Fənlərin tədrisi metodikası təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin
tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir, onun optimal metodlarını və
vasitələrini
öyrənir.
Peşə
metodikası
konkret
peşə
fəaliyyətinin
qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləşdirmələr aparır, insanın təhsilinin
prinsiplərini və texnologiyasını işləyib hazırlayır. Tədqiqatçılar peşə sahəsindən
asılı olaraq istehsalat, hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. Ali məktəb
pedaqogikası ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiyyət-
lərini öyrənir. Sosial pedaqogika insanların bütün yaş qrupları və sosial
kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbiyəsi məsələlərini
öyrənir. Pedaqogika tarixi müxtəlif dövrlərdə pedaqoji nəzəriyyələrin və məktəb
tarixinin inkişaf qanunauyğunluqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən
bəşəriyyətin təhsil-tərbiyə tarixini izləmək, onu təhlil etmək, tarixi-pedaqoji irsin
inkişafındakı müsbət və mənfi meyilləri üzə çıxarmaq mümkün deyildir.
Dostları ilə paylaş: |