Daşdəmir, Xıdır İlyas, İsa, Kəraməddin, Məhəmməd, Molla Nəsrəddin, Molla Pənah, Murad, Nağı və Ramazan adı ilə bağlı iki atalar sözü:
Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı;
Adın oldu Daşdəmir, od-ocağa isin gir;
Ağanəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm (varlanıb qudurmuş adamlara
aiddir);
Dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağa tərəf getməlidir;
Dini Məhəmməd dinidi, günü itin günüdü;
Həmişə Şaban, bir kərrə də Ramazan;
Hər gecəni qədir bil, hər gəzəni Xızır;
Hər oxuyan Molla Pənah olmaz;
Hər oxuyan Pənah, hər qatırçı Murad olmaz;
Hərə bir barmaq batırar hənasına dəllək Muradın;
İsa içün Musayı qınama;
İsa öz yerində, Musa öz yerində;
Qılboğaz Nağı;
Qoyun olmayan yerdə keçiyə Kəraməddin ağa deyərlər;
Molla Nəsrəddin o qədər ölü oldu ki, bir qazan plovu yeyə bilmədi?
Molla Nəsrəddinə dedilər, örkənini ver, dedi, üstə darı səpmişəm;
Nağı ağıl deyir, Tağı nağıl;
Nə dərin suya gir, nə də Xıdır İlyası çağır;
Nə işin var dərin yеrdə, çağırasan Həzrət İlyas;
Oğlun oldu adın qoy Ağanəzər, xeyri olmasa nə zərər;
Oruc tutmayanın oğluna Ramazan adı qoyarlar;
Saqqalda kərəm olsaydı, keçiyə Kəraməddin ağa deyərdilər.
Bir atalar sözünə rast gəldiyimiz adlar: Abdulla,Ağacan,Ağaqulu, Alı, Aslan, Baxşalı,
Balaxanım, Bayramağa, Bayraməli, Bəhlul, Bərxudar, Bəşir, Camal, Dadaş, Dədə Qorqud,
Əbdülkərim, Əbdürrəhman Çələbi, Əhmədalı, Əlmurad, Əsli, Gülsənəm, Güldəstə, Gülyetər,
Gümüş, Haqverdi, Həbillah, Həsən, Həsi, Hüseyn, Hüsü, Ömər, Xançoban, Xankişi, Xavərcan,
Xeyrulla, Xədicə, Xıdır, Xızır, Kazım, Kərəm, Məmmədalı, Qasıməli, Qeysər, Qərəbet, Qəzər,