Telman Orucov “Dünyanın gizli tarixinin



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix12.02.2017
ölçüsü0,91 Mb.
#8341
1   2   3   4   5   6   7   8   9   10
yaşamağa başladı. Axırıncı isə fərdi qaydada Şekspirlə yaxından 
eyniləşdirilmişdi. Bekon böyük elmi inqilabı ilhamlandırmışdı. 
Şekspir  dünyası  bəşər  dəyərlərinin  dünyası  idi.  Burada  nə  baş 
versə,  bu,  insan  xoşbəxtliyi  və  karta  qoyulan  insan  həyatlarının 
ölçüsü  idi.  Bekon  dünyası  elə  idi  ki,  insan  dəyərləri  soyulub 
çıxarılmışdı. 
İnsan təcrübəsi hiylə xüsusiyyətli, paradkosal, sirli və bütövlükdə 
əvvəlcədən bilinən şey idi, bunları isə Şekspir dramatikləşdirirdi. 
Bekon  bəşəriyyətə  öyrədirdi  ki,  fiziki  obyektlərə  baxsın,  onlar 
təcrübə ilə qənaətlənmişdir, tabe olduqları və qabaqcadan məlum 
olan qanunları nəzərə alır. Ona görə də, elmi fəlsəfə tarixində o, 
İnduksiyanın  Atası  kimi  məşhurdur.  Qısaca,  Bekon  belə  qərara 
gəldi  ki,  əgər  obyektiv  qaydada  mümkün  olan  obyektləri 
müşahidə  etməyi  bacarırsansa,  müxtəlif  nümunələr  onun 
quruluşunun  subyektiv  təcrübəsini  verir.  Bu  planetin  sifətinin 
dəyişilməsinin reallaşması idi. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 119 
 
1517-ci  ildə  Papa  Romada  yeni  müqəddəs  Pyotr  bazilikasının 
inşaasına  çəkilən  xərci  ödəmək  üçün  bağışlanmanı  – 
indulgensiyanı  satmağı  yenidən  işə  saldı.  Bu,  dünyada  ən 
füsunkar,  həm  də  bədxərcliklə  tikilən  bina  olmalı  idi. 
Vittenberqdəki  müəllim  Martin  Lüter  indulgensiya  satılmasına 
qarşı  olan  öz  arqumentlərini  yazıb,  bu  kağızı  yerli  kilsənin 
qapısına vurdu. Həmin vərəqə icma üçün nəzərə çarpan mövqeyə 
çevrildi.  Lüterin  kilsədən  kənarlaşdırılması  barədə  Papa  bullu 
çıxdından  sonra  o,  bu  sənədi  ona  valeh  olan  kütlə  qarşısında 
yandırdı.  O,  elan  etdi:  “Mən  burda  dayanmışam”.  Saatın 
qəhrəmanı  olan  Lüter  yeni  hökmdarın  himayəsi  nəticəsində 
tonqalda  yandırılmaqdan  qaça  bildi  və  Papalığın  bədxərcliyinə 
qarşı olan etirazlara başçılıq etdi. Protestanizm dünyaya gəldi. 
Lüter  mistik  təlimdə  sərt  qaydada  dəyişdi.  Onun  yaxın  dostu  və 
ədəbi  silahdaşı  okkultist  Filipp  Malanxton  idi.  Axırıncı 
astrologiyanı  müdafiə  edirdi  və  Faustun  tərcümeyi-halını 
yazmışdı.  Lüterin  özü  də  müəyyən  şərtlərdə  ruh  dünyası  ilə 
əlaqədə  idi,  ona  bələdçilik  edən  səsləri  dinləyirdi.  O,  əlkimyaya 
rəğbətlə  yanaşırdı,  onu  “allerqoriyasına  və  gizli  mənasına”  görə 
tərifləyirdi, etiraf edirdi ki, bəşəriyyətin dirilməsində müəyyən rol 
oynamışdır. Lüter qızıl gülü öz simvolu kimi qəbul etmişdi. Buna 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 120 
 
baxmayaraq,  Lüterin  beş  ləçəkli  ağ  qızıl  gülü  özündə  kiçik 
çarmıxı daşımaqla, heç də mistik qızıl gül deyildi. 
Xristofor  Kolumbun  izi  ilə  az  sayda  idealist  adamlar  addımladı. 
1519-cu  ildə  Ernando  Kortes  Yukatan  körfəzi  sahilinə  üzdü, 
orada  o,  Verakruz  adlanan  baza  yaratdı.  O,  və  onun  ispan 
ardıcılları  attseklərin  ağlasığmaz  sərvəti  barədə  söhbətlər 
eşitmişdilər, 
onların 
hökmdarı 
Moktesumanın 
səfirinin 
hədiyyələrlə  bazaya  gəldiyini  gördükdə,  məəttəl  qaldılar. 
Hədiyyələrə  araba  təkəri  boyda  Günəşin  obrazı,  həmçinin  Ayı 
təmsil edən gümüş obraz daxil idi. Burada həmçinin qızıl dənələri 
ilə  dolu  dəbilqə  və  “kettsal”  quşunun  lələklərindən  düzəldilmiş 
baş  bəzəyi  var  idi.  Attsek  səfiri  izah  etdi  ki,  bu  onun  ağası 
Moktesumanın  hədiyyələridir,  Kettsal  Koutl  böyük  allahı 
tərəfindən  verilmişdir.  Səfir  izah  etdi  ki,  bu  allah  çoxdan  Yer 
üzünü  tərk  etmiş  və  Ayı  öz  vətəni  etmişdir.  Attsek  astroloqları 
peyğəmbərlik edirdilər ki, bu allah geri dönəcəkdir. 
Kortesin  ardıcılları  attseklərin  paytaxtı  Tenoçtitlana  (indiki 
Mexiko  şəhəri)  gəlib  çıxanda  öyrəndilər  ki,  bu  şəhər  gölün 
ortasındakı  adada  salınmışdır,  yalnız  əllə  tikilmiş  dar  körpü 
hesabına asanlıqla müdafiə olunur. 
Moktesuma onları qarşılamağa gəldi, Allah kimi baxdığı Kortesin 
qarşısında  əyildi  və  onları  içəri  keçməyə  dəvət  etdi.  Kortesin 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 121 
 
planı Moktesumanı oğurlamaq idi ki, onu girova çevirsin.  Lakin 
adamları saraydakı bütün qızılları görəndə, onlar ləngimədən çarı 
öldürdülər.  Bu  səfehlikləri  üzündən  onlar  yalnız  uzun  müddətli 
döyüşdən  sonra  qaçıb  aradan  çıxa  bildilər.  Bu  tarixdəki  qanlı 
epizodlardan birinin başlanğıcı idi. 
Konkistadorlar  (ispan  işğalçıları)  bütün  qızılların  gizli  mənbəyi 
və qızılla örtülmüş çar, El Dorado barədəki şayiələri eşitmişdilər. 
Çar  hər  səhər  maye  qızılda  çimirmiş.  Bu  əfsanəvi  çar  şəhərinə 
qonaq  kimi  gələn  ingilis  səyyahı  Uolter  Reli  də  yazırdı: 
“İmperiya şəhərinin damları qızıldandır”. 
Kortesin  rəqibi  Fransisko  Pisarro  üzüb  Peruya  gəlmişdi,  on  min 
adamı himayə etməklə, bütöv ölkəni talamaq niyyətində idi. Bunu 
o, yalnız iki min nəfərdən ibarət tərkibi olan ordunun köməyi ilə 
edəcəkdi. 
 
