Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə47/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   43   44   45   46   47   48   49   50   ...   86
Filologiya 2021 2

Fəridə Seyidova
 
110 
Şəki folklorunda Mustafa adına yumoristk mahnıya da rast gəldik: 
Qardı, yağışdı, Mustafa bəy? Kürkün höyüşdü, Mustafa bəy? Öppax öppaxdı Mustafa 
bəy, Dişdəmax nədi Mustafa bəy?. 
Ümumiyyətlə adlar əksini tapmış folklor nümunələri yetərincədir. Mirağa adına bir 
bayatıya diqqət edək: 
Ay Mirağa, Mirağa, 
Nöyüt tökün çırağa.
Saçım sünbülə dönüb, 
Barmaqlarım darağa. 
Şəxs adları ilə bağlı bəzi deyimlərin yaranma səbəbi məlum olsa da, bir çoxu hələ də öz 
tədqiqatçısını gözləyir. Bu sahədə filologiya üzrə fəlsəfə doktoru Faiq Şükürbəylinin 
tədqiqatlarını qeyd etməmək olmaz. Faiq Şükürbəyli 
"Ölmüşdü Xankişi tapançanı vermişdi, 
qoburu da verə" 
məsəlinin yaranması haqqında yazır ki, Qaryagin (1959-cu ilədək adı Qaryagin 
olan indiki Füzuli rayonunun ilk adı
 Qarabulaq 
olub. 1826-1828-ci illərdə baş vermiş Rus-İran 
müharibəsində iştirak etmiş rus generalı Qaryaginin adıyla bağlıdır) rayonunda (indiki Füzuli 
rayonu) həmişə özünü tərifləyən Xankişi adlı bir polis işçisi varmış. O vaxt polıisə milis 
deyirmişlər. Rəis həmişə onu beməzləyirmiş ki, bəs o, qaçaq-quldura, oğru-əyriyə qarşı fəal 
mübarizə apara bilmir. Xankişi bu dəfə də rəisin yanından qanıqara çıxır və fikirli-fikirli evinə 
sarı gedir. O, qaranlıq döngənin birindən keşərkən bir quldurla qarşılaşır. Quldur Xankişidən 
üstündəki pul-paranı, qiymətli şeyləri verməyi tələb edir. Xankişi onun dediklərinə əməl edərək 
olan-qalan şeylərini quldura verir. Quldur onun tapançasını da əlindən alıb qaçır. Xankişi kor-
peşman geriyə - şöbəyə qayıdıb vəziyyəti rəisə söyləyir. Rəisin gözü Xankişinin belindən asılmış 
tapançanın qoburuna sataşır. Rəis maraqla soruşur: 
- Bəs deyirsən, tapançanı aparıblar, qobur ki, belindədir? 
Xankişi özünü çəkərək şəstlə deyir: - Bəyəm Xankişi ölmüşdü ki, tapançanı vermişdi, 
qoburu da əldən verə. Bu hadisə bütün rayona yayılır. Hamı Xankişini təbəssümlə qarşılayır, 
hətta ona belə bir şəbədə də qoşurlar: 
- Yemisən turş alçanı, 
Qarnın çalır kamanşanı, 
Xankişi, götür tapançanı, 
Qoyma qobudan qaçanı. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin