Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Tərbiyənin prinsiplərini fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   40   41   42   43   44   45   46   47   ...   69
Pedaqogika imtahan cavabları

49.Tərbiyənin prinsiplərini fərqləndirin 
Tərbiyənin prinsipləri tərbiyə prosesinə verilən tələblərdir. Prinsiplər zaman 
ötdükcə yenilənməli, cəmiyyətdə baş verən dəyişiklikləri özündə əks 
etdirməlidir. Tǝlim-tərbiyə prosesinin şagirdyönümlülük, şəxsiyyətyönümlülük 
üzərində qurulması tərbiyənin prinsiplərinə də təsirsiz ötüşməmişdir. Tərbiyənin 
prinsiplərinə aşağıdakılar daxildir: 
Humanizm 
Mədəniyyətəuyğunluq 
Tolerantlıq 
Demokratiklik 


Tərbiyənin həyat və əməklə əlaqəsi 
Pedaqoqla şagirdin əməkdaşlığı 
Diferensiallaşma 
1)Humanizm prinsipi. Müasir humanizm ideyalarını əks etdirən tərbiyə 
şəxsiyyətin fərdi xüsusiyyətlərini nəzərə alaraq onun yaradıcı inkişafına 
yönəlməlidir. Bu prinsipə əsasən şagirdin daxili aləmi, maraq, tələbat, qabiliyyət 
və xüsusiyyətləri ön plana çəkilməlidir. Pedaqoq tərbiyə prosesini uşaqlara 
məhəbbət, inam, qarşılıqlı hörmət, əməkdaşlıq, stimullaşdırma əsasında həyata 
keçirməlidir. 
2)Mədəniyyətəuyğunluq prinsipi. Tərbiyə prosesi milli, mənəvi, mədəni və 
ümümbəşəri dəyərlərə əsaslanmalı, məhz onların üzərində qurulmaldır. 
Həmçinin keyfiyyətlərin mənimsədilməsi üçün münbit şərait yaradılmalıdır. 
Çünki insanın cəmiyyətə uyğunlaşması yalnız həmin mədəni dəyərlərə malik 
olduğu halda mümkündür. Mədəniyyətəuyğunluq insanın inkişafı və 
formalaşması üçün lazım olan mədəniyyətin mahiyyətini, xüsusiyyətlərini və 
potensial imkanlarını nəzərə almağı labüdləşdirir. Şəxsiyyətin müxtəlif 
mədəniyyətlərə malik mühitdə formalaşmasında, səmərəli ünsiyyətin təşkilində, 
münaqişəsiz münasibətlərin qurulmasında bu prinsipin nəzərə alınması 
mütləqdir. 
3)Tolerantlıq prinsipi. Adətən tolerantlıq "dözümlülük" anlayışı ilə eyniləşdirilir. 
Tolerantlıq başqalarının maraq, inam, adət, davranış, dininə olan münasibəti 
səciyyələndirən mənəvi keyfiyyətdir. Dünyada gedən proseslərin nəticəsi kimi 
gənc nəslin dünyagörüşü, baxışı, düşüncə tərzi dəyişir, lakin bununla belə milli, 
ictimai və dini mənsubiyyətlərə tolerantlıq göstərilməsi mühüm prioritetdir. 
Uşaqlarda sülhsevərlik, başqalarını olduğu kimi qəbul edib anlamaq, onlarla 
pozitiv münasibət qurmaq bir sıra amillərdən asılıdır: zorakılıq və aqressiyadan 
yayınmaq, özünün və başqalarının mədəniyyətinə hörmət bəsləmək, müxtəlif 
mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşmaq. Tərbiyə prosesində 
həmin məqamlara xüsusi diqqət yetirilməlidir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin