Telman Orucov “Dünyanın gizli tarixinin



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix12.02.2017
ölçüsü0,91 Mb.
#8341
1   2   3   4   5   6   7   8   9   10

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 30 
 
yürütdüyünü  gördü.  Qadın  yatanda  o,  sevimli  cütlüyün  üstünə 
hücum  çəkdi.  Osirisi  on  dörd  yerə  parçaladı  və  onları  yerin 
müxtəlif guşələrində gizlətdi. Osirisin sevdiyi qadın-Setin arvadı 
Neptis Osirisin bədənini qazıb çıxardaraq, bir yerə yığdı və arvadı 
İsida  isə  ondan  Kainatın  ağası  olan  Horu  doğdu.  Hor  böyüdü, 
atasının qətlinə görə əmisi Setdən qisas alıb, onu öldürdü. Osiris 
bu vaxt Dünyanın altında Ölülərin sahibi kimi yaşayırdı. Hor isə 
Seti taxtdan düşürüb, onun yerini tutdu. 
Digər  səviyyədə  güman  ki,  bu  həm  də  mövsümlərin  erkən  dövr 
etməsi  barədə  məhsuldarlıq  mifidir.  Sirius  ulduzunun  göydə 
görünməsi, bir neçə aydan sonra isə  gizlənməsi  qədim misirlilər 
üçün  belə  əlamət  idi  ki,  Osiris  qısa  müddətdə  yenidən  qalxacaq 
və bu hadisəyə Nilin daşması da borcludur. Ona görə də Misirdə 
Osirisə  taxıl  və  yay  məhsuldarlığı  allahı  kimi  sitayiş  edilir. 
İsidanın da çox arzulanan görünməsi də bizə Sirius kimi tanışdır. 
Sirius  göylərdəki  ən  parlaq  ulduzdur,  bitkiləri,  eynilə  həmçinin 
heyvan və insan dünyasını dirildən Nilin daşmasının simvoludur, 
deməli  tam  mənasında  həyat  və  ölüm  məsələsidir.  Piramida 
mətnlərində Osiris deyirdi ki, mən həyatın ağacıyam. 
Həmin  vaxt  inkişaf  etmiş  fiziki  gözlərə  dünya  çox  müxtəlif 
qaydada görünürdü. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 31 
 
Ovidinin  öz  “Metamorfozalar”ında  yazdığı  kimi,  bu  vaxt 
insanların  və  heyvanların  analitik  forması  bizim  gördüyümüz 
kimi  deyildi,  nəhənglərin,  hibridlərin  və  monstrların  dünyası 
mövcud idi. 
Tədricən  cisim  möhkəmlənməyə  başladı.  Kəllənin  sümük  damı 
möhkəmləndi,  Osiris  fənərini  örtdü,  beləliklə,  yuxarıdakı  böyük 
kosmik zəkanı süzgəcdən keçirdi. İnsanlar bu vaxt özləri üçün elə 
bir  məkana  malik  oldular  ki,  onun  içərisində  düşünməyi 
bacardılar. 
İnsan  şəraitinin  bu  modelinin  arxitipini  Platonun  “Mağara 
Alleqoriyası”nda  tapmaq  mümkündür.  Dustaqlar  mağarada 
zəncirlənmişdi, onların üzü divara baxırdı, ətrafı görə bilmirdilər. 
Hadisələr kənarda baş verdi, mağaranın ağzından divara kölgələr 
düşdü,  bu  dustaqların  reallığı  anlamasına  səbəb  oldu.  Fiziki 
obyektlər,  digər  tərəfdən  sadəcə  kölgələr  və  ya  yüksək  reallığın 
əksləri idi.  
İdealizmə  inanan  adam  idealistik  qaydada  təcrübə  aparır  və 
həmçinin  tarixi  prosesləri  anlaşılan  idealizm  kimi  başa  düşür. 
Platonun  Alleqoriyasında  mağara  kəllənin  sümük  daşıdır.  Kəllə 
qaranlıqdır,  sümük  otaq  ətlə  örtülmüşdür.  Gizli  doktrinaya 
müvafiq olaraq kosmos insan beynini elə qaydada yaratmışdır ki, 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 32 
 
o özü barədə düşünməyə qadir olsun. İdealist olanlar inanırlar ki, 
kainat Zəka tərəfindən zəkalar üçün yaradılmışdır. 
Dünyanın  yaranmasının  idealist  tarixi  minilliklər  dövründəki 
proseslərin və böyük hadisələrin salnaməsidir, burada Günəş, Ay, 
planetlər  və  ulduzlar  öz  yerinə  qoyulmuşdur.  Bizim  şüurumuz 
indi  elə  quruluşa  malikdir  ki,  bu  da  həmçinin  göy  cisimlərinin 
bizdən yuxarıda öz qaydasında sıralanması ilə əlaqədardır. 
Sehrli  keşişlər  inanırdılar  ki,  Osiris  Fənəri  kəllənin  sümüyü 
altında  geri  çəkilməklə,  bizə  bu  gün  tanış  olan  qozşəkilli  dəmir 
tək  öz  mövqeyini  tutmağa  başlamışdı.  İnsan  sümükləri 
bərkləşərək maddiyə çevrildi. İnsan kəlləsi bir qədər yarıyaşayan 
və yarıölüyə çevrildi.  
Gizli  doktrinanın  aksiomasında  olduğu  kimi  ölümün  başlanması 
fikrin doğulması idi. Gizli təlimə müvafiq olaraq, həyatla düşüncə 
arasında  fundamental  əkslik  vardır.  İnsanda  həyat  prosesləri 
qidanın  həzm  edilməsi,  nəfəs  alma  və  böyümə  prosesidir,  bu 
xeyli dərəcədə şüursuz işdir. Şüur, insanın düşünmək qabiliyyəti 
yeganə  xüsusiyyətdir  ki,  bu  həyatı  prosesləri  müəyyən  qədər 
yatırtmaqla,  onları  mümkün  edir.  İnsan  orqanizminin  “polad” 
qüvvələri,  hansılar  ki,  heyvanlarda  böyümək  və  bioloji 
strukturlaşdırma  üçün  istifadə  edilir,  düşünmək  üçün  lazım  olan 
şəraitlərin yaradılmasından ötəri vacib vasitə rolunu oynayır. Belə 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 33 
 
deyirlər  ki,  bu  elə  səbəblərdən  biridir  ki,  insanlar  buna  görə 
müqayisəli qaydada xəstə heyvanlardır. 
Protoinsanlar  bitki  varlıqları  olanda,  onlar  ölümlə  təcrübə 
aparmırdılar.  Heyvan  xüsusiyyətlərinə  yiyələnməyə  başladıqda 
isə ölümün dadını qabaqcadan təcrübədə görməyə başladılar. Bu, 
yuxu  görməklə  dolu  olan  yatmaq  təcrübəsinə  bənzəyirdi.  Sonra 
bir 
müddət 
onlar 
yenidən 
maddi 
dünya 
içərisində 
“oyanacaqdılar”.  İnsan  sümükləri  və  yerdə  yaşayan  bədən, 
bərkiyən  və  əyilməyən  kimi  olanda  insanlar  az  qaydada  sərbəst 
hərəkət edirdilər və bu həqiqətən də ağrı gətirən bir iş idi. Ölüm 
çağırışı o vaxta qədər daha bərkdən səslənirdi, bu, demək olar ki, 
qarşısıalınmaz labüdlüyə çevrilirdi. Yuxu ölümə bənzəyənə qədər 
dərinləşdi və sonra o ölümə çevrildi. 
Bu  vaxt  insanlar  nəticədə  həyatın,  ölümün  və  yenidən 
doğulmanın  qəddar  dövrəsinin  tələsinə  düşdülər,  bu  sikllərdə 
yaşayan  varlıqlar  ölməli  idi,  çünki  onlar  bir  yerdə  yaşayırdılar. 
Orada  ataları  ölməli  idi  ki,  öz  oğlanlarına  yol  açsınlar,  necə  ki, 
kral ölməli idi ki, cavan, daha güclü varisə yol versin. 
İnsan şəraiti çox müxtəlif səviyyələrdə dəyişilmişdi. Üçüncü Göz 
hələ  də  bu  gün  olduğundan  daha  fəal  idi  və  heç  də  rudimentar 
(orqanizmin  tarixi  inkişafı  ərzində  öz  funksiyasını  itirən  və  yox 
olmaq yolunda olan inkişaf etməmiş orqanlar belə adlanır) orqan 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 34 
 
deyildi.  Maddi  dünyanın  dərk  edilməsi  ruhi  qaydada  aydın  və 
canlı xarakter daşıyırdı. 
Qədim  keçmişin  müdrik  adamları  ölümün  fikrin  oyanması  üçün 
necə  vacib  olduğunu  başa  düşürdülər  və  ona  görə  də  onlar  dərk 
edirdilər  ki,  tarixi  proseslərdə  bu  qüvvələr  necə  də  bir  yerdə 
toxunulmuşlar. 
Bu  gün  biz  bilirik  ki,  uzaqdakı  ulduza  baxanda,  bundan  nə 
qədərsə  əvvəl  baş  vermiş  nəyisə  görürük,  çünki  aradakı  vaxt, 
ulduzdan  çıxan  işığın  yer  üzərinə  gəlib  çatması  üçün  lazım  idi. 
Qədim insanlar digər bir həqiqəti bilirdilər ki, onlar öz iradələrini 
seyr  edəndə,  həmçinin  hələ  özləri  doğulmamışdan  xeyli  əvvəl 
formalaşmış  nəyəsə  baxırdılar.  Onlar  bilirdilər  ki,  məhəbbəti 
yaşadıqda  həmçinin  gələcək  minillik  üçün  kosmosa  təsir 
göstərəcəklər. 
Biz  məhəbbəti  yaşadıqda  böyük  kosmik  qüvvələrlə  qarşılıqlı 
fəaliyyətlərdə oluruq. Şair Rilke bu həyati hadisəni təsvir edərkən 
yazırdı  ki,  “iki  adam  gecə  vaxtı  bir  yerə  gələndə  gələcəyi 
haraylayırlar”. 
Xristian mifologiyasında eyni şəxsiyyət, eyni ruhi impuls Mariya 
Maqdalinanın obrazında yenidən meydana çıxır. Biz ilkin Günaha 
batma  tarixinin  arxasınca  yollanırıq.  Görünür  ki,  Günaha  batma 
insan  ruhunun  maddi  dünyadan  əvvəl  mövcudluğa  düşməsi 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 35 
 
deyildir,  Günaha  batmaqda  insan  bədənləri  də  maddi  dünya 
bərkidikcə  bərkə  çevrilir.  Biz  Günaha  batma  dünyasında 
yaşayırıq. Xristian ənənəsində bəzən “Sofiya” adlanan müdrikliyə 
biz, yalnız qaranlıqdan və yerin şeytan zonalarından keçməklə və 
həmçinin özümüzə səyahət etdikdə nail oluruq. Qədim dövrlərdə 
İsida  yunan  müdriklik  ilahəsi  Afina  kimi  tanınırdı.  Afinanın  isə 
Pallada adlı tutqun dərili ögey bacısı vardı və onu hamıdan artıq 
sevirdi.  Bir  dəfə  onlar  Anatoliya  düzənliklərində  oynayanda 
Afinanın  diqqəti  yayındı,  bacısından  uzaqlaşdıqda  çox  qorxdu. 
Həmin  vaxtdan  o,  özünü  Afina-  Pallada  adlandırdı,  bacısının 
xatirəsini əbədiləşdirmək üçün qara ağacdan heykəlini yondu. Bu 
heykəl  Palladium  adlanır,  Anatoliya  xalqı  ilahənin  öz  əli  ilə 
yonulmuş  bu  heykəli  öz  paytaxtlarında  saxlayırdı.  Troya  isə 
dünyanın ən böyük şəhəri idi. 
Yunanlar  troyalıların  bildiklərini  bilmək  istəyirdilər.  Onlar 
troyalılara  qalib  gəldikdə,  dünya  sivilizasiyasında  rəhbərlik  rolu 
onlara keçdi. Sonralar bu, bütün şərəfi ilə Romadan aşağıda dəfn 
edildi,  o  vaxta  qədər  ki,  onda  imperator  Konstantın  paytaxtı 
Konstantinopola  keçirdi.  Bu  şəhər  dünyanın  spiritualizminin 
mərkəzinə  çevrildi.  Böyük  qüvvələr,  frimasonlar  da  bu  regiona 
nəzarət imkanını axtardılar. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 36 
 
İnsanların  digər  varlıqlarla  tam  ölçüdə  müharibəsi  gedirdi.  Bu 
varlıqlar  əvvəlki  epoxlardan  olan  mübarizlər  idi.  Neolit 
dövründəki  çaxmaq  daşı  oğurlayanlar  tayfası  olan  lapiflər  və 
kentavrlar  (qədim  yunan  mifologiyasında  yarı  adam-yarı  at) 
arasındakı  müharibə  Parfeonun  frizlərində  təsvir  olunmuşdur. 
Kentavrlar  lapiflərin  başçısının  toyuna  dəvət  edilmişdi,  lakin 
burada lapif qadınların ağ, tüksüz bədənini görəndə cuşa gəlməyə 
başladılar.  Onlar  gəlini  yerlə  sürüyüb,  özünü,  həmçinin 
rəfiqələrini  və  paj  oğlan  uşaqlarını  zorladılar.  Bunun  arxasınca 
gedən  döyüşdə  Lapif  çarı  öldürüldü  və  bundan  nəsillər  boy 
davam edən düşmənçilik başlandı. 
Sümüklər yoğunlaşdıqca, heyvan dünyası öz çəkisini hiss etməyə 
başladı.  Heyvanlar  yaşamaq  üçün  mübarizə  aparmalı  idilər. 
Bəşəriyyət  tənəzzülə  uğramaqda  davam  edirdi,  bunu  da  təbiət 
edirdi. Heyvanların dişləri və caynaqları qırmızı rəng alırdı. Şirlər 
və  canavarlar  insanlara  hücum  edirdilər.  Bitkilər  tikan 
böyüdürdülər ki, adamların bədənlərini cızsın, ona görə də meyvə 
yığmaq çətinləşirdi və zəhərli bitkilər çoxalırdı. 
Tarix  göstərir  ki,  insanlar  digər  şüur  formalarına  malik  olan 
adamları xoşlamırdılar, buna görə də onlar tolerantlığa çətinliklə 
öyrəşirdilər.  Biz  bunu  müqayisə  etdikdə,  yalnız  avropalıların 
attseklərə  münasibəti,  Avstraliyadakı  aborigenlərin  az  qala 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 37 
 
genosidə məruz qalması və ya naytsistlərin qaraçıları yer üzündən 
bütünlüklə  silmək  cəhdi  barədə  düşünməyə  ehtiyac  duyuruq. 
Yəhudilərin  hələ  Moisey  zamanından  çox  hallarda  şüurun  yeni 
formaya salınması ilə üz-üzə dayandığını görə bilərik. 
 
 
 
İnsanlar  bu  vaxt  səhv  etməkdən,  nəyisə  seçməkdən  və  onunla 
əylənməkdən  xali  deyildilər.  Bu  artıq  belə  bir  hadisə  deyildi  ki, 
insanlar  öz  bütün  ruhi  qidalanmasını  Ana  Yerin  südlü,  şirə  ilə 
dolu  olan  döşlərindən  alsın.  Təbii  hüquq  və  əxlaqi  hüquq  artıq 
heç  də  eyni  şey  deyildi.  Adamlar  yaşamaq  üçün  mübarizə 
aparırdılar və özlərini çox vaxt dözümlüyünün hədlərində uzanan 
kimi görürdülər. Onlar kəşf etdilər ki, irəli aparan yol daim ölüm 
təhlükəsi  törədə  bilərdi,  lakin  əgər  bu  yolu  tutmasalar  da, 
istənilən halda onlar öləcəkdilər. Bu vaxtdan onlar riskə getməli 
oldular.  Bu  risk  nəyisə  qiymətləndirməkdən  ibarət  idi.  Uzaqda 
müəyyən nöqtə var idi, heç bir geri dönmə imkanı yox idi. Onlar 
kəşf  etdilər  ki,  bu  nöqtəyə  çatmalıdırlar.  Dünya  qaranlığa 
büründü, paradoks məkanına çevrildi, burada əksliklər görüşürdü 
və bu insan üçün ağrılı idi, dünya isə qəhrəmanlığa çağırırdı. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 38 
 
Qədim yunan mifologiyasında əjdahanı öldürən qəhrəman Kadm 
öz  bacısı  Yevropanı  axtarırdı.  Yevropanı  isə,  özünü  ağ  öküz 
maskası altında gizlədən Zevs aparmışdı. Qəhrəman Kadm tütəyi 
götürüb  çoban  kimi  maskalandı  və  yaralı  Tifon  üçün  tütək 
çalmağa yollandı. Bundan əvvəl heç vaxt musiqi eşitməmiş Tifon 
yeni  qəribə  səsi  eşitdikdə,  trans  vəziyyətinə  düşdü.  Kadma  isə 
lirasının sınmış simi  üçün vətər lazım idi. Tufan Zevsin  vətərini 
ona  verdi,  axı  o,  ağzından  od  tüpürə  bilirdi,  Zevs  onu  ildırımla 
vurmaq  istəsə  də,  buna  nail  ola  bilməmişdi.  Kadm  öz  çoban 
komasına  geri  qayıtmaq  istədiyini  dedi,  orada  o,  öz  lirasına  sim 
çəkməli  idi.  Beləliklə,  Zevs  öz  vətərlərini  geri  aldı,  monstru 
təəccübləndirə və ona qalib gələ bildi. Mühüm cəhət orasındadır 
ki,  Zevs  yalnız  qəhrəmanın  köməyi  ilə  xilas  oldu.  Allahlar  artıq 
insanlara möhtac idi. 
Bu gün əgər biz gözəl qadına vurulmuşuqsa, gözəlliyi, böyük ruhi 
müdrikliyin  əlaməti  kimi  yaxşı  görə  bilərik.  Biz  gözəl  gözlərə 
baxanda, yəqin ki, ümid edə bilərik ki, burada həyatın özünün ən 
vacib  sirrini  tapacağıq.  Herkulesin  Deyaniraya,  Ariadnanın 
Teseyə  ya  Yasonun  Medeyaya  məhəbbət  əhvalatları  göstərir  ki, 
adamlar  arasında  ruhi  əlavə  artıq  dumana  bürünmüşə 
çevrilmişdir.  Bu  vaxt  gözəlliyin  gözlərinə  baxmaq  və  orada 
gördüyümüzdən aldanmaq imkanı mövcud oldu. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 39 
 
Qədim  insanlara  görə,  yer  üzərində  baş  verən  hər  bir  sadə  şey 
ulduzların  və  planetlərin  hərəkətləri  ilə  idarə  olunur.  Daha  çox 
sayda hekayətlər bu “poetik” nümunələri, həqiqi və daha realistik 
mətnləri əmələ gətirdi. Bu qəhrəmanlar isə sadəcə metaforalar idi. 
Onlar monstrlarla və demonlarla vuruşanda, əks qüvvələr öz şəxsi 
varlıqlarını,  pozulmuş  insan  canını,  bəşər  beyninin  qaranlıq 
labirintini  sirayətləndirirdilər.  Lakin  onlar  həm  də  canı  və  qanı 
olan real monstrlarla vuruşurdular. 
“Köhnə  Vəsiyyət”də  İöv  yaxşı  adam  kimi  xarakterizə olunur, o, 
bütün  pullarını  itirmişdi.  Onun  oğlanları  və  qızları  öldü,  o, 
tamamilə  tənha  qalmışdı.  Bədəni  taun  çibanları  ilə  örtülmüşdü. 
Bu qaydada zərərli olanlar artırdı. 
O,  ilk  bəşər  varlığı  idi  ki,  hətta  ən  vacib  və  həqiqi  dərin  fikir 
barədə  düşünürdü.  “Həyat  ədalətsizdir”  deyə  düşünərək,  İov 
itaətsizliklə, göylərə haray çəkirdi. 
Dil bizi dünyanı dolaşmağa sövq etməyə qadir idi. Dil bizə fiziki 
mövcudluq  adlandırandan  geri  çəkilməyə  kömək  etdi.  Dil  bizi 
üstünlüklərə  apardıqca,  dünyanı  daha  soyuq,  daha  qaranlıq  və 
daha  hiylə  yeri  etdi.  O,  həmçinin  bizi  qeyri-sağlam,  az  gümrah 
etdi. Beləliklə, dil özü ilə yeni növ şüur gətirdi. Bu vaxt dil İovu 
geri addım atmağa qadir etdi,o, şüurlu olmayanları nəzərə almağa 
başladı.  Həyat  ədalətsiz  idi.  Lakin  Allah  İovu  belə  az  başa 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 40 
 
düşməyinə görə məzəmmət etdi: “Mən Yerin əsasını qoyanda sən 
haradaydın?  Bəs  dan  ulduzları  birlikdə  şərqi  deyəndə  və  bütün 
mələklər  sevincdən  qışqıranda?  Dənizin  mənşələrinə  sən 
girmisənmi,  yaxud  dərinliyin  dərinliklərində  gəzmisənmi?  Sənə 
ölümün  qapıları  açılmışdımı?  Günəşin  harada  yaşadığını  və 
qaranlığın haradan gəldiyini bilirsənmi?” İovu, biz gözəl yuxudan 
ayılmaq vaxtı malik olduğumuz hiss xilas etdi. 
Bu  gün  “apokrif”  sözü  alçaldıcı  bir  assosiasiya  daşıyır,  əslində, 
isə  gizlədilən  –  və  ya  ezoterik  mənasını  verir.  (Apokrif  Bibliya 
süjetli əsər olub, məzmunu heç də bütünlüklə rəsmi din təlimi ilə 
üst-üstə düşmür, ona görə də kimsə tərəfindən “müqəddəs” hesab 
edilmir və qadağan edilmişdir). Apokrif İov Vəsiyyətində o, nəyi 
bilməməsi  şüuruna  görə,  itirdikləri  barədəki  şüuruna  görə 
mükafatlanmışdı. İovun oğlanları və qızları ona qaytarıldı, qızları 
qızıl kəmər taxırdılar. Bir kəmər  İova mələklərin dilini, ikincisi, 
dünyanın yaranmasının sirrini və üçüncüsü, Xeruvimin dilini başa 
düşmək qabiliyyətini verdi. 
Musiqi,  matematika  və  dil  qəhrəmanlar  arasında  icad  edildi, 
astronomiya  da  bu  qəbildən  idi.  İlk  daş  dövrələr  ulduzların  və 
planetlərin  mövqelərini  nişan  verirdi.  Beləliklə,  gizli  tarixdə  ilk 
dəfə  böyük  hadisələrin  tarixlərinin  qeyd  olunmasına  başlanması 
mümkün  oldu.  Gizadakı  Şərq  tərəfə  baxan  Sfinkin  şir 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 41 
 
pəncələrinin arasındakı iri bir daşın üzərində belə yazı vardır: “Bu 
İlk Zamanın Gözəl Yeridir”. Bu sehrli kəlməni misirlilər zamanın 
başlanğıcına  işarə  kimi  istifadə  edirlər.  Sfinks  metamorfozalar 
erasının sonunu, bu gün bizim bildiyimiz bioloji formaların təbiət 
qanunları  kimi  qeyd  olunmasını  nişan  verir.  Misirlilər  Sfinski 
“Hu”  adlandırırlar,  bu,  “”himayə  edən”  mənasını  verir.  Bununla 
onlar  demək  istəyirlər  ki,  yaratmanın,  törətmənin  geri,  köhnə 
yoluna  hansısa  sürüşməsinə  qarşı  mühafizəni  həyata  keçirirlər. 
Gizli cəmiyyətlərin təlimində biz ideyaların və təxəyyülün geniş 
okeanındakı materiyanın kiçik adasında yaşayırıq. 
Platonun  yazdığına  görə  Afinanın  böyük  dövlət  xadimi  və 
hüquqşünası  Solona  Misir  keşişləri,  böyük  Atlantida  adası 
haqqında danışmışdılar. Bu ada doqquz min əvvəl – b.e.ə.9600-cü 
ilə  yaxın  dağılmışdı.  Atlantida  həyat  ümumən  idilliya  xarakteri 
daşıyırdı.  Fakt  orasında  idi  ki,  həyat  o  qədər  yaxşı  idi  ki,  əhali 
uzun  müddət  ərzində  buna  dözə  bilmədi  və  səbirsiz  oldu, 
tənəzzülə uğradı və pozuldu, yenilik və qüvvə axtarmağa başladı. 
Beləliklə, Zevs onları cəzalandırmağı qərarı aldı. Adalar daşqına 
məruz qaldı, o vaxta qədər ki,  yalnız kiçik adalar salamat  qaldı, 
onlar  da  dənizə  ilişib  qalmış  skeletə  bənzəyirdi.  Sonra  nəticədə 
böyük  zəlzələ  bütün  adaları  bir  gün  və  bir  gecə  ərzində  uddu. 
Aristotel  demişdi  ki,  “Platon  təkbaşına  Atlantidanı  dənizdən 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 42 
 
yuxarı  qaldırdı  və  sonra  onu  yenidən  suya  qərq  etdi”.  Atlantida 
bir  neçə  fəlakətli  daşqınlarda  əzab  çəkdi,  bir  müddət  sonra  isə 
suda  batdı.  Nuh  da  altı  gün  davam  edən  daşqından  xilas  olmaq 
üçün gəmisində üzməyə məcbur olmuşdu. 
Hindistan  indiyədək  spiritual  biliyin,  xüsusən  də  okkult 
psixologiyasına  görə  dünyanın  ən  böyük  anbarı  olaraq  qalır.  Bu 
gün  də  Hindistana  səfər  edən  adamlar  havanın  indiyədək 
astrallıqdan  (ulduz  təsirindən)  necə  xışıldadığını  hiss  edəcəklər. 
Hətta  nüfuzlu  Sufi  ənənəsi  də  çakraları  öyrənməkdə  hinduizm 
müdrikliyinə  tərəf  əyilir.  Ramanın  tacdan  imtina  etməsindən 
sonra,  bu  dövrdə  heç  bir  böyük  şəxsiyyətin  ağalığı  mövcud 
olmadı.  Əgər  Rama  fəaliyyətdə  olan  qəhrəman  idisə,  o, 
monstrlarla  vuruşmuşdu,  uzun,  təhlükəli  macəralara  yollanmış, 
şəhərlər  salmışdı,  onun  varisləri  isə  bəzi  hallarda  Yeddi  Müdrik 
adam və ya Rişilər adlanır. Onlar heç bir daş bina tikməmişdilər, 
palçıqdan  olan  binalarda  yaşayırdılar.  Rişiləri  öz  bildiklərindən 
başqa heç nə şirnikləndirmirdi. 
Belə  bir  Kabalistik  deyim  vardır:  “Sənin  gördüyün  hər  bir  şey, 
hər  bir  çiçək,  hər  bir  quş,  hər  bir  qaya  öləcək  və  toza 
çevriləcəkdir,  lakin  sənin  onları  görməyin  ölməyəcəkdir”. 
Bükülmüş ayaqlar üstündə oturan Rişilərin yalnız ayaqları yuxarı 
baxırdı, onlar heç bir cazibəni, maddi dünyanın, kiçildilərək geri 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 43 
 
atılması şərti ilə hiss etməyi arzu etmirdilər. Onlar bunun əvəzinə 
ruh dünyalarına istiqamətlənirdilər. Onlar yer üzərindəki işdə ruhi 
varlıqları görmək qabiliyyətinə malik idilər. 
Onlar  yazda  toxumların  rüşeym  verməsinə,  cücərməsinə,  yayda 
güllərin  çiçəklənməsinə,  payızda  ağacların  meyvə  gətirməsinə 
necə kömək etmələrini – toxumların qış vaxtı eyni ruhi varlıqlar 
vasitəsilə  özlərinin  necə  saxlanmasını  görə  bilmirdilər.  Rişilər 
nəhəng meh kimi ruhi təsirin qabarma və çəkilməsini təcrübədən 
keçirirdilər.  Qədim  hind  sivilizasiyası  aşağı  Göy  səltənətinə 
bənzəyirdi. 
İndi  İran  adlanan  ərazidə  vaxtilə  yeni  böyük  liderin  anadan 
olacağı  barədə  söhbət  gedirdi.  Onun  anası  kiçik  kənd  təsərrüfatı 
icmasında  yaşayırdı.  Qış  vaxtı  görünməmiş  taun  xəstəliyi 
yayılmağa  başladı.  Bəziləri  gənc  qadını  cadugərlikdə  ittiham 
edirdi.  Tufanların,  taunun  onun  işi  olduğunu  iddia  edirdilər. 
Hamiləliyinin  beşinci  ayında  o,  dəhşətli  yuxu  gördü.  Gördü  ki, 
əjdahalar,  canavarlar  və  ilanlar  nəhəng  buluddan  çıxıb,  onun 
bətnindəki uşağı parçalamağa cəhd edirlər. Lakin monstrlar gəlib 
çıxanda,  uşaq  ana  bətnində  danışmağa  başladı,  anasını 
sakitləşdirdi.  Sonra  səs  yoxa  çıxdı  və  o,  göydən  enən  işıq 
piramidasını  gördü.  Piramidanın  aşağısında  sağ  əlində  bükülü 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 44 
 
kağız  tutan  uşaq  gəlirdi.  Onun  gözləri  daxili  alovla  işıq  saçırdı. 
Onun adı Zaratustra (Zərdüşt) idi.  
 
 
Zaratustra. Krişna. Misir və Şumer sivilizasiyaları 
 
Zaratustranın dövrü barədə müxtəlif fikir məktəbləri vardır. Bəzi 
qədim dünya yazıçıları onu təqribən b.e.ə. 5000-ci ilə aid edirlər. 
Bu  vaxtı  Plutarx  kimilər  isə  b.e.ə.  6000-ci  il  tək  göstərirlər.  Bu 
yenə  də  bir  neçə  Zaratustranın  olması  faktı  ilə  əlaqədardır. 
Zoroastrizm  ənənəsinə  görə  İblis  Əhrimən  kimi  şər  qüvvələrə 
başçılıq  edirdi.  Kosmosa  demonların  orduları  hücum  çəkmişdi, 
ona  görə  də  göy  qaranlıqlaşmışdı.  Demonlar  özlərini  insanların 
arasına və ruhi iyerarxiyanın yüksək eşelonlarına da soxmuşdular. 
Biz  yuxuya  girəndə  heyvan  şüurunu  itiririk.  Gizli  cəmiyyətlərin 
təlimində  heyvan  şüuru  –  və  ya  ruh-yatandan  sonra  bədəndən 
çıxan  kimi  təsvir  edilir.  Bu  iki  başlıca  nəticəyə  malikdir. 
Birincisi,  heyvan  elementi  olmasa  bizim  bədənimiz  bitki 
vəziyyətinə qayıdardı. Biz möhkəmlənmiş kimi oyanırıq. İkincisi, 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin