Psixodiaqnostika



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix18.03.2017
ölçüsü3,79 Kb.
#11830
1   2   3   4   5   6   7   8   9   ...   22

CAVABLAR ÜÇÜN BLANK 
Depressiya Ģkalası 
               Soyad ________________                 tarix _______________ 
 
Təlimat:  AĢağıda  verilmiĢ  hər  bir  müddəanı  diqqətlə  oxuyun  və 
özünüzü son zamanlar necə hiss etməyinizdən asılı olaraq aĢağıdakı  uyğun 
gələn  rəqəmin  üstündən  xətt  çəkin.  Suallar  üzərində  uzun  zaman 
düĢünməyin, çünki düzgfün və ya qeyri-düzgün olan cavablar yoxdur.  
 

56 
 
Sual 
Heç vaxt 
və ya 
nadir 
hallarda 
Bəzən 
Tez – 
tez 
Demək 
olar ki, 
həmiĢə 
və ya 
daima 
1. Mən məyusluq hiss edirəm 




2. Səhərlər mən özümü yaxĢı hiss 
edirəm 




3.Məndə  bəzən  ağlamaq  və  ya 
ağlamsınmaq halları olur 




4. Mən gecələr pis yatıram 




5. Mənim iĢtahım normaldır 




6.  YaraĢıqlı  qadınlara  (kiĢilərə) 
baxmaq, onlarla danıĢmaq, onların 
yanında  olmaq  mənim  xoĢuma 
gəlir 




7. Mən azadlığımı hiss edirəm 




8. Qəbizlik məni narahat edir 




9.  Ürəyim  həmiĢəkindən  bərk 
vurur 




10.  Mən  heç  bir  səbəb  olmadan 
yoruluram 




11. Mənim düĢüncələrim həmiĢəki 
kimi aydındır 




12.  Mən  bacardığım  Ģeyləri 
asanlıqla edirəm 




13.  Narahatlıq  hiss  edəndə  mən 
bir yerdə otura bilmirəm 




14.  Mənim  gələcəyə  ümidlərim 
var 




15.  Mən  həmiĢəkindən  daha  çox 
qıcıqlanıram 




16.  Mən  qərarları  asanlıqla  qəbul 
edirəm 




17.  Mən  hesab  edirəm  ki,  zəruri 
və faydası keçən adamam 




18.  Mənim  həyatım  kifayət  qədər 
dolğundur 




19. Mən hiss edirəm ki, əgər mən 
ölsəm baĢqaları üçün yaxĢı olar 




20. Məni həmiĢə sevindirən Ģeylər  1 




57 
 
indi də məni sevindirir 
 
 
V.A.JMUROVUN DEPRESSĠV VƏZĠYYƏTLƏRĠN 
DĠFFERENSIAL DĠAQNOSTiKASININ METODĠKASI 
 
 
Hər bir ifadələr qrupunu oxuyun və uyğun cavab variantını – 0, 1, 2 və ya 3 
seçin. 
1. 0) Mənim əhvalım indi həmiĢə olduğundan pis (qəmgin) deyil. 
   1) Deyəsən, həmiĢə olduğundan daha pisdir (qəmgindir) 
   2) Bəli, həmiĢə olduğundan daha pisdir (qəmgindir) 
   3) Mənim əhvalım həmiĢə olduğundan xeyli çox pisdir (qəmgindir). 
2.  0)  Mən  həmiĢə  hiss  edirəm  ki,  mənim  əhval  –  ruhiyyəm  artıq  qəmgin 
(matəmli) deyil. 
   1) Məndə hərdənbir belə əhvali – ruhiyyə olur. 
   2) Məndə tez – tez belə əhavli – ruhiyyə olur. 
   3) Məndə belə əhvali – ruhiyyə daim olur. 
3.  0)  Mən  özümü  mənim  üçün  çox  vacib  olan  bir  Ģeyi  itirmiĢ  kimi  hiss 
etmirəm. 
    1) Bəzən məndə bu hiss olur. 
    2) Məndə tez – tez bu hiss olur. 
    3) Mən daim özümü elə hiss edirəm ki, elə bil mənim üçün çox vacib olan 
bir Ģeyi itirmiĢəm. 
4. 0) Məndə heç vaxt elə bir hiss olmur ki, guya mənim həyatım çıxılmaz bir 
vəziyyətə düĢüb. 
    1) Məndə bəzən belə hiss olur. 
    2) Məndə tez – tez bu hiss olur. 
    3)  Mən daim özümü elə hiss edirəm ki, sanki mənim həyatım çıxılmaz bir 
vəziyyətə düĢmüĢdür. 
5. 0) Mən özümü qocalmıĢ kimi hiss etmirəm. 
    1) Məndə bəzən belə hiss olur. 
    2) Məndə tez – tez bu hiss olur. 
    3)  Mən özümü qocalmıĢ kimi hiss edirəm. 
6. 0) Mən heç vaxt belə bir vəziyyətdə olmuram ki, ürəyimdə heç nəyə həvəs 
olmasın. 
   1) Mən bəzən bu vəziyyətdə oluram.  
   2) Mənn çox vaxt bu vəziyyətdə oluram. 
   3) Mən daim bu vəziyyətdə oluram. 
7. 0) Mən öz gələcəyimə görə həmiĢə olduğu kimi arxayınam. 
    1) Bəlkə də, gələcək məni həmiĢə olduğundan bir qədər çox narahat edir. 
    2) Gələcək məni həmiĢəkindən xeyli çox narahat edir. 
    3) Gələcək məni həmiĢəkindən qat – qat çox narahat edir. 

58 
 
8.  0)  Mən  adətən  öz  keçmiĢimdə  olduğundan  artıq  heç  bir  pis  Ģeylər 
görmürəm. 
    1)  Mən  adətən  öz  keçmiĢimdə  olduğundan  bir  qədər  artıq  pis  Ģeylər 
görürəm. 
    2)  Mən  adətən  öz  keçmiĢimdə  olduğundan  bir  xeyli  artıq  pis  Ģeylər 
görürəm. 
    3)  Mən  adətən  öz  keçmiĢimdə  olduğundan  qat  –  qat  artıq  pis  Ģeylər  
görürəm. 
9. 0) YaxĢılıqlara olan inam məndə həmiĢə olduğu qədərdir. 
    1) Belə inamlar məndə həmiĢə olduğundan azdır. 
    2) Belə inamlar məndə həmiĢə olduğundan xeyli  azdır. 
    3) YaxĢılıqlara olan inam məndə həmiĢə olduğundan qat – qat azdır. 
10. 0) Mən lazım olduğundan  çox qorxaq deyiləm. 
      1) Mən lazım olduğundan  bir qədər çox qorxağam. 
      2) Mən lazım olduğundan  xeyli çox qorxağam. 
     3) Mən lazım olduğundan  qat - qat çox qorxağam. 
11. 0) YaxĢı olan hər Ģey məni əvvəlki kimi sevindirir. 
      1) Mən hiss edirəm ki, bu məni əvvəlkindən bir qədər az sevindirir. 
      2) Bu məni əvvəlkindən bir xeyli az sevindirir. 
      3) Mən hiss edirəm ki, bu məni əvvəlkindən qat – qat az sevindirir. 
 
12. 0) Mən öz həyatımın mənasız olduğunu hiss etmirəm. 
      1) Məndə bəzən belə hiss olur. 
      2) Məndə tez – tez belə hiss olur. 
      3) Mən daim özümü elə hiss edirəm ki, sanki mənim həyatım mənasızdır. 
13. 0) Mən heç də adətən olduğundan çox inciyən deyiləm. 
      1) Deyəsən mən adətən olduğundan bir qədər çox inciyənəm. 
      2) Mən adətən olduğundan xeyli çox inciyənəm. 
      3) Mən adətən olduğundan qat – qat çox inciyənəm. 
14. 0) Mən əvvəllər olduğu kimi xoĢ olan Ģeylərdən zövq alıram. 
      1) Mən xoĢ olan Ģeylərdən əvvəllər olduğundan bir qədər az zövq alıram. 
      2) Mən əvvəllər olduğundan xeyli az zövq alıram. 
      3) Mən indi xoĢ olan Ģeylərdən zövq almıram. 
15. 0) Mən heç bir səbəb olmadan özümü günahkar hiss etmirəm. 
      1) Bəzən mən özümü elə hiss edirəm ki, elə bil ki,  günahkaram. 
      2)  Mən  çox  vaxt  özümü  elə  hiss  edirəm  ki,  sanki  mən  nəyə  görə  isə 
günahkaram. 
      3)  Mən  daim  özümü  elə  hiss  edirəm  ki,  sanki  mən  nəyə  görə  isə 
günahlandırıram. 
16.  0)  Məndə  nə  isə  alınmayanda  özümü  həmiĢə  olduğundan  çox 
günahlandırıram. 
      1)  Mən  buna  görə  özümü  həmiĢə  olduğundan  bir  qədər  çox 
günahlandırıram. 

59 
 
      2)  Mən  buna  görə  özümü  həmiĢə  olduğundan  bir  xeyli  çox 
günahlandırıram. 
      3)  Məndə  nə  isə  alınmayanda  özümü  həmiĢə  olduğundan  bir  xeyli  çox 
günahlandırıram. 
17. 0) Adətən mən özümə nifrət etmirəm. 
      1) Bəzən mən özümə nifrət edirəm. 
      2) Tez – tez elə olur ki, mən özümə nifrət edirəm. 
      3) Mən özümə nifrət etdiyimi daim hiss edirəm. 
18. 0) Mən özümü boğazıma qədər günahlara batmıĢ kimi hiss edirəm. 
      1) Məndə bəzən belə hiss olur. 
      2) Məndə tez – tez belə hiss olur. 
      3) Mən daim bu hissi keçirirəm. 
19.  0)  Mən  baĢqaların  hərəkətlərinə  görə  özümü  lazım  olduğundan  çox 
günahlandırıram. 
       1) Mən baĢqaların hərəkətlərinə görə özümü lazım olduğundan bir qədər 
çox günahlandırıram. 
       2) Mən baĢqaların hərəkətlərinə görə özümü lazım olduğundan xeyli çox 
günahlandırıram. 
       3) Mən baĢqaların hərəkətlərinə görə özümü lazım olduğundan qat – qat 
çox günahlandırıram. 
20. 0) Məndə adətən elə bir vəziyyət heç olmur ki, hər Ģey adama mənasız 
görünsün. 
       1) Bəzən məndə belə vəziyyət olur. 
       2) Məndə tez – tez belə vəziyyət olur. 
       3) Mən daim bu vəziyyətdəyəm. 
21. 0) Cəzaya layiq olmağım haqqında hisslər məndə olmur. 
      1) Ġndi hərdən olur. 
      2) Məndə bu tez – tez olur. 
      3) Bu hiss demək olar ki, məni tərk etmir. 
22.  0)  Mən  özümdə  əvvəl  olduğundan  heç  də  az  olmayan  müsbət  Ģeylər 
görürəm. 
      1) Mən özümdə əvvəl olduğundan bir qədər az müsbət Ģeylər görürəm. 
      2) Mən özümdə əvvəl olduğundan xeyli az müsbət Ģeylər görürəm. 
      3) Mən özümdə əvvəl olduğundan qat –qat az müsbət Ģeylər görürəm. 
23.  0)  Adətən  mən  belə  düĢünürəm  ki,  baĢqalarına  nisbətən  məndə  mənfi 
Ģeylər çox deyil. 
      1) Bəzən mənə elə bir fikir gəlir ki, mən baĢqalarından çox pisəm. 
      2) Mən tez – tez belə düĢünürəm. 
      3) Mən daim düĢünürəm ki, mən baĢqalarına nisbətən qat – qat pisəm. 
24. 0) Məndə ölmək arzusu olmur. 
      1) Bəzən bu arzu məndə olur. 
      2) Bu arzu indi məndə tez – tez baĢ qaldırır. 

60 
 
      3) Bu indi mənim daim arzuladığım Ģeydir. 
25. 0) Mən ağlamıram. 
      1) Mən hərdən bir ağlayıram. 
      2) Mən tez – tez ağlayıram. 
      3) Mən ağlamaq istəyirəm, amma göz yaĢlarım artıq quruyub. 
26. 0) Mən əsəbi olduğumu hiss etmirəm.  
      1) Mən adi halda olduğundan bir qədər çox əsəbiyəm. 
      2) Mən adi halda olduğundan çox əsəbiyəm. 
      3) Mən adi halda olduğundan qat – qat çox əsəbiyəm. 
27. 0) Mənim zehni aktivliyim heç dəyiĢməyib. 
      1) Mən öz düĢüncələrimdə nə isə ―tutqunluq‖ hiss edirəm. 
      2) Mən indi hiss edirəm ki, çox ―kütləĢmiĢəm‖ (―baĢımda fikirlər azdır‖). 
      3) Ġndi mən heç bir Ģey haqqında düĢünmürəm (―baĢım tamam boĢdur‖). 
28. 0) Mən baĢqa adamlara qarĢı marağımı itirmiĢəm. 
      1) Mən hiss edirəm ki, adamlara olan marağım bir qədər azalıb. 
      2) Mən hiss edirəm ki, adamlara olan marağım çox azalıb. 
      3)  Mənim  adamlara  qarĢı  marağım  heç  yoxdur  (―mən  heç  kəsi  görmək 
istəmirəm‖). 
29. 0) Mən həmiĢə olduğu kimi qərarlar qəbul edirəm. 
      1) Mən həmiĢə olduğu kimi qərarları qəbul etməkdə çətinlik çəkirəm. 
      2) Mənim üçün qərar qəbul etmək həmiĢəkindən xeyli çətindir. 
      3) Mən artıq özüm heç bir qərar qəbul edə bilmirəm. 
30. 0) Mən həmiĢə olduğu kimi cazibədaram. 
      1) Deyəsən mən həmiĢə olduğundan bir qədər az cazibədaram. 
      2) Mən həmiĢə olduğundan xeyli az cazibədaram. 
      3) Mən hiss edirəm ki, indi çox pis görünürəm. 
31. 0) Mən həmiĢə olduğu kimi iĢləyə bilirəm.  
      1) Mən həmiĢə olduğu kimi iĢləməkdə bir qədər çətinlik çəkirəm. 
      2) Mən həmiĢə olduğu kimi iĢləməkdə xeyli çətinlik çəkirəm. 
      3) Mən indi tamamilə iĢləyə bilmirəm (―hər Ģey əlimdən tökülür‖). 
32. 0) Mən həmiĢə olduğundan heç də pis yatmıram. 
      1) Mən həmiĢə olduğundan bir qədər pis yatıram. 
      2) Mən həmiĢə olduğundan xeyli pis yatıram. 
      3) Ġndi mən demək olar ki, heç yatmıram. 
33. 0) Mən həmiĢə olduğundan heç də çox yorulmuram. 
      1) Mən həmiĢə olduğundan bir qədər çox yoruluram. 
      2) Mən həmiĢə olduğundan xeyli çox yoruluram. 
      3) Mənim bir iĢ görməyə artıq heç bir gücüm yoxdur. 
34. 0) Mənim iĢtaham həmiĢə olduğundan heç də pis deyil. 
      1) Mənim iĢtaham həmiĢə olduğundan bir qədər pisdir. 
      2) Mənim iĢtaham həmiĢə olduğundan xeyli pisdir. 
      3) Mənim iĢtaham qətiyyən yoxdur. 

61 
 
35. 0) Mənim çəkim dəyiĢmir. 
      1) Mən son vaxtlarda bir qədər arıqlamıĢam. 
      2) Mən son vaxtlarda nəzərə çarpacaq dərəcədə arıqlamıĢam. 
      3) Mən son vaxtlarda həddindən çox arıqlamıĢam. 
36. 0) Mən həmiĢə olduğu kimi səhhətimin qeydinə qalıram. 
      1) Mən öz səhhətimin qeydinə həmiĢə olduğundan az qalıram. 
      2) Mən öz səhhətimin qeydinə həmiĢə olduğundan xeyli az qalıram. 
      3) Mən öz səhhətimin qeydinə qətiyyən qalmıram. 
37. 0) Mən əvvəl olduğu kimi sekslə marqlanmıram. 
      1) Mən sekslə əvvəl olduğundan az maraqlanıram. 
      2) Mən sekslə əvvəl olduğundan xeyli az maraqlanıram. 
      3) Mən seksə olan marağımı tam itirmiĢəm. 
38. 0) Mən hiss etmirəm ki, mənim ―Mən‖im bir qədər dəyiĢmiĢ olsun. 
      1) Mən indi hiss edirəm ki, ―Mən‖im bir qədər dəyiĢilmiĢdir. 
      2) Mən indi hiss edirəm ki, ―Mən‖im bir xeyli dəyiĢilmiĢdir. 
      3)  ―Mən‖im  o  qədər  dəyiĢmiĢdir  ki,  indi  mən  öz  –  özümü  tanıya 
bilmirəm. 
39. 0) Mən ağrını həmiĢə olduğu qədər hiss edirəm. 
      1) Mən ağrını həmiĢə olduğundan çox hiss edirəm. 
      2) Mən ağrını həmiĢə olduğundan az hiss edirəm. 
      3) Mən indi ağrını demək olar ki, hiss etmirəm. 
40.  0)  Səhhətdə  olan  bəzi  pozulmalar  (ağızda  quruluq,  ürəkdöyüntülərinin 
güclənməsi,  qəbizlik,  boğulmalar)  məndə  normal  halda  olduğundan  çox 
olmur. 
      1) Bu pozulmalar məndə normadan  bir qədər çox olur. 
      2) Bu pozulmaların bəziləri məndə normadan bir xeyli çox olur. 
      3) Bu pozulmalar məndə normadan qat – qat çox olur. 
41.  0)  Səhərlər  mənim  əhvali  –  ruhiyyəm  axĢam  olduğundan  heç  də  pis 
olmur. 
      1)  Əhvali  –  ruhiyyəm  səhərlər  axĢama  doğru  olduğundan  bir  qədər  pis 
olur. 
      2) Əhvali – ruhiyyəm səhərlər axĢama doğru olduğundan xeyli pis olur. 
      3) Səhərlər mənim əhvali – ruhiyyəm axĢama doğtu ilə müqayisədə qat – 
qat pis olur. 
42. 0) Yazda (payızda) mənim əhvali – ruhiyyəmdə tənəzzül baĢ vermir. 
      1) Bu mənim baĢıma bir dəfə gəlib.  
      2) Bu mənim baĢıma iki və ya üç dəfə gəlib. 
      3) Bu mənim baĢıma dəfələrlə gəlib. 
43. 0) Məndə hərdən pis əhvali – ruhiyyə olur, amma bu uzun müddət davam 
etmir. 
      1) DüĢkün əhvali – ruhiyyə məndə bir həftədən bir aya qədər davam edə 
bilir. 

62 
 
      2) DüĢkün əhvali – ruhiyyə məndə aylarla davam edə bilir. 
      3) DüĢkün əhvali – ruhiyyə məndə bir il və ya  daha çox davam edə bilər. 
44. 0) Mən elə hallar olmur ki, öz emosiyalarımı hiss etməyim. 
      1) Bəzən məndə belə hallar olur. 
      2) Məndə belə hallar tez – tez olur. 
      3) Mən bu haldan çıxa bilmirəm. 
 
Məlumatların  iĢlənməsi.  Burada  qeyd  edilən  cavabalrın  nömrələrin  cəmi 
tapılılır (onlar həm də ball sayılır). 
 
  Məlumatların interpretasiyası: 
1 – 9 – depressiya yoxdur, ya da çox cuzidir. 
10 – 24 – depressiya minimaldır. 
25 – 44 – yüngül depressiya. 
45 – 67 – orta səviyyəli depressiya. 
68 – 87 – aĢkar depressiya. 
88 – və daha çox – dərin depressiya. 
Apatiya:  BaĢ  verənlərə,  ətafdakılara,  öz  vəziyyətinə,  keçmiĢ  həyata, 
gələcəyin  perspektivlərinə  qarĢı  biganəlik,  etinasızlıq  vəziyyəti.  Bu  həm 
yüksək və sosial hisslərin, həm də təbii emosional proqramların birdəfəlik və 
ya keçici olaraq tam  aradan qalxması deməkdir. 
Hipotimiya:  (əhvali  –  ruhiyyənin  aĢağı  olması).  Qəmginlik,  itkiyə  görə 
dərd  çəkərək  müəssir  olmaq,  ümidsizlik,  çarəsizlik,  həyata  bağlılığın 
zəifləməsi  Ģəklində olan affektiv düĢkünlük. Müsbət emosiyalar bu  zaman 
səthi, cuzi olur, tamamilə olmur. 
Disforiya:  (―pis  qəbul  edirəm‖,  ―pis  Ģeylər  daĢıyıram‖).  Qaraqabaqlılıq, 
acıqlılıq, düĢmənçilik, deyingənliklə müĢahidə olunan təlx əhvali – ruhiyyə, 
donquldanmaq, narazılıq, ətrafdakılara qarĢı qərəzli münasibət, aqressiya və 
dağıdıcı hərəkətlərlə müĢayiət olunan qəzəb partlayıĢları. 
Özünü  itirmək:    Kəskin  bacarıqsızlıq,  acizlik,  əlacsızlıq  hiss,  ən  sadə 
situasiyaları  və  öz  psixi  vəziyyətindəki  dəyiĢiklikləri  baĢa  düĢməmək. 
Həddindən çox dəyiĢkənlik, diqqətin  dayanıqlıqsız  olması, simada yalvarıcı 
ifadə,  özünə  qətiyyən  əmin  olmayan  və  çaĢmıĢ  adamın  poza  və  jestləri 
tipikidir. 
Həyəcan:    Aydın  olmayan,  insanın  özü  üçün  də  dərkedilməz  olan 
getdikcə  böyüyən  təhlükə  hissi,  qəzaları  qabaqcadan  hiss  etmə,  faciəvi 
sonluğu  gərginliklə  gözləmə.  Emosional  enerji  və  o  qədər  güclü  Ģəkildə 
fəaliyyət göstərir ki, özünəməxsus fiziki hissiyatlar yaranır: ―daxildə hər Ģey 
yumaq  kimi  yığıldı,  gərginləĢdi,  tel  kimi  gərildi,  indicə  qırıla,  partlaya 
bilər...‖.  Həyəcan  hərəki  oyanıqlıq,  həyəcanlı  nidalar,  intonasiyalar, 
mübaliğəli, ifadəli hərəkətlərlə müayiət olunur. 

63 
 
Qorxu:  Bütün  vəziyyətlərə  ötürülən  və  ətrafda  olan  hər  Ģeydə  əks 
etdirilən  dağınıq  bir  vəziyyət.  Qorxu  həm  də  müəyyən  situasiyalar, 
obyektlər, Ģəxslər ilə bağlı ola bilər və bilavasitə həyat üçün, sağlamlıq üçün, 
rifah və prestij üçün olan təhlükənin, qorxunun yaĢanması ilə ifadə olunur. 
Bu, enerjinin daxili konsentrasiya olunmasını sübut edən müxtəlif fiziki 
hisslərlə  müĢayiət  oluna  bilər:  ―içim  soyudu‖,  ―içimdə  nə  isə  qırıldı‖, 
―tüklərim biz – biz durdu‖, ―sinəm sıxıldı‖ və s. 
 
LYUġER TESTĠ 
 
LyuĢer  testi  belə  bir  fərziyəyə  əsaslanmıĢdır  ki,  sınaqdan  keçirilən 
insanın rəng seçimi çox vaxt onun müəyyən fəaliyyətə yönəlməsini, əhvali – 
ruhiyyəsini,  Ģəxsiyyətinin  funksional  vəziyyətini  və  ən  sabit  xarakter 
cizgilərini ifadə edir. 
Xarici  mütəxəssislər  bəzən  LyuĢer  testindən  kadr  seçimi,  istehsal 
kollektivlərinin komplektləĢdirilməsi zamanı peĢəyönümü  məqsədilə  etniki, 
herantoloji  tədqiqatlarda,  nigah  partnyorlarının  seçimi  üzrə  tövsiyyələrdə 
istifadə edirlər. 
Onların  psixoloji  interpretasiyasında  rənglərin  mənası  sınaqdan  keçən 
insanların  çoxsaylı  kontinqentinin  hərtərəfli  müayinə  olunması  gediĢində 
müəyyən olunur. 
Rənglərin  xarakteristikasına  (LyuĢerə  görə)  4  əsas  və  4  əlavə  rəng 
daxildir. 
Əsas rənglər: 
1)
 
göy – sakitliyin, məmnunluğun simvoludur; 
2)
 
göyümtül – yaşıl – inam, inad və bəzən də tərslik hissini ifadə edir; 
3)
 
narıncı  –  qırmızı  –  iradə  səylərinin,  aqressivliyin,  hücum 
tendensiyalarının, qızqınlığın simvoludur; 
4)
 
açıq sarı – aktivlik, ünsiyyətə meyl, ekspansivlik, Ģənlik. 
 
MünaqiĢənin olmadığı optimal vəziyyətdə  əsas rənglər əsasən ilk beĢ 
mövqedə durmalıdırlar. 
 
Əlavə  rənglər:  5)  bənövşəyi;  6)  qəhvəyi;  7)  qara;  8)  sıfır  (0).  Bunlar 
neqativ  tendesiyaların:  həyəcanlılıq,  stress,  qorxu  keçirmə,  dilxorluq 
simvollarıdırlar. Bu rənglərin (eləcə də əsas rənglərin) mənası ən çox onların 
qarĢılıqlı  vəziyyəti,  mövqelər  üzrə  düzülüĢü  ilə  müəyyən  olunur  –  aĢağıda 
bütün bunlar göstərilmiĢdir. 
 
Təlimat  (psixoloq  üçün):  ―Rəngli  kartoçkaları  qarıĢdırın  və  rəngli 
üzünü  yuxarı  qoyaraq  düzün.  Sınanandan  xahiĢ  edin  ki,  8  rəngdən  ən  çox 
xoĢuna gələni seçsin. Bu zaman izah etmək lazımdır ki, rəngi seçərkən onu 
paltarında  olan  sevimli  rənglə,  gözlərinin  rəngi  ilə  və  s.  ilə  uyğunlaĢdırıb 
seçməsin, elə belə rəng kimi seçsin. 

64 
 
 
Sınanan səkkiz rəngdən ən çox xoĢuna gələni seçməlidir. SeçilmiĢ rəng 
karteçkasını üzüaĢağı Ģəkildə kənara qoymaq lazımdır. Qalan yeddi rəngdən 
ən  çox  xoĢ  olanı  seçməyi  xahiĢ  edin.  SeçilmiĢ  rəng  kartoçkasını  birinci 
kartoçkadan sağda üzüaĢağı Ģəkildə qoymaq lazımdır. Bu proseduranı təkrar 
edin. DüzülmiĢ kartoçkaların nömrələrini ardıcıllıqla qeyd edin. 
 
2  –  3  dəqiqədən  sonra  kartoçkaların  üzüyuxarı  çevirin  və  eyni  Ģeyi 
təkrarlayın. Bu zaman izah edin ki, sınanan birinci seçim zamanı olan rəng 
ardıcıllığını  yadına  salmamalı  və  bilərəkdən  əvvəlki  ardıcıllığı 
pozmamalıdır. O, rəngləri sanki birinci dəfə imiĢ kimi seçməlidir. 
 
Birinci  seçim  arzu  olunan  vəziyyəti,  ikinci  seçim  isə  əsil  vəziyyəti 
xarakterizə edir. Tədqiqatın məqsədindən asılı olaraq uyğun testləĢdirmənin 
nəticələrini interpretasiya etmək olar‖. 
 
TestləĢdirmə nəticəsində səkkiz mövqe əldə edirik: 
 
birinci və ikinci  - aĢkar üstünlük vermək (+ + ilə iĢarə olunur); 
 
üçüncü və dördüncü  - üstünlük vermək (x x ilə iĢarə olunur); 
 
beşinci və altıncı – rəngə qarĢı biganəlik (= = ilə iĢarə olunur); 
 
yeddinci və səkkizinci – rəngə qarĢı antipatiya ( - - ilə iĢarə olunur). 
 
36000-dən  çox  nəticənin  analizi  əsasında  M.LyuĢer  seçilmiĢ 
mövqelərin nümunəvi xarakteristikasını verilmiĢdir. 
 
1-ci  mövqe  məqsədə  çatmaq    üçün  üsulları  əks  etdirir  (məsələn,  göy 
rəngin  seçimi  artıq  gərginsizlik,  sakitcə  hərəkət  etmək  niyyətindən  xəbər 
verir); 
 
2-ci mövqe sınananın can atdığı məqsədi göstərir; 
 
3-cü  və  4-cü  mövqe  rəngə  verilən  üstünlüyü  xarakterizə  edir  və 
sınananın  əsil  situasiyadakı  hisslərini  və  ya  situasiyanın  ona  qabaqcadan 
xəbər verdiyi fəaliyyət obrazını əks etdirirlər; 
 
5-ci  və  6-cı  mövqe  rəngə  qarĢı  biganəliyini,  ona  neytral  münasibəti 
xarakterizə  edirlər.  Onlar    bir  növ  sınanmanın  öz  vəziyyətini,  əhvali  – 
ruhiyyəsini,  motivlərini  bu  rənglərlə  bağlamadığını  xəbər  verirlər.  Amma, 
müəyyən situasiyada bu mövqe rəngin ehtiyat traktovkasını özündə saxlayır, 
məsələn, göy rəng (sakitlik rəngi) adı gedən situasiyada uyğun olmayan rəng 
kimi müvəqqəti olaraq kənara qoyulur. 
 
7-ci  və  8-ci  mövqe  rəngə  olan  neqativ  münasibəti  ,  bu  rənglə  ifadə 
olunan  hər  hansı  bir  tələbatı,  motivi,  əhvali  –  ruhiyyəni  boğmaq  cəhdini 
xarakterizə edirlər 
 
+   +     x   x   =   =   -    - 
 
3    4    1    0   2   5   6    7 
 
SeçilmiĢ  rənglərin  qeyd  olunması  mövqelər  göstərilməklə  üstünlük 
verilən rənglərin sırasını nömrələməklə aparılır. Məsələn, qırmızı, sarı, göy, 
boz,  yaĢıl,  bənövĢəyi,  qəhvəyi  və  qara  rənglərin  seçimi  zamanı  belə  qeyd 
olunur: (+   +;     x   x;   =   =;   -    -) zonaları 4 funksional qrup təĢkil edir. 
 

65 
 
Testin nəticələrinin interpretasiyası 
 
 
Qeyd  olunduğu  kimi,  seçimin  nəticələrinin  izahedilməsi  üsullarından 
biri  əsas  rənglərin  vəziyyətinin  qiymətləndirilməsidir.  Əgər  onlar  beĢinci 
mövqedən  sonrakı  mövqeləri  tuturlarsa,  deməli,  onların  xarakterizə  etdiyi 
xüsusiyyətlər,  tələbatlar  ödənilməmiĢdir,  nəticədə  narahatlıq,  neqativ 
vəziyyət yaranır. 
 
Əsas  rənglərin  qarĢılıqlı  vəziyyəti  nəzərdən  keçirilir.  Məsələn  №1  və 
№  2  (göy  və  sarı)  yanaĢıdılar  (funksional  qrup  yaradırlar),  onların  ümumi 
xüsusiyyəti – ―daxilə‖ subyektiv istiqamətlənmə qeyd olunur. № 2 və № 3 
rənglərin (yaĢıl və qırmızı) birgə vəziyyəti, qərarların qəbulu zamanı onların 
müstəqilliyinə, təĢəbbüskarlığına iĢarə verir. № 3 və № 4 rənglərin (qırmızı 
və  sarı)  birləĢməsi  ―xaricə‖  istiqamətlənməni  qeyd  edir.  №  1  və  №  4 
rənglərin  (göy  və  sarı)  birləĢməsi  sınananların  mühitdən  asılılığının 
təsəvvürünü gücləndirir. № 1 və № 3 rənglərin  (göy və qırmızı) birləĢməsi 
zamanı  bir  funksional  qrupda  mühitdən  asılı  olmağın  və  subyektiv 
istiqamətlənmənin  (göy  rəng)  və  müstəqilliyi,  ―xaricə‖  istiqamətlənmənin 
(qırmızı rəng) əlveriĢli balansı qeyd olunur. YaĢıl və sarı rənglərin (№ 2 və 
№ 4) birləĢməsi ―daxilə‖ subyektiv can atma, muxtariyyət ilə inadkarcasına 
―daxilə‖  can  atmanın,  mühitdən  asılı  olmanın  müqayisə  edilməsi  kimi 
nəzərdən keçirilir. 
 
M.LyuĢerin  rəyinə  görə  əsas  rənglər  aĢağıdakı  psixoloji  tələbatların 
simvoludurlar: 
 
№ 1 (göy)  - məmnun olmağa, sakitliyə, dayanıqlı müsbət bağlılıqlara 
tələbat 
 
№ 2 (yaĢıl) – özünütəsdiqə tələbat 
 
№ 3  (qırmızı) – aktiv hərəkət etmək və uğur qazanmağa olan tələbat 
 
№  4    (sarı)  –  perspektivə,  daha  yaxĢı  olmaq  üçün  ümidlərə,  arzulara 
olan tələbat. 
 
Əgər  əsas  rənglər  1-ci  və  5-ci  mövqelərdədirlərsə,  onda  hesab  olunur 
ki, bu tələbatlar müəyyən qədər ödənilir və ödənilmiĢ kimi qavranılırlar: əgər 
onlar 6-cı və 8-ci mövqelərdədilərsə, bu, o deməkdir ki, əlveriĢsiz Ģəraitlərə 
görə  hər  hansı  bir  münaqiĢə,  narahatlıq,  narazılıq  vardır.  Rədd  edilən  rəng 
stress qaynağı kimi də nəzərdən keçirilə bilər. Məsələn rədd edilən göy rəng 
sakitliyin, bağlılığın olmamasından olan məmnuniyyətsizliyi bildirir. 
 
Rənglərin  seçiminin  analizinin  gediĢində  əmək  qabiliyyətinin 
qiymətləndirilməsi  imkanlarını  M.LyuĢer  aĢağıdakı  mühakimələrə 
əsaslanaraq nəzərə alırdı.  
 
YaĢıl  rəng  mürəkkəb  fəaliyyət  Ģəraitlərində  iradə  təzahürlərinin 
elastikliyini  xarakterizə  edir,  hansı  ki,  əmək  qabiliyyətinin    mühafizə 
edilməsini təmin edir. 

66 
 
 
Qırmızı  rəng  məqsədə  çatmağa  can  atmaqdan  məmnunluq  hissini  və 
iradə  gücünü  xarakterizə  edir,  bunlar  da  əmək  qabiliyyətinin  mühafizə 
edilməsinə yardım göstərirlər. 
 
Sarı  rəng  uğura  olan  ümidləri,  fəaliyyətdə  iĢtirakdan  (bəzən  onun 
detallarını  dəqiq  dərk  etmədən)  alınan  spontan  zövqü,  sonrakı  iĢə 
səmtləĢməni göstərir. 
 
Əgər bu üç rəng sıranın baĢında və üçü də bir yerdə durubsa onda daha  
məhsuldar fəaliyyət daha yüksək əmək qabiliyyəti ehtimalı var. Əgər  onlar 
sıranın ikinci yarısında və bir – birilərindən ayrı dururlarsa proqnoz daha az 
qənaətbəxĢdir. 
 
Həyəcan göstəriciləri: Əgər əsas rəng 6-cı yerdə durursa, o, ―-― iĢarəsi 
ilə qeyd olunur və ondan sonra gələnlər (7-ci və 8-ci mövqelər) də bu iĢarə 
ilə  qeyd  olunurlar.  Onları  rədd  edilən  rənglər,  həyəcanlılığın  və  neqativ 
vəziyyətin səbəbi kimi nəzərdən keçirmək lazımdır. 
 
LyuĢer  testində  belə  hallar  rəngin  nömrəsi  və  ―-―  iĢarəsinin  üstündə 
yerləĢdirilmiĢ A hərfi ilə qeyd olunur. Məsələn: 
 
   
 
A    
A       A 
 
   
 
1        6        0 
Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin