III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1025
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
MİR CƏLALIN MANİFESTİ
Aytən HÜSEYNOVA
M. Füzuli adına Əlyazmalar İnstitutu
aytan-aliyeva @ rambler. Ru
AZƏRBAYCAN
Tolstoy: "Bütün xoşbəxt ailələr bir-birinə oxşayırlar,
hər bədbəxt ailənin isə bədbəxtliyi bir özgə cürədir"
XX əsr Azərbaycan ədəbiyyatının inkişafı tarixində böyük ədəbi simalardan biri olan
Mir Cəlal Paşayev yaratdığı bədii irsi və söz sənəti ilə bu gün də qəlblərimizdə yaşamaqdadır.
O, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini - xalqa bağlılığı, təvazökarlığı və
ən başlıcası- nəcibliyi inadkar bir inamla qoruyub saxlayır, ədəbi-bədii və nəzəri fikrin milli
müəyyənliyini mühafizə edirdi.
Mir Cəlal bir yazıçı kimi, öz nəslinin taleyinə, həyatına, arzu və istəklərinə nüfuz edən
bir ədib idi. O, mənsub olduğu nəslin gəncliyindən, cəbhəyə gedib qayıtmayan ataların, qar-
daşların həsrətindən doğan arzuların reallığından, sadə inandırıcı bir dildə söhbət açırdı.
Mir Cəlalın özünəməxsus yaradıcılığı vardı. Yaradıcılığında əsas tədqiqat obyekti olan
insanın bütün varlığı, dolğun xarakteri, psixoloji mənəvi aləmi, milli şüuru, əxlaq və şüurlarda
olan köhnəlik qalıqlarının aradan çıxmasını acı kinayə ilə bəsləyən, ictimai-siyasi mühitin qa-
ranlığından işıqlı gələcəyə ümid bəsləyən obrazlarıdır.
Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin korifeylərindən olan Məmməd
Arifin "Yazıçı və alim" məqaləsi Mir Cəlal yaradıcılığını iki istiqamətdən həm bədii söz us-
tası, həm də filoloq kimi təhlilini verir. Məqalədə Mir Cəlal bir nasir kimi belə təqdim edilir:
"Azərbaycan nəsrində Mir Cəlalın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi o öz parlaq
yaradıcılıq siması ilə, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri ilə tutmuşdur. Onun
əsərlərini başqa bir yazıçının əsərləri ilə qarışdırmaq olmaz. Mir Cəlal öz yazı tərzi, təbii dili,
bədii ifadə vasitələri, üslubu ilə fərqlənir və diqqəti cəlb edir. Onun sadə, aydın və şirin bir
dili vardır: eyni zamanda, bu dil çox əlvan və mənalıdır. Dialoqlardakı təbiilik və canlılıq
ədibin əsərlərinə xüsusi bir gözəllik verir, onların bədii təsir qüvvəsini artırır".
Mir Cəlal Paşayevin müdriklik zirvəsində dayanan sadə, parlaq üslublu ədəbi-nəzəri gö-
rüşləri bütöv bir elmi yaradıcılıq sistemi kimi müasir ədəbi prosesə öz təsirini göstərməkdədir.
Mir Cəlal Paşayev xoşbəxt yazıçılardandı, çünki dövrünün bədii məngənəsini obyektiv
şəkildə yarada bilmişdi. Qızı professor Ədibə xanım Paşayeva xatirələrindən danışarkən
deyir: "İri həcmli əsərlər yazan bir yazıçıya əmək qəhrəmanı adı vermişdilər. Atam dedi ki,
gərək onun oxucusuna da əmək qəhrəmanı adı verilsin”.
Yaradıcılığında ideyanın zahirən sovet sisteminin tələblərinə uyğunlaşdırılması əslində
isə milli idealların ifadəsi və bütövlükdə milli maraq və mənafeləri ehtiva edən ideyaların
qabarıq verilməsi əsas şərtdir.
Yaratdığı obrazlarda obrazlı ifadələr işlətmək əvəzinə, real həyat səhnələrinin canlan-
dırılmasına üstünlük verirdi. O əsərlərində hislərin, duyğuların fikirlə, ideya ilə harmoniyası-
nı özünəməxsus etmək qabiliyyətinə malik idi.
1939-cu ildə qələmə aldığı "Bir gəncin manifesti" romanı müasir ədəbiyyatşünaslıqda
30-40-cı illər nəsrinin əsas hərəkət istiqamətini müəyyənləşdirən romanlardan biri oldu.
Yazıçı “Bir gəncin manifesti” romanını yazarkən əvvəl yazdığı romanlardan roman təc-
rübəsi, həyata tam bələdliyi bu əsəri daha mükəmməl, daha sənətkarcasına ortaya qoymuşdur.
Bu əsər yarandığı gündən klassik nümunəyə çevrilib. Mir Cəlal müəllim özü klassikanı izah
edərkən deyirdi: əsər zaman tanımayanda, problemlərə bədiilik rakursundan baxanda, bu
problemləri ustadcasına bədii söz sənətinə gətirib. Birincisi budur ki, xalq onu saya salmayan,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1026
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
şəxsi mənafeyi üçün Vətəni hər cür “misterlərə” satan, varlanmaq və piylənməkdən başqa bir
idealı olmayan “özününkülərə” qarşı ayağa qalxıb, ikincisi odur ki, xalq onun mədəniyyət
nişanələrindən tutmuş çöllərindəki, ceyranınadək hər şeyə sahib çıxma iddialarına olan yad-
ellilərə, ögeylərə qarşı vuruşur. Bu vuruşda müəllifin inandığı bircə qüvvə var: xalq iradəsi, xalq
səfərbərliyi. Bugün Azərbaycan xalqına romanda qoyulan bu iradə, bu birlik çox vacibdir.
Bir gəncin manifestində bütövlükdə Azərbaycan kəndinin problemlərini, ziddiyyətləri-
ni, kənd insanının mənəvi dünyasını, sinfi-zümrəvi münasibətləri, çar hökumətinin – müstəm-
ləkəçi rejimin antimilli siyasətindən törəyən bəlaları, Azərbaycan kəndlisinin acınacaqlı taleyi
və bu vəziyyətə baxmayaraq, milli birlik, xarakterik bütövlük və dönməzliyi əks etdirib.
Mir Cəlal yaradıcılığında Sona obrazının etnik-milli davranış normalarına görə Paşaye-
vin elmi ədəbi irsini zamanın kontekstində, ideoloji amilləri nəzərə alaraq qəbul və təhlil
edərkən yazıçı kimi obyektiv düşünüb, obyektiv qələmə almalıyıq.
“SİRLƏRXƏZİNƏSI” DİDAKTİK POEMA KİMİ
Arzu ƏLİYEVA
Qafqaz Universiteti
arzu92aliyeva@mail.ru
AZƏRBAYCAN
Nizami Gəncəvi dünya söz sənətinin dahi sənətkarları sırasında önəmli yerəməxsusdur.
Nizami önəmli bir tarixi şəxsiyyət kimi bizdən doqquz əsr öncə yaşamasına baxmayaraq,
əsərlərində bizə çatdırmaq istədiyi ideya sanki bizim bu günümüzdən xəbər verir. “Xəmsə”
bütünlükdə Şərqin insanlığa,əbədiyyət və sivilizasiya tarixinə töhfəsi kimi etiraf və təsdiq
olunub.Nizami “Xəmsə”sinin özündən sonrakı dövrün ədəbi tərəqqisinə təkrarsız təsiri olmuş-
dur. Xosrov Dəhləvi,Cami,Əlişir Nəvaivə s. kimi şərq mütəfəkkirləri,Əssar Təbrizi,Arif
Ərdəbili,MarağalıÖvhədi,MəhəmmədFüzuli,Abbasqulu ağa Bakıxanov və s. kimi azərbay-
canlı söz sənətkarları daim ondan bəhrələnmiş,əsərlərində Nizami ənənələrini davam etdir-
mişlər. Nizami Gəncəvi yaradıcılığında olan bədii-fəlsəfi baxışlar Şərq İntibah mütəfəkkir-
lərinin;Əl Fərabinın,Əl Biruninin,İbn Sinanın əxlaq təlimləri ilə bilavasitə səsləşir.
“Xəmsə”yə aid olan ölməz beş əsərini (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və
Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”),ədəbi sənət nümünələrinin birini digərindən üstün
tutmaq,birini digərindən az dəyərli hesab etmək Nizami kimi dahi sənətkara edilmiş haqsızlıq
olardı.
Bizim dövrdə xüsusilə aktual və müasir səslənən bir təlim, yəniinsanla təbiət arasındakı
vəhdət və bölünməzlik haqqında konsepsiya dünyaya “Xəmsə”yə aid “Sirlər xəzinəsi” kimi
önəmli bir əsərdən elan olunmuşdur. “Sirlər Xəzinəsi”Nizaminin ilk irihəcimli əsəridir.Yaxın
və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər dahi
şairin yaradıcılığının manifesti sayılır. Əsər hicri tarixlə 570-ci ildə yazılmış, miladi təqvimlə
isə 1174-1175-ci illərə uyğun gəlir.Nizamidən bir sənətkar kimi bəhrələnənlər nə qədər çox
olsa da,Nizami də bir şəxsiyyət kimi özünəqədərki mütəfəkkirlərin bədii-fəlsəfi düşüncələrin-
dən lazımlı səviyyədə istifadə edə bilmişdir.Elə “Sirlər xəzinəsi” kimi didaktik bir əsərində
də,o,Rudəkinin“Kəlilə və Dimnə”,Yusif Xas Hacibin“Kutadğu bilik”,Sənai Qəznəvinin “Hə-
diqətül-həqiqə”əsərlərindənbəhrələnmişdir.Tədqiqatçıların fikrincə,“Sirlər xəzinəsi” “Həqiqə-
tül-həqiqə” kimi didaktik bir poemaya paralel kimi yazılmışdır.Şair sələfinin əsərlərinin adına
uyğun ad seçməklə bərabər bəzi hekayələrini də onun hekayələri ilə mübahisə kimi yazmışdır
(“Sultan Mahmud və qarı” hekayəsi ilə “Sultan Səncər və qarı” hekayəsi buna misal ola bilər).
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimədən,20 məqalə və bu iyirmi məqa-
ləni epik lövhələrlə əks etdirən 20 kiçik hekayədən ibarətdir.Kitabın tamamlanması haqqın-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1027
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dakı kiçik bir bəhslə poemaya yekun vurulur.Poemada ənənəvi giriş,yəni tövhid,münacat,nət
başlıqları altında tək olan Allah və peyğəmbərimizdən söhbət açılır.Əsərdə bir sıra həm öz
dövrü,həm də bizim dövr üçün aktual olan problemlər qoyulur.
“Xalq və hökmdar” problemi:demək olar ki,şair bütün əsərlərdə bu məsələyə toxunmuş,
ideal hökmdar arzusunda olmuş və öz arzusuna son əsəri olan hökmdarlara öz tövsiyələrini
verən,onlardan düzgün idarəçilik tələb edən şair son əsərində bunu gerçəkləşdirə bilir.Nizami
yalnızca ədaləti təmsil etmək və ya ədalətli hökmdar yaratmaq istəmirdi.O,digər əsərlərində
də, son əsərində də hökmdarın səhvlərini göstərə bilmiş və bu səhvləri irad tutmuşdur.Bu
problemi əks etdirən hekayələri bunlardır: “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər
və qarı”, “Zalım padşahla zahidin dastanı”, “Bir şahzadənin hekayəsi” və s.Bu hekayələrdə
hamını düşündürən bir məsələ-hökmdarın xalqla rəftarı məsələsi qoyulub həll edilir.Dahi şair
zalım hökmdarlara gah axirəti, gah da zülmün bu dünyada ona zərər yetirəcəyini xatırladır.
Zülm eləmək yaxşı deyil,heç zaman,
Tökmə nahaq qan,gedər abrın,həyan.
Nizami hekayələrdə hökmdarların iç üzünü açır,onları kütləvi cinayətlə ittiham edir.
“Naümid olub sonra bağışlanan padşahın hekayəsi” buna misaldır.Hekayədə oyanmış vicda-
nın sahibinə baş qaldırışı hekayənin əsas ideyasıdır.Axirətdə hamımıza qurulacaq olan məhkə-
mə o gündən öncə vicdan tərəfindən sahibinə qurulur.Nizami hekayələrinin əsas məzmununda
insanlardan tələb edir ki,bəhanələr gətirməyin,bunlar hər biri sözdür,siz əməlləriniz də söz-
lərinizə riayət edin.(“Əgər işlər sözlə düzəlsəydi,Nizaminin işləri göylərə ucalardı”)
“Sirlər xəzinəsi” əsərində zülm və ədalət,hökmdar və xalq məsələsi geniş yer tutsa
da,şair başqa məsələlərə də toxunmuş insanın böyüklüyünə,ülviliyinə, ilahi qüdrətinə,yüksək
kamalına mane olan bütün qüsurlara,məhdudluqlara toxunulurdu.
Əmək adamına dərin məhəbbət,hörmət,qayğı məsələsi “Sirlər xəzinə”sində qoyulan
əsas məsələlərdəndir.
Qoy əlinə,qəlbinə batsın tikan
İşlə,çalış, durma bekar bircə an.
Bu məsələlər isə “Süleyman və əkinçi”, “Kərpickəsən qocanın dastanı” və s. kimi heka-
yələrdə ustalıqla əks olunmuşdur.Nizami öz fədakar zəhməti ilə ruzi qazanan,zəhmət çəkməyi
özünə borc bilən sadə adamların heyranedici surətini yaradır.Şair əmək adamlarından həmişə
dərin məhəbbət,yüksək hörmət hissi ilə danışır.Onları hər cəhətdən başqa adamlara,xüsusən
əməyə xor baxan hakim təbəqələrə qarşı qoyur.
“Sirlər xəzinəsi” zəngin,mürəkkəb və çoxşaxəli məzmuna malik bir əsər olub insanları
mənəvi cəhətdən irəliyə aparmağa qadir bir əsərdir.İnsani mənən təkamül etdirməsi,halal zəh-
mətə, halal əməyə çağırması,ağlı vicdanın divanına tabe tutması,insanları günah etməmə-
yə,işıqlı sabaha səsləməsi, insanlar arasındakı haqsız bərabərsizlikləri yox etmək yolunda
əvəzolunmaz bir əsərdir.
İNSANLIQ VƏ ELM ZIRVƏSINI FƏTH ETMIŞ NƏCIB ZIYALI
Zibər İntiqam qızı RZAYEVA
Bakı Slavyan Universiteti
ziber.rzayeva@mail.ru
AZƏRBAYCAN
Azərbaycan elminin çoxəsrlik inkişafı tarixində XX əsrin xüsusi yeri var. Məhz bu
zaman ölkəmizdə elmin müxtəlif sahələrinin sistemli inkişafı və çiçəklənməsi başlanır. Digər
elm sahələri ilə yanaşı, ictimai və humanitar elmlər də sürətlə inkişaf edir, milli və ümum-
bəşər elminə dəyərli töhfələr verir. Bu sırada Azərbaycan şərqşünaslıq elmi xüsusi qeyd olun-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1028
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
malıdır. Məhz həmin dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələri üzrə dəyərli tədqiqatlar
aparılmış, qüdrətli elmi potensial yaranmış, yüksək ixtisaslı milli şərqşünas kadrlar yetişmişdir.
İstedadı, intellekti, tədqiqatçılıq əzmi daha ülvi bir məqsədlə - millətə, xalqa layiqli
xidmət məramı ilə birləşəndə isə yaradıcı insan ziyalıya çevrilir. Əsl ziyalı isə, ilk növbədə,
bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər
getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahat-
lıq tapır, qəlbi həyat eşqi ilə dolur. Belə görkəmli ziyalılar arasında Aida Nəsir qızı İmanquli-
yevanın adı xüsusi xatırlanır. Aida xanımın Azərbaycan tarixində ilk qadın ərəbşünas olması
onun avtobioqrafiyasında parlaq xətt kimi diqqəti çəkir. Onun həyat və tale kitabını vərəq-
lədikcə həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu böyük məhəbbətlə sevən
vətəndaş olduğunu aydın görmək olur.
Bir vaxtlar Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim
ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. O mərhələ artıq arxada
qalıb, ön plana isə qarşıdurma yox, multikulturalizm, sivilizasiyaların dialoqu və ortaq mədə-
ni-mənəvi dəyərlər çəkilib. Lakin elə o dövrdə yetişən və alim kimi formalaşan nadir istedad
sahibləri var idi ki, zamanı qabaqlayaraq problemə ideoloji aspektdən fərqli olaraq universal
modellər, ümumbəşəri dəyərlər müstəvisində yanaşırdılar. Aida İmanquliyeva məhz belə
alim-tədqiqatçılardan idi.
Aida xanım romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen,
Şərqdə isə C.Cübran, Ə.ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında
araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin vəhdət
məqamlarını üzə çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit
etmişdir. Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin ittifaqın-
dan çıxış edən Aida xanım Azərbaycan ədəbifəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb
romantiklərinin geniş müqayisəli təhlilini vermişdir.
Qeyd etmək lazımdır ki, Şimali Amerikada təşəkkül tapıb formalaşmış məhcər ədəbiy-
yatı, xüsusilə, 1920-ci ildə təsis edilmiş "Qələmlər birliyi" ərəb ədəbiyyatı tarixində xüsusi
çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində namizədlik disserta-
siyasını müdafiə etmiş, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nuaymə və
Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirmişdi. O, məhcər ədəbiyyatının
ən görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb
romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstər-
miş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayəsi və ya-
radıcılıq istiqamətləri ilə bağlamışdır. Ərəb dilinin sirlərini müasir Azərbaycan ərəbşünaslığı-
nın banisi, professor Ələsgər Məmmədovdan öyrənmişdir. Ərəb məhcər ədəbiyyatı vaxtilə bir
çox mütəxəssislər, xüsusilə, dünya şöhrətli ərəbşünas, akademik İ.Y.Kraçkovski tərəfindən
tədqiq edilsə də, son dövrdə bu sahənin ən görkəmli, ən səlahiyyətli nümayəndəsi məhz Aida
xanım idi. Rus tənqidi realizmindən, ingilis romantizmindən və Amerika transsendenta-
lizmindən kifayət qədər təsirlənmiş, lakin bu təsiri mexaniki şəkildə deyil, ərəb zəminində,
Şərq kontekstində qəbil etmiş məhcər ədəbiyyatı yeni ərəb ədəbiyyatının dünya miqyasında
tanınması sahəsində böyük xidmət göstərmişdir.
Hər bir alimi tanıdan, məşhurlaşdıran əsas keyfiyyətlərdən biri də onun publisistik
qələmi, kəsərli sözüdür. Lakin açıq demək lazımdır ki, tərcüməçilik qabiliyyəti heç də bütün
tədqiqatçılarda olmur. Aida xanım İmanquliyeva isə istedadlı qələm sahibi kimi həm də özünü
tərcümə sahəsində sınamış, ərəb ədəbiyyatının bir sıra nümunələrini dilimizə çevirmişdir.
"İnsan və quş" (hekayələr), "Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr)"
kitablarını məharətlə tərcümə etməsi deməyə əsas verir ki, Aida xanım Azərbaycan ədəbi
dilinin incəliklərinə dərindən bələd olduğuna görə tərcümələrində yüksək poetik ruhu, orijinal
dəst-xətti, məna və məzmunu qoruyub saxlaya bilmişdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1029
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bütün bunlarla yanaşı, Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə,
vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq
onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah-təala Aidanı xoş sa-
atında yaratmış, bir qadın kimi ona hər bir gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət,
zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiy-
yət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyət-
lərin natamam siyahısıdır. Aida xanım Azərbaycanın qadınlıq simvolu və əsl Şərq gözəli idi.
Aida İmanquliyeva xalq mənəviyyatı nəhrindən su içmiş, xalq həyatı, milli - tarixi tale-
yimizlə bağlı istedadlı alim, vətəndaş ziyalı və kübarlıq məktəbinin parlaq nümayəndəsi idi.
Həmin məktəbin ənənələrini bu gün Azərbaycanın tarixi-ictimai mühitində bənzərsiz mövqe-
yi, xüsusi çəkisi olan övladları ləyaqətlə davam etdirir...
XƏLİL RZA ULUTÜRK YARADICILIĞINDA ANA DİLİ PROBLEMİ
Brilyant Müsavər qızı QULİYEVA
Bakı Slavyan Universiteti
brilyant.guliyeva@gmail.com
AZƏRBAYCAN
Dil hər şeydən əvvəl insanlar arasında ünsiyyət vasitəsidir. “Azərbaycan Respublikası-
nın dövlət dili Azərbaycan dilidir. Bu dilin meydana gəlmə və formalaşmasında Tomris, Babək,
Ş.İ. Xətai, M.Füzuli, Q.Zakir, M.P.Vaqif, S.Vurğun, M.Ə.Sabir, Mirzə Cəlil, Mir Cəlal, M.İb-
rahimov, M.Şəhriyar, Ü.Hacıbəyli, S.Rüstəm, Ə.Kərim, M.Araz, B.Vahabzadə və başqalarının
əvəzsiz xidmətləri olmuşdur.
Xalq şairi X.R.Ulutürkün yaradıcılığında “Ana dili”nə xüsusi diqqət yetirilir. “Xəlil
Rzanın milli mənlik şüur və məfkurəsinin ilkin təzahürü ana dilinə ciddi münasibətlə bağlıdır.
Dil məsələsi gah kənardan dolayısı ilə, gah da daxilən, iç mahiyyətlə ifadə olunmuşdur. Dil
ulu əcdad, Vətən bütövlüyünün, milli varlıq və qeyrət müəyyənliyinin əsası kimi təbliğ
olunmuş, mənəvi-milli simasızlığa, özülsüzlüyə ciddi etiraz edilmişdir”.
Şair dil məsələsinə nisbətən daha xolerik tərzdə yanaşır, həmvətənlərinə, onların
timsalında bütün cahana malik olduqları mənəvi dəyərlərə sahiblənmə bucağından köklənir
və “Laylam mənim, nərəm mənim” şeirini qələmə alır. Şeirin adının belə seçilməsi heç də
təsadüfi deyildir. Şeirin məzmununda müəllif qədim Azərbaycan tarixinə, ədəbiyyatına,
şifahi örnəklərimizə köklənməklə fikrini izah edir:
-Lay-lay dedim yatasan,
Qızılgülə batasan.
Ananın körpəsini uyutmaq üçün söylədiyi layla həmin körpənin ruhunu necə oxşayırsa,
X.Rzanın ana dili haqqında şeiri də eyni estetik dəyəri özündə ehtiva edir. Belə təsir özünü
B.Vahabzadənin “Ana dilim”, X.Rzanın “Azərbaycan türkcəsi” (1990) və “Özbək dili” (1986)
şeirlərində də göstərir. B.Vahabzadənin “Ana dilim” şeirindən bir parçaya diqqət yetirək:
Dil açanda ilk dəfə ana söyləyirik biz,
“Ana dili adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı, anamız öz südüylə,
İçirir qəlbimizə bu dildə gilə-gilə.
Bu isə Xəlil Rza Ulutürkün “Azərbaycan türkçəsi” şeirindən parçadır:
Ulduzlarda səslənən laylamsan, bayatımsan.
Məni ərşə qaldıran bir cüt nur qanadımsan.
Ey batmış xəzinəmin diri qızıl külçəsi,
Azərbaycan türkcəsi!
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1030
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bu isə X.R.Ulutürkün “Özbək dili” şeirindın fraqmentdir:
Araxçınlı qadınların dinlədinmi laylasını,
Sən yarandın o İlahi nidalardan, özbək dili!
X.Rzanın “Ana dili” (“Laylam mənim, nərəm mənim”) şeirində laylanın axıcılığı, rə-
vanlığı “Ana dili”nin üzərinə böyük ustalıqla köçürülür. Ruhu dilləndirən bu sədanın hardan
gəldiyi sualı ortaya çıxınca qədim Azərbaycan tarixinə qiyabi ekskurs olunur.
Şairi düşündürən digər bir məsələ “Ana dili”nin məhv olmaq təhlükəsi idi. X.Rza şeirdə
müqayisəli situasiya yaradır. Yaşadılan, var olan bir dil nəyə qadirdir?, dilin məhvi nələrə
aparıb çıxara bilər? kimi suallar meydana gəlir. Dilin məhv olması babalarımızdan təhvil al-
dığımız əski tarixin yoxa çıxması deməkdir, Göy-Gölün Göy-Göllükdən, Qoşqarın Qoşqarlıq-
dan məhrum olmasıdır. Şair məhz belə bir ciddi problem ətrafında düşünür, dili mühafizə et-
mək üçün onun uğrunda mübarizə aparır. O, hələ 1969-cu ildə Heydər Əliyevə yazdığı mək-
tubunda aşağıdakıları deyirdi:
“Azərbaycan dilinin təsir dairəsini genişləndirmək, milli simasını itirmişlərə qarşı aman-
sız olmaq, qənimətçilərə, rüşvətxorlara qarşı mübarizədə əsla güzəştə getmədən döyüşmək...
Sizinlə birlikdə mənimdə məramımdır”.
Dil məsələsinə həsr olunmuş əsərlərdən biri də, yuxarıda söylədiyimiz kimi, “Azərbay-
can türkcəsi” (1990) şeiridir. Şeir Ulutürkün məhbəsdə keçirdiyi vaxtlarında Azərbaycan
türkcəsinə xitab formasında qələmə alınmışdır. Şair Azərbaycan türkcəsinin Günəş qədər əbə-
diliyini arzulayırdı. “Həbsiyyə” şeirlərini qələmə alarkən ana dilinin onun sətirlərinə Günəş
işığı səpdiyini duyur, qaranlıq zindanda parlayan bir Günəşə sahibliyini hiss etdirir. Şeirin
son misralarında X.R. Ulutürkün pozitiv düşüncəsi, dilin qüdrətinə inamı özünü büruzə verir.
Min il bundan sonra da yaşayacaq dünyada.
Füzulinin nəfəsi, Şəhriyarın nəfəsi-
Dağıt bu dar qəfəsi,
Dağıt zülmət məhbəsi,
Azərbaycan türkcəsi!.
Şairin “Odur ruhum, ana dilim” misralı şeirində də türk dilinə məhəbbət ifadə olunmuş-
dur. “Özbək dili” şeirində isə “Azərbaycan türkcəsi” və “Özbək dili” bərabərlik, eyniyyət qazanır.
Şair Azərbaycan dilinə hansı istiliklə yanaşırdısa, özbək dilinə də o cür yanaşmadan çıxış edir.
1960-cı ildə “Ana dili” və digər şeirlərinə görə ictimai-bədii mühitdən uzaqlaşdırılan
şair dissident olmaq dərəcəsinə gəlib çatdığı vaxtlarda aşağıdakıları qeyd edirdi:
“Mən hələ 1962-ci ildə “Ana dili” şeirim üstündə Vəli Axundov yoldaş tərəfindən milli
məhdudluqda, lovğalıqda ittiham olunduğum üçün, bu tənqidin obyektiv olmadığını bir daha
yada salmaq üçün MK-ya məhz həmin kitabı göndərməyi lazım bilmişdim. Rus, belarus, uk-
raynalı anaların dərdini öz dərdi bilən, onların göz yaşlarını ovcuna toplayan bir şairin ürəyin-
də cılız duyğular axtarmayın –demək istəmişdim.
“Mən bəzən elə bir axmaq fikrə düşürəm ki, bir halda ki, Azərbaycanda qüdrətli adam-
ların sayı bu qədər azdır, baş götürüb Özbəkistana, yaxud qeyri yerə getməliyəm. Məni bundan
sonra da sıxışdırsalar, çap imkanı verməsələr, başqa çarəm qalmayacaqdır”.
Şair “Mən Şərqəm” poemasında da Azərbaycan dili məsələsinə toxunmuşdur.
Balaların həsrətdir Azərbaycan dilinə,
Azərbaycan dilinə yas saxlayan yekəbaş!
Milləti istəyənlər qol çirməyir, iş görür.
Millətbazlar sənin tək özgələri köçürür.
Dostları ilə paylaş: |