Publisher


"Şah Abbasın anası kimi nə zarıyırsan?"



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə48/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   44   45   46   47   48   49   50   51   ...   86
Filologiya 2021 2

"Şah Abbasın anası kimi nə zarıyırsan?" 
məsəlinin yaranma səbəbi də maraqlıdır. Bu 
barədə tarixçi-etnoqraf alim Faiq Şükürbəyli qeyd edir ki, Şah Abbasın anası yataqda elə hey 
zarıyırmış. Hər gün bir nökər onu yüyrüyə qoyub yelləyirmiş. Arvad da nə vaxt kefinə yerləşsə, 
onda sakit olarmış. Yazıq nökərlər səhərə kimi onu yelləməkdən cana doyublarmış. Şah Abbas 
anasının üstünə loğman gətirir. Loğman arvadın orasın-burasın yoxlayandan sonra deyir ki, bu 
arvadın canı hələ suludu. O, buz baltası kimi sağlamdı. Onun heç bir xəstəliyi yoxdu.Loğman 
Şah Abbası xəlvətə çəkib deyir: - Anan ər kürrüyü eləyir. Şah Abbas bir söz demir. Axşam 
düşəndə anası bir də başlayır zığıldamağa: - Ay oram ağrıyır, ovmaq gərəkdir. Ay buram 
ağrıyır, basdırmaq gərəkdir. Şah Abbas özünü saxlaya bilmir: - Ay ana, bu kürrüyünü burax
əbəs yerə zarıma. Sənin o vaxtın deyil axı! Arvad da arif adamımış, oğlunun hansı simə 
vurduğunu başa düşür və bir də zığıldamır. İndi də bir adam yersiz yerə vay-şivən qoparanda 
deyirlər: Şah Abbasın anası kimi nə zarıyırsan? Şəxs adı ilə bağlı
 a
z-az işlədilən, ammayaranma 


XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı
 
111 
səbəbi maraqlı olan bir el deyimi də var: 
"Gəl, amma Qulamsız gəl".
Deyir bir mahalda Fərzalı 
adlı bir molla varmış. Hüzr yeri olanda bircə sifarişlə yas yerinə gələr, el adəti ilə ölünü urvata 
mindirərmiş. O, böyük hörmət-izzət sahibiymiş. Ancaq onun yeganə nöqsanı oymuş ki, hara 
gedir getsin, nəvəsi Qulamı da özü ilə apararmış. Qulam da nə Qulam, hər oturanda 15-20 
adamın xörəyini yeyər, doydum deməzmiş. Bir gün qonşu obaların birində ölü düşür. Ölü yiyəsi 
kasıb bir kişi imiş. Var-yox bircə qoyunu varmış. O, belə qərara gəlir ki, qoyunu kəsib anasına 
ehsan versin. Molla məsələsinə gələndə qanı bərk qaralır. Çünki həmin mahalda Fərzalıdan 
başqa kamil molla yoxumuş. Kişi fikirləşir ki, əgər Fərzalını çağırsa Qulam da gələcək. Qoyunu 
təkcə Qulam yeyəcək. Bəs neyləsin? Mollasız da ki, keçinmək mümkün deyil. Bir qədər 
fikirləşdikdən sonra o, molla Fərzalıya belə bir sifarişi göndərir: - Molla, ölmüşəm məni yerdən 
götür. Başını orda islat, burda qırx. Təcili gəl, amma Qulamsız gəl! 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin