1089) İlkin vərəm zamanı inkişaf edən morfoloji dəyişikliklər necə adlanır?
A) İlkin vərəm xəstəliyi
B) Başlanğıc kazeoz sindrom
C) İlkin vərəm kompleksi
D) Tuberkuloma
E) Vərəm limfadeniti
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1090) İlkin vərəmin daha da proqressivləşməsi hansı yolla ola bilər?
A) Hematogen yolla
B) Vərəm çöplərinin reparasiyası ilə
C) Hava-damcı yolu ilə
D) Metaplaziya ilə
E) Fekal-oral yolla
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1091) Aşağıdakı hansı vərəm zamanı spesifik prosesə limfa düyünləri də qoşulur?
A) Fibroz-kavernoz vərəm
B) Hematogen vərəm
C) İlkin vərəm
D) İnfiltrativ vərəm
E) İkincili vərəm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1092) İnsanın vərəm mikrobları ilə ilk kontaktı və yoluxması nəticəsində inkişaf edən birinci vərəm xəstəliyi necə adlanır?
A) Hematogen vərəm
B) Birincili vərəm
C) Kiçik vərəm
D) İlkin vərəm kompleksi
E) İlkin vərəm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1093) Vərəm xəstəliyi zamanı ilkin zədələnmə ocağı (ilkin affekt), limfangit və limfadenit birlikdə necə adlanırlar?
A) İnfeksiyanın giriş qapısı
B) Birincili invaziya kompleksi
C) Ümumi vərəm kompleksi
D) İlkin vərəm kompleksi
E) Kombinə olunmuş vərəm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |