Pənah Hüseynov qanunvericilik(BB,BA)


müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər



Yüklə 7,45 Mb.
səhifə85/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   81   82   83   84   85   86   87   88   ...   190
qanunvericilik.bb .ba

müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər.


    1. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı- AR Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə

təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.


M a d d ə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi

28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli yenidən sertifikat almalıdır.


28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.
28-1.3. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Şuranın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)- Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.


M a d d ə 29. İnzibati vəzifələrin tutulması



    1. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

    2. 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci- yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə(1) və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə(2) yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum- Dövlət İmtahan Mərkəzi və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.



Dövlət qulluqçusu (iki il müddətində bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla) qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı eyni olan vəzifəyə
keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.
Dövlət qulluqçusu (bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla) bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.
Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələrinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.13-cü maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.



    1. 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü- yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (struktur bölmə (şöbə) rəhbərləri həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin

      • həmin dövlət orqanında ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları,

      • habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər

      • eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər

      • habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər

tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir.
Dövlət qulluğu vəzifəsinin tutulması üçün

      • nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər,

      • dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) müəyyən etdiyi orqan (qurum)- AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər


Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin