Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?



Yüklə 1.56 Mb.
səhifə14/18
tarix26.11.2016
ölçüsü1.56 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

827) Bu patologiyalardan hansı virus hepatitinin əsas histoloji əlamətlərindən biri hesab edilir?

A) Mallori cisimcikləri

B) Qara ciyərdə diffuz piy distrofiyası

C) Sentrolobulyar nekroz ocaqları

D) Kaunsilmen cisimcikləri

E) Hepatositlərdə Babeş-Neqri cisimcikləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
828) Aşağıdakı hansı patoloji proses qara ciyər sirrozunun klinik-morfoloji tipidir?

A) Qaz qara ciyəri

B) Postnekrotik sirroz

C) Toksiki sirroz

D) Muskat qara ciyər

E) Metabolik sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
829) Hepatositlərdə hialinəbənzər Mellori cisimcikləri hansı xəstəlik zamanı aşkar olunur?

A) B-hepatit

B) Xroniki alkoqolizm

C) Qara ciyərin postnekrotik sirrozu

D) Qara ciyərin xroniki hialinozu

E) Hipertoniya xəstəliyinin qara ciyər forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
830) Qara ciyərin toksiki distrofiyasının başqa adı nədir?

A) Orqanizmin qara ciyər mənşəli kəskin ümumi intoksikasiyası

B) Xroniki aktiv hepatit

C) Qara ciyərin toksiki sirrozu

D) Qara ciyərin diffuz sklerozu

E) Qara ciyərin proqressivləşən massiv nekrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
831) Virus hepatiti (B-hepatit) zamanı mikroskopik müayinədə qara ciyərdə aşağıdakı hansı xarakter dəyişiklik aşkar oluna bilər?

A) Qaz qara ciyəri

B) Kaunsilmen cisimcikləri və koaqulyasion nekroz

C) Qara ciyərdə paycıqlı quruluşun pozulması və yalançı paycıqların əmələ gəlməsi

D) Mallori cisimcikləri

E) Ocaqlı piy distrofiyası, qara ciyərdə “üzüyəbənzər hüceyrələr”in əmələ gəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
832) Qara ciyər sirrozunun əsas mikroskopik morfoloji əlaməti hansıdır?

A) Qara ciyərin diffuz sklerozu, paycıqlı quruluşun pozulması, yalançı paycıqların əmələ gəlməsi

B) Qara ciyərdə massiv nekroz və zülal distrofiyası

C) Qara ciyərdə ağır distrofik və kəskin nekrotik dəyişikliklər

D) Portal traktlarda birləşdirici toxumanın inkişafı

E) Qara ciyərdə muskat dəyişikliklər və ocaqlı piy distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
833) Aşağıda xroniki hepatitlərin hansı növü göstərilmişdir?

A) İrinli hepatit

B) Xroniki krupoz hepatit

C) Xroniki fibroz hepatit

D) Xroniki difteritik hepatit

E) Xroniki xolestatik hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
834) Aşağıdakı hansı patoloji proses “qara ciyər sirrozunun qara ciyərdən kənar əlamətləri” nə aid deyildir?

A) “Meduza başı simptomu”

B) Portal hipertenziya sindromu

C) Porto-kaval anastomozların açılması

D) Ağ ciyərdə sirrotik vərəm

E) Ensefalopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
835) Etiologiyasına görə aşağıda sirrozun hansı növü göstərilmişdir?

A) Portal sirroz

B) Metabolik-alimentar sirroz

C) Morfogenetik sirroz

D) Monolobulyar sirroz

E) Polietioloji sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
836) Aşağıda virus hepatitinin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Kataral hepatit

B) Qranulomatoz hepatit

C) Yarımkəskin hepatit

D) Septiki hepatit

E) Xroniki hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
837) Aşağıda xroniki hepatitlərin hansı növü göstərilmişdir?

A) Xroniki kazeoz hepatit

B) Xroniki qranulomatoz hepatit

C) Xroniki qeyri-aktiv hepatit

D) Xroniki hemorragik hepatit

E) Xroniki interstitsial hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
838) Aşağıda kəskin virus hepatitlərinin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Sadə hepatit forması

B) Xolesistit forması

C) İldırımvari forma

D) Kəskin portal hepatit

E) Xolangit forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
839) Qara ciyər toxumasının alkoqolla xroniki zədələnmələri zamanı hansı xarakter dəyişiklik aşkar edilir?

A) Mellori cisimcikləri

B) Qara ciyər toxumasında psammom cisimciklər

C) “Aypara sindromu”

D) Kaunsilmen cisimcikləri

E) Biliar sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
840) Bədxassəli qlomerulonefrit hansıdır?

A) Ekstrakapilyar qlomerulonefrit

B) İntrakapilyar qlomerulonefrit

C) Mezangial qlomerulonefrit

D) Membranoz nefropatiya

E) Böyrəyin bədxassəli şişi fonunda reaktiv olaraq inkişaf edən qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
841) Göstərilən hansı patologiya kəskin böyrək çatışmazlığına səbəb ola bilir?

A) Aterosklerotik nefroskleroz

B) Mezangial qlomerulonefrit

C) İntrakapilyar proliferativ qlomerulonefrit

D) Nekrotik nefroz

E) Böyrəyin amiloidozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
842) Xroniki böyrək çatışmazlığının morfoloji ekvivalenti nədir?

A) Nefroskleroz

B) Tubulopatiya

C) Nekrotik nefroz

D) Nefrotik sindrom

E) Ekstrakapilyar qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
843) Aşağıdakı hansı xəstəlik böyrək yumaqcıqlarının iltihab xarakterli patologiyası deyil?

A) Ekstrakapilyar qlomerulonefrit

B) Membranoz qlomerulopatiya

C) Tez proqressivləşən qlomerulonefrit

D) Berje xəstəliyi

E) Fibroplastik qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
844) Mikroskopik lokalizasiyasına görə aşağıda qlomerulonefritlərin hansı növü göstərilmişdir?

A) Hipertonik qlomerulonefrit

B) İmmun qlomerulonefrit

C) Latent qlomerulonefrit

D) Mezangial qlomerulonefrit

E) Abakterial qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
845) Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən kəskin gedişli olur?

A) Minimal dəyişikliklər xəstəliyi

B) Mezangio-proliferativ qlomerulonefrit

C) Berje xəstəliyi

D) Ekssudativ intrakapilyar qlomerulonefrit

E) Proliferativ intrakapilyar qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
846) Ekstrakapilyar proliferativ qlomerulonefritin xarakter morfoloji əlaməti hansıdır?

A) Mezangial depozitlər

B) Kanalcıq epitellərinin nekrozu

C) “Lyupus nefrit”

D) “Aypara” simptomu

E) Yumaqcıq kapilyarlarında “tikancıqlar”ın görünməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
847) Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən xroniki gedişli olur?

A) Bədxassəli qlomerulonefrit

B) Ekstrakapilyar qlomerulonefrit

C) Ekssudativ intrakapilyar qlomerulonefrit

D) Fibroplastik qlomerulonefrit

E) Yarımkəskin qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
848) Aşağıda böyrək amiloidozunun hansı mərhələsi göstərilmişdir?

A) Aqonal mərhələ

B) Difteritik nefrit mərhələsi

C) Ekssudativ qlomerulonefrit mərhələsi

D) Hematuriya mərhələsi

E) Uremiya mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
849) Aşağıdakı hansı xəstəlik qeyri-iltihabi qlomerulopatiyalar qrupuna aiddir?

A) Lipoidli nefroz

B) Berje xəstəliyi

C) Ekssudativ intrakapilyar qlomerulonefrit

D) Yarımkəskin qlomerulonefrit

E) Xroniki qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
850) İmmun kompleks mexanizmli kəskin qlomerulonefritlər zamanı (məsələn, poststreptokok qlomerulonefrit) əsas morfoloji dəyişiklik kimi bu immun komplekslərlə ilk növbədə böyrəyin hansı struktur hissəsi zədələnmiş olur?

A) Mezangium (mezangial hüceyrələr və mezangial matriks)

B) Böyrəyin ara maddəsi (interstitsiya)

C) Böyrəyin proksimal və distal qıvrım kanalcıqları (tubulyar bazal membran və kanalcıq epitelləri)

D) Yumaqcıq kapilyarlarının divarı (xüsusilə də bazal membran)

E) Yumaqcıq kapsulası (xüsusilə də bazal membran)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
851) Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən yarımkəskin gedişə malik olur?

A) Ekssudativ intrakapilyar qlomerulonefrit

B) Fibroplastik qlomerulonefrit

C) Mezangial qlomerulonefrit

D) Mezangio-proliferativ qlomerulonefrit

E) Ekstrakapilyar proliferativ qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
852) “Lipoidli nefroz” xəstəliyi başqa adla necə adlandırılır?

A) “Kiçik ayaqcıqlar xəstəliyi”

B) Bədxassəli qlomerulonefrit

C) Berje xəstəliyi

D) Sklerozlaşan qlomerulonefrit

E) “Lyupus-nefrit”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
853) Aşağıdakı hansı patologiya “böyrəyin ikincili büzüşməsi”nə səbəb olur?

A) Fibroplastik qlomerulonefrit

B) Böyrək arteriyalarının aterosklerozu

C) Böyrək arteriyalarının fibroz-əzələ stenozu

D) Hipertoniya xəstəliyi zamanı böyrək arteriollarının hialinozu və sklerozu

E) Heç biri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
854) Aşağıdakı hansı patologiya kəskin böyrək çatışmazlığına səbəb olur?

A) Fibroplastik qlomerulonefrit

B) Membranoz qlomerulopatiya

C) Membranoz qlomerulopatiya

D) Mezangio-proliferativ qlomerulonefrit

E) Kraş-sindrom


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
855) Nefroskleroz klinikada nə ilə təzahür olunur?

A) Xroniki böyrək çatışmazlığı (uremiya)

B) Kəskin böyrək çatışmazlığı (anuriya)

C) Hematuriya

D) Silindruriya

E) Massiv proteinuriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
856) Böyrək amiloidozu zamanı dəqiq diaqnozun qoyulması üçün preparatlar hansı reaktivlə boyadılır?

A) Sudan–3

B) Mallori üsulu

C) Pikrofuksin Van-Gizon üsulu ilə

D) Hematoksilin və eozin

E) Konqo qırmızı reaktivi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
857) Böyrəyin birincili büzüşməsi nə deməkdir?

A) Böyrək damarlarındakı patologiyalarla əlaqədar böyrək toxumasının sklerozlaşması və büzüşməsi

B) Böyrəyin hipoplaziyası

C) Böyrəyin aplaziyası

D) Böyrəyin anadangəlmə büzüşmüş vəziyyətdə olması

E) Keçirilmiş qlomerulonefritlərlə əlaqədar böyrək toxumasının sklerozlaşması və büzüşməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
858) Mezangio-proliferativ qlomerulonefritlə mezangio-kapilyar qlomerulonefrit arasında əsas fərq nədədir?

A) Mezangio-proliferativ qlomerulonefrit sərbəst inkişaf edir və nozoloji xəstəlikdir, mezangio-kapilyar qlomerulonefrit isə sərbəst xəstəlik deyil, hansısa digər xəstəlik zamanı ikincili olaraq onun ağırlaşması kimi inkişaf edir

B) Mezangio-proliferativ qlomerulonefrit kəskin gedişli olur, mezangio-kapilyar qlomerulonefrit isə xroniki qlomerulonefritlərə aiddir

C) Mezangio-proliferativ qlomerulonefrit immun mexanizmlidir, mezangio-kapilyar qlomerulonefrit isə qeyri-immun inkişaf mexanizminə malikdir

D) Onların arasında heç bir fərq yoxdur

E) Mezangio-proliferativ qlomerulonefritdə yumaqcıq kapilyarlarındakı dəyişikliklər ocaqlı, mezangio-kapilyar qlomerulonefrit zamanı isə bu dəyişikliklər diffuz xarakterli olur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003. .

859) Şəkərli diabetin xarakter patomorfoloji əlaməti hansıdır?

A) Qanda qlükozanın miqdarının yüksəlməsi və hiperqlikemiya, qlükozuriya

B) Arteriolların divarında sadə hialinin meydana çıxması, arterioloskleroz

C) Damarların divarında mürəkkəb hialinin meydana çıxması, qranulomatoz vaskulitlərin inkişafı

D) Ağız suyu vəzlərində stromanın dezorqanizasiyası, bununla da əlaqədar hiposalivasiya və kserostomiya (ağızda quruluq)

E) Mikrosirkulyator damarların divarında lipohialinin meydana çıxması, hialinoz və sklerozun inkişafı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

860) Göstərilən patologiyalardan hansı zobun növü deyildir?

A) Epidemik zob

B) Düyünlü zob

C) Parenximatoz zob

D) Kolloid zob

E) Endemik zob


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
861) Histoloji (mikroskopik) quruluşuna görə zobun hansı növü göstərilmişdir?

A) Endemik zob

B) Epidemik zob

C) Sklerozlaşan zob

D) Kolloid zob

E) Ridel zobu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
862) Şəkərli diabet zamanı kiçik kalibrli damarlarda baş verən dəyişikliklər necə adlanır?

A) Vazopatiya

B) Vazoparalitik şəkərli diabet

C) Diabetik mikroangiopatiya

D) Şəkərli kapilyaropatiya

E) Diabetik makroangiopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
863) Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik hansıdır?

A) Parenximatoz üzvlərdə piy distrofiyasının inkişafı

B) Bütün toxumalarda diapedez qansızma ocaqlarının olması

C) Arteriolların divarında hialinoz

D) Bütün toxumalarda hüceyrələrin sitoplazmalarında qlükozanın toplanması

E) Kapilyarların divarında hialinoz və skleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
864) Aşağıda tireotoksikozun (Bazedov zobu) xarakter mikroskopik əlamətlərindən hansı göstərilmişdir?

A) Vəz epitellərinin hiperfunksiyası

B) Follikulların həcmcə böyüməsi

C) Vəz epitellərinin proliferasiyası və follikulların mənfəzinə doğru məməcikli çıxıntıların əmələ gəlməsi

D) Follikulların mənfəzində birləşdirici toxumanın inkişafı

E) Follikulların mənfəzinin limfo-leykositar elementlərlə dolması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
865) Aşağıda göstərilən hansı zob həm də I qrup (həqiqi) autoimmun xəstəliklərə aid edilir?

A) Xasimoto zobu

B) Endemik zob

C) Ridel zobu

D) Bazedov zobu

E) Kolloid zob


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
866) Şəkərli diabet zamanı iri kalibrli damarlarda – arteriyalarda baş verən dəyişikliklər necə adlanır?

A) Diabetik vazopatiya

B) Şəkərli aortopatiya

C) Vazoparalitik şəkərli diabet

D) Diabetik mikroangiopatiya

E) Diabetik makroangiopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
867) Zob nəyə deyilir?

A) Qalxanabənzər vəzin həcmcə böyüməsinə

B) Qalxanabənzər vəzin adenomasına

C) Qalxanabənzər vəzin distrofiya və nekrozuna

D) Qalxanabənzər vəzin hiperplaziyasına

E) Qalxanabənzər vəzin xoşxassəli şişinə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
868) Aşağıda zobun histoloji quruluşuna görə hansı növü göstərilmişdir?

A) Diffuz zob

B) Retrosternal zob

C) Endemik zob

D) Mezenximal zob

E) Parenximatoz zob


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
869) Hansı zob zamanı qalxanabənzər vəz sklerozlaşmış, atrofiyalaşmış və büzüşmüş olur?

A) Ridel zobu

B) Kolloid zob

C) Tireotoksikoz

D) Bazedov zobu

E) Xasimoto zobu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
870) Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma ilə yanaşı xorion xovları da görünür. Bu, hamiləliyin harada yerləşməsini göstərir?

A) Bu, bütün hamiləlik hallarında mümkündür

B) Yalnız boruda

C) Yalnız uşaqlıqda

D) Endometriumda xorion xovlarının görünməsi hamiləliyin olmamasını göstərir

E) Yalnız peritonda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
871) Histoloji xüsusiyyətlərindən asılı olaraq aşağıda mastopatiyaların hansı forması göstərilmişdir?

A) Qeyri-infiltrativ mastopatiya

B) İnfiltrativ mastopatiya

C) Metaplastik mastopatiya

D) Proliferativ mastopatiya

E) Parenximatoz mastopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
872) Aşağıda prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının ən çox rast gəlinən bir forması göstərilmişdir. O, hansıdır?

A) Karsinomatoz hiperplaziya

B) Adenomatoz hiperplaziya

C) Sirrotik hiperplaziya

D) Bədxassəli hiperplaziya

E) Xorionepitelioma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
873) Pecet xəstəliyi nədir?

A) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən xoşxassəli şiş

B) Uşaqlıq cisminin bədxassəli mezenximal şişi

C) Süd vəzlərində döş giləsindən və areoladan inkişaf edən xərçəng

D) Süd vəzlərinin dishormonal xəstəliklərinin, mastopatiyaların bir növü

E) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən bədxassəli şiş


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
874) Aşağıda süd vəzlərinin hansı xoşxassəli epitelial şişi göstərilmişdir?

A) Tekoma

B) Leyomioma

C) Xoşxassəli epitelioma

D) Fibroz hipertrofiya

E) Filloid şiş


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
875) Xoşxassəli beçəxor maliqnizasiya etdikdə hansı bədxassəli şiş əmələ gəlir?

A) Uşaqlığın fibrosarkoması

B) Uşaqlıq boynunun xərçəngi

C) Uşaqlıq cisminin xərçəngi

D) Endometrioz

E) Xorionepitelioma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
876) Endometrioz nədir?

A) Uşaqlığın selikli qişasının iltihabı

B) Uşaqlığın selikli qişasının xoşxassəli şişi

C) Uşaqlığın selikli qişasının struktur elementlərinin selikli qişa¬dan kənar toxumalarda rast gəlinməsi

D) Uşaqlığın selikli qişasının ağır distrofiya və nekrozu

E) Uşaqlığın selikli qişasının bədxassəli mezenximal şişi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
877) Aşağıda göstərilən hansı histoloji forma prostat vəzin xərçəngi üçün xarakter deyildir?

A) Yastı epitelli xərçəng

B) Anaplastik karsinoma

C) Yüksək diferensiasiyalı karsinoma

D) Orta diferensiasiyalı karsinoma

E) Solid xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
878) Endoservikoz (psevdoeroziya) nədir?

A) Uşaqlıq boynunda selikli qişanın örtük epitelinin tamlığının pozulması (eroziya)

B) Uşaqlıq boynu kanalının selikli və selikaltı qatlarında ağır distrofik və nekrotik dəyişikliklərin meydana çıxması

C) Uşaqlıq boynu kanalına məxsus toxumanın uşaqlıq boynundan kənar üzv və toxumalarda meydana çıxması

D) Uşaqlıq boynunun vaginal hissəsinin səthində çoxqatlı yastı örtük epitelində buynuzlaşma ocaqlarının meydana çıxması (uşaqlıq boynunun prekanserogen patologiyası hesab edilir)

E) Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasında çoxqatlı yastı epitel əvəzinə uşaqlıq boynu kanalına məxsus təkqatlı prizmatik epitelin meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
879) Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?

A) Körpücüküstü limfa düyünlərinə Virxov metastazının olması

B) Çox qısa müddətdə ağ ciyər qapısındakı limfa düyünlərinə metastazların olması (retroqrad metastazlar)

C) Döş giləsi və areolanın ekzematoz (ekzemayabənzər) zədələnməsi

D) Digər süd vəzində döş giləsinin kompensator hipertrofiyası

E) Şiş toxumasında yarpağabənzər (filloid) strukturların olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
880) Aşağıdakı patologiyalardan biri prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının histoloji formalarına daxil deyil?

A) Fibroz hiperplaziya (və ya stromal hiperplaziya)

B) Qeyri-infiltrativ hiperplaziya

C) Əzələ hiperplaziyası

D) Adenomatoz hiperplaziya (və ya vəzli hiperplaziya)

E) Qarışıq forma hiperplaziya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
881) Aşağıdakı hansı patologiya uşaqlığın trofoblast xəstəliklərinə aiddir?

A) Uşaqlığın polipi

B) Uşaqlıq boynunun papilloması

C) Uşaqlıq cisminin xərçəngi

D) Beçəxor

E) Endometrioz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
882) Aşağıda süd vəzi xərçənglərinin hansı növü göstərilmişdir?

A) Fibroadenoma

B) Qeyri-infiltrativ paycıq (paycıqdaxili) xərçəngi

C) Bədxassəli epitelioma

D) Filloid şiş

E) Süd vəzinin adenosarkoması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
883) Xorionepitelioma nədir?

A) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş xoşxassəli şiş

B) Uşaqlığın selikli qişasının vəz epitellərindən inkişaf edən bədxassəli şiş

C) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş bədxassəli şiş

D) Cift xovlarının epitellərindən, yəni trofoblast hüceyrələrdən inkişaf etmiş bədxassəli şiş

E) Uşaqlığın daxili qatının örtük epitellərindən inkişaf edən xoşxassəli şiş


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
884) Müayinə zamanı uşaqlıq boynunun vaginal hissəsinin səthində ağımtıl rəngdə çoxlu buynuzlaşma ocaqları aşkar olunur. Bu patologiya necə adlanır?

A) Leykoplagiya

B) Uşaqlıq boynunun vaginal hissəsinin psevdoeroziyası

C) Filatov-Koplik ləkəsi

D) Uşaqlıq boynunun xərçəngi

E) Uşaqlıq boynu kanalının ocaqlı iltihabı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
885) Beçəxor hansı toxumadan inkişaf edir?

A) Uşaqlığın selikli qişasını örtən örtük epitelindən

B) Uşaqlığın selikli qişasındakı vəz epitellərindən

C) Uşaqlığın mənfəzinə düşmüş yumurta hüceyrədən

D) Uşaqlığın əzələ qatının saya əzələ hüceyrələrindən

E) Cift xovlarını örtən kubabənzər epiteldən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
886) Histoloji xüsusiyyətlərindən asılı olaraq aşağıda mastopatiyaların hansı forması göstərilmişdir?

A) Degenerativ mastopatiya (distrofik və nekrobiotik dəyişikliklərlə)

B) Qeyri-proliferativ mastopatiya

C) Hipertrofik mastopatiya

D) İltihabi mastopatiya

E) Qeyri-immun mastopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
887) Endoservikoz üçün xarakter dəyişiklik hansıdır?

A) Selikli qişada kapilyarların görünməməsi və ya tək-tək kapilyarların olması

B) Təkqatlı prizmatik epitellə əvəz olunma

C) Epitelin olmaması

D) Yastı buynuzlaşan epitelin olması

E) Vəz epitelləri ilə əvəz olunma (adenomatoz dəyişikliklər)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
888) Aşağıda süd vəzlərinin qeyri-infiltrativ axacaq (axacaqdaxili) xərçənginin histoloji variantlarından biri göstərilmişdir. O, hansıdır?

A) Pecet xəstəliyi

B) Filloid şiş

C) Papilyar xərçəng

D) Komedokarsinoma (“angviləbənzər xərçəng”)

E) Anaplastik karsinoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə