Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim
məsələlərini öyrənir. Ümumtəhsil məktəbinin pedaqogikası digər pedaqoji elm
sahələri üçün elmi bazadır, o məhz ümumi pedaqogikadır (ümumtəhsil məktəbi
bütün dünyada kütləvi məktəbdir, o, təhsil sisteminin əsasını təşkil etdiyindən
həmin sistemin həlqələri – ilk peşə təhsili, subbakalavr təhsili, ali təhsil onun
üzərində qurulur). Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən
qüsurlu olan uşaqların (həm də yaşlıların) inkişafının psixofizioloji
xüsusiyyətlərini, onların təlim-tərbiyəsinin nəzəri əsaslarını, prinsiplərini,
üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır. Xüsusi
pedaqogikanın da sahələri vardır: surdopedaqogika – lal və karların,
tiflopedaqogika – kor və zəif görənlərin, oliqofrenopedaqogika – ağıldan kəmlərin,
loqopediya – nitqi qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir.
Dostları ilə paylaş: |