Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?



Yüklə 1.56 Mb.
səhifə3/18
tarix26.11.2016
ölçüsü1.56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

113) Süd vəzlərində intrakanalikulyar fibroadenomanın xarakter histoloji əlaməti:
A) birləşdirici toxumanın paycıqdaxili axacaqların daxilində nazik zolaqlar və ya şaxələnən zolaqlar şəklində inkişaf etməsi (“maral buynuzu” əlaməti)

B) şiş toxuması kəsikdə bozumtul-ağ rəngli paycıqlı quruluşludur, mikroskopik müayinədə oval formalı iri monomorf hüceyrələrdən təşkil olunur

C) çoxlu miqdarda birləşdirici toxumanın konsentrik olaraq paycıqdaxili axacaqların ətrafında inkişaf etməsi

D) şiş toxumasında yarpağabənzər (filloid) strukturların olması

E) mənfəzlərində çoxlu miqdarda çəhrayı homogen maye olan məməcikli strukturların görünməsi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
114) Uşaqlığın trofoblast xəstəliyi:
A) xorionepitelioma

B) preeklampsiya

C) Reklyu xəstəliyi

D) Şimmelbuş xəstəliyi

E) Pecet xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
115) Mastopatiyanın növü deyil:
A) adenomatoz

B) adenoz

C) fibroepitelial

D) mioepitelial

E) mazoplaziya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
116) Histogenezindən asılı olaraq uşaqlıq boynu xərçənginin belə bir növü yoxdur:
A) adenokarsinoma

B) tutqun hüceyrəli

C) differensiasiya etməmiş

D) parlaq hüceyrəli

E) yastı epitelli
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
117) Endometrioz:
A) uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasının dishormonal vəz hiperplaziyasına, örtük epitelinin dəyişilməsinə deyilir

B) uşaqlığın dishormonal patologiyası olub selikli qişada olan vəzli strukturların hiperplaziyasıdır

C) uşaqlığın dishormonal patologiyası olub uşaqlıq boynunun vaginal hissəsinin səthində çoxqatlı yastı örtük epitelində ağımtıl rəngdə çoxlu buynuzlaşma ocaqlarının meydana çıxmasıdır

D) uşaqlığın dishormonal patologiyası olub selikli qişanın struktur elementlərinin selikli qişadan kənar toxumalarda rast gəlinməsidir

E) dishormonal patologiyalarla əlaqədar uşaqlıq boynunun vəzli strukturlarının xoş xassəli şişidir
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
118) Epitel toxumasının şişi olan xorionepitelioma hematogen yolla əsasən hara metaztaz verir:
A) böyrəklərə

B) bu şişin hematogen metaztazı yoxdur

C) qaraciyərə

D) ağciyərə

E) yumurtalıqlara
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
119) Mikroskopik xüsusiyyətlərindən, o cümlədən də lokalizasiyasından asılı olaraq süd vəzi xərçənglərinə aid edilmir:
A) Pecet xərçəngi

B) qeyri-infiltrativ paycıq xərçəngi

C) infiltrativ xərçəng

D) düyünlü xərçəng

E) qeyri-infiltrativ axacaq xərçəngi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
120) Histogenezindən asılı olaraq uşaqlıq boynunun xərçənginin belə bir növü yoxdur:
A) adenokarsinoma

B) differensiasiya etməmiş xərçəng

C) tünd hüceyrəli xərçəng

D) parlaq hüceyrəli xərçəng

E) yastı epitelli xərçəng
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
121) Süni abortdan sonra döl qişalarının və ya qravidar selikli qişa qalıqlarının kiçik bir hissəsi qopmadan uşaqlıq divarına bitişik şəkildə qalmışdır. Bununla da əlaqədar xəstədə uşaqlıq qanaxmaları başlanmışdır. Diaqnoz:
A) uşaqlıqda iltihabi polip

B) beçəxor

C) plasentar polip

D) uşaqlıq polipi

E) uşaqlığın şişəbənzər törəməsi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
122) Prostat spesifik antigen (PSA) səviyyəsinin yüksək olduğu müəyyən edilən xəstədə prostat karsinomasını inkar etmək üçün aşağıdakılardan hansı daha informativdir?
A) kompüter tomoqrafiya

B) spermoqramma və spermanın mikrobioloji müayinəsi

C) spermanın sitoloji müayinəsi

D) ultrasəs müayinəsi

E) prostatın qalın iynə biopsiyası
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
123) Prostatdan alınan biopsiya nümunələrində materialın 9%-ni təşkil edən, normal asinuslar arasında infiltrativ inkişaf edən, mənfəzə malik, lakin bazal hüceyrələri seçilməyən asinar quruluşlar; eyni zamanda materialın 3%-ni təşkil edən kribriform quruluşlar müəyyən edilir. Xəstəyə “adenokarsinoma, asinar tip” diaqnozu qoyulur. Gleason dərəcəsini təyin edin:
A) (3+4) 7/10

B) (3+3) 6/10

C) (5+4) 9/10

D) (4+3) 7/10

E) (4+5) 9/10
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
124) İİV-infeksiyanın QİÇS mərhələsində rast gəlinən xarakter əlamətlər:

1. Generalizə olumnuş limfadenopatiya.

2. Qanda anti-İİV antitellər.

3. Pnevmosist pnevmoniyası.

4. Limfoid toxumanın atrofiyası.

5. Filatov-Koplik ləkələri.

6. Qanda anti-İİV antitellər aşkar edilmir.

7. Limfoma inkişaf edir.
A) 3, 4, 6, 7

B) 1, 2, 3, 5

C) 1, 3, 6, 7

D) 2, 4, 5, 7

E) 1, 2, 3, 7
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
125) Mikroskopik müayinə zamanı giqant hüceyrələr və onların nüvələrinin daxilində iri ölçülü, bazofil “Koundri cisimcikləri” aşkar olunur. Diaqnoz:
A) poliomielit

B) infeksion mononukleoz

C) herpes infeksiyası

D) epidemik parotit

E) mukovissidoz
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
126) Poliomielit xəstəliyinin paralitik formasının 4 inkişaf mərhələsindən biri:
A) meningeal

B) qastro-enteral

C) paralitik

D) funksional

E) spinal
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
127) Qripin ağır formasının bir inkişaf variantı:
A) nekrotik nazofaringit

B) orqanizmin ağır ümumi intoksikasiyası

C) kəskin qrip sepsisi

D) kəskin böyrək çatışmazlığının başlanması

E) prosesin alveollara qədər yayılması və qrippoz pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
128) Sitomeqaliya zamanı aşkar olunan morfoloji dəyişiklik:
A) dərinin epidermisində tikanlı qatın epitellərində hidropik distrofiya nəticəsində çoxlu miqdarda xırda vezikulyoz səpkilər inkişaf edir

B) ocaqlı pnevmoniya və müvafiq seqmentlər üzrə plevritlər inkişaf edir

C) zədələnmiş hüceyrələr həddən artıq böyüyür, nüvələrində ətrafdan parlaq haşiyə ilə əhatə olunan iri substansiyalar əmələ gəlir

D) çəhrayı rəngdə olan dəri səpkiləri (rozeolalar) əmələ gəlir, qısa müddətdə onların əksəriyyəti papulaya (düyüncük) və vezikulaya (qovuqcuq) çevrilirlər

E) xırda kalibrli damarlarda endotel hüceyrələr şişir, nekrozlaşır və deskvamasiyaya uğrayırlar
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
129) İİV-infeksiya zamanı bu opportunist infeksiyaya daha çox rast gəlinir:
A) nazik bağırsaqların mikozu

B) streptokok stomatiti

C) pnevmosist pnevmoniya

D) dəridə trixofitiya

E) ayaq barmaqlarında göbələk xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
130) Giqant çoxnüvəli Vortin-Finkeldey hüceyrələri bu xəstəlik zamanı əmələ gəlirlər:
A) qızılca

B) qarın yatalağı

C) səpkili yatalaq

D) limfoqranulomatoz

E) vərəm
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
131) Qızılca xəstəliyi zamanı limfoid toxumalarda və bəzi iltihab ocaqlarında makrofaqlar bu giqant çoxnüvəli hüceyrələrə çevrilirlər:
A) Vortin-Finkeldey hüceyrələri

B) Giqant yad cisim hüceyrələri

C) Xockin hüceyrələri

D) Lanqhans hüceyrələri

E) Şternberq hüceyrələri
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
132) Epidemik parotitin tipik forması zamanı əsas xarakter morfoloji dəyişiklik:
A) ağız suyu vəzilərinin stromasında diffuz şəkildə birləşdirici toxuma və piy toxumasının olması

B) ağzın selikli qişasının hiperemiyası, ödemi ilə yanaşı eroziya ocaqlarının yaranması (aftoz stomatit)

C) ağız boşluğunda olan vəzili strukturların artması və hipersekrisiyası

D) qulaq altı vəzin sekretor şöbələrinin və axacaqlarının ətrafında limfoid hüceyrələrdən ibarət infiltratların yerləşməsi

E) ağız boşluğunun selikli qişasında nekrotik xarakterli dəyişikliklərin (kollikvasion nekroz) meydana çıxması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
133) Qripin orta forması zamanı iltihabi dəyişikliklərin lokalizasiyası:
A) iltihabi proses yalnız aşağı tənəffüs yollarında lokalizə olunur

B) iltihabi proses alveollararası arakəsmələrdə interstitsial iltihabın inkişafı ilə səciyyələnir

C) iltihabi proses respirator bronxiolları və alveolları əhatə edir

D) iltihabi proses yuxarı tənəffüs yollarında inkişaf edir və kəskin kataral iltihabla xarakterizə olunur

E) iltihabi proses yuxarı tənəffüs yolları ilə yanaşı, aşağı tənəffüs yollarına, həmçinin alveollara qədər yayılmış olur
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
134) Poliomielitin paralitik formasının inkişaf mərhələlərini tamamlayın.

1) Preparalitik

2) Paralitik

3) – – – –

4) Rezidual
A) üzülmə

B) sağalma

C) sorulma

D) postparalitik

E) bərpa
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
135) Qarın yatalağında ileotifin I mərhələsi zamanı baş verən dəyişikliklərə aid deyil:
A) limfoid follikullar ödlə boyanır və qəhvəyi rəngdədir

B) tifomalar

C) tifoz hüceyrələr

D) beyinvari şişmə

E) limfoid follikullar böyümüş və qırmızımtıl boz rəngdədir
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
136) Difteriya zamanı baş verən “həqiqi inağın” mərhələlərini ayırd edin:

1. Stenoz

2. Obstruksiya

3. Atelektaz

4. Asfiksiya

5. Bronxopnevmoniya

6. Disfoniya

7. Emfizema
A) 1, 4, 6

B) 2, 4, 6

C) 1, 3, 5

D) 1, 3, 4

E) 2, 5, 7
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
137) “Öskürək paroksizmi” hansı xəstəlik üçün xarakterdir?
A) ağciyərin vərəmi

B) krupoz pnevmoniya

C) difteriyanın yuxarı tənəffüs yolları forması

D) qrippoz pnevmoniya

E) göyöskürək
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
138) Dizenteriya zamanı yoğun bağırsaqda baş verən yerli morfoloji dəyişikliklər mərhələlərindən biri:
A) endovaskulit mərhələsi

B) fibrinoz (difteritik) kolit mərhələsi

C) paralitik mərhələ

D) beyinvari şişkinləşmə mərhələsi

E) inapparant mərhələ
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
139) Dizenteriya koliti zamanı baş verən yerli morfoloji dəyişikliklərin mərhələlərinə aid deyil:
A) yaralı kolit

B) fibrinoz kolit

C) sağalma

D) hemorragik kolit

E) kataral kolit
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
140) Dizenteriya zamanı yoğun bağırsağın divarında qalın ərpdən ibarət difteritik kolitin inkişaf etməsinin səbəbi:
A) yoğun bağırsağın divarı təkqatlı epitellə örtüldüyü üçün

B) yoğun bağırsağın selikli qişası xüsusi histoarxitektonikaya malik olması

C) yoğun bağırsağın divarı çoxqatlı yastı epitellə örtüldüyü üçün

D) dizenteriya prosesinə əlavə olaraq difteriya çöpləri də qoşulması

E) yoğun bağırsaqda şigellaların həddən artıq çoxlu miqdarda artıb-çoxalması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
141) Qarın yatalağı zamanı əsas yerli dəyişikliklərin xarakter lokalizasiyası:
A) mədə

B) qarın boşluğu (visseral periton)

C) qalça bağırsağın distal hissəsi

D) yoğun bağırsaq

E) damarların endotel qatı (xüsusilə də dəri və hippokampın damarları)
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
142) Vəbanın spesifik ağırlaşması:
A) baş beynin “dəniz atı ayğırı qırışı”nda vəba qranulomaları

B) “vəba dizenteriyası”

C) nazik bağırsağın perforasiyası

D) vəba tifoidi

E) vəba pnevmoniyası
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
143) Qarın yatalağı zamanı meydana çıxan spesifik qranulomalar necə adlanır?
A) Babeş-Neqri qranulomaları

B) qarın yatalağı qranulomaları

C) tifoz qranulomalar

D) Popov qranulomaları

E) salmonelloz qranulomalar
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
144) Qarın yatalağı zamanı inkişaf edən splenomeqaliya hansı qrup morfoloji dəyişikliklərə aiddir:
A) hiperplastik qeyri-spesifik ümumi morfoloji dəyişikliklər

B) spesifik ümumi morfoloji dəyişikliklər

C) distrofik qeyri-spesifik ümumi morfoloji dəyişikliklər

D) allergik mexanizmli morfoloji dəyişikliklər

E) bağırsaqlardan kənar ümumi iltihabi dəyişikliklər
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
145) Qarın yatalağı zamanı inkişaf edən “status-typhosis” əsasən nə ilə əlaqədardır?
A) baş beyinin qliya hüceyrələrinin zədələnməsi

B) xəstəlik zamanı ümumi hiperplastik dəyişikliklərin inkişafı

C) qarın yatalağı çöplərinin endotoksinlərinin sinir toxumasına olan tropizmi ilə əlaqədar mərkəzi və vegetativ sinir sisteminin zədələnməsi

D) bağırsağın solitar və qrupşəkilli limfoid follikullarının qarın yatalağı çöpləri ilə zədələnməsi və onların hiperplaziyası

E) ümumi intoksikasiya ilə əlaqədar damarların keçiriciliyinin artması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
146) Vəba enteriti zamanı mikroskopik müayinədə nazik bağırsaqda aşkar olunan xarakter dəyişiklik:
A) selikli qişada diffuz limfo-leykositar infiltrasiya

B) selikli qişada fibrinoid nekroz ocaqlarının və qranulyasiya toxumasının olması

C) örtük və vəz epiteli hüceyrələrində hidropik distrofiya

D) selikaltı qatda kəskin doluqanlılıq və ödem

E) epitel hüceyrələrin ətrafında buynuz distrofiya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
147) Vəba xəstəliyinin əsas patogenetik mexanizmi:
A) orqanizmin dehidratasiyası

B) orqanizmin ümumi intoksikasiyası

C) vəba vibrionlarının bağırsaqlara neyroparalitik təsiri

D) orqanizmin yerli intoksikasiyası

E) mikrosirkulyator damarlarda yayılmış vaskulitlərin inkişafı
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
148) Qarın yatalağı zamanı baş verən spesifik ümumi morfoloji dəyişiklik:
A) qarın yatalağı qranulomaları

B) toksiki miokardit

C) örtük epitellərində bazofil cisimciklər

D) beyinvari şişkinləşmə

E) splenomeqaliya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
149) “Boksçu vəziyyəti” (“qladiator vəziyyəti”) hansı xəstəlikdən ölmüş meyitlər üçün xarakterdir?
A) həddən artıq fiziki yorğunluq

B) qarın yatalağı

C) Ebol virus infeksiyası

D) epidemik səpkili yatalaq

E) vəba
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
150) Qarın yatalağı qranulomalarını təşkil edən xarakter hüceyrə:
A) epitelioid hüceyrələr

B) B-limfositlər

C) retikulositlər

D) makrofaqlar

E) çoxnüvəli giqant Lanqhans hüceyrələri
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
151) Taunun bubon forması zamanı xarakter olaraq hansı üzv və ya toxuma hissəsi zədələnmiş olur?
A) onurğa beyninin ön buynuzları

B) baş beyin yarımkürələrinin bubon qırışları

C) ağciyərlər

D) regionar limfa düyünləri

E) qalça bağırsağın distal hissəsi
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
152) Taun zamanı limfa düyünlərində iltihabın (limfadenitin) xarakteri:
A) qranulomatoz

B) fibrinoz

C) kataral

D) seroz-hemorragik

E) irinli
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
153) Qarayara xəstəliyinin formalarından biri:
A) ikincili qarayara

B) abortiv forma

C) göz forması

D) anadangəlmə (bətndaxili) forma

E) birincili ağciyər forması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
154) Qarayara xəstəliyinin belə bir forması yoxdur:
A) bağırsaq forması

B) sinir forması

C) dəri forması

D) birincili septiki forma

E) birincili ağciyər forması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
155) “Şosse tacı” fenomeni hansı xəstəlik üçün xarakterdir?
A) taunun bubon forması

B) qarayara

C) ekstrakapillyar qlomerulonefrit

D) vəba


E) ikincili vərəm
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
156) Listerioz xəstəliyinin forması:
A) anginoz-septiki forma

B) qastro-enteral forma

C) subklinik forma

D) sarılıqsız forma

E) ilkin dəri forması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
157) Listerioz xəstəliyi zamanı üzv və toxumalarda əmələ gələn qranulomalar (qranulomatoz iltihab ocaqları):
A) listoqranuloma

B) listoma

C) listerioma

D) Xockin qranuloması

E) Popov qranuloması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
158) Listeriozun bu forması adətən perinatal dövrdə (döldə və yeni¬doğulmuşlarda) rast gəlinır:
A) sarılıqlı forma

B) anginoz-septiki forma

C) qızdırmalı forma

D) septiko-qranulomatoz forma

E) göz forması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
159) Ornitoz xəstəliyinin sinonimi:
A) antrakoz

B) psittakoz

C) mikoplazmoz

D) xoreya

E) toksoplazmoz
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
160) Ornitoz xəstəliyi zamanı həm hüceyrələrin daxilində, həm də hüceyrələrdən kənarda iri ölçülü bazofil və ya oksifil substansiyalar görünür. Xəstəlik üçün bu xarakter substansiyalar necə adlanır?
A) intrasellyulyar substansiyalar

B) Babeş-Neqri cisimcikləri

C) Qalberştedter-Provaçek cisimcikləri

D) Vortin-Finkeldey substansiyaları

E) Mallori cisimcikləri
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
161) Malyariya xəstəliyi zamanı bütün üzv və toxumaların tünd boz və ya qaramtıl rəngdə boyanmasının səbəbi:
A) hemozoin piqmenti

B) kəskin ümumi venoz hiperemiya

C) lipofussinoz

D) xronik ümumi venoz hiperemiya

E) hiperbilirubinemiya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
162) Malyariya (xüsusilə də tropik malyariya) zamanı baş beyində meydana çıxa bilən qranulomalar necə adlanır?
A) Xockin qranulomaları

B) Aşoff qranulomaları

C) Dyurk qranulomaları

D) malyariomalar

E) Popov qranulomaları
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
163) Toksoplazmoz xəstəliyinə yoluxma bətndaxili dövrdə baş verərsə belə toksoplazmoz necə adlanır?
A) postnatal toksoplazmoz

B) anadangəlmə toksoplazmoz

C) nozokomial toksoplazmoz

D) perinatal toksoplazmoz

E) birincili toksoplazmoz
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
164) İkincili vərəmin təqdim edilən formaları arasındakı məntiqi ardıcıllığı müəyyən edin:

1. Fibroz-ocaqlı vərəm.

2. Fibroz-kavernoz vərəm.

3. Sirrotik vərəm.

4. İnfiltrativ vərəm.
A) 1, 4, 2, 3

B) 3, 1, 4, 2

C) 3, 4, 2, 1

D) 2, 3, 4, 2

E) 4, 3, 2, 1
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
165) Hansı morfoloji struktur vərəm qranulomasının bir komponenti deyildir və onun tərkibində rast gəlinmir?
A) makrofaqlardan başlanğıc götürən epitelioid hüceyrələr

B) makrofaqlar

C) plazmatik hüceyrələr və divarlarında proliferativ vaskulit əlamətləri olan damarlar

D) kazeoz nekroz kütləsi

E) çoxnüvəli giqant Lanqhans hüceyrələri (və ya Piroqov-Lanqhans)
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
166) Landuzi vərəmi zamanı morfoloji dəyişikliklərin xarakteri:
A) Ağciyərlərdə və ondan kənardakı üzv və toxumalarda ətrafında kapsula ilə əhatə olunmuş kazeoz nekroz ocağının olması qeyd edilir

B) Üzv və toxumalarda qısa müddətdə çoxlu miqdarda kazeoz nekroz ocaqları əmələ gəlir. Bu ocaqların ətrafında heç bir iltihabi hüceyrə reaksiyası yaranmır və ya çox zəif perifokal ekssudativ reaksiya qeyd edilir

C) Ağciyər toxumasında yayılmış şəkildə sarımtıl-bozumtul rəngdə kiçik ocaqlı qabarcıqlar-düyüncüklər şəklində vərəm qranulomaları aşkar edilir

D) Bütün orqan və toxumalarda qısa müddətdə iri kazeoz nekroz ocaqları əmələ gəlir. Sonra bu nekroz ocaqları böyüyərək orqanın çox hissəsini tutmuş olur. Nekroz ocağının ətrafında geniş perifokal ekssudativ iltihab zonası yaranır

E) Ağciyərdə əmələ gəlmiş nisbətən kiçik nekroz ocağının ətrafında çox geniş sahədə perifokal ekssudativ zonaya rast gəlinir
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
167) İlkin vərəmdən fərqli olaraq ikincili vərəm:
A) Adətən ekssudativ və ekssudativ-nekrotik toxuma dəyişikliklərinin üstünlüyü ilə xarakterizə olunur

B) Yerləşdiyi yerdən digər üzv və toxumalara da yayılmağa meylli olur

C) Limfo-hematogen generalizasiyaya meyilli deyildir. Prosesin yayılması ağciyərlərin hüdudları daxilində intrakanakulyar və kontakt yolla baş verir

D) Ağciyərlərdə gedən morfoloji dəyişikliklərlə yanaşı orqanizmdə paraspesifik dəyişikliklərin olması ilə özünü göstərir

E) Limfa düyünlərinin də prosesə qoşulması ilə müşayiət olunur
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
168) İlkin vərəmin hematogen yolla proqresivləşməsi zamanı ağciyərlərin zirvəsində yarana bilər:
A) Assman-Redeker ocağı

B) Abrikosov ocağı

C) Aşoff-Pul ocağı

D) Simon ocağı

E) Qon ocağı
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
169) Assman-Redeker ocağının morfoloji xarakteristikası:
A) Ətrafdan kapsula ilə əhatə olunmuş kazeoz nekroz ocağından ibarətdir

B) Kənarlarında kəsmiyəbənzər kazeoz nekroz qatı olan iri boşluqlardan ibarətdir

C) Qismən əhəngləşmiş və inkapsulyasiya olunmuş iri kazeoz nekroz ocağıdır

D) Ətrafında heç bir iltihabi reaksiya olmayan iri kazeoz nekroz ocağından ibarətdir

E) Ətrafında böyük perfokal ekssudativ infiltrasiya olan kiçik nekroz ocağıdır
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
170) Sepsisi müşayiət edən anemiya:
A) dəmir defisitli

B) fol defisitli

C) hemolitik

D) dishemopoetik

E) posthemorragik
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə