Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?


) Aşağıdakı hansı patoloji proses ekssudativ iltihabdır?



Yüklə 1,56 Mb.
səhifə7/18
tarix26.11.2016
ölçüsü1,56 Mb.
#195
1   2   3   4   5   6   7   8   9   10   ...   18

368) Aşağıdakı hansı patoloji proses ekssudativ iltihabdır?

A) Krupoz pnevmoniya

B) Sadalananların hamısı

C) Seroz pulpit

D) Kataral kolit

E) Empiema


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
369) Göstərilən hansı patoloji proses iltihabın inkişaf mərhələlərindən biridir?

A) Qranulomatoz iltihab

B) Tranzitor mərhələ

C) Ekssudativ iltihab

D) Funksional mərhələ

E) Ekssudasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
370) Göstərilən hansı patoloji proses proliferativ iltihablara aiddir?

A) Qanqrenoz appendisit

B) Qranulyasiya

C) Fleqmona

D) Difteritik kolit

E) Ara pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
371) Seroz ekssudativ iltihab göstərilən hansı toxumada baş verə bilər?

A) Mədədə

B) Göstərilənlərin hamısında

C) Perikardda, plevrada və peritonda (seroz qişalarda)

D) Qara ciyərdə

E) Baş beynin yumşaq qişasında


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
372) Aşağıdakı proseslərdən hansı iltihabdır?

A) Hematoma

B) Ağ ciyərin infarktı

C) Abses

D) Nevus

E) Amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
373) Fibrinoz ekssudativ iltihabın əsas xarakter əlaməti nədir?

A) Ekssudatın tərkibində çoxlu miqdarda tromb kütləsinin olması

B) İltihab nahiyəsində fibroz toxumanın inkişafı

C) İltihab ocağında limfo-leykositar infiltrasiyanın olması

D) İltihab ocağında çoxlu fibrin tellərinin olması

E) İltihab prosesinin fibrozlaşma istiqamətində inkişaf etməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
374) “Tüklü ürək” aşağıdakı patoloji proseslərdən hansının əlamətidir?

A) Epikardda iltihabdan sonra qranulyasiya toxumasının inkişafı

B) Ürəyin xarici qatındakı mezotel hüceyrələrin mutasiyaya uğraması və tüklərin inkişaf etməsi

C) İrinli perikardit

D) Fibrinoz perikardit

E) Perikardın əhəng distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
375) Cüzam xəstəliyinin forması hansıdır?

A) İrinli və ya pioid forma

B) Difteritik forma

C) Hematogen forma

D) Tuberkuloid və ya vərəməbənzər forma

E) Sifiloid və ya sifilisəbənzər forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
376) Aşağıdakı patologiyalardan hansına difteritik fibrinoz iltihab demək olar?

A) Damaq badamcıqlarının üzərində qalın fibrinoz iltihabi ərpin meydana çıxması

B) Difteriya zamanı miokardda diffuz seroz ekssudativ iltihabın inkişafı

C) Difteriya ilə əlaqədar diafraqmanın iflici

D) Qrip zamanı əsnəkdə və digər yuxarı tənəffüs yollarında ekssudativ kataral iltihabın növlərindən birinin inkişafı

E) Krupoz pnevmoniya zamanı alveollarda fibrinoz iltihabın inkişafı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
377) Aşağıdakı proseslərdən hansı iltihab hesab edilir?

A) Hemorragik infiltrasiya

B) Ayağın baş barmağının qanqrenası

C) Ağ ciyərdə toxuma emboliyası

D) Qara ciyərin sirrozu

E) Öd kisəsinin empieması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
378) Difteritik iltihab zamanı əmələ gələn fibrinoz ərpin qalınlığı necə olur?

A) Ərp gözlə görünmür

B) Orta qalınlıqlı

C) Nazik

D) Qalın

E) Difteritik iltihab zamanı fibrinoz ərp əmələ gəlmir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
379) Mikroskopik müayinələr zamanı məhz hansı göstəriciyə əsaslanaraq irinli iltihab diaqnozu qoyula bilər?

A) Limfo-histiositar infiltrasiya

B) Neytrofillər (polimorf nüvəli leykositlər)

C) Kazeoz nekroz

D) İrin limfositləri

E) Göy irin çöpləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
380) Kataral iltihabın xarakter göstəricisi nədir?

A) İltihab nahiyəsində çoxlu miqdarda selikli ekssudatın əmələ gəlməsi

B) İltihab ocağında nekrozun baş verməsi

C) Ekssudatın tərkibində çoxlu neytrofillərin olması

D) İltihab ocağında irinin meydana çıxması

E) İltihab ocağında çoxlu miqdarda iltihabi hüceyrə reaksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
381) Aşağıdakı hansı proses ekssudativ iltihabın bir növüdür?

A) İltihabi polip

B) Qranuloma

C) Heç biri

D) Qumma

E) Alterativ dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
382) Aşağıdakı hansı üzvdə kataral iltihab baş verə bilməz?

A) Baş beynin yumşaq qişası

B) Qalça bağırsaq

C) Qırtlaq

D) Bronxiollar

E) Damaq badamcığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
383) Kataral iltihab harada inkişaf edir?

A) Yalnız parenximatoz toxumalarda

B) Yalnız selikli qişalarda

C) Bütün qişalarda

D) Bütün üzv və toxumalarda

E) Yalnız selikli və seroz qişalarda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
384) Produktiv iltihab nə ilə xarakterizə olunur?

A) Toxumanın zədələnməsi ilə (alterasiya)

B) Həmin nahiyədə çoxlu irin kütləsinin produksiyası ilə

C) Çoxlu miqdarda iltihab ödeminin produksiyası ilə

D) Faqositozla

E) İltihab ocağında iltihabi hüceyrələrin artıb-çoxalması ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
385) Aşağıdakı hansı pnevmoniya proliferativ iltihablara aid edilə bilər?

A) Krupoz və ya lobar pnevmoniya

B) Ocaqlı və ya bronxopnevmoniya

C) Produktiv seroz pnevmoniya

D) Ara və ya interstitsial pnevmoniya

E) Xroniki irinli pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
386) İrinli iltihabın mikroskopik göstəricisi nədir?

A) İltihabi hüceyrə infiltrasiyasının tərkibində T-killer limfositlərin olması

B) Preparatdan üfunətli irin qoxusunun gəlməsi və göy irin çöplərinin görünməsi

C) Klinik məlumatlara əsasən antibiotikoterapiyanın aparılmaması

D) İltihab ocağında cüzi miqdarda da olsa nekroz kütlələrinin görünməsi

E) Ekssudatın tərkibində polimorf nüvəli leykositlərin – neytrofillərin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
387) Qranuloma nədir?

A) Toxumanın qranulyar leykositlərlə diffuz şəkildə infiltrasiyasıdır

B) Yumru düyüncük şəklində proliferativ iltihab ocağıdır

C) İltihablardan və ya nekrozlardan sonra həmin yerdə qranulyasiya toxumasının, yəni təzə birləşdirici toxumanın inkişafıdır

D) Qranulositlərin xoşxassəli şişidir

E) Xoşxassəli mezenximal şişlərin bir növüdür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
388) Kazeoz nekroz aşağıdakı xəstəliklərdən hansında rast gəlinə bilər?

A) Sifilis (üçüncü mərhələdə)

B) Nekrotik nefroz

C) Nekrotik bronxit

D) Qara ciyərin massiv toksiki distrofiyası

E) Böyrəyin vərəmi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
389) Vərəm qranulomalarının mərkəzində nə olur?

A) Divarının bütün qatları iltihablaşmış bronx

B) Kazeoz nekroz

C) Yapışqanabənzər nekroz

D) Limfo-leykositar infiltrasiya

E) Fibrinoid nekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
390) Qumma nədir?

A) Sifilisin birinci mərhələsindəki bərk şankra deyilir

B) Ağ ciyərin vərəmi zamanı inkişaf edən iltihab ocağıdır

C) Sifilisin üçüncü mərhələsindəki qranulomatoz iltihab ocağına deyilir

D) Cüzam xəstəliyinin lepromatoz forması üçün xarakterdir

E) Vərəm qranulomasına deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
391) Virxov hüceyrəsi nədir?

A) Cüzam xəstəliyi zamanı natamam faqositozlu makrofaqdır

B) Sifilisin törədicisidir

C) Xüsusi təhlükəli infeksion xəstəliyin törədicisidir

D) Cüzam xəstəliyinin törədicisidir

E) Skleroma xəstəliyi zamanı qranulomaların tərkibində görünür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
392) Hansı proses irinli ekssudativ iltihabın əsas xüsusiyyətlərindən biri hesab edilir?

A) Ekssudat mayesindən kəskin üfunət iyinin gəlməsi

B) İltihab ocağında çoxlu miqdarda ekssudat mayesinin toplanması

C) İltihabın patogen mikroorqanizmlər tərəfindən törədilməsi

D) İltihab ocağında histoliz (toxumanın əriməsi, parçalanıb dağılması) prosesinin baş verməsi

E) İltihab ocağında birləşdirici toxumanın (skleroz) inkişaf etməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
393) Vərəm qranulomasının tərkibindəki çoxnüvəli giqant Lanqhans hüceyrələri aşağıda göstərilən hansı hüceyrədən əmələ gəlirlər?

A) Giqant vərəm mikobakteriyalarından (Kox çöplərindən)

B) NK-hüceyrələrdən

C) Plazmositlərdən

D) Monositlərdən

E) İkinci tip alveolositlərdən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
394) Virxov hüceyrələri hansı qranulomanın tərkibində olur?

A) Vərəm qranulomaları

B) Sifilitik qranuloma

C) Respirator skleroma

D) Xockin qranuloması

E) Leproma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
395) Miokardda diffuz xırda ocaqlı kardioskleroz aşkar edilmişdir. Bu, adətən aşağıdakı hansı patologiyanın yerində inkişaf edə bilər?

A) “Tüklü ürək”

B) Miokardın geniş sahəli infarktı

C) Qayıdan ziyilli endokardit

D) “Pələng ürək”

E) Diffuz proliferativ miokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
396) Adətən hansı iltihabdan sonra həmin toxuma strukturları tam bərpa oluna bilmir və onların yerində çapıq toxuması qalır?

A) Diffuz seroz

B) İrinli-nekrotik

C) Hemorragik

D) Qalın fibrinoz

E) Seroz kataral


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
397) Vərəm qranulomasında hansı hüceyrəyə rast gəlinmir?

A) Neytrofillər

B) Giqant yad cisim hüceyrələri

C) Makrofaqlar

D) Lanqhans hüceyrələri

E) Epitelioid hüceyrələr


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
398) Piogen membran nəyi əhatə edir?

A) Fleqmonanı

B) Karbunkulu

C) Hematomanı

D) Xroniki absesi

E) Xoşxassəli şişi (məsələn, adenoma)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
399) Mikroskopik müayinə zamanı miokardın stromasında limfoid hüceyrələrdən, leykosit, histiosit, fibroblast və plazmatik hüceyrələrdən ibarət diffuz infiltrasiya görünür. Ürəkdə aşkar edilən bu proses nə adlanır?

A) İnterstitsial produktiv miokardit

B) Qranulomatoz miokardit

C) Fibrinoz-irinli pankardit

D) İrinli ekssudativ miokardit

E) Kardiomiopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
400) Alterativ iltihab nə ilə xarakterizə olunur?

A) İltihab nahiyəsində orqanizmin hələ heç bir cavab reaksiyası aşkar edilmir

B) Zədələnmiş nahiyədə iltihabi hüceyrə reaksiyasından başqa iltihab üçün xarakter olan heç bir dəyişiklik müəyyən olunmur

C) Aşkar olunan dəyişikliklər iltihaba alternativ proseslərdən ibarətdir

D) Belə bir iltihab növü ümumiyyətlə yoxdur

E) İltihab nahiyəsində patogen amil tərəfindən törədilmiş zədələnmələr üstünlük təşkil edir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
401) İmmun reaksiyalar hansı mexanizmlərlə həyata keçirilir?

A) Tiksotropiya və diffuziya mexanizmləri

B) Ekspansiv və invaziv mexanizmlərlə

C) Anticisim (humoral) və hüceyrə mexanizmləri

D) Antigen və opsonin mexanizmləri

E) İmmun və endokrin mexanizmlərlə kompleks şəkildə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
402) I tip yüksək həssaslıq reaksiyaları (anafilaktik reaksiyalar) hansı immunoqlobulinlər tərəfindən təmin edilir?

A) IgG, IgD

B) Bu reaksiyaların inkişafında immunoqlobulinlər iştirak etmirlər

C) IgM


D) IgA

E) IgE
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


403) Aşağıda timusun hansı patologiyası göstərilmişdir?

A) Timusun yaş involyusiyası

B) Timusun kistoz transformasiyası

C) Timusun aksidental involyusiyası

D) Timusun xroniki interstitsial iltihabı

E) Timusun kəskin kataral iltihabı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
404) Hansı patologiya birinci qrup autoimmun xəstəliklərə aid deyildir?

A) Xasimoto zobu

B) Ensefalomielit

C) İmmun mexanizmli qlomerulonefrit

D) Aspermatogeniya

E) İdiopatik Adisson xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
405) Göstərilən hansı patoloji proses orqanizmdə I tip yüksək həssaslıq reaksiyası (anafilaktik reaksiya) kimi inkişaf edir?

A) İmmun mexanizmli qlomerulonefrit

B) Şiş toxumasına qarşı immun reaksiya

C) Bronxial astma

D) Transplantatın qopma reaksiyası

E) Artyus fenomeni


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
406) Aşağıda göstərilən hansı patoloji proses birinci qrup (həqiqi) autoimmun xəstəliklərə aiddir?

A) Kəskin kataral xolesistit

B) Simpatik oftalmiya

C) Xroniki qastrit

D) Autoimmun faringit

E) Pielonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
407) Aşağıdakı hansı patologiya anadangəlmə immun çatışmazlıq sindromlarına aiddir?

A) Qoşe xəstəliyi

B) Timusun aksidental involyusiyası

C) Tey-Saks xəstəliyi

D) Di-Corc sindromu

E) Kapoşi sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
408) Aşağıdakı hansı patologiya zamanı (finalda) qazanılmış immun çatışmazlıq sindromu inkişaf edir?

A) İnsan immunçatışmazlıq virusu infeksiyası sindromları

B) Timusun ageneziyası xəstəliyi

C) Hüceyrə immuniteti çatışmazlıqı sindromları

D) Hüceyrə və humoral immuniteti çatışmazlığı

E) Humoral immuniteti çatışmazlığı sindromları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
409) Autoimmun xəstəlik (autoimmunizasiya) nəyə deyilir?

A) Orqanizmə düşmüş autoliz fermentlərinə qarşı immun sistemin reaksiya verməsi

B) Orqanizmin immun sisteminin öz zülallarına qarşı reaksiya verməsi

C) Orqanizmin immun sisteminin orqanizmə daxil olmuş yad zülallara qarşı reaksiya verməsi

D) Hüceyrədaxili autorequlyasiya proseslərinin pozulması nəticəsində ağır distrofik dəyişikliklərin baş verməsi

E) Başqa orqanizmin immun sisteminin bu orqanizmin zülallarına qarşı reaksiya verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
410) Aşağıda göstərilən hansı xəstəlik ikinci qrup autoimmun xəstəliklərə aiddir?

A) İdiopatik virus hepatiti

B) Autoimmun aspermatogeniya

C) İdiopatik Addison xəstəliyi

D) Revmatizm

E) Autoimmun fibrinoid appendisit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
411) T-helper limfositlər başqa adla necə adlanır?

A) CD8


B) “Köməkçi makrofaqlar”

C) T-supressorlar

D) Plazmositlər

E) CD4
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


412) Spesifik hüceyrə immun reaksiyası hansı hüceyrələr tərəfindən həyata keçirilir?

A) Makrofaqlar

B) Monositlər

C) Limfositlər

D) Eozinofillər

E) Retikulositlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
413) Aşağıdakı göstərilən hansı patoloji proses ikinci qrup autoimmun xəstəliklər qrupuna aid edilmir?

A) Revmatizm

B) Qırmızı qurdeşənəyi

C) Anafilaktik şok

D) Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi)

E) Qudpasçer sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
414) Göstərilən hansı hallarda ikincili (qazanılmış) immun çatışmazlıq sindromu inkişaf edə bilər?

A) Qoşe xəstəliyi, nekrotik nefroz

B) IgA-nefropatiya, kolloid zob

C) Kəskin qastrit, Bruton sindromu

D) Di-Corc sindromu, Nezelof sindromu

E) Şüa müalicələri, leykozlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
415) Aşağıdakı hansı patologiya immun sistemin yüksək həssaslıq reaksiyalarına aid deyildir?

A) Sitotoksik reaksiya

B) Anafilaktik reaksiya

C) İmmunkompleks reaksiyası

D) Effektor hüceyrə reaksiyası

E) İkincili (aktiv) immun reaksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
416) Hansı patoloji proses birincili hüceyrə immuniteti çatışmazlığı sindromlarına aid edilir?

A) İİV-infeksiya (qazanılmış immun çatışmazlıq sindromu)

B) Bruton sindromu

C) Di-Corc sindromu

D) Vest sindromu

E) Timusun aksidental involyusiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
417) Göstərilən hansı xəstəlik birincili humoral immunitet çatışmazlığı sindromlarına aiddir?

A) Timus birincili yaş involyusiyası

B) Timusun hiperplaziyası sindromu ("timiko-limfatik vəziyyət")

C) Di-Corc sindromu

D) İİV-infeksiya (QİÇS)

E) Bruton sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
418) Regenerasiya nədir?

A) Hüceyrələrin artıb çoxalması

B) Məhv olmuş toxuma elementlərinin və onların itirilmiş funksiyalarının yenidən bərpası

C) Məhv olmuş toxumaların yerində yenisinin əmələ gəlməsi

D) Nekrozlaşmış toxuma sahəsində hüceyrələrin toplanması

E) Hüceyrədaxili orqanellərin artıb çoxalması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
419) Hiperplaziya nədir?

A) Bəzi üzvlərdə xroniki iltihablar zamanı baş verən hiperplastik proseslərə deyilir (məsələn; hiperplastik endokardit, hiperplastik qlomerulonefrit və s.)

B) Toxuma elementlərinin həcmcə böyüməsi

C) Sitoplazmatik orqanellərin, hüceyrələrin və ya digər toxuma elementlərinin ölçülərinin böyüməsi

D) Sitoplazmatik orqanellərin, hüceyrələrin və ya digər toxuma elementlərinin miqdarının artması

E) Hipertoniya xəstəliyi zamanı üzv və toxumaların məruz qaldıqları xarakter morfoloji dəyişiklik


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
420) Miokardın hipertrofiyasının əsasını nə təşkil edir?

A) Miokardda diffuz xırda ocaqlı kardioskleroz

B) Kardiomiositlərdə kompensator olaraq piy damlalarının əmələ gəlməsi və kardiomiositlərin həcmcə böyüməsi

C) Miokard stromasının ödemi və kardiomiositlərin biri-birindən aralanması

D) Kardiomiositlərin ultrastruktur orqanellərinin hiperplaziyası və bununla da əlaqədar kardiomiositlərin həcmcə böyüməsi

E) Kardiomiositlərin hiperplaziyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
421) Göstərilən hansı patoloji proses metaplaziyanın baş verməsinə gətirib çıxara bilər?

A) Baş beyin yarımkürələrinə qansızma və iflic

B) Həmin nahiyədə xroniki iltihabi prosesin olması

C) Həmin nahiyədə kəskin işemiya

D) Diffuz peritonitlə əlaqədar orqanizmin ümumi intoksikasiyası

E) Nükleoproteid mübadilə pozğunluğu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
422) Patoloji regenerasiyaya misal olaraq nəyi göstərmək olar?

A) Regenerator hiperplaziya

B) Çapıq toxumasının əmələ gəlməsi

C) Metaplaziya

D) Qranulyasiya toxumasının meydana çıxması

E) Natamam reparativ regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
423) Regenerasiyanın hüceyrə forması hansı üzv və toxuma üçün xarakterdir?

A) Miokard

B) Baş beyin

C) Onurğa beyninin hərəki neyronları

D) Birləşdirici toxuma

E) Eninəzolaqlı əzələ toxuması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
424) Natamam reparativ regenerasiya nə deməkdir?

A) Hiporegenerasiya

B) Fizioloji regenerasiyanın axıra qədər getməməsi

C) Natamam faqositozla əlaqədar regenerasiya prosesinin axıra qədər getməməsi

D) Məhv olmuş toxumanın yerində birləşdirici toxumanın əmələ gəlməsi

E) Regenerasiya prosesinin özünün pozulması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
425) Regenerasiyanın hüceyrədaxili forması hansı üzv və toxuma üçün daha xarakterdir?

A) Periton

B) Dərialtı piy toxuması

C) Xüsusi dərinin birləşdirici toxuması

D) Qara ciyər

E) Miokard


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
426) Aşağıda regenerasiyanın növlərindən hansı biri göstərilmişdir?

A) Selikli qişaların regenerasiyası

B) Epitel regenerasiyası

C) Sellyulyar regenerasiya

D) Hüceyrədaxili (intrasellyulyar) regenerasiya

E) Reparativ regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
427) Atrofiya zamanı üzv və toxumaların boz rəngdə olmasının səbəbi nədir?

A) Qan təchizatının zəifləməsi

B) Lipofussin piqmentinin çoxalması (lipofussinoz)

C) Xroniki hipoksiya ilə əlaqədar sklerozlaşma

D) Qidalanmanın zəifləməsi ilə əlaqədar melanin piqmentinin çoxalması

E) Toxumalarda “boz piqment”in (patoloji hemoqlobinogen piqmentlərin bir növü) miqdarının çoxalması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
428) Tam reparativ regenerasiya nədir?

A) Fizioloji olaraq ömrünü başa vurmuş hüceyrə və toxumaların yenidən tam bərpası

B) Patoloji proseslər nəticəsində məhv olmuş toxuma elementlərinin yerində həmin toxumanın başqa bir növünün yaranması

C) Fizioloji regenerasiyanın axıra qədər getməsi

D) Patoloji proseslər nəticəsində məhv olmuş toxuma elementlərinin yerində eynilə həmin toxuma elementlərinin yaranması

E) Patoloji proseslər nəticəsində məhv olmuş toxuma elementlərinin yerində birləşdirici toxumanın yaranması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
429) Miokardın infarktı zamanı bir qrup kardiomiositlər nekrozlaşaraq məhv olurlar. Onların yerində çapıq toxuması əmələ gəlir. Məhv olmuş kardiomiositlərin itmiş funksiyaları isə yaxınlıqdakı salamat qalmış kardiomiositlərin hipertrofiyaları hesabına bərpa olunur. Bu, regenerasiyanın hansı növüdür?

A) Natamam reparativ regenerasiya (və ya substitusiya)

B) Tam reparativ regenerasiya (və ya restitusiya)

C) Disregenerasiya

D) Patoloji regenerasiya

E) Postnekrotik regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
430) Miokardın infarktı zamanı bir qrup kardiomiositlər nekrozlaşaraq məhv olurlar. Onların yerində çapıq toxuması əmələ gəlir. Məhv olmuş kardiomiositlərin itmiş funksiyaları isə yaxınlıqdakı salamat qalmış kardiomiositlərin hipertrofiyaları hesabına bərpa olunur. Bu, regenerasiyanın hansı formasıdır?

A) Hüceyrə forması

B) Regenerasiyanın çapıq forması

C) Hipertrofik forma

D) Regenerasiyanın natamam reparativ forması (və ya substitusiya forması)

E) Hüceyrədaxili forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin