusiyyətlərin  və  əlamətlərin  meydana  çıxması  belə  adlanır) 
vəziyyətdəki  ruh  dünyasına  girmək  idi.  Narkotiklərlə  ruh 
dünyasına daxil olmaq, lazım olan hazırlıq olmadan bunu etmək 
idi və demonik ölçüyə girmək üçün qapını aça bilərdi. 453-cü ildə 
Attila  yüksək  silkdən  olan  ailədən  olan  gənc  qızla  evləndikdə 
öldü.  Onun  bu  vaxtı  artıq  yüzlərlə  arvadı  var  idi  və  Roma 
imperiyasının sonunu müşahidə edirdi. 
İnsan  şüurunun  yeni  pilləsinin  erkən  böyüməsi  qönçəni 
qopartmaq  kimi  bir  şey  idi.  Səhərisi  gün  Attilanın  ölüm  xəbəri 
yayıldı. O, əvvəllər də burnundan çox miqdarda qan açılmasından 
əziyyət çəkmişdi. 
Çoxları  Persiyaya  gəlirdi,  burada  Xosrov  şah  yunan 
sivilizasiyasını  ihamlandırana  bənzəyən  böyük  akademiyanın 
əsasını  qoymağı  arzulayırdı.  Neoplatonizmin,  Qnostisizmin  və 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 92 
 
Hermetisizmin  elementlərini  özündə  birləşdirən  intellektual 
fermentdə  Aristotel  metodologiyası  maddi  dünyanın  və  ruh 
dünyalarının  birləşdirməsi  şəklində  tətbiq  olunurdu.  Beləliklə 
Ərəb magiyasının qızıl erası başlandı. 
Burada  heç  də  təəccüblü  belə  bir  şey  yoxdur.  Bütün  bizim 
uşaqlığımız  sehrli  görmə  tərəfindən  –  dühalardan,  sehrli 
lampalardan yaranan işıq idi. 
 
 
İslam peyğəmbəri və islam sivilizasiyası 
İndi isə kitabın müəllifinin islam peyğəmbəri haqqındakı fikirləri 
ilə  bir  qədər  geniş  şəkildə  tanış  olaq.  570-ci  ildə  Məkkədə 
Məhəmməd  adlı  uşaq  anadan  oldu.  Altı  yaşı  olanda  o,  hər  iki 
valideynini itirmişdi və çoban kimi əmək fəaliyyətinə başladı. O, 
enlikürəkli,  qara  qıvrım  saçları  olan  və  saqqalının  arasından  ağ 
dişləri  görünən  gənc  kimi  böyüyürdü.  Dəvə  sürənə  çevrildi, 
karvanla ədviyyat və ətirli maddələr daşıyırdı, xüsusən Məkkədən 
Suriyaya səfərlər edirdi. İyirmi beş yaşında o, Məkkənin varlı dul 
qadını  ilə  evləndi,  şəhərin  ən  varlı  və  nüfuzlu  vətəndaşlarından 
birinə  çevrildi.  Valideynlərini  itirməsi  hesabına  o,  itirdiklərinin 
hamısını  sonralar  geri  qaytarsa  da,  heç  də  məmnun  deyildi. 
Məkkənin dini mərkəzində Kəbə adlanan qara qranit daş var idi, 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 93 
 
bəzi  ənənələrə  görə  bu  daşın  Sirius  ulduz  sistemindən  yerə 
düşməsi  deyilirdi.  Həmin  vaxt  Ərəbistan  şamanistik  tayfalar 
tərəfindən  məskunlaşmışdı,  adamlar  öz  allahlarına  və  ruhlara 
sitayiş  edirdi.  Kəbədən  kənarda  yüzlərlə  bütün  saxlandığı 
müqəddəs  çadır  var  idi.  Məkkə  həmçinin  müqəddəs  suyu 
satmaqla  pozulmuşdu  –  bu  su  İsmayılın  hesabına  qumdan  çıxan 
bulaqdan  götürülürdü.  Məhəmmədin  gözündə  hər  şey  qeyri-
müəyyənlikdə  görünürdü.  O,  gördü  ki,  adamlar  yalnız  pul 
qazanmağa,  qumar  oynamağa,  at  çapmağa  və  sərxoşluğa  maraq 
göstərir.  Dəvə  karvanı  ilə  Suriyaya  gedəndə  o,  İudaizm  və  İisus 
Xristin əhvalatları barədə eşitmişdi. Məbədin təmizlənmə əhvalatı 
onun  həssas  siminə  təsir  etmişdimi?  Məhəmməd  belə  bir  inama 
yiyələnmişdi ki, Ərəbistan xalqı İisus Xrist kimi bir peyğəmbərə 
möhtacdır,  bu  peyğəmbər  xalqı  cəhalətdən,  pozulmadan 
təmizləyə  bilər  və  onları  bir  kosmik  niyyətdə  birləşdirə  bilər. 
Məhəmməd  Məkkənin  ətrafındakı  dağların  üstündə  oturub 
bunların hamısına necə nail olmaq barədə düşünəndə, mələk onun 
qabağında  göründü  və  dedi:  “Mən  mələk  Cəbrayılam”.  Bu  gözə 
görünmə sonra Məhəmmədə qızıl lövhəni göstərib, onu oxumağı 
dedi.  Məhəmməd  etiraz  etdi  ki,  o,  savadsızdır,  lakin  Cəbrayıl 
ikinci  dəfə  ona  əmr  etdikdə,  Məhəmməd  gördü  ki,  həqiqətən 
oxuya  bilir.  Beləliklə,  mələklə  söhbətlər  seriyası  başlandı  və  bu 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 94 
 
Qurana  çevrildi.  Sonra  Məhəmməd  şəhərə  enib  Cəbrayılın  ona 
öyrətdiklərini parlaq səmimiyyətlə və valehedici qüvvə ilə moizə 
etdi.  O,  öz  kredosunu  belə  adi  şərtlərdə  cəmləşdirə  bilərdi: 
Mənim  təlimim  sadədir.  Allah  vahid  allahdır.  Bütpərəstlikdən 
imtina et. Oğurluq etmə Yalan danışma. Böhtan atma Və heç vaxt 
sərxoş olma. Əgər sən bu təlimləri qəbul etsən, sən İslamın yolu 
ilə  gedəcəksən.  İlahi  qüvvə  tərəfindən  ilhamlanmış  öz 
mülahizələrini sübut etmək üçün ondan möcüzə göstərmək tələb 
edildikdə,  Məhəmməd  bundan  imtina  etdi.  O,  dedi  ki,  Allah 
göyləri  dayaqların  köməyi  olmadan  yüksəltmişdir,  yeri,  çayları, 
əncir,  xurma  və  zeytun  ağaclarını  yaratmışdır  və  bu  şeylərin 
hamısı kifayət qədər möcüzədir. Bu coşğun materializmdə müasir 
eranın  ilkin  pıçıltılarını  eşidirik.  Mələklə  olan  söhbətlər  ərzində 
böyük  mələk  Cəbrayıl  sərinləmək  üçün  Məhəmməddən  nəyisə 
seçməyi  xahiş  etdi.  Məhəmməd  okkultistlərin  “ay  şirəsi” 
adlandırdıqları  südü  seçdi.  İslamda  spirtli  içki  qadağan 
ediləcəkdi. Ezoterik nöqteyi-nəzərdən yüksək əhəmiyyət daşıyan 
bu  idi  ki,  Quranı  diktə  edən  mələk  Cəbrayıl,  ənənəvi  cəhətdən 
Ayın  arximələyi  idi.  Cəbrayıl  burada  bəşər  ehtiraslarına  nəzarət 
edən fikir qüvvəsinin və məhvedici fantaziyanın rəmzi kimi çıxış 
edir,  onun  allahı  isə  böyük  allah  idi  və  müsəlman 
ikönorafiyasında  hilal  ay  kimi  təsvir  olunur.  Məhəmmədin 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 95 
 
Məkkənin  bazar  meydanında  moizələri  bəzilərini,  onu  öldürmək 
qəsdini hazırlamağa həvəsləndirir. O, öz şagirdi, öz ardıcıllarının 
rəhbəri olan Əbu Bəkrlə Mədinə şəhərinə mühacirət etdi. 629-cu 
ildə  o,  Məkkəyə  qayıtdı,  öz  ölümünə  qədər  qalan  müddətdə 
(Məhəmməd  peyğəmbər  632-ci  ildə  vəfat  etmişdir)  Ərəbistanın 
qalan hissəsi üzərində öz nəzarətini qurdu. Əbu Bəkr onun varisi 
və  ya  Xəlifə  olduqda,  işğallar  təəccübə  səbəb  olan  qaydada 
davam  etdirildi.  Dini  uğurlu  edən  şeylərdən  biri,  onun  dünyada 
işləməsi,  belə  deyilsə,  maddi  fayda  gətirməsi  idi,  Məhəmmədin 
radikal  monoteizmi,  Aristotelin  elmi  metodologiyası  ilə 
birləşməklə,  axırıncı  həqiqətən  də  ərəb  fikirinə  nüfuz  etmişdi, 
tezliklə İspaniyadan tutmuş Çinin sərhədlərinə qədər Yer kürəsini 
dolaşdı.  Ərəblər  Zoroastrizmdən,  Buddizmdən,  Hinduizmdən  və 
kağız  istehsal  etmək  də  daxil  olmaqla,  Çin  elmindən  yeni 
ideyaları  həzm  etməklə,  onları  yayırdılar.  İslamda,  onun  zəfər 
dövründə  ehkamçılığa  və  paternalizmə  çevrilmək  kimi  bir  meyl 
var  idisə,  Sufizm  əks  impulsu  təmsil  edirdi,  vaxtaşırı  təhrif 
edilməyə  və  bu  yolla  paradoksal  fırlanmağa  aludəçilik  göstərən 
və  ruha  xas  olan  bir  təlim  idi.  Ezoterik  islam  ruhi  həyatın 
tərəfində  olmağını  hiss  edirdi.  Bu,  isə  Sufi  poeziyasında  geniş 
şəkildə  öz  ifadəsini  tapırdı.  Qurandakı  ayəyə  (50.16)  müvafiq 
olaraq “Allah adama onun şah damarından yaxındır” sözləri həm 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 96 
 
də  yüksək  dərəcədə  adamları  özünəməxsusluqdan  ayırırdı,  kütlə 
artıq  onun  çağırışına  oyanırdı.  Böyük  Sufi  yazıçısı  İbn  Ərəbi 
deyirdi  ki,  Sufi  müəllimi  o  adamdır  ki,  öz  üzərindən  pərdəni 
götürür. Sufi müəlliminin təlimatı altında keçirilən dərslərə nəfəs 
almanın dəyişən təcrübələri və vəziyyətə nail olmaq üçün istifadə 
edilən musiqi daxil ola bilərdi. Sufizm bəzən “yuxudan oyanma” 
kimi  ağrılı  prosesləri  öyrədirdi,  bu  özü  barədə  və  bizdən  keçən 
kosmik  mistik  axından  agah  olmağa  imkan  verirdi.  Harun  ər-
Rəşid  öz  erasının  qeyri-adi  şəxsiyyətlərindən  biri  idi.  O,  iyirmi 
yaşında  xəlifə  olmuşdu  və  Bağdadı  dünyanın  ən  füsunkar 
şəhərlərindən birinə çevirmişdi, saraylar tikdirmişdi. Ona yüzlərlə 
əyanlar, qullar və hərəmlər xidmət edirdi. “Min bir gecə” nağılları 
onun hökmranlığının müxtəlif cəhətlərini  təsvir edir. O, sarayına 
dövrünün  bütün  böyük  yazıçılarını,  incəsənət  xadimlərini, 
mütəfəkkirlərini cəlb etmişdi. “Min bir gecə”də olduğu kimi belə 
şayiə gəzirdi ki, o, bəzən gizli qapıdan maska altında sarayından 
çıxırdı  ki,  xalqın  nə  danışdığını  eşitsin  və  onların  real  olaraq  nə 
düşündüklərindən  hali  olsun.  Ən  məşhur  hekayətlərdən  birində 
dənizdəki  balıqçının  öz  torunda  iri  dəmir  qazanı  çıxardığı 
göstərilir.  O,  sahilə  çıxdıqda  gördü  ki,  qazanın  metal  səthinə 
Solomonun  möhürünün  üçbucağı  nəqş  olunmuşdu.  Təbii  olaraq 
çox  şeyə  maraq  göstərən  balıqçı  qazanı  açdı  və  birdən  ondan 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 97 
 
qalxan  qara  buxar  bütün  göy  üzünə  yayıldı.  Beləliklə  o,  görünə 
bilənlərin  hamısını  qaranlığa  qərq  etdi.  Buxar  yenidən  cin 
formasındakı monstra çevrildi və balıqçıya dedi ki, o, Solomonun 
qazanında  dustaq  edilmişdi.  And  içmişdi  ki,  kim  onu  azad  etsə, 
onu  varlandıracaqdır.  Beş  yüz  ildən  sonra  o,  and  içmişdi  ki,  öz 
xilaskarını  hakimiyyətlə  mükafatlandıracaqdır.  Min  illərin 
əsirlindən  sonra,  o,  and  içmişdi  ki,  kim  onu  azad  etsə,  onu 
öldürəcəkdir.  Beləliklə,  cin  dedi  ki,  balıqçı  ölməyə  hazırlaşsın. 
Lakin  balıqçı  ona  dedi  ki,  inanmır  ki,  cin  həqiqətən  qazanın 
içindəydi və beləliklə ruh bunu sübut etmək üçün özünü əvvəlki 
buxov  vəziyyətinə  çevirdi  və  yavaş-yavaş  spiral  qaydasında 
hərəkət  etməklə  qazanın  içinə  girdi.  Bu  vaxt  balıqçı  qazanın 
qapağını  bağladı.  Bu  uşaqlar  üçün  səfeh  bir  nağıl  kimi  görünə 
bilər,  okkultistlər  üçün  isə  bu,  ezoterik  biliklərlə  bir  yerdə 
qablaşdırılmışdır. “Cin” sözü “gizlətmək” demək idi və təfsilatına 
varan  nəzəriyyə  və  praktikada  o  demək  idi  ki,  dağılmış  evlərdə, 
quyularda, körpü altında gizlənir. Cin alovdan və havadan ibarət 
olmaqla,  mələklərdən  və  şeytanlardan  aşağıda  dayanır.  Cin 
barədəki  rəvayətlər  ərəb  xalqları  arasında  fəal  şəkildə  yayılırdı. 
Bundan əlavə amumetlərdə (həmayillərdə), üzüklərdə və daşlarda 
ruhların və demonların dustaq edilməsi, Solomonun möhürü kimi 
sehrli  cisimlərdən  istifadə  edilməsi  də  yaxşı  məlum  idi.  Orta 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 98 
 
əsrlərdən  belə  biliklər  vasitəsilə,  onların  çoxu,  əlbəttə  ki,  ərəb 
mənşəli  idi  və  xüsusən  də  astroloji  mənasına  görə  talismanlara 
(tilsimlərə)  aid  olmaqla  məşhur  kolleksiyalarda  toplanmalı  idi. 
Cəlaləddin  Rumi  “Mövlanə”  adlanırdı,  bu  isə  “Bizim  müəllim” 
mənasını  verir.  O,  islam  mistitsizminin  –  böyük  Sufinin  fars 
dilində  yazan  şairi  idi.  Onun  məşhur  lirik  və  didaktik  poeması 
olan  “Mənaveyi  məsnəvi”  (“Ruhi  beytlər”)  elə  populyarlıq 
qazanmışdı  ki,  onu  “Persiyadakı  Quran”  adlandırırdılar. 
Müsəlman  mistik  fikir  və  ədəbiyyatı  isə  bu  dinə  sitayiş  edən 
müxtəlif  xalqların  dillərində  yazılmaqla,  demək  olar  ki,  saysız-
hesabsız  idi.  Rumi  sarayın  ən  böyük  şairlərindən  birinə 
çevrilmişdi.  O,  hələ  uşaq  olarkən  biliyi  ilə  hamını 
təəccübləndirmişdi.  Altı  yaşında  oruc  tutmağa  başladı  və  bu 
vaxtda da həmçinin o, gözünə görünənləri seyr etməyi bacarırdı. 
Rumi  daim  insanların  heyvanlardan  daha  ambisiyalı  olduğuna 
etiraz edərək, qeybə çəkildi. Adamlar qorxudan qışqıran vaxt, o, 
qəflətən  onların  arxasından  yenə  üzə  çıxdı.  Onun  gözlərində 
qeyri-adi  baxış  var  idi  və  dedi  ki,  yaşıl  əbası  olan  ruhlar  onu 
kənara,  digər  dünyalara  apardılar.  Yaşıl  əbalılar  Əl-Xıdırın 
kölgələri  ola  bilərdi,  yaşıl  biri  qüdrətli  varlıq  olmaqla,  vaxt 
gələndə  maddiləşməyə,  həmçinin  maddiləşməni  ləğv  etməyə 
qadir olacaqdır. 37 yaşlı Ruminin həyatında mühüm rol oynayan 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 99 
 
həlledici  bir  hadisə  baş  verdi,  o,  Konyanın  küçələrində  dolaşan 
dərviş, müqəddəs adam hesab edilən Şəmsəddin (“Dinin günəşi”) 
Təbrizi ilə görüşdü. Şəmsəddinin heç bir ənənəvi mistik qardaşlıq 
cəmiyyəti  ilə  əlaqəsi  yox idi.  Bu  qəribə  dərviş  şeyxləri  və  digər 
nüfuzlu  din  adamlarını  təhqir  etmək  sahəsində  özünəməxsus 
şəkildə  ad  qazanmışdı,  çünki  onu  Allahdan  başqa  heç  kəs  idarə 
etmirdi.  Cəlaləddinə  isə  Şəms  Təbrizinin  təsiri  böyük  oldu,  ona 
ilahi  aliliyin  və  gözəlliyin  sirrlərini  açdı.  Bir  və  ya  iki  ay  onlar 
meditasiya  etdilər  (gərgin  düşünmə  ilə  məşğul  oldular).  Rumi 
şagirdlərindən  və  ailəsindən  ayrı  düşmüşdü,  onlara  laqeydlik 
göstərirdi. Buna görə də onlar Şəmsini şəhəri tərk etməyə məcbur 
etdilər.  Bu  Cəlaləddini  çox məyus  etdi  və  Şəmsi  geri  qaytarıldı. 
Lakin  ailəsi  Cəlaləddinin  sevdiyi  bu  adamla  yaxınlığına  dözə 
bilmirdi.  Belə  bir  şəraitdə,  ilk  görüşlərindən  üç  il  sonra  Şəmsi 
həmişəlik qeybə çəkildi, onu öldürmüşdülər. Rumi ağlayırdı, ağı 
deyirdi, bədəncə xeyli zəifləmişdi. O, artıq sərgərdan idi. Bir gün 
küçədə  gəzəndə  zərgər  dükanının  yanından  keçirdi,  bu  vaxt 
çəkicin  qızıla  vurulan  ritmik  zərbələrini  eşitdi.  Rumi  Allahın 
adını  təkrar  edib,  sonra  qəflətən  ekstazda  fırlanmağa  başladı. 
Sufilərin Mövlanə və ya fırlanan dərvişlər ordeni beləcə yarandı. 
Fırlanma  rəqsi  “Səma”  rəqsi  adlanır  və  bugünkü  Türkiyədə  də 
rəmzi  dərviş  rəqsi  kimi  ifa  edilir.  Məhəbbət  təcrübəsi  Rumini 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 100 
 
şairə  çevirmişdi.  O,  təbiətdə  “Dinin  günəşinin”  şüalanan 
gözəlliyinin  əksini  tapırdı.  O,  çox  vaxt  öz  şeirlərini  rəqslə 
müşayiət  edirdi.  Onun  əsərləri  mistiklər  və  öz  şagirdləri 
tərəfindən  geniş  miqyasda  oxunurdu.  “Məsnəvi”  sufizmin  bütün 
müxtəlif  cəhətlərini  açıb  göstərirdi.  Bu  əsər  ilahi  məhəbbət 
təcrübəsini  ifadə  edirdi.  Ruminin  poeziyasında  hər  kəs  mistik 
təcrübələrin  başlıca  bəşəri  ifadəsini  tapa  bilərdi.  Ərəblərin 
füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm valeh edir, həm 
də  dəhşətə  gətirirdi.  Səyyahların  gətirdiyi  təəccüblü  xəbərlər 
ondan  ibarət  idi  ki,  ərəblərin  qiymətli  metallardan  düzəldilmiş 
möcüzəli mexaniki bağı vardır və orada mexaniki quşlar uçur və 
oxuyurlar.  Onların  arasında  böyük  qızıl  ağac  durur,  təəccüblü 
qaydada  qiymətli  daşlardan  olan  meyvələr  gətirir  və  onlar 
planetləri  təmsil  edirlər.  Çoxlarına  bu  möcüzələr  ölülər  dünyası 
kimi  görünürdü,  onlar  sehrin  və  elmin  arasındakı  sərhədlərdə 
mövcud  idi.  Ən  azı  buna  müəyyən  izah  1936-cı  ildə  Bağdadda 
edilən  qəribə  kəşf  vaxtda  verildi.  Alman  arxeoloqu  Vilhelm 
Koeniq  qədim  saray  drenaj  arxını  qazanda  bilavasitə  elektrik 
batareyası kimi bir şey tapdı. Bunun düzəldildiyi dövr erkən orta 
əsrlərə  gedib  çıxırdı.  Kolleqası  onun  dəqiq  oxşarını  yaradanda 
gördülər ki, bu qızılla gümüş qatından ibarət olsaydı,  yarım saat 
ərzində elektrik cərəyanı əmələ gətirməyə qadir olardı. 802-ci ildə 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 101 
 
Harun  ər  Rəşid  Qərbin  imperatoru  Şarlemana  (Böyük  Katrla) 
ipəklər, sarı mis şamdanlar, ətirlər və fil sümüyündən düzəldilmiş 
şahmat  göndərmişdi.  O,  həmçinin  hədiyyə  kimi  fil  və  su  saatı 
göndərmişdi.  Bürünc  şarlar  vazanın  içərisinə  düşəndə  saatları 
bildirirdi, bu vaxt kiçik mexaniki cəngavərlər isə xırda qapılardan 
çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb elminin yüksək səviyyəsi 
və  öz  imperiyasının  da  gələcəkdə  buna  nail  olması  barədə 
təəssürat yaratmalı idi.  
 
Əgər  üç  nəslə  aid  olan  fransız  kralları-  Şarl  Martel,  Pipin  və 
Şarleman  olmasaydı,  islam,  xristianlığı  yer  üzündən  silib  ata 
bilərdi.  742-ci  ildə  anadan  olan  Şarleman  Longinusun  nizəsini 
miras  kimi  götürmüşdü,  bu  nizə  İusus  Xrist  çarmıxa  çəkiləndə 
onun böyrünü deşmək üçün istifadə olunmuşdu. Şarleman bu nizə 
ilə  yaşayır  və  yatırdı,  inanırdı  ki,  silah  gələcəyi  qabaqcadan 
görmək və öz taleyini həll etmək üçün ona qüvvə verəcəkdir. lX 
əsrin birinci onilliyində o, müsəlmanlar üzərində qələbə çaldı. 
Şarleman  aldadıcı  fiziki  görkəmə  malik  idi.  Yeddi  fut  (213  sm) 
hündürlüyündə  olmaqla,  parlayan  mavi  gözləri  var  idi,  lakin  o, 
sadə,  mülayim  adətlərə  malik  adam  idi,  həm  də  öz  iradəsini, 
taleyinin gedişi istiqamətinə yönəldə bilirdi. İslam müdaxiləsi ilə 
üz-üzə gələndə o, Xristian düşüncəsini qorumaqla yanaşı, həm də 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 102 
 
öz xalqını pozulmaqdan və tiran xasiyyətli kübarlardan mühafizə 
edirdi.  Şarl  Monteskyo  özünün  “Qalunların  ruhu  haqqında”  adlı 
məşhur əsərində onun şəxsiyyətinə çox yüksək qiymət verir. 
Şarlemanın 770-ci ildə əsasını qoyduğu “Müqəddəs Vehm” və ya 
“Azad  hakimlərin  gizli  tribunası”  özünü  həsr  etməməyi  istisna 
etmək  üçün  gizli  rəqəmlərdən  və  işarələrdən  istifadə  edirdi. 
Bəzən  işığın  gizli  əsgərləri  kimi  maskalı  adamlar  qanundan 
yuxarıda  yaşayanların  qəsrlərinin  qapılarına  çağırış  mismarlaya 
bilərdilər.  Şarlemanın  həsr  etmə  yollarının  ən  güclü  sübutu  bu 
gün də mövcud olan Axen kilsəsidir. Bura qurd qapısından girilir- 
kilsəni  şeytanın  mülkiyyətindən  çıxarmaq  üçün  hiyləgərlik  edən 
əfsanəvi  cəngavərin  adı  ilə  qapı  belə  adlanmışdı.  Bura  gələn 
adam  birinci  mərtəbədəki  qalereyadan  Qərbin  imperatorunun  iri 
taxtını  görür.  Kilsənin  mərkəzində  Şarlemanın  sümükləri  olan 
qalın  qızıl  tabut  qoyulmuşdur.  Ondan  yuxarıda  “İşıq  Tacı”  – 
nəhəng araba təkəri ölçüsündə şamdan asılmışdı. 
Şarlemanın  xristian  dünyasının  alimlərini  bir  yerə  yığması  da 
daxil  olmaqla  Harun  ər  –Rəşidin  rəqib  sarayına  çatmaq 
cəhdindəki nailiyyətləri göz qabağında idi. Ən böyük alim yəqin 
ki, Alkuin idi, o, İngiltərənin York şəhərindən idi. Britaniyalıların 
bu əlaqəsi gizli tarixdə mühüm əhəmiyyət daşıyırdı. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 103 
 
Xristianlar  Qraal  kubokunu  tapmağa  çalışırdılar.  Erkən  alman 
versiyasına  görə  Qraal  daşdan  idi.  Əlbəttə  bu,  kubok  ölçüsündə 
Lutsiferin alnına düşsəydi onun dəydiyi də daşa çevriləcəkdi. Bu 
kubokda  Xristin  qanı  saxlanırdı,  çarmıxda  olanda  onun 
bədənindən  tökülən  qanı  yığmaq  üçün  istifadə  edilmişdi. 
Müqəddəs Qraalın sirri  heç də qan xətti  kimi təmsil  olunmurdu, 
yəqin ki, reinkarnasiya ezoterik təliminə qarşı idi. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin