Şarleman 814-cü ildə öləndə onun imperiyası tezliklə parçalandı.
Lakin bu gün birləşmiş Avropanın yaşayan idealı kimi yenidən
həyata qayıtmışdır. Kral Artur kimi bəlkə də o, heç vaxt
ölməmişdi, lakin vaxtında ehtiyac olanda onun qayıtması
gözlənilir. Bu necə də Şiələrin təlimində mövcud olan 12-ci
İmamın-Mehdinin, İmam Zamanın gələcəkdə zühur etməsi
barədəki ümidlərə bənzəyir.
Həmin dövrlərdə canlı islam təsiri, o cümlədən onun spiritual
hissəsi Toledodaki və Siciliyadakı elmi mərkəzlər vasitəsilə
Avropaya axmaqda davam edirdi. Matematikanın, həndəsənin və
təbiət elmlərinin öyrənilməsi ərəb dilindən olan tərcümələrdən və
astronomiya və astrologiya ilə yanaşı Aristotelin əsərlərinin
saxlanılmasından və yayılmasından ilhamlanırdı. Şimala tərəf
yayılaraq, Avropada islam modelinə əsaslanan ilk universitetlərin
formalaşmasına aparırdı. Bu həmçinin Qotika arxitekturasında
www.kitabxana.net
– Milli Virtual Kitabxana
104
arabeskaların
(həndəsi
fiqurlardan
və
üslublaşdırılmış
yarpaqlardan, güllərdən və sair ibarət olan mürəkkəb ornament
növü) yaranmasına gətirib çıxardı, bu memarlıqda məscid
arxitekturasındakı dolaşıq bitki formalarının təsiri aydın
görünürdü.
Tampliyerlər. Fransisk. Janna D`Ark
Türk müsəlmanları 1076-cı ildə Yerusəlimə nəzarəti əldə etdilər
və xristian zəvvarları təqib etməyə başladılar. Səlibçilər
Yerusəlimi azad etsələr də, sonra yenidən itirdilər. 1-ci və 2-ci
Səlib yürüşləri arasında yaranan tampliyerlər xristianlığın səs-küy
salan dəstələrinə çevrildilər. Tampliyer (Məbəd) Rıtsarları və ya
Xristin və Solomon məbədinin kasıb əsgərləri ordeni onların
bütöv adı idi. Onlar paltarlarının altından qoyun dərisindən tikilən
şalvar geyinirdilər, bu onların bəkarətinin rəmzi idi və onlara
saqqallarını qırxdırmaq qadağan olunmuşdu. Onların özlərinin
qılıncdan savayı heç nəyi yox idi, bütün mülkiyyət ümumi
xarakter daşıyırdı. Onlar heç vaxt düşməndən mərhəmət
gözləmirdilər, yalnız üstünlük üçün birə nisbətində olduqda geri
çəkilirdilər. Hətta geri çəkilsələr də, onlar ölənə qədər daim
döyüşməli idilər. Tampliyerliyə həsl olunma mərasimləri aydın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
105
şəkildə Sufizm və Məbədin Solomon müdrikliyi daxil olmaqla,
müxtəlif ənənələrdən götürülmüşdü. Quzu öldürülürdü və onun
bağırsağından kəndir düzəldilirdi. Bu kəndir namizədin boğazına
keçirilir, bu qaydada o, həsr olunma otağına aparılırdı. O, and
içməli idi ki, ölüm ağrısı olsa da onun niyyətləri tam təmizdir və
bu vaxt namizəd bilmək istəyirdi ki, böyük müəllim okkultun
başa düşdüyü kimi onun ruhunu görə biləcəkdirmi- o, ölməyə
yaxındırmı? Namizədlər qorxulu əmrlərə dözürdülər, bura
dəhşətli demonik qüvvələrlə qarşı-qarşıya durmaq da daxil idi.
Beləliklə, onlar ölümlə qarşılaşmağa hazırlaşırdılar və sonrakı
həyatlarında və ya ölümdən sonra hər gün dəhşətlərlə üz-üzə
gəlməli idilər.
Çox sayda kübarlar ordenə qoşulduğuna görə öz mülkiyyət
hüquqlarını da ona verirdilər, ona görə də tampliyerlər müstəsna
dərəcədə vahid olanlara çevrilirdilər. Onlar kredit məktublarını
icad etdilər, beləliklə pul, quldurlar tərəfindən oğurlanmaq riski
olmadan başqasına ötürülə bilirdi. Onların Parisdəki məbədi
fransız maliyyəsinin mərkəzinə çevrildi. Müəyyən şəkildə onlar
bankların müjdəçiləri idilər, bu isə tacir siniflərinin yüksəlməsini
hazırlamaqda səmərəli vasitə rolunu oynayırdı. Tampliyerlər
həmçinin ilk ticarət gildiyasının himayəçiləri idilər. Bu isə kilsəni
və kübarlığı müstəqil etməli idi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
106
Digər böyük ordenlərdən biri Fransisk ordeni idi. Fransisk
dünyaya gələndə, orada təhkimçi kəndlilər müstəsna
yoxsulluqdan əziyyət çəkirdilər, eybəcərləşən, hər şeydən
məhrum olan cüzam xəstələrinə isə bütünlüklə nifrətlə
yanaşılırdı. Varlı din xadimləri təhkimçilər hesabına firavan
yaşayırdılar və onlarla razılaşmayanları təqib edirdilər.
1206-cı ildə Fransisk İtaliyanın Assizi şəhərində 20 yaşlı varlı
gənc idi. O, qayğısız və rəhmsiz həyat sürürdü, çətinliklərlə
üzləşməkdən qaçırdı, cüzam xəstəsini görəndə burnunu tuturdu.
Burada prins Siddharthanın həyatı ilə müqayisə də düzgün
olmazdı.
Bir gün o, atını çapanda, atı qəflətən kişnədi və o, aşağı baxanda
cüzamlı adamı gördü. Atdan düşüb, qabaqcadan tanıdığı
cüzamlının qanlı əlini qucaqladı və onun irinli yanaqlarından və
dodaqlarından öpdu. O, hiss etdi ki, cüzamlı öz əlini geri çəkir,
Fransisk ona baxanda, cüzamlının yoxa çıxdığını gördü. O, bilirdi
ki, Müqəddəs Pavel Dəməşqə gedəndə yolda gözlənilmədən
qarşısına çıxan Xristlə görüşmüşdü. Fransiskin həyatı və fəlsəfəsi
aşağı tərəfə döndü və içinə nüfuz etdi. O, aydınlaşdırmağa başladı
ki, “İncil”lər yoxsul həyatını, başqalarına kömək etməyə özünü
həsr etməyi lazım bilir, “nə qızıla, nə gümüşə, nə kisəsindəki
pula, səyahət edəndə nə çantaya, nə iki pencəyə, nə ayaqqabılara”
www.kitabxana.net
– Milli Virtual Kitabxana
107
malik olmağı əksinəməsləhət görmür. O, görməli idi ki,
yoxsulluq heç nəyin olmamasıdır, heç nəyi arzu etməməkdir, həm
də həqiqi azadlıq ruhunda olan bütün şeylərə malik olmaqdır. O,
bunu görməyə gəlib çıxmalı idi ki, cisimləri sınamaqdansa, özünü
sınamaq vacibdir. Bizim malik olduqlarımız adamı ondan
yapışmağa məcbur edir və həyatımızı idarə etmək təhlükəsi
yaradır.
Kilsədə təsvir olunan çarmıxdan bir səs ona deyirdi: “Get,
Fransisk mənim evimi təmir et, gördüyün kimi o xaraba
qalmışdır”. Fransisk üçün bu sınaq nə deyiləsi, nə də qarşısı
alınası deyildi. O, öz təbiətinin, onun maddi ölçülərində heyvan,
bitki təbiətinə çevrildiyini gördü. Həmin heyvanlar ona qəribə
şəkildə cavab verdilər. O, xahiş edəndə sisəy oxuyurdu, quşlar
onun möcüzələrini dinləməyə yığışırdı. Bu vaxt quduz canavar
dağdakı kiçik şəhərə ziyan vuranda, Fransisk onunla görüşməyə
getdi. Canavar Fransiskinin qabağına qaçdı, ona əmr edəndə ki,
bir də heç kəsə zərər vurma, canavar onun ayaqları altına uzandı.
Bir neçə il sonra canavarın skeleti tapılanda, onu kilsənin
döşəməsinin altında dəfn etdilər.
Həyatının sonuna yaxın Fransisk La Verna dağı üzərində
meditasiya edirdi, özünün guşənişin zirzəmisindən kənarda dua
edirdi. Qəflətən bütün göy üzü işıqla parıldamağa başladı və altı
www.kitabxana.net
– Milli Virtual Kitabxana
108
qanadlı Serafim ona göründü. O, anladı ki, İisus Xrist yeni
missiya barədə ona xəbər göndərmişdir.
Müqəddəs Fransiskin ölümündən sonra onun yaratdığı ordendə,
fransiskanlarda narahatlıqlar başladı. Mülkiyyətə malik olmaq və
pul ələ keçirməyə görə Papa ordendən müstəsna məsuliyyət tələb
etdi. Qardaşların çoxu buna Müqəddəs Fransiskin görməsinə
zorakılıq kimi baxdı və onlar spiritual fransiskanlar adlanan
parçalanmış qruplar yaratdılar. Beləliklə, Müqəddəs Fransiskin
ardıcılları təqib edilməli, ovlanmalı və dinsizlər kimi öldürülməli
idi.
1193-cü ildə anadan olan Albertus bakirə Mariyanın onun gözünə
görünməsindən ilhamlanmasına qədər tənbəl və səfeh uşaq idi.
Lakin o, öz təhsilinə çox ciddi yanaşdığından tezliklə Avropanın
ən məşhur filosofuna çevrildi. O, Aristotelin elmini, fizikanı,
təbabəti, arxitekturanı, astrologiyanı və əlkimyanı öyrəndi. O,
həmçinin okkultist texnikaların istifadə etdiyi yerin təkindəki
metalların ilahi təmsilinin metodlarından da faydalanırdı.
Belə deyirlər ki, o, Android adlandırdığı qəribə avtomat
düzəltmişdi. Bu avtomat danışmaq, güman ki, hətta düşünmək və
öz sərbəst iradəsi ilə hərəkət etmək qabiliyyətinə malik idi. O sarı
misdən və digər metallardan hazırlanmışdı, bu metallar isə göy
cisimləri ilə öz sehrli əlaqələrinə görə seçilmişdi. Albertus onu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
109
canlı olmaq üçün düzəltmişdi. Bu canlılıq sehrli inkarnasiyanın
onun içərisinə daxil olması və dualarla nəfəs alma yolu ilə
meydana gəlməli idi.
Albertus özündən 33 yaş kiçik olan Tomas Akvinasın ruhi
bələdçisi oldu. Bu belə görünür ki, Tomas öz müəlliminin
Androidini qırıb dağıtmışdı. Akvinas Paris universitetinə
gəlmişdi ki, öz müəlliminin rəhbərliyi altında Aristoteli öyrənsin,
lakin o, kəşf etməli idi ki, böyük aristotelçi faktiki olaraq
müsəlmandır. Averroes (İbn Ruşd) sübut edirdi ki, Aristotel
məntiqi, xristianlığı bir cəfəngiyat kimi göstərir.
Akvinas gizli tarixdə açar şəxsiyyət idi, çünki onun Averroes
üzərində böyük intellektual qələbəsi, Avropanın bir neçə yüz il
bundan əvvəl elmi materializmə düçar olmasının qarşısını
almışdı. Akvinas ilk dəfə çörək və şərabın bir substansiyadan
(İisus Xrist axırıncı şam yeməyində şagirdlərinə çörəyin onun
bədəni, şərabın isə onun qanı olduğunu demişdi) digərinə
keçməsi barədə doktrinanı formalaşdırdı. Onun yazdığı kimi, bu
əlkimyəvi proses olmaqla, onda çörək substansiyaları dəyişilir və
paralel substansiya dəyişilməsi prosesi həm də insan bədənində
gedir. Messa heç də ağılı tam yeni çərçivəyə gətirmir, yeni tərif
bunu daha yaxşı edir, yalnız həyatı fizioloji dəyişmə kimi
xarakterizə edir. Akvinas bu doktrinanı irəli sürəndə, həmin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
110
dövrdə Qraal da geniş şəkildə dolaşırdı. Onlar müxtəlif
metodlarla eyni prosesi təsvir edirdilər.
Rocer Bekon Akvinasla düşmən olması ilə yanaşı, belə bir alimi
Aristoteli yalnız tərcümədə oxuya bildiyinə görə ələ salırdı.
Onların hər ikisi Eranın böyük impulsunu təmsil edirdi.
Bekon deyirdi ki, “eksperimentsiz heç nəyi bilmək mümkün
deyildir”. 1250-ci illərdə Oksforddakı gənc alim Rocer Bekon
ondan xeyli əvvəl Pifaqorun etdiyi kimi qərara aldı ki, bilməli
olduğu hər şeyi o bilməlidir. O, istəyirdi ki, Harun ər-Rəşidin
sarayında tanınan bütün amilləri bütünlüklə öz ağlına toplasın.
Bekon Fransiskan idi, bu ordenin yaradıcısı kimi o da kasıblar
üçün, mülkiyyəti olmayanlar üçün daha yaxşı, təmiz və rəhmdil
bir dünya arzulayırdı.
Bekon “Əlkimyanın güzgüsü” adlanan traktatını yazmışdı,
Kabalanın böyük alimi Müqəddəs Ceromun dediyini yada salırdı:
“Sən tam ağıla sığmayan, imkanın bağladığı bağlardan uzaqda
olan çox şeyi tapacaqsan, bu onların hamısı üçün düz olandır”.
1274-cü ildə Florensiyada yaşayan gənc Dante ilk dəfə gözəl
Beatriçanı gördü. Bu ilk baxışdan məhəbbət idi, həmçinin ilk vaxt
idi ki, kimsə ilk görüşdən vurulur. Gizli cəmiyyətlərin
salnaməsində bu böyük və mühüm tarixi həqiqətdir. Pindarin və
www.kitabxana.net
– Milli Virtual Kitabxana
111
Sapfonun (qədim yunan lirik şairi və şairəsi) odaları romantik
sevginin ifadələri idi.
Dante “Komediya”sında (ölümündən sonra bu poema “İlahi
komediya” kimi məşhurlaşdı) o qızın gözləri tərəfindən bu
bütünlüklə udulan varlığın sensasiyasını təsvir edir və deyir ki, o
gözlərdən götürdüyü məhəbbət yükü onu cənnətə apardı. Yenə də
bu heç də sadəcə poetik təxəyyül deyildi. Dante və Beatriça başqa
adamlarla ailə qurdu və bu qız gənc yaşında həyatdan getdi. Biz
bu gün romantik məhəbbət barədə onun mistik kədər və tale hissi
ilə düşünürük. Belə hissiyyatın bütünlüklə İslamın mistik
qıcqırmasından çıxarıldığı güman edilə bilərdi. Sufi təriqəti
əvvəllər heç vaxt yaşanmayan hissiyyatı ifadə edirdi və beləliklə,
hər kəs üçün şərait yaradırdı ki, bunu özü hiss etsin.
Avropada islam işğalı daha çox İspaniyada ömür sürdü. O vaxtlar
Mavr
İspaniyasının
parlaq
sivilizasiyası
(Əl-Əndəlus
mədəniyyəti) Şimala doğru yayıldı, dünyanın başqa hissələrinə,
birinci növbədə Fransanın cənubuna yol aldı.
On ikinci əsrdə Provans və Lanqedon Avropada ən
sivilizasiyalanmış regionlara çevrildilər. Trubadurlar adlanan
Provans şairləri ərəb-əndəlus poetik formalarına uyğunlaşdılar,
onların erotik şöhrətindən ilhama gəldilər. Trubadurlar məhəbbəti
www.kitabxana.net
– Milli Virtual Kitabxana
112
daha açıq və daha çılğın şəkildə ifadə edir, əslində bu ilahi
vurğunluqdan cuşa gəlməyə həsr olunmuş himnlər yazırdılar. Bu
yolla onlar dini məhdudiyyətləri də nəzərə almırdılar. Əgər Sufi
şairi Şeyx Abdulla Ənsari “Ey Allah, sənin məhəbbətinin şərabı
ilə mən sərxoş oldum yazırdısa, trubadur şairləri məhəbbət
səhnələrindən
ağıllarını
itirdiklərini
etiraf
etməkdən
çəkinmirdilər. Trabudur ədəbiyyatı həsr edilmə ilhamları ilə dolu
idi. Məşhur “Bülbül və Qızıl gül” əhvalatında quş ilahiliyi çox
arzulayan insan ruhunu təmsil edirdi.
Sonralar Dantenin də əsəri müxtəlif səviyyələrdə oxunmaq üçün
yayılmışdı. Bu səviyyələr astroloji, kosmoloji, əxlaq, hətta bəzən
deyirdilər ki, əlkimyəvi xarakter daşıyır.
On iki, on üç yaşında Fransada, sıx meşələri olan Luara vadisində
sadə kənd evində yaşayan bir qız uşağı səsləri eşitməyə və
görmələri sezməyə başladı. Böyük mələk Mixail Jannaya
göründü və ona dedi ki, ruhi bələdçilərə malik olacaqdır. Qız
onunla getməyə həvəs göstərmirdi, deyirdi ki, yaxşısı budur anası
ilə parça toxumaqla məşğul olsun. Lakin səslər təkidini artırırdı.
Onlar qıza dedilər ki, bu onun missiyasıdır. İngilis ordusu ölkəyə
müdaxilə edib, Orlean şəhərini tuta bilərlər. Onlar qıza dedilər ki,
Şinon şəhərinin yaxınlığına getsin ki, orada Fransa tax-tacının
www.kitabxana.net
– Milli Virtual Kitabxana
113
varisi olan Dofini (prinsi) tapsın və onu taclandırmaq üçün
Reyms kafedral kilsəsinə aparsın.
Janna Dofinin sarayına gələndə hələ də uşaqdan bir az böyük
görünürdü. Dofin ona hiylə qurdu, əyanlarından birinə icazə verdi
ki, taxtda otursun, özünü Dofin kimi qələmə versin. Lakin Janna
oradan keçib, birbaşa Dofinə müraciət etdi. Janna onu inandırdı
ki, ona ağ at və ağ zirehli paltar versin. Qız bunu geyinib, altı
gün, altı gecə at belində fasiləsiz yol getdi.
Jannanın gözünə kilsədə gizlədilən qılınc göründü. Tarixdə bəzi
hallarda göründüyü kimi ruh dünyasından olan böyük varlıqlar öz
qüvvələrini xüsusi fərdlərə vermək üçün gətirirlər. Janna da bunu
inkar edə bilməzdi. Heç nə onu dayandıra bilməzdi, baxmayaraq
ki, ona qarşı olan qəribəliklər bəzi hallarda hətta məhvedici
xarakter alırdı.
28 aprel 1429-cu ildə Janna Orleanın ətrafına gəldi, bu vaxt şəhər
düşmən tərəfindən işğal olunmuşdu. İngilis qoşunları gənc qız və
onu dəstəkləyənlərin kiçik qrupu qarşısında geri çəkildilər. Yalnız
beş yüz fransız, sayı minlərlə ölçülən ingilis ordusunu məğlub
edə bildi. Bunu hətta ingilis zabitləri də bir möcüzə kimi təsvir
edirdilər.
Jannanın təkidi ilə Dofin Reymsdə Fransa kralı kimi taclandı. Bu
gənc qızın missiyası üç aydan az olan bir müddətə yerinə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
114
yetirildi. Ona öz adamları xəyanət edib, ingilislərə satdılar.
Jannaya ona gəlib çatan səslər barədə suallar verdilər. Ruhi
dünyası ilə belə dərin əlaqələr kilsəyə xoş gəlmirdi. Ona görə də
kilsə onu ifritə kimi ittiham etdi və 30 may 1931-ci ildə Janna
Fransanın şimalındakı Ruan şəhərinin bazar meydanında tonqalda
yandırıldı. İngilis əsgərlərindən biri o birisinə demişdi: “Biz
müqəddəsi yandırırıq”.
Onun haqqında ingilis fikri bu qızı düşmən hesab etməkdir. Lakin
gizli tarixin perspektivlərinə müvafiq olaraq Janna D`Arkın ilahi
qaydada ilhamlanmış fəaliyyətlərindən İngiltərə daha çox fayda
götürmüşdü. Fransa və İngiltərə yüz illərlə münaqişədə idi,
baxmayaraq ki, Jannanın vaxtında İngiltərə hərbi cəhətdən daha
qüvvətli idi, lakin mədəni cəhətdən, dilində və ədəbiyyatında
Fransa üstün mövqedə idi.
Jannanın qəhrəmanlığı olmasaydı, Fransanın və İngiltərənin,
xüsusən ingilislərin dünya tarixinə töhfəsi, Şekspirin psixoloji
realizmi və Frensis Bekonun mahiyyətcə fərqli olan tolerant
fəlsəfəsi baş verməzdi.
Ədəbiyyatın dirçəlişi.
Konkistadorların vəhşiliyi.
Frimasonluğun gizli missiyası
www.kitabxana.net
– Milli Virtual Kitabxana
115
1492-ci ildə Xristofor Kolumb Orinoko çayının mənsəbinə
çatanda, o inanırdı ki, bu Ədəmdən axan dörd çaydan biridir. O,
vətəninə yazırdı: “Bu böyük əlamətlər buranın təqribən yerüstü
cənnət olduğunu göstərir. Təkcə ona görə yox ki, müqəddəs
rəylərin və oxumuş ilahiyyatların riyazi mövqeyinə uyğun gəlir,
həm də ona görə ki, bütün digər müdriklər bunun mümkün olması
ilə razılaşırlar”.
Kolumb kraliça İzabellaya yazdığı məktubda belə bir ümid ifadə
edirdi ki, o “qızılla dolu çəllək” tapacaqdır, bu isə qadın və onun
əri kral Ferdinand tərəfindən Yerusəmimin yenidən işğal
edilməsini maliyyələşdirəcəkdir.
Ferdinand yenicə Qranadanın Mavrlardan alınmasına başçılıq
etmişdi. Ərəbləri bütünlüklə qovmaqla İspaniyanı yenidən
Kilsənin ağuşuna qaytarmışdı. Kolumb bilirdi ki, qızıl, vətənin
yaxınlığındakı və sürətlə güclənən düşmənə qarşı müharibəni
maliyyələşdirməyə sərf ediləcəkdir və əleyhinə böyük iddialar
qaldırılan düşmən isə Tampiliyerlər Rıtsarlarının ruhi varisi
adlanacaqdır.
Servantes və Şekspir isə bir-birinə tam müasirlər kimi idilər.
Yaşlı rıtsar olan Don Kixot nizə ilə külək dəyirmanlarını məhv
etmək istəyirdi. Dolu bədənli, sarımsaq çeynəyən kənd qızını isə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
116
rıstar nağıllarından gələn Dulsineya adlı gözəl kübar qızı kimi
görürdü. O, ilk anda komediya qəhrəmanı kimi görünə bilərdi.
Bir cəhətdən Don Kixot ötüb keçmiş Orta əsrlər rıtsar ideallarına
qayıtmağı təkid etməyə çalışırdı. Digər tərəfdən o, özünün “ikinci
uşaqlığına” daxil olurdu, təxəyüllərin daha real göründüyü
dövrlərə qayıdırdı.
Bəzi ispan alimləri sübut edirlər ki, Don Kixot kabalistik
“Zöhar”ın (və ya “Füsunkarlıq Kitabı”nın) alleqorik icmalıdır.
Don Kixotun nökəri Sanço Pansaya Merlin hiylə gələrək onu
inandırmışdı ki, Dulsineya tilsimlənmişdir, məhz ona görə də o,
kök kənd qızlarına bənzəyir. Don Kixotun özü açıq ürəklilik
nəticəsində səhvlərə yol verirdi. O, ispan Xristi adlanırdı və əgər
o, real olaraq yaşasaydı,, dünya tarixinə onun səyahətinin təsiri
daha böyük olardı.
Servantesin müasiri, dramaturq Ben Conson isə Uilyam Şekspir
haqqında deyirdi ki, o, “Latın dilini az bilirdi və yunan dilini
bundan az bilirdi”. Belə bir adam olduqca mükəmməl olan bu
əsərləri necə yarada bilərdi, öz dövrü üçün necə erudit ola bilərdi?
Böyük müasirlərindən çoxu Şekspirin pyeslərinin müəllifinin
Oksford qrafı Kristofer Marlou və sonradan şair Con Donn
olduğunu deyirdilər. Müəllifliyə daha populyar namizəd isə,
əlbəttə ki, Frensis Bekon idi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
117
Əgər İisus Xrist iç həyata toxum səpmişdisə, Şekspir onun
böyüməsinə kömək etdi, onu məskunlaşdırdı və bizə bu
düşüncəni verdi. Bizim hər birimiz onu daxili kosmos kimi
içimizdə gəzdiririk və o həm də zahiri kosmos kimi genişdir.
Hamlet yalnız ağlını itirmə vəziyyətində “olumun ya ölümün”
yaxşı olduğuna əmin deyildi. Bu Axillesin harayından gələn uzun
yol idi, axı o, nəyin bahasına olursa olsun, günəş işığında
yaşamaq istəyirdi. Faciə aktyorlarının çoxu indiyədək inanır ki,
“Makbet”də təhlükəli okkult formulu vardır, pyes oynanılanda bu
ona sehrli mərasim gücü verir. “Yay gecəsi yuxusu” pyesində biz
Yaşıl Meşəyə giririk, digər komediyalarda da yenidən qədim
meşələrə daxil oluruq. Biz şüurun arxaik formalarına qayıdırıq,
bunda bütün təbiət ruhlar tərəfindən canlanır. Bütün rəssamlıqda
və ədəbiyyatda fırlanan bitki adətən siqnal verir ki, biz ezoterik
səltənətə, efir ölçüsünə daxil oluruq. Şekspirin əsərləri, əlbəttə ki,
çiçək obrazı ilə dolu idi. Tənqidçilər isə çox vaxt qızıl güldən
istifadə edilməsini okkult simvolu kimi izah edirlər.
Şekspir bir tapmacadır. İisus Xrist kimi o, insan şüurunu
inqilabiləşdirir, həm də əks tarixi məlumatın izlərini, demək olar
ki, görünməz edir. Şekspirin pyeslərində Sufi məmnunluğunu bol
şəkildə görürük. Sufizm, mistik rəmz kimi qızıl gülün böyük
mənbəyidir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
118
Harun ər- Rəşidin sarayında və sonralar ərəb xalqı arasında
elmin, xüsusən matematikanın, fizikanın və astronomiyanın
irəliyə doğru böyük sıçrayışı baş verdi. Bunu ərəb xalqı ilə
ingilislər arasında olan bir dərin mistik əlaqə hesab etmək olar ki,
elmi tədqiqatın böyük ərəb ruhu yenidən Frensis Bekonla birlikdə
Dostları ilə paylaş: |