Kortes kimi o, silahsız görüşmək təklifindən sonra çarı oğurladı. 
Girovun  haqqı  kimi  o,  otağın  tavanına  qədər  qızıl  verilməsini 
tələb  etdi.  Bir  neçə  həftə  ərzində  yerlilər  dəstəsi  qızıl  lövhələri, 
şamdanları və digər gözəl əl sənəti işləri olan şeyləri gətirirdilər. 
Lakin  otaq  hələ  də  dolmamışdı.  İspanlar  tələb  etdilər  ki, 
sövdələşmə  yalnız  otağın  qızıl  külçələrlə  dolması  ilə  yerinə 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 122 
 
yetiriləcəkdir.  Onlar  bütün  sənət  əsərlərini  əritdilər  ki,  otağı 
doldurmaq üçün daha çox yer qalsın. 
Kortesin etdiyini labüd olaraq təkrar edən Pisarronun adamları da 
səbirsizlik  göstərib,  Peru  çarını  öldürdülər.  Açıq  düşmənçilik 
başlandı.  Pisarronun  kiçik  ordusu  paytaxta  hücum  edəndə  qızıl 
divarları olan sarayları, qızıl mətbəx avadanlıqlarını, qızıldan olan 
heykəlləri, heyvanları və qızıl silahları gördülər. 
Burada  hətta  ağacları,  gülləri  və  heyvanları  qızıldan  düzəldilmiş 
süni  bağ  var  idi.  Üç  yüz  fut  uzunluğu  və  altı  yüz  fut  eni  olan 
sahədə  qarğıdalının  hər  birinin  gövdəsi  gümüşdən,  qıçaları  isə 
qızıldan düzəldilmişdi. 
Yüz  min  attsekin  Tenoçtitlan  uğrunda  döyüşdə  öldürüldüyü 
güman  edilir,  bunun  müqabilində  bir  ovuc  konkistador  həyatını 
itirmişdi.  Belə  hesab  edilir  ki,  işğal  dövründə  iki  milyona  qədər 
yerli  adam  öldürülmüşdü.  Yerlilər  asan  qaydada  ət  yeyə 
bilmirdilər. Avropalıların mentallığı ilə vuruşanda yerlilər onların 
xəyanətkarlığını  öyrənib,  buna  uyğunlaşdılar.  Ona  görə  də 
konkistadorlar da ağır itkilər verməyə başladılar. 
Konkistadorlar heç vaxt El Doradonu və paytaxtın ətrafında belə 
zənginlikdə olan hansısa bir qızıl mənbəyi  mədənini tapmadılar, 
Cənubi  Amerikadakı  qızıl ancaq Kontrreformasiyanı  (XVI-XVII 
əsrlərdə  Qərbi  Avropada  papalığın  başçılıq  etdiyi  və 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 123 
 
Reformasiyaya  –  katolik  dininin  eybəcərliklərinə  qarşı  mübarizə 
hərəkatına qarşı olan dini-siyasi hərəkatı) maliyyələşdirmək üçün 
kifayət  idi.  Bu  İspan  inkvizisiyasına  böyük  ölçüdə  kömək 
göstərirdi. 
Frensis  Bekon  yazırdı  Ki,  “Təbiət  sənin  tələsik  hərəkət  etdiyin 
labirintdir,  o  səni  öz  yolunu  itirməyə  sövq  edəcəkdir.  Bekon, 
təbiətlə şahmat oynayan alim kimi yazırdı. Cavab vermək üçün o, 
ilk  dəfə  təbiəti  yaşamaq  yolunu  tuturdu.  Əgər  təbiət  öz  sirlərini 
kənara  bölüşməyə,  hiyləgərlik  etməyə  möhtacdırsa,  ona  görə  də 
təbiətin özü irsi olaraq aldadıcıdır, əgər bu aldatmaq deməkdirsə. 
Bekon deyirdi ki, “Biliyin bu bənzər səltənətində, göylərin Allah 
səltənətinə nisbətən əgər bu azacıq qaydada düzgün deyilsə, heç 
kəs ona “ilk dəfə kiçik uşağa çevrilmək istisna olmaqla” daxil ola 
bilməyəcəkdir”.  Bu  o  demək  idi  ki,  ağılın  müxtəlif  və 
uşağabənzər vəziyyəti birincisinə çatmağa möhtacdır, bu qaydada 
məhz yüksək biliyə çatılmalıdır. 
Frimasonluq  daim  dünyanın  düzgün  sifətini  təmsil  etmişdir. 
Anqlo-sakson lojaları öz ezoterik mənşələri barədə utancaq idilər. 
Frimasonluğun  məqsədi  həm  də  həsr  olunmağa  hazır  olduqda 
adamı öz inkişafı səhnəsinə gətirmək üçün olan sosial şəraitlərin 
sürətlənməsinə kömək etməkdir. Frensis Bekon tərəfindən inkişaf 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 124 
 
etdirilən  adam  iç  kosmosu  və  fərqli  zahiri  kosmosu  görməyə 
başladı. 
Corc  Vaşinqton  1752-ci  ildə  frimasonluğa  həsr  olundu.  1774-cü 
ildə  Bencamin  Franklin  Tomas  Peynlə  Londonda  Lojada 
(Frimasonluq  təşkilatının  şöbəsi,  masonların  toplaşma  yeri) 
görüşdü  və  onu  Amerikaya  mühacirət  etməyə  inandırdı.  Peyn 
inqilabın  böyük  peyğəmbərinə  çevrildi,  ştatların  federasiyasını 
təklif  edərək  ilk  dəfə  “Amerika  Birləşmiş  Ştatları”  terminini 
dilinə  gətirmişdi.  O,  quldarlığın  ləğv  edilməsini  və  yoxsulların 
təhsili  üçün  dövlət  fondu  yaradılmasını  təkid  edirdi.  Kolumbiya 
mahalındakı  Vaşinqtonda  tikilən  Kapitolinin  künc  daşını  Corc 
Vaşinqton 1793-cü ildə qoyarkən, icra edilən mason mərasimi bu 
binanın  qapısında  təsvir  edilmişdir.  Vaşinqton  xristian 
dindarlığının  modeli  kimi  astroloq  idi.  Frimasonların 
astrologiyaya  marağı  Royal  cəmiyyətinin  bünövrəsində 
köklərində çox güclü idi. Kristofer Ren və Corc Vaşinqton kimi 
ezoteriklərin  künc  daşı  qoyulanda  astroloji  proporsiyalara 
müraciət  etməsi,  göy  cisimləri  iyerarxiyasını  həmin  mərasimdə 
iştiraka  dəvət  etmək  mənasını  verirdi.  Bu  da  xüsusi  əhəmiyyət 
kəsb edirdi ki, Corc Vaşinqton Kapitoli binasının bünövrə daşını 
qoyanda Yupiter Şərqdə yüksəlmişdi. Prezident Franklin Delano 
Ruzvelt 33-cü dərəcəli frimason idi, ona öz vitse-prezidenti Henri 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 125 
 
Uolles  tərəfindən  okkult  simvolizmi  barədə  məsləhət  verilirdi, 
axırıncı isə frimason və teosofizm ardıcılı olmaqla yanaşı, rəssam 
Nikolay Rerixin şagirdi idi. 
XVIII əsr tərəqqi etdikcə Fransada “naməlum filosof” Müqəddəs 
Martin  öyrədirdi  ki,  “hər  adam  kraldır”.  Şevalye  (cəngavər) 
Ramsey  1730-cu  ildə  Parisdəki  Böyük  Lojanın  əsasını  qoyan 
şotland  mülkədarı  idi.  O,  Parisdə  yeddi  il  sonra  yeni  həsr 
olunmalar vaxtı nitq söyləmişdi: “Bütün dünya böyük respublika 
olmaqdan başqa bir şey deyildir. Biz işıqlanmış zəkası olan bütün 
adamları  yenidən  birləşdirmək  uğrunda  mübarizə  aparırıq...  özü 
də  təkcə  gözəl  incəsənətə  məhəbbətə  görə  deyil,  həm  də  hətta 
daha  çox  ləyaqətin,  elmin  və  dinin  inkişaf  edən  prinsiplərindən 
keçməklə,  haradakı  qardaşlıq  maraqları  və  bəşəriyyətin  bütöv 
ailəsi biri digəri ilə birləşə bilər... Və bundan irəli gələrək bütün 
səltənətlərin təbəələri biri digərini sevməyi öyrənə bilər”. 
Frimasonluq  bütün  dünyaya  yayıldı,  çox  tezliklə  öz  sıralarına 
minlərlə,  daha  sonra  isə  yüz  minlərlə  adamı  cəlb  etdi. 
Frimasonlar  müəyyən  sosial  və  iqtisadi  azadlıq  dərəcəsində 
tolerant  çiçəklənən  cəmiyyəti  yaratmaq  üzərində  işləyirlər. 
Şotlandiyada,  Londonda  və  Parisdə  ona  lojalar  qurulduqdan 
sonra, XVIII əsrdə, 1760-cı illərdə frimasonlar üçün böyük hadisə 
baş verdi. Bu Portuqaliya maqı Martines de Paskuallinin yaratdığı 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 126 
 
“Elus Koenlər” (və ya “Seçilmiş keşişlər”) ordeni idi. Müqəddəs 
Martin isə onun şagirdi və varisi idi. Martinist fəlsəfəsi bu günə 
qədər fransız frimasonluğunda yüksək dərəcədə nüfuzlu bir təlim 
olaraq qalır. Terror dövründə (1793-94-cü illər) Parisdə  yaşayan 
Müqəddəs  Martin  adamlara  öz  mənzilinə  gəlməyə  icazə  verirdi, 
onları  öz  əlləri  üzərində  mistik  qaydada  uzandırmaqla  həsr 
olunmaya  cəlb  edirdi.  Bu  vaxt  onlar  təhlükəyə  məruz  qalırdılar, 
maska  geyinirdilər  ki,  görüş  vaxtı  kim  olduqlarını  digərlərindən 
gizlətsinlər. 
  
Romantizm. 
“İşıqlananların” terroru 
  
Kabalada  isə  bütün  Romantizm  ezoterik  ənənələrdə  olan  kimi 
dünyanın  yaranması  kosmik  zəkadan  çıxan  müxtəlif  mənşələr 
seriyasının  şəraitlərində  baş  verən  kimi  qəbul  edilirdi.  Kabalada 
yunan və Roma miflərində olan kimi, mənşələr kişi və qadın kimi 
düşünülürdü. 
Avropa  imperatorlarının  şərqə  doğru  genişlənməsi,  digər 
istiqamətlərdə  keçmişi  qazıb  üzə  çıxarmaq,  Tankrit  yoqa 
praktikaları barədə şayiələrin yayılmasına səbəb oldu. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 127 
 
Romantizmdə  isə  fərdi  daxili  həyat  nəticədə  genişlənərək 
nəhayətsiz  variantlarda  geniş  kosmosa  çevrildi.  Məhəbbət  bir 
kosmosun  digərinə  olan  məhəbbəti  idi.  Dərinin  dərinliyə 
çağırırdı.  Romantizmlə  məhəbbət  yeni  dəbə  keçdi  və  simfonik 
olana  çevrildi.  Əgər  adam  sevirsə,  beləliklə  işıqlanana  çevrilir, 
dünya  isə  kölgələrin  dünyasına  çevriləcəkdir.  Onlar  yenidən 
ayrıldıqda, məna, mahiyyət dünyada şeh kimi məskunlaşacaqdır. 
Bethoven  öz  sənətini  yeni  musiqinin  dilini  eşitməklə  tapdı,  hiss 
edilən  və  ifadə  edilən  şeylər  heç  vaxt  belə  şəkildə  hiss  və  ifadə 
olunmamışdı.  Böyük  Aleksandr  ilahi  qüvvə  maniyası  ilə  idarə 
olunanda, onun dühasının dayanmaq bilməyən mənbəyi Misir və 
Hind  ezoterik  mətnlərinin  təkrar-təkrar  oxumaq  idi.  Bethovenin 
isə “de Minor Sonata”sı və “Apposionata”sı Şekspirin “Tufanı”na 
bərabər  bir  sənət  nümunələri  idi.  Şekspirin  pyesində  isə  okkult 
ideyaların ən dəqiq ifadəsi nəzərə çarpır. 
Siyasət  məsələlərinə  gələndə,  şevealye  Ramsey  1730-cu  ildə 
əsasını qoyduğu lojalarda siyasətin müzakirəsini qadağan etmişdi, 
lakin  frimasonlar  Avropada  siyasi  liderliyi  əldə  saxlamışdılar. 
Kim  ki,  siyasi  təsir  göstərmək istəyir, bu  yolunu azma şəkilində 
olmalıdır. 
1789-cu  ildə  Fransada  üç  yüz  loja  var  idi,  onlardan  altmış  beşi 
Parisdə  idi.  Bu  günkü  fransız  frimasonlarının  bəzilərinin 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 128 
 
qiymətinə  görə  Fransada  o  vaxtlar  yetmiş  mindən  çox  frimason 
var imiş. Danton, Demulen, Mirabo, Marat, Robespyer, Gilyoten 
və digər liderlər “işıqlanmışdılar”. 
Terror  vaxtı  edam  olunanların  sayı  barədə  müxtəlif  məlumatlar 
vardır. Sərt təbiətli və pozulmamış hüquqşünas olan Maksimilian 
Robespyer  İctimai  Təhlükəsizlik  Komitəsinə  başçılıq  edəndə,  o, 
həm də polis departamenti səlahiyyətini daşıyırdı, gündə yüzlərlə 
adamı gilyotinaya göndərirdi, cəmi 2750 adam edam olunmuşdu. 
Onlardan  yalnız  650-si  kübar  idi,  qalanları  isə  adi  zəhmətkeş 
adamlar  idi.  Rebespyer  hətta  silahdaşı  Dantonu  da  edam 
etdirmişdi. 
Saturn öz uşaqlarını yeyirdi. 
Necə  olurdu  ki,  ən  maariflənmiş  və  ağıllı  adamlar,  bu  qan 
tökülməsinə  razılıq  verirlər?  İdealistik  fəlsəfəyə  görə  sonluqlar 
heç də mahiyyətə haqq qazandırmırdı. Motivlər nəticəni nə qədər 
gizlətsə  də,  ona  təsir  göstərməmiş  qalmırdı,  Robesniyer  guya 
vətəndaşların  haqlarını  və  onların  əmlakını  mühafizə  etmək 
naminə öz mənfur vəzifəsini həyata keçirmək üçün qan tökürdü. 
Mehrab  qarşısında  dayanan  Robspyer  8  iyul  1794-cü  ildəki 
çıxışında  dedi:  “Bütöv  universitet  bura  toplaşmışdır...  Sabah  biz 
işə qayıdacağıq, biz yenidən şərə və tiranlara qarşı vuruşacağıq” 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 129 
 
Robespyer  özünü  allah  elan  etməyə  cəhd  etdiyinə  görə  ittiham 
olunmuşdu.  O,  axırıncı  küncə  sıxılan  idi,  özünü  güllə  atəşi  ilə 
öldürmək istəmişdi, ancaq zərbə çənəsinin yarısını dağıtmışdı. O, 
gilyotina olunmağa yollananda çalışdı ki, çox sayda toplaşanlara 
bəlağətli  şəkildə  müraciət  etsin,  lakin  yalnız  boğula-boğula 
qışqıra bildi. 
Napoleon  yaxşı  qaydada  öz  ulduzunun  arxasınca  gedirdi.  Höte 
onun haqqında demişdi: “Demon hər gün bizə bələdçilik etməyə 
borclu idi və hər bir hadisə baş verəndə bizə nəyi etməyə borclu 
olduğumuzu  deyirdi.  Lakin  yaxşı  ruh  bizi  dönməyə  məcbur  etdi 
və  biz  qaranlıqda  əlimizlə  yoxlaya-yoxlaya  gedirik.  Napoleon 
insan  idi.  Demək  olar  ki,  işıqlanmışdı,  demək  olar  ki,  təmiz  və 
hər bir saatda qərar verən və dözən idi, lazım bildiyi istənilən şeyi 
kifayət  olan  enerji  ilə  yerinə  yetirirdi.  Onun  həyatı  döyüşdən 
döyüşə,  qələbədən  qələbəyə  yarımallaha  məxsus  olan  geniş 
addımlar  idi.  Belə  deyilməlidir  ki,  o,  davam  edən  işıqlanma 
vəziyyətində  idi...  Sonrakı  illərdə  bu  işıqlanma  onun  taleyi  və 
yaxşı ulduzu kimi onu tərk etmək üçün meydana çıxdı”. 
 
Fransız  qoşunları  Misirə  girdi,  bu  Napoleonun  nöqteyi-nəzərinə 
görə  vacib  bir  iş  idi.  Fransız  gizli  polisinin  başçısı  Fuşeyə  görə 
Napoleon Böyük Piramidanın içərisində müqəddəs Jermen olmaq 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 130 
 
üçün  bir  adamla  görüşməli  idi.  Bu  hadisə  dəqiq  şəkildə  göstərir 
ki,  Napoleon  ezoterist  və  astroloq  olan  Fabre  de  Olivyeni  öz 
məsləhətçilərindən  biri  kimi  seçmişdi  və  həmçinin  işi  elə 
qurmuşdu  ki,  Böyük  Piramidada  bir  gecə  tək  qalsın.  Napoleon 
müqəddəs Jermeni bədəndə və ya ruh şəklində gördümü? 
Napoleon  göstəriş  verdi  ki,  Misir  antik  əşyalarının  “Description 
de  l`  Egypt”  adlanan  kataloqunu  tutsunlar.  Bu  “Napaleon  le 
Grand”a  –  “Böyük  Napaleona”  həsr  ediləcəkdi,  onun  Böyük 
Aleksandrla müqayisəsi üçün edilirdi. Günəş allah kimi, kataloqu 
qarşısında onun portreti çəkildi. 
Onun  imperiyası  genişlənərək  təkcə  İtaliya  və  Misiri  deyil, 
Almaniyanı,  Avstriyanı  və  İspaniyanı  əhatə  etdi.  Şarlemandan 
başqa  heç  bir  imperator  Papa  tərəfindən  taclanmamışdı,  ancaq 
1804-cü ildə Napoleon Şarlemanın tacını və skipetrini ondan aldı. 
Papa  Piyi  parisə  gəlməyə  məcbur  edərək,  Napoleon  simvolik 
qaydada  tacı  onun  əlindən  tutub  aldı  və  özünü  imperator  kimi 
taclandırdı. 
Napoleon alimlər komandasını işlədirdi ki, onlar belə bir nəticəyə 
gəlsinlər  ki,  İsida  Parisin  qədim  ilahəsi  olmuşdur  və  sonra  belə 
dekret  verdi  ki,  ilahə  və  onun  ulduzu,  ordunun  Paris  pencəyinə 
nişan  kimi  daxil  ediləcəkdir.  Zəfər  Tağının  üzərində  Jozefina, 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 131 
 
İsidanın  dəfnə  çələngi  ilə  onun  ayaqları  qarşısında  diz  çökmüş 
şəkildə təsvir edilmişdi. 
Biz  belə  bir  rəyə  gələ  bilmərik  ki,  Napoleon  özünü  Siriusla 
eyniləşdirmirdi,  özünü  Orion  göydə  Siriusun  arxasınca  düşən 
kimi  aparırdı.  Müəyyən  frimason  həsr  etmə  mərasimlərində 
namizədlər  Osiris  kimi  yenidən  doğulurlar,  İsidanı  təmsil  edən 
beşgünəşli  ulduza  baxırlar.  Ovçu  Osiris  /  Orion  hakimiyyətə 
doğru  kişi  impulsudur.  İsidanı  izləməklə  məşğuldur,  həyat 
sirrinin qapıçısıdır. 
Bu,  Napoleonun  ezoterik  frimasonluğa  dərindən  nüfuz  etmiş 
ailədə doğulan və onunla görüşdükdə artıq frimason olan Jozefina 
haqqında nə düşündüyünü göstərir. Napoleon materik Avropasını 
fəth  edə  bilərdi,  lakin  heç  vaxt  yüksək  dərəcədə  gözəl  olan 
Jozefinanı  fəth  edə  bilmədi.  Dante  Beatriçanı  sevən  kimi  o,  bu 
qadına ürəkdən vurulmuşdu və bu məhəbbət onu yüksək dərəcədə 
coşdururdu. 
Ezoterik  təlimlə  mürəkkəb  bağlılıq  Jozefinaya  məhəbbətlə 
birlikdə  tale  barədə  Napoleon  düşüncəsindən  xəbər  verir.  Lakin 
1813-cü  ildə  Napoleonu  idarə  edən  və  ona  səlahiyyət  verən 
qüvvələr  onu  tərk  etdi,  necə  ki,  onlar  daim  istənilən  adamı  tam 
qəflətən tərk edir və Hötenin yazdığı kimi, qitənin irtica qüvvələri 
onu məhv etmək üçün hər tərəfdən hücum etməyə başladılar. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 132 
 
Erkən romantizm öz iradəsindən təbiət dünyasında diri olduğuna 
görə təşvişə yol açan heyvan şənliyindən həzz alırdı. Hegel tarix 
qüvvəsini belə izah edirdi: “Ruh bizi aldadır, ruh fitnə törədir, ruh 
yalan deyir, ruh zəfər çalır”. 
Höte  Svedenborqun  “Göy  və  Cəhənnəm”  əsərini  oxuyanda 
özünün  şərə  nüfuz  etmə  düşüncəsini  üzə  çıxarmışdı,  məhz 
fövqəltəbii qüvvələr Fausta əzab vermişdi. 
Svedenborq  Dostoyevskiyə  də  çox  güclü  və  uzağa  gedən  təsir 
göstərmişdi,  bu  təsir  bütöv  eranın  əhval-ruhiyyəsini  qəmgin 
etmişdi. 
Dostoyevski  ruhi  təcrübənin  çıxış  hədlərindən  istifadə  etməkdə 
sərbəst  olduğunu  hiss  edib,  qaranlıq  və  işıq  qüvvələri  arasında 
çox  adamın  şüur  səltənətində  olan  döyüşləri  təsvir  edir. 
F.M.Dostoyevskinin Cəhənnəmə səyahəti Danteninkinə bənzəyir, 
bu müəyyən dərəcədə ruhi səyahətdir, ancaq həm də bəşəriyyətin 
yaratdığı  Yerə  cəhənnəmdən  keçməklə  olan  səyahətdir. 
Cəhənnəm  ilk  dəfə  içərisində  yaşadığımız  dünyada  heç  bir  fərq 
olmadan  meydana  çıxa  bilər,  lakin  sonra  tədricən  anomaliyalar 
özünü göstərir. “Cinayət və cəza” romanında Dostoyevski  yazır: 
“Mən gələcək həyata inanmıram”.  
Dostoyevskinin  əsərlərində  tarixin  Rusiya  düşüncəsi  öz  əksini 
tapırdı.  

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 133 
 
İspaniya  güman  ki,  Avropada  elə  bir  ölkədir  ki,  burada 
fövqəltəbii  hər  günün  səthinə  daha  yaxın  yerləşir.  Modernizmin 
böyük  maq-rəssamı  Pablo  Pikasso  daim  ruh  dünyalarına 
müdaxilə etmək barədə güclü hisslərə malik idi. O, uşaq olarkən 
dostları  onu  fövqəltəbii  qabiliyyətlərə  yiyələnməli  olacağına 
inandırmışdılar, bura düşüncəni  oxumaq və peyğəmbərlik etmək 
də  daxil idi.  O,  Fransaya  səfər  edərkən  Apolliner,  Jan  Kokto  və 
digərləri  onu  sofistik  okkult  ənənəsinə  həsr  etmişdilər.  Pikasso 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin