Publisher


XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə46/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   42   43   44   45   46   47   48   49   ...   86
Filologiya 2021 2

XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı
 
109 

Kənddə kişi yox idi, xoruzun adını qoydular Qara-Məhməd; 

Kərbəlayi Kazım/ya Museyi-Kazım, sənə demək nə lazım; 

Kor Alıya üzgüçü deyiblər (yəni tərifləyiblər); 

Adın nədi, Qərəbet, işin nədi, gəlib get; 

Qızıl görəndə Qeysər də yoldan çıxar; 

Qoy desinlər Qasıməlinin çustu var, kim nə bilir altı yoxdur, üstü var; 

Qoyunun olmadığı yerdə keçiyə Əbdürrəhman Çələbi deyərlər;

Lat-lüt imam Rza; 

Leyli bazarıdır, Məcnun can satır;

Lobyalı aş, keçəl Dadaş, get gəlirəm yavaş-yavaş; 

Mədinə ilə Məsmə, düşübdür bəhsə-bəhsə; 

Mənim adım Miri ola, unum dəyirmanda iri ola? 

Mıs-mıs deyincə/eliyinjən, birdəfəlik Mustafa de//Mıs-mıs deyincə, Mustafa de qurtarsın; 

Nağı ağıl deyir, Tağı nağıl; 

O işin üstündə Sevdimalını sel apardı ha; 

O, Nikolayı taxtda görübdür; 

Olar - fəbiyyəl-murad, olmaz - keçəl Əlmurad; 

Ölməz-itməz Xədicə, görər nəvə-nəticə; 

Ölmüşdü Xankişi, tapançanı vermişdi, qoburu da verə;

Ölüm haqdan, kəfən Məmməd Cəfər bəydən;

Ruzimiz düşüb kor Məliyin əlinə; 

Sənəm, Çağırdım: - Sənəm, Sənəm! Səs gəldi: - Mənəm, mənəm! Soruşdum: - Bağda kim 
var? Dedi: - Çox darıxma, bir sənsən, bir də mənəm; 

Şakirə baxmış, Şükürə min şükür; 

Şələni götürən Məmmədalı, gücə düşən Əhmədalı; 

Tanrı verib Zeyniyə, dişləri yox çeynəyə; 

Toydan sonra mağara, xoş gəldin Bayramağa; 

Tumanı cırıx Bərxudar, istəyir bizi qorxuda; 

Ustamızın adı Xızır, əlimizdən gələn budur; 

Vermədi Məbud, neyləsin Mahmud? 

Ya dəli, ya divanə, Bəhlul danəndə, Bəhlul divanə;

Ya keçəl Həsən, ya Həsən keçəl, nə fərqi; 

Yaz gələr, qış gedər Ağaqulu, dəyirmana boş gələr, Ağaqulu, dul arvada xoş gələr 
Ağaqulu; 

Yazan da Mirzə, pozan da Mirzə (Əslində burada Mirzə katib deməkdir. İndiki referent 
vəzifəsini icra edən adama keçmişdə 
"mirzə" 
deyirdilər.Verilən əmrlər mirzənin əli ilə 
yazılıb, həm də pozulub/ləğv edilib. Mənası budur ki, qanunu verən də, ləğv edən də 
eyni adamdır). 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin