İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”) islah əmək
kolonoyalarında həbs olunmuş şəxslərin yenidən tərbiyə olunması üçün pedaqoji
yanaşmaların nəzəri və praktik əsaslarını öyrənir, burada onların təhsilinin və
tərbiyəsinin təşkili məslələrini araşdırır.İslah-əmək pedaqogikası hüquq elmləri ilə
daha sıx bağlıdır.
Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast gəlmək olur.
Humanistlik pedaqogikası 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində
ABŞ-da yaranmışdır. Humanistlik pedaqogikası əvvəlcə humanistlik ideyalarının
ifadəsi kimi meydana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik istiqa-
mətlərini özündə əks etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi
K.Rodjere, R.Bart, Ç.Ratboun və başqalarını göstərmək olar. Humanistlik pe-
daqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təhsildə və təlimdə
avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq və vərdişləri mənimsəmə
prosesinə emosional rəng qatmaqdır. Humanistlik pedaqogikasında təmənnasız
yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə kimi
formalara üstünlük verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı
uşaqların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul olmaqla
yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi
işlərin ən mühüm tərkib hissələrindən biri hesab edir. Antropedaqogika insanın
bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesi ilə bağlı yaranmışdır.İnsanın
fasiləsiz tənsil alması problemlərini öyrənir. Bərpa pedaqogikası uşaqların intellek-
tual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. Elmi-texniki
tərəqqi dövründə informasiya axınının idarə olunması və yetişən nəslin nüma-
yəndələrinin informasiya aləminə daxil edilməsi məqsədilə yaradılan pedaqogikaya
informatika-kibernetika pedaqogikası deyilir. Qızların mənəvi-əxlaqi normalarının
saflaşdırılmasına xidmət edən pedaqogika feminist pedaqogika, oğlanların əxlaqi-
mənəvi normalarının saflaşdırılmasına yönələn pedaqogika centlmen pedaqogikası
adlanır.
Pedaqogikanın göstərilən sahələri də öz növbəsində inkişaf edərək şaxələnir,
inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.
Dostları ilə paylaş: |